Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-195/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Kürdəmir rayonu, Muradxan ərazi dairəsi, Sor sor kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 26cı məhəllədə, Qaçqınlar binası, 1-ci blok, 4-cü mərtəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 18 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Abşeron rayonu Masazır qəsəbəsi, «Çıraqlı» kafesində olan vaxtı heç bir əsaslı səbəb olmadan həmin kafedə müştəri kimi oturan Zərərçəkmiş şəxs ilə aralarında olan mübahisə zamanı sonuncunu kafedən çıxmasını tələb etdiyinə görə və ona kobud cavab verdiyinə görə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kodud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, ictimai yerdə insanların gözü qarşısında nalayiq ifadələr işlədərək qəsdən yumruqla Zərərçəkmiş şəxs boyun nahiyəsinə vuraraq ətrafdakıların reaksiyasına əhəmiyyət vermədən boynundan tutub bayıra çıxarmış, bundan sonra cinayət əməllərini davam etdirərək Zərərçəkmiş şəxs Abşeron rayonu Xırdalan şəhəri, «Köhnə doğum evi» adlanan yerdə olan Abşeron rayonu Xırdalan şəhəri,28- ci məhəllədə yerləşən kafenin yaxmlığınadək təqib edib münaqişəni orada davam etdirmiş və münaqişə zamanı küçədə insanlar arasında özünü cəmiyyətin fövqündə qoymaqla Zərərçəkmiş şəxs sifətinə bir neçə dəfə yumruqla vurub ona sol üst göz qapağının və sol gözaltı nahiyəsinin qançır-şişkinlik halında əziyi və həmin gözün ağlı qişasına qansızmadan ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaqla qərəzli hərəkətlər yəni xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, tanışı Sevinc yəni Şəkirə Xırdalanda yerləşən kafeni işlədə bilmədiyi üçün 2022-ci ilin avqust ayında Abşeron rayonu Masazır qəsəbəsində yerləşə «Çıraqlı» adlı kafeni icarəyə götürmüşdür. O daona kafenin işində köməklik edirmiş. Həmin vaxtlar orada işləyən İlahə ilə tanış olmuşdur. İlahə həmin kafedə xidmətçi işləyirmiş. Bir neçə gün işləyəndən sonra bildiyinə görə İlahə işdən çıxmışdır. Sentyabr ayının 18-də saat 16-17 radələrində kafedə olan vaxtı masada müştəri kimi tanıdığı lakin harada yaşadığını və anket məlumatlarını bilmədiyi Əli adlı şəxslə oturmuşdur.Kafedə oturan vaxtı görmüş ki, İlahə ilə Fuad adlı şəxs gəlmiş və masanın arxasında oturmuşlar. Fuad pivə sifariş edib pivə içirmiş. Fuad içkili olduğu üçün orada işləyən qadınları söyüb təhqir etməyə başlamışdır. Kafedə narazıçılıq yarandığını görüb hətta Sevinci də söyüb təhqir etdiyi üçün Fuadın oturduğu masaya yaxınlaşmış və ona iradını bildirməklə kafeni tərk etməyini tələb etmişdir. Fuad çıxmayacağım bilidirb onu da nəlaiq ifadələrlə söyüb təhqir etmiş,o da əsəbləşib onun yaxasından tutub itələmiş, Fuad yerə yıxılmış və yenə də oturmuşdur. Orada olan tanımadığı müştərilər Fuadı sakitləşdirməyə başlamış lakin o heç kəsə məhəl qoymayıb onun üstünə cumurmuş,lakin orada olan tanımadığı şəxslər onları ayırmış və onu vurmağına imkan verməmişlər.Bundan sonra taksi çağırmış və bu zaman onunla bir masada oturan Əli adlı şəxs demiş ki,o da çıxıb getmək istəyir,o və Sevinc İlahəyə və Fuada demiş ki,çıxıb getsinlər.Taksi gələndən sonra Əli maşına minmiş, İlahə ilə Fuad isə arxaya oturmuşlar. Fuad yenə də təkid etmiş ki,o da gəlsin. O Fuadın əl çəkmədiyini və çıxıb getmək istəmədiyinə görə onlarla birlikdə maşına minmişdir. O Fuada demiş ki, əgər söhbət etməyə gedirlərsə Xırdalanda bayırda kafedə otursunlar. Xırdalana çatandan sonra Əli adlı şəxs maşından düşəndən sonra çıxıb getmişdir. Fuadla bir masada oturmuşlar. İlahə isə kənarda dayanırmış. Fuadla bir masada oturub söhbət edəndə yenidən səs-küylə danışmağa başlamış ona görə də tanımadığı şəxs yaxınlaşıb onlara iradını bildirmiş və kafeni tərk etməyini tələb etmişdir.Onlar kafedən çıxandan sonra Fuad əl çəkməmiş, mübahisələri yolun kənarında davam etmiş və onlar dalaşmışlar. Hər ikisi bir birini vurmuşlar. İlahənin 102 xidmətinə zəng etdiyini görüb oradan uzaqlaşmışdır. Bir neçə gün sonra onu polisə çağırmışlar. Əli adlı şəxsin ümumiyyətlə bu işə qarışmamışdı və onun əlində bıçaq olmamışdır. «Çıraqlı» kafesində onu vurmuş, sonra doğum evinin yanında dalaşmış, Fuad da onun sifətindən vurmuş, lakin üzündə və bədənində xəsarət olmadığı üçün şikayət etməmiş ona görə də ekspertizadan keçməmişdir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, yaşadığı evin bir hissəsini İlahə adlı qadına kirayə vermiş,İlahə azyaşlı qızı ilə birlikdə yaşayır.2022-ci ilin sentyabr ayının 10-na qədər olan müddətə İlahə evin pulunu artıq iki ayını verməmişdir. Oondan pulunu tələb edəndə ona demiş ki,Sevinc adlı qadın var o pulu verəcək,pulu verən kimi də ona verəcək.Həmin vaxtlarda İlahə “Çıraqlı” kafesində ofısant işləyirmiş. Masazırda fəhləliklə məşqul olduğu üçün bir neçə dəfə “Çıraqlı” kafesində olmuşdur. Belə ki, 18 sentyabr 2022-ci il tarixdə günorta saatlarında İlahə ilə danışanda İlahə ona demiş ki, Çıraqlı kafesini işlədən qadından pulu alacaq, istəyirsə o da gəlsin ora, pulu alan kimi ona verəcək. İlahə gedəndən bir qədər sonra təxminən saat 16 radələrində həmin kafeyə getmişdir. Kafedə bayırda tək masada oturmuş və pivə sifariş vermişdir. Bir müddət keçəndən sonra İlahəyə demiş ki,onun pulunu versin ki, o da çıxıb getsin, İlahə demiş ki,gözləsin, ona pul verilən kimi ona verəcək.Bunu eşidən kafeni işlədən Sevinc adlı qadın ona yaxınlaşmış və nə istədiyini soruşmuş, ona pulumun dalınca gəldiyimi demiş,Sevinc onunla kobud danışaraq onu təhqir etmiş,elə bu vaxtı Hacı kimi bildiyi şəxs ona tərəf yaxınlaşmış və yumruqla boynundan bir dəfə vurmuşdur. Obyektdə bayırda təxminən 20 nəfərə yaxın adam olduğunu həmdə içkili olduğu üçün həmin şəxsə baş qoşmamış və kafedən aralaşmış və kənarda dayanırmış. Təxminən saat 19 radələrinə qədər orda dayınıb gözləyirmiş. Bir qədər sonra Sevinc yaxınlaşmış və Hacını çağırıb demiş ki, apar bunlara başa sal və yola sal getsin.Həmin vaxtı Hacı kimi bildiyi cavan oğlanın yanında bir masada oturmuş şəxs də yaxınlaşmış və sakitcə dayanıb onlara qulaq asırmış. Həmin vaxtı Hacı taksi maşını çağıtdırmış. Bir qədər sonra köhnə Opel markalı taksi maşını gəlmiş, Sevinc yenə də Hacıya demiş ki, “apar bunları başa sal və yola sal getsinlər.“ Hacı ona yaxınlaşanda demiş ki,hara deyirsən gedək. Bundan sonra taksi maşınına o, İlahə və Hacı arxa oturacağa oturmuş, Hacının yanında olan tanımadığı şəxs isə qaqabaqda oturmuşdur. Sürücü Xırdalan şəhərindəki doğum evinin yaxınlığına qədər sürmüş və orada maşını saxlamışdır. Maşından düşmüş, qabaqda oturan şəxs çıxıb getmiş,o və Hacı ilə yolun kənarında olan kafenin həyətində masanın arxasında oturmuşlar.Orada oturan kimi Hacı ilə pula görə mübahisələri yaranmışdır,Hacı onu yumruqla sifətinə vurmuş,bu zaman obyektin sahibi gəlib iradını bildirəndə onlar oradan durub getmişlər.Kafedən aralaşandan sonra Hacı ona yenədə yumruqla vurmağa başlaimış,həmin vaxtı İlahə 102 xidmətinə zəng vurduğu üçün Hacı qorxub oradan qaçıb getmişdir.Bir qədər sonra onlar polisə getmiş və o ərizə yazmışdır. Maşında olan vaxtı qabaqda oturan şəxs bıçaqla kimsəni hədələməmiş və onun əlində bıçaq görməmişdir.Mübahisə zamanı içkili olduğu üçün Hacı adlı şəxsə xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2022-ci ilin avqust ayında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «Çıraqlı» kafesinə xidmətçi düzəlmişdir.Həmin kafeni Sevinc adlı qadın işlədirmiş. 2022-ci ilin sentyabr ayının 10-da Sevinc ondan 300 manat borca pul istəmiş və ona bildirmiş ki,həmin pulu kafeyə ərzaq məhsulları alacaq. Pulu bir neçə gündən sonra qaytaracaq. O Sevincə bildirmiş ki,bir neçə gündən sonra qızı birinci sinifə məktəbə getməli və ona paltar almalıdır. Sevinc həmçinin ona demiş ki,300 manatdan əlavə də onun işlədiyi günləri də pulunu verəcək. 13 sentyabr 2022-ci il tarixdə işə çıxmış və ondan həm onun ona verdiyi pulu həmdə maaşını istəmişdir. Sevinc pulunun olmadığını bildirəndə ona demiş ki,artıq bu kafedə işləməyəcək,həmin gündən də işə çıxmamışdır. Bir neçə dəfə ona zəng vurub pulunu istəmiş,lakin Sevinc ona pulunun olmadığını demişdir. Kirayədə yaşadığı üçün evin 150 manat kirayə pulunu verməliymiş, evin sahibi Fuad ondan pul istəyəndə ona bildirmiş ki,bir qadın var ona 300 manat pul vermiş,həmdə maaşını verməyib. Fuad inanmamış və demiş ki,pulunu istəyəndə o da onunla gəlmək istəyir. 18 sentyabr 2022-ci il tarixdə günorta saatlarında evin sahibi Fuada demiş ki,kafeyə pulunu almağa gedir.Həmin vaxtı Sevincin mobil telefonuna zəng vurmuşdur. Sevinc ona demiş ki,gəl verəcək. Evdən çıxandan sonra Fuad demiş ki,o getsin özü gələcək. O kafeyə getmiş və Sevinc ona təklif etmiş ki,gözləsin. Kafedə oturub Sevinci gözləyirmiş.Bir qədər sonra Fuad gəlmiş və başqa masada oturmuşdur. Bir neçə saat keçəndən sonra Sevinc başa düşmüş ki, Fuad da ona görə gəlib və o pulu ona verən kimi o kirayə pulu Fuada verməlidir. Bunu eşidən Sevinc Fuadın üstünə qışqıraraq onun bu işə aidiyyəti olmadığını bildirmiş və onu təhqir etmişdir.Həmçinin kafeni tərk etməyini tələb etmişdir. Fuad etiraz etmiş və getməyəcəyini bildirmişdir. Bu zaman kafeyə gəlib gedən və Sevincin oturub durduğu kişi kimi tanıdığım Həci adında şəxs Fuadın oturduğu masaya yaxınlaşmış və ondan kafeni tərk etməyini tələb etmişdir. Fuad demiş ki, pivəni içib gedəcək. Həci isə yumruqla onun boynundan bir dəfə vurmuş, ayağa qalxıb araya girmiş və Fuaddan xahiş etmiş ki,çıxsın çölə.Fuad pivənin pulunu Sevincə verib bayıra çıxmışdır. Sevinc Hacıya «apar bunu başa sal» demişdir. Sevinc bunu deyən kimi Hacı telefonla maşın çağırmışdır. Maşın bir neçə dəqiqə sonra gələndə Hacı onunla birlikdə masada oturan bir nəfər tanımadığı şəxsə demiş ki,dur gedək. Onlar bayıra çıxanda görmüş ki,Fuad da kənarda dayanıb.Maşına tərəf yaxınlaşanda Fuad da onlara yaxınlaşmış və onlarla gəlmək istədiyini, qadını yəni onu hara aparadıqlarını soruşmuşdur. Hacı demiş ki, «gedirik puluu verməyə». O Fuad və Hacı arxa oturacaqda oturmuşdur. Hacı ilə bir masada oturan tanımadığı şəxs isə qabaqda oturmuşdur. Hacı demiş ki,sür doğum evinin yanma. Bu zaman qabaqda oturan bıçaq çıxarıb ona nümayiş etdirmiş və Hacı ona iramdını bildirmiş ki,qadına niyə bıçaq göstərir. Həmin şəxs bıçağı cibinə qoymuş, o Hacıya nə səbəbə görə həmin şəxs ona bıçaq göstərdiyinə görə iradını bildirəndə Hacı onun üstünə qışqırıb bıçağı cibinə qoymağını tələb etmişdir. Maşın doğum evinin yaxınlığında yol kənarında saxlamışdır. Hacı demiş ki, onun tanışının kafesinin həyətində söhbəti davam etsinlər. Maşından düşəndən sonra qabaqda oturan şəxs çıxıb getmişdir.O kənarda dayanmış, Hacı Fuadla kafenin həyətində olan masaya oturmuşlar. O aralıqdan dayanıb onlara baxırmış.Bu zaman Hacı yenidən Fuadı yumruqla vurmağa başlayanda görmüş ki,kafeni işlədən bir nəfər şəxs gəlmiş və Hacıya iradını bildirib onu oranı tərk etməyini xahiş etmişdir.Hacı və Fuad isə üzü doğum evinə tərəf piyada getməyə başlamışlar. O da onların arxasınca gedirmiş.Bu zaman Fuad Hacıya ya pulu ver yada biz çıxaq gedək deyəndə Hacı onu yumruqla vurmağa başlamışdır. O qışqırmış ki, 102 xidmətinə zəng vuracam və telefonla zəng vurmağa başlamışdır. 102 xidmətinə zəng vuran kimi Hacı ona yaxınlaşıb telefonu yerə çırpmış,həmin vaxtı telefonunun ekranı çatlamışdır. O telefonu yerdən götürəndən sonra Hacı qaçıb getmişdir.Bundan sonra polisə getmişlər və Fuad ərizə yazmışdır.Kafedə oturan vaxtı müştərilər olsa da heç birini tanımır. Məhkəmə istintaqında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, 2022-ci ilin avqust ayında Abşeron rayonu Masazır qəsəbəsində yerləşən «Çıraqlı» kafesini icarəyə götürmüşdü. Əvvəllər ilahəni tanıdığı üçün ona zəng vurub götürdüyü kafedə xidmətçi kimi işləməyə çağırmış. İlahə razılaşmış və günlük 15 manat olmaqla işə başlamışdır.Sentyabr ayının əvvəlində kafenin işləri yaxşı getmədiyi üçün İlahədən bir neçə günlük borca pul almışdır. İlahəni əvvəldən tanıdığı üçün bilirmiş ki,İlahə Fuad adlı şəxsin evində kirayə yaşayır.Fuad da demək olar ki,hər gün kafeyə gəlib pivə içirmiş. Sentyabr ayının əvvəlində İlahə işdən çıxmışdır. 18 sentyabr 2022-ci il tarixdə saat təxminən 16 radələrində İlahə ilə Fuad kafeyə gəlmişlər. Fuad ofısanta pivə sifariş edəndə ona kobud nəsə demiş, həmin xidmətçi qız yəni Günel ona yaxınlaşıb demiş ki,Fuad ona kobudluq edib.O Fuada yaxınlaşıb iradını bildirib demiş ki, “get ən qıraqda olan masada otur”. Fuad bir söz deməyib həyətdə olan ən kənar masaya İlahə ilə birlikdə gedib oturmuşlar.Bir neçə dəqiqə sonra görmüş ki, digər masada oturan müştərilər narazılıq etməyə başlamışlar.Yenə Fuada yaxınlaşmış və nə baş verdiyini soruşanda onu təhqir etmişdir. Həmin vaxtı digər masada oturan tanışı və kafenin işlərində ona köməklik edən Hacı kimi çağırdığı Alim ona yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur.O Alimə demiş ki,taksi tut yol sal burdan çıxıb getsin çünki müştərilər narazılıq edir. Alim Fuadın oturduğu masaya yaxınlaşmış və ona iradını bildirəndə onların arasında mübahisə yaranmışdır.Alim ondan tələb etmiş ki, kafeni tərk etsin,lakin Fuad getməyəcəyini bildirmişdir. Bu zaman Alim onun yaxasından tutub itələmiş və Fuad yerə yıxılmışdır. Fuad ayağa qalxandan sonra getməyəcəyini bildirmişdir. Bir müddət sonra taksi kafenin yanına gəlib saxlamış, İlahəyə demiş ki, “oturun taksiyə sizi yola salım”. Fuad həmin vaxtı çox içkili olduğu üçün Alimdən xahiş etmiş ki, maşında problem olmasın deyə onlarla birlikdə maşına minib onları yola salıb qayıtsın. Həmin vaxtı Alimin yanında Əli kimi bildiyi şəxs də taksi tutduğunu bilib xahiş etmiş ki,onu da Xırdalanda düşürtsün. Həmin Əli adlı şəxs, İlahə, Fuad və Alim maşına minib getmişlər.Bir müddət sonra Alim kafeyə qayıdanda ona demiş ki,Fuadı yola salanda aralarında mübahisə olmuş və Alim onu vurmuşdur. İlahə kafeyə pula görə gəlməmişdir. Alimin Fuadı vurduğunu görməmiş,sadəcə olaraq Fuad içkili vəziyyətdə söyüş söydüyü üçün həm o həmdə Alim ona irad bildirən vaxtı Fuad iradlara məhəl qoymadı ona görə də Alim məcbur olub onu kafedən çıxartmaq üçün yaxasından tutub itələmişdir.Fuad isə içkili olduğundan yerə yıxılmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2179 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sol üst göz qapağının və sol göz altı nahiyənin qançır- şişkinlik halında əziyi və həmin gözün ağlı qişasına qansızma küt əşya təsirindən,müayinədən bir qgünə qədər əvvəl əmələ gəlmişdilər və sağlamlığı qısa müddətə pozan sağlamlığa yüngül zərərvurmaya aiddirlər.Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olark ki,həmin xəsarətlərin müxtəlif şəraitlərdə və həmçinin qərarda göstərilən şəraitdə yəni,insan bədəninin hissəsinin (əl,baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsilə təqsirli bilinməklə 02 il 05 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda məhkumğlu olmayan şəxs hesab edilir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CMnin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı onun xx.xx.2007-ci il təvəllüdlü Turan adlı yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-195/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-195/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver