Məhkəmə qərarları › İş №1(012)-196/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-196/2022

25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-196/2022 25.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxx 1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Yuxarı Ləki ərazi dairəsi, Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs oğlu X5 “X3 Mərkəzi”nə işə qəbul etdirəcəyini yalandan vəd verib aldadaraq, 2021-ci ilin iyul ayının ortalarında Xırdalan şəhərində yerləşən “Fresko” marketin yaxınlığında 300 manat, 26 iyul 2021-ci il tarixdə Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində 300 manat, 29 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən “Bakı Patologiya Mərkəzi”nin yaxınlığında 600 manat, 2021-ci ilin avqust ayının əvvəllərində Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində 50 manat pulu vahid niyyətlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1250 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Taksi fəaliyyəti ilə məşğul olması nəticəsində 2021-ci ilin iyun ayında Sənəm adlı müştəri ilə tanış olmuş və Sənəm ilə telefonla əlaqə saxlayıb hətta görüşüb yemək yeyib çay da içmişlər. İdarə etdiyi avtomobilin cəriməsi olmuş və həmin ərəfələrdə bir dəfə Sənəmdən 150 manat borc almışdır. O, əvvəllər “BP” şirkətində “SİDS” mühafizə xidmətində işləmişdir. “BP” şirkətində Elmi Sertifakatlaşdırma mərkəzi vardır. Sənəm ilə tanışılıq zamanı Sənəm demişdir ki, oğlu Murad ali təhsillidir və ondan xahiş etmişdir ki, oğlu Muradın həmin Sertifikatlaşdırma mərkəzinə qəbul olunmasına köməklik etsin. O, da Sənəmə demişdir ki, maraqlanıb ona bu barədə deyəcək. Aradan bir neçə gün Sənəmə demişdir ki, oğlunu Sertifakatlaşdırma mərkəzinə qəbul etdirmək olar ancaq bir qədər xərci çıxacaq. Sənəm də demişdir ki, heç bir narahatçılıq yoxdur nə xərc lazımdır o, həll edəcək. Ona görə də 2021-ci ilin iyul ayının əvvəllərində Sənəm ona Xırdalan şəhərində bir dəfə 300 manat, həmin ayın sonunda yenə Xırdalan şəhərində 300 manat, Nərimanov rayonunda 600 manat, avqust ayının əvvəllərində də bir dəfə Xırdalan şəhərində yaşadığı evin yaxınlığında 50 manat pul Sənəm ona vermişdir. Lakin o, həmin işlə bağlı maraqlanmış, Sənəmin oğlu Muradı Sertifakatlaşdırma mərkəzinə qəbul etdirə bilməmiş və Sənəmin verdiyi pulu da xərcləmişdir. 2021-ci ilin avqust ayında Sənəmdən 600 ABŞ dolları borc almış, bundan başqa da bir dəfə Sənəmdən 100 manat borc almışdır. Bundan başqa isə Sənəm ilə münasibətim yarandığı üçün Sənəm ona arada xərcləmək üçün bir neçə dəfə 50 manat pullar vermişdir.Maddi vəziyyətim yaxşı olmadığı üçün Sənəmin pullarını qaytara bilməmiş, onun özünə də demişdir ki, pulunu hissə-hissə qaytaracaq.Əvvəllər “BP” şirkətində “SİDS” mühafizə xidmətində işləmişdir və ona görə Sənəmə bu barədə demişdir, Kənan adma isə xoşu gəldiyi üçün Sənəmə adını Kənan demişdir. Qeyd etmişdir ki, o, Zərərçəkmiş şəxs oğlu X1 işə qəbul edilməsi ilə bağlı hər heç kimlə heç nə danışmamış, Elçin adlı şəxs onunla mühafizə xidmətində işləmişdir, Elçin ilə də bu barədə heç nə danışmamışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında Novxanı kəndində fərdi evdə təmizlik işləri ilə məşğul olmuşdur. Həmin günlərdə “Bolt” taksi şirkətindən taksi sifariş verib Xırdalan şəhərinə yaşadığı evə gəlmişdir. Həmin taksi avtomobilin sürücüsü Kənan adlı sürücü ilə söhbət əsnasında oğlu Muradın Unversitetdə oxuduğunu deyəndən sonra Kənan özünün “BP” şirkətində işlədiyini istirahət günlərində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Kənan ona demişdir ki, əgər istəyirsə oğlu X9 sertifikatlaşdırma mərkəzinə işə qəbul etdirə biləcək və onun orada Elçin adlı tanışı da var. O, Kənandan həmin mərkəzə hansı qaydada işə qəbulu maraqlanmış, Kənan demişdir ki, 1200 manatdan yuxarı məbləğdə pul lazım olacaq. O, da Kənana demişdir ki, oğlu ilə məsləhətləşib ona deyecek. O, bu barədə oğlu Murad ilə də danışmış, Murad da belə bir işə qəbula razılıq vermişdir. O, Kənanın mobil nömrəsini götürmüş və onunla əlaqə saxlayaraq danışmışdır. 2021-ci ilin iyul ayının ortalarında Xırdalan şəhərində yerləşən “Fresko” marketin yaxınlığında 300 manat, 26 iyul 2021-ci il tarixdə Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində 300 manat, 29 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən “Bakı Patologiya Mərkəzf'nin yaxınlığında 600 manat, 2021-ci ilin avqust ayının əvvəllərində Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində 50 manat pulu Kənana oğlu Muradın işə qəbul edilməsi üçün vermişdir. Kənan ona hər dəfə yalan vəd verib demişdir ki, yaxın günlərdə oğlunun işi düzələcək, lakin heç bir iş düzəlməmişdir. Kənan ona demişdir ki, onun Miqrasiyada problemi var və ona borc pul lazımdır. O, da 01 avqust 2021-ci il tarixdə Kənana Sumqayıt şəhəri Novxanı bağ massivində 600 ABŞ dollarını, 03 avqust 2021-ci il tarixdə 100 manat, bir dəfə də 70 manat pulu borc vermişdir. Bunlardan başqa da arada Kənana bir neçə dəfə 50 manatlıqlar borc vermişdir.O, Kənandan pullarını istəmiş, Kənan onu hər dəfə aldadaraq pullarını verməmişdir.Qeyd etmişdir ki, oğlu Muradın işə qəbulu ilə bağlı 1250 manat pulu Kənana rüşvət kimi verməmiş, Kənan ona demişdir ki, oğlu Muradın işə qəbulu ilə bağlı verdiyi 1250 manat pulu Socarın Sertifikatlaşdırma mərkəzinə rüsiim kimi ödəyəcək, həmin pulun hər hansı bir vəzifəli şəxsə veriləcəyini deməmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 22 yanvar 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar