Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-20/2021 22.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxsin hüquqi varisi X8 iştirakları ilə, xx xxxxxxxx 1975-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 02 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02.04.2019-cu il tarixli müqaviləyə əsasən icarəyə götürüb işlətdiyi Şahid3 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölünün yanı, “Əlinca” futbol klubu ilə üzbəüz iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşən avtoyuma məntəqəsində “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın G1.2.7 bəndinin, “Avtomobil nəqliyyatı müəssisələrində təhlükəsizlik texnikası qaydaları”nın 109 bəndinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 1.7.32 və 1.7.95 bəndlərinin tələblərinə əsasən müəssisəsin elektrik təsərüfatına cavabdehlik daşıyan məsul şəxs, müəssisədə elektrik qurğularının saz və təhlükəsiz istismar olunmasını təmin etməli, vaxtaşırı olaraq həmin qurğulara texniki baxışlar, profilaktik sınaqlar və təmirlər təşkil etməli, avtomobillər açıq şlanqla (əl ilə) yuyulduqda aparılan boks (“moyka”) suyun gərginlik altında olan, elektrik cərəyanı keçirən naqillərə və avadanlığa çatmayan zonada yerləşdirilməli, yuyulma aparılarkən işıqlandırma cihazları və naqillər germetik olaraq izolyasiya edilməli, gərginliyi 220 V olan elektrik maqnit buraxıcılarının və idarəedici hidroizolyasiya ilə təmin olunmalı və metal gövdələri torpaqlanmalı, elektrik izolyasiyasının pozulması nəticəsində insanların elektrik cərəyanı ilə vurulmasının qarşısının alınması üçün, ən azı torpaqlama, sıfırlanma, mühafizə açılma, aşağı gərginlik və digər mühafizə tədbirlərini yerinə yetirməli olduğu halda, bu tələblərə əməl etməyərək qanunvericiliyinin tələblərini pozmuş, nəticədə ehtiyatsızlıqdan 03 sentyabr 2019-cu il tarixdə saat 10 radələrində əmək müqaviləsi bağlamadan işə qəbul etdiyi X13 avtomobili yuyan zaman həmin məntəqədə istismar olunan “Ergün Makina” yazısı olan təzyiqli su vuran aparatda baş vermiş texniki nasazlığa görə və avtomobil yuma aparatının hidroizolyasiya olunmamış elektrik qurğuların üzərinə suyun düşməsi aparatın elektrik keçirici hissələrində cərəyanın axması üçün şərait yaratması səbəbindən elektrik cərəyanı altına düşərək sol əlin birinci barmağının əsas falanqasının arxa səthinin elektrik nişanəsi kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti alaraq hadisə yerində ölmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2019-cu ilin yanvar ayından Abşeron rayonu, Masazır qəsəbəsi, “Əlinca” futbol klubunun stadionu ilə üzbəüz yerləşən avtoyuma məntəqəsini 02.04.2019-cu il tarixli icarə müqaviləsi əsasında götürüb işlətmişdir. O, həmin yerin Su istilik quraşdırma firmasının direktoru Şahid3 məxsus olduğunu və ayına 500 manat icarə haqqı ödəməklə işlətmək üçün ona verdiyini bildirmişdir. O, icarəyə götürdüyü avtoyuma məntəqəsində olan maşın yuyulması üçün nəzərdə tutulmuş təziqli su vuran aparatı həmin məntəqəni icarəyə götürməmişdən əvvəl orda istifadə üçün quraşdırıldığını bildirmişdir. X11 təxminən 15-20 gündür ki, tanımış. O, məzunlar evində yaşadığını, arada bir yanına gəlib ondan iş istədiyini bildirmişdir. O, Vadimə yaxşılıq etmək məqsədi ilə avtoyuma məntəqəsində işləməyə şərait yaratmış və onun müqabilində onun haqqını ödəmişdir. Onların arasında rəsmi qaydada əmək münasibətləri tənzimlənməmişdir. O, Vadimin 1-2 gün işləyərək məvacibi alıb getdiyini və bir müddət sonra yenidən qayıdaraq işlədiyini bildirmişdir. 03 sentyabr 2019-cu il tarixdə orda işləyən onun qohumu Şahid1 ona zəng edərək Vadimin iş zamanı yıxılaraq huşsuz vəziyyətə düşdüyü bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, o, Şahid3la aralarında bağlanmış icarə müqaviləsinin 1.2 bəndinə əsasən iş vaxtı baş vermiş bədbəxt hadisələrə cavabdeh şəxs özüdür. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadəsindən görünür ki, anası 10 yaşı olanda rəhmətə getmiş, atası isə içki aludəçi olduğu üçün onu, qardaşı Vadimi və bacısı Diananı uşağ evinə vermişdilər. Sonradan onu və qardaşını Masazır qəsəbəsində yerləşən Məzunlar evinə yerləşdirdilər. Qardaşı ilə münasibəti normal olmuş, sadəcə son bir il aralarında narazılıq olduğu üçün münasibətləri soyumuşdur. Qardaşı vaxtı ilə ofisiant işləmiş, son 2 ay olardı ki, moykada işləyirdi. O, əlinə pul düşən kimi Mərdəkanda yerləşən 2 nömrəli internat məktəbində müvəqqəti yaşayan bacısı Diananı görməyə gedirmiş və ona maddi cəhətdən kömək edərmiş. Qardaşı çox zəhmətkeş insan olub, içkiyə və narkotikə meyilliyi olmamışdır. 03 sentyabr 2019-cu il tarixdə ona qardaşı Vadimin işlədiyi moykanın yanında olan dayancaqda ürək tutmasından rəhmətə getməsi barədə məlumat vermişdilər. O, hadisə yerinə gedib qardaşının moykada işləyən zaman elektrik cərəyani altına düşərək rəhmətə getdiyini müəyyənləşdirmişdir. Hazırda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, 1998-ci il tarixdə Su istilik quraşdırma firmasını təsis etmiş, 2003-cü il tarixdən isə firma öz fəaliyyətinə başlamışdır. 2014-cü il tarixdə firmanın yerini dəyişərək Abşeron rayonu, Masazır qəsəbəsi, Duz gölünün yanında 1 ha torpaq sahəsi götürüb orada işini davam etdirmiş. Həmin torpaq X2 məxsusdur. Torpaq ona etibarnamə əsasında verilmiş və 5 ildir ki, həmin torpağa dair bütün məsələlər tərəfindən həll olunur. Torpağın daxilində bir çox bokslar, anbar və müxtəlif tikililər vardır, maşın yuyan bokslarda həmçinin həmin torpağın daxilindədir. Həmin bokslar şirkətə aid avtomaşınların yuyulması üçün nəzərdə tutulmuş, lakin sonradan şirkətin işi olmadığına görə həmin bokslar Təqsirləndirilən şəxs istifadəsi üçün 02 aprel 2019-cu il tarixdə icarə müqaviləsi əsasında verilmişdir. Boksda olan maşın yuyulması üçün nəzərdə tutulmuş təziqli su vuran aparat tərəfindən 5 ilə yaxındır ki, alınıb, icarə verənə qədər də az istifadə olunmuşdur. Şahid3 əlavə olaraq göstərmişdir ki, hadisə ilə bağlı moykanı icarəyə verdiyi Təqsirləndirilən şəxs dediyinə görə moykada arada bir işləyən Vadim Aqapovun ürəyi xəstə olduğu üçün öldüyünü, onun elektrik cərəyanı altına düşməsini cəfəngiyat olduğunu bildirmişdir. O, hətta Təqsirləndirilən şəxs dediyinə görə Vadim Aqapovun moykanın işçisi olmadığı, onunla heç bir müqavilə bağlanmadığını bildirmişdir. O, icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən moykada iş vaxtı baş verə biləcək hər hansı bədbəxt hadisə ilə bağlı tərəfindən heç bir məsuliyyətin daşımadığı göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, təxminən 7 ay olar ki, “Əlinca” futbol klubu ilə üzbəüz yerləşən avtoyuyucu məntəqəsində işləyir. İşi yük maşınların və balaca avtomobillərin salon hissəsini təmizləməkdən ibarətdir. Avtoyuma məntəqəsi iki yerə bölünüb. Bir hissəsi avtomobillərin yuyulması, digər hissəsi isə qurudulması və salonların təmizlənməsi üçün nəzərdə tutulmuşdur. Avtoyuma məntəqəsini icarəyə götürən şəxs Təqsirləndirilən şəxsdir. Ondan başqa moykada Vadim Aqapovda və Vasif adlı şəxs işləyir. O və Vadim gündüz smenində çalışırmış, gecələr isə Vasif işləyirmiş. Vadim məzunlar evində, yəni düz moykanın yanında yaşadığı üçün arada bir gecələrdə işləyirmiş. O, 03 sentyabr 2019-cu il tarixdə saat 08 radələrində işə gəlmiş. Təxminən yarım saat sonra Vadim Aqapovda işə gələrək “Zil” markalı avtomaşınının alt hissəsini yumağa başlamışdır. Maşının yiyəsi təxminən saat 09:30-da gəlib maşını aparmaq istəmiş. Vadim işi tam olaraq bitirməmişdir, 10-15 dəqiqəlik işi qalmışdır. Bu zaman o, özünə aid maşın qurudulması üçün nəzərdə tutulmuş boksda telefonnan danışan zaman çöldən qışqırıq səsləri eşitmiş. Tez çölə çıxıb Vadimin boksun qarşısında “Zil” markalı avtomaşının sol tərəfində ağzı üstə yerdə uzandığını görmüşdür. Maşın yuyan aparatın tapancası onun yanında imiş. O, boksun qarşısına çıxana kimi moykanın yanında yerləşən avtoservisin işçisi Əqdəm artıq suyu aparatdan bağlamışdır. Sonra o, Əqdəm və səsə gələn digər şəxslər Vadimə yardım eləməyə başlamış və onun uzandığı yer palçıq olduğu üçün onu qaldıraraq quru yerə aparıb bel üstə sərmişdilər. “Zil” markalı avtomobilin yiyəsi Təbriz onlara kömək etmək üçün yaxınlaşmış və təcili tibbi yardıma zəng etmişdir. Həkimlər 20 dəqiqədən sonra gəlib artıq Vadimin öldüyünü təsdiq eləmişdilər. O, Vadimin işlədiyi maşın yuyan aparata baxmış və oradan yanıq iyi gəldiyini hiss etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, son 2 ay olar ki, Abşeron rayonunda yerləşən Duz gölündə fəhlə işləmiş, yəni ona məxsus “Zil” markalı yük avtomobilinə Duz gölünün xammalını yükləyərək orda yerləşən zavoda aparmış. O, 02 sentyabr 2019-cu il tarixdə günorta radələrində yük maşınını “Əlinca” futbol klubu ilə üzbəüz yerləşən avtomoykaya verdiyini, maşının işi çox olduğuna görə səhərsi gün tezdən təhvil verəcəklərini bildirmişdir. 03 sentyabr 2019-cu il tarixdə saat 09:30 radələrində maşını götürmək üçün moykaya getmiş. Boksun qabağı palçıx olduğu üçün maşını təmiz yerə sürüb çıxartmağını gözləmişdir. Siqaret alıb həmin yerə qayıdanda boksdan təxminən 20-25 metr aralıda bir nəfərin yerdə uzandığı və 4-5 nəfərin ona kömək elədiyini görmüşdür. Yaxınlaşıb nə baş verdiyini dəqiqləşdirdikdə birinci heçnə başa düşə bilməmiş, orda olan uşaqlardan nə baş verdiyini soruşduqda onlarda ona heçnə deməmiş, o, da təcili tibbi yardıma zəng edərək həkimləri çağırmışdır. Həkimlər gələnədək o, hadisə yerindən getmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 sentyabr 2019-cu il tarixli 80 nömrəli rəyindən görünür ki, mərhum X9 bədəni üzərində aşağıdakı xəsarətlər vardır - sol əlin birinci barmağının əsas falanqasının arxa səthinin elektrik nişanəsi bədənin yüksək gərginlikli elektrik cərəyanına malik olan naqillə kontaktından əmələ gəlmişdir, həyatidir, qərarda qeyd olunan müddətə, yəni 03.09.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum X9 ölümünə səbəb elektrik cərəyanın təsirindən baş vermiş elektrik vurma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X9 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (03.09.2019-cu il, saat 17:00) təxminən 6-8 saat əvvəl baş vermişdir. Mərhum X9 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ dirsək oynağı nahiyəsinin arxa səthinin və sağ baldırın 1/3-nin ön səthinin sıyrıqları, həyatidirlər, ölümündən bir qədər əvvəl olmaqla bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, törəmə müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni 03.09.2019-cu il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduqları üçün dərəcələri təyin olunmur, mərhumun ölümü ilə səbəbli əlaqəsi yoxdur. Mərhum X9 məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 01 noyabr 2019-cu il tarixli 24960 №-li rəyindən görünür ki, “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın G1.2.7 bəndinin, “Avtomobil nəqliyyatı müəssisələrində təhlükəsizlik texnikası qaydaları”nın 109 bəndinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 1.7.32 və 1.7.95 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin bilavasitə texniki səbəbi olmuşdur. Abşeron rayonu, Masazır qəsəbəsi, "Əlincə" futbol klubu ilə üzbəüz yerləşən avtoyuma məntəqəsinin elektrik qurğu və avadanlıqlarında torpaqlanma və sıfırlaşma aparılmadığına, təhlükəli şəraitdə (hadisə ərəfəsində avtoyuma aparatı yerləşən sahə su ilə örtülü olmuşdur) aparılan işləri dayandırmadığına görə “İstehlakçıların elektrik qurğularının texniki istismar qaydaları”nın G1.2.7 bəndinin, “Avtomobil nəqliyyatı müəssisələrində təhlükəsizlik texnikası qaydaları”nın 109 bəndinin və “Elektrik qurğularının quraşdırma qaydaları”nın 1.7.32 və 1.7.95 bəndlərinin tələbləri avtomobil yuma məntəqisinin icarədarı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Avtomobil yuma aparatını işə salan zaman elektrik avtomat açarı avtomatik olaraq aparatı dərhal elektrik dövrəsindən ayırdığına görə avtomobil yuma aparatı texniki nasaz olmuşdur, yəni onun elektrik dövrəsində elektrik təbiətli qəza halı (qısa qapanma) vardır. Avtomobil yuma aparatının hidroizolyasiya olunmamış elektrik qurğularının üzərinə suyun düşməsi aparatın keçirici hissələrində cərəyanın axması üçün şərait yaratmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş 15.10.2019-cu il tarixli **********9 nömrəli məktubdan görünür ki, 01.07.1996-cı il təvəllüdlü X13 fərdi uçot sisteminin sığortaolunanların məlumat bazasında sığortaolunan kimi uçotda deyildir. İş materiallarında olan Abşeron RİHB Masazır kənd İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X10 rayonu, Masazır kəndi, Abdulhüseynov küçəsi ünvanında qeydiyyatsız yaşayır, himayəsində 12.02.2006-cı il təvəllüdlü 1 yetkinlik yaşına çatmayan övladı var və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 27.11.2019-cu il tarixli tələbnamədən görünür ki, əvvəllər məhkum olunmuşdur. Belə ki, Sumqayıt şəhər məhkəməsinin hökmünün sürətindən Əliyev X12 rayon məhkəməsinin 23.03.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Sumqayıt şəhər məhkəməsinin 10 iyun 2019-cu il tarixli 1(060)-222/2019 nömrəli hökmü ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 312.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 1900 (bir min doqquz yüz ) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən Yevlax rayon məhkəməsinin 23.03.2018-ci il tarixli hökmü ilə təyini edilmiş və çəkilməmiş qalan 950 manat məbləğində cərimə cəzası yeni hökmlə təyin edilmiş cərimə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1900 (bir min doqquz yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdır. Bundan başqa Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə 05.11.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə CM-nin 66.3-cü maddəsinin tələblərinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş həmçinin CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 1.900 (min doqquz yüz) manat məbləğində cərimə cəzası hazırkı iş üzrə təyin edilmiş cəza ilə birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.900 ( bir min doqquz yüz) manat məbləğində cərimə cəzası təyin edilmişdir. İş materiallarında olan 22 noyabr 2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 11.02.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Abşeron RPİ-dən daxil olmuş 28.09.2021-ci il tarixli məktubdan görünür ki, barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs barəsində Sumqayıt Hərbi Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilmiş və o, hazırda 02 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X8 iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirli olması həm öz ifadəsi, həm də toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmədə verdiyi ifadələri, eləcə də digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə onun müsbət xarakterizə olduğunu, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.11 və 59.1.12-ci maddələrinə əsasən cinayəti törətməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi və mənəvi köməklik göstərməklə hüquqi varisi ilə barışıq əldə etməsini, 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası və 1.900 (bir min doqquz yüz) manat məbləğində cərimə cəzası hazırkı iş üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə həbs olunduğu vaxtdan, yəni 28 yanvar 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1900 manat xərimə cəzasına məhkum edilməsini nəzərə almalı və barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə 102 (bir yüz iki manat) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 05 il müddətinə azadlıqdan məhrumetmə cəzası və 1.900 (bir min doqquz yüz) manat məbləğində cərimə cəzası hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq Təqsirləndirilən şəxs 5 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1.900 (bir min doqquz yüz) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 28 yanvar 2020-ci il tarixdən hesablansın. Məhkəmə Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 05.11.2020-ci il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 1900 manat cərimə cəzasına məhkum edilməsi nəzərə alınsın və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. İş üzrə 102 ( bir yüz iki) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-20/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-20/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver