Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-199/2022 19.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri fərdi yaşayış evində yaşayan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama niyyəti ilə 15 dekabr 2021-ci il tarixdə saat 13:15 radələrində Abşeron rayonu, Novxanı kənd sakini Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən yaşayış evinə qanunsuz daxil olaraq həmin evdən 300 manat dəyərində 583 əyarlı, tək qaşlı, qaşı gül formasında bir cüt sırğanı, 01 ədəd 50 manat dəyərində qızılı rəngli bijuteriya boyunbağını, 01 ədəd 30 manat dəyərində qızılı rəngli bijuteriya boyunbağını, 01 ədəd 40 manat dəyərində qızılı rəngli bijuteriya qolbağını və 01 ədəd 20 manat dəyərində gümüşü rəngli qadın qol saatını gizli yolla talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 440 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç yerdə işləmir. küçələrdə tapdığı mis, dəmir və s. kimi şeylər satmaqla məşğuldur. 15 dekabr 2021-ci il tarixdə təxminən saat 13:15 radələrində Novxanı kəndində dolaşan zaman bir evə yaxınlaşmış, qapını bir neçə dəfə döydükdən sonra evdə heç kim olmadığına əmin olduqdan sonra açıq olan darvaza qapısından həyətə keçmişdir. Evin divarında yerləşən plastik pəncərəni vintaçan vasitəsi ilə açmış və pəncərədən evə daxil olmuşdur. Evə daxil olduqdan sonra mətbəx otağından koridora, koridordan isə yataq otağına keçmiş, yataq otağında qapı ilə üzbəüz yatağın sağ tərəfində yerləşən tyurmonun üstündə səbət olduğunu görmüşdür. Bundan sonra səbətin içində olan əşyaları özü ilə gətirdiyi sellofan torbaya tökmüş, yataq otağını axtarmış və qiymətli heçnə tapmadığı üçün çıxıb getmişdir. Evdən çıxdıqdan sonra torbanın içərisində olan bir ədəd qızıl sırğanı Sumqayıt şəhərində, “Cavid” ticarət mərkəzi adlanan bazarda qızıl alğı-satqısı mağazasında tanımadığı şəxsə 125 manata satmış, 02 ədəd qızılı rəngli bijuteriya boyunbağını, 01 ədəd qızılı rəngli bijuteriya qolbağını və 01 ədəd gümüşü rəngli qadın qol saatını isə cibində saxlamışdır. Bir neçə gün sonra onları dəyəri olmadığını düşündüyü üçün Sumqayıtda dəniz kənarında dəqiq xatırlamadığı yerdə tullamışdır. 18 dekabr 2021-ci il tarixdə saat 15:00 radələrində yenə də qiymətli əşya tapmaq üçün həmin Novxanı kəndində yerləşən evə yaxınlaşmış, bir qədər həyəti və evi müşahidə etdikdən sonra evdə heç kimin olmadığını fikirləşərək həyətə daxil olmuşdur. Lakin evdən bir nəfərin qışqırdığını eşidib oradan uzaqlaşmışdır. Hazırda əməlindən peşmandır, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. 15 dekabr 2021-ci il tarixdə saat 12:30-da işi olduğu üçün evdən çıxıb 13:30 radələrində evə qayıdan zaman mətbəxin pəncərəsinin açıq olduğunu görüb evə daxil olan zaman mətbəxin dağınıq formada olduğunu görmüşdür. Yataq otağına keçən zaman oranın da dağınıq formada olduğunu, habelə 300 manat dəyərində 583 əyarlı, tək qaşlı, qaşı gül formasında bir cüt sırğa, 01 ədəd 50 manat dəyərində qızılı rəngli bijuteriya boyunbağı, 01 ədəd 30 manat dəyərində qızılı rəngli bijuteriya boyunbağı, 01 ədəd 40 manat dəyərində qızılı rəngli bijuteriya qolbağı və 01 ədəd 20 manat dəyərində gümüşü rəngli qadın qol saatı olmaqla ümumi dəyəri 440 manat olan əmlakının oğurlanmasını aşkar etmiş və bu barədə həyat yoldaşının telefonu ilə DİN-in 102 Zəng- Xidmətinə məlumat vermişlər. Daha sonra Zərərçəkmiş şəxs Abşeron RPİ-nin X8 yaxınlaşıb baş vermiş hadisə ilə əlaqədar ərizə vermişdir. Bir neçə gün sonra 18 dekabr 2021-ci il tarixdə saat 15:00 radələrində oğlu pəncərədən baxarkən həyətdə kiminsə olduğunu görüb qışqırmış, bu zaman həmin şəxs qaçaraq uzaqlaşmışdır. Zərərçəkmiş şəxs yenidən DİN-in 102 Zəng- Xidmətinə məlumat vermiş və Abşeron RPİ-nin X8 yaxınlaşıb baş vermiş hadisə ilə əlaqədar ərizə yazaraq məlumat vermişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında şahid X3 elan olunmuş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, Sülh küçəsi, Cavid ticarət mərkəzinin daxilində qızıl-zinyət əşyalarının alğı-satqı köşkünü icarə əsasında işlədir. 15.12.2021-ci il tarixdə saat 15:00 radələrində bir nəfər yaxlınlaşaraq qızılın alış qiymətini soruşmuş, o isə “lom” qiymətinin məzənnəsinin 54 manat olduğunun bildirmişdir. Bundan sonra adının Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs cibindən tək qaşlı, qaşı gül formasında olan bir cüt sırğa çıxardaraq, ona göstərmiş, X5 onu xüsusi cihaz vasitəsiylə yoxlayıb 583 əyar qızıl olduğuna əmin olduqdan sonra tərəzidə çəkmişdir. Tərəzidə çəkdikdən sonra həmin bir cüt sırğanın 2,300 qram çəkidə olduğunu görmüş, buna görədə həmin sırğaları 120 manata ala biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs ona yoldaşını xəstə olduğunu 130 manata dərman aldığını və dərmanın pulunu vermək üçün sırğaları satdığını dediyi üçün X5 həmin bir cüt sırğanı 125 manat müqabilində almışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan qərardan görünür ki, 23.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan qərardan görünür ki, 25.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan qərardan görünür ki, 25.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə 03 ay müddətinə «həbs» növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 13.12.2018-ci il tarixli Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23 oktyabr 2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənlmiş hesab olunur. Təqsirləndirilən şəxs cəzasını 23 oktyabr 2021-ci il tarixdə çəkib qurtardığını və üzərindən iki ay sonra yenidən oğurluq əməli törətdiyini nəzərə alaraq məhkumluğu ödənilməmiş hesab edilir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs səmimi peşmançılığını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə tutulduğu vaxtdan, yəni 23.12.2021-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 23.12.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-199/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-199/2022
19.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver