Məhkəmə qərarları › İş №1(012)-201/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-201/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-201/2023 15.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1995-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Rəhimli kəndində qeydiyyatda olan və Abşeron ray, Fatmayı kəndi, A.Humay küçəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2021-ci ilin dekabr ayında müxtəlif vaxtlarda Abşeron rayonu, Fatmayı kəndi Aşıq Humay küçəsində yerləşən Zərərçəkmiş şəxs qızma məxsus fərdi yaşayış evinin giriş qapısını özündə olan həmin evə məxsus olmayan digər açarla açıb qanunsuz olaraq daxil olub evin ikinci mərtəbəsində yerləşən qarderob kimi nəzərdə tutulmuş otaqda olan dolabdan brilliant qaşları olan 2000 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, üzərində brilliant qaşları olan 1500 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, 4000 manat dəyərində bir ədəd qızıl üzük, bir ədəd qolbaq, bir cüt sırğa, bir ədəd klondan ibarət dəst, 2000 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, bir ədəd 1500 manat dəyərində üzərində brilliant qaşları olan “Nino” markalı qadın qızıl saatı, bir ədəd 1500 manat dəyərində üzərində 3 ədəd böyük və çoxsaylı səpmə brilliant qaşları olan qızıl qadın üzüyü, bir ədəd 1000 manat dəyərində üzərində brilliant qaşları olan qızıl kişi üzüyü, bir ədəd 1500 manat dəyərində qızıl qolbaq, bir ədəd 100 manat dəyərində ürək şəklində qızıl lclon, 600 manat dəyərində kəpənək şəklində bir cüt qızıl sırğa və bir ədəd klondan ibarət dəst, bir ədəd 500 manat dəyərində çanta şəklində qızıl lclon, 200 manat dəyərində üzərində brilliant qaşları olan uşaq üçün bir cüt qızıl sırğa, 400 manat dəyərində “Roberto Cavalli” markalı uşaq üçün bir ədəd qızıl üzük və bir ədəd klondan ibarət dəst, 400 manat dəyərində manat dəyərində iki ədəd qızıl qolbaq, 300 manat dəyərində uşaq üçün bir ədəd şəklində qızıl üzük, 1000 manat dəyərində qara rəngli kəpənək şəklində bir ədəd qızıl sırğadan ibarət dəst, bir ədəd 200 manat dəyərində üzərində açar klon olan qızıl boyu 300 manat dəyərində üzərində qadın şəkli olan qızıl klon, 400 manat dəyərində “Luis Vitton” markalı bir ədəd qızıl qolbaq və bir cüt sırğadan ibarət dəst qızılları vahid niyyətlə gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 20000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Ağsu rayonu, Rəhimli kəndində qeydiyyatda olsa da, anası, həyat yoldaşı və bir azyaşlı oğlan övladı ilə birlikdə Abşeron rayonu, Fatmayı kəndi Aşıq Humay küçəsində X2 ona yaşamaq üçün verdiyi gözətçi evində yaşayır. Həm də Vasifin yaşadığı həmin küçədə yerləşən digər bağ evində həm gözətçi, həm də bağban işləyir. Əvvəllər həmin evdə atası Adil bağban işləmişdir. Atası Adil 2020-ci ilin dekabr ayında rəhmətə getdikdən sonra o, həmin tarixdən həmin evdə işləyir. O və ailəsinin Vasiflə və onun ailəsi ilə münasibətləri həmişə yaxşı olmuşdur. 2021-ci ilin təxminən sentyabr-oktyabr aylarında mobil telefonunda müxtəlif kazino mərc oyunları oynayırmış. Həmin oyunlara müxtəlif məbləğlərdə pulları özünə məxsus müxtəlif banklara aid hesab kartları vasitəsi ilə ödənişlər edirmiş. Həmin ərəfədə mərc oyunlarında xeyli miqdarda pul uduzduğu üçün maddi sıxıntıları yaranmışdır. Hətta yaşadığı Fatmayı kəndində bir neçə nəfər şəxsdən də müxtəlif məbləğlərdə borca pul almışdır. Təxminən 2021-ci ilin avqust ayında Vasifin həyat yoldaşı Səbinə səhhəti ilə əlaqədar müalicə almaq üçün Türkiyə Respublikasına getmişdir. Evdə isə Vasif və qohumu Qalib ailəsi ilə birlikdə qalırmışlar. 2021-ci ilin noyabr ayının əvvəllərində Vasif və Qalib ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Həmin vaxtlar evdə heç kim qalmırmış. Vasif arada gəlib evə baş çəkib gedirmiş. Adətən Vasifin evinin həyətinin giriş darvazasının açarları onda olur. Həmin ərəfədə o, Vasifin evində heç kimin olmadığını görüb evə daxil olaraq hər hansı əşya götürüb satmaq və əldə etdiyi pulu borclarına vermək qərarına gəlmişdir. 2021-ci ilin dekabr ayının ilk günlərində günorta saatlarında Vasifin Fatmayı kəndi, Aşıq Humay küçəsində yerləşən evinin həyətində bağda iş görürmüş. Həmin vaxt özündə olan adi açarla evin giriş qapısının açılıb-açılmamasmı yoxlamaq üçün açarı kilid yerinə salmışdır. Təsadüfdən həmin açarla evin giriş qapısı açılmışdır. O, evə daxil olmuşdur. Evin ikinci mərtəbəsinə qalxmışdır. Həmin mərtəbədə yerləşən yataq otağının yanında olan qarderoba daxil olmuşdur. Qarderobda olan dolabın qapılarını açmışdır. Dolabın aşağı hissəsində ayaqqabı qutusunun içərisində qızıl zinət əşyaları olduğunu görmüşdür. O, həmin qızılları götürmək qərarına gəlmişdir. Qutunun içərisindən bir ədəd qadın üçün qızıl boyunbağı, bir ədəd qızıl qadın üzüyü və bir cüt qızıl sırğadan ibarət bir dəst, üç ədəd qızıl qadın qolbağını götürmüşdür. Həmin qızılları götürdükdən sonra evdən çıxmışdır. Özündə olan evin giriş qapısını açdığı adi açarla qapını bağlamışdır. Evin həyətindən çıxıb Bakı şəhərində yerləşən “Moskva Ticarət Mərkəzi’nə getmişdir. Orada həmin qızıllardan bir ədəd qadın üçün qızıl boyunbağı, bir ədəd qızıl qadın üzüyü və bir cüt qızıl sırğadan ibarət bir dəsti qızıl dükanına 1100 manata satmışdır. Həmin vaxt ondan satıcı şəxsiyyət vəsiqəsini istəmişdir. O, da özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin dükandan çıxdıqdan sonra univermağın içərisində başqa bir qızıl dükanına daxil olmuşdur. Qalan üç ədəd qızıl qadın qolbağını da 280 manat müqabilində satmışdır. Həmin dükana da şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Univermaqdan çıxdıqdan sonra evə qayıtmışdır. Əldə etdiyi 1380 manat pulun müəyyən hissəsini borcundan vermiş, qalan hissəsini də telefonda oynadığı mərc oyunlarında uduzmuşdur. Aradan təxminən 10 gün keçdikdən sonra səhər saatlarında o, eyni qaydada özündə olan açarla Vasifin evinin qapısını açıb daxil olmuşdur. Evin ikinci mərtəbəsinə qalxıb yataq otağının yanında olan qarderoba daxil olmuşdur. Həmin vaxt dolabda olan çantanı açmışdır. Çantanın içərisində qızıl zinət əşyaları olmuşdur. O, həmin çantadan bir ədəd qadın üçün qızıl boyunbağı, bir ədəd qızıl qadın üzüyü və bir cüt qızıl sırğadan ibarət bir dəst, bir ədəd qadın qızıl üzüyü, bir ədəd qızıl boyunbağı, bir ədəd qadın üçün qızıl boyunbağı, bir ədəd qızıl qadın üzüyü və bir cüt qızıl sırğadan ibarət bir dəsti götürmüşdür. Qızılları götürdükdən sonra evdən çıxıb Bakı şəhərində yerləşən “Moskva Ticarət Mərkəzi”nə getmişdir. Orada həmin qızıllardan bir ədəd qadın üçün qızıl boyunbağı, bir ədəd qızıl qadın üzüyü və bir cüt qızıl sırğadan ibarət bir dəsti qızıl dükanına 550 manata satmışdır. Həmin vaxt şəxsiyyət vəsiqəsini də təqdim etmişdir. Həmin dükandan çıxdıqdan sonra evə qayıtmışdır. Digər götürdüyü qızılları da yaşadığı evin həyətində sonra satmaq üçün gizlətmişdir. Əldə etdiyi 550 manat pulu isə eyni qaydada mobil telefonunda mərc oyunlarında uduzmuşdur. Digər qızılları isə xatırlamadığı müxtəlif vaxtlarda Bakı şəhərində yerləşən “Moskva Ticarət Mərkəzi”ndə olan qızıl dükanına satmışdır. Əldə etdiyi pulları mərc oyunlarında uduzmuşdur. Sonradan saxladığı qızılları da müxtəlif vaxtlarda Moskva Univermağına satmışdır. Etdiyi əməldən çox peşman olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Səbinə Türkiyə Respublikasında müalicə aldıqdan sonra Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt Səbinə əri Vasiflə, qohumu Qalib və ailəsi ilə birlikdə Fatmayı kəndində yerləşən evlərinə köçmüşlər. xx.xx.2022-ci il tarixdə polis əməkdaşlarının Vasifin evinin həyətinə gəldiklərini görmüşdür. Həmin vaxt ona Vasifin arvadı Səbinənin özünə məxsus qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat verdiyi məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, onun Zərərçəkmiş şəxs evinə daxil olmaqda məqsədi həmin evdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuşdur. Zərərçəkmiş şəxs qızma məxsus qızıl zinət əşyalarını oğurlayan zaman yanında heç kim olmamış, həmin cinayəti tək törətmişdir. O, oğurladığı Zərərçəkmiş şəxs məxsus qızılları satarkən həmin qızılların özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Zərərçəkmiş şəxs məxsus evdən qızılları oğurlamağı barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs dedikləri ilə qismən razı olduğunu, Zərərçəkmiş şəxs məxsus evdən ümumilikdə 6000 manat dəyərində qızıl zinət əşyaları oğurladığını, Səbinəyə məxsus 20000 manat dəyərində qızıl zinət əşyaları oğurlamadığını bildirmişdir. 2021-ci ilin dekabr ayında müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs yaşadığı evdən sonuncuya məxsus oğurladığı qızıl-zinət əşyalarını satması ilə bağlı olan alqı-satqı qəbzlərində qeyd olunanlarla, yəni “Moskva Ticarət Mərkəzi’ndə xx.xx.2022-ci il tarixdə Şahid1 400 manat müqabilində bir ədəd qızıl üzük, xx.xx.2022-ci il tarixdə Şahid3 180 manat müqabilində bir ədəd qızıl qolbaq və xx.xx.2022ci il tarixdə Şahid2 Miislüm oğluna 550 manat müqabilində bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl boyunbağı satması ilə.razı olduğunu, Zərərçəkmiş şəxs yaşadığı evdən oğurladığı qızıl-zinət əşyalarından bir neçəsini özündə saxlayıb sonradan satdığını, əvvəl ifadəsində qızılları satmağı ilə əlaqədar qeyd etdiyi qiymətlərlə bağlı qızılları ayrıayrılıqda satdığı üçün və hadisədən bir il müddət keçdiyi üçün xatırlamadığından yanlış deyə bildiyini bildirmişdir. Zərərçəkmiş şəxs məxsus təxminən 6000 manat dəyərində qızılzinət əşyaları oğurladığını, oğurladığı qızıllardan bir neçəsini satdığı dükanları göstərdiyini, qalan qızılları isə xatırlamadığı dükanlara satdığını, Zərərçəkmiş şəxs fərdi yaşayış evinə oğurluq etmək üçün 2 dəfə daxil olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məxsus qızıl zinət əşyalarını oğurlayan zaman yanında heç kim olmamış, həmin cinayəti tək törətmişdir. İlk dəfə Zərərçəkmiş şəxs məxsus qızılları oğurlayan zaman həmin yerdə çoxlu qızılların olduğunu görsə də, həmin qızıllardan bir neçəsini götürmüş, Səbinə qızıllarına baxan zaman oğurluq olduğunu hiss etməsin deyə həmin qızıllardan bir neçəsini götürmüşdür. İkinci dəfə o, həmin evə daxil olan zaman məqsədi evdə gördüyü qızıllardan bir neçəsini də götürüb satmaq və ehtiyaclarını ödəmək olduğunu bildirmişdir. Sonda o, himayəsində bir azyaşlı uşağının olmasını və tutuduğu əməldən peşman olmasını əsas gətirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs teleqram ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini və şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. 2021-ci ilin avqust ayında səhhəti ilə əlaqədar müalicə almağı üçün Türkiyə Respublikasına getmişdir. Getməmişdən öncə özünə məxsus qızıl zinət əşyalarını yaşadığı Fatmayı kəndində yerləşən evin ikinci mərtəbədə yataq otağının yanında yerləşən qarderob kimi nəzərdə tutulmuş otaqda olan rəfdə çantanın içərisində, qızıllarından bir neçəsini də qarderobda ayaqqabı qutusunun içərisində qızıl qabına qoymuşdur. O, Türkiyədə olduğu müddət ərzində həyat yoldaşı Vasif və qaynı Qalib ailəsi ilə birlikdə evdə yaşamışlar. 2021-ci ilin noyabr-dekabr aylarında hava şəraiti ilə əlaqədar əri Vasif və qaynı Qalib ailəsi ilə birlikdə Bakı şəhərində olan evlərinə köçmüşlər. 2021-ci ilin dekabr ayının sonlarında əri Vasif ona zəng edərək Fatmayıda olan evdə olduğunu, qızılları seyfə qoymaq istədiyini və harada olduğunu soruşmuşdur. O, da Vasifə qızıllarının yataq otağının yanında olan qarderobda çantanın içərisində olduğunu demişdir. Vasif də həmin qızılları çantadan götürərək seyfə qoymuşdur. xx.xx.2022-ci il tarixdə o, Türkiyə Respublikasında uzun müddətli müalicə aldıqdan sonra Bakı şəhərinə qayıtmışdır. O, qayıtdıqdan sonra əri Vasiflə və qaynı Qalib və ailəsi ilə birlikdə Fatmayı kəndində yerləşən evlərinə köçmüşlər. xx.xx.2022-ci il tarixdə ad günü məclisinə gedərkən qızıl zinət əşyalarından istifadə etmək istədikdə, bəzi qızıllarının yerində olmadığını aşkar etmişdir. Onun yaşadığı evdə ikinci mərtəbədə yataq otağının yanında yerləşən qarderob kimi nəzərdə tutulmuş otaqda olan rəfdə çantanın içərisində və yataq otağında olan dolabın içərisindəki qızıl qabında qoyduğu qızıllarının bəzilərinin yerində olmadığını görüb, əri Vasifə bu barədə məlumat vermişdir. Vasif ona ilk olaraq evə gəlib-gedən adamlara bu barədə məlumat verməyi bildirmişdir. Bundan sonra Vasif mütəmadi olaraq evə gəlibgedən qohumlara, tanışlara, həmçinin həyətdə işləyən bağban Cavidana, ev təmizləyən Gözəl xanıma, Məsumə xanıma da bu barədə dəfələrlə məlumat verərək tapılmadığı təqdirdə polisə məlumat verəcəyini demişdir. Artıq onlar qızılları tapa bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, 2021ci ilin noyabr-dekabr aylarında yaşadığı Abşeron rayonu, Fatmayı kəndi, Aşıq Humay küçəsində yerləşən evdən üzərində brilliant qaşları olan 2000 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, üzərində brilliant qaşları olan 1500 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, 4000 manat dəyərində bir ədəd qızıl üzük, bir ədəd qolbaq, bir cüt sırğa, bir ədəd klondan ibarət dəst, 2000 manat dəyərində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, bir ədəd 1500 manat dəyərində üzərində brilliant qaşları olan “Nino” markalı qadın qızıl saatı, bir ədəd 1500 manat dəyərində üzərində 3 ədəd böyük və çoxsaylı səpmə brilliant qaşları olan qızıl qadın üzüyü, bir ədəd 1000 manat dəyərində üzərində brilliant qaşları olan qızıl kişi üzüyü, bir ədəd 1500 manat dəyərində qızıl qolbaq, bir ədəd 100 manat dəyərində ürək şəklində qızıl klon, 600 manat dəyərində kəpənək şəklində bir cüt qızıl sırğa və bir ədəd klondan ibarət dəst, bir ədəd 500 manat dəyərində çanta şəklində qızıl klon, 200 manat dəyərində üzərində brilliant qaşları olan uşaq üçün bir cüt qızıl sırğa, 400 manat dəyərində “Roberto Cavalli” markalı uşaq üçün bir ədəd qızıl üzük və bir ədəd klondan ibarət dəst, 400 manat dəyərində uşaq üçün bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, hər biri 300 manat olmaqla ümumi 600 manat dəyərində iki ədəd qızıl qolbaq, 300 manat dəyərində uşaq üçün bir ədəd qızıl üzük qolbağa bitişik şəklində, 1000 manat dəyərində qara rəngli kəpənək şəklində bir ədəd qızıl üzük və bir cüt sırğadan ibarət dəst, bir ədəd 200 manat dəyərində üzərində açar klon olan qızıl boyunbağı, bir ədəd 300 manat dəyərində üzərində qadın şəkli olan qızıl klon. 400 manat dəyərində “Luis Vitton” markalı bir ədəd qızıl qolbaq və bir cüt sırğadan ibarət dəst qızılları oğurlanmış, nəticədə ona ümumilikdə 20.000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Ağsu rayonu, Rəhimli kəndində qeydiyyatda olsa da, oğlu Təqsirləndirilən şəxs və ailəsi ilə birlikdə Abşeron rayonu, Fatmayı kəndi Aşıq Humay küçəsində X2 onlara yaşamaq üçün verdiyi gözətçi evində yaşayırmışlar. Əvvəllər həyat yoldaşı mərhum Adil Vasifin evində bağban işləmişdir. Əri Adil 2020-ci ilin dekabr ayında rəhmətə getdikdən sonra oğlu Cavidan həmin tarixdən Vasifin evinə nəzarət edirmiş. Cavidan Vasifin yaşadığı həmin küçədə yerləşən digər bağ evində həm gözətçi, həm də bağban işləyirmiş. O və Cavidanın Vasif və ailəsi ilə münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən 2021-ci ilin avqust ayında Vasifin həyat yoldaşı Səbinə səhhəti ilə əlaqədar müalicə almaq üçün Türkiyə Respublikasına getmişdir. Evdə isə Vasif və qohumu Qalib ailəsi ilə birlikdə qalırmışlar. 2021-ci ilin noyabr ayının əvvəllərində Vasif və Qalib ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Həmin vaxtlar evdə heç kim qalmırmış. Vasif arada gəlib evə baş çəkib gedirmiş. Evdə heç kim olmadığı müddət ərzində oğlu Cavidan evə nəzarət edirmiş. 2022ci ilin may ayının sonunda Səbinə Türkiyə Respublikasında müalicə aldıqdan sonra Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt Səbinə əri Vasiflə, qohumu Qalib və ailəsi ilə birlikdə Fatmayı kəndində yerləşən evlərinə köçmüşlər. Sonradan ona Səbinənin yaşadığı sözügedən evdən sonuncuya məxsus qızıl-zinət əşyalarının oğurlanması və həmin oğurluq cinayətini də oğlu Təqsirləndirilən şəxs törətməsi məlum olmuşdur. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayında müxtəlif vaxtlarda Abşeron rayonu, Fatmayı kəndi Aşıq Humay küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən ümumilikdə 20000 manat dəyərində qızıl zinət əşyaları oğurlaması barədə heç bir məlumatı olmamışdır, Cavidan tutulduqdan sonra onun Səbinənin evindən oğurluq etdiyini bilmişdir. Oğlu Cavidan birlikdə yaşadıqları evə heç bir qızıl-zinət əşyası gətirməmişdir. Belə bir hal ilə rastlaşmamışdır. Cavidanın mərc oyunları oynaması barədə heç bir məlumatı olmamış, amma evdə olan zaman həmişə Cavidanın vaxtının çox hissəsini telefonda keçirdiyini görürmüş, hətta bir neçə dəfə Cavidana telefonla məşğul olmasına irad bildirmişdir. Cavidanın ilk dəfədir ki, oğurluq cinayəti törətdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dinidirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Ağsu rayonu. Rəhimli kəndində qeydiyyatda olsa da, əri Təqsirləndirilən şəxs və onun valideynləri ilə birlikdə Abşeron rayonu, Fatmayı kəndi Aşıq Humay küçəsində X2 onlara yaşamaq üçün verdiyi gözətçi evində yaşayırmışlar. Əvvəllər qaynatası mərhum Adil Vasifin evində bağban işləmişdir. Adil 2020-ci ilin dekabr ayında rəhmətə getdikdən sonra əri Cavidan həmin tarixdən Vasifin evinə nəzarət edirmiş. Cavidan Vasifin yaşadığı həmin küçədə yerləşən digər bağ evində həm gözətçi, həm də bağban işləmişdir. Onların Vasif və ailəsi ilə münasibətləri həmişə yaxşı olmuşdur. Təxminən 2021-ci ilin avqust ayında Vasifin həyat yoldaşı Səbinə səhhəti ilə əlaqədar müalicə almaq üçün Türkiyə Respublikasına getmişdir. Evdə isə Vasif və qohumu Qalib ailəsi ilə birlikdə qalırmışlar. 2021-ci ilin noyabr ayının əvvəllərində Vasif və Qalib ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşlər. Həmin vaxtlar evdə heç kim qalmırdı. Vasif arada gəlib evə baş çəkib gedirmiş. Evdə heç kim olmadığı müddət ərzində əri Cavidan evə nəzarət edirmiş. 2022-ci ilin may ayının sonıında Səbinə Türkiyə Respublikasında müalicə aldıqdan sonra Bakı şəhərinə qayıtmışdır. Həmin vaxt Səbinə, əri Vasiflə, qohumu Qalib və ailəsi ilə birlikdə Fatmayı kəndində yerləşən evlərinə köçmüşlər. Sonradan ona Səbinənin yaşadığı sözügedən evdən qızıl-zinət əşyaları oğurlanması məlum olmuşdur. Həmin oğurluq cinayətini də əri Təqsirləndirilən şəxs törətmişdir. Bu barədə heç bir məlumatı olmamışdır, Cavidan tutulduqdan sonra onun Səbinənin evindən oğurluq etdiyini bilmişdir. Həmin vaxt Cavidanın oğurluq etdiyinə də inanmamışdır. Əri Cavidan birlikdə yaşadıqları evə heç bir qızıl-zinət əşyası gətirməmişdir. Belə bir hal ilə rastlaşmamışdır. Cavidanın mərc oyunları oynaması barədə heç bir məlumatı olmamışdır, amma evdə olan zaman həmişə Cavidanın vaxtının çox hissəsini telefonda keçirdiyini görürmüş. Əri Cavidanın ilk dəfədir ki, oğurluq cinayəti törətdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 5 il müddətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Moskva Ticarət Mərkəzi”ndə qızıl alqı-satqısı ilə məşğul olur. Adətən saat 09 radələrində işə gedir, saat 19 radələrində işdən çıxır. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs işlədiyi Univermağın qarşısında yerləşən dükana yaxınlaşmışdır. Dükanda Cavidan ona yaxınlaşaraq qızıl alıb-almamağını soruşmuşdur. O, da Cavidana qızıl alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Cavidan özünə məxsus qızıl olduğunu deyərək satmaq istədiyini bildirmişdir. O, da Cavidanın təqdim etdiyi bir cüt sırğa, bir ədəd qolbaq və bir ədəd qızıl uşaq boyunbağına baxış keçirdikdən sonra tərəzidə çəkmişdir. Həmin qızıllar ümumilikdə 9,2 qram çəkidə və 585 əyarlı olmuşdur. O, Cavidan adlı şəxsə həmin qızılları 520 manat müqabilində ala biləcəyini demişdir. Cavidan da pula ehtiyacı olduğunu, uşağının xəstə olduğunu deyərək bir az artıq məbləğə almağını xahiş etmişdir. O, da Cavidana inanıb 550 manat pul verəcəyini bildirmişdir. Cavidan da onunla razılaşmışdır. Bundan sonra o, Cavidana özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin seriya nömrəsini alqısatqı qəbzinə qeyd etmişdir. Bundan sonra 550 manat pulu sayaraq Cavidan adlı şəxsə vermişdir. Sonra Cavidan sağollaşıb çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra həmin qızılları tanımadığı şəxslərə 550 manata satmışdır. Həmin qızılları aldığı qiymətə də satdığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin qızılları alan zaman ondan qızılların kimə məxsus olması və oğurluq olub-olmamasını soruşduqda, Cavidan ona həmin qızılların özünə məxsus olduğunu, maddi sıxıntısı olduğu üçün satmaq qərarına gəldiyini bildirmişdir. Həmçinin həmin qızılları alan zaman Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini də tələb etmişdir. Cavidanın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini alqı-satqı qəbzində də qeyd etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 3 il müddətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Moskva Ticarət Mərkəzi”ndə qızıl alqı-satqısı ilə məşğul olur. Adətən saat 09 radələrində işə gedir, saat 18 radələrində işdən çıxır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs işlədiyi Univermağın qarşısında yerləşən dükana yaxınlaşmışdır. Dükanda Cavidan ona yaxınlaşaraq qızıl alıb-almamağını soruşmuşdur. O, da Cavidana qızıl alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Bundan sonra Cavidan özünə məxsus qızıl olduğunu deyərək satmaq istədiyini bildirmişdir. O, da Cavidanın təqdim etdiyi bir ədəd qolbağa baxış keçirdikdən sonra tərəzidə çəkmişdir. Həmin qızıl 3,27 qram çəkidə və 585 əyarlı olmuşdur. O, Cavidan adlı şəxsə həmin qızılı 180 manat müqabilində ala biləcəyini demişdir. Cavidan da onunla razılaşmışdır. Bundan sonra o, Cavidana özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin seriya nömrəsini alqı-satqı qəbzinə qeyd etmişdir. Bundan sonra 180 manat pulu sayaraq Cavidan adlı şəxsə vermişdir. Sonra Cavidan sağollaşıb çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra həmin qızılları tanımadığı şəxsə 185 manata satmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin qızılı alan zaman ondan qızılın kimə məxsus olması və oğurluq olub-olmamasını soruşduqda, Cavidan ona həmin qızıl qolbağın özünə məxsus olduğunu, maddi sıxıntısı olduğu üçün satmaq qərarına gəldiyini bildirmişdir. Həmçinin həmin qızılı alan zaman Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini də tələb etmişdir. Cavidanın şəxsiyyət vəsiqəsinin seriya nömrəsini alqı-satqı qəbzində də qeyd etmiş və həmin qəbzə imza da etdirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 teleqram ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dinidirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, təxminən 6 il müddətdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Moskva Ticarət Mərkəzi”ndə qızıl alqı-satqısı ilə məşğul olur. Adətən saat 10 radələrində işə gedir, saat 18 radələrində işdən çıxır. xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı şəxs işlədiyi Univermağın qarşısında yerləşən piştaxtaya yaxınlaşmışdır. Cavidan özünə məxsus qızıl üzük olduğunu deyərək satmaq istədiyini bildirmişdir. O, da Cavidanın təqdim etdiyi üzüyə baxış keçirdikdən sonra tərəzidə çəkmişdir. Həmin üzük 5 qram çəkidə və 750 əyarlı olmuşdur. O, Cavidan adlı şəxsə həmin üzüyü 400 manat müqabilində ala biləcəyini demişdir. Cavidan da onunla razılaşmışdır. Bundan sonra o, Cavidana özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin seriya nömrəsini alqı-satqı qəbzinə qeyd etmişdir. Bundan sonra 400 manat pulu sayaraq Cavidan adlı şəxsə vermişdir. Sonra Cavidan sağollaşıb çıxıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra həmin üzüyü tanımadığı şəxsə 430 manata satmışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs həmin qızıl üzüyü alan zaman ondan üzüyün kimə məxsus olması və oğurluq olub-olmamasını soruşduqda, Cavidan ona həmin qızıl üzüyün özünə məxsus olduğunu, maddi sıxıntısı olduğu üçün satmaq qərarına gəldiyini bildirmişdir. Həmçinin həmin qızıl üzüyü alan zaman Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini də tələb etmişdir. Onun şəxsiyyət vəsiqəsinin seriya nömrəsini alqısatqı qəbzində də qeyd etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il taixli alqı-satqı qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus oğurladığı qızıl-zinət əşyalarından bir ədəd 5 qram çəkidə 750 əyarlı qızıl üzüyü 400 manat müqabilində Şahid1 satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qızma məxsus oğurladığı qızıl-zinət əşyalarından bir ədəd 3,27 qram çəkidə qızıl qolbağı 180 manat müqabilində Şahid3 satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli alqı-satqı qəbzinin surətindəngörünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qızma məxsus oğurladığı qızıl-zinət əşyalarından ümumi çəkisi 9,2 qram çəkidə olan bir cüt qızıl sırğa, bir ədəd qızıl qolbaq və bir ədəd qızıl boyunbağı 550 manat müqabilində Şahid2 satmışdır. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd alqı-satqı qəbzinin surətlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunamışdır. İş materiallarında olan Ağsu RİHB-nın Rəhimli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayonu, Rəhimli kəndində qeydiyyatdadır və nümayəndəlik ərazisində yaşamır. İş materiallarında olan şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Cahid oğlu adlı bir azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin təimkan tədbiri öz qüvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxsə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar