Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-198/2021 26.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Cəlilabad rayonu, Pirişib şəhərində anadan olmuş, Cəlilabad rayonu, Göytəpə şəhəri, O.Eynullayev küçəsi ev 10-da qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan, əvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq qərarına gəlib, bu məqsədlə tanışı Şahid yaxın qohumu Zərərçəkmiş şəxs Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyi adı ilə aldadaraq 25.11.2018-ci il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən «Ruzi» marketin qarşısında Zərərçəkmiş şəxs 16500 manat pulunu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2011-ci ildən Şahid tanıyır, onunla yaxşı münasibətdə olmuş, bir-birilərinin evinə gedib-gəlmişlər. 2017-ci ildə Fövqəladə Hallar Nazirliyindən işdən çıxdıqdan sonra 2018-ci ilin oktyabr ayında Şahid ona demişdir ki, onun qohumunu Fövqəladə Hallar Nazirliyinə yanğın söndürən kimi işə düzəltmək lazımdır. Şahid demişdir ki, tanışlarının vasitəsilə 16500 (on altı min beş yüz) manat pul müqabilində Şahid tanışını işə düzəldə bilər. Təxminən 1 ay sonra Şahid onunla Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən «Ruzi» marketin qarşısında görüşüb həmin vaxt onun idarə etdiyi «BMW-X5» markalı avtomobilin salonunda Zərərçəkmiş şəxs yanında 16500 (on altı min beş yüz) manat pulu ona vermişdir. Pulları aldıqdan sonra Zərərçəkmiş şəxs müvafiq həkim komissiyalarından keçirmiş, lakin sonradan Şahid ona verdiyi pulu geri tələb etmiş, sonuncuya demişdir ki, yaxın günlərdə iş düzələcəkdir. Şahid ümumilikdə 16500 (on altı min beş yüz) manat pul almışdır. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2018-cu ilin oktyabr ayında iş axtarırmış, həmin vaxt qohumu Şahid ona demişdir ki, Fövqəladə Hallar Nazirliyində əvəllər işləmiş tanışı var onu oraya həmin şəxsin vasitəsilə işə düzəldə bilər. Şahidla razılaşmış və xahiş etmişdir ki, tanışına desin ki, onu oraya işə düzəltsin. Şahid onun yanında istifadəsində olan mobil telefonla Fövqəladə Hallar Nazirliyində əvəllər işləmiş tanışı Təqsirləndirilən şəxs zəng vurub onu işə düzəltməyini xahiş etmiş, telefonla danışıb qurtarandan sonra Şahid ona demişdir ki, işə düzəlmək üçün 16500 manat pul və qəbuldan keçmək lazımdır. Şahid həmin məbləğdə pulu düzəldə biləcəyini demiş və qəbuldan da nə vaxt lazım olsa keçə biləcəyini demişdir. Şahid həmin vaxt ona demişdir ki, Təqsirləndirilən şəxs onu FHN-nə qəbula yazdırıb oradan keçmək lazımdır. 23.10.2018-ci il tarixdə qəbuldan keçmək üçün Bakı şəhərinə kadrlar şöbəsinə getmiş, Təqsirləndirilən şəxs isə onunla oraya girməmiş, kadrlar şöbəsinə bildirmişdir ki, işə daxil olmaq istəyir və ona lazım olan sənədlərin siyahısını vermişlər. Bir neçə gün sonra Şahid ona demişdir ki, işə düzəlmək üçün şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətləri və xəstəxanadan arayış tələb olunur. Qısa bir vaxt ərzində həmin sənədləri düzəldib Şahid vermişdir ki, Təqsirləndirilən şəxs versin. 2018-ci ilin noyabr ayının sonlarında işə düzəlmək üçün lazım olan 16500 manat məbləğində pulu düzətmiş və pulları aparıb Şahid verəndə sonuncu ona demişdir ki, gedək Təqsirləndirilən şəxsla görüşüb pulu və sənədləri ona verək. 25.11.2018-ci il tarixdə Şahid Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Ruzi marketin qarşısına getmişlər, oraya çatandan sonra Şahid istifadəsində olan mobil telefonla Təqsirləndirilən şəxs zəng vurub olduqları yeri demişlər. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs açıq qəhvəyi rəngli BMW X 5 markalı avtomobillə gəlmiş, Şahid Təqsirləndirilən şəxs idarə etydiyi avtomobilə əyləşmişlər. Akif onun yanında Elşənə 16500 manat pulu və sənədlərinin surətini vermişdir. Bir müddət sonra FHN-nin tibb məntəqəsinə gedib müayinədən keçmiş, müayindən keçəndən sonra Təqsirləndirilən şəxs ona demişdir ki, yanğın söndürən kimi əmri veriləcəkdir. Bundan sonra yaşadığı rayona qayıtmışdır. Həmin vaxt Elşən ona demişdir ki, qısa müddət ərzində onu işə düzəldəcəkdir. Lakin həmin söhbətdən bir neçə ay keçsə də onun əmri çıxmamışdır. Şahid pulunu tələb etmiş, sonuncuda ona bildirmişdir ki, pulu Təqsirləndirilən şəxs verib və onun yanında bir neçə dəfə Təqsirləndirilən şəxs zəng vurub pulu istəmişdir. Lakin Elşən müxtəlif bəhanələr gətirib pulu qaytarmamışdır. Buna baxmayaraq Şahid ona verdiyi 16500 manat pulu ona qaytarmamış, onun Şahid qarşı heç bir şikayəti yoxdur. Hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 2011-ci ildən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtdan sonra onun Təqsirləndirilən şəxsla yaxşı münasibəti yaranmış, onlar bir-birinin evinə gedib-gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs FHN-nin Biləcəri qəsəbəsində yerləşən Mülki Müdafiə Qoşunlarının Hərbi Hissəsində işləmiş, rütbəsi gizir olmuşdur. Təqsirləndirilən şəxsla dostluq münasibətində olduğu üçün ona etibar etmişdir. Təqsirləndirilən şəxs bir neçə dəfə ona demiş ki, əgər FHN işə düzəlmək istəyən tanışları olsa, bu işdə ona köməklik edə bilər. 2017-ci ilin axırlarında o, Təqsirləndirilən şəxs eşitmiş ki, o, işdən öz ərizəsi ilə çıxıb, yüksək vəzifəyə gedəcəkdir, FHN-də də çoxlu tanışları vardır. 2018-ci ilin oktyabr ayında tanışı Zərərçəkmiş şəxs ona bildirmiş ki, FHN işə düzəlmək istəyir, sonuncuya demişdir ki, dostu Təqsirləndirilən şəxs FHN-də işləyib, ondan xahiş edər ki, Zərərçəkmiş şəxs işə düzəltsin. Bundan sonra istifadəsində olan ***- ***-**-** saylı mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng vurub demişdir ki, tanışı Zərərçəkmiş şəxs FHN-nə işə düzəltmək lazımdır. Təqsirləndirilən şəxs da heç bir problemin olmadığını və 16500 manat müqabilində işə düzəldə biləcəyini bildirmiş, işə düzəlmək üçün FHN-dən qəbuldan keçmək lazım olduğunu da qeyd etmişdir. Təqsirləndirilən şəxs ona dediklərini yəni 16500 manat müqabilində FHN işə düzələ biləcəyini Zərərçəkmiş şəxs bildirmiş, sonuncuda heç bir etiraz etməmiş və yaxın günlərdə pulu düzəldəcəyini demişdir. Təxminən 2018-ci ilin oktyabr ayının 15-də Təqsirləndirilən şəxs ona zəng vuraraq bildirmiş ki, Zərərçəkmiş şəxs 23.10.2018-ci il tarixə qəbula yazıb, Bakı şəhərində yerləşən FHN-dən qəbuldan keçməlidir. Təqsirləndirilən şəxs ona dediklərini Zərərçəkmiş şəxs demiş və sonuncu heç bir etiraz etmədən qəbula gedəcəyini bildirmişdir. 23.10.2018-ci il tarixdə Zərərçəkmiş şəxs qəbuldan keçmək üçün Bakı şəhərinə getmiş, bir neçə saat keçdikdən sonra Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmış, sonuncuda ona telefonda bildirmiş ki, Zərərçəkmiş şəxs qəbuldan yaxşı nəticə ilə keçib sənədləri və pulları hazırlamağını ona bildirmişdir. Təqsirləndirilən şəxsla telefonla danışdıqdan sonra Zərərçəkmiş şəxs zəng vurub məlumat almış, sonuncuda ona bildirmiş ki, qəbuldan keçib, ondan işə düzəlmək üçün sənəd tələb olunub. Bir neçə gün sonra Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətlərini, xəstəxanadan arayışı gətirib ona verib demiş ki, pulu da yaxın günlərdə düzəldəcəkdir. 2018-ci ilin noyabr ayının sonlarında Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gələrək demiş ki, pulu düzəldib və o, sonuncuya demiş ki, gedək Təqsirləndirilən şəxsla görüşüb pulu və sənədləri ona verək. 25.11.2018-ci il tarixdə Zərərçəkmiş şəxslə birlikdə Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən Ruzi marketin qarşısına getmişlər, orada Təqsirləndirilən şəxs zəng vurub Elton Quliyevin 16500 manat pulunu gətirdiyini bildirmişdir. Təxminən 1 saat sonra Təqsirləndirilən şəxs idarə etdiyi açıq qəhvəyi rəngli «BMW-X5» markalı avtomobillə oraya gəlmiş, Zərərçəkmiş şəxs yanında avtomobilin salonunda Təqsirləndirilən şəxs 16500 manat pulu vermişdir. Zərərçəkmiş şəxs işə düzəlmə prossesi 2019-cu ilin fevral ayına kimi uzanmış və həmin vaxt Zərərçəkmiş şəxs bundan narazı qalaraq ondan pulunu tələb etmiş, Təqsirləndirilən şəxs zəng vurub işinin nə səbəbə görə bu qədər uzandığını soruşmuş və pulları geri qaytarmasını tələb etmişdir. Təqsirləndirilən şəxs da ona demişdir ki, iş düzələcək, lakin bir az vaxt tələb olunur, pulu verib geri ala bilmir. 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs ona zəng vuraraq demiş ki, Zərərçəkmiş şəxs Bakı şəhərinə həkim komissiyasından keçmək üçün aparsın. 15.05.2019-cu il tarixdə Zərərçəkmiş şəxslə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evinə gəlmiş və Təqsirləndirilən şəxs götürüb Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən FHN X3 getmişlər, oradan Zərərçəkmiş şəxs FHN Nazirliyinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən Hospitalına göndəriş almış və sonra həkim komissiyasından keçmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yol maşını ilə yola salmış və özü Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı ünvana getmişdir. Həmin gün gecəni Təqsirləndirilən şəxsgildə qalmışdır. Təqsirləndirilən şəxs ümumilikdə 16500 manat pul vermiş, sonuncu pulu almağına baxmayaraq bu günə kimi Zərərçəkmiş şəxs işə düzəltməmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07.09.2020-ci il tarixli tələbnamədən görünür ki, Bakı Hərbi Məhkəməsinin 18.12.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 32.4, 312.2-ci maddələri təqsirli bilinərək, CM-in 66.3-cü maddəsinə əsasən 3.100 manat miqdarda cərimə cəzasına məhkum edilmişdir. Suqayıt şəhər Probasiya 25.11.2020-ci il tarixli, 1211 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 18.12.2019-cu il tarixli hökmü ilə sonuncuya təyin edilmiş 3100 manat miqdarında cərimə cəzası tam ödənilmişdir. Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 4125 manat dövlət büdcəsinə ödəniş etmişdir. Zərərçəkmiş şəxs X4 ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-198/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-198/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver