Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-202/2022 15.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nəbiyev (Saqiyeva) Leyla Sahibqulu qızının, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 11 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150,00 manat sabit pul məbləğində aliment tutulub X4ma ödənilməsinə dair Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(032)-1222/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 12 iyul 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021~ci il və xx.xx.2021 -ci İİ tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti Hə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 13 oktyabr 2021ci il tarixə kimi, cəmi 1950,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs Nəbiyeva (Saqiyeva) Leyla Sahibqulu qızına maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hazırda Abşeron rayonu Sulutəpə qəsəbəsində yerləşən “Aqua Vita” şirkətində fəhlə işləyir, aylıq qazancı 450,00 manat təşkil edir, Nəbiyeva (Saqiyeva) Leyla Sahibquiu qızı ilə xx.xx.2017~ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, həmin nikahdan 21,05.2016-cı il təvəllüdlü Tunar adlı övladı olmuş, ilk dövrdə münasibətləri yaxşı olsa da, sonradan pozulmuş və 2020-ci ilin sentyabr ayında sonuncu ilə faktiki ayrılmış, bu səbəbdən Zərərçəkmiş şəxs nikahın pozulması və alimentin tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci ıl tarixli, 2(032)-1222/2020 saylı qətnaməsinə əsasən, ondan 11 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150,00 manat sabit pul məbləğində aiiment tutulub Saqiyeva (Nəbiyeva) Leyla Sahibquiu qızına verilsin. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra idarəsinin icra məmuru Şahid2 tərəfindən icra işi xx.xx.2020-ci ii tarixdə başlanılmış, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yerim olmamış, yalnız vaxtaşırı işəmuzd fəhlə kimi işləmiş, icra məmurutərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəmənin xx.xx.2020-ei ıl tanxli qəranna əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aiiment üzrə yaranmış borcu ödəyə bilməmiş və cinayət, məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aiiment üzrə borcu 1950,00 manat təşkil etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Zərərçəkmiş şəxsnm uşaqla görüşməsinə icazə verilməməsi, bundan başqa digər səbəb, aiiment miqdarının yüksək olmasıdır, lakin özü icra müddətində müxtəlif sahələrdə işləsə də, az məbləğdə aylıq alimentin ödənilməsinə imkanın olmasım təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinə işaxtaran kimi qeydiyyata durmuş, lakin Məşğulluq Mərkəzində ona “Mətanət-A" MMC-də və "xxxx" MMCdə fəhlə vəzifələri təklif olunsa da, həmin iş yerləri yaşadığı ərazidən uzaq olduğundan və əmək haqqları kifayət etmədiyindən təkliflərdən imtina etmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Nəbiyeva (Saqiyeva) Leyla Sahibqulu qızı ilə barışmasına, dəymiş ziyanın ödənilməsinə, cinayət işinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Nəbiyeva (Saqiyeva) Leyla Sahibqulu qızı ifadəsində göstərdi ki, Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(032)~1222/2020 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 11 sentyabr 2020-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150,00 manat sabit pul məbləğində aiiment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnaməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət. edilmiş aiiment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən borcluya yenidən qətnaməni icra etmək üçün müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aiiment üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödəniiməməsä ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 1950,00 manat məbləğində ödənilməmiş aiiment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, atası ilə birlikdə Bakı şəhərində sifariş üzrə aparılan təmir tikinti işində çalışaraq qazanc əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınır, lakin son aylarda atası rəhmətə getdiyindən, özü hazırda səhv etmirəmsə içməli suyun daşınması ilə məşğul olan şirkətdə çalışır. Təqsirləndirilən şəxs bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, həmçinin icra zamanı məşğulluq mərkəzi tərəfindən ona bir neçə iş yerləri təklif olunsa da. həmin işlərdən imtina etmiş, buna səbəb özünün məşğul olduğu işdə daha çox gəlir əldə etməsi olmuş, lakin aiiment üzrə heç bir ödəniş etməmiş, qətnamə üzrə yaranmış aiiment borcunu keçmiş əri Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Nəbiyeva (Saqiyeva) Leyla Sahibqulu qızının məhkəməyə təqdim etdyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxsnm ifadəsində göstəriiən xüsusatiarı tamamilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin İcra idarəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Şirvan Şəhər Məhkəməsinin 2(Ö32)~1222/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatana kimi saxlanması üçün əvvəli xx.xx.2020-ci ildən hesablanmaqla cavabdeh Təqsirləndirilən şəxs hər ay sabit pul məbləğində 150,00 manat aliment tutularaq iddiaçı Saqiyeva (Nəbiyeva) Leyla Sahibqulu qızına verilməlidir. Qeyd edilən icra vərəqəsi xx.xx.2020-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlanılmış, bildiriş ış üzrə borclu Təqsirləndirilən şəxsa təqdim edilmiş, borclunun izahatı alınmış, hüquqları və icra sənədinin icra olunmaması ilə bağlı məsuliyyəti izah edilmiş, bundan sonra borclu şəxs icra məmurunun çağırışlarına məhəl qoymayaraq çağırışlara gəlməkdən yayınmış, məcburi icra tədbirləri nəticəsində gətirilməsi təmin edilərək xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə borclu barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün Abşeron rayon Məhkəməsinə təqdim olunmuş, həmin məhkəmənin 3(012)~1067/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 10 (on) gün müddətində inzibati qaydada həbs edilmiş, Abşeron Rayon Məhkəməsinin 8(012)-264/21 saylı, xx.xx.2021 -ci i! tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış, borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədilə X6 7 saylı Ərazi Məşğulluq Mərkəzi filialına müraciət olunmuş, sonuncu xx.xx.2021-ci il tarixdən “Məşğulluq” altsistemində ışaxtaran kimi qeydiyyata alınmış, borcluya MAS-m vakansiya bankından əmək haqqı 400 manat olmaqla "xxxx" MMC-də və əmək haqqı 400- 600 manat olmaqla “Age" MMC-də fəhlə vəzifələri təklif olunmuş, lakin Təqsirləndirilən şəxs əməkhaqqının az olduğunu səbəb göstərərək təklif olunmuş işlərdən imtina etmiş, İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borcluya rəsmi xəbərdarlıq edilməklə məhkəmə qətnaməsinin icrası iiə bağlı yeni müddət təyin edilərək borc məbləğinin ödənilməsi üçün borcluya 10 (on) gün müddət verilmiş, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin məsuliyyəti növbəti dəfə borcluya bildirilmiş, borclu Təqsirləndirilən şəxs bütün bu tədbirlərdən qərəzli şəkildə heç bir nəticə çıxarmamış və icra sənədi üzrə borcun ödənilməsindən qəsdən yayınmış, borclu icra sənədi üzrə heç bir ödəniş etməmiş və aliment üzrə borc məbləği 1950,00 manat təşkil etmişdir. Bu səbəbdən borciu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin İcra idarəsinin icra məmuru X9 Şahid2 ifadəsində göstəriiən xüsusatiarı tamamilə təsdiq etmişdir.Cinayət işinə əlavə olunmuş X1 7 saylı Ərazi Məşğulluq Mərkəzinin 17,08.2021 -ci il və xx.xx.2021-ei il tarixli məktublarma əsasən, Saqiyev X2 Alt Sistemində işaxtaran vətəndaş kimi qeydiyyata alınmış, vətəndaşa MAS-ın vakansiya bankından əmək haqqı 400 manat olmaqla "xxxx" MMC-də və əmək haqqı 400-600 manat olmaqla "xxxx" MMC-də fəhlə vəzifələri təklif olunmuş, lakin O.Ə Saqiyev əməkhaqqının az olduğunu səbəb göstərərək təklif olunmuş işlərdən imtina etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 12 iyul 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(032)-1222/2020 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin “Qeyd” hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 306.1-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə həmin maddənin qeydinə əsasən icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abas-zadə Rəhim İsaq oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-202/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-202/2022
15.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver