Məhkəmə qərarları › İş №1(012)-193/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-193/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-193/2025 30.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-cı ildə Gədəbəy rayonu, Göyəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, heç bir yerdə işləməyən, Gədəbəy rayonu, Göyəlli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Kristal ünvan 1 ünvanında yaşayan, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Tovuz Rayon Məhkəməsinin icraatında olan 1(062)-74/2025 saylı cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olarkan tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək “Səngəçal terminalında” işə düzəlməsində köməklik göstərəcəyini yalandan vəd verib onu aldadaraq Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə millön aparatı vasitəsi ilə onun kart hesabına göndərdiyi 100 (yüz) manat pulunu, həmin tarixdə sonuncunun kart hesabından onun kart hesabına göndərdiyi 200 manat pulunu, xx.xx.2023-cü il tarixdə kart hesabından onun kart hesabına göndərdiyi 200 manat pulunu, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində “Tərlan” şadlıq evinin yaxınlığında yerləşən çayxanada ona verdiyi 500 (beş yüz) manat pulunu, cəmi 1000 (min) manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, “Toyota Prius” minik markalı, 99-GV- 468 dövlət qeydiyyat nömrəli avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2023-cü ilin noyabr ayında idarə ettdiyi “Toyota Prius” minik markalı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsindəki “Lukoil” yanacaq doldurma məntəqəsinin yanından bir nəfər şəxsi maşına götürüb Bakı şəhəri, Yasamal rayonu, Qaz idarəsinin qarşısına getmək məqsədilə yola düşmüşdür. Həmin tanımadığı sərnişinlə yolda söhbət zamanı tanış olmuş, həmin şəxsin Zərərçəkmiş şəxs olduğu ona məlum olmuşdur. Həsən bildirmişdir ki, Yasamal rayon qaz idarəsində çilingər işləyir. Əmək haqqının az olmasından şikayətlənmiş, əmək haqqı yuxarı olan iş axtardığını söyləmişdir. O, Həsənə demişdir ki, onun tanışı “Səngəçal” terminalında işləyir, istəsə onun vasutəsiylə Həsəni işə düzəldə bilər. Həsən razılaşmış, ona görə də öz mobil telefon nömrəsini ona vermiş, o da öz mobil nömrəsini Həsənə vermişdir. Əslində isə, onun “Səngəçal” terminalında tanışı olmamış, bu barədə Həsənə onu inandırmaq üçün yalan demişdir. İki gün keçəndən sonra, Həsənə zəng edib “Səngəçal” terminalında onun üçün iş tapdığını bildirmiş, görüşmək lazım olduğunu söyləmişdir. Həsənlə Bakı şəhərində metronun «20 yanvar» stansiyasının yaxınlığında görüşmüşlər. Görüşərkən Həsənə demişdir ki, onun sənədlərin surəti lazımdır. Həsəndən şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini almış və ayrılmışlar. Növbəti gün Həsənə zəng edib işə düzəlməsi üçün 500 (beş yüz) manat pul lazım olduğunu demiş, pulu göndərməsi üçün özünə məxsus olan Azərbaycan Beylnəlxalq Bankın ona vermiş olduğu kartın məlumatlarını Həsənin mobil telefonunun “WotsApp”-ına göndərmişdir ki, həmin məbləğdə pulu Həsən onun kartına göndərsin. Həsən onun kart hrsabına 2023-cü ilin axırlarında bir neçə dəfəyə 500 (beş yüz) manat pul göndərmişdir. Həsənin ona göndərdiyi beş yüz manat pulu kartından çıxarıb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həsən 500 manat pulu onun kartına göndərəndən sonra onunla telefonda danışaraq nə vaxt “Səngəçal” terminalına işə çıxacağını soruşduqda Həsənə təxminən on gündən sonra “Səngəçal” terminalında işə çıxacağını bildirmişdir. Təxminən 10 gün keçəndən sonra Həsən ona zəng edib nə vaxt işə çıxmağını soruşduqda, ona bildirmişdir ki, 500 manat azdır, 500 manat da verməlisən. Həsən razılaşmış və onunla 2024-cü ilin əvvəllərində Saray qəsəbəsində, Tərlan şadlıq evinin yanıdakı çayxanada görüşmüşlər. Həsən orada ona 500 manat da pul vermişdir. Beləliklə, Həsən işə düzəlməsində köməklik göstərməsi üçün ona iki dəfəyə 1000 (min) manat pul vermişdir. Lakin o, Həsəni işə düzəltməmişdir. Sonradan Həsən ondan pulunu qaytarmasını tələb etdikdə o, Həsəni sakitləşdirib işinin düzələcəyini bildirmişdir. Buna baxmayaraq Həsən sonradan ondan şikayət etmişdir. Həsən ona “Səngəçal” terminalında işə düzəlməsindən ötrü iki dəfəyə cəmi 1000 (min) manat pul vermişdir. Zərərçəkmiş şəxs qohumu Şahid Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. Rüfəti onunla Həsən əlaqələndirmiş, ondan xahiş etmişdir ki, Rüfətə işə düzəlməsi üçün köməklik göstərsin. O, Rüfətlə telefonda danışıb Rüfətin yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində görüşmüşlər. Ona vəd vermişdir ki, “Səngəçal” terminalında onu mühafizəçi işinə düzəldəcəkdir. Bunun müqabilində ondan 500 (beş yüz) manat pul istəmiş, o da həmin məbləğdə pulu verməyə razılaşmışdır. O, Rüfətlə 2024-cü ilin yanvar ayında tarixini xatırlamadığı gündə Sumqayıt şəhərində görüşmüş və ondan 500 manat pul almışdır. Sonradan Rüfət Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə ondan şikayət etmişdir. Həmin şikayət əsasında aparılan araşdırma zamanı o, Rüfətdən aldığı 500 (beş yüz) manat pulu ona ödəmişdir. Odur ki, Rüfət ondan şikayətçi olmamış və Sumqayıt şəhər Polis idarəsinin 3-cü polis bölməsində aparılan araşdırma dayandırılmışdır. Hazırda törətdiyi əməldən peşman olduğunu,lakin maddi imkanı olmadığı üçün ziyanlığı ödəyə bilmədiyini bildirərək barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X2 Yasamal rayon Qaz İdarəsində çilingər işləyir. 2023-cü ilin noyabr ayının axırlarında Təqsirləndirilən şəxs ilə taksi avtomaşınında yol gedərkən tanış olmuş, həmin vaxt söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun “Səngəçal” terminalında işləyən dostu vardır. Həmin dostunun vasitəsi ilə onu “Səngəçal” terminalında işə düzəldə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs öz mobil telefon nömrəsni ona vermiş, həm də onun mobil telefonumun nömrəsini götürmüşdür. İki gün keçəndən sonra o, İlyasın mobil teleıfonuna zəng etmiş və görüş təyin etmişlər. Ona görə də İlyasla Bakı şəhəri, «20 yanvar» metrostansiyasının yanında görüşmüşlər. İlyas söhbət zamanı ona demişdir ki, 500 (beş yüz) manat göndərsin, ona sığorta ilə bağlı və digər sənədlər düzəltsin. O, İlyasla razılaşmışdır. Bir gündən sonra İlyas özünə məxsus olan kartın fotoşəkilini telefonun “WotshApp”-ı ilə ona göndərmiş, O da İlyasın kartına iş yerinin yaxınlığında, yəni Yasamal rayonu ərazisində öz birkartından və millön aparatı vasitəsi ilə bir neçə dəfəyə 500 (beş yüz) manat pulu göndərmişdir. O, pulu İlyasa göndərəndən sonra ondan nə zaman işə çıxacağını soruşmuş, İlyas 10 (on) günə işə çıxacağını demişdir. Bir müddət sonra İlyas ona zəng edib 500 manat da verməli olduğunu demiş, o da , İlyasla Abşeron rayonu, Saray qəsəbəsində “Tərlan” şadlıq evinə yaxın adını bilmədiyi kafedə görüşmüşdür. Həmin vaxt bacanağı Rüfət də onun yanında olmuşdur. Orada 500(beş yüz) manat pulu İlyasa vermişdir. İlyas ona söz vermişdir ki, 10 günə işə çıxacaqdır. O, on gündən sonra İlyasa zəng edib işin nəticəsini söruşmuş, İlyas bir-iki günə işə çıxacağını söyləmişdir. Bundan sonra işinin düzəlmədiyini görüb İlyasa zəng etmiş və pulunun qaytarılmasını tələb etmiş, İlyas onun pulunu qaytaracağını vəd etsə də, onun pulunu qaytarmamışdır. Hazırda vurulmuş ziyanlıq ödənilməmişdir, odur ki, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun barəsində qanuna müvafiq cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid ifadəsində göstərmişdir ki, bacanağı Zərərçəkmiş şəxs 2023-cü ilin dekabr ayında söhbət əsnasında ona demişdir ki, onu tanışı İlyas adlı şəxs “Səngəçal” terminalında işə düzəldir. O, Həsənə bildirmişdir ki, onu da həmin şəxs “Səngəçal” terminalında işə düzəltsə yaxşı olar. Həsən bildirmişdir ki, onu İlyasla tanış edib işə düzəltməsini ondan xahiş edər. Odur ki, Həsən onu Abşeron rayonu, Saray qəsəbəsində, Tərlan şadlıq evinin yaxınlığında olan çayxanada Təqsirləndirilən şəxsla 2023-cü ilin dekabr ayının əvvəllərində tanış etmişdir. Onunla Saray qəsəbəsində görüşmüş və onu da “Səngəçal” terminalında işə düzəltməyi Həsən, İlyasdan xahiş etmişdir. İlyas söz vermişdir ki, onu “Səngəçal” terminalında mühafizəçi işinə düzəldəcəkdir. İlyas bu işin düzəlməsi üçün ondan 500 manat pul istmişədir. O, həmin vaxt İlyasa Saray qəsəbəsində 300 manat pul vermişdir. Demişdir ki, qalanını sonradan verəcəkdir. Bir neçə gündən sonra, 2023-cü ilin dekabr ayının 10-da Sumqayıt şəhərində, 4-cü mikrarayon ərazisində Təqsirləndirilən şəxsla görüşüb orada ona 200 manatı da vermişdir. Beləliklə, o, Təqsirləndirilən şəxs onu işə düzəltməsi üçün cəmi 500 manat pul vermişdir. İlyas ona söz vermişdir ki, bir neçə gün ərzində onun işini həll edəcək və o, “Səngəçal” terminalında mühafizəçi kimi işə başlayacaqdır. Lakin onun işə düzılməyi üçün onu heç kimin çağırmadığı, ondan heç bir vəzifəli şəxsin sənəd tələb etmədiyini gördükdə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldatmışdır. Odur ki, onun barəsində Azərbaycan Respublikası DİN-nin “102 xidmətinə” zəng edib şikayət etmişdir və sonradan Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə gedib şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs araşdırma aparılarkan onun 500 manat borcunu tam şəkildə ödəmişdir. Odur ki, Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinə ərizə yazaraq Təqsirləndirilən şəxs şikayətçi olmadığımı bildirmişdir. Hazırda da, Təqsirləndirilən şəxs şikayətçi deyildir. Həsən ona demişdir ki, sonradan İlyasla Saray qəsəbəsində, Tərlan şadlıq evinin yaxınlığında olan çayxanada görüşüb ona 500 manat pul vermişdir. Həsən ona bildirmişdirdi ki, İlyasın kartına göndərməklə və özünə əlbəəl verməklə ona cəmi 1000 (min) manat pul vermişdir. Sumqayıt polis idarəsinin 3-cü polis bölməsinə Həsəınlə birlikdə getmişlər. Orada İlyasla birlikdə söhbət edrkən Həsən İlyasdan ona verdiyi 1000 (min) manat pulunu tələb etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun yanında etiraf etmişdir ki, Həsəni “Səngəçal” terminalında işə düzəltmək üçün ondan 1000 (min) manat pul almışdır. Söz vermişdir ki, Həsənə olan 1000 (min) manat borcunu qısa müddətdə ödəyəcəkdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri,işdə olan müvafiq sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. - “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilməsi haqqında” 08 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan edilməsi üçün axtarış elan edilmiş, həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - Abşeron Rayon Polis İdarəsinin Saray PB-nin 10 may 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. - “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 192-ci maddəsinin 1-cihissəsi, 93-7-ci maddəsi və 38-ci maddələri ilə (köhnə red.) cinayət məsuliyyətinə cəlb edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1999-cu il tarixli “Amnistiya” Qərarının 1.13-cü bəndinə əsasən məhkəmə zalından azad edilmişdir. Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.4, 62, 53-cü maddələri ilə təqsirli bilinib 03 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 40-cı və 22-ci maddələrinə əsasən xitam edilmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 65.3-cü maddələri ilə təqsirli bilinib şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Səbayıl rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 62-ci maddələri ilə təqsirli bilinib 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 04 il 05 ay 28 gün müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə ciddi rejimli cəzaçəkmə müəssisəsində ümumi rejimli cəzaçəkmə müəssisəsinə dəyişdirilmişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 67.1-ci maddələri ilə təqsirli bilinib 05 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökmdən bir epizod xaric edilib və cəzası 03 ilə endirilib, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 02 ay 22 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən xitam edilmişdir. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 03 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Mehman Novruzovun xx.xx.2024cü il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 11 may 2024-cü il tarixli vəsatətdən görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 11 may 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, fotoşəkil üzrə tanınmaya təqdim edilməsi haqqında protokol, Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs pul göndərməsini təsdiq edən ödəmə çekləri və iş üzrə digər sənədlər sübut növü kimi tanınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərin ödənilməməsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və Tovuz Rayon Məhkəməsinin icraatında olan 1(062)-74/2025 saylı cinayət işi üzrə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalı, həmçinin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə – 30 may 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 40 saatın hər iş saatının 6 manatdan, 6 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 306 manat (40 saat x 6 AZN + 6 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 07 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun barəsində Tovuz Rayon Məhkəməsinin icraatında olan 1(062)-74/2025 saylı cinayət işi üzrə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın, həmçinin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmənin əvvəli 30 may 2025-ci il tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 46 saat hüquqi yardıma görə Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 306 (üç yüz altı) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar