Məhkəmə qərarları › İş №1(012)-194/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-194/2021

21.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-194/2021 21.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi3, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1977-ci ildə Qırğızıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, evli, işləməyən, Balakən rayonu, Şambul kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1972-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Ağdam şəhəri, Seyidli kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, evli, işləməyən, Bakı şəhəri, Ə.Salamzadə küçəsi 5 inzibati binada qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin dekabr ayının əvvəllərində saat 20 radələrində X2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerələşən yeni inşa edilmiş fərdi yaşayış evinin giriş qapısının qıfılını sındırıb pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla hər ikisi qanunsuz yaşayış sahəsinə daxil olub oradan Nəqafət Hənifəyevə məxsus 22 ədəd ümumi dəyəri 100 manat olan işıq qoruyucusunu (avtomat), hər birinin dəyəri 60 manat olmaqla ümumi 120 manat dəyərində 2 qutu boyanı, 1 ədəd 80 manat dəyərində su nasosunu, 1 ədəd 140 manat dəyərində su nasosu üçün nəzərdə tutulmuş gidraforu, ümumi 140 manat dəyərində su xəttinə quraşdırılması üçün nəzərdə tutulmuş xırda materialları, hər birinin dəyəri 5,5 manat olan ümumi 11 manat dəyərində 2 ədəd kimyavi köpüyü, bir ədəd 8 manat dəyərində diyircəyi, evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 180 manat dəyərində preforatoru, 1 ədəd 30 manat dəyərində direli, 1 ədəd 60 manat dəyərində lobziki, 1 ədəd 5 manat dəyərində mikseri, 1 ədəd 5 manat dəyərində baltanı gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 599 manat dəyərində, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 280 manat, cəmi 879 manat dəyərində əmlakı gizli talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 fevral 2020-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 4 ünvanda yerləşən fərdi evin birinci mərtəbəsinin plastik materialdan olan pəncərəsini əli ilə itələyərək açıb yaşayış sahəsinə-evə qanunsuz daxil olmuş, oradan 1 ədəd 15 manat dəyərində «Kzubr» markalı balaca direli, 1 ədəd 20 manat dəyərində lobziki, 1 ədəd dəyəri 80 manat dəyərində digər lobziki, 1 ədəd 85 manat dəyərində qızdırıcı feni, 1 ədəd 150 manat dəyərində böyük direli, ümumi 115 manat dəyərində plastik boruları, hər birinin dəyəri 175 manat olan ümumi 350 manat dəyərində 2 ədəd su nasosunu, hər birinin dəyəri 400 manat olan, ümumi 800 manat dəyərində 2 ədəd taxta mişarını, 1 ədəd 80 manat «Bosch» markalı böyük ölçülü perefaratoru, 1 ədəd 280 manat dəyərində digər böyük ölçülü perefaratoru, 1 ədəd 80 manat dəyərində üzərində heç bir markalanma barədə məlumat olmayan laqondanı, bir ədəd 200 manat dəyərində böyük laqondanı, hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd balaca laqondanı və evin divarlarında quraşdırılmış hər birinin dəyəri 5 manat olan ümumi 200 manat dəyərində 40 ədəd elektrik açarlarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 2555 manat dəyərində maddi ziyan vurmaqla təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28.02.2020-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən evin hasardan aşmaqla həyətinə, sonra isə evin plastikdən olan pəncərə şüşəsini daş parçası ilə sındırıb pəncərəni açaraq qanunsuz yaşayış sahəsinə hər ikisi daxil olub, oradan hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində iki ədəd dreli, bir ədəd 80 manat dəyərində qaynaq edən ütünü və ümumi 200 manat dəyərində elektrik naqilini Təqsirləndirilən şəxs2la birlikdə gizli olaraq taladıqdan sonra öz aralarındakı razılığa əsasən cinayət yolu ilə əldə etdiyi əmlakı 50 manata satıb pulunu öz aralarında hərəsinə 25 manat olmaqla bölərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 380 manat dəyərində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən oğurluq törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15.04.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, qabaqcadan öz aralarında rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 həyətdə dayanıb kənar şəxslərin gəlib-gəlməməsini müşayiət etmiş, o, isə evin pəncərəsini sıxıb açma yolu ilə evə girərək, qonaq otağından 1 ədəd 750 manat dəyərində qara rəngli Sony markalı, KDL-48VD 653 model, 2017\10 tarixdə Malayziyada istehsal edilmiş televizoru gizli olaraq taladıqdan sonra aralarında olan razılığa əsasən həmin televizoru Təqsirləndirilən şəxs3 300 manata satıb, 50 manatını ona verib, qalan 250 manat pulu Təqsirləndirilən şəxs3 özünə götürməklə bölərək, Zərərçəkmiş şəxs1 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 19.04.2020-ci il tarixdə saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən evin həyətinə, yəni saxlanc yerinə qanunsuz daxil olmuş, qabaqcadan öz aralarında rolların bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 həyətdə dayanıb kənar şəxslərin gəlib-gəlməməsini müşayiət etmiş, o, isə evin həyətində olan bir ədəd 190 manat dəyərində olan su nasosunu gizli olaraq taladıqdan sonra aralarında olan razılığa əsasən, həmin su nasosunu 20 manata satıb pulunu öz aralarında hərəsinə 10 manat olmaqla bölərək, Zərərçəkmiş şəxs1 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən oğurluq törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 18.06.2020-ci il tarixdə saat 15:30 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evinə plastik pəncərəsini sıxıb açma yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, evdən hər birinin dəyəri 120 manat olan ümumi 360 manat dəyərində 3 ədəd su krantını, 1 ədəd 80 manat dəyərində duş üçün başlığı, hər birinin dəyəri 7 manat 50 qəpik olan ümumi 450 manat dəyərində 60 ədəd elektrik yuvacıqlarını, hər birinin dəyəri 80 manat olan ümumi 160 manat dəyərində 2 ədəd elektrik direlini, 1 ədəd 80 manat dəyərində “Uralzid” markalı laqondanı, hər birinin dəyəri 20 manat olan ümumi 140 manat dəyərində 7 ədəd kombi aparatı üçün bağlayıcı krantı, hər topunun dəyəri 40 manat olan ümumi 80 manat dəyərində 2 top elektrik naqilini gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 1350 manat maddi ziyan vuraraq yaşayış sahəsinə qanunsuz daxil olmaqla təkrarən oğurluq törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 avqust 2020-ci il tarixdə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Qəzənfər küçəsində yerləşən fərdi evin pəncərəsini açmaqla qanunsuz yaşayış sahəsinə daxil olaraq, evin birinci mərtəbəsinin dəhlizində divara quraşdırılmış hər birinin dəyəri 8 manat olan ümumi 56 manat dəyərində 7 ədəd üzərində “Siemens C20” markalı elektrik açarını, evin ikinci mərtəbəsinin dəhlizində divara quraşdırılmış hər birinin dəyəri 8 manat olan ümumi 112 manat dəyərində 14 ədəd üzərində “Siemens C20” markalı elektrik açarını, bir ədəd 150 manat dəyərində olan mis metaldan olan elektrik fənərini, evin hər iki mərtəbəsindən hər birinin dəyəri 8 manat olan ümumi 640 manat dəyərində 80 ədəd elektrik yuvasını, evin hər iki mərtəbəsində evin divarlarına çəkilmiş hər metrinin dəyəri 1 manat olan ümumi 2000 manat dəyərində 2000 metr uzunluğunda 2mm-lik elektrik naqilini gizli talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 2958 manat maddi ziyan vurmaqla təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin dekabr ayının əvvəllərində saat 20 radələrində X2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerələşən yeni inşa edilmiş fərdi yaşayış evinin giriş qapısının qıfılını sındırıb pəncərəsinin dəmir barmaqlığını çıxarmaqla hər ikisi qanunsuz yaşayış sahəsinə daxil olub, oradan Nəqafət Hənifəyevə məxsus 22 ədəd ümumi dəyəri 100 manat olan işıq qoruyucusunu (avtomat), hər birinin dəyəri 60 manat olmaqla ümumi 120 manat dəyərində 2 qutu boyanı, 1 ədəd 80 manat dəyərində su nasosunu, 1 ədəd 140 manat dəyərində su nasosu üçün nəzərdə tutulmuş gidraforu, ümumi 140 manat dəyərində su xəttinə quraşdırılması üçün nəzərdə tutulmuş xırda materialları, hər birinin dəyəri 5,5 manat olan ümumi 11 manat dəyərində 2 ədəd kimyəvi köpüyü, bir ədəd 8 manat dəyərində diyircəyi, evdə usta işləyən Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd 180 manat dəyərində preforatoru, 1 ədəd 30 manat dəyərində direli, 1 ədəd 60 manat dəyərində lobziki, 1 ədəd 5 manat dəyərində mikseri, 1 ədəd 5 manat dəyərində baltanı gizli olaraq talayıb zərərçəkmiş şəxs X2 ümumilikdə 599 manat dəyərində, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 280 manat, cəmi 879 manat dəyərində əmlakı gizli talamaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28.02.2020-ci il tarixdə saat 20:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən evin hasardan aşmaqla həyətinə, sonra isə evin plastikdən olan pəncərə şüşəsini daş parçası ilə sındırıb pəncərəni açaraq qanunsuz yaşayış sahəsinə hər ikisi daxil olub, oradan hər birinin dəyəri 50 manat olan ümumi 100 manat dəyərində iki ədəd dreli, bir ədəd 80 manat dəyərində qaynaq edən ütünü və ümumi 200 manat dəyərində elektrik naqilini Təqsirləndirilən şəxs2la birlikdə gizli olaraq taladıqdan sonra öz aralarındakı razılığa əsasən cinayət yolu ilə əldə etdiyi əmlakı 50 manata satıb pulunu öz aralarında hərəsinə 25 manat olmaqla bölərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 380 manat dəyərində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq təkrarən oğurluq törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19.04.2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən evin həyətinə, yəni saxlanc yerinə qanunsuz daxil olmuş, qabaqcadan öz aralarında rolların bölgüsünə əsasən o, həyətdə dayanıb kənar şəxslərin gəlib-gəlməməsini müşayiət etmiş, Təqsirləndirilən şəxs1 isə evin həyətində olan bir ədəd 190 manat dəyərində olan su nasosunu gizli olaraq taladıqdan sonra aralarında olan razılığa əsasən, həmin su nasosunu 20 manata satıb pulunu öz aralarında hərəsinə 10 manat olmaqla bölərək, Zərərçəkmiş şəxs1 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq təkrarən oğurluq törətmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslə maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15.04.2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, qabaqcadan öz aralarında rolların bölgüsünə əsasən o, həyətdə dayanıb kənar şəxslərin gəlib-gəlməməsini müşayiət etmiş, Təqsirləndirilən şəxs1 isə evin pəncərəsini sıxıb açma yolu ilə evə girərək, qonaq otağından 1 ədəd 750 manat dəyərində qara rəngli Sony markalı, KDL-48VD 653 model, 2017\10 tarixdə Malayziyada istehsal edilmiş televizoru gizli olaraq taladıqdan sonra aralarında olan razılığa əsasən o, həmin televizoru 300 manata satıb, 50 manatını Təqsirləndirilən şəxs1 verib, qalan 250 manat pulu özünə götürməklə bölərək, Zərərçəkmiş şəxs1 ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 15.04.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan tanışı Təqsirləndirilən şəxs3 ona Masazır qəsəbəsində tanıdığı bir evin boş olduğunu, sahibinin evdə olmadığını bildirmiş, həmçinin Rövşən həmin evin əşyaları evə gətirilən zaman orada əşyaların evə boşaldılmasında köməklik etdiyini, eləcə də qonaq otağında divardan asılmamış vəziyyətdə, adyala bükülü halda iri ölçülü televizorun olduğunu söyləmiş, sonra Rövşən ona həmin televizoru oğurlayıb sata bilmək üçün müştərisinin də olduğunu bildirmiş və ona onunla birlikdə gedib həmin evdən televizoru oğurlamağı təklif etmiş, son zamanlar işsiz olduğuna görə və pula ehtiyacı olması səbəbindən Rövşənin bu təklifi ilə razılaşmış və birlikdə Rövşənin dediyi ünvana getmişlər, Rövşən evi ona göstərdikdən sonra darvazasının kilidinin işləmədiyini, qapının açıq olduğunu söyləmiş, sonra onlar darvazanı açaraq həyətə daxil olmuş, o, evin plastik materialdan olan pəncərəsini əli ilə itələyib açmış və içəri daxil olmuş, Rövşən isə həyətdə dayanaraq gələn olarsa xəbər edəcəyini bildirmiş, o, içəri daxil olduqdan sonra Rövşənin dediyi kimi sağ otağa keçib stolun üstündə adyala bükülmüş vəziyyətdə olan həmin televizoru götürmüş və pəncərədən Rövşənə verib evdən çıxıb hər ikisi oradan uzaqlaşmış, televizoru isə satmaq üçün Rövşən aparmış, ertəsi gün Rövşən mobil nömrəsinə zəng edərək Masazır qəsəbəsində onunla görüşmüş və televizoru 100 manata satdığını deyib ona 50 manat pul vermişdir. Bundan dörd gün sonra Masazır qəsəbəsində olduğu zaman tanışı Təqsirləndirilən şəxs2la görüşmüş, həmin vaxt Soltan ona bildirmişdir ki, tanıdığı bir nəfər su motoru almaq istəyir, ona görə də ondan su matoru oğurlaya biləcəyi bir yer soruşmuş, həmin vaxt o, Soltana tanıdığı bir həyətdə su motoru olduğunu bildirmiş, sonra Soltan evə gedib su matorunu açmaq üçün evdən açar gətirmiş və onlar birlikdə 4 gün əvvəl televizoru oğurladığı həyətə getmişlər. O, darvazanın qapısını açaraq həyətə daxil olmuş, Soltan isə gələn olarsa xəbər etmək üçün onu həyətdə gözləmiş, o, həmin həyətdə yerdə olan su motorunu açarla açıb götürüb həyətdən çıxmış, həmin su motorunu satması üçün Soltana vermiş və tələsik hadisə yerindən uzaqlaşmış, ertəsi gün Soltan ona zəng edərək onunla görüşmüş və oğurladığı həmin su motorunu 20 manata satdığını deyib ona 10 manat vermiş, əldə etdiyi 60 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Əlavə olaraq göstərmişdir ki, Soltana dörd gün əvvəl həmin evdən Rövşənlə birlikdə televizor oğurladığı barədə heç bir söz deməmişdir. Bundan başqa göstərdi ki, qonşusu Soltanla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində sahibsiz yeni təmir olunan fərdi yaşayış evlərinə daxil olaraq evlərdən tikinti materialları və tikinti alətləri oğurlayıb satıb pulunu ikisi arasında bölmüş, 2020-ci ilin fevral ayının sonunda, dəqiq tarixini xatırlamır, saat təxminən 20:00 radələrində Soltanla əvvələcədən razılaşdığı kimi oğurluq etmək üçün Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin arxasında olan məhləyə getmiş, həmin məhlədə sahibsiz yaşayış olmayan iki mərtəbəli evin olduğunu görüb oğurluq etmək üçün evə daxil olmaq qərarına gəlmişlər. Evin həyət qapısı bağlı olduğu üçün hasardan həyətə keçmiş, evin birinci mərtəbəsinin plastik pəncərəsinin şüşəsini daşla vurub sındırıb pəncərəni açmış və içəri daxil olmuş, Soltan isə həyətdə pəncərənin yanında gözləmiş, həmin vaxt evin birinci mərtəbəsində olan iki ədəd drel aparatını, bir ədəd qaynaq edən ütünü və divarda olan elektrik naqillərini çıxarıb pəncərədən Soltana vermiş, sonra birlikdə oğurladığı əşyaları həmin küçədə boş bir sahədə gizləmiş və səhəri gün gəlib həmin əşyaları gizlətdiyi yerdən götürüb Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Romi” oteli ilə üzbəüz tikinti materialları satışı maqazini olan Zabit adlı şəxsə 50 manata satmış, həmin 50 manat pulu Soltanla yarı bölüb hərəsinə 25 manat pul götürmüş, 25 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, bundan sonra da Masazır qəsəbəsində Soltanla birlikdə fərdi evlərdən oğurluq etmişlər. Soltanla birlikdə oğurladığı yuxarıda qeyd olunan əşyaları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində tikinti materialları satışı maqazasında Zabit adlı şəxsə 50 manata satmış, Zabit həmin malları alan zaman oğurluq olub-olmadığını soruşmamış və onlar da bu barədə sonuncuya bir söz deməmişlər. Bundan başqa göstərdi ki, 02.02.2020-ci il tarixdə saat təxminən 22:00 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, Ə.Topçubaşov küçəsində yerləşən yarım tikili olan fərdi yaşayış evindən oğurluq etmək məqsədilə girmək üçün evin ətrafına baxmış, heç kimin olmadığını əmin olub evin birinci mərtəbəsinin plastik materialdan olan pəncərəsini əli ilə itələyərək açıb evə daxil olmuş, evdə müxtəlif tikinti alətləri olmuş, o, əvvəl evin ikinci mərtəbəsinə qalxmış, orada pəncərənin yanında yerdə olan ik ədəd perferator, bir ədəd balaca direl, iki ədəd lobzik, daha sonra digər otaqda yerdə olan bir ədəd qızdırıcı feni, bir ədəd böyük direli, plastik boruları götürüb aşağı birinci mərtəbəyə daşıyaraq yığmış, evin birinci mərtəbəsində olan iki ədəd su motorunu, bir ədəd taxta mişarı, iki ədəd böyük laqondanı, iki ədəd balaca laqondanı da götürüb hamısını ikinci mərtəbədən düşürərək yığdığı əşyaların yanına qoymuş, bundan başqa evin divarlarında quraşdırılmış təxminən 40-a yaxın elektrik açarlarını, yəni elektrik avtomatlarını çıxararaq həmin əşyaların yanına yığmışdır. Bundan sonra yığdığı həmin tikinti alətlərini hamısını özü ilə gətirdiyi torbalara yığaraq evin giriş qapısını içəridən açıb evdən çıxmış, sonra tələsik oradan uzaqlaşmış, oğurladığı həmin əşyalardan bir ədəd balaca direl, bir ədəd lobzik, bir ədəd perferator və bir ədəd markası silinmiş vəziyyətdə olan böyük laqondanı 03 fevral 2020-ci il tarixdə əvvəllər tanıdığı Zabit adlı şəxsin Masazır qəsəbəsində yerləşən inşaat mallarının satışı dükanına aparıb ona ümumilikdə 100 manata satmış, qalan əşyaları isə müxtəlif vaxtlarda fərqli qiymətlərdə Bakı şəhərində yerləşən Sabunçu bazarında, 3-cü mikrorayon bazarında tanımadığı adamlara satmış, əldə etdiyi pulları da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa göstərdi ki, 18.06.2020ci il tarixdə təxminən saat 15:30 radələrində evdən çıxıb Masazır qəsəbəsinə getmiş, Masazır qəsəbəsində olarkən bir evin işaqlarının yanmadığını görüb həmin evdən oğurluq etməyi qərara almış, həyətə daxil olduqdan sonra evin qarşı tərəfinə keçmiş, giriş qapısının sol tərəfində yerləşən pəncərəni sıxıb açma yolu ilə evə daxil olmuş, evə daxil olduqdan sonra otaqları gəzib axtarmağa başlamış, evdəki boş otaqdan hamam aksesuarları olduğunu görüb boş paket götürərək həmin aksesuarlardan üç ədəd su kranını, bir ədəd duş üçün başlığı, altmış ədəd elektrik yuvacıqlarını, iki ədəd dreli, bir ədəd Bosch markalı laqondanı, iki top elektrik naqilini torbaya yığmış, bundan sonra evin ikinci mərtəbəsinə çıxıb orada olan yeddi ədəd kombi üçün bağlayıcı kranı görüb götürərək otaqdan tapdığı selofona qoymuş və evin ikinci mərtəbəsindən hasarın üstünə düşərək oradan uzaqlaşmış, evdən oğurladığı əşyaları Masazır qəsəbəsində əsas yolun kənarında yerləşən Zabit adlı şəxsin işlətdiyi tikinti materialları dükanına aparmış, Zabit adlı şəxsə həmin əşyaları 50-60 manat qarşılığında satmış və əldə etdiyi pulları xərcləmişdir. Sonda o, zərərçəkmiş şəxslərin bir qisminin ona qarşı şikayət və tələbinin olmamasını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Halbuki, iş materiallarında olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs1 oğlunun ibtidai istintaq zamanı müdafiə hüququ təmin olunmaqla verdiyi ifadəsindən görünür ki, 2019-cu ilin dekabr ayının əvvəllərində Soltan ona Masazır qəsəbəsində yeni tikilmiş evlərdən oğurluq etməyi təklif etmiş, onlar öz aralarında razılaşdıqdan sonra Soltanla birlikdə gedib Masazır qəsəbəsində yeni tikilmiş evin çol qapısının kilidini sındırma yolu ilə həyətə, orada isə evin pəncərəsinin üzərindəki dəmir barmaqlıqları çıxararaq evə daxil olmuşlar. Evdən bir ədəd perefarator, bir ədəd drel, bir ədəd lobzik, bir ədəd balta, bir ədəd mikser, çoxlu sayda cərəyan qoruyucuları, iki ədəd emulsiya, bir ədəd su nasosu, su xəttinə aid gidrapor, su xəttinə aid materiallar, iki ədəd pena, bir ədəd rolik götürüb evi tərk etmişlər. Soltanla birlikdə bir neçə oğurluqlar etmiş, qalan oğurluqları isə tək törətmiş, oğurladıqları əşyaların bir ədəd dreli və bir ədəd perefaratoru Soltan qonşusuna 25 manata satmış və pulu öz aralarında bölmüşlər. Bundan başqa göstərdi ki, 11 avqust 2020-ci il tarixdə təxminən saat 02 radələrində Masazır qəsəbəsi, Ə.Qəzənfər küçəsində tək gəzişmiş, həmin vaxtı qarşısını ikimərtəbəli təmirsiz ev çıxmış, evin arxa tərəfinə keçərək bir ədəd dəmir parçası tapıb dəmir barmaqlığı çıxararaq həmin evə daxil olmuş və evi axtarmağa başlamış, evdə oğurluq etməyə bir əşya tapmayıb dəhlizdə olan 14 ədəd Siemens markalı elektrik açarlarını divardan çıxarmış, mis materialdan olan elektrik lampasını, divara bərkidilmiş 85 ədəd elektrik yuvasını və divara bərkidilmiş elektrik naqillərini söküb divardan çıxarmış və evdən tapdığı selofon paketə yığaraq oradan uzaqlaşmış, oğurladığı əşyaların bir qismini Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinin yaxınlığında tikinti materialları dükanında Fəxrəddin adlı şəxsə 70 manata satmış, digər qismini isə Bakı şəhəri, Sabunçu bazarında tanımadığı şəxsə satmışdır. Məhkəmə iclasında təqsirləndiirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 19.04.2020ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olduğum zaman tanışı Sərdar Mərdəliyeviç ilə görüşmüş, həmin vaxt Sərdara üzdən tanıdığı bir nəfər şəxsin su motoru almaq istədiyini bildirmiş, ona görə də ondan su motoru oğurlaya biləcəyi bir yer tanıyıb-tanımamağını soruşmuş, həmin vaxt Sərdar ona tanıdığı bir həyətdə su motoru olduğunu bildirmiş, sonra evə gedib su motorunu açmaq üçün evdən açar gətirmiş və birlikdə Sərdarın dediyi həyətə getmişlər. Sərdar darvazanın qapısını açaraq həyətə daxil olmuş, o, isə gələn olarsa xəbər etmək üçün sonuncunu həyətdə gözləmiş, bir neçə dəqiqədən sonra Sərdar su motorunu götürüb həyətdən çıxmış, həmin su motorunu satmaq üçün ona vermiş və onlar tələsik həmin yerdən uzaqlaşmışlar. Ertəsi gün oğurladığı həmin su motorunu Masazır qəsəbəsində üzdən tanıdığı, lakin adı fikrində qalmayan həmin şəxsə 20 manata satmış və Sərdara zəng edib görüşərək 10 manat vermiş, əldə etdiyi 10 manat pulu isə öz ehtiyacına xərcləmişdir. Bundan başqa göstərdi ki, bir ildir Təqsirləndirilən şəxs1lə tanışdır və onlar Masazır qəsəbəsində qonşu məhəllələrdə yaşayırlar. Bir neçə aydır Sərdarla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində sahibsiz yeni təmir olunan fərdi yaşayış evlərinə daxil olaraq evlərdən tikinti materialları və tikinti alətləri oğurlayıb satıb pulunu aralarında bölürlər. 2020-ci ilin fevral ayının sonunda dəqiq tarixini xatırlamır, saat təxminən 20:00 radələrində Sərdarla birlikdə əvvələcədən razılaşdığı kimi oğurluq etmək üçün Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin arxasında olan məhləyə getmiş, həmin məhlədə sahibsiz yaşayış olmayan iki mərtəbəli evin olduğunu görüb oğurluq etmək üçün evə daxil olmaq qərarına gəlmiş, evin həyət qapısı bağlı olduğu üçün hasardan həyətə keçmiş, Sərdar evin birinci mərtəbəsinin plastik pəncərəsinin şüşəsini sındırıb pəncərəni açmış və Sərdar evə daxil olub evdən götürdüyü iki ədəd drel aparatını, bir ədəd qaynaq edən ütünü və elektrik naqillərini çıxarıb pəncərədən ona vermiş, oğurladiği əşyaları həmin küçədə boş bir sahədə gizlətmiş və səhəri gün gəlib oğurladığı əşyaları gizlətdiyi yerdən götürüb Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Romi” oteli ilə üzbə-üz tikinti materialları satışı maqazini olan Zabit adlı şəxsə 50 manata satmış, həmin 50 manat pulu Sərdarla yarı bölüb hərəsinə 25 manat pul götürmüş, 25 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Əlavə olaraq göstərdi ki, Sərdarla birlikdə oğurladığı yuxarıda qeyd olunan əşyaları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində tikinti materialları satışı mağazasında Zabit adlı şəxsə 50 manata satmış, Zabit həmin malları alan zaman oğurluq olub-olmadığını soruşmamış və onlar da bu barədə məlumat verməmişlər. Bundan başqa göstərdi ki, 2019-cu ilin dekabr ayının əvvəllərində Sərdara Masazır qəsəbəsində yeni tikilmiş evlərdən oğurluq etməyi təklif etmiş, onlar öz aralarında razılaşdıqdan sonra Sərdarla birlikdə gedib Masazır qəsəbəsində yeni tikilmiş evin çol qapısının kilidini sındırma yolu ilə həyətə, orada isə evin pəncərəsinin üzərindəki dəmir barmaqlıqları çıxararaq evə daxil olmuşlar. Evdən bir ədəd perefarator, bir ədəd drel, bir ədəd lobzik, bir ədəd balta, bir ədəd mikser, çoxlu sayda cərəyan qoruyucuları, iki ədəd emulsiya, bir ədəd su nasosu, su xəttinə aid gidrapor, su xəttinə aid materiallar, iki ədəd pena, bir ədəd rolik götürüb evi tərk etmişlər. Əlavə olaraq göstərmişdir ki, Sərdarla birlikdə bir neçə oğurluqlar etmiş, oğurladıqları əşyaların bir ədəd dreli və bir ədəd perefaratoru o, qonşusuna 25 manata satmış və pulu öz aralarında bölmüşlər. Sonda o, zərərçəkmiş şəxslərin bir qisminin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndiirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15.04.2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan tanışı Sərdar Mərdəliyeviçlə görüşdüyü zaman ondan Masazır qəsəbəsində oğurluq edə bilməyi üçün tanıdığı bir ev tanıyıb-tanımadığını soruşmuş, ona Masazır qəsəbəsində tanıdığı bir evin boş olduğunu, sahibinin evdə olmadığını bildirmiş, həmçinin Sərdara həmin evin əşyaları evə gətirilən zaman orada əşyaların evə boşaldılmasında köməklik etdiyini, eləcə də qonaq otağında divardan asılmamış vəziyyətdə, adyala bükülü halda iri ölçülü televizorun olduğunu söyləmiş, sonra Sərdara həmin televizoru oğurladıqdan sonra sata biləcəyini də bildirmiş, son zamanlar işsiz olduğuna görə və pula ehtiyacı olması səbəbindən Sərdarla birlikdə həmin evə oğurluğa getməyini qərara almışlar. Sonra Sərdarla birlikdə Masazır qəsəbəsində tanıdığı həmin ünvana getmiş, evi Sərdara göstərdikdən sonra darvazasının kilidinin işləmədiyini, qapının açıq olduğunu söyləmiş, sonra darvazanı açaraq həyətə daxil olmuşlar. Sərdar evin plastik materialdan olan pəncərəsini əli ilə itələyib açmış və içəri daxil olmuş, o, isə gələn olarsa xəbər edəcəyi üçün həyətdə dayanmış, Sərdar içəri daxil olduqdan sonra adyala bükülmüş vəziyyətdə olan həmin “Sony” markalı televizoru götürüb pəncərədən ona vermiş və özü də evdən çıxmış, sonra hər ikisi oradan uzaqlaşmış, televizoru isə satmaq üçün özü aparmış, ertəsi günü həmin “Sony” markalı televizoru Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində mağazada işləyən, adını bilmədiyi şəxsə 300 manata satmış, sonra Sərdara zəng edərək Masazır qəsəbəsində onunla görüşmüş və televizoru 100 manata satdığını deyib ona 50 manat vermiş, əldə etdiyi 250 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Sonda o, zərərçəkmiş şəxslərin bir qisminin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını əsas gətirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, 2019-cu ilin aprel ayında Abşeron rayonu, Masazr qəsəbəsi, yeni məhəllədə 0.04 ha torpaq sahəsi alıb iki mərtəbəli fərdi yaşayış evi tikdirməyə başlamış, evi tam tikdirmiş və hazırda daxilində təmir işləri davam edir. Hazırda evdə Zahidlə Nəsimi təmir işi görürlər. 29.02.2020-ci il tarixdə səhər saatlarında Zahidlə Nəsimi işləmək üçün evə gəlmiş və həmin vaxtı evin pəncərəsinin şüşəsinin sındırıldığını və evin qapısını açaraq evdən oğurluq hadisəsinin olduğunu görmüşdür. O, evin pəncərəsinin naməlum şəxs tərəfindən sındırılaraq qapının açılması yolu ilə evdən 100 manat dəyərində iki ədəd drelin, 80 manat dəyərində qaynaq edən ütünün və 200 manat dəyərində elektrik naqillərinin oğurlandığının şahidi olmuş, bundan sonra 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Oğurluq nəticəsində ona təxminən 380 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxslərlə barışmasına, ona dəymiş ziyanın ödənilməsinə, onlara qarşı şikayət və tələbinin olmamasına dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, 04.12.2019-cu il tarixdə X2 məxsus evə səhər radələrində işləmək üçün gəldikdə gecə radələrində naməlum şəxs və şəxslərin evin giriş qapısının kilidini sındırmaqla evə daxil olduqlarını, evdən Nəqafət Hənifəyevə məxsus 100 manat dəyərində işıq qoruyucularının, 120 manat dəyərində iki ədəd sulu boyanın, 80 manat dəyərində su nasosu və gidroforun, 11 manat dəyərində iki ədəd penanın, 8 manat dəyərində rolikin, 140 manat dəyərində isə su xətti çəkmək üçün aldığı müxtəlif əşyaların oğurlandığının şahidi olmuş, evdən həmçinin ona məxsus 180 manat dəyərində bir ədəd perefaratorun, 60 manat dəyərində bir ədəd elektrik lobzikinin, 30 manat dəyərində bir ədəd elektrik drelinin, 5 manat dəyərində baltanın və 5 manat dəyərinəd mikserin oğurlandığının da şahidi olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 280 manat dəyərində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxslərlə barışmasına, ona dəymiş ziyanın ödənilməsinə, onlara qarşı şikayət və tələbinin olmamasına dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, o, 2019-cu ilin iyun ayında ünvan 6 ünvanında yarımtikili fərdi həyət evi almış və həmin evi təmir etməyə başlamışdır. 16.06.2020-ci il tarixdən 19.06.2020-ci il tarixədək olan müddət ərzində evdə heç kim olmayan vaxt naməlum şəxs və ya şəxslər evin ikinci mərtəbəsinin pəncərəsini sındırmaq yolu ilə mənzilə daxil olaraq oradan üç ədəd hər birinin dəyəri 120 manat olmaqla su krantını, bir ədəd 80 manat dəyərində duş üçün başlığı, 60 ədəd hər birinin dəyəri 7 manat 50 qəpik olmaqla elektrik yuvacıqlarını, iki ədəd markası bilinməyən hər birinin dəyəri 80 manat olmaqla elektrik direlini, bir ədəd 200 manat dəyərində “Boch” markalı laqondanı, yeddi ədəd hər birinin dəyəri 20 manat olmaqla kombi aparatı üçün bağlayıcı krantları, iki ədəd hər birinin dəyəri 40 manat olmaqla elektrik naqilini gizli olaraq talayaraq ona 1470 manat məbləğində maddi ziyan vurmuşlar. Sonda o, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş 1650 manat maddi ziyanın, 5000 manat mənəvi ziyanın və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsinə dair iddia ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə iki otaqlı fərdi yaşayış evi var. Həmin evdə heç kim yaşamasa da, arabir gedib evinə baş çəkir. 01.03.2020-ci il tarixdə evinə gedib baş çəkmiş, həmin vaxt bütün əşyaları yerində olmuşdur. 04 mart 2020-ci il tarixdə saat təxminən 11 radələrində evinə baş çəkməyə gedərkən naməlum şəxs və ya şəxslərin ona məxsus evə mətbəxin pəncərəsini sıxıb açma yolu ilə daxil olaraq evdə qonaq otağından bir ədəd 2800 manat dəyərində Sony markalı televizoru və həyətdə olan 90 manat dəyərində su nasosunu oğurladığını görmüş, bundan sonra Abşeron rayon Polis İdarəsinə gələrək hadisə barədə ərizə ilə müraciət etmiş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2890 manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə barışmasına, ona dəymiş ziyanın ödənilməsinə, onlara qarşı şikayət və tələbinin olmamasına dair ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, onun Abşeron rayonu, Masazır qəsəbəsində özünə məxsus tikilməkdə olan fərdi yaşayış evi var və həmin ünvana mütəmadi olaraq gedib baş çəkir. 03.02.2020-ci il tarixdə saat 08 radələrində həmin ünvana gedib baş şəkən zaman içində olan iki ədəd ümumi dəyəri 350 manat olan su nasosunun, iki ədəd ümumi dəyəri 800 manat olan taxta mişarının, iki ədəd ümumi dəyəri 400 manat olan böyük laqondanın, iki ədəd ümumi dəyəri 100 manat olan başala lagondanın, bir ədəd dəyəri 85 manat olan qızdırıcı fenin, iki ədəd ümumi dəyəri 560 manat olan pereparatorun, bir ədəd dəyəri 80 manat olan balaca direlin, bir ədəd dəyəri 150 manat olan böyük direlin, iki ədəd dəyəri 160 manat olan lobzikin, 40 ədəd ümumi dəyəri 200 manat olan elektirik açarları də 25 metr ümumi dəyəri 115 manat olan plastik boruların yerində olmadığını müəyyənləşdirmiş və DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş və ona oğurluq nəticəsində 3000 manat ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 04.12.2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 ona zəng etmiş, evindən alətlərinin və ona məxsus əşyaların gecə oğurlanması barədə məlumat vermiş, o, dərhal evinə gəlmiş və gecə radələrində naməlum şəxs və şəxslərin evin giriş qapısının kilidini sındırmaqla evə daxil olduqlarını, evdən 100 manat dəyərində işıq qoruyucularının, 120 manat dəyərində iki ədəd sulu boyanın, 80 manat dəyərində su nasosu və gidroforun, 11 manat dəyərində iki ədəd penanın, 8 manat dəyərində rolikin, 140 manat dəyərində isə su xətti çəkmək üçün aldığı müxtəlif əşyaların oğurlandığının şahidi olmuş, baş vermiş oğurluq nəticəsində ona 459 manat dəyərində maddi ziyan dəymişdir. Evindən həmçinin usta İnama məxsus 180 manat dəyərində bir ədəd perefaratorun, 60 manat dəyərində bir ədəd elektrik lobzikinin, 30 manat dəyərində bir ədəd elektrik drelinin, 5 manat dəyərində baltanın və 5 manat dəyərində mikserin oğurlandığının da şahidi olmuşdur. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Qəzənfərov küçəsində təxminən 10 ildən artıqdır 6 sot torpaq sahəsi almış və orada yarımçıq ev tikdirmiş, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşamasına baxmayaraq, arabir Masazır qəsəbəsindəki evinə gəlib gedib baş çəkir, sonuncu dəfə həmin ev 12.08.2020-ci il tarixdə getmiş, evdəki bütün əşyalar yerində olmuşdur. 12.08.2020-ci il tarixdə Masazır qəsəbəsindəki evinə baş çəkməyə getdikdə evin birinci mərtəbəsinin pəncərəsinin və darvazanın açıq vəziyyətdə olduğunu görmüş, həyətə daxil olaraq evə tərəf keçmiş, evin içərisinə baxdıqda birincə mərtəbədə dəhlizdə quraşdırılmış hər birinin dəyəri 8 manat olan 14 ədəd Siemens markalı elektrik avtomaşının 7 ədədinin, ikinci mərtəbədə isə 14 ədədinin hamısının yerində olmadığını görmüş, daha sonra evin dəhlizinə nəzər yetirdikdə dəhlizdə olan 150 manat dəyərində mis materialdan olan işıq lampasının, evin hər iki mərtəbəsində hər birinin dəyəri 8 manat olan 80 ədəd elktrik yuvasının çıxarıldığını, daşa sonra evə çəkilmiş hər birinin dəyəri 100 manat olan 20 top elektrik naqilinin divardan söküldüyünün və yerində olmadığını aşkar etmiş, bundan sonra baş vermiş hadisə ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş oğurluqla bağlı məlumat vermiş və oğurluq nəticəsində ona ümumilikdə 2998 manat dəyərində maddi ziyan dəymişdir. İş üzrə Zərərçəkmiş şəxs7 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 qarşı ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində tanınmış Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi 58-də inşşat materiallarının satışı mağazasını işlədir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, Sərdar onun mağazasında qaynaqçı və santexnik işləmiş, Soltanın isə qaynı mağazada sürücü işləyir. Sərdarla Soltan 2020-ci ilin mart ayının əvvəllərində mağazaya gəlib adını xatırlamadığı tikinti alətləri satmış, Sərdarla Soltan bir neçə dəfə mağazaya tikinti alətləri və materialı satmış, sonuncular həmin əşyaların özlərinə məxsus olduğunu bildirmişlər, həmin əşyaların oğurluq olduğunu bilməmiş və hazırda hansı əşyaları satdıqlarını xatırlamır. İbtidai istintaq zamanı Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ev təmiri ustasıdır və usta olan Şahid3 ilə birlikdə fərdi yaşayış evlərinin təmiri işlərini görürlər. 2020-ci ilin yanvar ayının sonlarında Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs2 məxsus iki mərtəbəli fərdi yaşayış evinin təmiri işlərini görməyə başlamış, hər gün işə saat 10:00-da gəlib saat 18:00-da gedirdilər. 28.02.2020-ci il tarixdə saat 18:00-da Masazır qəsəbəsi, yeni məhəllədə Zərərçəkmiş şəxs2 məxsus evdən çıxıb getmiş, səhəri gün yəni 29.02.2020-ci il tarixdə Zahirlə birlikdə işləmək üçün Zərərçəkmiş şəxs2 məxsus evə gəldikdə evin birinci mərtəbəsinin plastik pəncərəsinin açıq olduğunu görmüş və evə daxil olduqda evdən bir ədəd drel, bir ədəd tikinti ütüsü və elektrik naqillərinin oğurlandığını aşkar etmiş, bu barədə ev sahibi Zərərçəkmiş şəxs2 zəng edib məlumat vermiş və bir neçə saatdan sonra Adil evə gəlmişdir. İş üzrə şahid qismində tanınmış Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə oxşar analoji ifadə vermişdir. İbtidai istintaq zamanı Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksinin yaxınlığında tikinti materialları dükanını icarə əsasında işlədir, firmalardan və Sədərək bazarından tikinti materialları alıb dükanda satmaqla məşğul olur. Təxminən 2020-ci ilin avqust ayında özünü Sərdar kimi təqdim edən şəxs onun mağazasına yaxınlaşmış, ona evlərdə usta işlədiyini və təmir zamanı evlərdə artıq qalan tikinti materiallarının ev sahibləri tərəfindən ona verildiyini və o, da həmin əşyaları ucuz qiymətə satdığını bildirmiş, bundan sonra həmin əşyalar barədə məlumat aldıqda onların Siemens markalı elektrik avtomatları və misdən olan elektrik lampası olduğunu görmüş, aralarında olan razılaşmaya əsasən həmin əşyalara görə Sərdara 70 manat pul vermiş, sonra sonuncunun şəxsiyyət vəsiqəsinin şəklini çəkmiş, lakin sonradan mobil telefonunu dəyişdiyi üçün həmin sənədin fotoşəkli telefonundan silinmişdir. Əlavə olaraq göstərmişdir ki, Sərdar ona satdığı əmlakın özünə məxsus olduğunu bildirmiş, həmin əşyaların oğurlaq olmasından xəbərsiz olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29.03.2020-ci il tarixli, 9/1282 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş, bir ədəd qara rəngli Sony markalı,KDL-48VD 653 model, 2017\10 tarixdə Malayziyada istehsal edilmiş televizorun istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına orta bazar qiyməti təxminən 750 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının məhkəməəmtəəşünaslıq ekspertizasının 06.06.2020-ci il tarixli, 9/1568 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş, istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin fevral ayına orta bazar qiyməti bir ədəd istifadədə olmuş “Bosch” markalı perefarator 80 manat, bir ədəd istifadə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan böyük ölçülü laqonda 80 manat, istifadədə olmuş “Kzubr” markalı kiçik ölçülü drel 15 manat, istifadə olmuş “Hander” markalı kiçik ölçülü lobzik 20 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09.09.2020-ci il tarixli, 9/3000 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş, bir ədəd “Uralzid” markalı, 2400 vat-lıq, 6000 dövrlü böyuk ölçülü laqondanın 2020-ci ilin yanvar ayına orta bazar qiyməti təxminən 80 manat müəyyən edilir İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17.09.2020-ci il tarixli, 375 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmuş, üzərində “Siemens C20”markalanma yazısı olan 4 ədəd elektrik açarının bir ədədinin qiyməti 8 manat, üzərində heç bir markalanma yazısı olmayan, mis əsaslı ərintidən hazırlanmış işıq fənəri 150 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının 11.11.2020-ci il tarixli, 3/1255 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, təqdim edilmiş 2 “a”, “b”, 3 “a”, “b”, 4 saylı daktolentlərin səthlərindəki əl barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,4 saylı daktolentlərin səthlərindəki papilyar naxış izləri tam, aydın əks olunmadığından, həmçinin kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Təqdim edilmiş 2 “a”, “b”, 3 “a”, “b” saylı daktolentlərin səthlərindəki əl barmaq izləri Təqsirləndirilən şəxs1 sol əlin çeçələ barmağından, 4 saylı daktolentin səthindəki əl barmaq izi isə onun sol əlinin böyük barmağından toxunma nəticəsində qalmışdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd qara rəngli Sony markalı, KDL-48VD 653 model, 2017\10 tarixdə Malayziyada istehsal edilmiş televizor, bir ədəd “Bosch” markalı perefarator, bir ədəd üzərində markalanmasına dair heç bir məlumat olmayan böyük ölçülü laqonda, “Kzubr” markalı kiçik ölçülü drel, “Hander” markalı kiçik ölçülü lobzik, bir ədəd “Uralzid” markalı, 2400 vat-lıq, 6000 dövrlü, böyuk ölçülü laqonda, üzərində “Siemens C20”markalanma yazısı olan 4 ədəd elektrik açarı, üzərində heç bir markalanma yazısı olmayan, mis əsaslı ərintidən hazırlanmış işıq fənəri, hadisə yerindən götürülmüş 2 “a”, “b”, 3 “a”, “b” saylı daktolentlərin səthlərindəki əl barmaq izləri iş materiallarına əlavə edilmiş və digər maddi sübutların isə saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli olması özünün məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, onun ibtidai istintaq zamanı müdafiə hüququ təmin edilməklə verdiyi tam etirafedici ifadələri, Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə tam təqsirli olmaları özlərinin məhkəmə baxışında verdikləri etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə məhkəmə, Təqsirləndirilən şəxs1 məhkəmə baxışında özünü qismən, yəni yalnız bir neçə epizod üzrə təqsirli bilməsinə dair göstərdiklərini özünü müdafiə xarakteri daşıyan qeyri səmimi ifadəsi kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, habelə əməllərinin cinayət olmasını aradan qaldıran hallar olmadığından məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmaqla, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək hər biri müvafiq sanksiya həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 18.05.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Masazır kəndi ünvanında ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş 15.05.2020-ci il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs1 Balakən rayon Məhkəməsinin 18.04.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsilə təqsirli bilinərək həmin Məcəllənin 67-ci maddəsi ilə ona qəti olaraq 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhum edilmiş və o, 01.03.2010-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Balakən rayon Məhkəməsinin 18.04.2004-cü il tarixli hökmü ilə məhkumluğu ödənilmiş hesab olunur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinin bir qismini etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən bəzilərinin ona qarşı şikayət və tələbinin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməllərinin törədilməsi hallarını, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına təsirini, habelə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, yalnız bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 04.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 06.05.2020-ci il tarixində polisin nəzarəti altına vermə qətimkanı seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona hazırki cinayət işi üzrə təyin edilmiş cəzasından bir günə bir gün hesabı ilə hesablanmaqla çıxılmalı və ona qəti cəza təyin edilməldir. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə zalında həbsə alınmalı və cəzaçəkmə müddətinin başlanğıcı 21.05.2021-ci il tarixdən hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkanı ləğv edilməli və onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.05.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonundan məcburi köçkündür və ailə üzvləri ilə birlikdə ünvan 7 ünvanında məskunlaşmış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı oğlu-27.07.2007-ci il təvəllüdlü Yusif Məmmədov və oğlu-11.10.2012-ci il təvəllüdlü İsa Məmmədli adlı uşaqları var. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş 15.05.2020-ci il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərinin səmimi etiraf etməsini, himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərdən bəzilərinin ona qarşı şikayət və tələbinin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlinin törədilməsi hallarını, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına təsirini, habelə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, yalnız bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. İş materiallarından həmçinin, görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 04.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 06.05.2020-ci il tarixində polisin nəzarəti altına vermə qətimkanı seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Ona görə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona hazırki cinayət işi üzrə təyin edilmiş cəzasından bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün çıxılmalı və ona qəti cəza təyin edilməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. İş materiallarında olan Abşeron RİHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.05.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı oğlu-04.03.2009-cu il təvəllüdlü Həsən Abdullazadə və oğlu-15.01.2008-ci il təvəllüdlü Hüseyn Abdullazadə adlı uşaqları var. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş 15.05.2020-ci il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinin səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərdən bəzilərinin ona qarşı şikayət və tələbinin olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlinin törədilməsi hallarını, Təqsirləndirilən şəxs3 şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın onun islah olunmasına təsirini, habelə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, yalnız bu növ cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərini təmin edilə bilər. İş materiallarından həmçinin, görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə 04.05.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və istintaq orqanı tərəfindən 06.05.2020-ci il tarixində polisin nəzarəti altına vermə qətimkanı seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Ona görə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona hazırki cinayət işi üzrə təyin edilmiş cəzasından bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün çıxılmalı və ona qəti cəza təyin edilməldir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs3 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən hesab edir ki, iş üzrə keçirilmiş ekspertizalarının cəmi dəyəri olan 427,16 (dörd yüz on yeddi manat on altı qəpik) manat məbləğində pul vəsaiti məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, hesab: AZ34CTRE**********0 0********) keçirilməlidir. İş üzrə Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalıdır. Ona görə məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslərə hazırki cinayət işi üzrə olan onlara vurulmuş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 65 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 390 (üz yüz doxsan) manat məbləğində pul və məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 240 (iki yüz qırx) manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Daha sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 55 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat və məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Daha sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 45 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 270 (iki yüz yetmiş) manat və məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 oğlunun hazırki cinayət işi üzrə həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 oğlu azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 21.05.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə zalından həbs edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs3 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə keçirilmiş ekspertizalarının cəmi dəyəri olan 427,16 (dörd yüz on yeddi manat on altı qəpik) manat məbləğində pul vəsaiti məhz Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, hesab: AZ34CTRE**********0 0********) keçirilsin. Ona görə iş üzrə zərərçəkmiş şəxslərə hazırki cinayət işi üzrə olan cinayət əməlləri nəticəsində onlara vurulmuş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərə hazırki cinayət işi üzrə olan onlara vurulmuş və ödənilməmiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 65 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 390 (üz yüz doxsan) manat məbləğində pul və məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 240 (iki yüz qırx) manat məbləğində Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 55 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat və məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı 45 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 270 (iki yüz yetmiş) manat və məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq cəmi 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar