Məhkəmə qərarları › İş №1(012)-198/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-198/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-198/2022 28.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10 etibarnamə üzrə nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işsiz, Masallı rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsi 1 nömrəli yataqxanada yaşayan, Abşeron Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17.09.2021-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus mənzilin blokunda yerləşdirilmiş 400 manat dəyərində “Siemens” markalı və 750 manat dəyərində “Galance” markalı kondisionerlərin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs6 1880 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.09.2021-ci il tarixdə saat 06 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzilin blokunda yerləşdirilmiş 2200 manat dəyərində “Mitsubishi” markalı kondisionerin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs2 2200 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.09.2021-ci il tarixdə saat 16 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus mənzilin blokunda yerləşdirilmiş 700 manat dəyərində “Samsung” markalı kondisionerin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs5 700 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.09.2021-ci il tarixdə saat 17:00 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus mənzilin blokunda yerləşdirilmiş 700 manat dəyərində “LG” markalı kondisionerin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs3 700 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20.09.2021-ci il tarixdə saat 18:00 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus mənzilin blokunda yerləşdirilmiş 1800 manat dəyərində “Mitsubishi” markalı kondisionerin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs8 1800 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 20.09.2021-ci il tarixdə saat 20 radələrində ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus mənzilin blokunda yerləşdirilmiş 1000 manat dəyərində “LG” markalı kondisionerin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs4 1000 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 21.09.2021-ci il tarixdə saat 05 radələrində ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus mənzilin blokunda yerləşdirilmiş 1300 manat dəyərində “LG” markalı kondisionerin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs7 1300 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 21.09.2021-ci il tarixdə saat 06 radələrində ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 Faxrəddin qızına məxsus mənzilin blokunda yerləşdirilmiş 1100 manat dəyərində “Bosch” markalı kondisionerin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs10 Faxrəddin qızına 1100 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi 22.09.2021-ci il tarixdə saat 03 radələrində ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs9 məxsus mənzilin blokunda yerləşdirilmiş 1000 manat dəyərində “Siemens” markalı kondisionerin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs9 1000 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25.09.2021-ci il tarixdə saat 18 radələrində ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus mənzilin blokunda quraşdıırlmış bir ədəd 500 manat dəyərində olan “Hisense” markalı kondisionerin mühərrikini oğurlayıb, Zərərçəkmiş şəxs1 750 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır, əvvəllər məhkum olunmamışdır. Maddi vəziyyəyi yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Əvvəllər məişət avadanlıqlarının təmiri ilə məşğul olduğu üçün, binalarda olan evlərin çöl hissəsinə quraşdırılmış kondisionerlərin mühərriklərini oğurlamaq qərarına gəlmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə bir neçə evdən kondisionerlərin mühərriklərini oğurlamışdır. Oğurladığı kondisionerlərin mühərriklərini “Lalafo” internet saytında elan verərək, tanımadığı şəxslərə 50-60 manat satmışdır. 17.09.2021-ci il tarixdə saat 16 radələrində ünvan 12 ünvanında yerləşən binanın 6-cı mənzilinin çöl hissəsinə quraşdıırlmış «Siemens» və «Galance» markalı kondisionerin mühərrikini oğurlamışdır. Oğurladığı kondisionerləri götürdükdən sonra aparıb tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 20.09.2021-ci il tarixdə saat 06 radələrində ünvan 13 ünvanında yerləşən binanın blokunun çöl hissəsinə quraşdıırlmış «Mitsubishi» markalı kondisionerin mühərrikini oğurlamışdır. Oğurladığı əşyanı götürdükdən sonra aparıb tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 20.09.2021-ci il tarixdə saat 16 radələrində ünvan 14 ünvanında yerləşən binanın blokunun çöl hissəsinə quraşdıırlmış «Samsung» markalı kondisionerin mühərrikini oğurlayaraq tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 20.09.2021-ci il tarixdə saat 17 radələrində ünvan 15 ünvanında yerləşən binanın 21-ci mənzilinin çöl hissəsinə quraşdıırlmış «LG» markalı kondisionerin mühərrikini oğurlayaraq tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 20.09.2021-ci il tarixdə saat 18 radələrində ünvan 12 ünvanında yerləşən binanın 44-cü mənzilinin çöl hissəsinə quraşdıırlmış «Mitsubishi» markalı kondisionerin mühərrikini oğurlayaraq tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 20.09.2021-ci il tarixdə saat 20 radələrində ünvan 17 ünvanında yerləşən binanın blokunda quraşdıırlmış «LG» markalı kondisionerin mühərrikini oğurlayaraq tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 21.09.2021-ci il tarixdə saat 05 radələrində ünvan 18 ünvanında yerləşən binanın 12-ci mənzilinin çöl hissəsinə quraşdıırlmış «LG» markalı kondisionerin mühərrikini oğurlayaraq tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 21.09.2021-ci il tarixdə saat 06 radələrində ünvan 12 ünvanında yerləşən binanın 8-ci mənzilinin çöl hissəsinə quraşdıırlmış «Bosch» markalı kondisionerin mühərrikini oğurlayaraq tanımadığı şəxsə satmışdır. Bundan başqa o, 22.09.2021-ci il tarixdə saat 03 radələrində ünvan 19 ünvanında yerləşən binanın 69-cu mənzilinin çöl hissəsinə quraşdıırlmış «Siemens» markalı kondisionerin mühərrikini oğurladım. Oğurladığım kondisionerin mühərrikini götürdükdən sonra tanımadığı şəxsə satmışdır. Sonuncu dəfə 25.09.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 29A nömrəli binanın birinci mərtəbəsində evin çöl hissəsinə quraşdıırlmış «Hisesnse» markalı kondisionerin mühərrikini oğurlamışdır. Oğurladığı əşyanı götürdükdən sonra yaxınlıqda olan evin sahibinin oğlu onu tutmuşdur. Bundan sonra hadisə yerinə polis əməkdaşları gələrək onu Abşeron RPİ-nə gətirmişlər. Bütün oğurluq hadisələrini tək etmiş, həmin oğurluq hadisələrindən heç kimin xəbəri olmamışdır. Zərərçəkmiş şəxslərə dəyən ziyan tam ödəmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, ünvan 19, mənzil 69-da yaşayır. Yaşadığı evdə özünə məxsus «Bosch» markalı kodisioneri vardır. «Bosch» markalı kondisioneri 1000 manata almışdır. Kondisionerin mühərriki binanın blokunda çöl tərəfdə quraşdırılmışdır. 20.09.2021-ci il tarixdə saat 17 radələrində binanın blokunda olarkən binanın çöl hissəsində quraşdırılmış ona məxsus olan 1000 manat dəyərində «Siemens» markalı kondisionerin mühərrikinin yerində olmadığını görmüş və naməlum şəxs tərəfindən oğurlanmasına əmin olduğu üçün bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Həmin kondisioneri avqust ayından etibarən istifadə etmədiyi üçün dəqiq nə vaxt oğurlandığını bilməmişdir. Baş vermiş oğurluq nəticəsində ona 1000 manat ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ünvan 18, mənzil 12-də yaşayır. Yaşadığı evdə özünə məxsus «LG» markalı kodisioneri vardır. «LG» markalı kondisioneri 1300 manata almışdır. Kondisionerrin mühərriki binanın blokunda çöl tərəfdə quraşdırılmışdır. 29.11.2021-ci il tarixdə saat 12 radələrində binanın blokunda olarkən binanın çöl hissəsində quraşdırılmış ona məxsus olan 1300 manat dəyərində «LG» markalı kondisionerin mühərrikinin yerində olmadığını görmüş və naməlum şəxs tərəfindən oğurlanmasına əmin olduğu üçün bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Həmin kondisioneri avqust ayından etibarən istifadə etmədiyi üçün dəqiq nə vaxt oğurlandığını bilməmişdir. Baş vermiş oğurluq nəticəsində ona 1300 manat ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayından ünvan 14 ünvanında yaşayır. 20.09.2021-ci il tarixdə saat 16 radələrində ona zəng edib yaşadığı binanın çöl hissəsində quraşdırılmış ona məxsus olan 700 manat dəyərində «Samsung» markalı kondisionerin mühərrikinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişlər. O, da həmin günü axşam radələrində evə gəldikdə həqiqətən həmin yerdən oğurluq olduğunu görmüş və bundan sonra bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq cinayəti nəticəsində ona 700 manat ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 qızı ifadəsində göstərmişdir ki, ünvan 12, mənzil 44-də yaşayır. Yaşadığı evdə özünə məxsus «Mitsubishi» markalı kodisioneri vardır. «Mitsubishi» markalı kondisioneri 1800 manata almışdır. Kondisionerrin mühərriki binanın blokunda çöl tərəfdə quraşdırılmışdır. 17.10.2021-ci il tarixdə saat 17 radələrində binanın blokunda olarkən binanın çöl hissəsində quraşdırılmış ona məxsus olan 1800 manat dəyərində «Mitsubishi» markalı kondisionerin mühərrikinin yerində olmadığını görmüş və naməlum şəxs tərəfindən oğurlanmasına əmin olduğu üçün bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona 1800 manat ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 12, mənzil 6-da yaşayır. Yaşadığı evdə özünə məxsus «Siemens» və «Galance» markalı kodisionerləri vardır. «Siemens» markalı kondisioneri 1130 manata, «Galance» markalı kondisioneri 735 manata almışdır. Kondisionerlərin mühərriki binanın blokunda çöl tərəfdə quraşdırılmışdır. 17.10.2021-ci il tarixdə saat 15 radələrində binanın blokunda olarkən binanın çöl hissəsində quraşdırılmış ona məxsus olan 1130 manat dəyərində «Siemens» markalı və 735 manat dəyərində «Galance» markalı kondisionerlərin mühərriklərinin yerində olmadığını görmüş və naməlum şəxs tərəfindən oğurlanmasına əmin olduğu üçün bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki. baş vermiş oğurluq nəticəsində ona 1865 manat ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ildə 100 kvlıq “LG” markalı kondisinoer almışdır. Həmin kondisioneri yaşadığı binanın 4-cü mərtəbəsində blokda quraşdırmışdır. 20.09.2021-ci il tarixdə saat 11:40 radələrində həyətdə olan zaman ona məxsus “LG” markalı kondisionerin mühərrikinin yerində olmadığını aşkar etmişdir. Bununla bağlı o, DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin kondisionerin mühərrikinin dəyəri 1000 manatdır. Hadisə nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, təxminən 2012-ci ildə 100 kvlıq “LG” markalı kondisinoer almışdır. Həmin kondisioneri yaşadığı binanın 4-cü mərtəbəsində blokda quraşdırmışdır. 20.09.2021-ci il tarixdə saat 11:40 radələrində o, həyətdə olan zaman ona məxsus “LG” markalı kondisionerin mühərrikinin yerində olmadığını aşkar etmişdir. Bununla bağlı o, DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin kondisionerin mühərrikinin dəyəri 1000 manatdır. Hadisə nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə. ev 29A, mənzil 26-da qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Yaşadığı evdə özünə məxsus «Hisense» markalı kodisioneri vardır. Həmin kondisioneri 750 manata almışdır. Kondisionerin mühərriki binanın blokunda çöl tərəfdə quraşdırılmışdır. 25.09.2021-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olarkən oğlu ona zəng edərək, kondisionerin mühərrikinin naməlum şəxs tərəfindən oğurlandığını və həmin həmin şəxsi tutmasını bildirmişdir. O, dərhal evdən çıxıb binanın həyətinə düşmüş və bir nəfər tanımadığı şəxsin kondisionerin mühərrikini oğurladığını görmühşdür. Bu barədə zəng edərək polisə məlumat vermişdir. Baş vermiş oğurluq cinayəti nəticəsində ona 750 manat ziyan dəymişdir. Ona dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 2005-ci ildə 100 kvlıq “Mitsubishi ” markalı kondisinoer almışdır. Həmin kondisioneri yaşadığı binanın 3-cü mərtəbəsində blokda quraşdırmışdır. 20.09.2021-ci il tarixdə saat 11:40 radələrində o, həyətdə olarkən ona məxsus “Mitsubishi” markalı kondisionerin mühərrikinin yerində olmadığını aşkar etmişdir. Bununla bağlı o, DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin kondisionerin mühərrikinin dəyəri 2200 manatdır. Hadisə nəticəsində ona 2200 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, ünvan 12, mənzil 8-də yaşayır. Yaşadığı evdə özünə məxsus «Bosch» markalı kodisioneri vardır. «Bosch» markalı kondisioneri 1100 manata almışdır. Kondisionerrin mühərriki binanın blokunda çöl tərəfdə quraşdırılmışdır. 17.10.2021-ci il tarixdə saat 15 radələrində binanın blokunda olarkən binanın çöl hissəsində quraşdırılmış ona məxsus olan 1100 manat dəyərində «Bosch» markalı kondisionerin mühərrikinin yerində olmadığını görmüş və naməlum şəxs tərəfindən oğurlanmasına əmin olduğu üçün bu barədə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Həmin kondisioneri avqust ayından etibarən istifadə etmədiyi üçün dəqiq nə vaxt oğurlandığını bilməmişdir. Baş vermiş oğurluq nəticəsində ona 1100 manat ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 etibarnamə üzrə nümayəndəsi X4 ifadəsində göstərmişdir ki, Hümay Hüseynova onun bacısıdır. Oğurluq nəticəsində bacısına dəymiş 1100 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödənildiyindən, sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC tərəfindən tərəfindən 2021-ci ilin aprel ayından CAR-1960 saylı, «X9» əsasında ** PL *** dövlət qeydiyyat nişanlı Ravon Nexia R3 markalı nəqliyyat vasitəsini idarə edir. İdarə etdiyi nəqliyyat vasitəsi ilə «Bolt» taksi xidmətinə qoşulmuşdur. Təxminən 15-16 sentyabr 2021-ci il tarixdə saat 13:00-14:00 radələrində nahar fasiləsi üçün yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, bina 10-da yerləşən evinə gəldiyi zaman ona «Bolt» taksi xidmətindən sifariş gəlmişdir. Lakin yorğun və ac olduğundan sifarişi qəbul etməmişdir. Yaşadığı binanın qarşısına gəldikdə idarə etdiyi nəqliyyat vasitəsinin üzərində taksi işarəsi olduğundan bir nəfər şəxs ona avtomobili saxlamağını işarə etmişdir. O, idarə etdiyi nəqliyyat vasitəsini həmin şəxsin yaxınlığında saxlamışdır. Həmin şəxs ona «Qardaş kondisioner ustasıyam, bir ədəd kondisioner var, onu vasmoya aparıb verib gəlmək lazımdır. Bolta sifariş vermişəm. 12.50 AZN edibdir» demiş və orada çox gözləməyəcəklərini, kondisioneri təhvil verib gələcəklərini bildirmişdir. O, həmin şəxslə qiymətdə razı olmadıqda ona gedib-qayıtmağa daha çox 15 azn verəcəyini bildirmişdir. Maşında evə aldığı ərzaqlar olduğundan o, həmin şəxsə gözləməsini və aldığı ərzaqları evə verib sonra gələcəyini bildirmişdir. Həmin şəxs razılaşdıqdan sonra o, aldığı ərzaqları evə verib geri qayıtmışdır. Qayıtdığı zaman həmin şəxsin kondisionerin yanında blokun qarşısında gözlədiyini görmüşdür. Həmin şəxs kondisioneri azyaşlı oğlu ilə birlikdə maşının yük yerinə yerləşdirdikdən sonra ona «Vasmoy» adlanan 8-ci kilometr qəsəbəsinə sürməyini demişdir. 8-ci kilometr qəsəbəsinə çatdıqda həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsini adını bilmədiyi kafenin qarşısında saxlamağını bildirmiş və kondisioneri oğlu ilə birlikdə maşından çıxardaraq həmin kafenin qarşısında dayanan 2 nəfər naməlum şəxsə vermişdir. Bundan sonra həmin şəxs və azyaşlı oğlu Abşeron rayonu, Xırdalan şəhəri, «Kristal Abşeron-2» yaşayış kompleksinin qarşısında ona 15 azn pulu verərək nəqliyyat vasitəsindən düşmüşlər. Bundan bir gün sonra təxminən günorta radələrində nahar fasiləsinə gəldiyi zaman yaşadığı binanın qarşısında bir nəfər şəxsin idarə etdiyi nəqliyyat vasitəsinin arxasınca qaçaraq qışqırdığını görmüşdür. Nəqliyyat vasitəsini saxladıqda həmin şəxsin dünən apardığı şəxs olduğunu xatırlamışdır. Həmin ona yenə kondisioner aparacaqlarını bildirmişdir. İdarə etdiyi nəqliyyat vasitəsini həmin şəxsin göstərdiyi 27-ci məhəllədə yerləşən binanın qarşısına sürdükdə adını bilmədiyi həmin şəxsin onu 3-cü mərtəbənin eyvanına kömək üçün çağırdığını görmüşdür. Həmin şəxsin çağırdığı yerə qadxan zaman yenə də yerdə 01 ədəd kondisionerin oluğunu görmüşdür. Həmin şəxsə bu kondisionerin nə olduğunu soruşduğu zaman ona kondisioner ustası olduğunu, kondisioner alıb-satdığını və ev sahiblərinin göstərişi ilə onu sökdüyünü bildirmişdir. Həmin şəxs ondan kondisioneri aşağı maşina düşürtməyini istədikdə o, xəstə olduğunu və ona kömək edə bilməyəcəyini bildirmişdir. Həmin şəxs kondisioneri tək gətirib nəqliyyat vasitəsinin yük yerinə qoymuşdur. Bundan sonra ona Xırdalan şəhərində yerləşən digər bir binanın qarşısına sürməyini istəmiş və orada da blokun qarşısında olan digər bir kondisioneri onun maşınının yük yerinə yüklədikdən sonra Bakıxanov qəsəbəsində yerləşən «Vahid» şadlıq sarayının qarşısına sürməyini bildirmişdir. Həmin şəxsi göstərilən ünvana aparıb onları orada 5 dəqiqə gözlədikdən sonra yenidən geri Xırdalan şəhərinə qaytarmışdır. Bu zaman şəxs ona istifadəsində olan 050 390-64-97 saylı mobil nömrəsini vermiş, adının Emin olduğunu və kondisioner ustası olduğunu bildirmişdir. Bundan sonra Emin ona bir neçə dəfə zəng edərək müxtəlif ünvanlara kondisioner sifarişi aldığını və onları aparması üçün nəqliyyat vasitəsinin lazım olduğunu bildirmişdir. 22.09.2021-ci il tarixdə polis əməkdaşları ona zəng edərək idarə etdiyi Ravon R3 markalı **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hadisə olduğunu və Abşeron RPİ-yə gəlməli olduğumu bildirmişlər. Abşeron RPİ-yə gələrək baş vermiş oğurluq hadisəsi ilə tanış olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şərifov X5 rayonu Təzə Alvadı kəndinə qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Əmirfəz bir müddət olar ki, Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşamış və məişət avadanlıqlarının təmiri ilə məşğul olmuşdur. 2021ci ilin sentyabr ayının sonlarında ona məlum olmuşdur ki, nəvəsi Əmirfəz oğurluq etdiyi üçün Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Əmirfəzlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getmiş və sonuncu ilə görüşərək nəyə görə oğurluq etməsinin səbəbini soruşmuşdur. Əmirfəz isə ona maddi ehtiyyacının olduğu üçün oğurluq etdiyini və 03 ədəd kondisioneri satdığı yeri demişdir. Əmirfəzin dediyi ünvana Bakı şəhəri, Nizami rayonunda 8-ci kimometr bazarına gedib 03 ədəd kondisioneri satdığı şəxsi tapmışdır. Həmin şəxs bildirmişdir ki, Əmirfəz ona 01 ədəd “Mitsubishi” markalı, 01 ədəd “LG” markalı və 01 ədəd “Siemens” markalı kondisioneri satıb, oğurluq olması barədə heç nə deməyib. O, həmin şəxsə 270 manat pul ödəyərək 03 ədəd kondisionerin mühərrikini ondan almış və zərərçəkmiş şəxslərə təhvil vermişdir. Nəvəsi Əmirfəzin oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 25.09.2021-ci il tarixdə işdə növbədə olduğu zaman Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 29A, mənzil 26-da yaşayan Zərərçəkmiş şəxs1 bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək bir nəfər şəxs tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, bina 29A, mənzil 26-da yerləşən blokdan ona məxsus bir ədəd Hisense markalı kondisionerin mühərrikini oğurlayarkən onun tərəfindən saxlanıldığını göstərmişdir. Hadisə yerinə getdikdə həmin şəxsin 2000-ci il təvəllüdlü, Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs olması müəyyən edildi. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus mənzilin blokunda yerləşdirilmiş “Siemens” markalı və “Galance” markalı kondisionerlərin mühərriki, ünvan 22 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus mənzilin blokunda “Mitsubishi” markalı kondisionerin mühərriki, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus «Samsung» markalı kondisionerin mühərriki, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus mənzilin blokunda yerləşdirilmiş “LG” markalı kondisionerin mühərriki, ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus mənzilin blokunda yerləşdirilmiş “Mitsubishi” markalı kondisionerin mühərriki, ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus mənzilin blokunda yerləşdirilmiş “LG” markalı kondisionerin mühərriki, ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus mənzilin blokunda yerləşdirilmiş “LG” markalı kondisionerin mühərriki, ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 Faxrəddin qızına məxsus mənzilin blokunda yerləşdirilmiş “Bosch” markalı kondisionerin mühərriki, ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs9 məxsus mənzilin blokunda yerləşdirilmiş “Siemens” markalı kondisionerin mühərrikini talayıb oğurlamış və tanımadığı şəxslərə satmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 28 dekabr 2021-ci il tarixli 9/9295 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş bir ədəd 100 kvadratmetrlik «Siemens» markalı kondisionerin mühərikinin 2021ci ilin sentyabr ayına orta bazar qiyməti 400 manat, bir ədəd 100 kvadratmetrlik «LG» markalı kondisionerin mühərikinin 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti 500 manat, bir ədəd 100 kvadratmetrlik «Mitsubishi» markalı kondisionerin mühərikinin 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti 1000 manat, bir ədəd 100 kvadratmetrlik «Hisense» markalı kondisionerin mühərikinin 2021-ci ilin sentyabr ayına orta bazar qiyməti 500 manat müəyyən olunur. İstintaq zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs1, və Zərərçəkmiş şəxs3 dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10 etibarnamə üzrə nümayəndəsi X4, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Şübhəli şəxsin tutulması haqqında 25.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 27.09.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 25.09.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 30.11.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə maddi sübut tanınmış və saxlanılmasından ötrü 01 ədəd “Siemens” markalı kondisionerin mühərriki Zərərçəkmiş şəxs9, 01 ədəd “Mitsubishi” markalıkondisionerin mühərriki Zərərçəkmiş şəxs8, 01 ədəd “LG” markalıkondisionerin mühərriki Zərərçəkmiş şəxs4 və 01 ədəd “Hisense” markalı kondisionerin mühərriki Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən Vətən müharibəsində könüllü olaraq iştirak etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 177.2.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X7 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1. və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.14-cü maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxslərə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən Vətən müharibəsində iştirak etməsini, o cümlədən Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, ictimai təhlükəlilik dərəcəsi, cəzasını yüngülləşdirən halı, cinayət törətdikdən sonrakı davranışını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdən 28.04.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 03 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Siemens” markalı kondisionerin mühərriki Zərərçəkmiş şəxs9, 01 ədəd “Mitsubishi” markalıkondisionerin mühərriki Zərərçəkmiş şəxs8, 01 ədəd “LG” markalıkondisionerin mühərriki Zərərçəkmiş şəxs4 və 01 ədəd “Hisense” markalı kondisionerin mühərriki Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25.09.2021-ci il tarixdən 28.04.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 07 ay 03 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Siemens” markalı kondisionerin mühərriki Zərərçəkmiş şəxs9, 01 ədəd “Mitsubishi” markalıkondisionerin mühərriki Zərərçəkmiş şəxs8, 01 ədəd “LG” markalıkondisionerin mühərriki Zərərçəkmiş şəxs4 və 01 ədəd “Hisense” markalı kondisionerin mühərriki Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı qaytarılması nəzərə alınsın . İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar