Məhkəmə qərarları › İş №1(012)-195/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-195/2021

11.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-195/2021 11.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, “Çiçək” yaşayış massivində yaşayan , Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2020-ci il tarixdə işlədiyi Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən istehsal sexindən sonuncuya məxsus 01 ədəd 531 manat dəyərində kompressorun soyutma sistemini və 04 ədəd ümumi dəyəri 69 manat olan 50 mm diamterli 30 santimetr uzunluğunda olan mis boruları gizli olaraq talayıb zərərçəkmiş şəxsə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə plastik butulka istehsal edən "xxxx" MMC-nə işə qəbul olunmaq üçün müraciət etmiş, onu həmin müəssisəsədə işə qəbul etmişlər. xx.xx.2020-ci il tarixədək həmin müəssisədə işləmişdir. Aylıq əmək haqqı 600 manat olmuşdur. Maddi ehtiyacı olduqda müəssisənin rəhbərliyindən avans borcu da almış, hazırda həmin müəssisəyə təxminən 500 manat avans borcu vardır. xx.xx.2020-ci il tarixdə müəssisədə bəzi dəyişikliklər etmişlər, həmçinin müəssisənin təmiri ilə məşğul olmuşlar. Müəssisədə istifadə etmək üçün nəzərdə tutulmuş mis boruların taxtaların üzərinə yığıldığını görmüşdür. Həmin vaxtı ona pul lazım olmuş, lakin artıq rəhbərliyindən pul istəyə bilməmişdir. O, həmin mis boruları götürüb sata biləcəyini, boruları satdıqdan sonra əldə etdiyi gəlirdən şəxsi ehtiyacları üçün istifadə edə biləcəyini fikirləşmiş, bu səbəbdən həmin mis boruları oğurlamaq qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 13-14 radələrində taxtanın üzərində olan mis borulardan 01 ədəd təxminən 1 metr uzunluğunda 73 mm diametrli, içərisinə 8 mm diamterli mis borular yığılmış kompressorun borusunu və 3-4 ədəd 50 mm diamterli 20-30 santimetr uzunluğunda olan mis boruları götürərək paketə yığmış, paketləri arabaya yükləmiş, daha sonra diqqət çəkməməsi üçün həmin paketlərin üzərinə tullantıları yığmış və müəssisənin həyətinə - tullantılar yığılan yerin yanına aparmışdır. Mis borular bir gün tullantıların yanında qalmışdır. xx.xx.2020-ci il tarixdə işə gəlmiş, tullantıların yanına baxmış və mis boruların orada olduğunu görmüşdür. Mis boruları sata bilmək üçün işdən tez çıxmalı olmuşdur. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə saat 11 radələrində müəssisədə işləyən digər fəhlələrə mədəsi ağrıdığını, dincəlmək üçün evə gedəcəyini demiş və bu barədə müəssisə rəhbərinə məlumat vermələrini xahiş etmişdir. Daha sonra tullantıların yanına getmiş və əvvəlcədən oraya yığdığı mis boruları götürüb oradan uzaqlaşmışdır. 517 saylı marşrut avtobusuna minmiş və Xırdalan şəhərinə gəlmiş, yol boyu metal qəbulu məntəqəsi axtarmışdır. Həmin marşrutla hərəkətdə olarkən yolun solunda metal qəbulu məntəqəsi görmüş və avtobusdan düşmüşdür. Oğurladığı boruların mis materialdan hazırlandığını əvvəlcədən bilmişdir. Həmin metal qəbulu məntəqəsinə yaxınlaşmış və misin kilosunu neçədən qəbul etdiyini soruşmuş, metal qəbul edən şəxs misin 1 kq üçün 8,7 manat ödəyəcəyini ona demiş, həmin şəxs boruları tərəziyə qoyaraq çəkmiş, ümumi çəkisinin 7,5 kq olduğunu demiş və ona 65 manat ödəmişdir. Təqsirləndirilən şəxs həmçinin xx.xx.2020-ci il tarixdən başqa vaxt həmin müəssisədən və ya başqa yerdən oğurluq etmədiyini bildirmişdir. Sonda o, bir daha belə hallara yol verməyəcəyini bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, "xxxx" MMC plastik butulka istehsal edir. Plastik butulkalar hazırlanan zaman xüsusi kompressor aparatından istifadə edilir. Həmin aparatın içərisində soyutma funksiyasını yerinə yetirən xüsusi mis borular olur. xx.xx.2020-ci il tarixdə Namiq adlı usta hazırladığı mis borunu kompressorun içərisinə yerləşdirmək üçün mis borular yığılan yerə getdikdə 01 ədəd 1 metr uzunluğunda 73 mm diametrli, içərisinə 24 ədəd 8 mm diamterli mis borular yığılmış su soyutma funksiyasının yerinə yetirən mis boru və 4 ədəd 50 mm diamterli 30 santimetr uzunluğunda olan mis boruların yerində olmadığını görmüşdür. Namiq bu barədə ona məlumat verdikdən sonra o, müəssisəsinin video qeydiyyat kameralarına baxmışdır. Kamera görüntülərinə baxdıqda görmüşdür ki, xx.xx.2020-ci il tarixdə müəssisədə fəhlə işləyən Təqsirləndirilən şəxs həmin mis boruları daşıyaraq başqa bir yerə - tullantıların yanına yığmış, sonra müəssisədə təmizlik işləri aparmış, tullantıları müəssisəsədən çıxaran zaman boruları da müəssisədən çıxaraq oğurlamışdır. Təqsirləndirilən şəxs yaxınları vasitəsilə onunla əlaqə saxlayaraq oğurladığı boruları geri qaytarmasını istəmişdir. Təqsirləndirilən şəxs boruları oğurladığını etiraf edərək qayataracağını bildirsə də, sonradan maddi vəziyyətinin pis olduğunu bildirmişdir. O, boruları geri qaytarması üçün Təqsirləndirilən şəxs təxminən 1 ay vaxt versə də, Təqsirləndirilən şəxs oğurladığı mis boruları geri qaytarmamışdır. Zərərçəkmiş şəxs həmçinin 01 ədəd içərisinə 24 ədəd 8 mm diamterli mis borularla birlikdə 1 metr uzunluğunda 73 mm diametrli kompressorun soyutma sisteminin qiyməti 531 manat olduğunu, 4 ədəd 50 mm diamterli 30 santimetr uzunluğunda olan mis boruların hər birinin dəyərinin 17,25 manat olduğunu, ümumi dəyərinin isə 69 manat olduğunu, həmin kompressorun borusunun hazırlanması üçün ustaya 300 manat ödənildiyini, Təqsirləndirilən şəxs "xxxx" MMC-nə məxsus mis boruları oğurlamaqla müəssisəyə ümumilikdə 600 manat maddi ziyan vurduğunu bildirmişdir. Sonda o, məhkəmədən təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, 2020-ci ilin oktyabr ayından Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Metal qəbulu" məntəqəsini işlədir, həmin obyektdə müxtəlif növ metalları alır və həmin metalların satışı ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə əvvəl tanımadığı, sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs təxminən xatırladıqlarına görə 01 metr uzunluğunda içərisinə nisbətən kiçik diamterli mis borular yığılmış təxminən 60-65 mm diametrli mis boru və 04 ədəd təxminən 40-50 mm diamterli 25-30 santimetr uzunluğunda olan mis borunu həmin məntəqəyə gətirərək satmaq istəyini bildirmişdir. Həmin mis borular əzilmiş və kəsilmiş vəziyyətdə olduğundan həmin mis boruların Təqsirləndirilən şəxs məxsus olduğunu düşünüb qəbul etmişdir. Həmin borunun oğurlanmış olacağını ehtimal etməmişdir. Mis boruların ümumi çəkisi 7,5 kq olmuşdur. O, hər kiloqram üçün 8,7 manat olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 65 manat verib həmin mis boruları almışdır. Şahid həmçinin Təqsirləndirilən şəxs əvvəlcədən tanımadığını, Təqsirləndirilən şəxs həmin mis boruları haradan və necə əldə etdiyi barədə heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs ilə aralarında əvvəlcədən heç bir razılıq və ya sövdələşmə olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9-6002 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 01 ədəd içərisində 24 ədəd 8 mm diametrli mis borularla birlikdə 1 metr uzunluğunda 73 mm diametrli kompressorun soyutma sisteminin 2020-ci ilin noyabr ayına orta bazar qiymətinin 531,00 manat, 01 ədəd 50 mm diametrli, 30 sm uzunluğunda mis borunun 2020-ci ilin noyabr ayına orta bazar qiymətinin 17,25 manat olduğu göstərilmişdir. Beləliklə, məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə məhkumluğu ödənilmiş hesab olunur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Çiçək qəsəbəsində qeydiyyatsız yaşayır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini onun cəzasını yüngülləşdirən hallar kiimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə axtarış elan edilmiş və o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq məhkəməyə təhvil verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar