Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-200/2021 22.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1987-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Sumqayıt şəhəri, Nərimanov küçəsi, yataqxana 7/14, 14-cü məhəllədə qeydiyyatda olan, Abşeron rayonu, Novxanı kəndi, bağlar yaşayış massivində yerləşən fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx xxx 2020-ci il tarixdə saat 20 raədələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Novxanı bağlar massivində yerləşən bağ evinin pəncərəsinin dəmir barmaqlığını sındıraraq qanunsuz yaşayış sahəsinə daxil olub evdən 1 ədəd 120 manat dəyərində taxta materialından 2 metr uzunluğunda 0.7 metr enində stolu oğurlayıb, Zərərçəkmiş şəxs 120 (yüz iyirmi) manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı bağlar yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayır. X1 tanıyır, onunla bir məhəllədə yaşayır. Heç yerdə işləmir. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Toğrulla birlikdə 20 yanvar metro stansiyası yaxınlığına gəlmişlər. Pula ehtiyacı olduğu üçün, istifadəsində olan mobil telefonunu 90 manata satmışdır. Həmin pulu Toğrulla birlikdə xərcləmişlər, yəni yemək yeyərək piyvə içib siqaret almışlar. Özü isə 40 manata özünə prostoy bir mobil telefon almışdır. Bundan sonra onlar iş axtarsalarda tapa bilməmişlər. Toğrul təklif etmişdir ki, “Novxanıya qayıdaq orada mənə xərclədiymiz 50 manakt pulu qaytaracaqdır”. Onlar Novxanıya qayıdandan sonra, həmin günü, yəni xx xxx 2020-ci il tarixdə saat 20 radələrində Toğrul təklif etmişdir ki, “gedək mənim qohumum Zərərçəkmiş şəxs evində olan qabaq stolunu evdən çıxarmaqda mənə köməklik et”. Toğrulla birlikdə Zərərçəkmiş şəxs bağ evinə arxa tərəfdən setkanın üzərindən keçərək, həyətə daxil olmuşdur. Toğrul dəmir barmaqlıqları qırılmış pəncərədən evə daxil olmuş evdən 1 ədəd balaca qabaq stolu çıxarmış, həmin stolu çıxarmaqda Toğrula köməklik etmişdir. Toğrula kömək edib stolu çıxarandan sonra, həmin stolu Könülün həyətində yerə qoymuş və oradan çıxıb getmişdir. Oradan uzaqlaşanda Toğrul bildirmişdir ki, Pərvizin mağazasının qarşısında gözləsin ora gələcəkdir. Pərvizin mağazasının qarşısında təxminən 1 saat gəzlədikdən sonra Toğrul gəlmiş və stolu 50 manata satdığını bildirmişdir. Onlar Toğrulla birlikdə Sumqayıt şəhərinə getmiş, həmin 50 manat pula siqaret almışlar, piyvə içmişlər və yemək yemişlər. Həmin pulun hamısını xərcləmişdir. Həmin günü saat 23 radələrində evə gəlmişlər. Başqa heç bir oğurluq etməmişdir, həmin oğurluqda Toğrul təklif etdiyi üçün etmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri 4-cü mikrorayon, ev 17 B, mənzil 42-də yaşayır.Bildirmişdir ki, Abşeron rayonu, Novxanı bağlarında fərdi bağı var, həmin bağa hərdən gedib-gəlmişlər. 2020-ci ilin aprel aynın əvvəllərində həmin bağ evinə gələndə görmüşdür ki, evdə hər şey normaldır. xx.xx.2020-ci il tarixdə isə bağa gələndə gördmüşdür ki, naməlum şəxs bağ evinə pəncərənin dəmir barmaqlıqlarını sındıraraq qanunsuz evə daxıl olaraq, otaqdan 1 ədəd 5000 manat dəyərində olan smovarı, 2 ədəd isə hər biri 80 manat olmaqla 160 manat dəyərində smovarı, 1 ədəd 90 manat dəyərində qabaq stolu, 2 ədəd su qızdırıcı 260 manat dəyərində, hər biri 130 manat olan, 1 ədəd 180 manat dəyərində unitaz, 1 ədəd 80 manat dəyərində matras döşəyi, 1 ədəd 100 manat dəyərində olan otaq qızdırıcı peç, 1 ədəd 50 manat dəyərində sərinkeş, 1 ədəd 50 manat dəyərində nehrə çəkən aparat, 2 ədəd hər biri 37 manat olmaqla 74 manat dəyərində oturacaq stolları və 1 ədəd 170 manat dəyərində olan ət çəkən maşınını oğurlayaraq, ona ümumilikdə 6214 manat məbləğində maddi ziyan vurmuşdur. Evindən oğurluq edən şəxsi tanımır. 2020-ci ilin aprel ayının əvvəllərindən, xx.xx.2020-ci il tarixədək olan müddətdə Abşeron rayonu Novxanı kəndi, bağlar massivində yerləşən fərdi yaşayış evinin hamam otağının qəhvəyi rəngli plastik qapısını, tozsoran aparatını, elektrik sobasını, elektrik qızdırıcısı və eletrik sobasının naqilləri naməlum şəxs tərəfindən oğurlanmışdır. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu Novxanı kəndi, Bağlar massivində yerləşən fərdi evdə yaşayır. Onun əsl adı Nazlı olsada, tanışları onu Nazilə deyə çağırmışlar. X1 tanıyır, onun bacısı oğludur. Toğrulun atası və anası vəfat etdikləri üçün o, Abşeron rayonu, Novxanı kəndində Bağlar massivində onun atası və anası ilə birlikdə yaşayır. Bildirmişdir ki, Toğrul 2020-ci ilin may ayının ortalarında yaşadığı evə unitaz gətirib fəhlə işlədiyi yerdən atdqıları üçün götürdüyünü və satmaq istədiyini bildirmişdir. Toğruldan unitazı neçəyə satacağını soruşmuş, Toğrul isə unitazı 30 manata satacağını bildirmişdir. Toğrula 30 manat verib unitazı alıb evində saxlamışdır. 2020-ci ilin may ayının ortalarında Toğrul yaşadığı evə iki ədəd xalça gətirib işlədiyi yerdən ona zəhmət haqqısının müqabilində verdiklərini və həmin xalçaları satmaq istədiyini bildirmişdir. Xalçaların köhnə olduğunu almayacağını və götürüb aparmasını bildirmişdir. Toğrul xalçaların müvəqqəti onun evində qalmasını xahiş edib, aparacağını bildirmişdir. Bundan bir gün sonra axşam saat 21 radələrində Toğrul yanında bir nəfər oğlanla yaşadığı evə gəlmiş və 1 ədəd stol və 2 ədəd stulu ona göstərib həmin stol və stulun yanında gələn şəxsə məxsus olduğunu və maddi imkansızlıqdan satmaq istədiyini bildirmişdir. Həmin oğlanda maddi imkansızlıqdan stol və stulu satmaq istədiyini bildirmişdir. Həmin şəxsdən neçəyə satacağını soruşduqda həmin şəxs, əvvəl 80 manata satacağını bildirmişdir, lakin sonradan 50 manata satacağını bildirmişdir. 50 manat pulu Toğrulla gələn oğlana verib 1 ədəd stol və 2 ədəd stulu alıb evində saxlamışdır. Bundan bir neçə gün sonra Toğrul oğurluq etdiyi üçün həbs olunmuş və sonradan Toğrulun ona satdığı əşyaların oğurluq olduğunu bilib, həmin əşyaları könüllü polis əməkdaşlarına təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3316 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş ağ rəngli istifadədə olmuş ətçəkən maşının 2020-ci ilin mat-may aylarına orta bazar qiyməti 30 manat, bir ədəd “LG” markalı intelloave modelli, ağ rəngli, uzun müddət istifadədə olmuş mikro dalğalı sobanın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 60 manat, bir ədəd “Termet” markalı 24l tutumlu istifadə olunmuş(ariston) su qızdırıcının 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 70 manat, bir ədəd “Galan” markalı qara rəngli istifadə olunmuş(ariston) su qızdırıcının 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 80 manat, bir ədəd taxta materilandan uzunluğu 2 metr, eni 0.7 metr olan stolun 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 120 manat, bir ədəd oturacaq hissəsi qırmızı rəngli süni dəri materialdan olan istifadə olunmuş dəmir oturacağın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 25 manat, bir ədəd üzərində “Flore” yazıları olan krem rəngli istifadə olunmuş plastmas materiallı oturacağın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 20 manat, bir ədəd ağ rəngli istifadə olunmuş unitazın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 50 manat, bir ədəd Tayvan istehsalı olan 220- v-luq istifadə olunmuş elektrik nehrəçəkən aparatın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 40 manat, bir ədəd istifadə olunmuş sərinkeşin 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 20 manat, bir ədəd 5 litr tutumlu qədimi samovarın 2020-ci ilin mart-may aylarına orta bazar qiyməti 0 manat müəyyən olunur. xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.20217-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq zamanı Şahid götürülmüş 1 ədəd stol, 2 ədəd stul maddi sübut kimi tanınaraq sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxsməhkəməyə təqdim etdiyi ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməlinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin və şahidin ifadələri, ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Şumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən yaranan məhkumluq ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. İş üzrə 175 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut 1 ədəd stol, 2 ədəd stul ibtidai istaintaq zamanı sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai və məhəkə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 175 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut 1 ədəd stol, 2 ədəd stul ibtidai istaintaq zamanı sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 50 saat hüquqi yardıma görə 300 manat pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-200/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-200/2021
22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver