Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-20/2022 18.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X4 iştirakları ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, işləməyən, evli, Sabirabad rayonu, Qaralar kəndində qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş, 30.11.2021-ci il tarixdən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 28.10.2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, H.Əliyev küçəsində Şahid1 məxsus evin pəncərəsinin dəmir barmaqlığını qırmaqla qanunsuz daxil olub, həmin evdə kirayədə yaşayan Zərərçəkmiş şəxs yataq otağında paltar dolabından 500 manat pulunu, 1 ədəd 45 manat dəyərində qadın gödəkçəsini, 1 ədəd 30 manat dəyərində uşaq gödəkçəsini, həmin otaqda olan 1 ədəd 20 manat dəyərində saç fenini, 1 ədəd 45 manat dəyərində “Evroma” markalı parobnorik antenanı, 1 ədəd 70 manat dəyərində “Sinko” markalı ət çəkən maşını, 1 cüt 35 manat dəyərində uşaq ayaqqabısını, 1 cüt 25 manat dəyərində uşaq idman ayaqqabısını, 1 cüt 15 manat dəyərində uşaq ayaqqabısını, 1 ədəd 25 manat dəyərində qadın köynəyini, 1 ədəd 10 manat dəyərində şampunu, soyuducudan 22 manat dəyərində dana ətini və 9 manat dəyərində kərə yağını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 851 (səkkiz yüz əlli bir) manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, küçə 6, ev 15-də kirayədə yaşayır. 2020-ci ilin sentyabr ayının sonundan, həmin ilin oktyabr ayının sonuna kimi Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşamışdır. Həmin evin qonşuluğunda yerləşən evdə tanımadığı başqa bir ailə kirayədə yaşamışdır. Yaşadığı evin kirayə pulunu ödəyə bilmədiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 28.10.2020-ci il tarixdə saat 23 radələrində qonşu evdə heç kimin olmadığını yəqin etdikdn sonra hasara qalxıb evin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə aralamış və plastik pəncərəni əli ilə sıxıb açaraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra mətbəxdən 1 ədəd ətçəkən maşını, qonaq otağından antena aparatını və yataq otağından paltar şkafından 1 ədəd qadın gödəkçəsini oğurlayıb pəncərədən çıxarmışdır. Oğurladığı əşyalardan ət çəkən maşını və antena aparatını səhəri gün tezdən Bakı şəhəri, Qaradağ rayonu, Müşviqbad qəsəbəsinə aparıb orada çöl sahədə gizlətmişdir. Gödəkçə isə Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşadığı evdə qalmışdır. Təxminən 1 ay bundan əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində hazırda yaşadığı evi kirayə etmiş və oğurladığı əşyaları gizlətdiyi yerdən gətirib kiryə yaşadığı evə yığmışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu Masazır qəsəbəsi, H.Əliyev küçəsində yerləşən fərdi evdə kirayədə yaşayır. Yaşadığı ev X2 məxsusdur və onlar 3 aydır həmin evdə yaşayırlar. 23.10.2020-ci il tarixdə Ucar rayonuna getmiş və 31.10.2020-ci il tarixədək Ucar rayonunda qalmışdır. 27.10.2020-ci il tarixdə evin sahibi Şahid1 evə gəlib baş çəkmiş və həmin vaxtı evdə hər şey qaydasında olmuşdur. 31.10.2020-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsinə kirayədə yaşadığı evə gəlib evə daxil olmuş və həmin vaxtı evin qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlığının sındırıldığını, otaqların isə dağınıq halda olduğunu görmüşdür. Yataq otağında paltar şkafının içindəki cüzdanına baxdıqda cüzdanda olan 500 manat pulunun oğurlandğını aşkar etmişdir. Bundan başqa yataq otağında olan 45 manat dəyərində 1 ədəd qadın gödəkçəsinin, 30 manat dəyərində 1 ədəd uşaq gödəkçəsinin, 20 manat dəyərində 1 ədəd saç fenin, 45 manat dəyərində 1 ədəd televizor aparatının, 70 manat dəyərində 1 ədəd ətçəkən maşının, 35 manat dəyərində 1 cüt uşaq ayaqqabısının, 25 manat dəyərində uşaq idman ayaqqabısının, 15 manat dəyərində 1 ədəd uşaq ayaqqabısının, 25 manat dəyərində 1 ədəd qadın köynəyinin, 10 manat dəyərində şampunun, soyuducuda olan 22 manat dəyərində ətin və 9 manat dəyərində kərə yağının oğurlandığını aşkar etmişdir. Bu barədə ev sahibi Sürəyya 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 851 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənildiyinə görə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsində, fərdi yaşayış evində yaşayır. Həmin küçədə özünə məxsus olan digər 3 otaqlı evi 3 ay bundan əvvəl tanışı Zərərçəkmiş şəxs kirayə vermişdir. 23.10.2020-ci il tarixdə Narıngül Ucar rayonuna gedərkən evin açarını ona vermişdir. 27.10.2020-ci il tarixdə günorta saatlarında Narıngülə kirayə verdiyi evi yoxlamış və həmin vaxtı hər şey qaydasında olmuşdur. 31.10.2020-ci il tarixdə səhər saatlarında Narıngül Ucar rayonundan Abşeron rayonu, Masazr qəsəbəsinə gəlmiş və onlar birlikdə evə getmişlər. Həmin vaxtı evin qonaq otağının plastik pəncərəsinin dəmir barmaqlığının qırıldığını və evin yataq otağqlarında əşyaların dağınıq halda olduğunu görmüşlər. Narıngül evə baxdıqda o, evdən 500 manat pulunun və əşyalarının oğurlandığını bildirmişdir. O da bundan sonra 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Həmçinin evin giriş qapısıda qırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” ev 13, mənzil 3A-da yaşayır. Abşeron rayonu, Masazır qəsəbəsi, H.Əliyev küçəsində 2 otaqlı fərdi yaşayış evi vardır. Həmin evi kirayə verib, maddi rifahını təmin etmişdir. 2020-ci ilin sonlarında Araz adlı bir nəfər gənc oğlan ona müraciət edib Abşeron rayonu, Masazır qəsəbəsində evini kirayə götürmək istədiyini bildirmişdir. O, evi aylıq 150 manata kirayə verəcəyini bildirmiş və Araz adlı şəxs razılaşıb ilkin olaraq ona 40 manat vermişdir. Bundan sonra Araz adlı şəxs arvadı və iki azyaşlı uşağı ilə evdə yaşamağa başlamışdır. Araz adlı şəxs kirayə pulunun qalan hissəsini vermədiyi üçün o, Arazdan evdən çıxmasını tələb etmişdir. 31.10.2020-ci il tarixdə günorta saatlarında ona zəng edən polis əməkdaşı Abşeron rayonu, Masazır qəsəbəsində kirayə verdiyi evin qonşuluğundakı evin onun həyətinə olan pəncərəsinin dəmir barmaqlığının qırıldığını və evdən oğurluq olduğunu bildirmişdir. Bundan sonra Abşeron rayonu, Masazır qəsəbəsində kirayə verdiyi evə gəlmiş və həmin vaxtdan Araz və ailəsi evdən çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 3 ildir Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. 2020-ci ilin sentyabr ayının sonlarından, 2020-ci ilin oktyabr ayının sonunadək Abşeron rayonu, Masaır qəsəbəsi, H.Əliyev küçəsində yerləşən fərdi yaşayış evində kirayədə yaşamışlar. Maddi imkanları olmadığı üçün evinn evin kirayə pulunu ödəyə bilməmişlər. Buna görədə 2020-ci ilin oktyabr ayının sonunda o, azyaşlı uşaqları ilə müvəqqəti Xamaz rayonuna atasının evinə getmişdir. Bir neçə gün Xaçmaz rayonunda qaldıqdan sonra Bakı şəhərinə qaytmış və həmin vaxtı Araz artıq başqa yerdə ev kirayə etmişdir. Araz yaşadığı evə 1 ədəd ət çəkən maşın və 1 ədəd antena apartını gətirmiş və ucuz satıldığı üçün aldığını bildirmişdir. Həmin vaxtdan əşyalar evdə qalmışdır. 21.01.2021-ci il tarixdə axşam saatlarında Araz polis əməkdaşları ilə Bakı şəhəri Qaradağ rayonu, Müşviqabad qəsəbəsində kirayədə yaşadıqları evə gəlib, ət çəkən maşını və antena aparatını polislərə təqdim edib, oğurladığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünаslıq еkspеrtizаsı qərаrınа əsаsən 04 fevral 2021-ci il tarixli 41 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Sinko” markalı ət çəkən maşının 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 50 manat, 1 ədəd “Evroma” markalı parobnorik antena aparatının 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 30 manat, ekspertiza tədqiqatına təqdim edilmiş əşyaların ümumilikdə 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti 80 manat müəyyən olunur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 29.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 1 ədəd “Sinko” markalı ət çəkən maşın və 1 ədəd “Evromax” markalı krosno peyk aparatı ekspertizadan sonra maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Abşeron rayon polis idarəsinin 21.01.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21.01.2021-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin 07.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində axtarış elan edilərək, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə 06.12.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.11.2021-ci il tarixdə tutularaq, Abşeron Rayon Məhkəməsinə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin. istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 30.11.2021-ci il tarixdən 18.03.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 18 gün cəmi 03 ay 20 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Sinko” markalı ət çəkən maşın və 1 ədəd “Evromax” markalı krosno peyk aparatı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21.01.2021-ci il tarixdən 23.01.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, 30.11.2021-ci il tarixdən 18.03.2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 18 gün cəmi 03 ay 20 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 04 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Sinko” markalı ət çəkən maşın və 1 ədəd “Evromax” markalı krosno peyk aparatı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-20/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-20/2022
18.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver