Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-195/2025 04.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil X3 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, evli, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vemə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs mebel düzəldəcəyi adı ilə aldadaraq, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində Abşeron rayonu Saray qəsəbəsi ərazisində 1400 manatı, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində 900 manatı, Bakı şəhəri Nəsimi rayonu Ş.Əzizbəyov küçəsində “Grandmart” marketdə yerləşən ödəmə terminalı vasitəsi ilə ona məxsus kart hesabına göndərdiyi 50 manatı, Bakı şəhəri N.Nərimanov rayonu Montin qəsəbəsi M.Arif küçəsi 27 ev 147-də yerləşən Zərərçəkmiş şəxs məxsus evdən birbank tətbiqi vasitəsi ilə onun kart hesabına göndərdiyi 300 manatı, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində işlədiyi sexdə 250 manatı, sonuncu dəfə isə Abşeron rayonu Xırdalan şəhəri ərazisində birbank tətbiqi vasitəsi ilə onun kart hesabına göndərdiyi 200 manatı, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs 2800 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mebel ustası kimi fəaliyyət göstərir, X2 bu minvalla tanımış, ona bir neçə dəfə mebel düzəltmişdir.xx.xx.2023-cü il tarixdə Fərmayil onunla əlaqə saxlayaraq Buzovna qəsəbəsində yelrəşən evinə mətbəx, və dəhliz mebellərinin lazım olmasını bildirmiş, o da Buzova qəsəbsinə gedərək Fərmayil evində ölçü işlərini aparmışdır. Fləmin mebelllərin düzəlməsi üçün 3600 manata razılaşmışdırlar. Fləmin gün axşam saatlarında Fərmayil onu yaşadığı evin yaxınlığına gəlmiş, orada Fərmayil ona 950 manat pul vermişdir. Təxminən 10 gün sonra Fərmayil ona Masazır qəsəbəsində 450 manat pul vermiş, kart vasitəsi ilədə 50 manat pul göndərmişdir. Daha sonra Fərmayildən mətbəx mebelinə əl-üz yuyan almaq üçün 300 manat pul almış, həmin puluda Fərmayil kart vasitəsi ilə göndərmişdir. Bundan sonra Fərmayili işlədiyi, Masazır qəsəbəsində yerləşən sexinə çağırmış, mebellərin hazır olduğunu deyərək bunun üçün ondan 250 manat pul almışdır. Fərmayildən mebel düzəltmək adı ilə xatırlamadığı vaxtlarda və xatırlamadığı məbləğlərdə pul almış, ümumilikdə bu adla Fərmayildən 2800 manat pul almışdır. Lakin Fərmayil sifarişlərdə dəyişikliklər etdirdiyindən Fərmayilin sifarişini yerinə yetirməmiş, Fərmayildən aldığı pulları başqa sifarişlərin materiallarına xərcləmişdir. Fərmayila vurduğu ziyandan 1480 manatı qaytarmışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və qohumluq münasibəti yoxdur, həmin şəxslə 2017-ci ildə tanış olmuşdur. Belə ki, o, fərdi evlərdə usta kimi fəaliyyət göstərir, müştərinin evini təmir etdikdən sonra, müştəriyə mebel lazım olduğuna görə, o, Samir adlı şəxsi mətbəx mebeli təmir etmək üçün gətirir, Samir evlərin mətbəxinə mebel düzəldirmiş. Samirin əl işi xoşuna gəldiyindən onunla razılaşaraq, təmir etdiyi evlərin mebellərinin Samirə düzəltdirirmiş. Sonuncu dəfə 15 aprel 2023-ci il tarixdə Samirlə görüşüb, yenidən ona işlədiyi Bakı şəhəri Xətai rayonunda yerləşən evə mebellər lazım olduğunu demiş, Samirlə həmin evə gedib, lazım olan mebellərin siyahısını hazırlamışdır. Belə ki, mətbəx mebeli, giriş mebeli, televizor altı, açılan divan, 2 nəfərlik yataq çarpayısı, üstü mərmər yemək stolu və oturacaq stolu sifariş etmiş, Samir də bunlar üçün ümumlikdə 2800 AZN pul lazım olduğunu demiş, o da Samirə həmin pulu öz cibindən verəcəyini sonda ev sahibi ilə haqq hesab edəcəyini bildirmişdir. Samir də ona həmin işləri 15 gün ərzində təhvil verəcəyini bildirmiş, o da Samirlə razılaşmışdır. Həmin günün axşamı Samir evıa zəng edib 950 manat beh lazım olduğunu demiş, o da elə həmin gün axşam radələrində Samirin yaşadığı Abşeron rayonu Saray qəsəbəsinə gedib, Yetər şadlıq sarayının yanında Samirlə görüşüb, 950 manat pulu vermişdir. Təxminən 10 gün sonra, Samir ona yenidən zəng edərək, bəzi detallar üçün 450 manat pul lazım olduğunu demiş, o da həmin gün axşam radələrində yenidən Saray qəsəbəsinə gedərək Yetər şadlıq sarayı ilə üzbəüz çayxanada Samirə 450 manat pul vermişdir. Samirin ona dediyi müddət çatdıqdan sonra Samirlə əlaqə saxlayıb nə üçün işi təhvil vermədiyini soruşmuş, Samirdə hər dəfəsində ona materiallar göstərərk, guya onun işini gördüyünü deyirmiş. Həmin ərəflərdə Təqsirləndirilən şəxs mebel düzəltməsi üçün bir neçə dəfə Masazır qəsəbəsi ərazisində görüşüb, hissə-hissə ümumilikdə 900 manat pul vermişdir. Təxminən həmin vaxtdan da 15 gün keçdikdən sonra, Samir maşın pulu üçün ondan 50 AZN pul istəmiş, o da dostu Şahidla birlikdə həmin gün, Bakı şəhəri Nəsimi rayonu Ş.Əzizbəyov küçəsində yerləşən Grandmart marketdən online ödəmə terminalı vasitəsi ilə, Samirin ona göndərdiyi kart hesabına 50 manat pul göndərmişdir. Təxminən həmin vaxtdan 3 gün sonra Samir yenidən ona zəng edərək, mətbəx mebelində olan əl-üz yuyan üçün 300 manat pul lazım olduğunu, həmin pulu göndərdikdən sonra mebeli gətirəcəyini demiş, o, yenidən ödəmə terminalı vasitəsi ilə həyat yoldaşımın kart hesabına yüklədiyi pulu, yaşadığı evdə birbank tətbiqi vasitəsi ilə həyat yoldaşına məxsus kartdan Samirin göndərdiyi kart hesabına 300 manat pul göndərmişdir. Daha sonra həmin günün səhərisi Samir onu guya işlədiyi Abşeron rayonu Masazır qəsəbəsində yerləşən sexə çağırıb, mebellerin hazır olduğunu, 250 AZN pul lazım olduğunu demiş, o da Samirin işlədiyi sexdə Samirə inanıb 250 manat pulu vermiş, yenə də Samir həmin gün gəlməmişdir. Həmin günün səhərisi Samir ona zəng edərək, 200 manat da göndərməyini, 200 manat göndərdikdən sonra mebelləri gətirəcəyini demiş, o da sonuncu dəfə 200 AZN pulu Xırdalan şəhəri ərazisində birbank tətbiqi vasitəsi həyat yoldaşıma məxsus kartdan Samirə göndərmişdir. Bununlada Samirə ümumilikdə verəcəyi 2800 manat pul tamamlanmışdır. Həmin vaxtdan sonra nə zaman Samirə zəng edib işi təhvil verməsini tələb etsədə indiyə kimi Samir nə işi təhvil vermiş, nədəki, pulunu qaytarmamışdır. Məhkəmə hazırlıq iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs dostudur. Samir Məmmədovu da, Zərərçəkmiş şəxs vasitəsi ilə tanımışdır. Belə ki, Fərmayıl ona Samirin əl işinin yaxşı olduğunu və mebel düzəltdiyini bildirmişdir. Fərmauyılın onunla birgə iş gördüyünü, ona mebel düzəltdirdyini bilir, Fərmayıl onun yanında, Bakı şəhəri Nəsimi rayonu S.Əzizbəyov küçəsində yerləşən Grandmart marketdən Samirə 50 AZN göndərmiş, Fərmayıldan nə məsələ olduğunu soruşan zaman Fərmayıl Samirin onun işlədiyi evdə mebel yığmaq üçün pul istədiyini demişdir. Fərmayıl ona həmin pulları o, öz cibindən verdiyini, daha sonra ev sahibi ilə haqq hesab etdiyini demişdir. Bundan bir müddət sonra Fərmayılı görən zaman Fərmayıl ona Samirin onu aldatdığını mebel yığmaq adı ilə ondan ümumilikdə 2800 AZN aldığını bidlirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaqdan yayındığı üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 23 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq istintaqa təmin edildiyindən həmin tarixdə cinayət işi üzrə dayandırlmış icraat təzlənmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qırarından görünür ki, məhkəmə istintaqından qaçdığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Abşeron rayonu ərazisində saxlanılaraq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ilə bağlı hazırlıq iclasında işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə aid olması, cinayət işi üzrə məhkəməyədək aparılmış araşdırma dövründə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmaması, iş üzrə icraatın dayandırılmasına səbəb olan halların olmaması, yekun protokolun prosessual formasına riayət edilməsi, məhkəməyədək icraatın hüquq pozuntularına yol verilmədən aparılması müəyyən edilmişdir. Lakin hazırlıq iclasında iş üzrə icraata xitam verilməsi üçün müvafiq əsaslar müəyyən edilmişdir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Məhkəmə Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, işin məhkəmə baxışına təyin edilməsi üçün zərurət qalmamışdır, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır; 39.1 və 39.1.11 -ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir; 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.5, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs barışdıqları barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq, məhkəmə hesab edir ki, cinayət qanununun tələbləri baxımından hazırlıq iclası mərhələsində Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vemə qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 299, 300, 305 və 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vemə qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-195/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-195/2025
04.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver