Məhkəmə qərarları › İş №1(012)-20/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-20/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-20/2020 30.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, təqsirləndirilən şəxs Kərimova Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1989-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmuş, evli, Tovuz rayonunun Cilovdarlı kəndində qeydiyyatda olan, məhkumluğu ödənilməyən, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.3 və 66.5-ci maddəsinə əsasən 4000 manat cərimə cəzasına, dövlət orqanlarında və yerli özünüidarə orqanlarında 03 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdən həbsdə saxlanılan Kərimova Təqsirləndirilən şəxs1 və xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ailəli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, özəl tikinti ev 6V-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 15/15-də yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək, həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Kərimova Təqsirləndirilən şəxs1etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə sabiq əriTəqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2018-ci ilin yanvar ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı Quba rayonu, İsnovqışlaq kəndində yerləşən fərdi evində qonaq olarkən onun oğlu Şahid1 “Azfen” şirkətinə sürücü kimi işə düzəltməsinə köməklik edəcəyi adı ilə sonuncudan 3000 manat pulunu, həmin iş üçün sığorta düzəldəciyini adı ilə xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Beynalxalq Avtovağzalında görüşərək 300 manat pulunu, həmin iş üçün geyim formasını alacağını adı ilə aldadaraq, xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “xxxxxxxxxxxx” ASC-nin Abşeron filalından çıxarıb ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 3625 manat maddi ziyan vurmaqla dələduzluq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Kərimova Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, anası və bir qızı ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi bina 29/42a, mənzil 71-də yaşamışdır. Təqsirləndirilən şəxs2 ilə xx.xx.2015-ci il tarixdə ailə həyatı quraraq rəsmi nikaha girmişdir. Həmin nikahdan bir qız övladı olmuşdur. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs2 boşanmışdır. İsmayılla boşanmasına baxmayaraq onunla əlaqə saxlayıb görüşmüşdür. Zərərçəkmiş şəxs, onun arvadı Şahid2 və onun oğlu Şahid1 Xübyar oğlunu tanıyır. Şahid1 Xübyar oğlu keçmiş əri İsmayılın əsgər yoldaşı olmuşdur. Onlarla əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 2018-ci ilin yanvar ayında keçmiş əri Təqsirləndirilən şəxs2 və balaca qızı Sevgi ilə birlikdə əri İsmayılın Quba rayonu, İsnovqışlaq kəndində yaşayan əsgər yoldaşı Şahid1 evinə qonaq getmişlər. Zeydgildə olarkən Zeydin atası Xubyar söhbət zamanı Zeydin işsiz olması sürücü kimi iş axtarmasını onlara demişdir. İsmayılda Zeydin valideynlərinə demişdir ki, “arvadım Təqsirləndirilən şəxs1 DİN-nin “102” xidmətində işləyir polis baş leytenantıdır”. Yalandan İsmayılın sözünü təsdiq edərək Zeydə bildirmişdir ki, “mənim bibimin “Azfen” şirkətində tanışı var, səni oraya sürücü kimi işə düzəldə bilər, əmək haqqı 1200 manat olacaq, ancaq bu iş 3000 manat müqabilində düzələcəkdir”. Həmin vaxt Zeydin atası onunla razılaşaraq gətirib 3000 manat pulu onun yanında İsmayıla vermişdir. İsmayıl 3000 manat pulu Zeydin atasından almış və sayaraq ona vermişdir. Həmin pulu alıb çantasına qoymuş və Zeydə bildirmişdir ki, “lazım olan sənədləri hazırlasın”. Sonra onlar Zeydin evindən çıxıb öz evlərinə getmişlər. Yolda İsmayıl pulu ondan alıb həmin 3000 manat puldan ona 1000 manat pul vermişdir. Qalan 2000 manat pulu isə öz cibinə qoymuşdur. Bundan sonra İsmayılla Zeydgildən pul almaq məqsədi ilə İsmayıl xx.xx.2018-ci il tarixdə Zeydin mobil telefonuna zəng edərək Zeydə bildirmişdir ki, “işlə bağlı sığorta üçün əlavə 300 manat pul lazımdır onu tez gətir ver işin düzəlsin”. Zeyd də İsmayılla razılaşmış həmin günün sabahı yəni xx.xx.2018-ci il tarixdə, İsmayılla bir yerdə Bakı şəhəri, X4 görüşmüşdür. Həmin vaxt Zeyd İsmayıla 300 manat pul və özünə məxsus foto şəkilləri, yaşayış yerindən arayışı vermişdir. İsmayıl həmin pulu və sənədləri almış və sənədləri ona vermişdir. Onlar Zeydlə Bakı şəhəri, Xətai rayonunda yerləşən kafelərin birində çörək yeyib sonra Zeydi Beynalxalq avtovağzaldan yola salmışlar. Bundan sonra İsmayıl həmin puldan ona 15 manat pul vermişdir. Qalan pulu isə öz cibinə qoymuşdur. Aradan bir müddət keçdikdən sonra ona pul lazım olduğu üçün Zeydə zəng edərək bildirmişdir ki, “iş üçün paltar verilməsi ilə bağlı əlavə 325 manat pul lazımdır xahiş edirəm tez göndər sənin işini həll edim”. Sonra Zeydə “Kapital” bankda olan hesabını vermiş Zeyd də ona “Kapital” bank vasitəsi ilə 325 manat pul göndərmişdir. Həmin 325 manat pulu xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “xxxxxxxxxxxx” ASC-nin Abşeron filalından çıxarıb öz ehtiyaclarına xərcləmişdir. Sonra da Xubyargilin telefon zənglərinə cavab verməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, valideynləri ilə bir yerdə Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 15/15-də yaşayır. Kərimova Təqsirləndirilən şəxs1 ilə xx.xx.2015-ci il tarixdə ailə həyatı quraraq rəsmi nikaha girmişdir. Həmin nikahdan bir qız övladı olmuşdur. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Kərimova Təqsirləndirilən şəxs1 boşanmışdır. Təqsirləndirilən şəxs1lə boşansa da aralarında görüşləri və münasibətləri olmuşdur. Şahid1 tanıyır, Zeydlə Tərtər rayonu, Qapanlı kəndində yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olarkən tanış olmuş və münasibət qurmuşlar. Şahid1 Quba rayonu, İsnovqışlaq kəndində yaşayır. Əsgəri xidmətini qurtardıqdan sonra Zeydlə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Zeydlə bu günə kimi aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, 2018-ci ilin yanvar ayında keçmiş arvadı Kərimova Təqsirləndirilən şəxs1 və balaca qızı Sevgi ilə birlikdə Quba rayonu, İsnovqışlaq kəndində yaşayan əsgər yoldaşı Şahid1 evinə qonaq getmişlər. Zeydgildə olarkən Təqsirləndirilən şəxs1 keçmiş arvadı kimi yox arvadı kimi təqdim etmişdir. Zeydgildə olarkən Zeydin atası söhbət zamanı Zeydin işsiz olmasını sürücü kimi iş axtarmasını onlara demişdir. Zeydin valideynlərinə yalan olaraq demişdir ki, arvadı Təqsirləndirilən şəxs1 DİN-nin “102” xidmətində işləyir polis baş leytenantıdır. Onun bu sözünü keçmiş arvadı Təqsirləndirilən şəxs1 təsdiq edərək bildirmiş və yalan olaraq demişdir ki, “onun bibisinin “Azfen” şirkətində tanışı var səni oraya sürücü kimi işə düzəldə bilər, əmək haqqı 1200 manat olacaq, ancaq bu iş 3000 manat müqabilində düzələcəkdir”. Həmin vaxt Zeydin atası Təqsirləndirilən şəxs1lə razılaşaraq gətirib 3000 manat pulu onunla Təqsirləndirilən şəxs1 vermişdir. 3000 manat pulu Zeydin atasından almış və sayaraq Təqsirləndirilən şəxs1 vermişdir. Təqsirləndirilən şəxs1 həmin pulu alıb çantasına qoymuş və Zeydə bildirmişdir ki, lazım olan sənədləri hazırlasın. Sonra onlar Zeydin evindən çıxıb öz evlərinə getmişlər. Yolda 3000 manat pulu Təqsirləndirilən şəxs1 alıb həmin puldan Təqsirləndirilən şəxs1 1000 manat pul vermiş, qalan pulu isə öz cibinə qoymuşdur. Bundan sonra Zeyddən əlavə pul almaq məqsədi ilə xx.xx.2018-ci il tarixdə Zeydin mobil telefonuna zəng edərək Zeydə bildirmişdir ki, “işlə bağlı sığorta üçün əlavə 300 manat pul lazımdır”. Zeyd də onunla razılaşıb həmin günün sabahı xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs1lə bir yerdə Bakı şəhəri, X4 görüşmüşlər. Həmin vaxt Zeyd ona 300 manat pul və özünə məxsus foto şəkilləri, yaşayış yerindən arayışı vermişdir. Pulu və sənədləri Zeyddən alıb sənədləri Təqsirləndirilən şəxs1 vermişdir. Onlar Zeydlə Bakı şəhəri, Xətai rayonunda yerləşən kafelərin birində çörək yeyib sonra Zeydi Beynalxalq avtovağzaldan yola salmışlar. Bundan sonra Zeyddən aldığı 300 manat puldan Təqsirləndirilən şəxs1 15 manat pul vermişdir. Qalan pulu isə öz cibinə qoymuşdur. Aradan bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs1 Zeydə zəng edərək Zeydə işnən bağlı paltar almaq məqsədi ilə əlavə 325 manat pulun lazım olduğunu bildirmiş Zeyd də ona xxxxxxxxxxxx vasitəsi ilə 325 manat pul göndərmiş, Təqsirləndirilən şəxs1 də həmin pulu alıb özü üçün xərcləmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Quba rayonu, İsnovqışlaq kəndində ailəsi ilə birlikdə yaşayır. Oğlu Şahid1 əsgər yoldaşı Təqsirləndirilən şəxs2 2018-ci il yanvar ayında yaşadığı Quba rayonu, İsnovqışlaq kəndində yerləşən evə arvadı Təqsirləndirilən şəxs1 ilə birlikdə qonaq gəlmişlər. Həmin vaxt söhbət əsnasında oğlu Zeyd üçün iş axtardığını İsmayıl və Təqsirləndirilən şəxs1 demişdir. İsmayıl və arvadı Təqsirləndirilən şəxs1 isə öz növbələrində ona “Azfen” şirkətində qohumlarının işlədiyini və Zeydi həmin yerə sürücü kimi işə düzəldə biləcəklərini və buna görə də 3000 manat pul lazım olduğunu demişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası DİN-nin 102 mərkəzizəng xidmətinin əməkdaşı olmasını bildirmişdir. Bundan sonra yaşadığı evdə oğlu Zeydin və arvadı Toyxanımın yanında Təqsirləndirilən şəxs1 adlı qadına 3000 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 və İsmayıl oğlu Zeydə yaşayış yerindən arayış və ¾ ölçüdə 2 ədəd fotoşəkil çəkdirib hazır etdikdən və onlara göndərməsini dedikdən sonra yaşadığı evdən çıxıb getmişlər. 2018-ci ilıin fevral ayının 18-də İsmayıl oğlunun istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək yaşayış yerindən arayış və şəkilləri ona göndərməsini və əlavə olaraq da 300 manat pulu “Azfen” şirkətində sığorta üçün lazım olduğunu demişdir. Bundan sonra oğlu Zeyd İsmayıl ilə Bakı şəhəri Beynəlxalq Avtovağzalda görüşərək oğluna məxsus foto şəkilləri, yaşayış yerindən arayışı və 300 manat pulu İsmayıl və Təqsirləndirilən şəxs1 vermişdir. Onlar da oğluna narahat olmamalarını və yaxın vaxtlarda Azfen şirkətindən işə çağıracaqlarını bildirmişlər. xx.xx.2018-ci il tarixdə İsmayıl oğlu Zeydin mobil telefonuna zəng edərək “Azfen” şirkətində sürücü kimi işə düzəlməsini və şirkətə məxsus olan geyim əşyalarının alınması üçün 325 manat da pul lazım olduğunu bildirmişdir. xx.xx.2018-ci il tarixdə oğlu Zeyd Şabran rayon, Mərkəzi poçtundan Kərimova Təqsirləndirilən şəxs1 adına 325 manat pul göndərmişdir. Bundan sonra “Azfen” şirkətindən oğlu Zeydi işə çağrılmadığı üçün oğlu da İsmayılın istifadə etdiyi ***-***-**-** və ***-***-**-** arvadı isə Təqsirləndirilən şəxs1 isə ***- ***-**-** mobil telefon nömrələrinə dəfələrlə zəng etsək də telefon zənglərinə cavab vermədikləri üçün İsmayıl və Təqsirləndirilən şəxs1 Kərimovlar tərəfindən aldadıldıqlarını başa düşmüşlər və bununla bağlı şikayət etmişlər. Ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Kərimova Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 67.1-ci maddəsinə əsasən 4000 manat cərimə cəzasına və 15 faizi dövlət nəfinə tutulmaqla 1 il islah işləri cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 178.1ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ya müddətinə islah işləri və 4000 manat cərimə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Kərimova Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 193-1.1.1, 310, 320.1, 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona CM-nin 178.3.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 193-1.1.1- cü maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CMnin 310-cu maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.1ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 320.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə və dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum etmə cəzalarını ayrı-ayrılıqda qismən toplamaq yolu ilə və əsas cəzaya əlavə cəzanı birləşdirməklə Kərimova Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 67.1 -ci maddəsinə əsasən Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Kərimova Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətə islah işləri cəzası və 4.000 manat cərimə cəzası, CMnin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzası 6 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə təyin edilən dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Kərimova Təqsirləndirilən şəxs1 qəti olaraq 4.000 manat cərimə cəzası və 3 (üç) il müddətə dövlət ,və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüquqdan məhrum edilməklə 7 (yeddi) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Kərimova Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 66.3 və 66.5-ci maddəsinə əsasən 4000 manat cərimə cəzasına, dövlət orqanlarında və yerli özünü idarə orqanlarında 03 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri, Xəzər RPİ-də Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraata xitam verilmişdir. xx.xx.2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Abşeron rayon Pİ-in MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Kərimova Təqsirləndirilən şəxs1və Təqsirləndirilən şəxs2 həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Kərimova Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, Kərimova Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını,Azərbaycan Respublikası CM-in 59.1.13cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Kərimova Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Kərimova Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs Kərimova Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Kərimova Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Kərimova Təqsirləndirilən şəxs1 CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 4000 manat cərimə cəzası, dövlət orqanlarında və yerli özünü idarə orqanlarında 03 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Kərimova Təqsirləndirilən şəxs1 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlığən məhdudlaşdırılması cəzası ilə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 4000 manat cərimə cəzası, dövlət orqanlarında və yerli özünü idarə orqanlarında 03 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Kərimova Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Kərimova Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Kərimova Təqsirləndirilən şəxs1barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını,Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsinionun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri vəcəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 10 ay 16 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Kərimova Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçilər təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçiləri vəkil X6 göstərdiyi 10 saat hüquqi yardıma görə 90 manat məbləğində pul və vəkil X3 göstərdiyi 10 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Kərimova Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3 və 66.5-ci maddələrinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 4000 manat cərimə cəzasına, dövlət orqanlarında və yerli özünü idarə orqanlarında 03 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Kərimova Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 4000 manat cərimə cəzasına, dövlət orqanlarında və yerli özünü idarə orqanlarında 03 il müddətinə məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 07 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Kərimova Təqsirləndirilən şəxs1 təyin edilmiş 4000 manat cərimə cəzası müstəqil icra edilsin. Kərimova Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablansın. Kərimova Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Kərimova Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 10 ay 18 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs2 məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçiləri vəkil X6 göstərdiyi 10 saat hüquqi yardıma görə 90 manat məbləğində pul və vəkil X3 göstərdiyi 10 saat hüquqi yardıma görə 90 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ**********0003001944, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar