Məhkəmə qərarları › İş №1(012)-201/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-201/2021

05.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-201/2021 05.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinin ərazisində tanışı Şahid5 ilə görüşərək sonuncudan satış məqsədi olmadan bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik maddələrin siyahısına” daxil olan təmiz çəkisi 0,260 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan təmiz çəkisi 0.085 qram çəkidə ağ rəngli kristal formada psixotrop maddə olan metafetamini qanunsuz olaraq əldə edib əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoyaraq özündə saxlamış, xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksində saxlanılıb Abşeron rayon polis idarəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,260 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd siqaretin gümüşü kağızına bükül bükümdə 0.085 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin və həmçinin əynində olan cins şalvarının kəmərinin altında bir ədəd gümüşümetal rəngli elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 2-də ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ay olar ki, narkotik vasitə olan heroindən və psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, usta işləyir və oradan əldə etdiyi gəlirlə ailəsini saxlayır. Şahid5 10 gün olarki tanıyır. Vüqarı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksində usta kimi işlədiyi ev yiyəsinin qohumu kimi tanımışdır. O, arada bir Vüqar və dostu olan Rəfael Mirzəliyevlə birlikdə narkotik vasitə qəbul etmişlər. xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində o, Vüqarla birlikdə olarkən Vüqar ona bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş narkotik vasitə olan heroini və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamini pay vermiş və istifadə edə biləcəyini bildirmişdir. O da həmin narkotik vasitəni və psixotrop maddəni üzərində olan qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. O, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksi ərazisində piyada gəzərkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün həyəcanlandığından polis əməkdaşları şübhələnib onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon polis idarəsinə gəldikdən sonra polis idarəsində polis əməkdaşları tərəfindən onun hüquqlarının müdafiəsi məqsədi ilə idarəyə vəkil dəvət olunmuş və ona hüquqları izah olunduqdan sonra onun, vəkilin və orada olan polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vəsitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş narkotik vasitə olan heroini və bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş psixotrop maddə olan metamfetamini, həmçinin bir ədəd gümüş-metal rəngli elektron tərəzini təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitə olan heroini və metafetamini tanışı Şahid5 ona hədiyyə etmişdir. Sonra polis əməkdaşları həmin narkotik vasitə heroini metafetamini kağız zərfə qoyaraq qablaşdırmış və bununla bağlı protokol tərtib etmişlər və həmin kağız zərfi o, və digər polis əməkdaşları imzalamışlar. Sonda o, narkotik maddələrin qəbuluna düçar olduğundan peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində üç azyaşlı uşağının olmasını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron 2” yaşayış kompleksində ailəsi ilə birlikdə yaşayır. Təxminən bir il olar ki, narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs onun dostudur. Şahid5 isə dostu Peymanın vasitəsi ilə tanımışdır. O, bir-iki dəfə Peyman və onun tanışı Vüqarla birlikdə narkotik vasitədən istifadə etmişlər. O, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 01 radələrində Şahid5lə görüşmüş və Vüqar ona bir ədəd siqaretin qızılı kağızına bükülmüş dörd ədəd şəffaf sellofanda olan metamfetamini və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini öz şəxsi istifadəsi üçün pay olaraq vermişdir. O da dörd ədəd şəffav sellofanda olan metamfetamini və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini siqaret qutusunun içinə qoyub, əynində olan qara qara rəngli gödəkçəsinin sol döş iç cibinə, bir ədəd siqaret qızılı kağızına bükülmüş metamfetamini isə qara rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra o, xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksini ərazisində olarkən iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşıb vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olduğu üçün həyəcanlandığından polis əməkdaşları şübhələnib onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon polis idarəsinə gəldikdən sonra polis idarəsində polis əməkdaşları tərəfindən onun hüquqlarının müdafiəsi məqsədi ilə idarəyə vəkil dəvət olunmuş və ona hüquqları izah olunduqdan sonra onun, vəkilin və orada olan polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vəsitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, qara rəngli gödəkçəsinin sol döş iç cibinə qoyduğu siqaret qutusunun içərisində olan dörd ədəd şəffav sellofanda olan metamfetamini və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş heroini, həmçinin qara rəngli cins şalvarının sağ cibinə qoyduğu bir ədəd siqaretin qızılı kağızına bükülmüş metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları həmin metafetaminlər və narkotik vasitə olan heroini kağız zərfə qoyaraq qablaşdıraraq bununla bağlı protokol tərtib etmişlər və o da həmin zərfə və protokola imza atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Yevlax şəhərində yaşayır. Arada bir Xırdalan və Bakı şəhərlərinə gəlib getmişdir. Təxminən 6 ay olar ki, narkotik vasitələrdən istifadə etmişdir. Təqsirləndirilən şəxs təxminən 10 gün olar ki, tanıyır. Təqsirləndirilən şəxs onun qohumunun Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksində olan mənzilini təmir etmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Yevlax şəhərindən çıxaraq Bakı şəhəri, Ziya Bünyadov (Dərnəgül) prospektinə gələrək orada üzdən tanıdığı, lakin şəxsiyyətini bilmədiyi şəxsdən 100 manat müqabilində öz şəxsi istifadəsi üçün 1 büküm şəffav selofanda olan psixotrop maddə olan metamfetamin almışdır. Həmin psixotrop maddəni siqaretin boş qutusuna qoyub, qara rəngli gödəkcəsinin sol döş yan cibinə qoymuşdur. Bundan sonra o, Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksinə getmişdir. Həmin vaxt o, orada usta Peymanla rastlaşmışdır. Daha sonra xx xxxxxx 2020-ci il tarixdə gecə saatlarında Xırdalan şəhəri, AAAF park yaşayış komleksinin ərazisində olarkən iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşıb vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onun narkotik vasitələirin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Abşeron rayon polis idarəsinə gəldikdən sonra polis idarəsində polis əməkdaşları tərəfindən onun hüquqlarının müdafiəsi məqsədi ilə idarəyə vəkil dəvət olunmuş və ona hüquqları izah olunduqdan sonra onun, vəkilin və orada olan polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vəsitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan qara rəngli gödəkçəsinin sol döş iç cibinə qoyduğu siqaret qutusunun içərisində olan 1 ədəd şəffav selofanda olan psixotrop maddə metamfetamini qara rəngli gödəkcəsinin sol döş yan cibindən çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları həmin metafetaminlər kağız zərfə qoyaraq qablaşdırmışlar və bununla bağlı protokol tərtib etmişlər və o da həmin zərfə və protokola imza atmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxxxx 1993-cü il təvəllüdlü X2 Abşeron rayonu ərazisində narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü mən, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X6 və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adları qeyd olunan polis əməkdaşları bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində məlumatda göstərilən əlamətlərə uyğun gələn şəxs X3 Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində yaxınlaşaraq özülərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt X3 narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib X17 RPİ-nə dəvət etmişlər. Həmin şəxs onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişdir. İdarədə həmin şəxsin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1993-cü ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, natamam-orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi evdə yaşayan X4r. Abşeron RPİ-nin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs X3 vəkilinin yanında tərəfimizdən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin.X5 əynində olan qara rəngli dəri gödəkçənin içəri sağ cibindən bir ədəd üzərində “LD” sözləri yazılmış siqaret qutusunu çıxarıb ağzını açaraq içərisindən beş ədəd şəffav rəngli sellofana bükülü bükümü, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü, 5 gilə ağ filterli siqareti,bir ədəd qara rəngli mobil telefonu, bir ədəd alışqan, bir ədəd bir manatlıq pul və bir ədəd 10 qəpiklik pul əskinasını təqdim etmişdir. Təqdim olunmuş beş ədəd şəffav rəngli sellofana bükülü bükümün və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisinə baxdıqda olunmuş beş ədəd şəffav rəngli sellofana bükülü bükümün içərisində ağ rəngli kristal formada maddə və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində isə narkotik maddə olması müşahidə olunmuşdur.Sorğu zamanı X5 bildirmişdir ki, “əynində olan qara rəngli dəri gödəkçənin içəri sağ cibindən çıxararaq təqdim etdiyi bir ədəd üzərində “LD” sözləri yazılmış siqaret qutusunun içərisində saxladığı beş ədəd şəffav rəngli sellofana bükülü bükümün içərisində ağ rəngli kristal formada psixotrop maddə olan metafetamin və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində narkotik maddə heroindir xx.xx.2020-ci il tarixdə tanışı Peyman vasitəsi ilə Vüqar adlı şəxsdən alıb Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksinə daşımışdır”. X2 üzərində aşkar olunan 5 ədəd şəffaf rəngli sellofana bülükülmüş bükümlər və bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürləndir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən X2 izahatı alınmışdır. Bundan sonra X2 bildirdiyi Peyman adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3 raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X7 və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Abşeron RPİnin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş, və adları qeyd olunan polis əməkdaşları bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2020ci il tarixdə saat 04 radələrində Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində Peyman adlı şəxsə yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt Peyman adlı şəxsə narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxs onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişdir. İdarədə həmin şəxsin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1986-cı ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ev 21, mənzil 100-də yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron RPİnin inzibati binasında otaqıarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Təqsirləndirilən şəxs vəkilinin yanında tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan şəxs qara rəngli şalvarının kəmərinin altından bir ədəd gümüşü-metal rəngli elektron tərəzi, bir ədəd qara rəngli “Samsung” markalı telefon, əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən bir ədəd şəffav rəngıi sellofana bükülü bükümü çıxararaq təqdim etmişdir. Bir ədəd şəffav rəngıi sellofana bükülü bükümün içərisində bir ədəd siqaretin gümüşü kağızına bükülü bükümü və bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş büküm vardır. Həmin bir ədəd siqaretin gümüşü kağızına bükülü bükümün içərisinə baxdıqda həmin bükümdə qəhvəyi rəngli toz şəkilli maddə və bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş bükümün içərisinə baxdıqda həmin bükümdə ağ rəngli kristal formada maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “əynində olan qara rəngli dəri gödəkçənin sağ yan cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağızına bükülü bükümün içərisində olan narkotik vasitə heroin, bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş bükümün içərisində ağ rəngli kristal formada maddə psixiotrop maddə metafetamindir. Həmin narkotik vasitələri tanışı Şahid5 alıb özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” yaşayış kompleksinə daşımışdır. Bir ədəd gümüşümetal rəngli elektron tərəzi isə diş texniki işlədiyi üçün özü ilə gəzdirmişdir ki, diş üçün qızıl və titan alarkən həmin elektron tərəzidə çəksin”. Təqsirləndirilən şəxs üzərində aşkar olunan bir ədəd siqaretin gümüşü kağızına bükülü büküm və bir ədəd damalı dəftər vərəqinin kağızına bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bildirdiyi Vüqar adlı şəxsin müəyyən edilməsi ilə bağlı əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis kapitanı baş leytenantı Şahid1 raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı X6 və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis mayoru Şahid3 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adları qeyd olunan polis əməkdaşları bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 06 radələrində Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində Vüqar adlı şəxsə yaxınlaşaraq özülərin polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqə göstərmişlər. Həmin vaxt Vüqar adlı şəxsə narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. Həmin şəxs onların dəvətini qəbul edərək Abşeron rayon polis idarəsinə gəlmişdir. İdarədə həmin şəxsin şəxsiyyəti edilərkən məlum olmuşdur ki, həmin şəxs xx xxxxxx 1969-cu ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, ünvan 3 qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şahid5dur. Abşeron RPİ-nin inzibati binasında otaqarın birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan şəxs Şahid5 vəkilinin yanında tərəfindən hüquq və vəzifələri izah olunmuş və sonra isə təklif etmişlər ki, üzərində qanunla qadağan edilmiş əşyalar, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etsin. Şahid5 əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd qara rəngli mobil telefon, həmin qara rəngli qış gödəkçəsinin sol iç cibindən bir ədəd ağ rəngdə siqaret qutusu, qara rəngli qış gödəkçəsinin sol yan cibindən bir ədəd ağ rəngdə mobil telefon üçün enerji ötürən aparat, bir ədəd siqaret qutusu çəxarıb təqdim etmişdir. Siqaret qutularınn içərisinə baxdıqda həmin qutulardan birinin içərisində bir ədəd şəffaf rəngli sellofan bükülmüş bükümə baxdıqda ağ rəngli kristal formada psixotrop maddə metafetamin müşahidə olunmuşdur. Sorğu zamanı Şahid5 bildirmişdir ki, “əynində olan qara rəngli qış gödəkçəsinin sol iç cibindən çıxararaq təqdim etdiyi bir ədəd siqaret qutusunun içərisində olan sellofan bükülmüş bükümdə ağ rəngli kristal formada psixotrop maddə metafetamindir. Həmin psixiotrop maddə olan metanfetamini xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Ziya Bünyadov (Dərnəgül) prospektində üzdən tanıdığı şəxsdən 100 manat müqabilində öz şəxsi istifadəsi üçün 1 büküm şəffav selofanda alıb özü ilə Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksinə daşımışdır”. Şahid5 üzərində aşkar olunan bir ədəd şəffaf rəngli sellofan bükülmüş büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olundu. Sonra təhqiqatçı tərəfindən Şahid5 izahatı alınmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin əməkdaşları Şahid1 və Şahid3 iş üzrə şahid qismində dindirilmiş Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi prosesinin texniki vasitələrdən istifadə etməklə köçürüldüyü maddi sübut - 1 ədəd “CD” formatlı diskə yazılmış videogörüntülər də hadisəsinin necə baş verməsi əyani şəkildə müşahidə olundu. Məhkəməyədək icraat dövründə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2147 saylı tədqiqat rəyindən görünür ki tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs... sözləri və imzalar olan bir ədəd zərfdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 0.260 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0.085 qram olan ağ rəngli kristal formada maddə metafetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs... sözləri və imzalar olan ikinci zərfdəki 01 ədədelektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır, heroin iz şəklində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlə eynilik aparmaq mümkün deyildir. Metafetamin adlı pereparat 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir. (Siyahı 1). Ekspertiza tədqiqatında tədqiq olunmuş heroinin təmiz çəkisi 0,260 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,210 qram və metafetaminin təmiz çəkisi 0,085 qram, tədqiqata sərf olunan miqdar 0,05 qram, qalıq 0,035 qram təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş iş üzrə maddi sübut olan və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,210 qram narkotik vasitə olan heroin və 0,035 qram psxotrop maddə olan metafetamin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair xx.xx.2020-ci il tarixli, 458 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkolidlərini tərkibində saxlayan maddələrdən sui istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin və “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” barədə İİ hissəsinin 27-ci bəndində psixotrop maddə olan metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar və Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin və İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metafetaminin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Neftçala RİHB-nın Neftçala İTTS-nin rəisi tərəfindən verilmiş 14 saylı, xx.xx.2020-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında 1990-cı il təvəllüdlü X10, 2008-ci il təvəllüdlü X8, 2012-ci il təvəllüdlü X11 və 2013-cü il təvəllüdlü X12 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini, himayəsində üç azyaşlı uşağının olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və həmin qətimkan tədbiri məhkəmədə qüvvəsində saxlanılmışdır. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, X2 və Şahid5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi onların hərəkətlərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini, baş ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2020-ci il tarixli qərarı ilə Abşeron RPİ-nin İŞ-də Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 02 ay, 09 ayadək, yəni xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdir. Daha sonra Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti uzadılmışdır. Abşeron RPİ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və onun barəsində olan cinayət işi Abşeron rayon Prokurorluğu tərəfindən göndərilərək xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 01 (bir) il 01 (bir) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalıq qalan və Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 0,210 qram narkotik vasitə olan heroin və 0,035 qram psxotrop maddə olan metafetamin Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan əlavə iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərcləri məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 100 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 600 (altı yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 01 (bir) il 01 (bir) ay 05 (beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınaraq həbsdə saxlamanın bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla, cəmi 02 (iki) il 02 (iki) ay 10 (on) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlığın mədudlaşdırılmsı cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri olan 195 (yüz doxsan beş) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut kimi olan, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron rayon Polis idarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 0,210 qram narkotik vasitə olan heroin və 0,035 qram psxotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə, Abşeron rayon Polis İdarəsinə və Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 100 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 600 (altı yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar