Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-202/2023 16.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Qazax rayonu, Yuxarı Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də dispeçer işləmiş, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Yuxarı Salahlı kəndində qeydiyyatda olan, Abşeron rayonu Qobu qəsəbəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 153.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evin qonaq otağında 2020-ci ilin iyul ayının ortalarında, saat 18 radələrində və 2020-ci ilin sentyabr ayının axırlarında, saat 17 radələrində evdə başqa şəxslərin olmamasından istifadə edərək himayəsində olan on altı yaşma çatmayan qızı, xx xxxx 2005-ci təvəllüdlü Zərərçəkmiş şəxs1 maddi asılılığından istifadə edərək sonuncunu yanına çağırıb seksual xarakterli hərəkətlərə məcbur edərək, qucaqlamış, üzündən, dodaqlarından bir neçə dəfə öpmüş, əllərini bədəninə, sinəsinə, döşlərinə, baldırlarına sürtmüş, cinsiyyət orqanını əlinə və baldırlarına sürtməklə, ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bundan başqa, o, yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsindəki evin qonaq otağında 2021-ci ilin avqust ayının axırlarında, saat 19 radələrində və 2021-ci ilin oktyabr ayının əvvəllərində, saat 16 radələrində evdə başqa şəxslərin olmamasından istifadə edərək himayəsində olan on altı yaşma çatmayan qızı, xx xxxx 2006-ci təvəllüdlü Zərərçəkmiş şəxs2 maddi asılılığından istifadə edərək sonuncunu yanma çağırıb seksual xarakterli hərəkətlərə məcbur edərək, qucaqlamış, üzündən, dodaqlarından bir neçə dəfə öpmüş, əllərini bədəninə, sinəsinə, döşlərinə, baldırlarına sürtmüş, cinsiyyət orqanını əlinə və baldırlarına sürtməklə, ona qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151 və 153.1-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatətdə qeyd etmişdir ki, Cinayət hadisəsinin törədildiyi zaman qüvvədə olan Azərbaycan Respublikası CM-in 153.3-cü maddəsinə əsasən bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs - yetkinlik yaşına çatmayan şəxsləri tərbiyə etmək vəzifəsi daşıyan şəxs olaraq zərərçəkmiş şəxslərin valideynidir. Beləliklə, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Bunları nəzərə alaraq məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin 151-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 153.3-cü maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər və onların qanuni nümayəndəsi dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin təmin edilməməsini xahiş etdilər. Təqsirləndirilən şəxs və onun müdafiəçisi, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin rədd edilməsini xahiş etdilər. Məhkəmə, cinayət işi üzrə keçirilən məhkəmənin iclaslarında ittiham və müdafiə tərəflərini dinləyib, ittiham aktını cinayət işinin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon İdarəsinin müstəntiqi X2 tərəfindən istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CMin 151 və 153.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 151 və 153.1-ci maddələri ilə yeni ittiham elan edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən yanlış olaraq Təqsirləndirilən şəxs hazırki ittihamın irəli sürülməsi üçün toplanmış sübutların kifayət olması qənaətinə gəlinmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 151-ci maddəsinə əsasən əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 153.1-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə, habelə həmin şəxsi cinsi zorakılıq hərəkətləri və ya seksual fəaliyyəti müşahidə etməyə cəlb etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 153.3-cü maddəsinə əsasən Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göründüyü kimi irəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs himayəsində yaşayan on altı yaşına çatmayan qızlarının maddi asılılığından istifadə edib onları seksual xarakterli hərəkətlərə məcbur etmiş və onlara qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmişdir. Halbuki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 valideynidir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi əməli CM-nin 151 və 153.3-cü maddələrinin tərkib əlamətləri ilə uyğun gəlir. Azərbaycan Respublikası CPM-nin aşağıda qeyd edilən maddələrinə əsasən: 318.2. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. 318.2-1. Bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. 159.10-cu maddəsinə əsasən Bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. 159.2. Məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə dövlət ittihamçısının vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxslərə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və 02 (iki) ay müddətinə uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 153.3-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyinə görə, irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 (iki) ay olmaqla, 20 avqust 2023-cü il tarixədək uzadılsın. Təqsirləndirilən şəxs həbs saxlanılması ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-202/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-202/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver