Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-200/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Kamranlı Günel Ramiz qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi Novruz oğlunun iştirakı ilə, xx xxxxxx 2004-cü ildə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 242-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istifadə etdiyi özünə məxsus “Redmi 9” markalı mobil telefonla yaşadığı ünvan 1 ünvanda internet qlobal şəbəkəsindən istifadə etməklə +994 55 *** ** ** abonent nömrəsi ilə qeydiyyatdan keçdiyi «Telegram» proqram təminatı və sosial şəbəkəsinə daxil olaraq 2023-cü ilin yanvar ayında orada “Xalaşqa” adlı kanal yaradıb həmin kanala məzmununda fikrin ancaq cinsi orqana yönəldilməsi, cinsi ehtirasın sağlam olmayan şəkildə oyadılması, ictimai cəhətdən şərtləndirilmiş normaları pozmaqla qarşı tərəfin qıcıqlandırılması, insanın və erotikanın humanistliyini yox etməsi, başqalarında ikrah hissi oyatması və s. kimi pornoqrafik xarakterli əlamətlər yer alan müxtəlif internet səhifələrindən əldə etdiyi çılpaq formada qadın görüntüləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyata keçirilməsi prosesləri göstərilən videogörüntülər və fotoşəkillər daxil etməklə gəlir əldə etmək üçün pornoqrafik materialları yayma və reklam məqsədilə qanunsuz hazırlamış, qeyd olunan pornoqrafik materialları gəlir etmək məqsədi ilə “Telegram” sosial şəbəkəsində “Xalaşqa” adlı kanalda 2023-cü ilin yanvar ayından 05 aprel 2023-cü il tarixədək olan müddət ərzində kanala üzv olmuş çoxsaylı daimi izləyicilərin istifadəsinə verərək reklam etməklə yaymışdır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, özünə məxsus “Redmi 9” markalı mobil telefonla sosial şəbəkələrə daxil olmuşdur. Həmin telefonda ***-***-**-** nömrəsini istifadə edir. Həmin telefonla “Whatsapp”, “Telegram”, “İnstagram” və digər sosial şəbəkələrə daxil olmuşdur. Təxminən 2023-cü ilin yanvar ayında telegram sosial şəbəkəsinə daxil olmuşdur. Orada istifadəsində olan 055-536-14- 50 nömrəsi ilə qeydiyyatdan keçmişdir. İstifadəçi adını isə “consondu” yazmışdır. İlk əvvəl telegrama sadəcə xəbərlərə baxmaq üçün daxil olmuşdur. Telegrama daxil olduqdan sonra orda olan “18+” kanallarda izləyici sayı çox olduğunu gördüyündən özünə belə bir kanala açmaq istəmişdir. Təxminən 2023-cü ilin yanvar ayının sonlarında “Xalaşqa” adlı telegram kanalı açmışdır. Telegramda kanal açmaq rahat olur. Bunun üçün heç bir ödəniş tələb edilmir. Həmin kanala izləyici yığmaq üçün internetdən və digər telegram kanallarından telefonuna yüklədiyi porno videoları paylaşmışdır. Gün ərzində universitetdə olduğu üçün kanalı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri ərazisindəki evdə olan zaman açmış və pornoqrafik videoları da evdə olan zaman paylaşmışdır. Həmin zaman telegram kanalını hamı üçün açıq etmiş ki, istənilən şəxs daxil olub videolara baxa bilsin. Lakin bir neçə saatdan sonra həmin şəxs kanala qoşulmasa avtomatik olaraq kanaldan çıxarılmışdır. O bu formada kanalda xeyli sayda porna videolar və şəkillər paylaşmışdır. Bağlanmamışdan qabaq həmin telegram kanalında 5 982 nəfərdən çox izləyici olmuşdur. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində kanalda izləyici yığdıqdan sonra orada reklam edərək gəlir də qazanmışdır. Belə ki, kanallarda başqa kanalların reklamlarını etmişdir. Bunun müqabilində onun özünə məxsus 4127-2141-2384-1097 nömrəli "xxxx" ASC tərəfindən verilmiş karta pul göndərilmişdir. Kartın hesabdan çıxarışını könüllü olaraq istintaqa təqdim etmişdir. Həmin kart sındığı üçün atmışdır. Kanalı işlətdiyi müddətdə təxminən 200 manatdan artıq gəlir qazanmışdır. Kartına pul göndərən şəxsləri şəxsən tanımır onlarla telegramda danışıb razılaşmışdır. Əksər telegram kanalları da bu üsulla gəlir əldə etmişlər. Həmin kanalda ondan başqa heç kim adminlik etməmişdir. Həmin kanalda ümumilikdə təxminən 120-130 pornoqrafik xarakterli video eləcə də şəkilər paylaşmışdır. Bundan başqa 2023-cü ilin aprel ayında onu Baş İdarəyə dəvət edən zaman qanunsuz əməllərinin üsütünün açıldığını bilmiş və qorxduğu üçün açdığı “Xalaşqa” adlı telegram kanalını, həmçinin telefonunda olan bütün pornoqrafik videoları silmişdir. Buna görə də telefonuna onun iştirakı ilə baxış keçirilən zaman ordan əhəmiyyətli heç nə aşkar edilməmişdir. Sadəcə olaraq 21 yanvar 2023-cü il tarixdə tanışı Fərid adlı şəxsə həmin kanalın profil şəkilini göndərmiş və ondan şəkilin necə olduğunu soruşmuşdur. Açdığı “Xalaşqa” adlı telegram kanalını tək idarə etmiş və ondan başqa orada heç kim pronoqrafik materiallar paylaşmamışdır. O, törətdiyi əməldən səmimi peşman olmasını, o cümlədən bir daha belə səhvlərə yol verməyəcəyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Məhkəmə-sənətşünaslıq” ekspertizasının 17 may 2023-cü il tarixli 11/232 nömrəli rəyindən görünür ki, “Telegram” sosial şəbəkəsi üzərində “consondu” istifadəçi adı ilə “xalaşqa” adlı səhifədə paylaşılmış video görüntülər və fotoşəkillər pornoqrafik xarakterlidir. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi polis mayoru Yusif Hüseynov tərəfindən tərtib edilmiş 05 aprel 2023-cü il tarixli protokoldan görünür ki, “Telegram” sosial şəbəkəsində “consondu” istifadəçi adı ilə istifadə olunan “xalaşqa” adlı kanalda pornoqrafik xarakterli video və fotoşəkillərin yayımının həyata keçirilməsi ilə bağlı qeyd edilən kanala baxış keçirilmişdir. Baxış zamanı “Telegram” sosial şəbəkəsində “xalaşqa” adlı kanalda pornoqrafik xarakterli video və fotoşəkillərin yayımının həyata keçirildiyi müəyyən edilmişdir. “Telegram” sosial şəbəkəsində “xalaşqa” adlı kanalda pornoqrafik video və fotoşəkillərin yayımlanması ilə bağlı baxış keçirilməsi prosesi “OBS Studio” və “NOX” proqramları vasitəsi ilə videolentə alınmış və 01 ədəd CD diskə köçürülməklə protokola əlavə edilmişdir. Bundan başqa, “Xalaşqa” adlı kanalda olan pornoqrafik xarakteli görüntülər “screen shot”, yəni ekran görüntüsü funksiyasından istifadə edilməklə çap edilərək protokola əlavə edilmişdir. “CD diskə baxış keçirilməsi haqqında” 03 avqust 2023-cü il tarixli protokoldan görünür ki, iş materiallarına əlavə edilmiş içərisində “Telegram” sosial şəbəkəsində yaradılmış “Xalaşqa” adlı kanaldan texniki proqramların köməyi ilə köçürülmüş videogörüntü və fotoşəkillər olan 01 ədəd CD diskə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmiş ki, CD diskdə “screenler” adlı qovluq və “consondu” adlı video fayl vardır, “screenler” adlı qovluğa daxil olan zaman orada 10 ədəd foto şəkil olduğu müəyyən edilmişdir. Həmin şəkillər “Xalaşqa” adlı kanalda paylaşılmış videogörüntülərin ekran görüntüləri (screen shot) olduğu müəyyən edilmişdir. Bundan başqa “consondu” adlı videofayla baxış zamanı videonun 03 dəqiqə 35 saniyə olduğu müəyyən edilmiş, həmin videoda kanalda paylaşılmış videoların proqram vasitəsilə video qeydiyyatının aparılması əks olunmuşdur. Həmin video baxış zamanı məlum olmuş ki, “xalaşqa” adlı kanalı “consondu” adlı teleqram sosial şəbəkəsi istifadəçisi yaradıb və idarə edir. Həmin kanalda 5 982 nəfər daimi izləyici vardır. Kanalda 133 video və fotoşəkil, eləcə də 24 ədəd başqa kanal və digər sosial hesabların linkləri paylaşılmışdır. Həmin fotoşəkillərdə və videogörüntülərdə çılpaq formada qadın şəkilləri, qadınların cinsi orqanları, eləcə də cinsi aktın həyəta keçirilməsi prosesləri göstərildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs telegram sosial şəbəkəsində 2023-cü ilin yanvar ayının sonlarında “Xalaşqa” adlı kanala açaraq istifadə etdiyini və hazırda baxış keçirilən kanalın onun açdığı həmin kanal olduğunu, telegramda istifadəçisi adının “consondu” olduğunu, orada göstərilən videogörüntülər və fotoşəkillərinin onun tərəfindən paylaşıldığını, kanalı özü idarə etdiyini, kanalda belə videolar paylaşaraq daha çox izləyici yığdığını, izləyici çox olduqdan sonra isə kanalda reklam edərək pul qazandığını bildirmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi “Redmi 9” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun “Telegram” proqramına daxil olduqda hər hansı səhifənin olmadığı, pronoqrafik xarakterli video və görüntülərin olmadığı müəyyən edilmişdir. Daha sonra mobil telefonda olan “whatsapp” ani mesajlaşma proqramına daxil olunmuş, xx.xx.2023-cü il tarixdə “Fərid” adlı ***-***-**-** saylı whatsapp hesabına “Xalaşka” adlı telegram səhifəsinin loqosunu göndərməsi, həmin loqonun görüntüsünün necə olmasını Fərid adlı şəxsdən soruşması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin loqonun “Telegram” sosial şəbəkəsindəki özünə məxsus “Xalaşka” adlı hesabın loqosu olmasını, loqonun bəyənilib-bəyənilmədiyini müəyyənləşdirmək məqsədi ilə Fərid adlı tanışına göndərməsini bildirmişdir. Mobil telefona baxış zamanı maddi sübut əhəmiyyəti kəsb edən hər hansı dəlil və əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs pronoqrafik xarakterli bütün video və görüntüləri, həmçinin “Telegram” sosial şəbəkəsində olan “Xalaşka” adlı səhifəni Baş İdarəyə gəlməzdən öncə silmədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs məxsus olan “Redmi 9” markalı mobil telefonunda “whatsapp” səhifəsində olan yuxarıda qeyd olunmuş “Fərid” adlı şəxs ilə olan yazışmaların mobil telefon ilə fotoşəkilləri çəkilərək A4 kağız formatında protokola əlavə olunmuşdur. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş öz adına olan "xxxx" ASC tərəfindən emisiya edilmiş 4127-2141- 2384-1097 nömrəli kart hesabında çıxarışa Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmiş ki, "xxxx" ASC tərəfindən emisiya edilmiş həmin karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən 02 avqust 2023-cü il tarixdək ümumilikdə 238,13 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. Karta 02 manatdan 20 manata qədər müxtəlif məbləğlərdə pullar göndərilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mədaxil edilmiş pulların əksəriyyətinin kanalda etdiyi reklam qarşılığında ona göndərildiyini bildirmişdir. Həmçinin kanalı 2023-cü ilin yanvar ayında açsa da həmin vaxtlar kanalda abunəçi az olduğu üçün reklam etmədiyini, 2023-cü ilin mart ayında abunəçi sayı artdıqdan sonra öz adına həmin kartı açıb etdiyi reklama görə pulları karta göndərtdiyini bildirmişdir. Həmçinin dəqiq olaraq hansı məbləğin reklamla bağlı gəldiyini xatırlamadığını, yadında qalan dəqiq bildiyi məbləğləri hesabdan çıxarışda işarələdiyini bildirmişdir. Həmin kartı sındığı üçün atdığını bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış, “Xalaşqa” adlı kanaldan götürülmüş videogörüntü və fotoşəkillər olan 01 ədəd CD disk cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistəmi Əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası X4 hərbi xidmət dövründə aldığı xəsarətlər nəticəsində İİ qrup əlildir. Azərbaycan Tehsil Kartından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsində pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər və sair əşyalar ilə qanunsuz ticarət cinayət əməlləri nəzərdə tutulmuş və həmin cinayətin əsas bilavasitə obyekti ictimai mənəviyyatdır. Pornoqrafik materiallar və əşyalar dedikdə əsas məzmunu cinsi münasibətlərin anatomik və ya fizioloji xüsusiyyətlərinin müfəssəl təsvirindən ibarət olan bədii, qrafik,ədəbi və digər əsərlər başa düşülür. Pornoqrafik materialları və ya əşyaları yayma dedikdə, şərh olunan cinayətin predmetlərini digər şəxslərə onların məzmunu ilə tanış olmaq üçün vermə başa düşülür. Bu, çəkilmiş şəkillərin, kino və ya video filmlərin nümayiş etdirilməsi, pornoqrafik xarakterli ədəbiyyat əsərlərinin, jurnal və qəzetlərin və s. ucadan oxunması, pornoqrafik şouların təşkil edilməsi və keçirilməsi və s. üsullarda edilə bilər. Qeyd olunan cinayətin predmetlərini yayma əvəzli (məsələn, satma və ya icarəyə vermə) və əvəzsiz (oxumaq və ya baxmaq üçün vermə, bağışlama) xarakter daşıya bilər. Bu cinayətin məqsədi pornoqrafik materialları və ya əşyaları hazırlama, yaymaq və reklam etməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin İİİ kurs tələbəsi olmasını, atası Mehman Axundovun müharibə zamanı aldığı xəsarətlər nəticəsində İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 5-cimaddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu, sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyildir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilibedilmədiyini müəyyənləşdirərkən cıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin-tərcümə) növünə, müddətinə, nəticələrinə və həyata kecirilmə üsuluna diqqət yetirilməlidir. Azadlıqdan məhrum etmə ilə azadlığın məhdudlaşdırılması arasındakı fərq xarakter və ya mahiyyət məsələsi yox, sadəcə dərəcə və ya intensivlik məsələsidir. Həmin Konvensiyanın 5-ci maddəsində şəxsi azadlıq insan hüquqlarının müdafiəsinin mühüm elementi kimi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurətin tələb etdiyi müddətdən artıq davam etməməlidir (Avropa Məhkəməsinin Amyur Fransaya qarşı işi üzrə 25 iyun 1996-cı il tarixli qərar, 42-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadə etməklə kommersiya məqsədilə və ya belə məqsəd olmadan saytlar yaratmaq, elektron ticarətlə məşğul olmaq hüququndan məhrum edilməklə, cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 175.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Novruz oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 242-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə İnformasiya Kommunikasiya Texnologiyalarından (İKT) istifadə etməklə kommersiya məqsədilə və ya belə məqsəd olmadan saytlar yaratmaq, elektron ticarətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 3.000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 100 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Novruz oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsnov
Məhkəmə qərarları › İş №1(012)-200/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-200/2024
18.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver