Məhkəmə qərarları › İş №1(012)-195/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-195/2020

29.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-195/2020 29.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X7, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Şahid1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi1, təqsirləndirilən şəxs X4 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1993-cü ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Fatmayı kəndində kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1996-cı ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməyən, Beyləqan rayonu, Dünyamalılar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdən həbsdə saxlanılan X4 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Abşeron rayonu, Məmmədli kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinin pəncərəsinin şüşəsini sındırmaq yolu ilə evə qanunsuz daxil olaraq, yataq otağında olan dolabdan 4500 manat dəyərində olan 01 ədəd brilyant qaşlı qızıl dəstini, 1000 manat dəyərində olan 01 ədəd qızıl kulonu, 500 manat dəyərində olan 01 ədəd qızıl qadın üzüyünü və 500 manat dəyərində olan 01 ədəd qızıl boyunbağını oğurlayıb, Zərərçəkmiş şəxs3 ümumilikdə 6500 (altı min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə cəza çəkmə müəssisəsində birlikdə cəza çəkmiş tanışı X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 11 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus iki mərtəbəli evin birinci mərtəbəsində olan hamam otağının nəfəsliyindən evə qanunsuz daxil olaraq, yataq otağında olan sandıqdan 01 ədəd 4500 manat dəyərində olan brilyant komplekt, 01 ədəd 1000 manat dəyərində olan qadın qızıl üzük, 01 ədəd 1000 manat dəyərində olan qızıl komplekt, 01 ədəd 1000 manat dəyərində olan qadın qızıl sepi, 01 ədəd 500 manat dəyərində olan qızıl üzük, 01 ədəd 500 manat dəyərində olan qızıl üzük, 01 ədəd 1000 manat dəyərində olan qızıl sep, 01 ədəd 700 manat dəyərində olan alyans üzük, 01 ədəd 500 manat dəyərində olan qızıl üzük, 01 ədəd 1000 manat dəyərində olan qızıl sep, içərisində 400 manat pul olan 01 ədəd pul qabını, digər yataq otağında olan dolabdan bir ədəd dəyəri 50 manat olan Samsung markalı GT-S7582 modelli, bir ədəd dəyəri 40 manat olan Samsung markalı SM-G350 E modelli mobil telefonları, hər birinin dəyəri 4 manat olan ***-***-**-** saylı və 055-67-92-10 saylı GSM nömrələri və qonaq otağında olan dolabın yanındakı çantadan 1500 manat dəyərində olan 01 ədəd “Asus” markalı notebooku oğurlayıb, Zərərçəkmiş şəxs2 13698 (on üç min altı yüz doğsan səkkiz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı sovxozda yerləşən Zərərçəkmiş şəxs10 məxsus evin plastik materialdan olan pəncərəsini açıb qanunsuz evə daxil olaraq, yataq otağında döşəklərin altına qoyduğu 700 manat məbləğində nəğd pulu və dəhlizdə olan dolabdan hər biri 200 manat olan iki ədəd “Samsung” markalı mobil telefonları oğurlayıb, Zərərçəkmiş şəxs10 1100 manat məbləğdə maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu Pirşağı qəsəbəsi, 2 saylı sovxozda yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinin sol tərəfində yerləşən pəncərənin üzərində olan dəmir barmaqlıqlarını sındıraraq, plastik pəncərəni vintaçanla açmaq yolu ilə evə qanunsuz daxil olaraq, evin yataq otağında yerləşən qutunun içərisindən 1000 manat dəyərində 01 ədəd brilyant qaşlı qızıl kişi üzüyünü, 500 manat dəyərində 01 ədəd brilyant qaşlı qızıl qadın üzüyünü, 500 manat dəyərində 01 cüt qızıl qadın sırğasını, 300 manat dəyərində 01 ədəd qızıl qadın üzüyünü, 300 manat dəyərində 01 ədəd qızıl qolbağı, 600 manat dəyərində 01 ədəd qızıl boyunbağını, ümumi dəyəri 1000 manat olan 01 ədəd qızıl sırğadan, 01 ədəd boyunbağıdan, 01 ədəd qolbaqdan və 01 ədəd qızıl üzükdən ibarət qızıl dəstini, 300 manat dəyərində 01 cüt yaşıl qaşlı qızıl qadın sırğasını, 500 manat dəyərində 01 cüt ağ və sarı qızıldan ibarət qaşsız qadın sırğasını, 500 manat dəyərində 01 cüt qırmızı qaşlı qızıl qadın sırğasını, 500 manat dəyərində 01 ədəd qırmızı qaşlı qızıl qadın üzüyünü, 300 manat dəyərində 01 ədəd sadə qaşlı qızıl qadın üzüyünü, 300 manat dəyərində 01 ədəd qaşsız qızıl qadın üzüyünü, 300 manat dəyərində 01 ədəd qızıl boyunbağını və evin digər yataq otağında yerləşən dolabın üst siyirməsindən ümumi dəyəri 100 manat olan 03 ədəd gümüş üzükləri oğurlayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 7000 (yeddi min) manat məbləğində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 09:30 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus evin pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, yataq otağında olan dolabdan 480 manat dəyərində olan bir cüt çəkisi 8 qram, 583 əyyarlı, Rus istehsallı qadın qızıl sırğasını, 120 manat dəyərində olan bir cüt çəkisi 2 qram, 583 əyyarlı, Rus istehsallı qadın qızıl sırğasını, 180 manat dəyərində olan bir ədəd çəkisi 3 qram, 583 əyyarlı, Rus istehsallı qadın qızıl üzük, 240 manat dəyərində olan bir ədəd çəkisi 4 qram, 583 əyyarlı, Rus istehsallı qadın qızıl üzük, 1800 manat dəyərində olan bir ədəd çəkisi 30 qram, 583 əyyarlı, Rus istehsallı qadən qızıl tros sepini, 1200 manat dəyərində olan bir ədəd çəkisi 20 qram, 583 əyyarlı, Rus istehsallı nazik qadın qızıl sepini, 240 manat dəyərində olan bir ədəd çəkisi 4 qram, 583 əyyarlı, Rus istehsallı qızıl qadın muncuqu, mətbəxdə olan soyuducunun üzərindən 85 manat nəğd pulu, dəhlizdə olan əl çantasının içərisindən 24 manat nəğd pulu oğurlayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 4369 (dörd min üç yüz altmış doqquz) manat məbləğində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 14 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus evə hasardan aşmaqla həyətə və oradan pəncərəsini açmaq yolu ilə evə qanunsuz daxil olaraq, qonaq otağında olan dolabdan oradan 200 manat nəğd pulu və həmin otaqda masanın üzərində olan 500 manat dəyərində 01 ədəd kişi qol saatını və 100 manat dəyərində 01 ədəd kişi köynəyinin gümüşü qol sancaqlarını oğurlayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən Zərərçəkmiş şəxs9 oğluna məxsus mağazanın plastik materialdan olan qapısının şüşəsini sındırmaq yolu ilə mağazaya qanunsuz daxil olaraq, oradan 60 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq kartlarını, vitrində olan 300 manat dəyərində müxtəlif markalı siqaretləri və 200 manat məbləğində nəğd pulu oğurlayıb, Zərərçəkmiş şəxs9 ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində yerləşən X10 məxsus nömrəsiz evin pəncərəsinin torunu kəsmək yolu ilə evə qanunsuz daxil olaraq, qonaq otağının pəncərəsinin qarşısındakı əl çantasından 500 manat məbləğində nəğd pulu və bir ədəd 50 manat dəyərində olan sadə qızılı rəngdə olan qolbağı oğurlayıb, zərərçəkmiş şəxs Dilşad Məmmədovaya 550 manat məbləğdə maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı X9 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Abşeron rayonu, Digah qəsəbəsi, S.Vurğun küçəsi, 16 nömrəli ünvanda yerləşən X16 məxsus evin mətbəx otağının plastik pəncərəsini əvvəlcədən özləri ilə götürdükləri dəmir parçası ilə açmaqla evə qanunsuz daxil olaraq, evin qonaq otağında olan dolabın içərisindəki qablardan 221 manat nəğd pulu və həmin dolabın siyirməsindən 25 manat dəyərində olan 01 ədəd gümüş qolbağını oğurlayıb, zərərçəkmiş şəxs Sailə Cəlalovaya 246 (iki yüz qırx altı) manat məbləğində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Abşeron rayonu, Digah kəndində yerləşən Zərərçəkmiş şəxs6 məxsus evin çöl qapısını açmaq yolu ilə evə qanunsuz daxil olaraq, qonaq otağında olan dolabdan 400 manat məbləğində nəğd pulu, 200 manat dəyərində olan 01 ədəd qızıl boyunbağını, 50 manat dəyərində olan 01 ədəd gümüş boyunbağını və hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 120 dəyərində 03 ədəd qol saatlarını oğurlayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 770 (yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprel ayından azadlığa buraxıldıqdan sonra türmə yoldaşı Bəxtiyara məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evində yaşamışdır. Azadlığa buraxıldıqdan sonra özünə iş tapa bilmədiyinə görə yenidən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə, saat 15 radələrində, Abşeron rayonu, Məmədli kəndində oğurluq etmək üçün həyət evlərinin arası ilə piyada gəzmişdir. Həmin vaxt bir nəfər yaşlı, bir nəfər cavan qadın və azyaşlı uşağın evlərin birindən çıxıb piyada getdiklərini görmüşdür. Həmin şəxslərin evdən çıxıb getdiyini görüb evdə heç kimin olmayacağını fikirləşib, evin həyətinə daxil olmuşdur. Həmin həyətdə iki mərtəbəli ev görmüşdür. Evin yan tərəfinə keçib birinci mərtəbədə otaqların birində olan pəncərəni açıq olduğunu görüb, həmin pəncərədən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra, evi axtarmağa başlamış və otaqda olan dolabdan qızıl-zinət əşyaları görüb götürərək, evə daxil olduğu pəncərədən çıxıb həmin evi tərk etmişdir. Səhəri gün oğurladığı qızıl-zinət əşyalarını götürüb Bakı şəhərində yerləşən «Moskva» univermağının yaxınlığında xatırlamadığı qızıl dükanına 800 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə, saat 11 radələrində, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Nəbi küçəsində olan zaman evlərdən birinin qapısında qıfıl olduğunu görmüşdür. Bir qədər müşahidə etdikdən sonra həmin evdə heç kəsin olmadığına əmin olmuşdur. Həmin vaxt yanıda olan tanışı X9 ilə birlikdə darvazanın üstündən tullanaraq evin həyətinə daxil olmuşlar. Evin sol hissəsində olan hamam otağının nəfəsliyindən keçərək içəri daxil olmuşdur. Daha sonra tanışı Bəxtiyarda həmin yerdən evə keçmişdir. Evin ikinci mərətbəsində yerləşən yataq otağında olan sandıqdan qızıl-zinət əşyaları, çarpayının yanında olan dolabdan bir ədəd ağ rəngli “Samsung” markalı telefon, zalda dolabın yanında olan sumkadan bir ədəd “Asus” markalı notebook, digər yataq otağından isə bir ədəd “Samsung” markalı telefonu götürmüşlər. Bundan sonra evin birinci mərtəbəsinə düşmüşlər və oradan qaraja yol olduğunu görüb həmin yerdən çölə çıxmışlar. xx.xx.2019-cu il tarixdə, saat 13 radələrində, Bəxtiyarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” univermağının yanında olan adını xatırlamadığı qızılzinət əşyalarının alqı-satqısı ilə məşğul olan mağazaya getmişlər. Orada Bəxtiyar öz şəxsiyyət vəsiqəsini verərək, oğurladıqları bir ədəd boyunbağını və bir ədəd qızıl dəstini 1500 manata satmışlar. Daha sonra isə Bakı şəhəri, “Azadlıq” prospektinə gələrək, adını xatırlamadığı lombarda bir ədəd boyunbağını 450 manata satmışlar. Bundan sonra Bəxtiyarla birlikdə cəza çəkmə müəssisəsində olan vaxtdan tanıdığı Rəşad Əzizovla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində görüşmüşlər. Görüşdükdən sonra gec olduğu üçün onlar Bəxtiyarla birlikdə sonuncunun yaşadığı evə getmişlər. Evdə olan zaman Rəşad telefonu görüb, Bəxtiyardan telefonların kimə məxsus olmasını soruşmuşdur. Bəxtiyar həmin telefonun özünə məxsus olduğunu bildirdikdən sonra, Rəşad işlətmək üçün telefon lazım olduğunu demiş, Bəxtiyar isə “Samsung” 7582 markalı telefonu Rəşada vermişdir. Daha sonra isə Bəxtiyarın cəza çəkmə müəssisəsindən tanıdığı Vüsal zəng edərək, pul lazım olduğunu bildirmişdir. Bəxtiyar isə Vüsala pulun olmadığını, lakin, özünə məxsus olan telefonu satıb ona pul verə biləcəyini demişdir. Onlar Bakı şəhəri, Neftçilər metrostansiyasının yanında Vüsalla görüşmüşlər və orada olan telefon mağazasına Vüsalın şəxsiyyət vəsiqəsi ilə həmin telefonu 60 manata satmışlar. Bəxtiyar həmin puldan 40 manat Vüsala vermiş, 20 manat pulu isə özünə götürmüşdür. Bir müddət keçdikdən sonra Bəxtiyarla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən telefon alqı-satqısı mağazasına getmişlər. Orada notebook alıb-almadıqlarını soruşmuşlar. Orada olan şəxslər notebook alımadıqlarını bildirdikdən sonra, onlar çölə çıxmışlar və mağazadan bir nəfər əvvəllər tanımadıqları şəxs çıxıb notebooku hansı qiymətə satdıqlarını soruşduqda, Bəxtiyar isə həmin notebooku 200 manata satdığını demişdir. Həmin şəxs notebooku onlardan 200 manata almışdır. Əldə etdikləri pulları isə onlar şəxsi ehtiyyaclarına xərcləmişlər. Bundan sonra xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 saylı sovxozda Bəxtiyarla gəzərkən, fərdi yaşayış evlərin birinin həyət darvazasının qapısında qıfıl olduğunu gördükdə həmin evdə heç kəsin olmadığı qənaətinə gəlmişlər. Onlar evin arxa hissəsinə tərəf gedərək, orada olan hasardan tullanıb həyətə daxil olmuşlar. Bəxtiyar evin yan tərəfində yerləşən plastik pəncərəni vintaçanla açaraq, onlar birlikdə həmin pəncərədən evə daxil olmuşlar. O, evin yataq otağını axtarmağa başlamış, Bəxtiyar isə evin qonaq otağını axtarmışdır. Evin yataq otağında yerləşən çarpayının üzərində olan döşəklərin altından 700 manat məbləğində pulu tapıb götürmüşdür. Bəxtiyar isə evin qonaq otağından 02 ədəd «Samsung» marakalı mobil telefon görüb götürmüşdür. Bundan sonra onlar evə daxil olduqları pəncərədən çıxaraq evi tərk etmişlər. Oğurladıqları 700 manat pulu kef məclislərinə xərcləmişlər, telefonlardan biri xarab olduğundan Pirşağı qəsəbəsində zibil qutularının birinə tullamışlar. Digər telefonu isə Bəxtiyar Neftçilər metrostansiyasının yaxınlığında tanımadıqları şəxsə 30 manata satmışdır. Əldə etdikləri pulu öz ehtiyaclarına xərcləmişlər. Bundan sonra xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 saylı sovxozda Bəxtiyarla gəzərkən, fərdi yaşayış evlərin birinin həyət darvazasının qapısını bağlı olduğunu görüb həmin evdə heç kəsin olmadığını zənn edib həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Bəxtiyarla birlikdə evin darvazanın sağ tərəfində yerləşən borunun üzərinə çıxaraq həyətə daxil olmuşlar. Evin giriş qapısı ilə üzbə-üz dayananda sol tərəfdə yerləşən pəncərənin dəmir barmaqlıqlarını əlləri ilə qıraraq, əllərində olan vintaçanla plastik pəncərəni açmışlar. Daha sonra Bəxtiyarla pəncərədən evin mətbəxinə daxil olmuşlar. Evin yataq otağında üst-üst yıgılmış bir neçə qutu görmüşlər, ən aşağı qutudan qızıl-zinət əşyaların olduğunu görüb götürmüşlər. Bundan sonra evin digər yataq otağında olan dolabın üst siyirməsindən 03 ədəd gümüş üzük götürdükdən sonra evə daxil olduqları pəncərədən çıxıb evi tərk etmişlər. Həmin gün, götürdüyü 03 ədəd üzüyün qızıl olmadığını düşünüb, həmin üzükləri tullamışdır. Oğurladıqları digər qızıl-zinət əşyaları isə X25 metrostanisaysının yaxınlığında yerləşən lombardların birinə 1500 manata satmışdır. Oğurluq nəticəsində əldə etdikləri pulları öz ehtiyaclarına xərcləmişlər. Bundan sonra xx.xx.2019-cu il tarixdə, saat 06 radələrində, Bəxtiyarın idarə etdiyi nömrəsini xatırlamadığı «Hyndai» markalı avtombillə Quba şəhərinə yola düşmüşlər, avtomobili həmin vaxtı Bəxtiyar özü idarə etmişdir. Həmin gün saat 08 radələrində Quba şəhərinə çatmışlar. Orada ara məhəllələrə girərək oğurluq etmək üçün qıfıllı qapıları olan evlər axtarmağa başlamışlar. Quba şəhəri, H.Hacıyev küçəsində bir mərətəbəli evin çöl qapısında qıfıl görmüşlər. Avtomobili evdən uzaqda saxlayıb həmin ünvana saat 09:30 radələrində yaxınlaşmışlar. Ətrafa göz gəzdirib, evin arxa tərəfindən daş divarı aşaraq, evin bağ sahəsinə keçimişlər. Daha sonra evə yaxınlaşmışlar, Bəxtiyar evin pəncərəsini itələyərək pəncərəni açıb evə daxil olmuşlar. Evin yataq otağında yerləşən dolabın qapısını açaraq, kardon qutuda olan 01 cüt qadın qızıl sarğasını, 01 ədəd digər qadın qızıl sırğasını, 02 ədəd qadın qızıl üzükləri, 01 ədəd qadın qızıl tros boyunbağını, 01 ədəhd nazik qadın qızıl boyunbağını və 01 ədəd qızıl qadın muncuğunu götürmüşlər. Həmin otaqdan çıxıb mətbəx otağına girmişlər. Soyuducunun üzərində 85 manat məbləğində nəğd pulu da götürmüşlər, daha sonra dəhlizdə yerdə qoyulmuş qadın əl çantasından 24 manat məbləğində nəğd pulu götürüb, evə daxil olduqları yerdən çıxmışlar. Daha sonra avtomobili saxladıqları yerə gəlib, avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışlar. Səhəri gün, oğurladıqları qızıl-zinət əşyalarını Bakı şəhəri, M.Əcəmi metrostansiyasının yaxınlığında tanımadıqları lombarda satıb əvəzində 1500 manat pul almışlar. Oğurluq nəticəsində əldə etdikləri pulları öz ehtiyaclarına xərcləmişlər. Bundan sonra elə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Bəxtiyarla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsində yerləşən evin darvazasının bağlı olduğunu görmüşlər. Evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həmin evin həyətinə keçmişlər və əvvəlcədən özlərində olan dəmir parçası ilə evin plastik pəncərəsini açmışlar. Həmin pəncərədən evə daxil olmuşlar, evin yataq otağında olan paltar dolabından 200 manat məbləğində nəğd pulu tapıb götürmüşlər, bundan sonra həmin otaqda masanın üzərindəki 01 ədəd kişi qol saatını və 01 cüt kişi köynəyi üçün sancaqları götürüb evə daxil olduqları pəncərədən çıxıb həmin ərazini tərk etmişlər. Oğurluq nəticəsində əldə etdikləri pulları yarı bölmüşlər, saatla sancaqlar isə Bəxtiyarda qalmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində oğurluq etmək məqsədi ilə piyada gəzirmiş. Həmin vaxt yolun kənarında market görüb oradan oğurluq etmək qərarına gəlmişdir. O, mağazanın şüşəsini sındırıb içəri daxil olmuş və mağazanın içərisində olan masanın siyirməsini axtarıb oradan 200 manat nəğd pul və mobil danışıq kartlarını götürmüşdür. Daha sonnra mağazanın vitrinində olan müxtəlif çeşiddə siqaretləri mağazadan götürdüyü sellofan paketə yığıb, mağazanın qapısını içəridən açıb bayıra çıxmışdır. Mağazadan oğurladığı danışıq kartlarını və siqaretləri Sabunçu bazarında 150 manata satmışdır. Oğurluq yolu ilə əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə axşam saatlarında Abşeron rayonu, Digah qəsəbsində olarkən pula ehtiyacı olduğundan orada oğurluq etmək üçün münasib ev axtarırmış. Həmin gecə, yəni xx.xx.2019-cu il tarixdə saat 01 radələrində Digah qəsəbəsində yolun kənarında həyətdə yerləşən evlərdən birinin işığını yanmadığını görmüşdür. Həmin evin hasarından tullanıb həyətə daxil olmuş, evin pəncərəsinin nəfəsliyin torunu kəsib pəncərədən evə daxil olmuşdur. Evdə olan əşyalara baxıb sonra pəncərənin qarşısında 01 ədəd qadın əl çantasını görüb həmin çantanı götürüb evdən çıxıb həyətdə çantanı açıb içərisindəki 500 manat məbləğində nəğd pulu və 01 ədəd qızılı rəngədə olan qolbağı götürüb çantanı həyətdə tullamışdır. Daha sonra hasarı aşaraq oradan küçəyə çıxmışdır. Həmin vedən oğurladığı qolbağa baxan zaman, qolbağın qızıl olmadığını görüb onu xatırlamadığı yerdə tullamışdır. Oğurluq yolu ilə əldə etdiyi 500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Bəxtiyarla birlikdə Abşeron rayonu, Digah kəndində gəzərkən, Xətai küçəsində yerləşən evin darvazasının asma qıfılla bağlı olduğunu görmüşlər. Evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həmin evin həyətinə keçmişlər və əvvəlcədən özlərində olan dəmir parçası ilə evin mətbəx otağının plastik pəncərəsini açmışlar. Həmin pəncərədən evə daxil olmuşlar, evin qonaq otağının qapısını bağlı olduğunu görüb, qapını qırıb oraya daxil olmuşlar. Qonaq otağında dolabın içərisində olan qabın içərsində 200 manat məbləğində nəğd pulu və digər qabda 21 manat məbləğində nəğd pulu tapıb götürmüşlər, bundan sonra həmin loabdan 01 ədəd gümüş qolbağını da götürüb evə daxil olduqları pəncərədən çıxıb həmin ərazini tərk etmişlər. Oğurluq nəticəsində əldə etdikləri pulları yarı bölmüşlər. Bundan sonra xx.xx.2019-cu il tarixdə saat 20 radələrində Abşeron rayonu, Digah qəsəbəsində piyada gəzən zaman fərdi yaşayış evinin işığını yanmadığını görüb, həmin nvin hasarından həyətə daxil olmuşdur. Həyətdə iki mərtəbəli ev və bir mərtəbli tikil görmüşdür. Həmin tikiliyə daxil olan zaman, tikilinin mətbəx olduğunu bilmişdir. Mətbəxdə axtarış aparan zaman, heç bir şey tapa bilməmişdir. Mətbəxdə olan, soyuducunun üzərində açarı götürüb evin giriş qapısını açaraq evə daxil olmuşdur. Evin qonaq otağında olan dolabdan qabların içərisindən 01 ədəd qızıl qadın boyunbağısını, 01 ədəd gümüş boyunbağı və 03 ədəd kişi qol saatlarını götürüb həmin evi tərk etmişdir. Səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə oğurladığı əşyaları Sabunçu bazarına aparıb 100 manata satmışdır. Əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X9 oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, özünə iş tapa bilmədiyinə görə yenidən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Nəbi küçəsində olan zaman evlərdən birinin qapısında qıfıl olduğunu görmüşdür. Bir qədər müşahidə etdikdən sonra həmin evdə heç kəsin olmadığına əmin olmuşdur. Həmin vaxt yanıda olan tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə darvazanın üstündən tullanaraq evin həyətinə daxil olmuşlar. Rəşad, evin sol hissəsində olan hamam otağının nəfəsliyindən keçərək içəri daxil olmuşdur. Daha sonra özü də həmin yerdən evə keçmişdir. Evin ikinci mərətbəsində yerləşən yataq otağında olan sandıqdan qızıl-zinət əşyaları, çarpayının yanında olan dolabdan bir ədəd ağ rəngli “Samsung” markalı telefon, zalda dolabın yanında olan sumkadan bir ədəd “Asus” markalı notebook, digər yataq otağından isə bir ədəd “Samsung” markalı telefonu götürmüşlər. Bundan sonra evin birinci mərtəbəsinə düşmüşlər və oradan qaraja yol olduğunu görüb həmin yerdən çölə çıxmışlar. xx.xx.2019cu il tarixdə saat 13 radələrində Rəşadla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Moskva” univermağının yanında olan adını xatırlamadığı qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan mağazaya getmişlər. Orada öz şəxsiyyət vəsiqəsini verərək, oğurladıqları bir ədəd boyunbağını və bir ədəd qızıl dəstini 1500 manata satmışlar. Daha sonra isə Bakı şəhəri, “Azadlıq” prospektinə gələrək, adını xatırlamadığı lombarda bir ədəd boyunbağını 450 manata satmışlar. Bundan sonra o, Rəşadla birlikdə cəza çəkmə müəssisəsində olan vaxtdan tanıdığı Rəşad Əzizovla Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində görüşmüşlər. Görüşdükdən sonra gec olduğu üçün onlar Rəşadla birlikdə onun yaşadığı evə getmişlər. Evdə olan zaman Rəşad Əzizov telefonu görüb, ondan telefonların kimə məxsus olmasını soruşmuşdur. O, həmin telefonun özünə məxsus olduğunu bildirdikdən sonra, Rəşad Əzizov işlətmək üçün telefon lazım olduğunu bildirmiş, özü isə “Samsung” 7582 markalı telefonu Rəşad Əzizova vermişdir. Daha sonra isə onun cəza çəkmə müəssisəsindən tanıdığı Vüsal zəng edərək, pul lazım olduğunu bildirmişdir. Vüsala pulun olmadığını, lakin, özünə məxsus olan telefonu satıb ona pul verə biləcəyini bildirmişdir. Onlar Bakı şəhəri, Neftçilər metrostansiyasının yanında Vüsalla görüşmüşlər və orada olan telefon mağazasına Vüsalın şəxsiyyət vəsiqəsi ilə həmin telefonu 60 manata satmışlar. O, həmin puldan 40 manat Vüsala vermiş, 20 manat pulu isə özünə götürmüşdür. Bir müddət keçdikdən sonra tanışı Rəşadla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında yerləşən telefon alqı-satqısı mağazasına getmişlər və orada notebook alıb-almadıqlarını soruşmuşlar. Orada olan şəxslər notebook alımadıqlarını bildirdikdən sonra, onlar çölə çıxmışlar və mağazadan bir nəfər əvvəllər tanımadıqları şəxs çıxıb notebooku hansı qiymətə satdıqlarını soruşmuşdur. Həmin notebooku 200 manata satdığını demişdir. Həmin şəxs notebooku onlardan 200 manata almışdır. Əldə etdikləri pulları isə onlar şəxsi ehtiyyaclarına xərcləmişlər. Bundan sonra xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 saylı sovxozda Rəşadla gəzərkən, fərdi yaşayış evlərin birinin həyət darvazasının qapısında qıfıl olduğunu gördükdə həmin evdə heç kəsin olmadığı qənaətinə gəlmişlər. Onlar evin arxa hissəsinə tərəf gedərək, orada olan hasardan tullanıb həyətə daxil olmuşlar. O, evin yan tərəfində yerləşən plastik pəncərəni vintaçanla açaraq, onlar birlikdə həmin pəncərədən evə daxil olmuşlar. Rəşad, evin yataq otağını axtarmağa başlamış, o, isə evin qonaq otağını axtarırmış. Rəşad evin yataq otağında yerləşən çarpayının üzərində olan döşəklərin altından 700 manat məbləğində pulu tapıb götürmüşdür. Özü isə evin qonaq otağından 02 ədəd «Samsung» marakalı mobil telefonları görüb götürmüşdür. Bundan sonra onlar evə daxil olduqları pəncərədən çıxaraq evi tərk etmişlər. Oğurladıqları 700 manat pulu kef məclislərinə xərcləmişlər, telefonlardan biri xarab olduğundan Pirşağı qəsəbəsində zibil qutularının birinə tullamışlar. Digər telefonu isə Neftçilər metrostansiyasının yaxınlığında tanımadıqları şəxsə 30 manata satmışdır. Əldə etdikləri pulu öz ehtiyaclarına xərcləmişlər. Bundan sonra xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 2 saylı sovxozda Rəşadla gəzərkən, fərdi yaşayış evlərin birinin həyət darvazasının qapısını bağlı olduğunu görüb həmin evdə heç kəsin olmadığını zənn edib həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Rəşadla birlikdə evin darvazanın sağ tərəfində yerləşən borunun üzərinə çıxaraq həyətə daxil olmuşlar. Evin giriş qapısı ilə üzbə-üz dayananda sol tərəfdə yerləşən pəncərənin dəmir barmaqlıqlarını əlləri ilə qıraraq, əllərində olan vintaçanla plastik pəncərəni açmışlar. Daha sonra Rəşadla pəncərədən evin mətbəxinə daxil olmuşlar. Evin yataq otağında üst-üstə yıgılmış bir neçə qutu görmüşlər, ən aşağı qutudan qızıl-zinət əşyaların olduğunu görüb götürmüşlər. Bundan sonra evin digər yataq otağında olan dolabın üst siyirməsindən 03 ədəd gümüş üzük götürdükdən sonra evə daxil olduqları pəncərədən çıxıb evi tərk etmişlər. Həmin gün, Rəşad götürdüyü 03 ədəd üzüyün qızıl olmadığını düşünüb, həmin üzükləri tullamışdır. Oğurladıqları digər qızıl-zinət əşyaları isə o, Memar Əcəmi metrostanisaysının yaxınlığında yerləşən lombardların birinə 1500 manata satmışdır. Oğurluq nəticəsində əldə etdikləri pulları öz ehtiyaclarına xərcləmişlər. Bundan sonra xx.xx.2019-cu il tarixdə saat 06 radələrində onun dostundan aldığı idarə etdiyi nömrəsini xatırlamadığı «Hyndai» markalı avtombillə Quba şəhərinə yola düşmüşlər, avtomobili həmin vaxtı onun özü idarə edirmiş. Həmin gün saat 08 radələrində Quba şəhərinə çatmışlar. Orada ara məhəllələrə girərək oğurluq etmək üçün qıfıllı qapıları olan evlər axtarmağa başlamışlar. Quba şəhəri, H.Hacıyev küçəsində bir mərətəbəli evin çöl qapısında qıfıl görmüşlər. Avtomobili evdən uzaqda saxlayıb həmin ünvana saat 09:30 radələrində yaxınlaşmışlar. Ətrafa göz gəzdirib, evin arxa tərəfindən daş divarı aşaraq, evin bağ sahəsinə keçimişlər. Daha sonra evə yaxınlaşmışlar, evin pəncərəsini itələyərək pəncərəni açıb evə daxil olmuşlar. Evin yataq otağında yerləşən dolabın qapısını açaraq, kardon qutuda olan 01 cüt qadın qızıl sarğasını, 01 ədəd digər qadın qızıl sırğasını, 02 ədəd qadın qızıl üzükləri, 01 ədəd qadın qızıl tros boyunbağını, 01 ədəhd nazik qadın qızıl boyunbağını və 01 ədəd qızıl qadın muncuğunu götürmüşlər. Həmin otaqdan çıxıb mətbəx otağına girmişlər və soyuducunun üzərində 85 manat məbləğində nəğd pulu da götürmüşlər, daha sonra dəhlizdə yerdə qoyulmuş qadın əl çantasından 24 manat məbləğində nəğd pulu götürüb, evə daxil olduqları yerdən çıxmışlar. Daha sonra avtomobili saxladıqları yerə gəlib, avtomobilə əyləşib həmin yerdən uzaqlaşmışlar. Səhəri gün, oğurladıqları qızıl-zinət əşyalarını Bakı şəhəri M.Əcəmi metrostansiyasının yaxınlığında tanımadıqları lombarda satıb əvəzində 1500 manat pul almışlar. Oğurluq nəticəsində əldə etdikləri pulları öz ehtiyaclarına xərcləmişlər. Bundan sonra elə həmin gün, yəni xx.xx.2019-cu il tarixdə saat 14 radələrində Rəşadla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsində yerləşən evin darvazasının bağlı olduğunu görmüşlər. Evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həmin evin həyətinə keçmişlər və əvvəlcədən özlərində olan dəmir parçası ilə evin plastik pəncərəsini açmışlar. Həmin pəncərədən evə daxil olmuşlar, evin yataq otağında olan paltar dolabından 200 manat məbləğində nəğd pulu tapıb götürmüşlər, bundan sonra həmin otaqda masanın üzərindəki 01 ədəd kişi qol saatını və 01 cüt kişi köynəyi üçün sancaqları götürüb evə daxil olduqları pəncərədən çıxıb həmin ərazini tərk etmişlər. Oğurluq nəticəsində əldə etdikləri pulları yarı bölmüşlər, saatla sancaqlar isə onda qalmışdır. Bundan sonra xx.xx.2019-cu il tarixdə saat 16 radələrində Rəşadla birlikdə Abşeron rayonu, Digah kəndində gəzərkən, Xətai küçəsində yerləşən evin darvazasının asma qıfılla bağlı olduğunu görmüşlər. Evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həmin evin həyətinə keçmişlər və əvvəlcədən özlərində olan dəmir parçası ilə evin mətbəx otağının plastik pəncərəsini açmışlar. Həmin pəncərədən evə daxil olmuşlar, evin qonaq otağının qapısını bağlı olduğunu görüb, qapını qırıb oraya daxil olmuşlar. Qonaq otağında dolabın içərisində olan qabın içərsində 200 manat məbləğində nəğd pulu və digər qabda 21 manat məbləğində nəğd pulu tapıb götürmüşlər, bundan sonra həmin loabdan 01 ədəd gümüş qolbağını da götürüb evə daxil olduqları pəncərədən çıxıb həmin ərazini tərk etmişlər. Oğurluq nəticəsində əldə etdikləri pulları yarı bölmüşlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə səhər saatlarında evdən çıxaraq işə getmişdir. Yaşadıqları evdə ailə üzvləri Saatlı rayonunda olduğundan evdə kimsə olmamışdır. Həmin gün axşam saat 20:00 radələrində evə gəlmiş və evin həyət darvazasından həyətə daxil olaraq oradan da yaşadığı evə daxil olmuşdur. Evə daxil olduqda evin dağınıq vəziyyətdə olduğunu və yataq otağında yerləşən pəncərənin açıq olduğunu görmüşdür. Oğurluq baş verdiyini anlayaraq evin yataq otağında yerləşən döşəklərin altına qoyduğu 700 manat pula nəzər yetirmək istəmişdir. Həmin yerə baxdıqda pulun oğurlandığını aşkar etmişdir. Ümumilikdə evə baxış keçirərkən evin dəhlizində yerləşən dolabın içərisindən də iki ədəd və hər birinin dəyəri 200 manat olan “Samsung” markalı mobil telefonun oğurlandığını aşkar etmişdir. Dərhal oğurluq baş verdiyini DİN-in 102 Xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 11:00 radələrində yaşadığı evdən çıxaraq işə getmişdir. Axşam saat 19:50 radələrində evə qayıtdıqda evdə oğurluq hadisəsinin olduğunu aşkar etmişdir. Belə ki, evin həyət qapısını açmış və evin giriş qapısı ilə üzbə-üz dayandıqda qapını sol tərəfində yerləşən plastik materialdan olan pəncərənin açıq olduğunu və pəncərədə olan dəmir barmaqlıqların sındırıldığını görmüşdür. Dərhal oğurluq olduğunu anlayaraq evin griş qapısını açmış və evə baxış keçirməyə başlamışdır. Evə baxış keçirərkən evin bütün otaqları dağınıq halda olmuş, lakin mənzildə yerləşən 2 yataq otağı daha da dağınıq halda olmuşdur. Özünə məxsus qızıl-zinət əşyalarını stəkan qutusuna yığmış və həmin qutunu digər qutuların altında saxlamışdır. İlkin olaraq qeyd etdiyi qızıl-zinət əşyalarının yerində olub-olmadığına baxmış və həmin qızılların orada olmadığını aşkar etmişdir. Belə ki, özünə məxsus 1 ədəd briliyant qaşlı qızıl kişi üzüyünün, 1 ədəd briliyant qaşlı qadın üzüyünün, 1 cüt qızıl sırğanın, 1 ədəd qızıl qadın üzüyünün, 1 ədəd qızıl qolbağın, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl komplekt (1 ədəd sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük), 1 cüt yaşıl qaşlı sırğanın, 1 cüt ağ və sarı qızıldan ibarət qaşsız sırğanın, 1 cüt qırmızı qaşlı sırğanın, 1 ədəd qıırmızı qaşlı qadın üzüyünün, 1 ədəd sadə qaşlı qadın üzüyünün, 1 ədəd qaşsız qadın üzüyünün və 1 ədəd sadə qadın boyunbağının oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-in 102 Xidmətinə baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7000 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Nəbi küçəsi ev 5-də qeydiyyatda olmaqla, həmin yaşayır. xx.xx.2019-cu il tarixdə saat 08 radələrində evdən çıxaraq işə getmişdir. Ana isə saat 10 radələrində evdən çıxaraq getmişdir. Saat 18:30 radələrində evə qayıdan zaman, evin çöl darvazası və həyətdə olan qarajın qapısının açıq olduğunu görmüşdür. Bundan sonra özü evə ətraflı baxış keçırtdikdə evdən 01 ədəd 1500 manat dəyərində olan “Asus” markalı notebookün, bir ədəd 150 manat dəyərində olan «Samsung 7582» markalı içərisində mobil nömrə olmayan mobil telefonun, 01 ədəd 150 manat dəyərində olan “Samsung G 350” markalı içərisində ***-***-**-**, ***-***-**-** mobil nömrələr olan telefonun, 01 ədəd 4500 manat dəyərində olan brilyant komplektin, 01 ədəd 1000 manat dəyərində olan qadın üzüyün, 01 ədəd 1000 manat dəyərində olan komplektin, 01 ədəd 1000 manat dəyərində olan qızıl boyunbağının, 01 ədəd 500 manat dəyərində olan qızıl qolbağın, 01 ədəd 3000 manat dəyərində olan qızıl kişi qolbağın, 01 ədəd 500 manat dəyərində olan qızıl üzüyün, 01 ədəd 500 manat dəyərində olan qızıl üzüyün, 01 ədəd 1000 manat dəyərində olan qızıl boyunbağının, 01 ədəd 700 manat dəyərində olan «alyans» üzüyün, 01 ədəd 500 manat dəyərində olan üzün və 01 ədəd 1000 manat dəyərində olan boyunbağının və içərisində 400 manat məbləğində nəğd pul olan pul qabının oğurlandığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cxu il tarixdə saat 09 radələrində yaşadığı evdən ailə üzvləri ilə birlikdə Quba rayonu Amsar kəndində yerləşən istirahət zonasına getmişlər. Evdən çıxmamışdan əvvəl, birmərtəbəli yaşayış evinin giriş qapılarını kilidləmişdir. Pəncərələrdən yalnız zalda olan pəncərə kilidlənməmiş vəziyyətində olmuşdur. Həmin gün saat 20:40 radələrində ailə üzvləri ilə birlikdə evə gəldikləri zaman, çöl qapısının qıfılını açaraq, həyətə daxil olmuşlar, evin giriş qapısını açarla açaraq, evə daxil olan zaman zalın pəncərəsini açıq vəziyyətində olduğunu görmüşlər. Bundan şübhələnərək otaqları gəzməyə başlamışdır. Həmin otaqlar daimi daxildən açıq vəziyyətdə olmuşdur. Otaqların dağınıq vəziyyətində olduğunu görmüşdür. Həmin an evində oğurluq olduğunu anlayıb qardaşına zəng vurumş, sonuncu polisə zəng vuraraq, oğurluq barəsində məlumat vermişdir. Həmin gün evdə soyuducunun üzərindən cəmi 50 manat və qızı Mədinənin əl çantasından 10 manat nəğd pulun oğurlandığını bilib Quba RPŞ-nə cəmi 60 manat nəğd pulun oğurlandığın bildirmişdir. Lakin, xx.xx.2019-cu il tarixdə qohumunun toy məclisinə gedən zaman, evdə qızıl-zinət əşyalarını taxmaq üçün saxdığı qonaq otağındakı şüşə servantın rəifnə baxan zaman kardon qutuda çəkisi 08 qram olan 640 manat dəyərində 01 cüt qadın qızıl sırğanın, çəkisi 02 qram olan 100 manat dəyərində 01 ədəd qadın qızıl sırğanın, çəkisi 03 qram olan 240 manat dəyərində 01 ədəd qadın qızıl üzüyünün, çəkisi 04 qram olan 300 manat dəyərində 01 ədəd qadın qızıl üzüyünün, çəkisi 30 qram olan 1900 manat dəyərində 01 ədəd qadın qızıl boyunbağısının, çəkisi 20 qram olan 1200 manat dəyərində 01 ədəd qadın qızıl boynabağısının, çəkisi 04 qram olan 160 manat dəyərində 01 ədəd qızıl qadın muncuğunun yerində olmadığını aşkar etmişdir. Özü başa düşmüşdür ki, əmin qızıl-zinət əşyaları oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4650 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 7 qeydiyyatda olmaqla, həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Həmin ev 2 mərtəbəlidir, o, ailəsi ilə birlikdə evin 2-ci mərtəbəsində yaşayır. xx.xx.2019-cu il tarixdə saat 08 radələrində yaşadığı evdən çıxıb işə getmiş, həmin gün saat 17 radələrində isə ailə üzvləri ilə yaşadığı evdən çıxıb, Digah kəndində yaşayan qardaşı Nazimin evinə getmişlər. Həmin gün saat 21 radələrində o, işdən evə gəlmiş, və həyətdə yerləşən mətbəxin mebellərinin qapılarını açıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt mətbəxdə olan soyuducunun üzərinə qoyduqları evin açarının yerində olmadığını görüb evdən oğurluq olduğnu bilib, evə daxil olan zaman evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirən zaman evin qonaq otağında dolabdan 01 ədəd 200 manat dəyərində qızıl boyunbağının, 01 ədəd 50 manat dəyərində gümüş boyunbağının və 03 ədəd hər biri40 manat olmaqla 120 manat dəyərində kişi qol saatlarının oğurlandığını aşkar etmişdir. Oğurluq olması barədə dərhal Abşeron rayon polsi idarəsinin Mehdiabad polis bölməsinə məlumatv vermişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə Qurban bayramı günü qurbanlıq kəsmişlər. İçərisində 500 manat olan əl çantasını köhnə evdə pəncərənin qarşısında qoymuşdur. Həmin gün axşam saat 23 radələrində həyat yoldaşı ilə həyətdə yerləşən uşaqların qaldığı evə gedib namaz qılmışlar və sonra həmin evdə yatmışlar. Çantasını qoyduğu evdə təmir işləri apardıqları üçün orada qalmır. Köhnə evin qapısını bağlamışlar, ancaq pəncərəni açıq qoymuş ki, evin havası dəyişilsin. xx xxxxxx 2019-cu il tarixdə 10 radələrində qonşusu onu çağırdığı üçün həyətə çıxmış və darvazaya yaxınlaşanda darvazanı açıq olduğunu görmüşdür. Qonşu ondan banka istədiyi üçün o, köhnə evə gedən zaman evin pəncərəsinə vurulmuş nəfəsliyi kəsilmiş vəziyyətdə olduğunu görmüşdür. Evə keçib baxan zaman, içəridə əşyaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Əl çantasını isə pəncərənin qarşısında olmadığını aşkar etmişdir. Həyat yoldaşı Rəfaili çağırıb bu barədə məlumat vermişdir. Rəfail həyətdə üzüm ağacının yanından əl çantasını tapmış və içərisinə baxanda 500 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan başqa naməlum şəxs çantada olan özünə məxsus 01 ədəd 50 manat aldığı sadə qızılı rəngdə olan qolbağını da oğurlamışdır. Bundan sonra DİN-in 102 xidmətinə zəng vuraraq oğurluq barədə məlumat vermişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun özünə məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində Cavanşir küçəsində fərdi yaşayış evi vardır. Həmin evdə mütəmadi olaraq yaşamasalarda ara-sıra həmin evə gəlib nəzarət edirmişlər. xx xxxx 2019-cu il tarixdə saat 16 radələrində işdən çıxıb Mehdiabad qəsbəsindəki evinə gəlmişdir. Həmin gün həkimə getməli olubmuş və özündə olan 200 manat pulu evdə nəvəsinə məxsus şkafın içərisinə qoymuşdur. Sonra tələsik evdən çıxdığı üçün pulu götürmək yadından çıxmışdır. Bir müddət o, Mehdiabad qəsbəsindəki evə gələ bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 14 radələrində işdən çıxıb Mehdiabad qəsəbəsində yerləşən evinə gəlmişdir. Evə gəlib darvazanın qapısın açıb içəri keçərkən, evdə əşyaların qarışdırıldığını görmüşdür. Sonra yataq otağına keçib baxanda, paltar şkafını açıq, masanın üstündə isə əşyaların qarışıdırıldığını görmüşdür. Nəvəsinin paltar şkafının içərisinə baxanda, orada qoyduğu 200 manat pulunu aşkar etməmişdir. Bundan başqa masanın üstündə olan 01 ədəd kişi üçün qol saatı, 01 ədəd kişi köynəyi üçün gümiüş sancaqlarında oğurlandığını aşkar etmişdir. Evdə oğurluq olmasını başa düşüb oradan Mehdiabad polis bölməsinə gedib ərizə yazmışdır. Polis əməkdaşları onun iştirakı ilə evə baxış keçirmişlər və protokol tərtib etmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 800 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 1985-ci ildən ünvan 8 saylı ünvanda yerləşən fərdi yaşayış evində arvadı, oğlu, gəlini və nəvələri ilə birlikdə yaşayır. Onun yaşadığı ev 2 mərtədədən ibarətdir. Evin 1-ci mərtəbəsində özü, 2-ci mərtəbədə isə oğlu ailəsi ilə yaşayır. Evin 1-ci mərtəbəsində yerləşən pəncərələrinin üzərində dəmir barmaqlıqlar vardır. Evin giriş qapısı dəmir materialdandır. xx xxx 2019-cu il tarixdə səhər saat 06 radələrində özü, oğlu X5 ilə birlikdə işə getmişlər. Evdə arvadı, gəlini və azyaşlı nəvələri qalmışdır. Həmin gün saat 18:30 radələrində arvadı gəlini və azyaşlı nəvələri evdən çıxıb qonşuluqda yaşayan gəlininin atası evinə getmişlər. Təxminən saat 19:45 radələrində isə evə qayıtmışlar. Həyətə girən zaman evin içərisindən səs gəldiyini eşidib gəlini X11 evin 2-ci mərtəbəsinin dəmir qapısını açıb evə daxil olan zaman evi dağılmış vəziyyətdə olduğunu görüb dərhal ona zəng vurmuşlar. Saat 21:08 radələrində o, evə çatan kimi DİN-nin 102 zəng xidmətinə zəng vurub məlumat vermişdir. Onlar evə baxan zaman evdən 01 ədəd 4500 manat dəyərində brilyant qaşları olan komplekt, 01 ədəd 1000 manat dəyərində qızıl qadın kulonu, 01 ədəd 500 manat dəyərində qızıl qadın üzüyü, 01 ədəd 500 manat dəyərində qızıl qadın boyunbağının oğurlanıdığını aşkar etmişlər. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində gsötərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə həyat yoldaşı səhər saat 07 radələrində işə getmişdir. Özü isə həmin gün saat 15 radələrində Digah kəndində yaşayan anasının evinə getmiş və evdən çıxarkən qapını və pəncərəni bağlamışdır. Həyət darvazasını isə asma qıfılla bağlamışdır. Saat 19 radələrində evə gəlib darvazanı açıb həyətə keçmişdir. Evə gələndə, evin mətbəxinin pəncərəsini açıq vəziyyətdə, qonaq otağına açılan qapının kilidinin qırıldığı və açıq olduğunu görmüşdür. Evə keçib baxan zaman, qonaq otağında, yataq otağında və mətbəxdə əşyaları dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həyat yoldaşına zəng vurub evdən oğurluq olması barədə məlumat vermişdir. Həyat yoldaşı ona 102 xidmətinə zəng vurub polisə məlumat verməsini tələb etmişdir. DİN-in 102 xidmətinə zən edərək, evdən oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib evə baxış keçirmişlər. Həmin vaxt o, qonaq otağında olan servantın içərisindəki qabın içinə qoyduğu 200 manat pulun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Sonra digər əşyalara nəzər salmadığı üçün başqa hər hansı bir əşya oğurlanmadığını fikirləşib oğurluqla bağlı ərizədə 200 manat pulunun oğurlanmasını göstərmişdir. Polis əməkdaşalrı gedəndən sonra özü evdə yır-yığış edərkən yadına düşmüşdür ki, servantın üstündəki qabın içində 21 manat işıq pulu ödəmək üçün ayırıb qoymuşdur. Oğurluq edən şəxslər həmin pulu və oğluna aldığı şkafın siiyrməsində qoyduğum 25 manat dəyərində gümüş qolbağın da oğurladıqlarını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 246 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 oğlu ifadəsində göstərmişdir ki, təxminən 15 il olar ki, Abşeron rayonu Mehdiabad qəsəbəi, Natiq Orduxanov küçəsi yeni məhəllədə fərdi yaşayış evi tikdirmişdir. Həmin evdə ancaq yay ərəfəsində qalırmışlar. Qış fəslində isə arada-bir evə baş çəkirmişlər. 2019-cu ilin yay ayları olduğundan həmin evdə yaşayırmışlar. Mehdiabad qəsəbəsi, 28 May küçəsində icarəyə kiçik market götürmüşdür. Həmin market saat 09 radələrində saat 01 radələrinə qədər işləyirmiş. xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində marketi bağlayıb evə getmişdir. Saat 04:30 radələrində qonşu mağazada işləyən şəxs ona zəng edərək, onun mağazasında oğurluq olduğunu və mağazaya gəlməyini bildirmişdir. Buna görə də mağazaya gəlmiş və mağazanın palsatik materialdan olan qapının şüşəsinin və kilidinin sındırıldığını görmüşdür. Mağazaya daxil olmuş, mağazaya baxan keçirən zaman, mağazada kassa olduğu masanın birinci siyirməsindən 200 manat nəğd pul, 60 manat məbləində mobil telefon ödəmələri, ümumilikdə 300 manat dəyərində olan «Kent 4», «Kent-4» nazik qara, «Kent-8», «Winston XS» boz nazik, «Winston XS» boz kompakt, «LD» boz nazik, «LD» ağ kompkt, «West» boz qalın, «Argo» nazik qırmızı, «Argo» nazik göy, «Argo» qalın qırmızı, «Argo» qalın göy, «Rothmans» kompakt boz, «Rothmans» kompakt göy, «Rothmans» kompakt mentol, «NZ» nazik boz, «Sobraniye» qalın göy, «Sobraniye» qalın ağ, «Sobraniye» nazik göy, «Sobraniye» nazik ağ, siqaretlərin vitrindən oğurlandığını aşkar etmişdir. Dərhal DİN-nin 102 zəng xidmətinə oğurluq olması barədə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, 2012ci ildə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2018-ci ilin iyun ayında cəzadan vaxtından əvvəl azad olunmuşdur. Azadlıqa çıxdıqdan sonra heç bir işlə məşğul olmamış, ailəsinin köməkliyi ilə dolanır. Cəza çəkmə müəssisəsində olan zaman Bəxtiyar Nərmanov adlı şəxsdə orada cəza çəkmişdir. Onun həmin vaxtı Bəxtiyarla yaxın münasibəti yaranmış və öz mobil nömrəsini verərək, azadlıqa çıxandan sonra əlaqə saxlamasını Bəxtiyara demişdir. X13 rayonu, Pirşaqı qəsəbəsində görüşmüşdür. Söhbət əsnasında nə etdiyini nə işlə məşğul olduğunu soruşduqda, Bəxtiyara bildirmişdir ki, heç yerdə işləmir, ailəsinin köməkliyi ilə dolanır. Həmin vaxtı yanlarında Təqsirləndirilən şəxs1 da olmuşdur. Görüşdükdən sonra gec olduğu üçün onlar Bəxtiyarla onun yaşadığı evə getmişdirlər. Evdə olan zaman telefonu görmüş və Bəxtiyardan bu telefonların kimə məxsus olmasını soruşduqda, Bəxtiyar ona demişdir ki, telefonlar mənimdir işlədirəm. Bəxtiyara işlətmək üçün telefon lazım olduğunu dedikdə, Bəxtiyar ona “Samsung” 7582 markalı telefon vermişdir. xx.xx.2019-cu il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları evlərinə gələrək bildirmişlər ki, sənin istifadəndə olan “Samsung” markalı mobil telefon oğurluqdur. Həmin vaxtı qorxduğu üçün telefonun içərisində olan ***-***-**-** mobil nömrəni çıxardaraq tullamış, telefonu isə format etmişdir. Sonra Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları onu Abşeron RPİ-nə gətirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş İsrafilova Könül Zakir qızı ifadəsində göstərmişdir ki, təxminən 2 ay qabaq bacısı Təranənin evində olan zaman, qeyri-rəsmi yaşadığı Pərviz adlı şəxsdə bir ədəd ağ rəngli “Samsung” markalı telefon olduğunu görmüşdür. Həmin telefon Pərvizdə əlavə olduğu üçün ona demişdir ki, “əgər sənə lazım deyilsə mənə sat”. Pərviz onunla razılaşmış və Samsung markalı telefonu 40 manata ona satmışdır. xx.xx.2019-cu il tarixdə saat təxminən 10 radələrində, Bakı şəhəri, Xətai rayonu, Fəhlə prospektində yerləşən “Günəş” marketin yanında yerləşən gözəllik salonuna saçını düzəltdirmək üçün girmişdir. Təxminən 15 dəqiqə sonra Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları ora gələrək, bildirmişdirlər ki, “sənin istifadə etdiyin telefon oğurluqdur”. Bundan sonra telefonu polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 22048 №-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən GSM nömrələrin və təqdim edilmiş mobil telefolnların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olması və işlənmə dərəcələri nəzərə alınmaqla 2019-cu ilin iyun ayına olan orta bazar qiymətləri: 01 ədəd «Samsung» markalı GT-S7582 modelli mobil telefon – 50 manat, 01 ədəd Samsung» markalı SM-G350E modeli mobil telefon – 40 manat, 055 *** ** ** saylı GSM nömrə – 4,0 manat, 055 *** ** ** saylı GSM nömrə – 4,0 manat müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 24171 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və xüsusiləşmiş zərqərlik məmulatlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, bir qramm «583/585» əyarlı qızılın məmulat kimi qiyməti 60,00 manat olması nəzərə alınmaqla tədqiq edilən ortada olmayan 7 adda zərgərlik məmulatlarının, 2019-cu ilin iyul ayı ərzində, respublikadaxili orta bazar pərakəndə satış ümumi qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq 4260,00 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin X1 xx.xx.2019-cu il tarixli 011-7075-1219 saylı məktubundan görünür ki, Quba RPŞ-nin 146-21378-1219 nömrəli xx.xx.2019-cu il tarixli məktubu vasitəsilə HK-1/1383 nömrəli material üzrə xx.xx.2019-cu il tarixdə ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri və 03 ədəd daktiloskopik kart xx.xx.2019-cu il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bazasında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində tədqiqat üçün yararlı olan əl izlərindən 04 ədədi (daktiloskopik kartı BƏSİİ-dən daxil olmuş) xx.xx.1996-cı ildə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin böyük barmağının və ovucunun, sol əlinin isə ovuc (02 dəfə) 02 ədəd əl barmağı izi Zərərçəkmiş şəxs8 sağ əlinin orta (02 dəfə) və adsız barmaqlarının, 01 ədəd əl barmaq izi X3 əlinin adsız barmağının əksi ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-nin X2 xx.xx.2019-cu il tarixli 19/500 R saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqat üçün yararlı olan əl izlərindən 04 ədədi (daktiloskopik kartı BƏSİİ-dən daxil olmuş) xx.xx.1996-cı ildə Beyləqan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin ovuc, sol əlinin böyük və ovucu (02 dəfə) ilə eynilik müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN- nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası DİN- nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs2 evindən oğurlanmış bir ədəd Samsung markalı GT-S7582 modelli mobil telefon və bir ədəd Samsung markalı SM-G350E modelli mobil telefon maddi sübut kimi tanınaraq, saxlanılması üçün Abşeron rayon Pİ-in maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli protokoludan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1 -ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1 -ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadələrindən başqa, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni beş ilin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı isə xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni beş ilin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı isə xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin maddi sübutların saxlama yerində saxlanılan bir ədəd Samsung markalı GT-S7582 modelli mobil telefon və bir ədəd Samsung markalı SM-G350E modelli mobil telefon Zərərçəkmiş şəxs2 hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılmalıdır. Bundan başqa, ibtidai istintaq istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçi vəkil X12 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs2 müdafiəçi vəkil X8 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Şahid1, X16 və Zərərçəkmiş şəxs9 oğluna cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381,383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X10, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs8, Şahid1, X16 və Zərərçəkmiş şəxs9 oğluna cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Pİ-nin maddi sübutların saxlama yerində saxlanılan bir ədəd Samsung markalı GT-S7582 modelli mobil telefon və bir ədəd Samsung markalı SM-G350E modelli mobil telefon Zərərçəkmiş şəxs2 hökm qanuni qüvvəyə mindikdən sonra qaytarılsın. Təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsinlər və ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 müdafiəçi vəkil X12 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul və Təqsirləndirilən şəxs2 müdafiəçi vəkil X8 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar