Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-202/2024 23.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Ermənistan Respublikası Masis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tanışı - şəxsiyyəti istintaqa məlum olmayan Vüsal adlı şəxslə talanacaq əmlakın iştirakçılar arasında bərabər şəkildə bölünəcəyi barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə 3450 manat dəyərində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 31 may 2023-cü il tarixdən 01 iyun 2023cü il tarixədək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus açıq torpaq sahəsindən hər birinin dəyəri 50 manat olmaqla 3000 manat dəyərində 60 ədəd dəmir künclük metallarını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmuş, 02 iyun 2023-cü il tarixdə növbəti dəfə həmin torpaq sahəsinə gedib hər birinin dəyəri 50 manat olmaqla 450 manat dəyərində 9 ədəd dəmir künclük metallarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayıb oğurlayan zaman əmlak sahibinin torpaq sahəsinə gələrək onu saxlaması səbəbindən öz iradəsindən asılı olmayaraq əməlini başa çatdıra bilməyib, 3450 manat ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 29,177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. 02 iyun 2023-cü il tarixdə Vüsal adlı şəxs etibarnamə əsasında idarə etdiyi qara rəngli «Kia Rio» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla onun yaşadığı Saray qəsəbəsində yerləşən evinə gələrək Saray qəsəbəsində açıqlıq sahədə dəmir parçaları olmasını deyib həmin dəmirləri oğurlamağı ona təklif etmişdir. O, Vüsalla razılaşıb, Vüsalın idarə etdiyi avtomaşına əyləşib həmin ünvana getmişdir. Ətrafa baxdıqdan sonra hər ikisi dəmir parçalarını maşina yükləməyə başlamışlar. Bir müddət keçdikdən sonra bir nəfər mülki geyimli olan şəxs idarə etdiyi avtomaşınla onlara yaxınlaşaraq onlar; mobil telefon vasitəsi ilə videoya çəkərək həmir dəmir parçalarını boşaltmağı bildirmişdir. O və Vüsal bundan sonra dəmir parçalarını avtomobildən boşaltmışlar. Onlar həmin dəmir parçalarını tam boşaltdıqdan sonra maşından düşən şəxs həmin dəmir parçalarının özünə məxsus olmasını deyib, niyə oğurluq etdiklərini bildirdikdə Vüsal idarə etdiyi qara rəngli «Kia Rio» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşına əyləşərək oradan qaçıb getmişdir. O isə oradan duz gölü istiqamətinə qaçmışdır. Gölün içərisində olan zaman həmin evin sahibi və ustalar onu orada saxlayıb polisə məlumat vermişlər. O, etdiyi hərəkətin düz olmadığını deyib etdiyi hərəkətdən peşman olduğunu bildirmişdir. Həmin şəxs oradan bir neçə dəfə oğurluq olduğunu deyib hadisə yerinə polis çağırmış və onu Saray PB-nə gətirmişlər. Sorğu zamanı o həmin ünvana oğurluq məqsədi ilə getdiyini, lakin oğurluq edə bilmədiyini bildirmişdir. 02 iyun 2023-cü il tarixdə 12 radələrində Vüsal adlı şəxslə etibarnamə əsasında idarə etdiyi qara rəngli «Kia Rio» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən Zərərçəkmiş şəxs məxsus evin yanındakı açıq sahədən dəmir parçalarını maşına yükləməyə başlamışdır. Bir müddət keçdikdən sonra bir nəfər mülki geyimli olan şəxs idarə etdiyi avtomaşınla yaxınlaşaraq onu və Vüsalı mobil telefon vasitəsi ilə videoya çəkərək həmir dəmir parçalarını boşaltmağını bildirmişdir. Onlar bundan sonra dəmir parçalarını avtomobildən boşaltmışlar. O, PB-də olduğu zaman həyəcanlı olduğundan, həmdə tutulmağından qorxduğu üçün bu cür izahat vermişdir ki, bəlkə onu buraxsınlar. Lakin o, göstərilən tarixlərdə həmin ünvandan oğurluq etməmişdir. O, həmin ünvandan 3000 manat dəyərində oğurluq etməmişdir. O, Vüsalı təxminən 10 il olar ki, 20 yanvar- Xırdalan şəhərinə sərnişin daşıyan taksi sürücüsü kimi tanımışdır. Vüsalın Xırdalan şəhəri, Günay şadlıq evi yaxınlığında kirayədə yaşadığını bilsə də, konkret ünvanını bilməmişdir. O, Vüsalla əvvəllər başqa bir yerdən oğurluq etməmişdir. Onun Vüsalla normal münasibəti olmuşdur. Törətdiyi oğurluq cinayəti barədə heç kimə məlumat verməmişdir. X2 1-ci Qarabağ Müharibəsinin iştirakçısıdır və halhazırda bununla bağlı təqaüd almaqdadır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən bir mərtəbəli kürsülü yaşayış olmayan evi vardır. Evi hasarlansa da, giriş dəmir qapısı yoxdur. O, həmin evdə daima təmir işləri gördüyü üçün həmin ünvanda olur. O, təmir tikinti materiallarını həyət qapısından bayıra yığmış və oradanda ustalar həmin materialları götürüb iş görürmüşlər. Təxminən 4 gün bundan öncə həmin evdə ustalar dəmir parçası (uqolnik) materiallarının bir çoxunun yerində olmamasını müşahidə etdiklərini ona bildirmişlər. O, evinə gəlib baxdıqda həqiqətəndə dəmir parçalarını yerində aşkar etməmişdir. O orada ustalara diqqətli olmalarını tapşırıb özü isə işi ilə bağlı Bakı şəhərinə getmişdir. 01 iyun 2023-cü il tarixdə saat təxminən 08:00 radələrində qara rəngli «Kia Rio» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmiş naməlum şəxslər ona məxsus evin yan hissəsindən dəmir parçalarını yığan zaman ustalar saxlayıb ona zəng vurmuş və həmin şəxslərin oğurladıqları dəmir parçalarını avtomaşından boşanltdıqlarını və bir daha etməyəcəklərini bildirdiklərini demişlər. Ona görə də o, ustalara dəmir parçalarını boşaltmalarını və bir daha həmin yerə gəlməmələrini bildirmişdir. Həmin günün axşamı o, Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən bir mərtəbəli kürsülü yaşayış olmayan evinə gəlmişdir, evdən bayırda kənara yığdığı təmir tikinti materiallarına baxış keçirmiş və ona məlum olmuşdur ki, həmin təmir tikinti materiallarından 3000 manat dəyərində dəmir parçası (uqolnik) materialları oğurlanmışdır. 02 iyun 2023-cü il tarixdə saat 13 radələrində o, həmin təmir gedən evinə gələn zaman evinin həyət qapısından bayırda yerdə yığılmış dəmir parçalarının yanında bir qara rəngli «KİA RİO» markalı **- BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının dayanmasını və iki nəfər şəxsin dəmir parçalarını yığaraq avtomaşına yükləmələrini görüb yaxınlaşmışdır. O, həmin şəxslərə dəmir parçalarını avtomaşından yenidən yerinə qoymalarını bildirmişdir. Həmin şəxslər dəmir parçalarını yerə qoyduqdan sonra qara rəngli «Kia Rio» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü avtomaşına minərək oradan uzaqlaşmışdır. Digər şəxs isə qaçmağa başlamışdır. O və usta həmin avtomaşını saxlaya bilməsələr də, digər şəxsi orada olan duz gölünün içərisində tutub saxladıqdan sonra, o, zəng vuraraq bu barədə polisə məlumat vermişdir. Təxminən bir az keçmiş hadisə yerinə Abşeron rayon PPXB-nün əməkdaşları yaxınlaşmış və həmin şəxsi və onu PB-nə dəvət etmişlər. O, PBnə gedərək bu barədə ərizə yazmış və orada ona məlum olmuşdur ki, tutulan şəxs Təqsirləndirilən şəxsdur, qara rəngli «KİA RİO» markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü isə Vüsal adlı şəxsdir. O, Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən bir mərtəbəli kürsülü yaşayış olmayan evinə gəlmiş, evdən bayırda kənara yığdığı təmir tikinti materiallarına baxış keçirmiş və ona məlum olmuşdur ki, həmin təmir tikinti materiallarından 3000 manat dəyərində dəmir parçası (uqolnik) materialları oğurlanmışdır. Həmin materiallar ağır dəmir şveller adlanır və biri təxminən 70-80 kqdır. Dəmir parçalarından onda qalan hissəsinin hamısı evinin təmiri üçün istifadə etmişdir. Hazırda onda qalmamışdır. Ona görə də təqdim edə bilməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs Elbrus tərəfindən ona dəymiş olan ziyan tam olaraq ödənilmişdir. 31 may 2023-cü il tarixdən 01 iyun 2023-cü il tarixədək olan müddət ərzində ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən açıq torpaq sahəsindən 60 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 3000 manat dəyərində dəmir parçası, yəni dəmir künclük metalı oğurlanmışdır. Bundan başqa 02 iyun 2023-cü il tarixdə saat 13 radələrində ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, «Badamlıq» adlanan ərazidə yerləşən açıq torpaq sahəsindən 09 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 450 manat dəyərində dəmir parçası, yəni dəmir künclük metalı oğurlanmağa cəhd edilmiş, lakin həmin vaxt o, hadisə yerinə gələrək oğurluğun qarşısını almışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Saray qəsəsində iş yoldaşı Kənan Ağakişiyevlə “47-64” çağırışlı avtopatrulla xidmət apararkən həmin gün təxminən saat 14:10 radələrində “47-22” nömrəli çağırışdan Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq ərazisində yerləşən yaşayış evindən oğurluq olması ilə bağlı məlumat daxil olmuşdur. Onlar həmin məlumatı dəqiqləşdirib oğurluq etməkdə şübhəli olan şəxsin Masazır qəsəbəsində yerləşən “Duz” gölünün ətrafında saxlandığını müəyyən edib təcili olaraq oraya getmişlər. Həmin vaxt onlar orada şikayətçi Zərərçəkmiş şəxs məxsus evin açıq həyətindən müxtəlif vaxtlarda oğurluq cinayət əməlini törətməkdə şübhəli olan şəxsi Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Saray PB-nin növbətçi hissəsində olan zaman məlum olmuşdur ki, sözügedən cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs xx.xx.1986-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirlmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Saray qəsəsində iş yoldaşı Şahid1la “47-64” çağırışlı avtopatrulla xidmət apararkən həmin gün təxminən saat 14:10 radələrində “47-22” nömrəli çağırışdan Abşeron rayonu, Saray qəsəbəsi, Badamlıq ərazisində yerləşən yaşayış evindən oğurluq olması ilə bağlı məlumat daxil olmuşdur. Onlar həmin məlumatı dəqiqləşdirib oğurluq etməkdə şübhəli olan şəxsin Masazır qəsəbəsində yerləşən “Duz” gölünün ətrafında saxlandığını müəyyən edib təcili olaraq oraya getmişlər. Həmin vaxt onlar orada şikayətçi Zərərçəkmiş şəxs məxsus evin açıq həyətindən müxtəlif vaxtlarda oğurluq cinayət əməlini törətməkdə şübhəli olan şəxsi Abşeron RPİ-nin Saray PB-nə dəvət etmişlər. Saray PB-nin növbətçi hissəsində olan zaman məlum olmuşdur ki, sözügedən cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs xx.xx.1986-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünütr ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəməsi nəticəsində zərərçəkmiş şəxslə barışmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 29,177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi əməldən peşmaçılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə maddi ziyan dəyməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Abşeron RPİ-də şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 04 ay 20 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Abşeron RPİ-də şübhəli şəxs qismində, həbsdə və ev dustaqlığında saxlanıldığı 01 il 04 ay 20 gün nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla 02 il 09 ay 10 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-202/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-202/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver