Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-197/2022 06.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və barəsində amnistiya aktı tətbiq edilmiş, işsiz, Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi ev 72, mənzil 377-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkn tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab olunan heroini və psixotrop maddə metamfetamii əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, o, 01 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Məmmədli kəndində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffav rəngli selofan kəsiyi bükümündə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,710 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və bir ədəd şəffav rəngli selofan kəsiyi bükümündə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan 0,585 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 50 manat müqabilində əldə edib əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyaraq özü ilə Abşeron rayonu, Masazır qəsəbəsinə daşıyaraq saxlamış, 02 dekabr 2021-ci il tarixdə saat 05 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi ərazisində yerləşən 9 saylı binanın qarşısında saxlanılıb Abşeron RPİ-nə gətirilərək idarənin nzibati binasında xidməti otaqların birində üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin bir ədəd şəffav rəngli selofan kəsiyi bükümündə 0,710 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bir ədəd şəffav rəngli selofan kəsiyi bükümündə 0,585 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 3 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir il olar ki, narkotik vasitə hesab olunan heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. 01 dekabr 2021-ci il tarixdə saat 22 radələrində ona heroin və metamfetamin lazım olduğu üçün o, Abşeron rayonu, Məmmədli kəndinə getmişdir. Orada dayanacaqda tanımadığı şəxsə yaxınlaşaraq həmin şəxsə narkotik vasitə hesab olunan heroin və psixotrop maddə metamfetamin lazım olduğunu demişdir. Həmin şəxsdə ona 1 büküm metamfetamin və 1 büküm heroin verib həmin narkotik vasitələrə görə isə ondan 50 manat pul almışdır. O, həmin bir büküm heroini və bir büküm metamfetamini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qaoayaraq yaşadığı ünvan 3 ünvanına gəlmişdir. Orada binanın qarşısında Abşeron rayon polis idarəsinin əməkdaşları onu saxlayaraq Abşeron rayon polis idarəsinə gətirmişlər. Abşeron rayon polis idarəsində polis işçilərinin, onun üçün dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baş təhqiqatçı Polad Ağayev tərəfindən üstünə şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən həmin bir büküm heroini və bir büküm metamfetamini cıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra bu bardə təhqiqatçı tərəfindən protokol yazılmışdır. O, özü də protokolla tanış olub düzgün yazıldığını bildikdən sonra hər bir vərəqinin axırına imzalar etmişdir. Həmçinin digər iştirakçılar da imza etmişlər. Polis idarəsində təhqiqatçı tərəfindən izahatı alınmışdır. Bildirmişdir ki, O, həmin naroktik vasitə hesab olunan heroini və metamfetamini aldığı şəxsi tanımır. Həmin narkotik vasitəni heroni və psixotrop maddə metamfetamini öz şəxsi istifadəsi üçün almışdır. Sonda o, törətdiyi cinayət əməlini etiraf etməsini və törətdiyi cinayət əməlindən peşman olmasını, gözündən xəstə olmasını, anasının xəstəliyini nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 02 dekabr 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi ev 72, mənzil 377-də qeydiyyatda olan, ünvan 6 ünvanında yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlaması barədə məlumat daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə o, idarə rəisinə raportla müraciət etmiş və idarə rəsinin göstərişi əsasında ondan, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X3 və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmişdir. Onlar dərhal 02 dekabr 2021-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi ərazisində yerləşən 9 saylı binanın qarşısında əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksi ərazisində yerləşən 9 saylı binanın qarşısında saxlayıb Abşeron rayon Polis İdarəsinə gətirmişlər. İdarədə əməliyyat o, raportla idarə rəisinə müraciət etmişdir. İdarə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsində otaqların birində təhqiqatçı Polad Ağayev tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı Polad Ağayev tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffav rəngli selofan kəsiyinə bükülmüş bükümləri çıxararaq təqdim etmişdir. Həmin iki ədəd şəffav rəngli selofan bükümlərə baxdıqda selofan bükümlərin birinin içərisində qəhvəyi rəngli toz halında maddə, digər şəffav rəngli selofan bükümün içərisində isə ağ rəngli kristalşəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qara rəngli idman şalavarının sağ yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd şəffav rəngli selofan bükümlərdən birinin içərisində olan maddə heroin, digər büküm içərisində olan maddə isə metamfetamindir”. Bildirmişdir ki, “təxminən bir il olar ki, narkotik vasitə istifadəçisidir, həmin bir ədəd bükümdə olan narkotik vasitə heroini və bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini 01 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Məmmədli kəndində olarkən tanımadığı şəxsdən 50 manata alıb özü ilə Abşeron rayonu, Masazır qəsəbəsinə daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar həmin protokola imaza etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin əməkdaşı Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun ifadəsi tədqiq edilərkən onun Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində “PRİNCO DVD-R 4,7GB 120min 16Xspeed DVD” sözləri yazılan DVD farmatlı diskə Təqsirləndirilən şəxs iştirakı ilə keçirilən baxışdan görünür ki, əynində qara rəngli üzərində “Adidas” sözü yazılmış idman şalvarı, ağ rəngli idman jaketi, ayağıda qara rəngli başmaq, başında qara rəngli papaq, ağzında qara rəngli tibbi maska olan üzü saqqallı şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffav rəngli selofan kəsiyinə bükülmüş bükümləri çıxararaq təqdim etdi. Həmin iki ədəd şəffav rəngli selofan bükümlərə baxdıqda selofan bükümlərin birininin içərisində qəhvəyi rəngli toz halında maddə, digər şəffav rəngli selofan bükümün içərisində isə ağ rəngli kristalşəkilli maddənin olduğu müşahidə olunmuşdur.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin əynində qara rəngli üzərində “Adidas” sözü yazılmış idman şalvarı, ağ rəngli idman jaketi, ayağıda qara rəngli başmaq, başında qara rəngli papaq, ağzında qara rəngli tibbi maska olan üzü saqqallı şəxs onun özüdür, əynində olan qara rəngli idman şalavarının sağ yan cibindən çıxararaq təqdim etdiyi iki ədəd şəffav rəngli selofan bükümlərdən birinin içərisində olan maddə heroin, digər büküm içərisində olan maddə isə metamfetamindir. Bildirmişdir ki, təxminən 1 il olar ki, narkotik vasitə istifadəçisidir, həmin bir ədəd bükümdə olan narkotik vasitə hroini və bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini 01 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Məmmədli kəndində olarkən tanımadığı şəxsdən 50 manata alıb özü ilə Abşeron rayonu, Masazır qəsəbəsinə daşıyaraq saxlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2021-ci il tarixli 6/5328 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “AR DİN-nin zərflər üçün 56” möhür əksi şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş və sairə yazılar və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,710 qram qəhvəyi rəngli toz şəkilli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,585 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxildir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 12 yanvar 2022-ci il tarixli 153 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixortrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində ASİLLİLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,660 qram qalmış narkotik vasitə olan heroin və 0,535 qram psixotrop maddə metamferamin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində “PRİNCO DVD-R 4,7GB 120min 16Xspeed DVD” sözləri yazılan DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 49cu bəndində heroin və həmin siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroin və İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 19.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qəbul edilmiş 05.11.2021-ci il tarixli Aktına əsasən Abşeron rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli İş№7(012)29/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzadan azad olmuşdur. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qəbul edilmiş 05.11.2021-ci il tarixli Aktına əsasən cəzadan azad olmuş şəxslərin məhkumluğu ödənilmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş materiallarında olan "xxxx" MMC-nin İH-nin sədri tərəfindən verilmiş 21.12.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakteriza olunur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Respublika X5 Hüquqi şəxsi X2 İştirakçısına verilən sertifikatından görünür ki, Təqsirləndirilən şəxs gözdən əlil xəstəsidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını və xəstəliyini onun cəzasını yüngüllləşdirən hal kimi qiymətləndirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 19.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il, 04 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini, onun Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qəbul edilmiş 05.11.2021-ci il tarixli Aktına əsasən Abşeron rayon Məhkəməsinin 03.02.2022-ci il tarixli İş№7(012)29/2022 saylı qərarı ilə cəzadan azad olmasına baxmayaraq yenidən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab olunan heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini yenidən törətməsi onun islah olmaması qənaətinə gətirir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 02.12.2021-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, 03.12.2021-ci il tarixli qərarla barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Habelə həmin Məcəllənin 95.0.1-ci maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. Göstərilən maddələrin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış narkotik vasitə 0,660 qram çəkidə heroin, 0, 535 qram psixotrop maddə metamferamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 240 (iki yüz qırx manat) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi materiallarında saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 240 (iki yüz qırx manat) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış narkotik vasitə 0,660 qram çəkidə heroin, 0, 535 qram psixotrop maddə metamferamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Barşad oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-197/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-197/2022
06.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver