Məhkəmə qərarları › İş №1(012)-196/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-196/2025

11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-196/2025 11.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs, (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Saatlı rayonu, Potubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Saatlı rayonu, Potubəyli kəndində qeydiyytda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Nabat küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz C 200» markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsi, M.Rəsulzadə küçəsi ilə 50-60 km/saat sürətlə Bakı-Sumqayıt şossesi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmadığını gördükdə, keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalı, yolu keçməyə başlamış piyadanı təhlükəyə məruz qoymamalı, nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli, onun həmin maddənin tələblərinə riyaət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməyib, yolu piyada keçidi lövhələrinin təsir dairəsində soldan sağa doğru keçən piyada xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq, sonuncunun ehtiyatsızlıqdan hər iki sirkə kasasının dibinin, sol qasıq və oturaq sümüklərinin, sağ oturaq sümüyünün yerdəyişən qəlpəli sınıqları, peritonarxası hematoma, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol təpə, sol bud nahiyələrinin əzilmiş yaralan, travmatik şok İİ dərəcə kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə icraatı zamanı zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki iddia vermiş, mülki iddia məhkəmənin icraatına qəbul edilmiş, həmin şəxslər müvafiq olaraq mülki iddiaçı və mülki cavabdeh qismində tanınmışlar. Mülki iddia onunla əsaslandırılmışdır ki, hadisədən sonra aldığı xəsarətlərdən dolayı müalicəsində irəliləyiş olmadığı üçün xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə müraciət etmiş, müvafiq müayinədən sonra ona "hər iki sirkə kasası sümüyünün çox qəlpəli yerdəyişmiş qapalı sınığ travmatik yaralar" diqanozu qoyulmuş və "hər iki sirkə kasının osteosintezi modifikas olunmuş stoppa kəsiyi ilə intrapelvik osteosintezi" əməliyyatı olunmuş, "xxxx" MMC-yə cəmisi 12.000 (on iki min) manat ödemiş, özünün və azyaşlı uşaqlarının müalicəsi bu gün də davam edir. Hər ay əlavə xərclər çəkir, 12.000 (on iki min) manatdan əlavə təxminən 3000 (üç min) manat da xərc çəkmişdir. Ona görə də Təqsirləndirilən şəxs əməli nəticəsində ona dəymiş 12000 (on iki min) manat maddi ziyan, mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat olmaqla, ümumilikdə 15.000 (on beş min) manat məbləğində pulun və mülki iddia ərizəsini vermək üçün ödədiyi 135 manat dövlət rüsumun X4 alınaraq, iddiaçıya verilməsini barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 263.1-ci ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs, (mülki iddiaçı) qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz C 200» markalı, **-MV- *** dövlət qeydiyyat nişanlı avtomobil rəsmi olaraq həyat yoldaşı X2 adına olsa da, faktiki olaraq həmin avtomobil özünə məxsusdur. Avtomobili idarə etmək üçün «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində «Mercedes Benz C 200» markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomoibillə Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Nabat küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan qohumlarımgildən Saatlı rayonuna getmək üçün bir zolaqdan ibarət Abşeron rayonu, Saray qsəbəsi, M.Rəsulzadə küçəsi ilə Bakı-Sumqayıt şəhəri istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə olduğu zaman, qəflətən yolun hərəkət hissəsini soldan sağa doğru keçən piyadaları görmüşdür. Bundan sonra o, dərhal avtomobilin əyləcindən istifadə etmiş, lakin avtomobili dayandıra bilməyib, həmin piyadaları avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Zərbənin nəticəsində piyadalar yerə yıxılmış, o, da avtomobili saxlayıb dərhal avtomobildən düşərək, pyiadalara yaxınlaşmışdır. Daha sonra TTY-mə zəng vuraraq, piyadaları Sumqayıt şəhəri, TTYX-na çatdırılmasını təmin etdir. Xəstəxanada o, tibb işçilərinə özü barədə məlumat vermiş, bundan sonra ona Abşeron RPİ-dən zəng gəlmiş və bayş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar onu idarəyə dəvət etmişlər. İdarədə o, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat vermişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar ona maddi ziyan dəyməmiş. Hadisə zamanı idarə etdiyi avtomobilin salonunda arxa oturacaqda qaynanası X3 oturubmuş və sonuncu heç bir xəsarət almamışdır. Zərərçəkmiş şəxsin bütün müalicə xərclərini ödəmişdir. Mülki iddianı qəbul etmir. Məhkəmə clasında zərərçəkmiş şəxs, (mülki iddiaçı) Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan qohumlarının evindən azyaşlı uşaqları 2016-cı il təvəllüdlü X5 və 2018-ci il təvəllüdlü X6 ilə birlikdə 503 saylı marşrut üzrə hərəkət edən avtobusla evinə qayıdarkən, təxminən saat 19:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsində avtobusdan enmişdir. O, uşaqlarının əllərindən tutub avtobusun arxa tərəfindən asta addımlarla yolu keçməyə başlamış və yolun torpaalı ehtıyyat hissəsinə təxminən 1 metr qalmış, həmin yolla Bakı- Sumqayıt yolu istiqamətində həıəkət edən «Mercedes Benz C 200» markalı avtomobili anidən sürmüş və həmin avtomobil qabaq hissəsi ilə onları vurmuş o yerə yıxıldıqda huşunu itirmiş, bundan sonra Sumqayıt TTYX-da ayılmışdır. Baş vermiş yol nəqliyyat hadizasi zamanı azyaşlı uşaqlarıda xəsarət almışdır. Sürücü Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəməmişdir və sürücüdən şikayətçidir. Mülki iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, qızı X2 həyat yoldaşı olan Təqsirləndirilən şəxs, işi ilə əlaqədar müvəqqəti olaraq onlarla birlikdə eyni ünvanda yaşayır. «Mercedes Benz C 200» markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil qızı Firəngizin adma olsa da, faktiki olaraq həmin avtomobil yeznəsi Təqsirləndirilən şəxs məxsusdur və həmin avtomobili sonuncu idarə edir. xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Təqsirləndirilən şəxslə birlikdə sonuncunun idarə etdiyi «Mercedes Benz C 200» markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomoibillə yaşadıqları Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Nabat küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən Saatlı rayonuna getmək üçün bir zolaqdan ibarət Abşeron rayonu, Saray qsəbəsi, M.Rəsulzadə küçəsi ilə Bakı-Sumqayıt şəhəri istiqamətində 50-60 km/saat surətlə hərəkətdə olduğu zaman, qəflətən yolun hərəkət hissəsini soldan sağa doğru keçən piyadaları görmüşlər. Bundan sonra Tərlan dərhal avtomobilin əyləcindən istifadə etmiş, lakin avtomobili dayandıra bilməyib, həmin piyadaları avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Zərbənin nəticəsində piyadalar yerə yıxılmış, Tərlanda avtomobili saxlayıb dərhal avtomobildən düşərək, pyiadalara yaxınlaşmış, daha sonra Tərlan TTY-mə zəng vuraraq, piyadaları Sumqayıt şəhəri, TTYX- na çatdırılmasını təmin etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona heç ğir xəsarət yetirilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hadisə yerinə keçirilmiş baxışla müəyyən edilmişdir ki, hadisə baş verən ərazidə avtomaşın yolu asfaltbeton örtüklü olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, M.Rəsulzadə küçəsində baş vermişdir. Həmin küçədə yol örtüyünün ümumi eni 10 metr, hərəkət zolaqlarının sayı 01 eni isə 05 metrdir. Həmin yolda qarşı - qarşıya nəqliyyat axınını ayırmaq üçün üfıqi qişanlanma xətti vardır. Yolun asfalt örtüyü hamar, hadisə zamanı quru olmuşdur. Hadisə yerində avtomaşına məxsus tormozlanma izi və təkərlərin sürtünmə izləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzindən alınmış sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2023-cü il tarixli 5026 №-li aktla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin Abşeron RPİ-nin DYPŞ-dən alınmış xx.xx.2024cii il tarixli məktubla müəyyən edilmişdir ki, DİN-in BDYPİ-nin məlumat-informasiya sistemində Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarlı olan BD seriyalı, 506337 nömrəli, «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilməsi qeyd edilmiş, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Məhkəmə - tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 03 Ə nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına olan tibbi sanadda qeyd olunanlara əsasən, hadisə haqqında qərarda göstərilən məlumatları nəzərə alaraq va R.Z. Babazadənin xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən sonra xx.xx.2023-cü il tarixdə "Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasi-na müraciət etmiş və ona "Hər iki sirkə kasasının dibinin, sol qasıq və oturaq sümuklanının, sag oturaq sümüyünün yerdəyişən qəlpəli sınıqları. Peritonarxası hematoma Qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi. Sol təpə, sol bud nahiyələrinin əzilmiş yaralan. Travmatik təsirindən törənmişdir, qərarın təsviri hisəsində göstərilən müddətdə və şəraitdə, yani xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı piyada qismində hərəkətdə olarkən sok İİ dərəcə diaqnozu qoyulmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) avtomaşınla vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulma səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli 3-16-16/2-8/412 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mercedes Benz C-200» makrkalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, “Mercedes Benz C 200» markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasınin xx.xx.2025-ci il tarixli, 8/807 nömrəli rəyindən görünür ki, Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz C200 markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının təhqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onların hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36.3-cü maddəsinə əsasən “Yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.” Həmin Qanunun 50.1-ci maddəsinə əsasən “Sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.” Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməməsi onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxslər törədilən cinayət əməlində özünü təqsirli bilməməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatla bağlı qeyd edir ki, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 03 Ə saylı rəyi, məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/807 nömrəli rəyi ilə təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinə, ekspert rəyinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmışlar, onun ifadələri özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyandan qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işinin məhkəməyə daxil olmasından sonra hal-hazıradək icraatda olduğu müddətdə təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmamış və ona dəymiş ziyanı tam ödəməmişdir, ona görə təqsirləndirilən şəxsin bu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi tanınmış “Mercedes Benz C 200» markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş mülki iddiaya münasibətdə isə bildirmək istəyir ki, zərərçəkmiş şəxs ona dəyən zərərlə bağlı (maddi və mənəvi birgə) tələbi 15.000 manat olsa da məhkəmə istintaqı zamanı ancaq 12.000 manata münasibətdə təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan öz təsdiqini tapmışdır. Belə ki, zərərçəkmiş şəxsin tələbi əsasında hadisə baş verdikdən sonra ona vurulan zərər 3000 (üç min) manat, sonrakı reabilitasiya xərci olaraq 12.000 manat, keçirdiyi sarsıntılara görə isə mənəvi zərər olaraq 3.000 manat göstərilsə də zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzləri və arayışlar ilə vurulmuş maddi zərərə görə çəkilən xərclər 12.000 manata münasibətdə sübuta yetirilmişdir. Məhkəmə iclas zalında 3000 manat xərc çəkdiyinizi bildirirsiniz ona dair əlinizdə başqa ödəniş qəbzləri varmı deyə zərərçəkənə sual verilsə də zərərçəkmiş şəxs çəkdiyi xərclərə dair bütün qəbzləri məhkəməyə təqdim etdiyini bildirmişdir. Məhkəmə zərərçəkmiş şəxsin mənəvi zərərlə bağlı irəli sürdüyü tələbinə də münasibət bildirərək qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Hazırki, cinayət işində zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə iki ədəd audio video disk təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxs hadisənin görüntülərini “tik-tok” sosial şəbəkəsində yaymaqla hamının həmin videonu izləməsinə səbəb olmuş, nəticədə isə o, mənəvi sarsıntı keçirmişdir. Bundan başqa onun sağlamlığının pozulması ilə uzun müddət kiminsə köməyinə möhtac qalması da iztirab çəkməsinə səbəb olmuşdur. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başa çatanadək yalnız yazılı şəkildə verilməlidir. CPM-in 186-cı maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia, o cümlədən mənəvi zərərin ödənilməsi barədə mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında iddiadan imtina etməyə haqlıdır. Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, məhkəmə qeyd edilə bütün halları nəzərdən keçirərək hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs keçirdiyi sarsıntılara görə mənəvi zərər olaraq 3.000 manat iddia tələbi də qsimən təmin edilməli təqsirləndirilən şəxs (mülki cavabdeh) təqsirləndirilən şəxs mənəvi zərər görə 1000 (min) manat pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-c il tarixli Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Bu zaman cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyanın xarakteri və təmin edilməli olan tələblər üzrə ödənişlərin məbləği məhkəmə baxışında tədqiq edilmiş sübutlar göstərilməklə onların məcmusu ilə əsaslandırılmalıdır. Bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə verilmiş mülki iddia cinayət işi üzrə zərərçəkmiş və təqsirləndirilən şəxsin məhkəmə istintaqında vermiş olduğu ifadələr, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında üzləşdirmə və çarpaz dindirmələrlə qismən sübuta yetirilir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilməklə, təqsirləndirilən şəxs (mülki cavabdeh) təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 12.000 manat maddi ziyan, 1000 (min) manat mənəvi zərər və dövlət rüsumu qismində 135 manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) zərərçəkmiş şəxs xeyrinə tutulmalı, mülki iddia digər hissədə təmin edilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut “Mercedes Benz C 200» markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı saxlanılması üçün qanuni sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiası qismən təmin edilsin və təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurulmuş 12.000 manat və 1000 (min) manat mənəvi zərər olmaqla cəmi 13.000 manat və dövlət rüsumu qismində ödənilmiş 135 manat pul zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Mülki iddia digər hissədə təmin edilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar