Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-194/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Abşeron rayonu . Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmuş, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirtmək məqsədilə real imkanlara və səlahiyyətlərə malik olmadığı halda Zərərçəkmiş şəxs onu və əri-Şahid1 5000 (beş min) manat müqabilində gizir rütbəsi almaq üçün hazırlıq kurslarında təlim-tədris proqramını keçmələrinə köməklik edəcəyinə vəd verib aldadaraq bu məqsədlə 14 may 2020-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən N nömrəli hərbi hissənin qarşısında olan keçidin yaxınlığında Zərərçəkmiş şəxs ilə görüşüb ondan 2000 (iki min) manat, daha sonra 2021-ci il iyun ayının əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” adlanan ərazidə yerləşən “Forte” geyim malları satışı mağazasının qarşısında görüşərək 3000 (üç min) manat, ümumilikdə 5000 (beş min) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib sonuncuya qarşı dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır, 21 avqust 2015-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühafizə taborunun, xüsusi mühafizə bölüyünün, xüsusi mühafizə tağımının, xüsusi mühafizə manqasında mühafizəçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətə başlayıb, 08 oktyabr 2019-cu il tarixli əmrə əsasən xidmətə uyğunsuzluğuna görə təxris olunub, 26 yanvar 2021-ci il tarixli məhkəmə hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək iki il, səkkiz ay, altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, Zərərçəkmiş şəxs tanışı-X3 vasitəsilə tanıyıb, 2020-ci ilin aprel ayında Zərərçəkmiş şəxs telefonon vasitəsilə ona zəng edərək özü və əri-Şahid1 gizir olmaq arzusunda olduqlarını və təşkil olunan kurslara cəlb olunmaq istədiklərini bildirib, o, Zərərçəkmiş şəxs 5000 (beş min) manat qarşılığında onu və ərini gizir hazırlıq kurslarına göndərməyə kömək edə biləcəyini deyib, Zərərçəkmiş şəxs ona 5000 (beş min) manatı birdəfəlik verə bilməyəcəyini, ilkin olaraq 2000 (iki min) manat, daha sonra isə 3000 (üç min) manat vermək imkanının olduğunu deyib, onlar razılığa gəldikdən sonra 14 may 2020-ci il tarixdə N nömrəli hərbi hissənin qarşısında olan keçidin yaxınlığında görüşüblər və Zərərçəkmiş şəxs ona 2000 (iki min) manat, daha sonra 2020-ci il iyun ayının əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Forte” geyim malları satışı mağazasının qarşısında 3000 (üç min) manat, ümumilikdə 5000 (beş min) manat pul verib. O, həmçinin ifadəsində səmimi olaraq Zərərçəkmiş şəxs 5000 (beş min) manat pulu almaqda məqsədinin ona vəd verdiyi işi həll etmək deyil, şəxsi ehtiyaclarını ödəmək olduğunu, Zərərçəkmiş şəxs sonralar telefon vasitəsilə dəfələrlə ona zəng etsə də pulu olmadığı üçün ondan bir müddət gözləməyini xahiş etdiyini və 5000 (beş min) manat pulu tam şəkildə geri qaytaracağına söz verdiyini, lakin pulu qaytara bilmədiyi üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinin adını xatırlamadığı müstəntiqi tərəfindən çağırılıb və orada ondan Zərərçəkmiş şəxs hər ay 300 (üç yüz) manat pul qaytaracağına dair yazılı iltizam alındığını, üç ay ərzində hər ay 300 (üç yüz) manat olmaqla və müxtəlif vaxtlarda hissə-hissə 300 (üç yüz) manat olmaqla sonuncuya ümumilikdə 1200 (min iki yüz) manat pul qaytardığını, sonradan yenidən problemləri olduğu üçün qalan məbləği qaytara bilmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bilərəkdən Müdafiə Nazirliyində yüksək vəzifəli şəxslə tanışlığının olduğuna inandırıb aldatdığını və verdiyi vədlə bağlı hər hansı bir iş görmədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X4 Kompleksi, ev 9, mənzil 163 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, 2020-ci ilin aprel ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Təqsirləndirilən şəxs ilə Elbəy adlı şəxs vasitəsilə tanış olub, söhbət əsnasında Elbəy ona gizir kurslarına yazılmaq üçün tanıdığı Vüsal adlı şəxsin olduğunu bildirib, o, Elbəydən həmin şəxsin mobil telefon nömrəsini alıb və 2020-ci ilin aprel ayında ona zəng edərək özü və həyat yoldaşı-Şahid1 gizir kurslarına getmək istədiklərini bildirib, Təqsirləndirilən şəxs onların gizir kurslarına cəlb edilmələri üçün 5000 (beş min) manat pul tələb edib və Müdafiə Nazirliyində işləyən yüksək rütbəli tanışı vasitəsilə bu işi həll edəcəyinə dair vəd verib, o, Təqsirləndirilən şəxs 5000 (beş min) manatı tam verə bilməyəcəyini, ilkin olaraq 2000 (iki min) manat, daha sonra isə 3000 (üç min) manat vermək imkanının olduğunu deyib, qarşılıqlı razılıq əldə edildikdən sonra onlar 14 may 2020-ci il tarixdə N nömrəli hərbi hissənin qarşısında olan keçidin yaxınlığında görüşüblər və o, Təqsirləndirilən şəxs 2000 (iki min) manat, daha sonra 2020ci il iyun ayının əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Forte” geyim malları satışı mağazasının qarşısında 3000 (üç min) manat, ümumilikdə 5000 (beş min) manat pul verib, sonralar Təqsirləndirilən şəxs telefon vasitəsilə dəfələrlə zəng etsə də sonuncu, işin alınmadığını, pulu olmadığı üçün bir müddət gözləməyini xahiş edərək 5000 (beş min) manat pulu tam şəkildə geri qaytaracağına söz verib, bundan sonra Təqsirləndirilən şəxs ona ümumi olaraq 1200 (min iki yüz) manat pulu qaytarıb və əlaqəni tam olaraq kəsib. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 14 may 2020-ci il tarixdə N nömrəli hərbi hissənin qarşısında olan keçidin yaxınlığında 2000 (iki min) manat pulu verərkən tək, 2020-ci il iyun ayının əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Forte” geyim malları satışı mağazasının qarşısında 3000 (üç min) manat pulu verərkən yanında əri-Şahid1 da olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,Abşeron rayonu, Xırdalan şəhəri, X4 Kompleksi, ev 9, mənzil 163 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, həyat yoldaşı- Zərərçəkmiş şəxs 2020-ci ilin aprel ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu Təqsirləndirilən şəxs ilə hər ikisinin gizir kurslarına cəlb edilmələri üçün danışıq aparıb, sonuncu Müdafiə Nazirliyində işləyən yüksək rütbəli tanışı vasitəsilə bu işi həll edəcəyinə dair vəd verib və işin qarşılığı olaraq 5000 (beş min) manat pul tələb edib, həyat yoldaşı Təqsirləndirilən şəxs ilkin olaraq 2000 (iki min) manat, daha sonra isə 3000 (üç min) manat vermək imkanlarının olduğunu deyib, qarşılıqlı razılıq əldə edildikdən sonra onlar 14 may 2020-ci il tarixdə N nömrəli hərbi hissənin qarşısında olan keçidin yaxınlığında görüşüblər və həyat yoldaşı, Təqsirləndirilən şəxs 2000 (iki min) manat, daha sonra 2020-ci il iyun ayının əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Forte” geyim malları satışı mağazasının qarşısında 3000 (üç min) manat, ümumilikdə 5000 (beş min) manat pul verib, sonralar Təqsirləndirilən şəxs telefon vasitəsilə dəfələrlə zəng etsələr də sonuncu, işin alınmadığını, pulu olmadığı üçün bir müddət gözləmələrini xahiş edib və 5000 (beş min) manat pulu tam şəkildə geri qaytaracağına söz verib, bundan sonra Təqsirləndirilən şəxs onlara ümumi olaraq 1200 (min iki yüz) manat pul qaytarıb və əlaqəni tam olaraq kəsib. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 14 may 2020-ci il tarixdə N nömrəli hərbi hissənin qarşısında olan keçidin yaxınlığında 2000 (iki min) manat pulu həyat yoldaşı tək verib, 2020-ci il iyun ayının əvvəlində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Forte” geyim malları satışı mağazasının qarşısında 3000 (üç min) manat pulu isə birlikdə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, 2021-ci ilin oktyabr ayında istifadəsində olan 050 566-65-93 saylı mobil telefon nömrəsinə tanımadığı nömrədən zəng gəlib, telefonu açdıqda tanımadığı qadın adının Simuzər olduğunu və oğlu-Təqsirləndirilən şəxs onu aldadaraq 5000 (beş min) manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirib və pulunun qaytarılmasını tələb edib, o, həmin qadına söhbətdən məlumatsız olduğunu və oğlu-Təqsirləndirilən şəxsla bu barədə danışacağını deyib, oğlu ilə söhbət əsnasında onların 2020-ci ilin aprel ayında telefon vasitəsilə bir-birini tanıdıqlarını, oğlunun həmin qadını və həyat yoldaşını gizir kurslarına düzəltmək üçün onlardan 5000 (beş min) manat pul tələb edərək aldığını, lakin, vədinə əməl etmədiyini bilib, bu bardə oğlu ilə söhbət edərkən sonuncu həmin işin alınmadığını və qeyd edilən 5000 (beş min) manat pulu şəxsi istifadəsi üçün xərclədiyini, bir qismi ilə də borclarını qaytardığını deyib, bundan sonra Zərərçəkmiş şəxs hissə-hissə həmin məbləğin 1200 (min iki yüz) manatı qaytarılıb. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğlu-Təqsirləndirilən şəxs insanlara yalan vəd verərək aldatma yolu ilə əmlaklarını ələ keçirib dələduzluq cinayətini törətməsindən əvvəlcədən xəbərdar olayıb, Zərərçəkmiş şəxs alınan 5000 (beş min) manat pulun hər hansı bir qismi ona və ya ailə üzvlərindən birinə verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində ayrı-ayrı taborlarda xidmət aparıblar, 2020-ci ilin aprel ayında Təqsirləndirilən şəxs onun istifadəsində olmuş 055 740- 43-49 saylı mobil telefon nömrəsinə zəng edərək gizir kurslarının başlandığı barədə məlumat verib və həmin kurslara cəlb edilməsini təklif edib, o, Təqsirləndirilən şəxs gizir kurslarına getmək istəmədiyini deyib, bu vaxt onunla eyni taborda xidmət edən və yanında olan Zərərçəkmiş şəxs gizirlik kurslarına getmək istədiyini bildirib və ondan Təqsirləndirilən şəxs nömrəsini alıb, nömrəni verdikdən sonra Zərərçəkmiş şəxs və həyat yoldaşı-Şahid1 Təqsirləndirilən şəxsla danışıblar, onların nə danışdıqları və hansı formada razılığa gəlmələri barədə heç bir məlumatı olmayıb. Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yalan vəd verərək aldatma yolu ilə Zərərçəkmiş şəxs 5000 (beş min) manat pulunu ələ keçirib ona qarşı dələduzluq cinayətini törətməsindən məlumatlı olmayıb, Təqsirləndirilən şəxs yalan vəd verərək aldatma yolu ilə başqa şəxs və ya şəxslərin əmlakını ələ keçirib-keçirməməsi barədə hər hansı bir məlumatı yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1-1(093)- 163/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 178.2.4, 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Cinayət nəticəsində dəymiş ziyan 5.000 manat pul məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 73-1.1, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-194/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-194/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver