Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-200/2020 19.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1989-cu ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmuş, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qediyyatda olan və ünvan 2 mənzil 21 ünvanında yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq şəxsi istifadəçisi üçün, bir ədəd siqaretin gümüşü kağızına qablaşdırılmış F/M40» yazısı həkk olunmuş 2 ədəd qəhvəyi rəngli dairəvi formalı həbdə narkotik vasitə olan metadon dərman preparatını istintaqa məlum olmayan mənbədən əldə edib əynində olan qara rəngli parça gödəkçənin sağ iç cibində daşıyaraq saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 19:00 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində saxlanılaraq Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə gətirilmiş və xidməti otağında üstünə keçirilən axtarış zamanı əynində olan qara rəngli parça gödəkçənin sağ iç cibindən «Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi məhdudlaşdırılmış narkotik vasitələr»-in siyahısına daxil olan əmin «F/M40» yazısı həkk olunmuş 1,5 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarının 0,06 qram təşkil edən qəhvəyi rəngli dairəvi formalı həb olan narkotik vasitə metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə Abşeron rayon məhkəməsində cinayət işinin istintaqı aparılır. Təxminən 1 həftə olar ki, narkotik vasitədən istifadə etmir. Üzərindən aşkar olunmuş narkotik maddəni xx xxxxxx 2019-cu il tarixdən bir gün əvvəl Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 2 ədəd metadon tabletkasını 20 manata almış, həmin tabletkanın yarısını istifadə etmiş, 1,5 hissəsini isə başqa vaxt istifadə etmək üçün saxlamış, xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayon məhkəməsində barəsində istintaqı aparılan cinayət işi üzrə təyin edilmiş proses təxirə salındığı üçün Xırdalan şəhərində yerləşən məhkəmədən çıxıb yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyinə gəlmiş, yaşadığı binanın həyətində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Həmin şəxslər ona üzərində qeyri-qanuni nə varsa onlara təqdim etməsini bildirmiş və onlarla birlikdə Abşeron rayon polis İdarəsinin Mehdiabad polis bölməsinə getməyi təklif etmişlər. O, razılaşaraq onlarla birlikdə Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə getmişdir. Yolda polis əməkdaşları onun hərəkətlərinə ciddi nəzarət etdiklərindən üstündə olan narkotik vasitəni gizlədə bilməmiş və polis əməkdaşları onu polis bölməsinə gətirmişlər. Orada xidməti otaqların birində ona narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanmasında şübhəli olduğunu deməklə hüquq və vəzifələrini izah etmişlər. Bundan sonra ona üstündə olan qanunsuz saxlanılan əşya və maddəni könüllü olaraq təqdim etmək təklif edilmiş, o, artıq polis əməkdaşlarının üstündə narkotik vasitənin olmasından məlumatlı olduqlarını başa düşərək heç bir çıxış yolunun olmadığını anlayıb əynindəki qara rəngli parça gödəkçənin sağ iç cibində saxlayıb gəzdirdiyi siqaretin gümüşü kağızına bükülmüş metadonu cibindən çıxarıb könüllü təqdim etmiş, polis əməkdaşları həmin bükülünü onun və digərlərinin iştirakı ilə açaraq hər birinə əyani olaraq göstərdikdən sonra yenidən qablaşdırmaqla möhürləyib götürmüşlər, polis əməkdaşları onun üzərinə keçirilən axtarış videoçəkilişlə aparmışlar. Həmin maddənin nədən ibarət olması, nə vaxt, kimdən və nə məqsədlə alıb əldə etdiyi barədə ona sualla müraciət etdikdə o əldə etdiyi bir ədəd siqaretin gümüşü kağızına bükülmüş maddənin metadon olduğunu və qardaşının həkimdən aldığını bildirmiş, o, metadonu qardaşının həkimdən alıb ona verməsini deməynin səbəbi isə cinayət məsüliyyətindən boyun qaçırmaq istəməsi olmuşdur. Belə ki, o, əgər həmin tabletkanın həkimin müalicə üçün ona verdiyini desə onu tutmayacaqlarını fikirləşmişdir. Polis əməkdaşları onun üzərindən aşkar olunmuş siqaretin gümüşü kağızını qablaşdırdıqdan sonra bu barədə protokol tərtib etmiş, ona və digər iştirakçılara ucadan oxumuş və imza etmək üçün təqdim etmişlər. O, bir daha protokolla tanış olub imza etmiş, digər iştirakçılar da tanış olub imza etmişlər. Sonda o, tutduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2019-cu ilin aprel ayında Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən qardaşı Təqsirləndirilən şəxs narkotik maddənin satışı ilə məşğul olduğu üçün tutulmuş, onun barəsində Abşeron rayon polis idarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət işi Abşeron rayon məhkəməsinə göndərilmişdir. Amil narkotik maddədən istifadə etdiyi üçün o ev şəraitində müalicə edilmiş, sonuncu dəfə Təqsirləndirilən şəxs tutulmamışdan bir ay əvvəl ev şəraitində müalicə almış, xx xxxxxx 2019-cu il tarixdə Amil Abşeron rayon məhkəməsinə getmiş, o, Amilin istifadəsində olan 070 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb işinin nə yerdə olduğunu soruşmuş, Amil ona işinin xx xxxxxx 2019-cu il tarixə təxirə salındığını demişdir. Saat 18 radələrində atası Zakir Məmmədov ona zəng vurub Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşlarının Amili üzərində narkotik maddə gəzdirdiyinə görə tutduqlarını demiş, o, işdən çıxıb evə gəlmiş və atası ilə birlikdə Mehdiabad polis bölməsinə getmiş, orada Amilin üzərindən narkotik tərkibli tabletka aşkarlandığı, buna görə də Amilin tutulduğu və Abşeron RPİ-nə aparılacağı onlara bildirilmiş, onun Təqsirləndirilən şəxs sistem köçürmək üçün aptekdən şirə almış, Təqsirləndirilən şəxs xəstəxana şəraitində müalicə olunmuş, qonşuluqda 9-cu binada yaşayan Şirin adlı tibbi bacısı Amilə ev şəraitində sistem köçürmüşdür. Amil polis əməkdaşları tərəfindən tutularkən özündə olmamış və nə danışdığını bilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Polis baş leytenantıdır. xx xxxxxx 2019-cu il tarixdə xx xxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində mütəmadi olaraq narkotik tərkibli maddənin dövriyyəsi ilə məşğul olması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan həmin məlumat üzrə dərhal əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilmiş və bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra şübhəli şəxsin isti izlərlə, cinayət başında yaxalanması üçün əməliyyat qrupu təşkil edilmiş, qrupa o, və Mehdiabad polis bölməsinin sahə polis nəfəri Şahid2 daxil olmaqla rəhbərlik ona həvalə olunmuş, Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yaşadığı binanın həyətində olması barədə dəqiq əməliyyat məlumatı alaraq Tamarlan Ağayevlə birlikdə həmin ünvana yollanmışlar. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 19 radələrində göstərilən ünvana getmiş və həmin ərazidə bir nəfər xarici görünüşü barədə qabaqcadan məlumatlı olduğu Təqsirləndirilən şəxs adlı şəxsə oxşar bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyəti barədə özündən məlumat almışlar. Ona narkotik tərkibli maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu bildirilmiş, bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə getməsini təklif etmiş, Təqsirləndirilən şəxs onların təklifinə etiraz etmədən onlarla birlikdə Mehdiabad polis bölməsinə getmişdir. Polis bölməsində raportla rəhbərliyə məruzə etdikdən sonra araşdırma davam etdirilməsi təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Şahkərəmova həvalə edilmişdir. Orada Təqsirləndirilən şəxs vəkil tutmaq, dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqları izah olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmasını istəmiş və onun istəyi əsasında Abşeron rayon vəkil bürosunun vəkil X6 dəvət edilmiş, daha sonra inzibati otaqda Təqsirləndirilən şəxs üstündə qanunsuz saxladığı, gəzdirdiyi əşya və maddə vardırsa könüllü olaraq təqdim etmək təklif edilmiş, eləcə də Təqsirləndirilən şəxs onun üstündə narkotik tərkibli maddəsinin olması barədə onlarda dəqiq və mötəbər məlumatın olması izah olunmuş, Təqsirləndirilən şəxs etiraf edərək üstündə bir ədəd və yarım narkotik tərkibli maddə olduğunu və onu könüllü təqdim edə biləcəyini bildirdikdən sonra o, əynindəki qara rəngli parça gödəkçənin iç cibində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq təqdim etmiş, həmin bükümü ondan qəbul edilərək və açılaraq onlara göstərilmiş, bükümdəki 1,5 ədəd narkotik tərkibli maddənin göstərildikdən sonra yenidən bükülmüş, büküm Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq möhürlə möhürlənmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik tərkibli maddənin qardaşı Samirin alıb ona verdiyi bildirmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış videçəkilişlə keçirilmiş, əməliyyat tədbirlərinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, hər bir iştirakçı tərəfindən imza edilmiş, aşkar edilmiş kütlənin tərkibinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai zamanı şahid qismində dindirilmiş X3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2015-ci ildən DİO-da həmin tarixdən də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsində sahənin polis nəfəri vəzifəsində xidmət aparır. Polis serjantıdır. xx xxxxxx 2019-cu il tarixdə xidmətdə olan zaman xx xxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində mütəmadi olaraq narkotik tərkibli maddəsinin dövrüyyəsi ilə məşğul olması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan həmin məlumat üzrə dərhal əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edildi və bölmə rəisi tərəfindən təsdiq edildikdən sonra şübhəli şəxsin isti izlərlə, cinayət başında yaxalanması üçün əməliyyat qrupu təşkil edilmiş, o, da həmin qrupa daxil olduqdan sonra Mehdiabad polis bölməsinin əməliyyat müvəkkili Şahid1la birlikdə onun rəhbərliyi altından Təqsirləndirilən şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yaşadığı binanın həyətində olması barədə dəqiq əməliyyat məlumatı alaraq birlikdə həmin ünvana yollanmışlar. xx xxxxxx 2019-cu il tarixdə, saat təxminən 19 radələrində göstərilən ünvana getmiş və həmin ərazidə bir nəfər xarici görünüşü barədə qabaqcadan məlumatı olduğu Təqsirləndirilən şəxs adlı şəxsə oxşar bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyəti barədə özündən məlumat almışlar. Həmin şəxsin deməsindən məlum olmuşdur ki, xx xxxxx 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Ona özlərini təqdim etdikdən sonra o, narkotik tərkibli maddənin qanunsuz dövrüyyəsi ilə məşğul olmasında şübhəli olduğu bilinmiş, bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə getməsini təklif etdikdə Təqsirləndirilən şəxs onların təklifinə etiraz etmədən onlarla birlikdə Mehdiabad polis bölməsinə getmişdir. Polis bölməsində raportla məruzə etdikdən sonra araşdırma davam etdirilməsi təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Şahkərəmova həvalə edilmişdir. Orada Təqsirləndirilən şəxs vəkil tutmaq, dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqları izah olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmasını istəmiş və onun istəyi əasında Abşeron rayon vəkil bürosunun vəkili X6 dəvət edilmişdir. Daha sonra inzibati otaqda Təqsirləndirilən şəxs üstündə qanunsuz saxladığı, gəzdirdiyi əşya və maddə vardırsa könüllü olaraq təqdim etmək təklif edilmiş, eləcədə Təqsirləndirilən şəxs onun üstündə narkotik maddəsinin olması barədə onlarda dəqiq və mötəbər məlumat olması bildirilmiş, Təqsirləndirilən şəxs üstündə bir ədəd və yarım narkotik maddənin olduğunu və onu könüllü təqdim edə biləcəyini etiraf etmiş, bundan sonra əynindəki qara rəngli parça gödəkçənin iç cibində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çaxararaq təqdim etmiş, həmin büküm ondan qəbul edilərək açılaraq onlara göstərilmiş, bükümdəki 1,5 ədəd narkotik maddənin göstərildikdən sonra yenidən bükülmüş, büküm Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyuluraq möhür ilə möhürlənmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik tərkibli maddənin qardaşı Samirin alıb ona verdiyini demiş, əməliyyat tədbirlərinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol ucadan oxunmuş, hər bir iştirakçı tərəfindən imza edilmiş, aşkar edilmiş kütlənin tərkibinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. X9 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X9 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntüdə Təqsirləndirilən şəxs əynində qara rəngli parça gödəkçənin sağ iç cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü 1,5 ədəd tablet təqdim edilməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 27557 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” F/M40 yazısı həkk olunmuş 1,5 qəhvəyi rəngli dairəvi formalı həb metadon tərkibli dərman preparatıdır və 1,5 ədəd həbdə təsiredici maddəsi metadonun ümumi miqdarı 0,06 qram təşkil edir (1 ədəd 0,04 qr metadon olmaqla). Metadon “Azərbaycan Respublikası ərazisində dövrüyyəsi məhdudlaşdırılan narkotik vasitələr”- in İİ siyasma daxildir. Həmçininarayışdaqeydedilmişdirki, 1,5 ədəd həbdən 0,5 həb tədiqiqata sərf edilmiş, 1 həb qalmışdır. Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış bir həb narkotik vasitə olan metadon saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İİ hissəsinin 6-cı bəndində metadon yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan metadonun təmiz halda 0,02 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair xx.xx.2019-cu il tarixli, 2852 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asıllıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntü, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına 03 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. Abşeron RM-nin xx.xx.2020-ci il tarixli hökmündən və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron RM-nin xx.xx.2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Abşeron rayon 1 saylı MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür və ailə üzvləri ilə birlikdə ünvan 3 mənzil 21 ünvanında müvəqqəti məskunlaşmışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin edilən cəza Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin edilmiş 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla, cəzaçəkməsinın əvvəli əvvəlki hökmlə müəyyən edilmiş xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron RM-nin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri öz qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuşşəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 1 həb narkotik vasitə olan metadon hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi manat) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə çəkilən azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla, ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 1 həb narkotik vasitə olan metadonhökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi manat) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-200/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-200/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver