Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-20/2025 23.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 və 234.1-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Saray qəsəbəsidə, “Linkoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında işlədiyi “50 qəpik” adlı avtoyuma məntəqəsinin reklam lövhəsinin qarşısında saxlamış ”Ford Tranzit” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 avtomobili reklam lövhəsinin qarşısından götürməyi tələb etmiş, sonuncu avtomobili sürüb gedəcəyini dedikdə, o, heç bir əsaslı səbəb olmadan oradan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ictimai yerdə-küçədə, insanların gözü qarşısında nalayiq ifadələr işlədib yerdən götürdüyü daşla həmin avtomobilin alın şüşəsini vurmaqla zədələyərək 200 manat məbləğındə ziyan vurmuş, həmin avtomobil ilə gəlmiş, hadisə yerində olan Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi avtoyuma şlanqının baş hissəsindəki dəmir boru ilə baş nahiyəsindən vuraraq – başın alın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən xəsarət yetirməklə, sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli hərəkətlər etmişdir. Bundan başqa o, 23 dekabr 2022-ci il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Elmlər Akademiyası metrostansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 300 manat müqabilində qara rəngli selofana bükülmüş 1 (bir) ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan çəkisi 24,718 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib saxlayaraq özü ilə Abşeron rayonu, Novxanı qəsəbəsinə daşımış, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı qəsəbəsində saxlanılıb Abşeron RPİ-nin X13 gətirilmiş, polis bölməsinin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı cibində olan həmin sellofana bükülmüş 24,718 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində “Linkoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında 50 qəpik adlı avtoyuma məntəqəsinə işləmək üçün getmişdir. Həmin tarixdə saat 13 radələrində işlədiyi həmin avtoyuma məntəqəsinin reklamın yanında yolun kənarında ağ rəngli “Ford Transit” markalı **-KV- *** dövlət qeydiyyat nişanlı çörək daşıyan avtomobili saxlayanların oradakı kafeyə getdiklərini görmüşdür. Bir qədər keçdikdən sonra kafeyə yaxınlaşıb, sonradan adını bildiyi avtomobilin sürücüsü Sətdərə avtomobilinin avtoyuma məntəqəsinin reklam yazısının qarşısını kəsdiyini, avtomobili kənara çəkməsini xahiş etmişdir. Sətdər mənə “nə olub çəkərəm də?” dedikdə, ondan bir daha avtomobilini çəkməsini xahiş etdikdə, Sətdər avtomobili çəkməyəcəyini dedikdə, ona avtomobilin şüşəsini sındıracağını demişdir. Sətdər ona “o sənin başın üçün deyil” dedikdə, küçədə yerdən götürdüyü daşla onun saxladığı həmin avtomobilin ön alın şüşəsinə vurmuş və şüşə azca zədələnmişdir. Ondan sonra Sətdər onun yaxasından tutaraq, sol əlini buraraq yerə yıxmışdır. Həmin vaxt avtoyuma məntəqəsini işlədən Cavid onlara yaxınlaşdığı vaxt, Sətdər ilə birlikdə gəlmiş köməkçisi Ruslan onları ayırmış, bundan sonra avtoyuma sexinə tərəf getmişdir. Bir neçə dəqiqədən sonra avtoyuma məntəqəsində avtomobil yuyarkən Ruslan onun yanından keçərkən ona baxaraq, nə isə dediyini görmüş, lakin avtomobil yuduğu üçün suyun səsindən Ruslanın nə dediyini eşitməmiş, ancaq elə bilmişdir ki, onu söyür. Ona görə əlində olan su şlanqının başı ilə Ruslanın başına zərbə vurmuş və zərbədən Ruslan yerə yıxılmışdır. Bunu görən Sətdər ona yaxınlaşaraq əlini burub onu yerə yıxaraq, başının arxa hissəsindən əli ilə zərbə vurmuşdur. Daha sonra onları ayırmışlar. Hadisəni orada olan Sətdər, Ruslan və Cavid görmüşdür. Yuduğu tanımadığı avtomobilin sahibi avtomobilini yumaq üçün orada saxlayıb getmişdir. Hadisə əvvəldən axıra qədər yəni mübahisə başladıqdan və dalaşma qurtarana qədər, təxminın 5-10 dəqiqə davam etmişdir. Hadisə vaxtı onun və ya başqasının əlində heç bir əşya olmamışdır. Təxminən 5 ildir ki, hərdən-bir narkotik vasitə marixuana alıb qəbul edir. Sonuncu dəfə 23 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Elmlər metrostansiyası yaxınlığında piyada hərəkətdə olan zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq, ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşduqda, həmin şəxsə narkotik vasitə marixuanadan istifadə etdiyini demişdir. Həmin şəxs onda marixuana olmasını və 300 manata satmasını dedikdə, ona 300 manat verib qara sellofan bükümdə olan marixananı ondan alıb cibinə qoyaraq, oradan uzaqlaşmışdır. 24 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Novxanı kəndində yaşadığı evin yaxınlığında küçədən piyadə gedərkən, yolun kənarında iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu demişlər. Polis əməkdaşları ilə birlikdə yaxınlıqdakı Abşeron rayon Polis İdarəsinin X13 getmiş, oradakı xidməti otaqların birində video çəkiliş aparmaqla və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş, üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa təqdim etməsi təklif olunduqdan sonra, əynindəki tünd boz rəngli parça şalvarının sağ yan cibində 1 ədəd qara rəngli sellofana bükülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər bükülünü masanın üzərinə qoyub polis əməkdaşlarına təqdim edərək, narkotik vasitə marixuana olduğunu, 23 dekabr 2022-ci il tarixdə, saat 19 radələrində Bakı şəhəri, Elmlər metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 300 manata aldığını və özünə qəbul etmək üçün üstündə saxladığını bildirmişdir. Təqdim etdiyi həmin marixuananı polis əməkdaşları götürmüş, qablaşdıraraq, sənədləşmə aparmışlar. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin cinayət xarakterli heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşları tərəfindən bu barədə protokol tərtib olunmuş və ona ucadan oxunmuşdur. Qəbul etdiyi narkotik vasitə marixuananı xatirlamadığı yerdə, tanımadığı şəxsdən almışdir. Narkotik vasitə marixuananı satan şəxslərin əlamətləri yadında deyildir. Əməlindən peşmandır. Bir uşağı var, hər ay onun saxlanılması üçün aliment ödəyir. Odur ki, yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq olunan zərərçəkmiş şəxs qismində tanınaraq Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Binə” çörək zavodunda ekspeditel işləyir. Onun işi ekspeditel kimi dükanlara çörək paylamaqdan ibarətdir. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində nahar vaxtı iş yoldaşı Şahid2 zavoda məxsus idarə etdiyi ağ rəngli “Ford Transit” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsində “Linkoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında, yolun kənarında saxlamış və nahar etmək üçün oradakı kafeyə getmişlər. Kafedə Sətdər ilə nahar etdikdən sonra, sanitar qovşağa getmiş, oradan qayıdanda kafenin bayır hissəsində Sətdərin, sonradan adını öyrəndiyi Naib adlı şəxslə mübahisə etdiklərini görmüş və dərhal kafedən çıxaraq onarın yanına getmişdir. Həmin vaxt Naibin yanında müdirinin olduğunu görmüşdür. Onları ayırmış və Naibi geri itələmişdir. Bundan sonra Naib və adını bilmədiyi müdiri onlardan ayrılıb getmişlər. DİN-in 102 xidmətinə zəng edərək məlumat vermiş və Sətdərlə birlikdə Abşeron rayon polis idarəsinin X13 gedərkən avtoyuma məntəqəsinin yanından keçərkən telefonla danışan zaman Naib avtomobil yumaq üçün nəzərdə tutulmuş su şlanqının baş hissəsində olan turba ilə başından zərbə vurmuş və zərbədən yerə yıxılmışdır. Bundan sonra Naib onun bədəninə təpiklə bir neçə zərbə vurmuşdur. Hadisə zamanı ancaq Naib su şlanqının baş hissəsində olan turba ilə onun başından, sonra da təpiklə vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində “Linkoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında avtoyuma məntəqəsini işlədir. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində işdə olduğu vaxt yanına gəlmiş, sonradan adını öyrəndiyi Naib adlı şəxs ona iş axtardığını, onun avtoyuma məntəqəsində işləmək istədiyini dedikdə, ona işçi lazım olmadığını və məntəqəyə gələn müştərilərin özləri avtomobillərini yuduqlarını bildirmişdir. Bundan sonra Naib onun yanında çay içdiyi vaxt, çörək paylayan ağ rəngli “Ford Transit” markalı **-KV- *** dövlət qeydiyyat nişanlı avtomobil onun işlətdiyi avtoyuma məntəqəsinin yanında yol kənarında saxlamışdır. Naib ondan aralanıb yaxınlıqdakı kafeyə getmişdir. Həmin vaxt o, müştəri gəldiyi üçün avtoyuma məntəqənin yanında olan ərzaq dükanında olmuşdur. Bir qədər sonra Naibin daş parçası ilə həmin “Ford Transit” markalı avtomkobilin ön alın şüşəsinə vurduğunu gördükdə, dükandan çıxaraq Naibin yanına getmiş, Naib həmin avtomobilin sürücüsü sonradan adını öyrəndiyi Sətdər adlı şəxslə mübahisə etdiklərini görüb onları ayırmışdır. Həmin vaxt dükana müştəri gəldiyi üçün dükana getmiş, bir qədər sonra dükandan küçəyə çıxan zaman Naibin avtomobil yumaq üçün nəzərdə tutulmuş su şlanqının baş hissəsində olan turba ilə, sonradan adını öyrəndiyi Ruslanın başına zərbə vurduğunu və zərbədən Ruslanın yerə yıxıldığını görmüş və onları ayırmışdır. Hadisə zamanı onu ancaq Naib su şlanqın baş hissəsində olan turba və təpiklə vuraraq xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin polis nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndində nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Sadiq oğlunun Abşeron rayonu, Novxanı kəndi ərazisində narkotik vasitələrin istifadəsi, saxlaması barədə 24 dekabr 2022-ci il tarixdə əldə etdiyi məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvüləri o və Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 təyin edilmişdir. Əməliyyat qrupu ilə 24 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Sadiq oğlunu Abşeron rayonu, Novxanı kəndində yerləşən yolun yaxınlığında aşkar edib, ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını deyərək, onun narkotik vasitələrin qəbulunda və üstündə saxlamasında şübhəli olduğunu bildirib, özləri ilə birlikdə Abşeron RPİ-nin X13 dəvət etmişlər. Abşeron RPİ-nin Təhqiqat şöbəsində, təhqiqatçının xidməti otağında video çəkilişlə Təqsirləndirilən şəxs Sadiq oğluna üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sadiq oğlu əynində olan tünd boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş içərisində qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək, narkotik vasitə marixuana olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən 300 manata özünə qəbul etmək üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sadiq oğlunun üzərində hər hansı qanunsuz əşya aşkar edilməmiş, onun təqdim etdiyi həmin kütlə qablaşdırılaraq möhürlənmiş və müvafiq qaydada sənədlərşdirilərək götürülmüşdür. Məhkəmə istintaq zamanı ifadəsi elan edilməklə tədqiq edilən Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu Novxanı kəndində nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Sadiq oğlunun Abşeron rayonu, Novxanı kəndi ərazisində narkotik vasitələrin istifadəsi, saxlaması barədə 24 dekabr 2022ci il tarixdə əldə etdiyi məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvüləri o və Abşeron RPİ-nin Saray PB-nin polis nəfəri, polis serjantı Şahid4 təyin edilmişdir. Əməliyyat qrupu ilə 24 dekabr 2022-ci il tarixdə, saat 12 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Sadiq oğlunu Abşeron rayonu, Novxanı kəndində yerləşən yolun yaxınlığında aşkar edib, ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını deyərək, onun narkotik vasitələrin qəbulunda və üstündə saxlamasında şübhəli olduğunu bildirib, özləri ilə birlikdə Abşeron RPİ-nin X13 dəvət etmişlər. Abşeron RPİ-nin Təhqiqat şöbəsində, təhqiqatçının xidməti otağında video çəkilişlə Təqsirləndirilən şəxs Sadiq oğluna üzərində hər hansı bir qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub olmaması, əgər varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sadiq oğlu əynində olan tünd boz rəngli parça şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş içərisində qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək, narkotik vasitə marixuana olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən 300 manata özünə qəbul etmək üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sadiq oğlunun üzərində hər hansı qanunsuz əşya aşkar edilməmiş, onun təqdim etdiyi həmin kütlə qablaşdırılaraq möhürlənmiş və müvafiq qaydada sənədlərşdirilərək götürülmüşdür. Məhkəmə istintaq zamanı ifadəsi elan edilməklə tədqiq edilən Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təxminən 2 ildir Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Binə” çörək zavodunda sürücü işləyir. Həmin zavoda məxsus ağ rəngli “Ford Transit” markalı **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Onun işi həm sürücülük, həm də ekspeditel kimi dükanlara çörək paylamaqdan ibarətdir. xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində nahar vaxtı idarə etdiyi həmin avtomobili Abşeron rayonu, Sarayu qəsəbəsində “Linkoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlamış və yanında olan iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə nahar etmək üçün yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən kafeyə getmişdir. Kafedə əyləşib nahar etdikdən bir qədər sonra tanımadığı, sonradan adını öyrəndiyi Naib adlı şəxs içəri daxil olaraq, küçədə dayanmış “Ford Transit” markalı avtomobilin kimə məxsus olduğunu soruşduqda, avtomobilin ona məxsus olduğunu bildirmişdir. Naib avtomobilin onun işlədiyi avtoyuma məntəqəsinin reklam yazısının qarşısını tutduğu üçün həmin yerdən götürməyini dedikdə, çıxıb avtomobili oradan çəkəcəyini deyərək, əyləşdiyi yerdən qalxaraq avtomobili çəkmək üçün Naiblə birlikdə küçəyə çıxmışdır. Həmin vaxt iş yoldaşı Ruslan kafedə sanitar qovşağa getmişdir. Naib ona “bir də avtomobili həmin yerdə saxlasan şüşəsini sındıracam” dedikdə, ona çıxıb getməsini demişdir. Həmin vaxt Naib yerdən götürdüyü daş parçasını avtomobilin ön alın şüşəsinə vurmuş və avtomobilin ön şüşəsini zədələmişdir. Naibi əli ilə geri itələyərək avtomobilin şüşəsinə niyə daş vurduğunu demişdir. Həmin vaxt Naibin işlədiyi avtoyuma məntəqəsinin adını bilmədiyi sahibi onlara tərəf gəlmiş, bundan sonra Naib və həmin şəxs onun yaxasından tutmuşlar. Bunu görən Ruslan onları ayırmışdır. Bundan sonra Naib və adını bilmədiyi həmin şəxslər onlardan aralanıb getmişlər. Ruslan telefonu ilə DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və Ruslan ilə birlikdə Abşeron rayon polis idarəsinin X13 gedərkən avtoyuma məntəqəsinin yanından keçən vaxt Naib avtomobil yumaq üçün nəzərdə tutulmuş su şlanqının baş hissəsində olan turba ilə Ruslanın başına zərbə vurmuş, Ruslan zərbədən yerə yıxılmışdır. Naib təpiklə Ruslanın bədəninə bir neçə zərbə vurmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2543 nömrəli ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi və kliniki müayyinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət – başın alın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası-bərk küt əşya təsirindən törənmişdir; xx.xx.2022-ci il tarixdə dava-dalaş zamanı yuyucunun dəmir hissəsinin zərbəsi nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2534 nömrəli ekspert rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Sadiq oğlunun məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Abşeron RPİ-də xx.xx.2022-ci il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə barədə» protokol və həmin protokola əlavə edilmiş şəxsi axtarışı əks etdirən video görüntü olan 01 ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinə əlavə edilmişdir. - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - Abşeron RPİ-nin Saray PB-nin CA-üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 xx.xx.2022-ci il tarixdə raportla bölmə rəhbərliyinə məruzə edərək, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə xahiş etmişdir. - Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat qrupu yaradılmışdır. - Abçeron RPİ-nin Saray PB-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunu rəhbəri Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, əməliyyat qrupunun üzvü Abşeron RPİnin Saray PB-nin polis nəfəri, polis serjanı Şahid4 ibarət tərkibdə müəyyən edilmişdir. - Abşeron RPİ-nin Saray PB-nin CA-üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 xx.xx.2022-ci il tarixdə raportla bölmə rəhbərliyinə məruzə edərək, Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı kəndində yerləşən yolun yaxınlığında saxlanıldığını bildirmişdir. - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234-1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə şübhəli bilinərək saat 12:50-də tutularaq saxlanılmışdır. - Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X2, Abşeron RPİ-nin Saray PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, Abşeron RPİ-nin Saray PB-nin polis nəfəri polis serjanıtı X4, şübhəli şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs və Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 iştirakları ilə şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl iştirak edən şəxslərə qanunamüvafiq qaydada Azərbaycan Respublikası CM-nin 300 maddəsində nəzərdə tutulan məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Şəxsi axtarış və götürmə hərəkətləri xx.xx.2022-ci il tarixdə saat 13:15-dən, 13:45-ə qədər davam etmişdir. - Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinn xx.xx.2022-ci il tarixli, 7/1441 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş -1 ədəd bükümdə təmiz çəkisi 24,718 qram, olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 818 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin, Kannabinoidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Materialın aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində toplanmış material araşdırmanın davam etdirilməsi üçün Aşberon RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. - Təqsirləndirilən şəxs barəsində DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilərək , ona həmin maddə üzrə ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Abşeron Rayon Prokurorluğuna həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətdən imtina edilmiş və həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxs barədə qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saxlanıldığı Abşeron RPİ-nin MSY-də azad edilmişdir. - Maddi sübut kimi tanınma və saxlanca təhvil vermə barədə xx.xx.2022-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 24, 618 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Abşeron RPİnin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. - 220271414 nömrəli cinayət işinin icraata qəbul edilməsi və icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir. - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qəradan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. - Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi barədə 03 01.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir - Cinayət işi üzrə icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tapılanadək Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Abşeron RPi-nin MSY-ə təhvil verilmişdir. - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Səfərov X9 RPİ-nin MSYdən azad edilmişdir. - Cinayət əməlinin tövsif edilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxsn Azərbaycan Respublikası CM-nin 128, 234.1-ci maddələri ilə təqsirli bilinməsi barədə olan cinayət əməli Azərbaycan Respublikası CM-nin 221.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. - Abşeron RPİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş 1 ədəd DVD disk zədələndiyi üçün şəsin axtarış və götürmə barədə videogörüntülərin məhkəmə təkrarən təqdim olunması barədə sorğusuna cavab olaraq, görüntülərin təkrar təqdim olunmasının mümkün olmadığı bildirilmişdir. - “Sübutların qiymətləndirilməsi haqqında” 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs 20 fevral 2023-cü ildə CM-in 221.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınmış, iş üzrə məhkəmə tibbi və məhkəmə narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi, ekspertlərin rəyləri, zərərçəkmiş şəxs və şahidin ifadəsi, iş materiallarında olan digər sənədlər ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 234.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Belə ki, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak üçün yuxarı miqdarı 5 qram təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki,Təqsirləndirilən şəxs qəsdən, ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi, həmçinin əmlakın qəsdən məhv edilməsi ilə müşayiət edilən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə qərəzli xuliqanlıq cinayətini törətmişdir Belə ki, təqsirləndirilən şəxs 24 oktyabr 2022-ci il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Saray qəsəbəsində, “Linkoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında işlədiyi “50 qəpik” adlı avtoyuma məntəqəsinin reklam lövhəsinin qarşısında saxlamış ”Ford Tranzit” markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 avtomobili reklam lövhəsinin qarşısından götürməyi tələb etmiş, sonuncu avtomobili sürüb gedəcəyini dedikdə, o, heç bir əsaslı səbəb olmadan orada, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarını və qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozaraq, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeydlik, etinasızlıq göstərərək, öz şəxsiyyətini ətrafdakıların və zərərçəkmiş şəxsin fövqündə qoyub nümayişkəranə olaraq, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək ictimai yerdəküçədə, insanların gözü qarşısında nalayiq ifadələr işlədib yerdən götürdüyü daşla həmin avtomobilin alın şüşəsini vurmaqla zədələyərək 200 manat məbləğində ziyan vurmuş, həmin avtomobil ilə gəlmiş, hadisə yerində olan Zərərçəkmiş şəxs silah qismində istifadə etdiyi avtoyuma şlanqının baş hissəsindəki dəmir boru ilə baş nahiyəsindən vuraraq – başın alın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən xəsarət yetirməklə, sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirərək qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O, cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. CM-nin 221.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Cəzanı yüngüllşədirən hal təqsirləndirilən şəxsin əməlindən peşman olması, yetkinlik yaşına çatmayan övladının olmasıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan respublikasının CM-nin 234.1-ci maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məqsədlərini təmin edə bilər. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan respublikasının CM-nin 221.3-cü maddəsi ilə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məqsədlərini təmin edə bilər Qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzalar qismən toplanılmalı və qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-c il tarixədək və xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan təqdbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbsə alınmalı-həbs etmənin əvvəli həbsə alındığı vaxtdan yəni, xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 78 (yetmiş səkkiz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 818 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 24,618 qram narkotik vasitə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli.Bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X6 90 saat üçün nəzərdə tutulan 540 manat pul ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə növündə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə 6 ay azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilən cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılsın və üzərində 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022 iki gün müddət, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək axtarış nəticəsində tutulduğu iki gün, cəmi dörd gün nəzərə alınsın və təyin edilmiş cəzadan çıxılmaqla, sonuncunun üzərində qəti olaraq 2 il 8 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 23 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 24,618 qram narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci - 78 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 90 saata görə 540 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-20/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-20/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver