Məhkəmə qərarları › İş №1(012)-193/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-193/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-193/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi işkirakı ilə xx xxxxxxxx 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məğul olan, məhkum olunmuş və ödənilməmiş, Sumqayıt şəhəri, 42-ci məhəllə, otaq 17, yataqxana 5 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, xx.xx.2023-ci il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 may 2023-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhərində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil edilmiş qanunsuz olaraq 1 ədəd şəffaf plastik qutuda 1,103 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla həmin psixotrop maddəni Abşeron rayonu, Məmmədлi kəndinə daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında həmin gün saat 19 radələrində Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Məmmədлi kəndində «Makromart» marketin yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilib saat 20:45-dən 21:10-a kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sağ cibindən 1 ədəd şəffaf plastik qutuda təmiz çəkisi 1,103 qram miqdarda ağ rəngli kristallardan ibarət-kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(012)-791/2023 nömrəli cinayət işi xx.xx.2023-cü-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası və ilk məhkəmə baxışı Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə keçirilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli məhkəmə baxış iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, mərhum Təqsirləndirilən şəxs müdafiəçisi vəkil Müdafiəçi məhkəmə istintaqda “ölmüş şəxsin müdafiəçisi kimi tanınmış və cinayət prosesinin iştirakçısı”na çevrilmişdir. Bundan irəli gələrək məhkəmə hesab etmişdir ki, məhkəmə müdafiəsi təminatının daha səmərəli həyata keçirilməsi üçün “ölmüş şəxsin müdafiəçisinin cinayət işinin materialları ilə tanış olmaq, prosessual tədbirlərin həyata keçirilməsi barədə vəsatətlər vermək və istintaqın gedişi barədə məlumatlar, qəbul olunan qərarları almaq və s. hüquqları ilə yanaşı, məhkəmə proseslərində digər şəxs, başqa sözlə “ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi” qismində iştirak etməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən, müdafiə dedikdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5. və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 17 iyun 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, CPM-in 39.1.5-ci maddəsi tətbiq olunarkən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə uyğun qaydada cinayət prosesində iştirak etmək hüquqlarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinə tövsiyə olunmuşdur. Bununla yanaşı, qərara alınmışdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi haqqında qərardan ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin şikayət vermək hüququ məhkəmə nəzarəti qaydasında həyata keçirilə bilər”. Bununla yanaşı 11 dekabr 2012-ci il tarixdə “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edildi və o xx.xx.2013-cü il tarixdə dərc edilməklə qüvvəyə mindi. Cinayət - Prosessual Məcəlləsinin xx.xx.2013-cü il tarixdən qüvvəyə minmiş 43.3-1-ci maddəsinə əsasən, «Məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən Bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir». Hazırkı cinayət işi üzrə, qeyd edildiyi kimi, ölmüş Təqsirləndirilən şəxs müdafiəçisi cinayət təqibinə xitam verilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respulikası Cinayət Proslessual Məcəlləsinin “sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsindən bəhs edən 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmsuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, mərhum Təqsirləndirilən şəxs törətmiş olduğu (yuxarıda qeyd edilən) əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, uzun müddətdir psixotrop maddə metamfetamin şüşədən çəkməklə istifadə edir. 31 may 2023cü il tarixdə günorta vaxtlarında Sumqayıt şəhərində 42-ci məhəllədə tanımadığı şəxslə təsadüfən söhbət zamanı şüşədən, yəni metamfetamindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs lazım olsa ona pulun müqabilində metamfetamin təşkil etməsini bildirmişdir. O isə həmin şəxsə şüşə gətirməsini demişdir. Həmin şəxs təxminən 20 dəqiqə sonra 1 ədəd plastiq qutuda metamfetamini gətirib ona göstərmiş və 150 manat verməli olduğunu bildirmişdir. O, qutunu açıb yoxladıqdan sonra 150 manat verib həmin şüşə metamfetamini almış və əynindəki cins şalvarının sağ cibinə qoymuşdur ki, lazım olanda istifadə edər. Həmin gün saat 19 radələrində Abşeron rayonu. Məmmədлi kəndində şəxsi işi ilə bağlı olarkən «Makromart» marketin yaxınlığında iki nəfər mülkü geyimli şəxs həmin marketin yaxınlığında ona yaxınlaşıb özlərini təqdim edərək Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları olduğunu deyib üzərində qanununla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddə olmasına dair əsaslı şübhələrin olduğunu, buna görə də birlikdə polis idarəsinə getməyini bildirmişlər. O da heç bir etiraz etmədən Abşeron rayon polis idarəsinin inzibati binasına gəlmişdir. Daha sonra xidməti otaqların birində təhqiqatçının və dəvət edilmiş müdafiəçinin, polis əməkdaşlarının iştirakı ilə ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra təhqiqatçı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı predmet varsa təqdim etməyini təklif etmişdir. O da əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aldığı içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf plastiq qutunu, 1 qutu siqaretini və alışqanı çıxarıb masanın üzərinə qoymuşdur. Ondan plastik qutunun içərisindəki maddənin nə olduğunu soruşanda həmin maddənin şüşə metamfetamin olduğunu, şəxsi istifadəsi üçün günorta saatlarında Sumqayıt şəhərindən tanımadığı şəxsdən 150 manata aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra üzəri polis məkdaşları tərəfindən axtarılmış və başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və kütlə aşkarlanmamışdır. Təqdim etdiyi plastiq qutu açılaraq yoxlanılmış və içərisindəki ağ rəngli kristal hissələrin psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu bildirilərək içərisində metamfetamin olan plastiq qutu kağız zərfə qoyulub qablaşdırılmışdır. Qablaşdırma üzərində möhür yapışdırılaraq, üzərində iştirakçılar və o, imza etmişlər. Həmin kütlə ekspertiza təyin edilməsi üçün götürülmüşdür. Ona polis idarəsində heç bir fiziki güc və zorakılıq olunmamışdır. İlkin araşdırma zamanı tərtib edilmiş prosessual sənədlərdəki imzalar özünə məxsus olub heç bir təzyiq olmadan çəkmişdir. O, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Yalnız özü psixotrop maddə istifadə etmişdir. Ona qarşı polis idarəsində fiziki və psixi zor tətbiq olunmamışdır. O, məhkəmə tibbi müayinəsindən imtina edir. Onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüşdür. Mən həmin 1 ədəd şəffaf qurtuda olan metamfetamini Sumqayıt şəhərində tanımadığı şəxsdən 150 manata alıb şəxsi istifadəsi üçün cibində saxlamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1, ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» adlı şəxsin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru X2 iştirakı ilə onun tərəfindən 31 may 2023-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2023-cü il tarixdə o və əməliyyat qrupunun digər iştirakçısı X4 rayonu, Məmmədлi kəndində yerləşən “Mikromart” marketin yaxınlığında xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onlar Kənana üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq birlikdə polis idarəsinə gəlmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf plastik qutuda ağ rəngli, kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi plastik qutuda kristal formalı metamfetaminə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş 01 ədəd qutunun içərisində olan maddənin nə olması və haradan əldə etməsi soruşulduqda Kənan üzərindən aşkar olunmuş 01 ədəd qutudakı ağ rəngli kristallik formalı maddə psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop vasitə olan metamfetamini xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində tanımadığı şəxsdən 150 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxsnın psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlara hər hansı bir məlumat daxil olmamışdır. Onlara Kənanın narkotik vasitə və psixotrop maddə əldə etməsi və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyataxtarış tədbirləri zamanıda Kənanın narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Kənana qarşı heç bir zor, təzyiq göstərilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin sabiq baş əməliyyat müvəkkili, polis mayoru X3 şahid Ramin Səfəovun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmə istintaqında elan və tədqiq edilmiş şəxslərin ifadələri ilə yanaşı, aşağıda göstərilən: istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və işin mahiyyəti üzrə əhəmiyyətili olan digər sənədləri də sübut növləri kimi qəbul edir: İş üzrə keçirilmiş məhkəmə kimyəvi ekspertizasının 01 iyun 2023-cü il tarixli, 6/3121 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksi olan “..(imza) İbrahimov” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə olantəmiz çəkisi 1,103 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,103 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,053 qramdır Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04 iyul 2023-cü il tarixli, 4141 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1 maddələri ilə təqsirli bilinərək, 2 il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan ölüm haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhərində travmatik qanaxma nəticəsində vəfat etmişdir Ölmüş təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilməsinə etirazı yoxdur. Təqsirləndirilən şəxs təqsiri iş üzrə şahidlərin ifadələri ilə, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqında, mərhum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetdi. Hazırkı vaxta kimi ölmüş təqsirləndirilən şəxsin müdafiəçinin işin xitam edilməsinə razılığı olduğuna görə məhkəmə mərhum Təqsirləndirilən şəxs barəsindəki cinayət işinə xitam veriməsi barədə qərar çıxarılmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (mad. 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (mad. 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 198.6-cı maddəsinə əsasən, «hökm qanuni qüvvəyə minənədək məhkum (təqsirləndirilən şəxs) öldükdə, onun vərəsələri məhkəmə məsrəfləri ilə əlaqədar öhdəliklərə cavabdehlik daşımırlar». Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə ölməsi ilə əlaqədar, 114 manat məbləğində məhkəmə xərclərinin dövlət hesabına həyata keçirilməsini əsaslı hesab edir. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 1,053 qram olan psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə mülki iddia olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180(yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 44.2.1-1, 197-198, 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölməsi ilə əlaqədar, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ölməsi ilə əlaqədar, 114 manat məbləğində məhkəmə məsrəfləri (ekspertiza xərcləri) dövlət hesabına həyata keçirilmiş hesab edilsin. İş üzrə maddi sübut qalıq çəkisi 1,053 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin »vəsaiti hesabına köçürülsün. Hökm şikayət və protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar