Məhkəmə qərarları › İş №1(012)-194/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-194/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-194/2023 22.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxxxxx 1995-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı subay, orta təhsilli, "xxxx" MMC-nin benzin doldurma məntəqəsində köməkçi-fəhlə vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış Zəngilan rayonu, Cahangirbəyli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, ev 5, mənzil 39-da yaşayan, barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsinə dair Zəngilan Rayon Məhkəməsinin iyun 2021-ci il tarixli, 2(034)-190/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 04 noyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 12 may 2022-ci il tarixə kimi, cəmi 2625,00 manat məbləğində aliment borcı tələbkara ödəməyərək zərərçəkmiş şəxs Novruzlu (Quluzadə) Fərqanə Rəhman qız maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qən olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda "xxxx" MMC-nin Binəqədi rayon üzrə yanacaq doldurma məntəqəsində kassir-operator vəzifəsində çalışır, aylıq əmək haqqısı 600,00 manata yaxındır, Novruzlu (Quluzadə) Fərqanə Rəhman qızı ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan Rəvan adlı uşaqları olmuş, münasibətləri pozulduqdan sonra 2020-ci ildə ayrılmış və Zərərçəkmiş şəxs uşağın saxlanmasına görə aliment tələbi üzrə Zəngilan Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, həmin məhkəmənin 17 iyun 2021-ci il tarixli, 2(034)-190/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, ondan 02 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin tutulub X5 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, qətnamənin icrasını təmin etməmiş, icra məmurunun tələblərini yerinə yetirmədiyi üçün barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş, inzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və ona cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni xx.xx.2022-ci il tarixədək aliment üzrə borcu 2560,00 manat təşkil etmiş, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılanadək fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, sonradan "xxxx" MMC-yə işə düzəlmiş və hazırda aliment borcundan 500,00 manat məbləğində ödəniş etmişdir. Alimentin icra olunmamasının səbəbi keçmiş arvadı Zərərçəkmiş şəxs ona uşaqla görüşməsinə icazənin verilməməsi olmuş, bundan başqa bir müddət səhlənkarlığı nəticəsində aylıq alimenti ödəmədiyi üçün aliment borcunun məbləği artmış, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin filialında işsiz kimi qeydiyyata alınsa da, işlə təmin olunmaq üçün filiala müraciət etməmişdir. Sonda o, əməlindən peşman olduğunu əsas gətirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Novruzlu (Quluzadə) Fərqanə Rəhman qızı ifadəsində göstərdi ki, Zəngilan Rayon Məhkəməsinin 17 iyun 2021ci il tarixli, 2(034)-190/2021 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175.0 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 2625,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, müxtəlif vaxtlarda mağazada satıcı, daha sonra şüşə sexində fəhlə kimi işləmiş, lakin hazırda nə ilə məşğul olduğunu dəqiq bilmir, Təqsirləndirilən şəxs qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik göstərmir. Qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X13 məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxs X9 şikayətçi olduğunu, ona dəymiş ziyanı tələb etdiyini bildirmişdir. Sonda zərərçəkmiş şəxs təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-190/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 175,00 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməlidir. Abşeron rayon İcra və Probasiya şöbəsində xx.xx.2021-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmiş, borclu polis əməkdaşları tərəfindən məcburi qaydada gətirilərək şöbəyə təhvil verilmiş və xx.xx.2021-ci il tarixdə borclunun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Abşeron Rayon Məhkəməsinə təqdim olunmuş, məhkəmə qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətində inzibati qaydada həbs olunmuş, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı Abşeron Rayon Məkəməsinə xx.xx.2022-ci il tarixdə müvafiq təqdimat göndərilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs icra müddətində tələbkara heç bir aliment ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmiş, icra sənədi üzrə 2625,00 manat məbləğində aliment borcu yaranmışdır. Tələbkar Novruzlu (Quluzadə) Fərqanə Rəhman qızı şöbəyə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmiş, məhkəmə qərarının yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin borclu öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs keçmiş əridir, Zəngilan Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(034)-190/2021 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 02 fevral 2021-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin tutulub Quluzadə (Novruzlu) Fərqanə Rəhman qızına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin 04.11,2021-ci il tarixli qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunmuş, icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq borclu müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 2625,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, müxtəlif vaxtlarda mağazada satıcı, daha sonra şüşə sexində fəhlə kimi işləmiş, Təqsirləndirilən şəxs qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladı ilə maraqlanmır və qızına heç bir köməklik göstərmir.Sonda o, yaranmış aliment borcun Təqsirləndirilən şəxs tərəfindən tərəfindən tam odənilməsini tələb etdi. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə baxışında elan olunmuş ifadəsindən görünür ki, o, Şahid2 ifadəsində göstərilən xüsusatları tamamilə təsdiq etmişdir. İş materiallarında olan Zəngilan rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(034)- 190/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək iddiaçı X10 ilə cavabdeh Təqsirləndirilən şəxs arasında xx.xx.2018-ci il tarixdə “Sumqayıt” “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 1110 saylı nikah qeydinin ləğv edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X7 anası X4 himayəsində saxlanılması, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2012-ciil tarixindən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında elan olunmuş Abşeron rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından və tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, məlum icra sənədi üzrə icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon icra və probasiya şöbəsinin Təqsirləndirilən şəxs ünvanladığı xx/xx-165367-12E saylı 14 aprel 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs tələbkara olan borcunu ödəyərək ödəniş qəbzini Abşeron rayon icra və probasiya şöbəsinə təqdim etməsi tələb olunmuş, əks təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmaları üçün Ədliyyə Nazirliyi İstintaq İdarəsinə müvafiq təqdimatla müraciət olunacağı xəbərdarlıq edilmişdir. Abşeron rayon Məhkəməsinin 3(012)-1704/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib ona 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 8(012)-234/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 7 saylı Ərazi Məşğulluq filialının Abşeron rayon icra və probasiya şöbəsinə ünvanladığı 23 fevral 2022-ci il tarixli **********3 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "xxxx" altsistemində xx.xx.2022-ci il tarixdən işaxtaran kimi qeydiyyatdadır. Müraciətin araşdırılması məqsədilə filial əməkdaşı tərəfindən vətəndaşla əlaqə saxlanılmışdır. Vətəndaşların məşğulluq imkanlarının qiymətləndirilməsinə uyğun olaraq ona MEİS-in "xxxx" altsistemindəki vakansiya bankından münasib iş (AZZA QSC-də fəhlə, əmək haqqı 450) manat təklif olunmuş və bu barədə məlumatlar onun şəxsi kabinetinə yerləşdirilmişdir. Vətəndaş münasib iş təklifini qəbul etmiş və həmin müəssisəyə elektron göndəriş formalaşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 16 may 2022-ci il tarixli 38 saylı məktubunda qeyd olunmuşdur ki, Mehdiabad Gənclər şəhərciyi bina 5, mənzil 39 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində xasiyyətnamə verilməsi ilə bağlı apardığı araşdırma zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qapalı həyat tərzi keçirməklə bərabər heç bir faydalı işlə məşğul olmur. Bütün gününü ərazidə olan çayxanalarda domino və nərd oynamaqla keçirir. Ailəli olub, həyat yoldaşından boşanıb və bir övlad atasıdır. Lakin keçmiş həyat yoldaşının bildirdiyinə görə övladına aliment verməmək üçün gizlənir və ödənişdən boyun qaçırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxs Quluzadə X11 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(034)-190/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsini bilərəkdən qərəzli şəkildə icra etməmiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, məhkəmə zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Quluzadə X11 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(034)-190/2021 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 16 may 2022-ci il tarixli 38 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmur. İş materiallarına əlavə olunmuş ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs yaranmış aliment borcundan zərərçəkmiş şəxs Novruzlu (Quluzadə) Fərqanə Rəhman qızının xeyrinə aliment borcundan 1651 (bir min altı yüz əlli bir) manat məbləğində pul ödənmişdir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların isə olmamasını, təyin olunmuş cəzanın təqsirkarın islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu, Bakı şəhəri ərazisini saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Onun barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Onun barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu və Bakı şəhəri ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər probasiya Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar