Məhkəmə qərarları › İş №1(012)-197/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-197/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-197/2020 30.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs4 Basem oğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, təqsirləndirilən Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, vəkil Müdafiəçi4 iştirakı ilə xx xxxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri E.Əliyev küçəsi, ev 4-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, X9 ev 73-də yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Basem oğlunun, xx xxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xıradalan şəhəri, X4, 9-cu küçəsi ev 73-də qeydiyyatda olan, həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, xx xxxxxx 1984-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 2 qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1984-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 3 mən 29-də qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : X5 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 12 radələrində Abşeron rayonu Masazır kəndi N.Məmmədov küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən yarım tikiliyə qanunsuz daxil olaraq, otaqların birindən hər birinin dəyəri 80 manat olmaqla ümumilikdə 160 manat dəyərində 02 ədəd istismar olunmuş Rusiyya istehsallı çarpayıları, dəyəri 70 manat olan radiatoru, otaqların divarlarından hər bir metri 0,35 manat olmaqla 200 metr uzunluğunda 40 mm ölçülü ümumilikdə 70 manat dəyərində elektrik naqilləri, hamam otağından dəyəri 170 manat olan 01 ədəd su qızdırıcısını, umumi dəyəri 70 manat olan qidraforla su matorunu, 140 manat dəyərində dəmir materialdan kustar üsulla hazırlanmış 01 ədəd su qızdırıcı çənini, həmin tikilinin çöl tərəfdən arxa divarının yanında yığılmış hər birinin dəyəri 55 manat olmaqla ümumilikdə 110 manat dəyərində uzunluğu 6 metr, diametri 300 mm olan 02 ədəd dəmir boruları və tikilinin pəncərələrinin üzərində olan hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində 02 ədəd dəmir barmaqlıqları oğurlayıb, Zərərçəkmiş şəxs ümumilikdə 870 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mütamadi olaraq dostları Bəhruz, Nicat və Raminlə görüşüb yeyib içirmişlər. xx.xx.2019-cu il tarixdə günorta saatlarında həmişə olduğu kimi Bəhruz, Ramin və Nicatla Abşeron rayonu, Xıradalan şəhəri 27-ci məhəllədə görüşmüşlər. Həmin vaxt Bəhruz onlara Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış olmayan tikilinin yaxınlığında dəmir metalların olduğunu, həmin metalı birlikdə götürüb, satıb pul əldə etəmsini təklif etmişdir. Onlar Bəhruzla razılaşıb, sonuncunun dediyi yerə, yəni Abşeron rayonu, Masazır qəsəbəsində adını bilmədikləri küçəyə getmişlər. Həmin yerə çatdıqda, orada bir mərtəbəli mişar daşlarından hörülmüş tövləyə bənzər tikili olduğunu, tikilinin ətrafında hasar olmadığını, lakin qonşuluqda yaşayış evlərinin olduğunu görmüşlər. Onlar köməkləşib tikilinin arxa tərəfində olan dəmir materialdan hazırlanmış kalonkanı dartıb yola tərəf çıxarmışlar, dəmir çarpayını, çarpayının iki ədəd setkasını, ətrafda olan dəmir materiallı xırda metalları da götürmüşlər, daha sonra tikilinin arxa tərəfində olan 4 metrəlik 20 santimetr diamterli azbest borularını götürüb bir yerə yığmışlar. Özü, Bəhruzla yola tərəf gedib, 20-30 dəqiqə keçdikdən sonra dövlət qeydiyyat nişanı yadında qalmayan əvvəllər tanımadığı «Qazel» markalı avtomobilin sürücüsü ilə dostlarının olduqları yerə gəlmişlər. Ramin, Bəhruz və Nicatla birlikdə oradan götürdükləri əşyaları maşına yığmışlar. Bəhruz avtomobili Xırdalan dairəsinin yaxınlığında yerləşən metal qəbulu obyektinə sürdürmüş, orada həmin əşyaları 100 manata satmışlar, həmin puldan 15 manatını sürücüyə vermişlər, qalan pulu isə Abşeron rayonu, Novxanı çimərliyində restoranların birində xərcləmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mütamadi olaraq dostları Bəhruz, Jamil və Raminlə görüşüb yeyib içirmişlər. xx.xx.2019-cu il tarixdə günorta saatlarında həmişə olduğu kimi Bəhruz, Ramin və Jamillə Abşeron rayonu, Xıradalan şəhəri 27-ci məhəllədə görüşmüşlər. Həmin vaxt Bəhruz onlara Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış olmayan tikilinin yaxınlığında dəmir metalların olduğunu, həmin metalı birlikdə götürüb, satıb pul əldə etəmsini təklif etmişdir. Onlar Bəhruzla razılaşıb, sonuncunun dediyi yerə, yəni Abşeron rayonu, Masazır qəsəbəsində adını bilmədikləri küçəyə getmişlər. Həmin yerə çatdıqda, orada bir mərtəbəli mişar daşlarından hörülmüş tövləyə bənzər tikili olduğunu, tikilinin ətrafında hasar olmadığını, lakin qonşuluqda yaşayış evlərinin olduğunu görmüşlər. Onlar köməkləşib tikilinin arxa tərəfində olan dəmir materialdan hazırlanmış kalonkanı dartıb yola tərəf çıxarmışlar, dəmir çarpayını, çarpayının iki ədəd setkasını, ətrafda olan dəmir materiallı xırda metalları da götürmüşlər, daha sonra tikilinin arxa tərəfində olan 4 metrəlik 20 santimetr diamterli azbest borularını götürüb bir yerə yığmışlar. Jamillə Bəhruz yola tərəf gedib, 20-30 dəqiqə keçdikdən sonra dövlət qeydiyyat nişanı yadında qalmayan əvvəllər tanımadığı «Qazel» markalı avtomobilin sürücüsü ilə onların olduqları yerə gəlmişlər. Ramin, Bəhruz və Jamillə birlikdə oradan götürdükləri əşyaları maşına yığmışlar. Bəhruz avtomobili Xırdalan dairəsinin yaxınlığında yerləşən metal qəbulu obyektinə sürdürmüş, orada həmin əşyaları 100 manata satmışlar, həmin puldan 15 manatını sürücüyə vermişlər, qalan pulu isə Abşeron rayonu, Novxanı çimərliyində restoranların birində xərcləmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mütamadi olaraq dostları Bəhruz, Jamil və Nicatla görüşüb yeyib içirmişlər. xx.xx.2019-cu il tarixdə günorta saatlarında həmişə olduğu kimi Bəhruz, Nicat və Jamillə Abşeron rayonu, Xıradalan şəhəri 27-ci məhəllədə görüşmüşlər. Həmin vaxt Bəhruz onlara Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış olmayan tikilinin yaxınlığında dəmir metalların olduğunu, həmin metalı birlikdə götürüb, satıb pul əldə etəmsini təklif etmişdir. Onlar Bəhruzla razılaşıb, sonuncunun dediyi yerə, yəni Abşeron rayonu, Masazır qəsəbəsində adını bilmədikləri küçəyə getmişlər. Həmin yerə çatdıqda, orada bir mərtəbəli mişar daşlarından hörülmüş tövləyə bənzər tikili olduğunu, tikilinin ətrafında hasar olmadığını, lakin qonşuluqda yaşayış evlərinin olduğunu görmüşlər. Onlar köməkləşib tikilinin arxa tərəfində olan dəmir materialdan hazırlanmış kalonkanı dartıb yola tərəf çıxarmışlar, dəmir çarpayını, çarpayının iki ədəd setkasını, ətrafda olan dəmir materiallı xırda metalları da götürmüşlər, daha sonra tikilinin arxa tərəfində olan 4 metrəlik 20 santimetr diamterli azbest borularını götürüb bir yerə yığmışlar. Jamillə Bəhruz yola tərəf gedib, 20-30 dəqiqə keçdikdən sonra dövlət qeydiyyat nişanı yadında qalmayan əvvəllər tanımadığı «Qazel» markalı avtomobilin sürücüsü ilə onların olduqları yerə gəlmişlər. Nicat, Bəhruz və Jamillə birlikdə oradan götürdükləri əşyaları maşına yığmışlar. Bəhruz avtomobili Xırdalan dairəsinin yaxınlığında yerləşən metal qəbulu obyektinə sürdürmüş, orada həmin əşyaları 100 manata satmışlar, həmin puldan 15 manatını sürücüyə vermişlər, qalan pulu isə Abşeron rayonu, Novxanı çimərliyində restoranların birində xərcləmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, mütamadi olaraq dostları Nicat, Jamil və Raminlə görüşüb yeyib içirmişlər. xx.xx.2019-cu il tarixdə günorta saatlarında həmişə olduğu kimi Nicat, Ramin və Jamillə Abşeron rayonu, Xıradalan şəhəri 27-ci məhəllədə görüşmüşlər. Həmin vaxt o, dostlarına Abşeron rayonu, Masazır qəsəbəsində yaşayış olmayan tikilinin yaxınlığında dəmir metalların olduğunu, həmin metalı birlikdə götürüb, satıb pul əldə etəmsini təklif etmişdir. Dostları onunla razılaşıb, onun dediyi yerə, yəni Abşeron rayonu, Masazır qəsəbəsində adını bilmədikləri küçəyə getmişlər. Həmin yerə çatdıqda, orada bir mərtəbəli mişar daşlarından hörülmüş tövləyə bənzər tikili olduğunu, tikilinin ətrafında hasar olmadığını, lakin qonşuluqda yaşayış evlərinin olduğunu görmüşlər. Onlar köməkləşib tikilinin arxa tərəfində olan dəmir materialdan hazırlanmış kalonkanı dartıb yola tərəf çıxarmışlar, dəmir çarpayını, çarpayının iki ədəd setkasını, ətrafda olan dəmir materiallı xırda metalları da götürmüşlər, daha sonra tikilinin arxa tərəfində olan 4 metrəlik 20 santimetr diamterli azbest borularını götürüb bir yerə yığmışlar. Jamillə Bəhruz yola tərəf gedib, 20-30 dəqiqə keçdikdən sonra dövlət qeydiyyat nişanı yadında qalmayan əvvəllər tanımadığı «Qazel» markalı avtomobilin sürücüsü ilə onların olduqları yerə gəlmişlər. Ramin, Nicat və Jamillə birlikdə oradan götürdükləri əşyaları maşına yığmışlar. Özü avtomobili Xırdalan dairəsinin yaxınlığında yerləşən metal qəbulu obyektinə sürdürmüş, orada həmin əşyaları 100 manata satmışlar, həmin puldan 15 manatını sürücüyə vermişlər, qalan pulu isə Abşeron rayonu, Novxanı çimərliyində restoranların birində xərcləmişlər. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, N.Məmmədov küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Abşeron rayonu, Masazır kəndi, Nizami Məmmədov küçəsində onun özünə məxsus yaşayış olmayan tikili vardır. Həmin tikilinin ətrafında hasar olmamış, tikili mişar daşlardan hörülmüş bir mərtəbəli, 3 otaqdan ibarətdir, hər otaqların giriş qapısını taxta materialdan hazırlanmış üzərində list dəmir vurulmuş, qapının üzərində dəmir materialdan hazırlanmış qıfıllar olmuşdur. xx.xx.2019-cu il tarixdə axşam saatlarında tikiliyə baxmaq üçün getmiş, otaqların qapısının üzərində olan qıfılların qırıldığını, hər iki otaqdan dəmir materialdan hazırlanmış Rusiyya istehsalı olan, istismar olunmuş hər birinin dəyəri 80 manat olmaqla 02 ədəd çarpayıların, hamam otağından dəyəri 170 manat olan 01 ədəd su qızdırıcısının, umumi dəyəri 70 manat olan qidraforla su matorunun, 140 manat dəyərində dəmir materialdan kustar üsulla hazırlanmış 01 ədəd su qızdırıcı çənin, hər birinin dəyəri 55 manat olmaqla uzunluğu 6 metr, diametri 300 mm olan 02 ədəd dəmir boruların, dəyəri 70 manat olan radiatorun, hər birinin dəyəri 40 manat olmaqla 02 ədəd dəmir barmaqlıqların və 70 manat dəyərində 200 metr uzunluğunda 40 mm ölçülü elektrik naqillərin divardan kəsilərək oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 870 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 3 ilə yaxındır ki, Bakı şəhəri, Binqədəi rayonu ərazisində yerləşən əlvan metalların qəbulu obyektini tək işlətmişdir. xx.xx.2019-cu il tarixdə saat təxminən 14 radələrində işlədiyi obyektə bir neçə nəfər «Qazel» markalı avtomobillə gəlib, avtomobildə qırıq yararsız dəmir qırıntıların olduğunu və həmin metallı satmaq istədiklərini bildirmişlər. Həmin yararsız halda olan dəmirləri çəkdikdən sonra, dəmirin ümumi qiymətinin 100 manat olduğunu dəmir gətirən şəxslərə demişdir. Həmin şəxslərdən bir dağha dəmirin onlarda haradan olduğunu soruşduqda, sonuncular həmin dəmiri öz həyətlərindən gətirdiklərini bildirmişlər. Dəmirləri təhvil götürdükdən sonra həmin şəxslərin birinə 100 manat nəğd pul vermişdir. Dəmirləri təhvil almamışdan öncə şəxslərin birinin şəxsiyyət vəsiqəsinin surətini götürmüşdür. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Mütəxəssis rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsində, N.Məmmədov küçəsində yerləşən yaşayış olmayan tikilidən oğurlanmış əşyaların orta bazar qiyməti: - 01 ədəd istismar olunmuş Rusiya istehsallı dəmir çarpayı 80 manat - 01 ədəd su qızdırıcısı 170 manat - 01 ədəd qidraforla su matoru 70 manat - 01 ədəd dəmir materialdan kustar üsulla hazırlanmış su qızdırıcı çəni 140 manat - 01 ədəd uzunluğu 6 metr, diametri 300 mm olan dəmir boru 55 manat - 01 ədəd radiator 70 manat - 01 ədəd dəmir barmaqlıqlıq 40 manat - 01 metr 40 mm ölçülü elektrik naqili 0,35 manat məbləğdə müəyyən olunmuşdur.. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Ağalar oğlu xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Ağalar oğlu xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq, Abşeron RPİ-nin İŞ-nə gəlmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqından yayındıqlarına görə barələrində axtarış elan edilmiş, barələrində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Abşeron RPİ-in xx.xx.2020-ci il tarixli, 12874491 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Abşeron rayonu ərazisində tutularaq, Abşeron rayon polis idarəsinin MSY-nə təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 Ağalar oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Jaafar X8 Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası 127.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20% dövlət nəfinə tutulmaqla 01 il 05 ay 06 gün islah işləri cəzasına məhkum olunmuşdur. xx.xx.2016cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.5-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 20% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 27 gün islah işləri cəzasın məhkum olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 Ağalar oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 Ağalar oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin əməli törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidin ifadələri və mütəxəssis rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 Ağalar oğlunun, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdikləri cinayət əməlinə görə təqsirkarlara cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs4 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 məhkumluğu olmayan şəxs hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 Ağalar oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Ağalar oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində olan Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs4 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 Ağalar oğlunun ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Ağalar oğlunun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 27 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 162.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Ağalar oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalında həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək onlar barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs3 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. İstinad edilən maddələrin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 hökmlərin məcmusu üzrə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 27 gün müddətinə islah işləri cəzası ilə qismən birləşdirilməli, Azərbaycan Respublikası CM-in 49.3-cü maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 Ağalar oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 Ağalar oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi X6 25 saat göstərdiyi hüquqi yardıma görə 150 manat məbləğində pul, müdafiəçi X1 45 saat göstərdiyi hüquqi yardıma görə 270 manat məbləğində pul, müdafiəçi X7 45 saat göstərdiyi hüquqi yardıma görə 270 manat məbləğində pul, müdafiəçi X3 45 saat göstərdiyi hüquqi yardıma görə 270 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçi vəkil Müdafiəçi1 65 saat göstərdiyi hüquqi yardıma görə 390 manat məbləğində pul, müdafiəçi vəkil Müdafiəçi3 65 saat göstərdiyi hüquqi yardıma görə 390 manat məbləğində pul, müdafiəçi vəkil Müdafiəçi2 65 saat göstərdiyi hüquqi yardıma görə 390 manat məbləğində pul və müdafiəçi vəkil Müdafiəçi4 65 saat göstərdiyi hüquqi yardıma görə 390 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 27 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs4 məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs4 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 01 ay 27 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 02 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs1 məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş qazancından 20% dövlət nəfinə tutulmaqla 01 il 11 ay 27 gün müddətinə islah işləri cəzası ilə qismən birləşdirilsin, Azərbaycan Respublikası CM-in 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs3 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 Ağalar oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsinlər və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi X6 25 saat göstərdiyi hüquqi yardıma görə 150 manat məbləğində pul, müdafiəçi X1 45 saat göstərdiyi hüquqi yardıma görə 270 manat məbləğində pul, müdafiəçi X7 45 saat göstərdiyi hüquqi yardıma görə 270 manat məbləğində pul, müdafiəçi X3 45 saat göstərdiyi hüquqi yardıma görə 270 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçi vəkil Müdafiəçi1 65 saat göstərdiyi hüquqi yardıma görə 390 manat məbləğində pul, müdafiəçi vəkil Müdafiəçi3 65 saat göstərdiyi hüquqi yardıma görə 390 manat məbləğində pul, müdafiəçi vəkil Müdafiəçi2 65 saat göstərdiyi hüquqi yardıma görə 390 manat məbləğində pul və müdafiəçi vəkil Müdafiəçi4 65 saat göstərdiyi hüquqi yardıma görə 390 manat məbləğində pulXırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar