Məhkəmə qərarları › İş №1(012)-196/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-196/2020

17.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-196/2020 17.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 Əlbəndə oğlunun, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, X1, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi1, təqsirləndirilən Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1998-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1994-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1996-cı ildə Abşeron rayonu, Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2018-ci il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçməklə qanunsuz içəri daxil olaraq, evin ikinci mərtəbəsində olan otaqların birindən hər birinin qiyməti 150 manat olan ümumi 300 manat dəyərində 02 ədəd qırmızı rəngdə xalçanı, hər birinin qiyməti 150 manat olan ümumi 300 manat dəyərində 02 ədəd 02 üzlü böyük ədyalı, hər birinin qiyməti 75 manat olan ümumi 150 manat dəyərində 02 ədəd yorğanı, 100 manat dəyərində 01 ədəd ütü masasını, hər birinin qiyməti 500 manat olan ümumi 1000 manat dəyərində 02 ədəd qazan dəstini, 100 manat dəyərində 01 ədəd şirə çəkən maşınını, 200 manat dəyərində 01 ədəd ət çəkən maşınını, hər birinin qiyməti 50 manat olan ümumi 100 manat dəyərində 02 ədəd stəkan naborunu, 50 manat dəyərində 01 ədəd gəlin gülünü, 30 manat dəyərində 01 ədəd mətbəx naborunu, hər birinin qiyməti 150 manat olan ümumi 300 manat dəyərində 02 ədəd atlas materiallı yorğan dəstini, 70 manat dəyərində 01 ədəd taxt üzü dəstini, hər birinin qiyməti 14 manat olan ümumi 70 manat dəyərində 05 ədəd dəsmal dəstini, hər birinin qiyməti 16 manat olan ümumi 80 manat dəyərində 05 ədəd bədən dəsmalını, 15 manat dəyərində 01 ədəd padnosu, 30 manat dəyərində 01 ədəd kartoşka qızardanı, hər birinin qiyməti 3 manat olan ümumi 15 manat dəyərində 05 ədəd asılqanı, 25 manat dəyərində 01 ədəd mətbəx üçün muncuqlu pərdəni, 300 manat dəyərində 01 ədəd hamam aksesuarını, hər birinin qiyməti 50 manat olan ümumi 100 manat dəyərində 02 ədəd qadın çantasını, 20 manat dəyərində 01 ədəd qadın üçün pul kisəsini, hər birinin qiyməti 100 manat olan ümumi 300 manat dəyərində 03 ədəd qadın üçün gecə paltarını, ümumi 100 manat dəyərində 03 ədəd qadın üçün alt paltarını, hər birinin qiyməti 5 manat olan ümumi 10 manat dəyərində 02 ədəd alt paltarını, 60 manat dəyərində 01 ədəd şalvarı və 02 ədəd kalqotkanı, 60 manat dəyərində kosmetika naborunu, hər birinin qiyməti 37 manat 50 qəpik olan ümumi 150 manat dəyərində 04 ədəd fransız ətirini, 30 manat dəyərində 01 ədəd koftanı, hər birinin qiyməti 37 manat 50 qəpik olan ümumi 150 manat dəyərində 04 ədəd şortik dəstini, 25 manat dəyərində 01 ədəd gəlin tacını, hər birinin qiyməti 15 manat olan ümumi 30 manat dəyərində 02 ədəd gəlin başına taxılan sancağı, 150 manat dəyərində 01 ədəd mirvari dəstini, 15 manat dəyərində 01 ədəd çətiri, 50 manat dəyərində 03 ədəd şalı və 02 ədəd yaylığı və hər birinin qiyməti 10 manat olan ümumi 20 manat dəyərində 02 ədəd ev dəsmalı gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 4505 (dörd min beş yüz beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2018-ci ilin dekabr ayının əvvllərində saat 02:00 radələrində Zərərçəkmiş şəxs5 Əlbəndə oğluna məxsus Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən fərdi evinin həyətinə hasardan keçməklə qanunsuz içəri daxil olub, həyətdə olan birmərtəbəli kürsülü evin plastik pəncərəsini əlindəki vintaçanla sıxıb açaraq evdə girmiş və evdə olan bir ədəd 280 manat dəyərində İran istehsallı qaz peçini gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs5 Əlbəndə oğluna həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2018-ci ilin dekabr ayının ortalarında yenidən vahid niyyətlə Zərərçəkmiş şəxs5 Əlbəndə oğluna məxsus fərdi evə pəncərənin plastikdən olan pəncərəsini sıxıb açmaqla qanunsuz daxil olub oradan bir ədəd 600 manat dəyərində 82 sm ekran, LG markalı televizoru, bir ədəd 70 manat dəyərində hidrofonlu su motorunu, bir ədəd 160 manat dəyərində laqondanı, bir ədəd 50 manat dəyərində dreli, bir ədəd «Evrolux» markalı ətçəkən maşını, bir ədəd 120 manat elektriklə işləyən samovarı, bir ədəd 50 manat dəyərində ütünü, hər birinin dəyəri 40 manat olan, ümumi 80 manat dəyərində 2 ədəd odeyalı, bir ədəd 50 manat dəyərində taxt üstüyünü, ümumi 250 manat dəyərində gümüşdən hazırlanmış sep və üzükləri, ümumi 150 manat dəyərində üç ədəd gümüşə oxşar qabları gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs5 Əlbəndə oğluna ümumilikdə 1730 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2019-cu il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi “Nübar” yaşayış massivində yerləşən fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlığını mismarçıxardan aləti ilə sındırmaqla qanunsuz daxil olaraq evin yataq otağındakı güzgülü dolabın siyirməsindən 1380 manat dəyərində üzərində 05 ədəd brilyant qaşlı qızıl nişan üzüyünü və 100 manat dəyərində 1 ədəd “Canon” markalı rəqamsal fotoaparatı gizli talayaraq oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 1480 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evinin həyətinə hasardan keçməklə qanunsuz içəri daxil olmuş, həyətdə olan birmərtəbəli evin dəmirdən olan giriş qapısının qıfılını özü ilə götürdüyü dəmir parçası ilə sındıraraq evə girmiş, oradan hər birinin qiyməti 140 manat olan ümumi 280 manat dəyərində iki ədəd su qızdırıcı, bir ədəd 180 manat dəyərində “Ariston” markalı su qızdırıcısını, hər birinin dəyəri 350 manat olan ümumi 700 manat dəyərində iki ədəd xalçanı, yataq otağındakı şifonerin üzərində olan qara rəngli əl çantamın içərisindən 1855 manat nəğd pulu, bir ədəd 120 manat dəyərində turpanı, 170 manat dəyərində duş dəstini, hər birinin dəyəri 35 manat olmaqla ümumi 70 manat dəyərində iki ədəd su kranını, 115 manat dəyərində bir ədəd qranit qazanı, hər birinin qiyməti 87 manat 50 qəpik olan ümumi 175 manat dəyərində iki ədəd olan qazan dəstini, 250 manat dəyərində üç ədəd olan qazan dəstini, gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3915 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Atyalı yaşayış massivi, M.İbrahimov küçəsində yerləşən bir mərtəbəli fərdi evinin plastik pəncərəsini açıb qanunsuz içəri daxil olaraq evin mətbəxindən 1 ədəd dəyəri 100 manat olan “Nurqaz” markalı qaz piltəsini, 1 ədəd 800 manat dəyərində “Samsung” markalı paltaryuyan maşını, evin yataq otağından 1 ədəd dəyəri 700 manat olan “Samsung” markalı stolüstü komputeri və 1 ədəd dəyəri 300 manat olan betonvibratoru gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1900 manat maddi zıyan vurmurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evinə pəncərəni sındırmaqla qanunsuz daxil olub oradan 500 manat məbləğində bir ədəd «Beko» markalı paltar yuyan maşını, 350 manat dəyərində bir ədəd televizoru, 150 manat məbləğində bir ədəd tozsovuran aparatı, 60 manat məbləğində bir ədəd «DVD» aparatını, dəyəri 700 manat olan bir ədəd qədimi «samovarı», dəyəri 1000 manat olan bir ədəd «Ega» markalı kombi istilik sistemi aparatını, ümumi dəyəri 700 manat olan müxtəlif çeşiddə spirtli içkiləri və dəyəri 20 manat olan bir ədəd «samovarı» gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs4 ümumilkdə 3480 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi evinə pəncərəni sındırmaqla qanunsuz içəri daxil olaraq oradan 500 manat dəyərində bir ədəd «Samsung» markalı paltar yuyan maşını, 200 manat dəyərində bir ədəd «saz» musiqi alətini, hər birinin qiyməti 200 manat olan ümumi 400 manat dəyərində iki ədəd «qitara» musiqi alətini, 150 manat dəyərində bir ədəd mikrodalğalı sobanı, 200 manat dəyərində bir ədəd tozsoran aparatı və 150 manat dəyərində bir ədəd «DVD» player aparatını gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs7 ümumilikdə 1600 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinin yataq otağının pəncərəsinin dəmir barmaqlığını sındırdıqdan sonra plastik pəncərəni açaraq həmin yerdən qanunsuz içəri daxil olmaqla evdən 01 ədəd 228 manat olan su filteri ilə birlikdə gidroforu, 01 ədəd 820 manat dəyərində olan generatoru, 01 ədəd 80 manat dəyərində olan çamadanı, 01 ədəd 100 manat dəyərində odun samovar, 01 ədəd 95 manat dəyərində çayniki ilə birlikdə tok samovarı, 01 ədəd 65 manat feni, 03 ədəd ümumilikdə 130 manat olan inşaat üçün nəzərdə tutulmuş açar dəstlərini, 01 ədəd 60 manat olan işıq tənzimləyən aparatnı, hər birinin qiyməti 45 manat olan ümumi 180 manat dəyərində su krantlarını, hər birinin qiyməti 12 manat olan ümumi 240 manat 02 ədəd avto təmir üçün nəzərdə tutulmuş açar dəstlərini, 200 metr mist materilından olan 4 mm-lik elektrik naqilini, 220 manat dəyərində elektrik naqilini, 01 ədəd 30 manat dəyərində ləpə çəkən maşını, 01 ədəd 52 manat dəyərində bıçaq dəstini, 01 ədəd 140 manat dəyərində dağıdıcı-dreli, 01 ədəd 90 manat dəyərində dreli, 01 ədəd 40 manat dəyərində geyilməmiş qəhvəyi rəngli kiçi ayaqqabısını, 01 ədəd 50 manat dəyərində az işlənmiş çəkməni, 01 ədəd 35 manat dəyərində mühəndislər üçün nəzərdə tutulmuş az işlənmiş çəkməni, 01 ədəd 32 manat dəyərində üzqırxan maşını və 01 ədəd 12 manat dəyərində 10 metrlik elektrik ötürücüsünü gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs8 ümumilikdə 2889 (iki min səkkiz yüzdoxsan doqquz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin yataq otağının pəncərəsinin dəmir barmaqlığını sınıdıraraq qanunsuz içəri daxil olmaqla evin yataq otağından bir ədəd 250 manat dəyərində olan “Devald” markalı pereparatoru və evin hamam otağından bir ədəd 80 manat dəyərində olan “Bosch” markalı laqondanı gizli talayaraq oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 330 (üç yüz otuz) manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin may ayının sonlarında saat 23 radələrində X2 məxsus Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətinə hasarına aşma yolu ilə keçərək qanunsuz içəri daxil olmaqla evin pilləkəninin altında olan saxlanc yerindən 1 ədəd 750 manat dəyərində “İmergas” markalı kombi apartını gizli olaraq talayaraq oğurlamaqla zərərçəkmiş X2 həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla, həyətdə darvazanın yaxınlığında olan 300 manat dəyərində bir ədəd elektrik generatorunu gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs11 maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 02 radələrində X13 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinin plastik pəncərəsini açaraq qanunsuz içəriyə daxil olmaqla evdən 150 manat dəyərində bir ədəd plastik qapı, 700 manat dəyərində bir ədəd 82 dioqanallı “Samsung” markalı televizor, 80 manat dəyərində bir ədəd “Ariston” markalı elektrik su qızdırıcısını və 50 manat dəyərində bir ədəd su nasosunu gizli talayaraq oğurlamaqla zərərçəkmiş şəxs X13 ümumilikdə 980 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 01 radələrində X18 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən fərdi evinin birinci mərtəbəsində yerləşən yataq otağının plasitk pəncərəsinin üzərində olan dəmir barmaqlığı əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə sındıraraq qanunsuz içəri daxil olmaqla, oradan 01 ədəd 750 manat dəyərində “Vestel” markalı televizoru, 01 ədəd 125 manat dəyərində qaz peçini, 01 ədəd 75 manat dəyərində samovarı, 150 manat dəyərində elektrik naqillərini, hər birinin dəyəri 15 manat olmaqla 02 ədəd 30 manat dəyərində yun örtüklərini, 01 ədəd 120 manat dəyərində laqondanı, 01 ədəd 150 manat dəyərində «Bosh» markalı perefaratoru, 01 ədəd 50 manat dəyərində montaj ütüsünü, 01 ədəd 100 manat dəyərində göy rəngli qış gödəkçəsini və 70 manat dəyərində elektrik kabelləri gizli talayaraq oğurlamaqla zərərçəkmiş şəxs X18 ümumilikdə 1620 (bir min altı yüz iyirmi) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən fərdi evinə pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə qanunsuz içəri daxil olmaqla evdən 5 ədəd ümumi dəyəri 682 manat olan istilik qızdırıcılarını, 1 ədəd 240 manat dəyərində qaz peçini və 120 manat dəyərində 300 metr 4 mm diametr ölçüdə olan elektrik naqillərini gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs14 ümumilikdə 1042 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixə keçən gecə saat 03 radələrində X19 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən fərdi evinə pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə açaraq qanunsuz içəri daxil olmaqla evdən Zərərçəkmiş şəxs15 məxsus 1 ədəd 160 manat dəyərində lazer aparatını, 1 ədəd 70 manat dəyərində perefaratorunu, 1 ədəd 30 manat dəyərində dreli, 1 ədəd 75 manat dəyərində su matorunu və 200 manat dəyərində məişətdə işlədilmiş 6 ədəd mis qazanını gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs15 ümumilikdə 535 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs16 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən fərdi evinin giriş qapısının sol tərəfində hörülmüş divar daşlarını əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə yerindən çıxarıb qanunsuz içəri daxil olmaqla, evin divarlarından hər bir metrəsi 2 manat olan 300 metr uzunluğunda 6-mm diametr ölçüdə olan və hər bir metrəsi 0,80 qəpik olan 500 metr uzunluğunda elektrik naqilləri gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs16 ümumilikdə 1000 (bir min) manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixədə saat 02 radələrində Zərərçəkmiş şəxs17 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evinə pəncərən açıb qanunsuz içəri daxil olmaqla evdən bir ədəd 200 manat dəyərində olan kondisioneri, hər birinin qiyməti 60 manat olan ümumi 120 manat dəyərində 2 ədəd xalçanı, bir ədəd 200 manat dəyərində olan samovarı, 800 manat dəyərində elektrik naqillərini və dəyəri 250 manat olan bir ədəd çilçıraqını gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs17 ümumilikdə 1570 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla həyətdə darvazanın yaxınlığında olan 300 manat dəyərində elektrik generatorunu gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs11 maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 02 radələrində X13 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə nömrəsiz evdə yerləşən evinin plastik pəncərəsini açaraq qanunsuz içəriyə daxil olmaqla evdən 150 manat dəyərində plastik qapı, 700 manat dəyərində “Samsung” markalı 82 dioqanallı televizor, 80 manat dəyərində bir ədəd “Ariston” markalı elektrik su qızdırıcısını və 50 manat dəyərində su nasosunu gizli talayaraq oğurlamaqla zərərçəkmiş şəxs X13 ümumilikdə 980 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən "Tatoğlu az-beton" konstruksiyası zavodundan 3000 (üç min) manat dəyərində elektrik kabellərini gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs18 maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında xx xxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin yataq otağının pəncərəsinin dəmir barmaqlığını sınıdıraraq qanunsuz içəri daxil olmaqla oradan bir ədəd 250 manat dəyərində olan “Devald” markalı pereparatoru və bir ədəd 80 manat dəyərində olan “Bosch” markalı laqondanı gizli talayaraq oğurlamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 330 (üç yüz otuz) manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin may ayının sonlarında saat 23 radələrində X2 məxsus Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətinə hasarına aşma yolu ilə keçərək qanunsuz içəri daxil olmaqla evin pilləkəninin altında olan saxlanc yerindən 1 ədəd 750 manat dəyərində “İmergas” markalı kombi apartını gizli olaraq talayaraq oğurlamaqla zərərçəkmiş X2 həmin məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə həmkəndliləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olub, həyətdə darvazanın yaxınlığında olan 300 manat dəyərində elektrik generatorunu gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs11 maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs4 tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin həyətinə qanunsuz daxil olaraq həyətdə darvazanın yaxınlığında olan 300 manat dəyərində elektrik generatorunu gizli talayaraq oğurlamaqla zərərçəkmişşəxs Zərərçəkmiş şəxs11 maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evdə yaşayır, usta fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə bir kənddə yaşadıqları üçün tanıyır, Ceyhungillə münasibətləri hər zaman yaxşı olmuş və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx xxxxxx 2019-cu il tarixdə yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindən oğurluq etmək qərarına gəlmiş, oğurluq etmək üçün saat təxminən 05 radələrində qəsəbədə gəzən zaman fərdi yaşayış evlərinin birinin işıqlarının yanmadığını görmüş və həmin evdə yaşayış olmadığını fikirləşmiş, evin hasarından həyətə keçmiş, ev iki mərtəbədən ibarət olduğu üçün evin ikinci mərtəbəsinə həyətdən pilləkənlə qalxmış, evin otaqlarını gəzmiş və baş tərəfdə yerləşən otağın qapısının açıq olduğunu görüb həmin otağa daxil olduqda orada çoxlu sayda ev əşyaların olduğunu görmüş, o, həmin otaqdan 02 ədəd qırmızı rəngdə xalçanı, 02 ədəd 02 üzlü böyük ədyalı, 02 ədəd yorğanı, 01 ədəd ütü masasını, 02 ədəd qazan dəstini, 01 ədəd sok maşınını, 01 ədəd ət çəkən maşınını, 02 ədəd stəkan naborunu, 01 ədəd kuxna naborunu, 01 ədəd taxt üzü dəstini, təxminən 20 ədəd dəsmal dəstini, 01 ədəd padnosu, 01 ədəd hamam aksesuarını, 02 ədəd qadın çantasını, 01 ədəd qadın pul kisəsini, 03 ədəd qadın üçün gecə paltarını, 03 ədəd qadın üçün alt paltarını və digər adları yadında qalmayan əşyalarını təkbaşına daşıyaraq həyətə yığıb evin hasarından bir bir küçəyə çıxarmış, sonra yola tərəf getmiş, yoldan keçən taksi avtomobilin birinə əl etmiş və evinin əşyalarının Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən rus bazarına aparmasını xahiş etmiş, taksinin sürücüsü ondan 20 manat pul istəmiş o da taksi sürücüsü ilə razılaşmış və avtomobili yaxınlıqda yerləşən oğurluq etdiyi əşyaların yanına sürdürmüş, oğurladığı əşyaları avtomobilə yığdıqdan sonra o, Bakı şəhərində yerləşən Rus bazarına getmiş, həmin gün səhər saat 07 radələrində o, Rus bazarına çatmış, Bakı şəhərində yerləşən Rus bazarında oğurladığı əşyaları ümumilkdə 700 manata tanımadığı şəxsə satmış və əldə etdiyi pulları öz şəxsi ehtiyacı üçün xərcləmiş, xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində piyada gəzən zaman təxminən saat 01:30 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yaşıl darvazası olan ev nəzərini cəlb etmiş, evin darvazasının bağlı olduğunu görüb kənardan baxdıqda evin işıqlarının yanmadığını görmüş, buna görə də hasara çıxıb oradan həyətə tullanmış, evin yaşıl rəngdə olan giriş qapısının qıfılı bağlı olduğundan özü ilə götürdüyü dəmir parçası ilə qıfılı vurub sındırmış və qapını açıb içəri daxil olmuş, evdə su qızdırıcıları olduğunu görüb söküb çıxarmış, sonra evi axtarmağa başlamış, evdən bir ədəd xalçanı götürmüş, hamam otağında olan aksesurları söküb çıxarmış, sonra yataq otağına keçib şkaf axtardıqda onun üstündən qara rəngli əl çantasının olduğunu görüb içərisinə baxmış, çantanın içərisində 1000 manatdan artıq pul olduğunu görüb həmin puluda götürmüş, daha sonra evdən müxtəlif qazan dəstlərini də götürüb özündə olan iri sellofon torbaya yığmış və hissə-hissə evdən çıxarmış, evdən oğurladığı su qızdırıcılarını və digər əşyaları həyətdən çıxarıb daşıyaraq evdən kənarda boşluq ərazidə gizlətmiş, səhəri günü tezdən yoldan keçən taksi maşını saxlatdırıb həmin əşyaları daşıyıb taksiyə yığmış və bazara aparmış, su qızdırıcalarını Bakı şəhəri, 3-cü mikrorayon bazarında satmış, qalan əşyaları ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən Yasamal bazarına aparıb hissə-hissə orada satmış, əl çantasından götürdüyü pulları və malların satışından əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmiş, bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə pul əldə etmək üçün yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olan evlərin birindən oğurluq etməyə qərar vermiş, sasən mis dəmir ləvazimatlarıəridib kilo ilə satmaq üçün oğurlamış, Abşeron rayonu, Qobu qəsəbəsində yerli camaatın evindən oğurluq etməmiş, ancaq sonradan gəlib məskunlaşan şəxslərin evlərindən oğurluq etmişdir. xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən üstü qırmızı şiferli olan iki mərtəbəli ev onda maraq yaratmış, evə diqqətlə nəzər yetirmiş, evdə yaşayış olmadığı üçün oğurluq etməyə qərar vermiş, evin həyətinə hasardan tullanıb həyətə düşmüş, evin yan tərəfində olan pəncərənin dəmir barmaqlığını üzərində gətirdiyi dəmir parçasını salıb sındırdıqdan sonra plastik pəncərəyə güc verib açmış və həmin yerdən evə daxil olmuş, evə ətraflı baxmış, evin içində qaraja keçid olduğunu görmüş,qarajda çilingər açarları olmuş və o, həmin açarları götürmüş, daha sonra həyətdə su mühərrikini, evin həyətində olan bir mərtəbəli otaqdan 01 ədəd generatoru, orda olan krantları yerindən çıxarıb götürmüş, hətta evin hamamında olan krantlarıda yerindən çıxardıb götürmüş, həmin krantları oğurladığı çilingər açarları ilə açıb çıxarmış, oğurladığı əşyaları həyətdə hasarın dibinə yığmış, sonra hissə-hissə evinə aparmış, oğuruq etməsi barədə ailə üzvlərinin xəbərləri olmamış, səhəri günü oğurladığı əşyaları Bakı şəhəri, Sabunçu bazarında tanımadığı şəxslərə ucuz qiymətə satmış, oğurladığı əşyaların satışından nə qədər pul əldə etdiyinin dəqiq sayını xatırlamamış, təxminən 300 manat pul əldə etmiş, həmin pulları öz ehtiyaclarına xərcləmiş, bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 2019-cu ili may ayının 17-də o, dostu və qonşusu olan Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Qobu qəsəbəsi Yeni məhəllədə yaşayış olmayan ev müəyyən etdiyini və pul əldə etmək üçün həmin evdən oğurluq etməyi təklif etmiş, Ceyhun onunla razılaşmış, həmin gün yəni, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Ceyhunla birlikdə sonradan Zərərçəkmiş şəxs9 Ağalar oğluna məxsus yaşayış olmayan evin yanına gəldikdə həmin vaxt o, Ceyhuna evin həyətində dayanıb ətrafa baxmağı demiş və özü ilə gətirdiyi dəmir parçası ilə həmin evin sol tərəfdən arxa pəncərəsinin dəmir barmaqlığını sındırıb içəri daxil olmuş, Ceyhun da kiminsə gəlməyindən xəbər vermək üçün ətrafa baxmış, o, evin yataq otağına girəndə orada bir ədəd perefarator və bir ədəd laqonda görmüş, evdən bir ədəd ağ torba tapıb perefaratoru və laqondanı həmin torbaya qoyub evdən çölə çıxmış və Ceyhunla bir yerdə Ceyhunun yaşadığı evinin yanına gedəndə o, həmin evdən bir ədəd pereparator və bir ədəd laqonda oğurladığını Ceyhuna demiş, o, həmin laqonda və pereparatoru torbada Ceyhunun yaşadığı evin həyətində qoyub öz evinə getmiş, iki gün sonra o, Ceyhunla birlikdə həmin pereparatoru və laqondanı söküb mis metalını məhlədə qara rəngli Qaz-24 markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə metal qəbul edən şəxsə 10 manata satdıqdan sonra həmin pulu isə iki yerə bölərəkhərəsinə 5 manat pul düşmüş və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmiş, bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə 2019-cu ilin may ayının sonlarında saat 23 radələrində pulu olmadığı üçün qonşusu və dostu Ceyhuna oğurluq etməyi təklif etmiş, Ceyhun da onunla razılaşmış,bu məqsədlə o, özü ilə qaz açarı və dəmir parçası, Ceyhun isə vintaçan götürdükdən sonra onlar Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yeni məhlələr deyilən yerə gəlib oğurluq etmək üçün yaşayış olmayan ev axtardıqda bu vaxt ətrafı mişar daşları ilə hasarlanmış lakin, işığı yanmayan ev görüb həmin evdən oğurluq etmək qərarına gəldikdən sonra hər ikisi həmin evin arxa tərəfindən hasardan aşaraq həyətə daxil olub evin giriş tərəfinə gələrkən giriş qapısının altında dəmir qapının olduğu saxlanc yerini görüb ilk olaraq həmin yerə baxmaq istədikləri vaxt o, üzərində olan dəmir parçası mantirovka ilə həmin dəmir qapını sındırmış, bu vaxt onlar həmin yerdə ağ rəngli üzərində “İmergas” sözləri yazılmış kombi aparatını görüb kombi aparatını oğurlamaq qərarına gəldikdən sonra hər ikisi köməkli formada kombi aparatını söküb saxlanc yerindən çıxardıqdan sonra həmin kombi aparatı ilə kifayətlənərək evin arxa tərəfinə keçib hasardan aşaraq həmin yeri tərk edib Ceyhunun yaşadığı ünvana gəlmişlər, Ceyhunun yaşadığı evin həyətyanı sahəsi böyük və boş olduğu üçün onunla birlikdə həmin kombi aparatını Ceyhunun yaşadığı evin həyətinə qoyub səhəri gün satacaqlarına razılaşdıqdan sonra o, öz evinə Ceyhun da öz evinə getmiş, evdə bu barədə heç kimə heç nə deməmiş, səhəri gün saat 12 radələrində o, Ceyhunla məhlədə görüşüb kombini hara və kimə satacaqları barədə fikirləşərkən o, Ceyhuna Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Zakir adlı kişinin kombi almaq istədiyini və axtardığını demiş, daha sonra onlar Zakirin telefon nömrəsini tapıb Zakirlə danışaraq kombi aparatının Ceyhuna məxsus olduğunu və satdığını deyəndə həmin şəxs də onları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evinə dəvət etmiş, o, dərhal Ceyhunla birlikdə Ceyhunun yaşadığı evin həyətinə qoyduqları Kombi aparatını götürüb yol taksisi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində Zakirin yaşadığı evə gəlmişlər, bu vaxt həyətin giriş qapısının qarşısında Zakir ilə görüşmüşlər. Ceyhun Zakitrə həmin aparatın özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demiş, bundan sonra Zakir ilə 200 manata razılaşıb həmin kombi aparatını Zakirə satdıqdan sonra onunla birlikdə yaşadıqları Abşeron rayonu, Qobu qəsəbəsinə qayıtdıqdan sonra oğurluq yolu ilə əldə etdikləri 200 manat pulu iki yerə bölərəkhərəsinə 100 manat pul düşmüş, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmiş, bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Hacı Töhfənin qəsəbə ərazisində tikdirdiyi 3 mərtəbəli evinin həyətində elektrik generatoru olduğunu bilmiş, həmin generatoru oğurlamaq fikrinə düşmüş, o, fikrini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4n demiş, Ceyhunla Niyaməddin onunla razılaşıb bu fikri Təqsirləndirilən şəxs3 maşınını olduğu və oğurladıqları generatoru onun maşını ilə gətirmək üçün belə fikirdə olduqlarını Elvinə deməyi, o, Ceyhun və Niyaməddinlə razılaşmış, xx xxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs3 yaxınlaşmışlar və Ceyhun fikrilərini Elvinə demiş, Elvində Ceyhunla razılaşmış, həmin gün saat 22 radələrində o, Ceyhun, Niyaməddin və Elvin Elvinin idarə etdiyi avtomaşınla Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Hacı Töhfənin qəsəbə ərazisində tikdirdiyi 3 mərtəbəli evinin yanına gəldikdən sonra onlar avtomobildən düşmüşlər. X30 Töhvənin evinin hasarının çölündə gözləyərkən o, Ceyhunla bir yerdə hasarı tullanaraq Hacı Töhvənin həyətinə daxil olmuş, o, Ceyhunla bir yerdə Hacı Töhvənin həyətində olan generatoru gətirib hasarın çölündə dayanan Elvinlə Niyaməddinə verdikdə Elvinlə Niyaməddin generatoru onlardan alıb Elvinin maşınının yük yerinə qoyub, o, Ceyhunla birlikdə hasarı tullanıb keçmişlər və Elvinin avtomobilinə oturmuş, Elvin avtomobili sürüb Ceyhunun yaşadığı ünvan 4 ünavnında yerləşən fərdi evinin həyətinə gətirmiş, onlar oğurladıqları generatoru Ceyhunun yaşadığı evinin həyətinə qoyduqdan sonra hərə öz evinə getmiş, səhəri gün Ceyhunla Niyaməddin həmin generatoru tanımadığı xalası oğluna 150 manata satdıqdan sonra Ceyhun həmin puldan ona 50 manat pul vermiş, qalan 100 manat pulu isə qardaşı Niyaməddinlə bölmüş, o da həmin 50 manatı öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə olan zaman Abşeron rayonu Qobu qəsəbəsində həmkəndlisi Elvinlə görüşən zaman Elvinə Abşeron rayonu, Qobu qəsəbəsində qəsəbəsinin axir hissələrində bir ev olduğunu, həmin evdən oğurluq etməyi təklif etmiş, Elvin onunla razilaşmış və birlikdə həmin gün yəni xx.xx.2019-cu il tarixdə saat 02 radələrində yaşadığı Abşeron rayonu, Qobu kəndində yerləşən bir mərtəbəli daş kürsülü evin yanına gələrək Elvin onu küçədə gözləmiş, o, isə həmin evdən əvvəlcədən oğurlayaraq çıxarıb həyətə yığdığı əşyaları Elvinə vermiş, o, və Elvin həmin ünvandan 1 ədəd plastik qapı, 1 ədəd “samsung” markalı televizor, 1 ədəd su qızdırıcı, 1 ədəd su nasosunu götürüb onun yaşadığı ünvanın həyətinə gətirdikdən sonra o, Elvinə əşyaları satıb onunda pulunu verəcəyini demiş, Elvin onunla razılaşıb oradan çıxıb getmiş, sonra o, oğurladığı əşyaları Bakı şəhərində yerləşən Sabunçu bazarına aparıb orada tanımadığı şəxsə 150 manata satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmiş və həmin puldan Elvinə heç nə verməmiş, o, Elvinə yalan olaraqguya əşyaları satdığını, ancaq pulunu ala bilmədiyini, pulu alanda onun da payını verəcəyini demişdir. Bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 22 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində tək olarkən oğurluq etmək qərarına gəlmiş, Abşeron rayonu, Qobu qəsəbəsində gəzərkən yolun kənarında bağ evi görmüş və həmin evin hərbi rütbəli bir şəxsin bağ evi olduğunu bilmiş, o, həmin evin hasarından həyətə düşmüş və həyətdə olan evin qapısını əli ilə itələyərək açmış, o, evə daxil olaraq evdə olan divarda qoyulmuş köhnə kondisioneri, elektrik naqillərini, yerdə olan köhnə xalçanı və həyətdə olan samovarı götürmüş və həmin evdən uzaqlaşaraq getmiş, o, oğurladığı həmin əşyaları Abşeron rayonu, Qobu qəsəbəsində bir yerdə saxlamış, daha sonra səhəri günü, yəni xx xxxxxxxx 2019-cu il tarixdə həmin oğurladığı kondisioneri Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmış və həmin yerdə 30 manata satmış, digər oğurladığı elektrik naqillərini əridərək mis kimi Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə 14 manat və samavarı isə 19 manata satmış, oğurladığı xalçanı isə tanımadığı xalça alan maşına 30 manata satmışdır. O, yuxarıda sadalanan cinayətlərdən başqa oğurluq cinayətləri törətməmişdir. Hazırda zərəçəkmiş şəxslərə dəymiş ziyandan müəyyən qisminin ödənilməsini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 müdafiə hüququ təmin olunmaqla istintaq zamanı verilən və elan olunan ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, maddi ehtiyaclarını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmiş, 2018-ci ilin dekabr ayının əvvəllərində axşam saatlarında yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindən çıxıb saat 02:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayş massivinə gəlmiş, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayş massivində piyada gəzərkən qara rəngli giriş qapısı olan həyət evi onun nəzərini cəlb etmiş, evin giriş qapısı bağlı olduğu üçün kənardan baxdıqda evin işıqlarının yanmadığını görmüş, buna görə də hasara çıxıb oradan həyətə tullanmış, həyətdə bir ədəd kürsulu evin olduğunu görüb həmin evin plastikdən olan pəncərəsinə çıxıb pəncərəni özündə olan vintaçanla açmış və içəri daxil olmuş, evdə bir ədəd İran istehsalı olan peçin olduğunu görüb onu yerindən çıxararaq götürmüş və hasarın üzərindən çıxarıb aparmış, həmin peçi səhərisi Bakı şəhəri, Yasamal rayonunda yerləşən Yasamal bazarına aparıb orada 30 manata tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmiş, üstündən təxminən 10-15 gün keçmiş axşam saatlarında yenidən Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayş massivində olarkən həmin evin qapısını bağlı görüb həmin evdə ümumiyyətlə yaşayış olmadığını başa düşmüş, təxminən saat 02:30 radələrində yenidən hasardan tullanaraq həyətə daxil olmuş, yenidən plastik pəncərəni vintaçanla sıxıb açaraq içəri keçmiş və evi axtarmağa başlamış, evdə olan ədyalı, yataq örtüyünü, su motorunu, laqondanı, dreli, ətçəkən maşını, çoxlu sayda qabları bir yerə yığıb özü ilə götürdüyü torbaya yığmış, sonra evdəki televizoru yerindən götürmüş, sonra götürdüyü əşyaları hissə-hissə evdən çıxarıb hasarın yanına yığmış və daşıyaraq evdən təxminən 100 metr kənarda boşluq ərazidə gizlətmiş, səhəri günü tezdən yoldan keçən taksi maşını saxlatdırıb həmin əşyaları daşıyıb taksiyə yığmış və Bakı şəhəri, Yasamal rayonunda yerləşən Yasamal bazarına aparıb hissə-hissə orada satmış və əldə etdiyi pulları isə şəxsi tələbatı üçün xərcləmiş, bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx.xx.2018-ci il tarixə keçən gecə saat 01 radələrində özü ilə vintaçan və mismarçıxardan alətini götürüb, piyada Abşeron rayonu Hökməli qəsəbəsi, Nübar” yaşayış massivinə gedib oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, həmin vaxt işıqları yanmayan kürsülü, bir mərtəbəli ev onun diqqətini cəlb etmiş, evdə heç kimin olmadığını hiss edib oradan oğurluq etmək qərarına gəlmiş və həmin evin həyət darvazasına yaxınlaşıb əli ilə yoxlamış, darvazanın bağlı olduğunu hiss edib hasardan aşaraq həyətə daxil olub ətrafa nəzər salmış, heç kimin olmadığına əmin olub, evin giriş qapısına yaxınlaşmış və əli ilə qapını itələyib bağlı olduğunu gördükdən sonra evə daxil olmaq üçün münasib yer axtarmağa başlamış, həmin vaxt evin sağ yan tərəfindəki pəncərədən içəriyə daxil olmağın daha münasib olduğunu hiss edib özü ilə götürdüyü mismarçıxardan alətlə həmin pəncərənin dəmir barmaqlığını qaynaq yerindən qoparıb aralamış, sonra vintaçanla plastik pəncərəni açaraq oradan evə daxil olmuş, otağın yataq otağı olduğunu görüb, orada qızıl və pul axtarmağa başlamış, lakin tapa bilməyib, oradakı güzgülü dolabın siyirməsində olan markasını xatırlamadığı bir rəqəmsal fotoaparatı və bir ədəd qızıl üzüyü götürüb satıb pul əldə etmək niyyəti ilə cibinə qoymuş, sonra evin digər otaqlarını və mətbəxini axtarmış, amma qiymətli əşya və pul tapa bilməyib, evə daxil olduğu pəncərədən çölə çıxıb hasardan aşaraq oradan uzaqlaşmış, piyada gedərkən oğurladığı fotoaparatı çıxarıb baxmış, işləmədiyini görüb sata bilməyəcəyini hiss edib, həmin aparatı qaranlıq küçədə hazırda xatırlamadığı yerdə yolun kənarına tullayıb evlərinə getmiş, bir ədəd qızıl üzüyü isə Bakı şəhərində tanımadığı şəxsə 100 manata satıb əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmiş, bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmiş, bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə 2019-cu ilin fevral ayının 2-də saat təxminən 03 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində oğurluq etmək məqsədi ilə gəzən zaman yolun kənarında hasarın içində 1 mərtəbəli ev görmüş və həmin evin işiqlarının yanmadığını və ətrafda heçkimin olmadığını müəyyən etdikdən sonra hasardan tullanıb həyətə düşmüş, o, həyətə düşdükdən sonra evə daxıl olmağa yol axtarmış və evin küçə istiqamətində olan plastik pəncərəsini açaraq evə daxil olmuş, evə daxil olduqdan sonra evin işiqlarının yanmadığını görmüş, cibində olan alışqanın işığı vasitəsi ilə evdə axtarış aparmağa başlamış, o, mətbəxə daxil olmuş və orada olan paltaryuyanı və qaz sobasını yerindən sökərək həyətə çıxarmış, daha sonra yenidən evə daxil olmuş, evin digər otaqlarına baxış keçirmiş və otaqlardan birində olan stolüstü komputeri və betonhamarlayan aparatı götürərək onları da evdən çıxarmış, sonra küçədən keçən qazel markalı avtomobili saxlayıb həmin əşyaları Bakı şəhərində yerləşən Sabunçu bazarına aparması üçün sürücü ilə 20 manata aparmaq barədə razılaşmış və həmin əşyaları avtomobilə yüklədikdən sonra Bakı şəhərində yerləşən Sabunçu bazarına getmiş və orada əşyaları avtomobildən düşürtdükdən sonra həmin qazel markalı nömrəsini xatırlamadığı avtomobil çıxıb getmiş, o, bazarda əşyaları satmağa başlamış, paltaryuyan maşını 150 manata, qaz sobasını 50 manata, stolüstü kompyuteri 80 manata, betonhamarlayan aparatı isə 120 manata satmış və əldə etdiyi həmin pulları şəxsi ehtiyaçına xərcləmiş, bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində oğurluq etmək məqsədi ilə gəzən zaman qeyd olunan ərazidə olan evlərdən biri onun nəzərini cəlb etmiş və o, həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o, həmin evin həyətinə gizli şəkildə daxil olmuş, bundan sonra pəncərədən evə qanunsuz daxil olmuş, o, qeyd olunan evdən bir ədəd «Beko» markalı paltar yuyan maşını, bir ədəd televizoru, bir ədəd tozsoran aparatı, bir ədəd «DVD» aparatını, iki ədəd «samovarı», bir ədəd «Ega» markalı kombi istilik sistemi aparatını, müxtəlif çeşiddə spirtli içkiləri gizli şəkildə oğurlamış, bundan sonra o, qeyd olunan əşyaları evdən çıxarmış və yol kənarına yaxın olan yarım tikililərdə gizlətmiş, bundan sonra səhər o, 166 yük daşıma xidmətinə zəng vuraraq yük maşını sifariş etmiş, o, qeyd olunan əşyaları yola yaxın yerə gətirmiş və yük maşınına yükləyib Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən əşya bazarına gətirmiş, bundan sonra o, oğurladığı əşyaları bazarda təxminən 500 manat pul müqabilində satmış, içkiləri isə özü içmiş, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmiş, bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxx 2019cu il tarixdə saat 01 radələrində o, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində oğurluq etmək məqsədi ilə gəzən zaman qeyd olunan ərazidə olan evlərdən biri onun diqqətini cəlb etmiş və o, həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o, həmin evin həyətinə gizli şəkildə daxil olmuş, bundan sonra pəncərədən evə daxil olmuş, o, qeyd olunan evdən bir ədəd «Samsung» markalı paltar yuyan maşın, bir ədəd «saz» musiqi alətini, iki ədəd «gitara» musiqi alətini, bir ədəd mikrodalğalı sobanı, bir ədəd tozsoran aparatı və bir ədəd «DVD» playeri gizli şəkildə oğurlamış, bundan sonra o, qeyd olunan əşyaları evdən çıxarmış və yol kənarına yaxın olan yarım tikililərdə gizlətmiş, bundan sonra səhər o, yük daşıma xidmətinə zəng vuraraq yük maşını sifariş etmiş, o, qeyd olunan əşyaları yola yaxın yerə gətirmiş və yük maşınına yükləyib Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşən əşya bazarına aparmış, bundan sonra o, oğurladığı əşyaları bazarda təxminən 350 manat pul müqabilində satmış,əldə etdiyi pulları öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmiş, bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə Abşeron rayonu Hökməli qəsəbəsi At-Yalı yaşayış massivinə yaxın ərazidən oğurluq etmək istəmiş, xx xxxx 2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən tanımadığı bir evə gəlmiş, həmin vaxt yaşayış evinin hasarından həyətə düşərək orada əvvəlcədən özü ilə gətirdiyi dəmir parçası ilə pəncərənin dəmir barmaqlığını sındırmağa başlamış, həmin barmaqlığı sındırdıqdan sonra, pəncərəni açıb evə daxil olmuş, bundan sonra o, oradan 01 ədəd “Vestel” markalı televizoru, 01 ədəd qaz peçini, 01 ədəd samovarı, elektrik naqillərini, 02 ədəd yun örtüklərini, 01 ədəd laqondanı, 01 ədəd «Bosh» markalı perefaratoru, 01 ədəd montaj ütüsünü, 01 ədəd göy rəngli qış gödəkçəsini və matora gedən elektrik kabelləri evdən götürüb hissə-hissə öz yaşadığı evə aparmış, həmin evdən oğurladığı əşyaları o, müxtəlif vaxtlarda Sumqayıt şəhərində tanımadığı şəxslərə satıb əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir.Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi At-Yalı yaşayış massivində yerləşən tanımadığı bir evə gəlmiş, həmin vaxt yaşayış evinin hasarından həyətə düşərək orada özü ilə gətirdiyi dəmir linglə pənərənin dəmir barmaqlığını sındırmağa başlamış, həmin pəncərəni sındırdıqdan sonra evə daxil olmuş, bundan sonra o, evdə olan 5 ədəd istilik qızdırıcılarını, 1 ədəd qaz peçini və təxminən 300 metrlik elektrik naqillərini hissə-hissə götürərək yaxınlıqda olan evinə aparmış,həmin qızdırıcıları, 1 ədəd qaz peçini və elektrik naqillərini Sumqayıt şəhərində yerləşən əşya bazarında tanımadığı şəxsə 500 manata satmış və əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına ödəmişdir.Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 03 radələrində Abşeron rayonu Hökməli qəsəbəsi At-Yalı yaşayış massivində yerləşən tanımadığı bir evə gəlmiş, həmin vaxt yaşayış evinin hasarından həyətə düşərək orada özü ilə gətirdiyi dəmir linglə pəncərənin dəmir barmaqlığını sındırmağa başlamış, həmin pəncərəni sındırdıqdan sonra evə daxil olmuş,bundan sonra o, evdə olan 1 ədəd lazer aparatını, 1 ədəd perefaratoru, 1 ədəd dreli 1 ədəd su matorunu və 6 ədəd mis qazanı götürərək yaxınlıqda olan evinə aparmışdır. Həmin qızdırıcıları, 1 ədəd qaz peçini və elektrik naqillərini Sumqayıt şəhərində yerləşən əşya bazarında tanımadığı şəxsə 150 manata satmış və əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına ödəmişdir. Bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən tanımadığı bir evə gəlmiş, həmin vaxt yaşayış evinin hasarından həyətə düşərək orada özü ilə əvvəlcədən gətirdiyi dəmir parçası ilə evin giriş qapısının sol tərəfıində olan daşları yerindən çıxartmağa başlamış, həmin daşları yerindən çıxarıb qapını açaraq evə daxil olmuş, evə daxil olduqdan sonra evdə heç bir qiymətli əşyaların olmadığını görüb, evin divarlarında olan elektrik naqilləri yerindən çıxarmaq qərarına gəlmiş, elektrik naqilləri divardan çıxarıb, topa şəkilində düzəldib, çiyninə qoyub həmin evi tərk etmiş, səhəri gün həmin evdən oğuladığı elektrik naqillərini Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yoldan keçən dəmir yığanlara 80 manat məbləğində satmış və əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarıma xərcləmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır,o, özünə məxsus olan “Vaz 2103” markalı avtomobil ilə qəsəbə ərazisində taksi fəaliyyəti ilə məşğul olur, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 tanıyır, bir kənddə yaşayır, Elxangillə münasibətləri hər zaman yaxşı olmuş və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Onun həmkəndlisi Təqsirləndirilən şəxs2 xx xxxx 2019-cu il tarixdə ona yaxınlaşaraq Abşeron rayonu, Qobu qəsəbəsində Hacı Töhfənin qəsəbə ərazisində tikdirdiyi üç mərtəbəli evinin həyətində elektrik generatoru olduğunu və həmin generatoru qardaşı Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 ilə oğurlamaq istədiklərini, onlara köməklik etməsini və həmin generatoru onun avtomobili ilə aparmaq lazım olduğunu bildirmişdir. O da Ceyhunla razılaşmış, xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində onun idarə etdiyi avtomobil ilə Ceyhun Niyaməddin və Elxan birlikdə əvvəlcədən razılaşdıqları kimi Hacı Töhfənin evinin yaxınlığına gəldikdən sonra o, və həmin şəxslər avtomobildən düşdükdən sonra o və Niyaməddin hasarın çölündə, Elxan və Ceyhun hasarı tullanaraq Töhfənin həyətinə daxil olmuşlar, Elxan və Ceyhun hasarın o biri tərəfindən elektrik generatorunu ona və Niyaməddinə vermişlər, onlar da öz növbəsində həmin generatoru onun avtomobilinə qoyduqdan sonra Elxan və Ceyhun hasarı tullanaraq avtomobilə əyləşmişlər, o da avtomobili sürərək Ceyhun və Niyaməddinin yaşadığı ünvan 4 ünvanına gedərək həmin oğurladıqları genaratoru həmin ünvana qoymuşlar, onlar əvvəlcədən genaratoru satıb pulunu 4 nəfərə bölünməsi barədə razılığa gəldikdən sonra Ceyhun və Niyaməddin həmin oğurladıqları generatoru adını bilmədiyi və tanımadığı xalası oğluna 150 manat satdıqdan sonra o, Ceyhungildən pulunu istədikdə isə Ceyhungil onu aldadaraq ona çatası pulu verməmişlər, bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində həmkəndlisi Elxanla məhlədə görüşən zaman Elxan ona Abşeron rayonu, Qobu qəsəbəsində qəsəbəsinin axır hissələrində bir evin olduğunu deyərək oradan oğurluq etəyi təklif etmiş, o, Elxanla razilaşmış və Elxanla birlikdə həmin gün saat 02 radələrində yaşadığı Abşeron rayonu, Qobu kəndində yerləşən bir mərtəbəli daş kürsülü evin yanına gələrək o, küçədə gözləmiş Elxan isə əvvəlcədən evdən çıxarıb həyətə yığdığı əşyaları ona vermiş, o və Elxan həmin ünvanda 1 ədəd plastik qapı, 1 ədəd “samsung” markalı televizor, 1 ədəd su qızdırıcı, 1 ədəd su nasosunu götürüb Elxanın yaşadığı ünvanın həyətinə gətirdikdən sonra Elxan ona o əşyaları satıb onun da pulunu verəcəyini deiş, sonra o, oradan uzaqlaşmış, bir müddət gözləsə də, Elxan ona pul verməmiş, o, Elxana bir neçə dəfə pul məsələsi barədə desə də, Elxan ona əşyaları satdığını və əşyaların pulunu hələ ala bilmədiyini bildirdikdən sonra isə Elxanın ona pul verməyəcəyini başa düşmüş və o, daha Elxandan pul istəməmişdir.Bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxx 2019-cu il tarixdə axşam saat təxminən 23 radələrində özünə məxsus maşını ilə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tək gəzmiş, “Tataoğlu az”.beton zavodunun qarşısından keçən zaman həmin zavodda heç kimin olmadığını aşkar edib maşınını zavodun kənarında saxlayıb yerə düşüb zavodun kənarında gəzmiş, Zavodda heç kimin olmadığını dəqiqləşdirdikdən özünə məxsus maşında saxladığı baltanı əlinə götürüb oğurluq məqsədi ilə hasardan zavodun həyətinə keçmiş, zavodun həyətində elektrik kabellərinin trasvarmatora birləşdiyini görmüş, həmin transfarmatora elektik gəlmədiyini bilib və bağlanmış kabellərdə elektrik olmadığını bilib zavodda olan elektrik kabellərini əlindəki balta ilə kəsərək bir yerdə topalayıb hasardan keçirdib özünə məxsus avtomaşına yükləmiş, bundan sonra özü də hasardan tullanaraq maşına minib çıxıb getmiş, həmin oğurladığı kabelləri səhəri günü qəsəbəyə maşınla metal yığmaq üçün gələn tanımadığı şəxslərə 15 (on beş) manata satmışdır. Sonda o, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslərə dəymiş ziyanın müəyyən hissəsinin ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır,o, usta fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 bir kənddə yaşadıqları üçün tanıyır, Ceyhungillə münasibətləri hər zaman yaxşı olmuş və aralarında heç bir düşmənçilik və ədavət olmamış, 2019cu ili may ayının 17-də dostu və qonşusu olan Təqsirləndirilən şəxs1 ona Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə yaşayış olmayan ev müəyyən etdiyini və pul əldə etmək üçün həmin evdən oğurluq etməyi təklif etmiş, onun da pulu olmadığı üçün Elxanla razılaşmış, həmin gün yəni, xx.xx.2019-cu il tarixdə saat 23 radələrində Elxan ilə birlikdə sonradan Zərərçəkmiş şəxs9 Ağalar oğluna məxsus yaşayış olmayan evin yanına gəldikdə Elxan ona evin həyətində dayanıb ətrafa baxmağını deyib üzərində gətirdiyi dəmir parçası ilə həmin evin sol tərəfdən arxa pəncərəsinin dəmir barmaqlığını sındırıb içəri daxil olmuş, o da kimsə gələrsə Elxana xəbər vermək üçün ətrafa baxmış, təxminən 5 dəqiqə sonra Elxan əlində ağ rəngli torba ilə evdən çıxmış, daha sonra Elxanla bir yerdə onun yaşadığı evin yanına gəlmiş, bu vaxt Elxanın həmin evdən bir ədəd pereparator və bir ədəd laqonda oğurladığı ona məlum olmuş, Elxan həmin laqonda və pereparatoru torbada onların həyətinə qoyub öz evinə getmiş, iki gün sonra o, Elxanla birlikdə həmin pereparatoru və laqondanı söküb mis metalını məhlədə qara rəngli Qaz-24 markalı dövlət nömrə nişanını xatırlamadığı avtomobil ilə metal qəbul edən şəxsə 10 manata satıb, həmin pulu isə iki yerə bölüb şəxsi ehtiyacı üçün xərcləmişlər. Bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə 2019-cu ilin may ayının sonlarında saat 23 radələrində pulları olmadığı üçün qonşusu və dostu Elxan ona oğurluq etməyi təklif etmiş, o da Elxanla razılaşmış, bu məqsədlə o, üzərində vint açan, Elxan isə qaz açarı və dəmir parçası götürmüş, onlar Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yeni məhlələr deyilən yerə gəlib oğurluq etmək üçün yaşayış olmayan ev axtaran zaman bu vaxt ətrafı mişar daşları ilə hasarlanmış lakin, işığı yanmayan ev görüb həmin evdən oğurluq etmək qərarına gəldikdən sonra hər ikisi həmin evin arxa tərəfindən hasardan aşaraq həyətə daxil olub evin giriş tərəfinə gələrkən giriş qapısının altında dəmir qapısının olduğu saxlanc yerini görüb ilk olaraq həmin yerə baxmaq istədikdə bu vaxt Elxan üzərində olan dəmir parçası mantirovka ilə həmin dəmir qapını sındırmış, bu vaxt onlar həmin yerdə ağ rəngli üzərində “İmergas” sözləri yazılmış kombi aparatını görüb onu oğurlamaq qərarına gəldikdən sonra hər ikisi köməkli formada kombi aparatını söküb saxlanc yerindən çıxardıqdan sonra həmin kombi aparatı ilə kifayətlənərək evin arxa tərəfinə keçib hasardan aşaraq həmin yeri tərk edib onun yaşadığı ünvana gəlmişlər,yaşadığı evin həyətyanı sahəsi böyük və boş olduğu üçün Elxan ilə birlikdə həmin kombi aparatını yaşadığı evin həyətinə qoyub səhəri gün satacaqları barədə razılığa gələrək Elxan öz evinə o da öz evinə getmiş, lakin, evdə bu barədə heç kimə heç nə deməmiş,səhəri gün saat 12 radələrində o, Elxanla məhlədə görüşüb kombini hara və kimə satacaqları barədə fikirləşərkən Elxan ona Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Zakir adlı kişinin kombi almaq istədiyini və axtardığını demiş, daha sonra onlar Zakirin telefon nömrəsini tapıb Zakirlə danışaraq ona məxsus kombi aparatının olduğunu və satdığını dedikdən sonra Zakir də onları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evinə dəvət etmiş, o, dərhal Elxanla birlikdə yaşadıqları evin həyətinə qoyduqları kombi aparatını götürüb yol taksisi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə Zakirin yaşadığı evə gəldikdə bu vaxt həyətin giriş qapısının qarşısında Zakirlə görüşmüş, o, Zakirə həmin aparatın özünə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını dedikdən sonra Zakir ilə 200 manata razılaşıb həmin kombi aparatını Zakirə sataraq Elxanla birlikdə yaşadıqları Abşeron rayonu, Qobu qəsəbəsinə qayıdaraq oğurluq yolu ilə əldə etdikləri 200 manat pulu iki yerə bölüb şəxsi ehtiyacları üçün xərcləmişlər.Bundan başqa o, maddi ehtiyaclarını ödəmək məqsədi ilə o, həmkəndliləri Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs4lə birlikdə xx xxxx 2019-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində Hacı Töhfənin qəsəbə ərazisində tikdirdiyi 3 mərtəbəli evinin həyətində elektrik generatorunu oğurlamaq qərarına gəldikdən sonra onlarhəmin generatoru oğurladıqdan sonra Elvinin avtomobili ilə aparmağı qərara almışdlar, xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində Elvinin idarə etdiyi avtomobillə Elxan, Niyaməddin və o, əvvəlcədən razılaşdıqları kimi Hacı Töhfənin evinin yaxınlığına gəldikdən sonra o, və həmin şəxslər avtomobildən düşdükdə Elvin və Niyaməddin hasarın çölündə, o, və Elxan isə hasarı tullanaraq Töhfənin həyətinə daxil olmuşlar, o və Elxan hasarın o biri tərəfindən elektrik generatorunu Elvin və Niyaməddinə vermişlər, Elvinlə Niyaməddin də öz növbəsində həmin generatoru Elvinin avtomobilinə qoyduqdan sonra o və Elxan hasarı tullanaraq avtomobilə əyləşdikdə Elvin də avtomobili sürərək onun yaşadığı ünvan 4 ünvanına gedərək həmin oğurladıqları genaratoru həmin ünvana qoyduqdan sonra onlar əvvəlcədən genaratoru satıb pulunu 4 nəfər arasında bölmək barədə razılığa gəlmişlər, bundan sonra o və qardaşı Niyaməddin həmin oğurladıqları generatoru Elməddin adlı xalası oğlunun vasitəsi ilə Şamaxı şəhərində adını bilmədikləri şəxsə 250 manat satdıqdan sonra o, həmin puldan Elxana 50 manat pul vermiş, Elvinə isə pul verməmiş, qalan 100 manatı isə qardaşı Niyaməddinlə aralarında bölmüşlər. Sonda o, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır, o, fəhləlik edərək əldə etdiyi gəlirlə ailəsini dolandırır, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. Qardaşı Ceyhun xx xxxx 2019-cu il tarixdə ona yaxınlaşaraq Abşeron rayonu, Qobu qəsəbəsində Hacı Töhfənin qəsəbə ərazisində tikdirdiyi 3 mərtəbəli evin həyətində elektrik generatoru olduğunu və həmin generatoru onun və həmkəndliləri Təqsirləndirilən şəxs1 ilə oğurlamaq istədiklərini və Təqsirləndirilən şəxs3 də onlara köməklik edəcəyini, həmin generatoru onun avtomobili ilə aparacaqlarını bildirmiş, o da qardaşı Ceyhunla bu barədə razılığa gəlmişdir. xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs3 idarə etdiyi avtomobillə Ceyhun, o, və Elxan ilə birlikdə əvvəlcədən razılaşdıqları kimi Hacı Töhfənin evinin yaxınlığına gəldikdən sonra o, və həmin şəxslər avtomobildən düşdükdən sonra o və Elvin hasarın çölündə, Elxan və Ceyhun hasarı tullanaraq Töhfənin həyətinə daxil olmuşlar, Elxan və Ceyhun hasarın o biri tərəfindən elektrik generatorunu ona və Elvinə vermişlər, onlar da öz növbələrində həmin generatoru alıb Elvinin avtomobilinə qoyduqdan sonra Elxan və Ceyhun hasarı tullanaraq avtomobilə əyləşmişlər. Elvin də avtomobili sürərək onların yaşadıqları ünvan 4 ünvanına getmişlər və həmin oğurladıqları genaratoru evlərinə qoymuşlar. Onlar əvvəlcədən genaratoru satıb pulunu 4 nəfərə bölüşdürmək barədə razılığa gəldikdən sonra Ceyhun və o, həmin oğurladıqları generatoru Elməddin adlı xalası oğlunun vasitəsi ilə Şamaxı şəhərində adını bilmədikləri şəxsə 250 manat satmışlar. Sonda o, törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 Əlbəndə oğlu ifadəsində göstərdi ki, o, ailəsi ilə Bakı şəhəri, Qaradağ rayonu Qızıldaş qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evi var, həmin ev soyuq olduğu üçün müvəqqəti olaraq 2018-ci ilin dekabr ayının əvvəllərindən Bakı şəhəri, Qarabad rayonu Qızıldaş qəsəbəsidə yerləşən atasının evində yaşayır, orada yaşadığı müddətdə ev üçün bir ədəd İran peçi almış və həmin peçi evdə quraşdırıb qaz balonu ilə işlətmək istəmiş, lakin qazın hisi evə vurduğu üçün peçi istifadə edə bilməmiş və buna görə də atasının evində yaşamalı olmuşlar. Təxminən on gün keçmiş qonşudan ona zəng gəlmiş və evinin pəncərəsinin açıq olduğunu ona bildirmişlər. Buna görə də Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evinə qayıtmış və pəncərənin açıq olduğunu görüb evə nəzər salarkən evin qarşısında olan pəncərə açıldığını, orada qoyduğu və istifadə etmədiyi İran peçinin oğurlandığını görmüş, evdən bir ədəd peçin oğurlanması faktı ilə bağlı heç bir orqana müraciət etməmiş və əhəmiyyətli zərər olmadığı üçün şikayətçi olmamış, bundan sonra 2018-ci ilin dekabr ayının son günündə evinə başçəkmək üçün gəlmiş, evə girəndə naməlum şəxslərin bu dəfə evin digər pəncərəsini açmaqla evə daxil olduqlarını və evində olan televizorunu, qidrofonu, su motorunu, laqondanı, direli, ətçəkən maşını, samovarı, ütünü, 2 ədəd odeyalı, bir ədəd taxt üstüyünü, gümüş sepləri və üzükləri, gümüşə oxşar iri qabları oğurladıqları müəyyən olunmuş və buna görə də 2019-cu ilin yanvar ayında Abşeron rayon polis idarəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Sonda o, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənilməsi, onlara qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal royonu, Şərifzadə küçəsində yerləşən fərdi yaşayış evində yaşayır, ona məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi,Atyalı yaşayış massivi, M.İbrahimov küçəsində yerləşən birmərtəbəli daşdan hörülmüş fərdi yaşayış evinə mütəmadi olaraq baş çəkir. xx.xx.2019-cu il tarixdə o, həmin ünvana gəlib baş çəkdikdən sonra işlə əlaqədar Zaqatala rayonuna getmiş, orada 20 gün qaldıqdan sonra o, Bakı şəhəri Yasamal royonu, Şərifzadə küçəsində yerləşən evinə qayıtmış, xx.xx.2019-cu il tarixdə saat 17 radələrində o, həmin Abşeron rayonu, Hökməli qəsəbəsi,Atyalı yaşayış massivi, M.İbrahimov küçəsində yerləşən evinə gedib baş çəkmək qərarına gəlmiş və Abşeron rayonu, Hökməli qəsəbəsi Atyalı yaşayış massivi, M.İbrahimov küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evinə getmiş, o, həyətə daxil olan zaman evin qapısının kilidinin sındırılmış olduğunu görmüş və dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gələrək oraya baxış keçirdikdə evin mətbəxində olan 1 ədəd dəyəri 100 manat olan “Nurqaz” markalı qaz piltəsinin, 1 ədəd 800 manat dəyərində “Samsung” markalı paltaryuyan maşının, digər otaqda olan dəyəri 700 manat olan “Samsung” markalı stolüstü komputerin, 1 ədəd dəyəri 300 manat olan betonvibrator aparatının oğurlandığını aşkar etmişlər.Hazırda o, təqsirləndirilən şəxslərdən şikayətçidir və ona dəymiş maddi ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 6 mənzil 30 ünvanında yaşayır, onun Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində özünə məxsus yaşayış evi var, həmin evə o, demək olar ki, hər həftə gedib baş çəkmiş, axırıncı dəfə xx.xx.2019-cu il tarixdə günorta vaxtlarında evinə gəldikdə evin yataq otağının plastik pəncərəsini açıq vəziyyətdə olduğunu görmüş, daha sonra açarla evin giriş qapısını açaraq evə daxil olanda, mətbəxdə 01 ədəd 500 manat dəyərində «Samsung» markalı paltaryuyan maşının, 01 ədəd 200 manat dəyərində «saz» musiqi alətinin, hər birinin dəyəri 200 manat olmaqla 02 ədəd gitara musiqi alətinin, 01 ədəd 150 manat dəyərində mikrodalğalı sobanın, 01 ədəd 200 manat dəyərində tozsouran aparatın və 01 ədəd 150 manat dəyərində «DVD» player aparatının yerində olmadığını aşkar etmiş, o, evində olmayan müddət ərzində kənar şəxs və ya şəxslər tərəfindən evindən oğurluq etdiklərini başa düşmüş, bundan sonra o, dərhal DİN-nin 102 zəng xidmətinə zəng vuraraq oğurluq barəsində məlumat vermiş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1700 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda o, təqsirləndirilən şəxslərdən şikayətçidir və ona dəymiş maddi ziynı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır, onun Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə 3 sot torpaq sahəsi var, həmin torpaq sahəsinin ətrafını 4 mişar daşı hündürlüyündə mişar daşı ilə hasarlamış, lakin həyətə giriş qapısının yeri boşdur, o, həmin torpaq sahəsində özünə bir mərtəbəli kürsülü fərdi yaşayış evi tikmiş, həmin fərdi yaşayış evində 2 yataq, 1 qonaq otağı, 1 mətbəxdən ibarət olmaqla 4 otağı var, fərdi yaşayış evinin 4 pəncərəsindən hər birinin dəmir barmaqlığı var, evin giriş qapısı isə dəmir seyf qapıdan ibarətdir, həmin fərdi yaşayış evinin kommunal çəkilişləri olmadığıüçün qapı və pəncərələrini bağlamış, təxminən 1 həftədən bir həmin evinə nəzarət etmək üçün gəlib baxmışdır. xx xxx 2019-cu il tarixdə saat 13 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində qonşusu olan Babək adlışəxs ona zəng edərək fərdi yaşayış evin sol tərəfində olan uşaq otağının pəncərəsinin dəmir barmaqlığının sınıdırılması və pəncərənin açıq olmasını bildirmiş, o da dərhal Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evinə gəlib baxmış, bu vaxt naməlum şəxs(lər)-in fərdi yaaşyış evinə uşaq otağının plastik pəncərəsinin dəmir barmaqlığını sındıraraq içəri daxil olub həmin otaqdan 1 ədəd 2 il əvvəl 250 manata aldığı “Devald” markalı pereparator və hamamdan isə 1 ədəd 2 il əvvəl 80 manata aldığım “Bosch” markalı laqonda aparatının oğurlandığını aşkar etmiş, səhəri gün bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, baş vermiş hadisə nəticəsində ona ümumilikdə 330 manat məbləğində maddi ziyan vurulmuşdur. O, baş vermiş hadisə ilə əlaqədar olaraq heç kimdən şübhələnməmişdir. İş üzrə Zərərçəkmiş şəxs9 məhkəməyə teleqramma vurararaq Təqsirləndirilən şəxs2 şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 7 mənzil 23 ünvanında yaşayır,onun Abşeron rayonu, Qobu qəsəbəsi, Yeni məhəllədə 2 sot torpaq sahəsi var, həmin torpaq sahəsinin ətrafını mişar daşları ilə hasara almış, həmin torpaq sahəsinin içərisində kürsülü bir mərtəbəli 2 yataq otağından, 1 qonaq otağından və mətbəxdən ibarət 4 otaqlı fərdi yaşayış evi var, həmin fərdi yaşayış evinin pilləkənin altında dəmir qapısı olan saxlanc yerində fərdi yaşayış evinin kombi aparatı yerləşmiş, həmin kombi aparatını təxminən 3 il əvvəl 950 manata almış, həmin kombi aparatı ağ rəngli olmaqla “İmergas” markalı olmuş, o, həmin evdə yaşamadığı üçün demək olar ki, həmin kombi aparatını 2-3 dəfə istifadə etmiş,hazrıda isə həmin kombi aparatı 750 manat dəyərində olmuş, o, evdə bəzi kosmetik təmir işləri aparğığı üçün həmin evə nəzarət etmək məqsədi ilə 10-15 gündən bir gəlib baxmış, sonuncu dəfə xx xxx 2019-cu il tarixdə o, evinə gəlib baxarkən hər şeyin qaydasında olduğunu görmüşdür. xx xxxx 2019-cu il tarixdə saat 10 radələrində o, evinə nəzarət etmək üçün gəlib həyətə daxil olmuş, bu vaxt kombinin yerləşdiyi saxlanc yerinin dəmir qapısının açıq olduğunu görmüş, dərhal həmin yerə yaxınlaşarkən ona məxsus 750 manat dəyərində kombi aparatının oğurlandığını aşkar etmiş və bu barədə dərhal DİN-nin 102 xdimətinə zəng edərək məlumat vermişdir. Sonda o, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş maddi ziyanın tam ödənilməsi və ona qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhləmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 Etibar oğlu ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Qobu qəsəbəsi inzibati ərazi dairəsinin icra nümayəndəsinin müavini vəzifəsində işləyir və özü də həmin kənddə yaşayır, onun özünə məxsus Abşeron rayonu, Qobu qəsəbəsində 3 mərtəbəli tam təmirli olmayan yaşayış evi var, həmin ev 0.32 ha torpaq sahəsində tikilmiş, evin həyətində 5 il bundan qabaq 7000 manata aldığı elektrik generatoru da var, o, ailəsi ilə həmin evdə yaşamadıqlarına baxmayaraq o, arada bir həmin evə və həyətə baş çəkmiş, axırıncı dəfə 2019-cu ilin may ayında evə. həyətə baş çəkərkən evin həyətində olan generator yerində olmuş, bir həftə sonra o, Abşeron rayonu, Qobu qəsəbəsində olan evinin darvazasını açaraq həyətə daxil olduqda həyətdə generatorun yerində olmadığını görmüş, o, ilk öncə generatoru həyətdə hər hansı bir yerə qoyduğunu zənn etmiş, lakin daha sonra həyəti tam gəzdikdən sonra generatorun oğurlandığını bilmiş, bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə həyətindən generatorun oğurlanması barədə məlumat vermiş, bundan sonra Abşeron rayon polis idarəsinin əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmişlər. İş üzrə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs11 Etibar oğlu məhkəməyə teleqram vurararaq Təqsirləndirilən şəxs2 şikayətçi olmadığını göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evində yaşayır. o, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evindən xx.xx.2019-cu il tarixdə yaşadığı digər Abşeron rayonu, Xırdalan şəhəri, Mexkalon ərazisində yerləşən fərdi yaşayış evinə getmişdir. xx.xx.2019-cu il tarixdə saat 10 radələrində o, yenidən həmin ünvana qayıtmış və evə daxil olmaq istərkən hamamın 150 manat dəyərində pıastik qapısının yerində olmadığını görmüş və dərhal DİN–nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmişlər və evə daxil olduqda evdə olan 82 ekran dəyəri 700 manat olan “Samsung” markalı televizorun, dəyəri 150 manat olan su qızdırıcısının, dəyəri 50 manat olan su nasosunun oğurlandığını aşkar etdikdən sonra Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Sonda o, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş maddi ziyanı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 Məmmədəli oğlu ifadəsində göstərdi ki,o, Masallı rayonu, Xıl kəndində qeydiyyatda olsa da, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır. X26 onun qaynıdır. Sonuncuya məxsus ev onun yaşadığı evin yaxınlığında yerləşir. xx.xx.2019-cu il tarixdə qaynıÜmid ailəsi ilə birlikdə Masallı rayonuna getmiş, onunda həmin evdə əşyaları olduğu üçün hərdən gedib həmin evə nəzarət etmişdir. xx.xx.2019-cu il tarixdə saat 11 radələrində axırıncı dəfə gedib həmin evə baş çəkmiş, səhəri gün, yəni xx.xx.2019-cu il tarixdə təxminən saat 08 radələrində Ümid Zərbəliyevə məxsus evə baş çəkərkən evin giriş qapısının sınıq vəziyyətində olduğunu görmüş, daha sonra evə daxil olmuş və evdən özünə məxsus 01 ədəd 160 manat dəyərində lazer aparatının, 01 ədəd 70 manat dəyərində perefaratorun, 01 ədəd 30 manat dəyərində drelin, 01 ədəd 75 manat dəyərində su matorunun və 200 manat dəyərində məişətdə işlədilən 6 ədəd mis qazanların olmadığını aşkar etmiş, o, naməlum şəxslərin evdə heç kimin olmadığından istifadə edərək evə qanunsuz daxil olaraq evdən oğurluq etdiklərini başa düşmüş və baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 535 manat məbləğində maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxslərdən şikayətçi olduğunu və ona dəymiş maddi ziynı tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs18 ifadəsində göstərdi ki, onun Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində “Tatoğlu-az” beton konstruksiyası zavodu var, həmin zavodda həmkəndlisi Zaur adlı şəxs təxminən 2 ilə yaxındır anbardar vəzifəsində işləyir, zavodun iş rejmi səhər saat 09:00-dan axşam 18:00-a kimidir. xx.xx.2019-cu il tarixdə səhər saat təxminən 10-11 radələrində zavodun anbardarı Zaur adlı həmkəndlisi ona zəng vuraraq zavodda generatora birləşdirilmiş içərisi mis metaldan olan elektrik naqillərinin kəsilərək oğurlanması barədə məlumat vermiş, bundan sonra o, xx.xx.2019-cu il tarixdə səhər saatlarında zavoda gedib oğurluq hadisəsinin baş verdiyi yerə baxmış, həmin mis materialdan olan elektrik naqillərinin zavoddan oğurlandığını və həmin zavodun isə ona məxsus olduğunu bildirdi.İş üzrə Zərərçəkmiş şəxs11 Etibar oğlu məhkəməyə teleqram vuraraq Təqsirləndirilən şəxs2 şikayətçi olmadığını göstərmişdir. Sonda o, təqsirləndirilən şəxslərdən şikayətçi olmaması və ona dəymiş ziyanın ödənilməsi, onlara qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini məhkəməyə təqdim etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2007-ci ildən Abşeon rayonu, Qobu qəsəbəsində ev tikmək üçün torpaq sahəsi almış və orada bir mərtəbəli kürsülü ev tikmiş, evi tikib qurtardıqdan sonra oğlu X21 ilə birlikdə yaşamağa başlamış, 2015-ci ildən evinə yeni ev avadanlıqları almış, 2018-ci ilin avqust ayında döş nahiyəsində şişkinlik olduğu üçün müalicə almaqdan ötrü Türkiyə Respublikasının Ankara şəhərinə getmiş, təxminən 2 ay orada qalıb müalicə olunmuş, 2018-ci ilin dekabr ayının 4-də Azərbayacana gəlmiş, yaşadığı evə getdikdə oğlunun evdə olmadığını görmüş, həmin vaxt oğlu Ucar rayonunda toyda olmuş, evlərinin otaqlarına baxdıqda arxa otaqda özünə məxsus 300 manat dəyərində 02 ədəd qırmızı rəngdə xalçanın, 300 manat dəyərində 02 ədəd 02 üzlü böyük ədyalın, 150 manat dəyərində 02 ədəd yorğanın, 100 manat dəyərində 01 ədəd ütü masasının, 1000 manat dəyərində 02 ədəd qazan dəstinin, 100 manat dəyərində 01 ədəd sok maşınının, 200 manat dəyərində 01 ədəd ət çəkən maşının, 100 manat dəyərində 02 ədəd çaşka naborunun, 50 manat dəyərində 01 ədəd gəlin gülün, 30 manat dəyərində 01 ədəd kuxna naborun, 300 manat dəyərində 02 ədəd atlas materiallı yorğan dəstinin, 70 manat dəyərində 01 ədəd taxt üzü dəstinin, 70 manat dəyərində 05 ədəd dəsmal dəstinin, 80 manat dəyərində 05 ədəd bədən dəsmalın, 15 manat dəyərində 01 ədəd padnosun, 30 manat dəyərində 01 ədəd kartoşka qızardan aparatın, 15 manat dəyərində 05 ədəd asılqanın, 25 manat dəyərində 01 ədəd mətbəx üçün muncuqlu pərdənin, 300 manat dəyərində 01 ədəd duş naborunun, 100 manat dəyərində 02 ədəd qadın üçün çantanın, 20 manat dəyərində 01 ədəd qadın üçün pul kisəsinin, 300 manat dəyərində 03 ədəd qadın üçün gecə paltarının, 100 manat dəyərində 03 ədəd qadın üçün alt paltarının, 10 ədəd dəyərində 02 ədəd alt paltarının, 60 manat dəyərində 01 ədəd şalvarın, 02 ədəd kalqotkanın, 60 manat dəyərində kosmetika naborunun, 150 manat dəyərində 04 ədəd fransuz ətirinin, 30 manat dəyərində 01 ədəd koftanın, 150 manat dəyərində 04 ədəd şortik dəstinin, 25 manat dəyərində 01 ədəd gəlin tacının, 30 manat dəyərində 02 ədəd gəlin başına taxılan sancağın, 150 manat dəyərində 01 ədəd mirvari dəstinin, 15 manat dəyərində 01 ədəd çətirin, 50 manat dəyərində 03 ədəd şal 02 ədəd yaylığın, 20 manat dəyərində 02 ədəd ev dəsmalının yerində olmadığını görmüş, əşyaların yerində olmadığı görüb istifadəsində olan mobil telefon vasitəsilə oğlu Elvin Hüseynovun istifadəsində olan mobil nömrəyə zəng vurub Elvindən əşyaların harada olduğunu soruşmuş, oğlu Elvin Hüseynov əşyaların harada olmasından xəbərinin olmadığını və işlərini qurtarıb yaşadıqları evə gələcəyini bildirmiş, xx xxxxxx 2018-ci il tarixdə gecə saatlarında oğlu Elvin Hüseynov yaşadığı evə gəlmiş, o, oğlundan əşyaların harada olduğunu soruşduqda Elvin əşyaların harada olmasından xəbərinin olmadığını bildirmiş, o, oğlu ilə birlikdə evdən oğurlanan əşyaları sayıb siyahı tutmuş, sonra o, oğlundan evdə olmadığı müddətdə kimləri gətirib gətirmədiyini soruşmuş, oğlu da ona tanışı müğənni işləyən qadını evlərinə gətirdiyini demiş, sonuncu dəfə Nailə evə gələndə qaz yükləmək üçün evdən çölə çıxmış, evə qayıtdıqda isə Nailənin evdə olmadığını görmüş, Nailəyə zəng vurduqda isə Nailə ona işlərinin çıxdığını bildirmiş, olanlardan o, özünü pis hiss etmiş, halsız olmuş, bir tərəfi həyacandan qurumuş, özünə gəldikdən sonra istifadəsində olan mobil telefonla Nailənin istifadəsində olan mobil telefoba zəng vurub Nailəyə evdən götürdüyü əşyaları yerinə qoymağı demiş, Nailə də ona evdən 01 ədəd alt paltarı və 01 ədəd ətir götürdüyünü demiş, o, Nailəyə evdən çox əşyalar götürdüyün, həmçinin xalça oğurladığını demiş, Nailə ona özünün xalçalarını ona təklif etmiş, o, Nailəyə xalçaların lazım olmadığını demiş, o Nailəyə səhər 09 radələrinə kimi vaxt vermiş və əşyalarının geri qaytarmasını tələb etmiş, qaytarmadığı təqdirdə polisə şikayət edəcəyini bildirmiş, xx xxxxxx 2018-ci il tarixdə Nailənin əşyalarını qaytarmadığını görüb Abşeron rayon Polis İdarəsinə evindən oğurluq olması barədə şikayət etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 9 ünvanında yaşayır. Beş ilə yaxındır ki, Abşeron rayonu, Hökməli qəsəbəsi “Nübar” yaşayış massivində 08 sot hasara alınmış torpaq sahəsində olan kürsülü, bir mərtəbəli evi var, həmin ev tam təmirli və ev əşyaları ilə təmin olunmuş vəziyyətdədir. Təxminən bir il olar ki, atanın xəstəliyi ilə əlaqdar Bakı şəhərindəki evlərində yaşamağa başlamışlar və həmin evi boş qalmasın deyə kirayə vermişlər, təxminən dörd ay öncə kirayə yaşayanları da evdən çıxardıqdan sonra o, vaxtı olanda həmin evinə baş çəkməyə getmiş, axırıncı dəfə 2018-ci ilin dekabr ayının əvvəllərində tarixini xatırlamadığı gündə həmin evdə olub hər şeyin yerində olduğunu görüb qapı və pəncərələri bağlayıb Bakıdakı evlərinə getmişdir. xx xxxxxx 2019-cu ildə saat 17 radələrində həmin evə başçəkməyə gəldiyi vaxtı evin həyət darvazasının qıfılının açılmadığını görüb, hasardan aşaraq həyətə keçmiş və evin dəmirdən olan giriş qapısına yaxınlaşıb açmaq istəmiş, həmin vaxtı qapının qıfılının açıq vəziyyətdə olduğunu görüb tez içəriyə daxil olmuş və evinin otaqlarındakı əşyalarının dağınıq vəziyyətdə olduğunu, mətbəxdəki mebelin üstündəki şüşə bankaya qoyduqları1380 manat dəyərində 5 ədəd brilyant qaşı olan qızıl üzüyün, yataq otağındakı güzgülü dolabın siyirməsində saxladıqları 100 manat dəyərində olan “Canon” markalı rəqəmsal fotoaparatın yerində olmadığını və yataq otağının plastik pəncərəsindəki dəmir barmaqlığın bir hissəsinin yerindən qopardılmış vəziyyətdə olduğunu müəyyən edib evdə olmadıqları müddətdə naməlum şəxsin pəncərədən evlərinə daxil olub həmin əşyaları oğurladığını yəqin edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, baş vermiş oğurluq nəticəsində ona ümimilikdə 1480 manat maddi ziyan vurulduğunu və baş vermiş oğurluq hadisəsində şübhələndiyi şəxslərin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. 2012-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsi, stadion yolu deyilən ərazidə 03 sot torpaq sahəsi almış, 2014-cü ildən qeyd olunan torpaq sahəsində iki otaqlı ev tikdirib həmin evdə yaşayır. Son zamanlar o, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yaşayır, lakin mütəmadi olaraq Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedib, nəzarət etmişdir. xx xxxxxx 2018-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Qobu səbəsindəki evinə getmiş, evin qapısını açmış, evə nəzarət etmiş, bundan sonra həyətdə bir az işlədikdən sonra saat 18 radələrində evin və həyət darvazasının qapısını açarla bağlayaraq Abşeron rayonu, Saray qəsəbəsindəki evinə getmiş, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında Abşeron rayonu, Qobu kənd sakini Malik onun mobil telefonuna zəng etmiş, evin qapısının açıq olduğunu demiş, o, Malikə hasardan həyətə keçməyi və qapıya baxmağı xahiş etmiş, xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında Malik yenidən ona zəng edərək, evin qapısının açıq olduğunu və evin dağınıq vəziyyətdə olduğunu bildirmiş, o, əri Əlibala Qarayevlə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsindəki evinə getmiş, həyətin darvazasını açarla açaraq içəri daxil olduqda evin dəmir qapısının sındırıldığını görmüş, bundan sonra evin içərisinə daxil olduqda oradan əşyaların oğurlandığını görmüş və dərhal Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gələrək onun evindən hər birinin qiyməti 140 manat olan iki ədəd su qızdırıcının, bir ədəd 180 manat dəyərində “Ariston” markalı su qızdırıcısının, hər birinin dəyəri 350 manat olan iki ədəd xalçanın, şifonerin üzərində olan qara rəngli əl çantasının içərisindən 1855 manat pulun, bir ədəd 120 manat dəyərində turpanın, bir dəst 170 manat dəyərində duş dəstinin, hər biri 35 manat olmaqla iki ədəd su kranının, 115 manat dəyərində bir ədəd qranit qazanın, 175 manat dəyərində iki ədəd olan qazan dəstinin, 250 manat dəyərində üç ədəd olan qazan dəstinin oğurlandığını aşkar etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 10 ünvanında yaşayır, onun özünə məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində divar daşlarından hörülmüş iki mərtəbəli fərdi yaşayış evi var, yay aylarında o, ailəsi ilə birlikdə gedib həmin evdə yaşamışlar. Axırıncı dəfə o, xx.xx.2019-cu il tarixdə evində olduğu vaxt evində hər şeyin öz qaydasında olduğunu görmüş, xx.xx.2019-cu il tarixdə təxminən saat 10 radələrində həyətində bağban işləyən Adil adlı şəxs onun mobil telefonuna zəng vuraraq Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən evinin dəmir giriş qapısının açıq vəziyyətdə olduğunu bildrimiş, bundan sonra o, öz evinə gəldikdə doğurdan da kənar şəxslərin onun evinə qanunsuz daxil olaraq, oradan dəyəri 500 manat olan bir ədəd «Веко» markalı paltar yuyan maşını, 350 manat dəyərində bir ədəd televizoru, dəyəri 150 manat olan bir ədəd tozsovuran aparatı, dəyəri 60 manat olan bir ədəd «DVD» aparatını, dəyəri 700 manat olan bir ədəd antikvar «samovarı», dəyəri 1000 manat olan bir ədəd «Ega» markalı kombi istilik sistemi aparatını, ümumi dəyəri 700 manat olan müxtəlif çeşiddə spirtli içkiləri, dəyəri 20 manat olan bir ədəd «samovarı» oğurladıqlarını görmüş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 3480 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 11 ünvanında yaşayır. 2008-ci il tarixdə özünə fərdi yaşayış evi inşa etmək məqsədi ilə Abşeron rayonu, Qobu qəsəbəsində 4 sot torpaq sahəsi almış və həmin tarixdən etibarən iki mərtəbəli evin inşasına başlamış, 2010-cu il tarixdə evin birinci mərtəbəsinin inşasını başa çatdırmış, maddi imkansızlıq ücbatından evin ikinci mərtəbəsinin təmir işini başa çatıra bilməmiş, 2015-ci ilədək olan müddətə qədər evdə yaşayış olmuş, sonradan isə tətillərdə həmin evə gedirmişlər, onlar evdə olmadıqları müddətdə evə nəzarət etmək üçün evin açarını Razi adlı qonşularına vermişlər. Təxminən 15-20 gün əvvəl Abşeron rayonu, Qobu qəsəbəsində evin açarı uzun müddət istifadədən sonra sınmış, o, xx xxxx 2019-cu il tarixdə onda olan açarın surətini çıxarıb Raziyə göndərmiş, elə həmin gün də qonşusu Razi evə baxdıqdan sonra ona zəng vurub evdən oğurluq olması barədə xəbər vermiş, o, dərhal DİN-in 102 xidmətinə zəng vurub evindən oğurluq olması barədə məlumat vermiş, oğurluq hadisəsi ilə bağlı 2019-cu ilin mart ayının 20-dən 22-dək olan müddət ərzində naməlum şəxs (şəxslər) tərəfindən ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən iki mərtəbəli yaşayış evinin birinci mərtəbəsində yerləşən arxa yataq otağının pəncərəsinin çöl tərəfində qurulmuş dəmir barmaqlığı sındırılaraq pəncərəni açmaqla evə daxil olduqları və evdən 01 ədəd su filteri ilə birlikdə gidrofor, 01 ədəd generator, 01 ədəd çamadan, 01 ədəd odun samovarı, 01 ədəd çayniki ilə birlikdə elektrik samovarı, 01 ədəd fen, 03 ədəd inşaat üçün nəzərdə tutulmuş açar dəsti, 01 ədəd işıq tənzimləyən aparatı, 04 ədəd su krantları, 02 ədəd avto təmir nəzərdə tutulmuş açar dəsti, 200 metr mis materialından olan 4 mm-lik elektrik naqil, 01 ədəd ləpə çəkən maşın, 01 ədəd bıçaq dəsti, 01 ədəd dağıdıcı-drel, 01 ədəd drel, 01 ədəd geyilməmiş qəhvəyi rəngli kiçi ayaqqabı, bir ədəd az işlənmiş çəkmə, 01 ədəd mühəndislər üçün nəzərdə tutulmuş az işlənmiş çəkmə, 01 ədəd üzqırxan maşını və 01 ədəd 10 metrlik elektrik ötürücüsü oğurlandığı müəyyən olunmuş və oğurluq nəticəsində ona ümumilikdə 2700 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X15 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki,o, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində ailə üzvləri ilə birlikdə yaşayır, o, son zamanlar Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən evində təmir işləri apardığıüçün Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamışdır. xx xxxx 2019-cu il tarixdə o, həmin evinə başçəkərək Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi evinə getmişdir. xx xxxx 2019-cu il tarixdə saat təxminən 19 radələrində həmin evinə gələrkən naməlum şəxs və ya şəxlər evə pəncərənin dəmir barmqlığını sındırmaq yolu ilə daxil olaraq evdən 1 ədəd 750 manat dəyərində “Vestel” televizorunu, 1 ədəd 125 manat dəyərində qaz peçini, 1 ədəd 75 manat dəyərində samovarını, 150 manat dəyərində elektrik naqillərini və 30 manat dəyərində 2 ədəd yun örtüklərini oğurladıqlarının şahidi olmuş, o, bu barədə polisə məlumat verdikdən sonra evə yenidən baxmış və evdən həmin əşyalardan başqa 1 ədəd 120 manat dəyərində laqondanı, 1 ədəd 150 manat dəyərində Boos markalı perefaratorunu, 1 ədəd 50 manat dəyərində mantaj ütüsünü, 1 ədəd 100 manat dəyərində göy rəngli qış gödəkçəsini və 70 manat dəyərində matora gələn kabelləri oğurlandığını müəyyən etmiş, o, oğurluqla bağlı heç kimdən şübhələnməmiş, onun heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki,o, ailəsi ilə birlikdə ünvan 12 ünvanında yaşayır, təxminən 2015-ci ilin sentyabr ayında özünə Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində 3 sot torpaq sahəsi alaraq fərdi yaşayış evi inşa etməyə başlamış, hal-hazırda həmin evdə təmir bərpa işləri aparılır. O, xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 18 radələrində həmin evinə gələrək baş çəkib çıxıb getmiş, həmin günün səhəri yəni xx xxxxxxxx 2019-cu il tarixdə təxminən saat 11;30 radələrində evinə gələrkən naməlum şəxs və ya şəxlər evə pəncərənin dəmir barmaqlığını sındırmaq yolu ilə daxil olaraq evdən 5 ədəd 682 manat dəyərində istilk qızdırıcılarını, 240 manat dəyərində 1 ədəd qaz peçini və 120 manat dəyərində 4-lük 300 metrlik elektrik naqillərini oğurladıqlarını görmüş, o da dərhal hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermiş,sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmişlər. Ümumilikdə ona 1042 manat maddi ziyan dəymiş, onun heç kimlə düşmənçiliyi və ədavəti olmamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs16 Heydər oğlunun elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 14 ünvanında yaşayır. O, Azərbaycan Xəzər Dəniz Nəqliyyat Donamasmda” kapitanın növbə köməkçisi vəzifəsində işləyir. 2018-ci ilin dekabr ayında özünə Abşeron rayonu Hökməli qəsəbəsi At-Yalı yaşayış massivində 5 sot torpaq sahəsinin içərisində fərdi yaşayış evi almış, həmin ev 1 mərtəbəli kürsülüdür. Evdə hal-hazırda təmir işləri aparılmır və evdə yaşayış olmadığı üçün orada hər hansı bir əşya yoxdur. xx.xx.2019-cu il tarixdə o, axşam saatlarında həmin evinə baş çəkərək çıxıb getmiş, bundan sonra xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində mən həmin evinə baş çəkərkən naməlum şəxs və ya şəxslər evinə giriş qapısının sol hissəsində olan daşı aşırmaq yolu ilə daxil olaraq evdən divarlara çəkilmiş 300 metr 6-lıq və 500 metr 4-lük elektrik naqillərini çıxarıb oğurlandığını görmüş, oğurluq nəticəsində ona ümumilikdə 1000 manat məbləğində maddi ziyan dəymiş və oğurluqla bağlı o, heç kimdən şübhələnməmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 15 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 2010-ci ildə Abşeron rayonu, Qobu qəsəbəsində 0.10 ha torpaq sahəsi almış və həmin ərazidə özünə yayda dincəlmək üçün 1 otaqdan, hamam tualetdən və dəhlizdən ibarət balaca ev tikmiş, həmin torpaq sahəsində üzəri bağlı olan manqal yeri və besetkadan ibarət yerdə tikdirmiş, o, hər həftənin sonlarında həmin evə gedib-gəlmişdir. O, 2019-cu ilin yanvar ayının əvvəllərində Abşeron rayonu, Qobu qəsəbəsindəki evinə getdikdə həmin evin kənarında dəmirdən olan qarajın qapısının kilidinin sındırıldığını görmüş və qaraja baxış keçirmiş, həmin zaman qarajdan müxtəlif çeşidli əşya və avadanlıqların oğurlandığnı aşkar etmiş, həmin zaman qarajdan 2000 manat dəyərində dəmir armaturun, 3000 manat dəyərində armatur toxunmaq üçün dəmirdən xamutların, 100 manat dəyərində dəmir boruların, 3 ədəd dəyəri 1500 manat olan işıq projektorların, 2000 manat dəyərində dəmirdən sauna peçinin, 500 manat dəyərində dəmirdən olan vintelyatorun, 1500 manat dəyərində elektrik naqillərin, 3 qutu dəyəri 180 manat olan emusiyanın, 1 qutu dəyəri 120 manat olan dekor və 6 qutu dəyəri 90 manat olan lakın oğurlandığnı görmüş, daha sonra o, həmin oğurluq barədə ərazinin sahə rəisi olan Telman adlı polis əməkdaşına məlumat vermiş, həmin məlumatdan sonra Telman və ərazinin əməliyyat müvəkkili olan Şahid1 hadisə yerinə gəlmişlər. Telmangil oğurluq olması barədə ona ərizə yazmamasını xahiş etmiş və cinayəti törədəni tez bir zamanda tapıb ona dəymiş ziyanı ödətdirəcəyini bildirmişlər. Təxminən həmin hadisədən 4-5 gün sonra o, Abşeron rayonu, Qobu qəsəbəsinə getmiş və orada evinin yaxınlığında olan kameraların olduğunu Telmanla İbrahimə demiş, həmin vaxt o, İbrahim və Telmana onun qarajından oğurluq olması barədə şübhəli qazelin olduğunu demiş, Telman ona oğurluq edən şəxsin izinə düşdüklərini demişlər. Lakin buna baxmayaraq heç bir nəticə olmamışdır. Bir müddət keçdikdən sonra, yəni 2019-cu ilin may ayının ortalarında o, Abşeron rayonu, Qobu qəsəbəsindəki evinə getdikdə evinin pəncərəsinin sındırıldığını və evdən yenə də oğurluq olduğunu görmüşdür. Həmin zaman evdən 1832-ci ilə aid olan təxminən qiyməti 7000 manat dəyərində antikvar ox, əl işi olan taxtadan dəyəri 800 manat olan saat, əl işi olan 500 manat dəyərində nərd, təxminən dəyəri 300 manat olan Çexiya Respublikasının buraxılışı olan qablar, təxminən dəyəri 3000 manat dəyərində xalça, divardan asılmış dəyəri 300 manat olan çərçivədə şəkil, 3 ədəd dəyəri 500 manat olan əl işindən ibarət heykəllərin oğurlandığnı aşkar etmişdir. O, yenə də Telmama zəng vurmuş və Telmana oğurluq barədə məlumat vermişdir. Telman da yenə də həmin yerə gəlmişdir. Yenə Telman ərizə yazmamasını ona bildirmiş, bir müddət keçdikdən sonra Telman ona zəng vuraraq oğurluq edən şəxsi tez zamanda tutacağını ona bildirmişdir. Lakin yenə də heç bir nəticə olmamışdır. O, dəfələrlə Telmanın və İbrahimin mobil telefonlarıma zəng vursa da həmin şəxslər onun telefonlarına cavab verməmişlər. Bundan sonra xx xxxxxxxx 2019-cu il tarixdə ona yenə də Abşeron rayonu, Qobu qəısəbəsindəki evinə gəldikdə həmin evdən yenə də oğurluq olduğunu aşkar etmiş, belə ki, evdən dəyəri 200 manat olan somavarın, 4 ədəd dəyəri 60 manat olan meyvə qabların, 12 ədəd dəyəri 100 manat olan stəkanların və ümumi dəyəri 120 manat olan kabab şişlərinin oğurlandığnı aşkar etdikdən sonra yenə də sahə rəisi Telmama zəng vurmuş, lakin Telman onun telefonuna cavab verməmişdir. Bundan sonra xx xxxxxxxx 2019-cu il tarixdə o, evindən müxtəlif vaxtlarda oğurluq olmasına dair Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etmişdir. Daha sonra Abşeron rayon polis idarəsinin əməkdaşları ilə hadisə yerinə baxış keçirtməyə getdikdə yenə də evindən oğurluq olmasını aşkar etmişdir. Həmin vaxt da evdən dəyəri 200 manat olan kondisionerin, 2 ədəd dəyəri 120 manat olan xalçaların, 800 manat dəyərində elektrik naqillərinin və dəyəri 250 manat olan çilçıraqın oğurlandığnı görmüş, həmin zaman digər çılçırağın isə sındırıldığını görmüş, daha sonra Abşeron rayon polis idarəsinin əməkdaşları hadisə yerinə baxış keçirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayon X24 Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx xxx 2019-cu il tarixdə işdə növbədə olduğu zaman sonradan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi evdə yaşayan adının Zərərçəkmiş şəxs9 bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinin pəncərəsinin dəmir barmaqlığını sındırılaraq evin uşaq otağından 1 ədəd pereparatorun və 1 ədəd laqondanın oğurlanması ilə bağlı ümumilikdə 330 manat məbləğində maddi ziyan vurulmasını bildirmiş, həmin şəxsin müraciəti ilə bağlı Abşeron rayon polis idarəsinin istintaq şöbəsində müstəntiq tərəfindən cinayət işi başlanmış və idarə rəhbərliyi onlara həmin şəxsin evindən 1 ədəd pereparatorunu və 1 ədəd laqondasını oğurlayan şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirməkləri barədə göstəriş vermiş, bununla bağlı o, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 və Abşeron RPİ-nin İTŞ-nn sahə rəisi polis kapitanı Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, sonra onlar əməliyyat-axtarış tədbirlərini keçirməyə başlamışlar. Keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evindən pəncərəsinin dəmir barmaqlığını sındıraraq evin uşaq otağından 1 ədəd pereparatoru və 1 ədəd laqondanı oğurlayan şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş və həmin şəxslərdən biri Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Təqsirləndirilən şəxs2 etiraf edərək bildirmişdir ki, “xx xxx 2019-cu il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə bir yerdə Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evindən bir ədəd pereparatoru və bir ədəd laqondanı, 2019-cu ilin may ayının sonlarında saat 23 radələrində Təqsirləndirilən şəxs1 ilə bir yerdə X2 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin saxlanc yerindən 1 ədəd “İmergas” markalı kombi apartını gizli talayaraq oğurlamış və həmin əşyaları tanımadığı şəxslərə satmış, bundan başqa Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “o bundan başqa tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və qardaşı Təqsirləndirilən şəxs4 ilə bir yerdə xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin həyətindən elektrik generatorunu gizli talayaraq oğurlamışlar”. Bununla bağlı idarə rəhbərliyinə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs2 dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 dediklərindən sonra onlar keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən biri olan Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlayaraq Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs3 etiraf edərək bildirmişdir ki, “tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə bir yerdə xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin həyətindən elektrik generatorunu, xx.xx.2019-cu il tarixdə saat 02 radələrində X13 məxsus Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə nömrəsiz evdə yerləşən evinin plastik pəncərəsini açaraq qanunsuz içəriyə daxil olmaqla evdən 150 manat dəyərində plastik qapını, 700 manat dəyərində “Samsung” markalı 82 dioqanallı televizoru, 150 manat dəyərində su qızdırıcısını və 50 manat dəyərində su nasosunu, xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində Abşeron rayonu Qobu qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs18 məxsus "Tatoğlu az-beton" konstruksiyası zavodundan 3000 (üç min) manat dəyərində elektrik kabellərinini gizli talayaraq oğurlamış və həmin əşyaları tanımadığı şəxslərə satmışdır ”. Bununla bağlı idarə rəhbərliyinə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs3 dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Bundan sonra onlar keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən biri Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlayaraq Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs1 etiraf edərək bildirmişdir ki, “xx xxxxxx 2018-ci il tarixdə gecə saat 05 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evindən 02 ədəd qırmızı rəngdə xalçanı, 02 ədəd 02 üzlü böyük ədyalı, 02 ədəd yorğanı, 01 ədəd ütü masasını, 02 ədəd qazan dəstini, 01 ədəd şirə çəkən maşınını, 01 ədəd ət çəkən maşınını, 02 ədəd stəkan naborunu, 01 ədəd gəlin gülünü, 01 ədəd mətbəx naborunu, 02 ədəd atlas materiallı yorğan dəstini, 01 ədəd taxt üzü dəstini, 05 ədəd dəsmal dəstini, 05 ədəd bədən dəsmalını, 01 ədəd padnosu, 01 ədəd kartoşka qızardanı, 05 ədəd asılqanı, 01 ədəd mətbəx üçün muncuqlu pərdəni, 01 ədəd hamam aksesuarını, 02 ədəd qadın çantasını, 01 ədəd qadın üçün pul kisəsini, 03 ədəd qadın üçün gecə paltarını, 03 ədəd qadın üçün alt paltarını, 02 ədəd alt paltarını, 01 ədəd şalvarı və 02 ədəd kalqotkanı, kosmetika naborunu, 04 ədəd fransız ətirini, 01 ədəd koftanı, 04 ədəd şortik dəstini, 01 ədəd gəlin tacını, 02 ədəd gəlin başına taxılan sancağı, 01 ədəd mirvari dəstini, 01 ədəd çətiri, 03 ədəd şalı və 02 ədəd yaylığı və 02 ədəd ev dəsmalını, 2018-ci ilin dekabr ayında müxtəlif vaxtalarda Zərərçəkmiş şəxs5 Əlbəndə oğluna məxsus Abşeron rayonu, Nübar qəsəbəsində yerləşən fərdi evindən olan bir ədəd qaz peçini, bir ədəd 82 sm ekran LG markalı televizoru, bir ədəd hidrofonlu su motorunu, bir ədəd laqondanı, bir ədəd dreli, bir ədəd «Evrolux» markalı ətçəkən maşını, bir ədəd elektriklə işləyən samovarı, bir ədəd ütünü, 2 ədəd odeyalı, taxt üstlüyünü, gümüşdən hazırlanmış sep və üzükləri, üç ədəd gümüşə oxşar qabları, xx.xx.2019-cu il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi “Nübar” yaşayış massivində yerləşən fərdi evindən 05 ədəd brilyant qaşlı qızıl nişan üzüyü və 1 ədəd “Canon” markalı rəqamsal fotoaparatı, xx xxxxxx 2019-cu il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evindən iki ədəd su qızdırıcını, bir ədəd “Ariston” markalı su qızdırıcısını, iki ədəd xalçanı, yataq otağındakı şifonerin üzərində olan qara rəngli əl çantamın içərisindən 1855 manat nəğd pulu, bir ədəd turpanı, bir ədəd duş dəstini, iki ədəd su kranını, bir ədəd qranit qazanı, iki ədəd olan qazan dəstini, üç ədəd qazan dəstini, xx.xx.2019-cu il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Atyalı yaşayış massivi, M.İbrahimov küçəsində yerləşən bir mərtəbəli fərdi evindən 1 ədəd “Nurqaz” markalı qaz piltəsini, 1 ədəd “Samsung” markalı paltaryuyan maşını, evin yataq otağından 1 ədəd “Samsung” markalı stolüstü komputeri və 1 ədəd betonvibratorunu, xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi yaşayış evindən bir ədəd «Beko» markalı paltar yuyan maşını, bir ədəd televizoru, bir ədəd tozsoran aparatı, bir ədəd «DVD» aparatını, bir ədəd qədimi «samovarı», bir ədəd «Ega» markalı kombi istilik sistemi aparatını, müxtəlif çeşiddə spirtli içkiləri və bir ədəd samovarı, xx xxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən fərdi evindən bir ədəd «Samsung» markalı paltar yuyan maşını, bir ədəd «saz» musiqi alətini, iki ədəd «qitara» musiqi alətini, bir ədəd mikrodalğalı sobanı, bir ədəd tozsoran aparatı və bir ədəd «DVD» player aparatını, xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evindən 01 ədəd su filteri ilə birlikdə gidroforu, 01 ədəd generatoru, 01 ədəd çamadanı, 01 ədəd odun samovarını, 01 ədəd çayniki ilə birlikdə tok samovarı, 01 ədəd feni, 03 ədəd inşaat üçün nəzərdə tutulmuş açar dəstlərini, 01 ədəd işıq tənzimləyən aparatnı, su krantlarını, 02 ədəd avto təmir üçün nəzərdə tutulmuş açar dəstlərini, mis materilından olan elektrik naqilini, elektrik naqilini, 01 ədəd ləpə çəkən maşını, 01 ədəd bıçaq dəstini, 01 ədəd dağıdıcı-dreli, 01 ədəd dreli, 01 ədəd qəhvəyi rəngli kişi ayaqqabısını, 02 ədəd çəkməni, 01 ədəd üzqırxan maşını və 01 ədəd elektrik ötürücüsünü, tanışı Təqsirləndirilən şəxs2 ilə bir yerdə xx xxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evindən bir ədəd “Devald” markalı pereparatoru və bir ədəd “Bosch” markalı laqondanı, tanışı Təqsirləndirilən şəxs2 ilə bir yerdə 2019-cu ilin may ayının sonlarında saat 23 radələrində X2 məxsus Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evindən 1 ədəd “İmergas” markalı kombi apartını, tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə bir yerdə xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin həyətindən bir ədəd elektrik generatorunu, tanışı Təqsirləndirilən şəxs3 ilə bir yerdə xx.xx.2019-cu il tarixdə saat 02 radələrində X13 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evindən bir ədəd plastik qapını, bir ədəd 82 dioqanallı “Samsung” markalı televizoru, bir ədəd su qızdırıcısını və bir ədəd su nasosunu, xx xxxx 2019-cu il tarixdə saat 01 radələrində X18 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən fərdi evindən 01 ədəd “Vestel” markalı televizoru, 01 ədəd qaz peçini, 01 ədəd samovarı, elektrik naqillərini, 02 ədəd yun örtüklərini, 01 ədəd laqondanı, 01 ədəd «Bosh» markalı perefaratoru, 01 ədəd montaj ütüsünü, 01 ədəd göy rəngli qış gödəkçəsini və elektrik kabellərini, xx xxxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən fərdi evindən 5 ədəd istilik qızdırıcısını, 1 ədəd qaz peçini və elektrik naqillərini, xx xxxxxxxx 2019-cu il tarixə keçən gecə saat 03 radələrində Zərərçəkmiş şəxs15 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən fərdi evindən 1 ədəd lazer aparatını, 1 ədəd perefaratorunu, 1 ədəd dreli, 1 ədəd su matorunu və 6 ədəd mis qazanı, xx xxxxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs16 Heydər oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, At-Yalı yaşayış massivində yerləşən fərdi evinin divarlarından müxtəlif diametr ölçüdə olan elektrik naqilləri, xx xxxxxxxx 2019-cu il tarixədə saat 02 radələrində Zərərçəkmiş şəxs17 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi evindən bir ədəd kondisioneri, 2 ədəd xalçanı, bir ədəd samovarı, elektrik naqillərini və bir ədəd çilçıraqını oğurlamış və həmin əşyaları Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində tanımadığı şəxslərə satmışdır”. O Bununla bağlı idarə rəhbərliyinə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs1 dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmişdir. Bundan sonra onlar keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərdən biri Təqsirləndirilən şəxs4 xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində saxlayaraq Abşeron rayon polis idarəsinə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs4 etiraf edərək qardaşı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs1 və X16 ilə bir yerdə xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yerləşən 3 mərtəbəli fərdi yaşayış evinin həyətindən elektrik generatorunu gizli talayaraq oğurladığını bildirmiş, bununla bağlı idarə rəhbərliyinə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs4 dindirilməsindən ötrü istintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, X10 və Təqsirləndirilən şəxs4 başqa cinayətlər törməsinin müəyyən edilməsi ilə bağlı tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. İş üzrə Şahid1 məhkəməyə ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin əməkdaşları Şahid2 və Şahid3 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, onlar Şahid1 ilə oxşar məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Qobustan kəndində yerləşən fərdi yaşayış evində yaşayır, onun həmin kənddə xırda ərzaq məhsulları satılan marketi var, o, həmin marketdən əldə etdiyi gəlirlə ailəsini dolandırır. Yaşadığı və marketi işlətdiyi kənddə tez-tez işıqlar sönür. Ona görə də generator almaq fikrinə düşmüş, 2019-cu ilin iyun ayının ortalarında həmkəndlisi olan Baxşəliyev Elməddin onun işlətdiyi mağazaya gələrək Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan xalası oğlanlarında satlıq elektrik generatoru olduğunu dedikdə o, həmin generatora baxıqdan sonra ala biləcəyini bildirmiş, bundan sonra o, Elməddinlə Abşeron rayonu, Qobu qəsəbəsinə gəlmiş, onlar həmin evə gəldikdə Elməddin xalasıgilin evi olduğunu ona demiş, bundan sonra həmin evdən iki nəfər cavan oğlan adlarını sonradan bildiyi Ceyhun və Niyaməddin ona yaxınlaşmış və generatoru satmaq istədiyini ona bildirmişlər, o, da həmin generatorun qiymətini soruşduqda generatoru 250 manata sata biləcəyini demiş, o, həmin generatorun oğurluq olub-olmamasını soruşduqda həmin şəxslər də həmin generatorun özlərinə məxsus olduğunu ona dedikdən sonra Ceyhun və Niyaməddinlə razılaşaraq elə həmin yerdə 250 manat pul verdikdən sonra genratoru Ceyhungildən alıb yaşadığı Abşeron rayonu, Qobustan kəndinə gətirmiş, generator bir az köhnə və nasaz olduğundan o, həmin generatoru biraz təmir etdirmiş, bundan sonra bir nəfər kəndə gəlmiş və polis əməkdaşı olduğunu və almış olduğu generatorun oğurluq olduğunu ona demiş, o, da həmin generatoru könüllü olaraq polis əməkdaşlarına təhvil vermiş, o, əlavə olaraq həmin generatoru alan zaman Ceyhun və Niyaməddinin ona generatorun özlərinə məxsus olduğunu və oğurluq olmadığını bildirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Abşeron rayonu, Qobu qəsəbəsində dəmir metalların qəbulu işi ilə məşğul olur, fəaliyyəti əlvan metalların tullantılarının qəbulu və satışından ibarətdir. Kənd camaatı lazımsız və yararsız olan dəmir, mis, alminium və dural metalları işlədiyi metal qəbulu məntəqəsinə gətirir, o da həmin metalları alıb metal əritmə zavoduna təhvil verir. Elxanı həmkəndlisi kimi tanıyır, Elxanla heç bir münasibəti yoxdur. xx.xx.2019-cu il tarixdə işlətdiyi əlvan metal qəbulu məntəqəsinə olduğu zaman Elxan əlində bir ədəd kisə ilə yanına gələrək evini təmir etdiklərini, evdən çıxan köhnə kodinsionerin mühərriki yararsız olduğu üçün metallom kimi satdığını bildirmiş, o da Elxana inanıb həmin kondinsionerin sökülmüş vəziyyətdə mis metalını Elxandan 30 manata almış və sonra metal əritmə zavoduna satmış, o, Təqsirləndirilən şəxs1 ona satdığı bir ədəd köhnə yararsız kondinsionerin oğurluq olduğunu bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə ünvan 17 ünvanında yaşayır. O, maddi cəhətdən imkanı aşağı olduğu üçün istifadə olunmuş məişət əşyalarının alışı və satışı ilə məşğul olur, internet vasitəsi ilə aldığı məişət əşyalarının satışı ilə məşğul olur, onun qohumlarının əksəriyyəti Abşeron rayonu, Qobu qəsəbəsində yaşadığı üçün qohumlarına da kimsə də istifadə olunmuş kombi aparatı olarsa onu alacağını demişdir. 2019-cu ilin may ayının sonlarında bir nəfər şəxs ona zəng edərək satlıq kombi aparatının olduğunu və almasını təklif etmiş, o da həmin şəxsə yaşadığı ünvanı deyərək həmin ünvana gəlmələrini bildirmiş, həmin gün təxminən saat 14 radələrində dövlət nömrə nişanını xatırlamadığı taksi ilə iki nəfər sonradan adlarını bildiyi Elxan və Ceyhun adlı şəxs onun evinin həyətinin giriş qapısının qarşısına gəlmişlər, o da küçəyə çıxıb əvvəllər tanımadığı həmin şəxslər ona üzərində “İmergas” sözləri yazılmış kombi aparatını təqdim edərək həmin kombi aparatının özlərinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişlər. O da həmin şəxslərə kombi aparatının oğurluq olub-olmadığını soruşmuşdur. Bu vaxt həmin şəxslərdən biri ona həmin kombinin özünə məxsu olduğunu və satdığını demişdir. O, bundan sonra həmin şəxslərlə həmin kombini almağa 200 manata razılaşmışdır. Daha sonra kombi aparatını götürüb 200 manat pulu həmin şəxslərə vermişdir. Elxan və Ceyhun adlı şəxslər isə taksiyə minərək çıxıb getmişlər. O da həmin kombi aparatını şəkilini çəkərək internet saytına yerləşdirmişdir. Həmin günün səhəri o, kombi aparatını 280 manata tanımadığı şəxsə internet vasitəsi ilə satmış, lakin, o, həmin kombi aparatının oğurluq yolu ilə əldə edildiyini bilməmiş və onun bu barədə heç bir məlumatı olmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş X14 elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, o, X11 2008-ci il tarixdən tanıyır, onun qonşusudur. 2015-ci il tarixdən Ağazahidin evində yaşayış olmadığından evə nəzarət etmək üçün evin açarını ona vermişdir. 2015-ci ildən həmin evdə yaşayış olmasada tətillərdə Ağazahid ailəsi ilə birlikdə gəlib həmin evdə qalmışlar. Təxminən 15-20 gün qabaq Ağazahidin evindən plastik boruları birləşdirmək üçün qaynaq aparatını götürüb evin qapısını bağlayanda açar sınmış, bu barədə Ağazahidə evin qapısının açarının sındığı barədə məlumat vermiş, Ağazahid ona özündə olan evin açarından surət çıxardıb göndərəcəyini bildirmiş, xx xxxx 2019-cu il tarixdə Ağazahid ona evinin açarını göndərmiş, o, Ağazahidin evindən götürdüyü plastik boru birləşdirmək üçün qaynaq aparatını yerinə qoymaq və eyni zamanda evə nəzarət etmək üçün Ağazahidin evinə getmiş. açarla evin qapısını açdıqdan sonra evə daxil olub qaynaq aparatını yerinə qoyanda evin dağınıq vəziyyətdə olduğunu görüb evə kənar şəxsin daxil olmasından şübhələnmiş, evə ətraflı baxdıqdan sonra çölə çıxıb və üstündə olan fanarla evin pəncərələrinə diqqətlə baxanda evin arxa tərəfində yataq otağının pəncərəsinin çöl tərəfində olan dəmir barmaqlığın qırıldığını görmüş, həmin dəmir barmaqlıq sındırılmasına baxmayaraq yerində sınmış vəziyyətinə diqqətlə baxanda aydın olmuşdur ki, evə daxil olan şəxs dəmir barmaqlığı çıxararaq pəncərəni açıb evə daxil olmuş, sonra evdən çıxandan dəmir barmaqlığı kor-koranə yerinə keçirtmişlər. Bu mənzərəni gördükdən sonra evə oğru girdiyini başa düşmüş və dərhal Ağazahidə zəng vurub məlumat vermiş və bir qədər sonra Ağazahid özüdə oraya gəlmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi ev 96-da yaşayır. X12 tanıyır, onunla qonşuluqda yaşayır. 2019-cu ilin iyul ayında Elvin ona yaxınlaşaraq bir ədəd “Ariston” markalı elektrik su qızdırıcısının olduğunu və pula ehtiyacı olduğuna görə satmaq istədiyini bildirmiş, o, Elvindən həmin elektrik su qızdırıcısını neçəyə satmasını soruşduqda Elvin ona 40 manata sata biləcəyini demiş, o da Elvinlə razılaşıb su qızdırıcısını Elvindən 40 manata almış, o, su qızdırıcısını Elvindən alarkən həmin elektrik su qızdırıcısının oğurluq olub-olmamasını soruşduqda Elvin ona həmin elektrik su qızdırıcıdan evlərində iki ədəd olduğunu və pula ehtiyacı olduğundan həmin elektrik su qızdırıcılardan birini satdığını demiş, bir müddət keçdikdən sonra Abşeron rayon polis idarəsinin əməkdaşları onun evinə gələrək Elvindən almış olduğu elektrik su qızdırıcısının oğurluq əmlak olduğunu və Elvinin həmin su qızdırıcısını oğurlayaraq ona satmasını dedikdə könüllü olaraq həmin su qızdırıcısını polis əməkdaşlarına təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X8 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs18 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs9 ilə oxşar məzmunlu ifadə vermişdir. X32 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X32 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 25904nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və əvvəllər uzun müddət istismar edilmiş, markası, modeli, istehsal ili və yeri, eləcə də texniki göstəriciləri məlum olmayan bir ədəd elektrik generatorunun hazırki vəziyyətdə xx.xx.2019-cu il tarixə, respublika daxili və pərakəndə satış qiyməti 300,00 manat müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 27068 saylı məhkəmə -əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd üzərində “ X38 100, N/cm2, Made in İtaly” yazıları olan elektriklə işləyən su qızdırıcısının istifadə olması nəzərə alınmaqla 2019-cu ilin iyun olan orta bazar qiyməti təxminən 80,00 manat müəyyən edilir. İş materiallarından görünür ki, istintaq zamanı X4 aşkar olunaraq götürülmüş 1 ədəd “Ariston” markalı elektrik su qızdırıcısı ekspertizadan sonra maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü sahibi X13 qəbzlə təhvil verilmişdir. İş materiallarından görünür ki, istintaq zamanı Şahid4 aşkar olunaraq götürülmüş 1 ədəd elektrik generatoru ekspertizadan sonra maddi sübut qismində tanınaraq və saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs11 qəbzlə təhvil verilmişdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsləri dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki,təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özlərinin ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslə rTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs4Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraqTəqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 xx.xx.2018-ci il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) və Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Fizuli Hərbi məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 338.1 və 62-ci maddələri ilə təqsirli bilinərək barəsində 200 manat cərimə cəzası təyin edilmiş və o, “28 may-Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası MM-nin xx.xx.2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən xx.xx.2016-cı il tarixli qərarı tətbiq edilərək cərimə cəzasından azad olunmuşdur. İş materiallarında olan Abşeron RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 904 saylı arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Həsənov X23 rayonu, Qobu qəsəbəsi, S.Vurğun küçəsi, ev 5 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini qismən etiraf etməsini, zərərçəkmiş şəxslərin bir qisminin ondan şikayət və tələbinin olmamasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs1 cəzasının ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin halları ilə təkzib olunduğundan onun özünü müdafiə xarakter daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu iltarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət onun cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2019cu il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 xx.xx.2019-cu il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 18 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən səmimi peşmançılığını bildirməsini, zərərçəkmiş şəxslərin bir hissəsinin ona qarşı şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbirinə dəyişdirilmiş və məhkəmədə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yer üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Hökmün icrası ona aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilmədir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 xx.xx.2019-cu il tarixli məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvlər ilə birlikdə ünvan 19 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını,atasının 2-ci qrup əlil olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmadıqlarını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 11 (on bir) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 01 (bir) il 10 (on) ay müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yer üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Hökmün icrası ona aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X6 xx.xx.2019-cu il tarixli məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının Qobu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 ailə üzvləri ilə birlikdə ünvan 19 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs4 ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlindən səmimi peşman olmasını,atasının 2-ci qrup əlil olmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini həmçinin qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs4 hazırki cinayət işi üzrə həbsdə olmamış və onun barəsində xx.xx.2019-cu il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yer üzrə çəkməli və üzərinə yuxarıda göstərilən və onun islah olunmasına xidmət edən müvafiq vəzifələr qoyulmalıdır. Hökmün icrası ona aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, hökmün icrası ekspertiza xərcinin ödənilməsi hissəsində Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkməsi müddətinin başlanğıcı tutulduğu xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Abşeron RPİ-nə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri , Abşeron rayonunun hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs3 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs3 aid hissədə Sumqayıt Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 11 (on bir) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Abşeron rayonunun hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri, Abşeron rayonunun hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs4 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs4 aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 125 (bir yüz iyirmi beş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə zərərçəkmiş şəxslərə vurulmuş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası ekspertiza xərcinin ödənilməsi hissəsində Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar