Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-203/2023 14.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Saatlı rayonu, Məmmədabad kəndində qeydiyyatda olan və Abşeron rayonu, Məmmədli kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 1 ünvanında yerləşən fərdi evin zirzəmisinin plastik qapısını sıxıb açmaqla içəri qanunsuz daxil olub, oradan hər bir topunun dəyəri 70 manat olan ümumi 210 manat dəyərində 3 top elektrik naqilini, hər birinin dəyəri 30 manat olan ümumi 90 manat dəyərində 3 ədəd qapı kilidlərini, hər biri 6 manat olan ümumi 300 manat dəyərində 50 ədədə elektrik yuvalarını, bir ədəd 30 manat dəyərində hamam aksessuarını, bir ədəd 40 manat dəyərində uzitazın su baçokunu, hər biri 20 manat olan ümumi 120 manat dəyərində 6 ədəd su krantlarını, bir ədəd 210 manat dəyərində kondisioner motorunu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 1000 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 2022-ci ilin iyun ayının əvvəllərində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən tikintisi başa çatmayan fərdi evin giriş qapısını sındırmaqla binaya qanunsuz olaraq daxil olub, orada olan bir ədəd 60 manat dəyərində laqondanı, bir ədəd 40 manat dəyərində dreli, hər topunun dəyəri 100 manat olan ümumi 500 manat dəyərində 5 top elektrik naqilini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 600 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Məmmədli kəndi, Cavad Xan küçəsində yerləşən yeni inşa edilmiş evin yan tərəf pəncərəsinin dəmir barmaqlığım sındırmaqla binaya qanunsuz daxil olub, oradan bir ədəd 30 manat dəyərində olan kiçik ölçülü “Hotech” markalı, S1M-115 modelli laqondanı, bir ədəd 40 manat dəyərində olan kiçik ölçülü “Bort” markalı, BWS -600N modelli laqondanı, bir ədəd 40 manat dəyərində olan üzərində markalanma göstəriciləri olmayan, orta ölçülü, qara rəngli dreli, bir ədəd 25 manat dəyərində olan “Meakida” markalı, MD65-2 modelli taxta kəsən lobziki və bir ədəd 60 manat dəyərində olan “Startech” markalı, HD 24 modelli perfaratoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 195 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evin plastik pəncərəsini əli ilə sıxıb açmaqla yaşayış sahəsinə qanunsuz daxil olub, orada qoyulmuş qadın çantasının içərisindən 1200 manat məbləğində nağd pulu, yataq otağında olan güzgülü dolabdan bir ədəd 200 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd 200 manat dəyərində qızıl qadın boyunbağısını və 1700 manat dəyərində qadın üçün bir ədəd qızıl boyunbağıdan və bir ədəd qızıl qolbağdan ibarət dəsti, evin qonaq otağından bir ədəd 700 manat dəyərində “Samsunq” markalı televizoru gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 ümumilikdə 4000 manat məbləğində ziyan vuraraq oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Mehtiabad qəsəbəsi, A.Mustafayev küçəsində yerləşən yeni tikilmiş fərdi yaşayış evinin hasarından aşmaqla həyətə, plastik pəncərəsini özü ilə götürdüyü dəmir parçası ilə açmaqla binaya qanunsuz daxil olub, orada içəri girib binanın divarlarına çəkilmiş hər topunun dəyəri 250 manat olan ümumi 1500 manat dəyərində 6 top elektrik naqilini, bir ədəd 50 manat dəyərində plastmas boru yapışdıran ütünü və evin həyətində quraşdırılmış bir ədəd 50 manat dəyərində su sayğacını gizli olaraq talayıb, zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs6 ümumilikdə 1600 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 12 radələriııdə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Məmmədli qəsəbəsi, Alı Musatafyev küçəsində yerləşən mebel sexinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olub, sexin divarına çəkilmiş hər topunun dəyəri 300 manat olmaqla ümumi 600 manat dəyərində 2 top mis elektrik naqillərini gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin iyun ayının əvvəllərində, saat təxminən 22 radələrində Abşeron rayonu Digah qəsəbəsində küçə ilə gedərkən bir yarımçıq tikili olan evi görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, evin həyətinə girmiş və həyətdə olan yarımçıq tikilinin qapısını yerdən tapdığı dəmir parçası ilə açaraq orada olan elektrik naqillərini və elektrik yandırıb-söndürənləri torbalara yığıb həmin evin həyətindən çıxaraq oradan yaşadığı evə getmiş, həmin günün səhərisi oğurladığı əşyaları Sabunçu rayonun ərazisində olan bazara aparıb metal qəbulu yerinə 50 manata sataraq əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin əşyaları alan şəxs də onların oğurluq olduğunu bilməmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə günorta saat 12 radələrində yaşadığı ünvanın yaxınlığında ünvan 2in qarşısına gəlmiş, hasardan sexin həyətinə düşmüşdür. Sexin qapısı bağlı olmuş, o, sexin platik pəncərənin qarşısında olan dəmir barmaqlığı yerdən tapdığı dəmir parçası ilə açıb pəncərədən sexə daxil olmuş, sex bir mərtəbəli ümumi zaldan ibarət olmuşdur. Orada müxtəlif alətlər olmuş, o, sexin divarına vurulmuş mis elektrik naqilləri yerindən kəsərək çıxarmış, məftilin uzunluğunu dəqiq olaraq bilməmişdir. Həmin vaxtı yerdə olan elektirik naqillərin işlənməmiş hissələrini də götürüb orada olan sellofana yığaraq sexdən çıxmışdır. O, əldə etdiyi elektirik naqillərini 17 sentyabr 2022-ci il tarixdə səhər saat 13 radələrində Sabunçu rayonu ərazsində yerləşən metal qəbulu məntəqəsinə apararaq 50 manata satmış və əldə etdiyi həmin pulu ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə gecə saat 23 radələrində yaşadığı ünvanın yaxınlığında ünvan 3 evin qarşısına gəlmiş, hasardan evin həyətinə düşmüş və arxa hissədə yerləşən plastik pəncərəni yerdən tapdığı dəmir parçası ilə açıb oradan mənzilə daxil olmuş, mənzil bir mərtəbəli bir neçə otaqdan ibarət olmuş, otağın döşəmələri vurulmamışdır. O, evin zirzəmisindəki divara vurulmuş naqilləri yerindən kəsərək çıxarmış və məftil uzun məsafəli olmuşdur. Həmin vaxt yerdə olan elektirik naqillərin işlənməmiş hissələrini də götürüb orada olan sellofana yığaraq evdən çıxmış, evin qapısının ağzında quraşdırılmış su sayğacını isə ayağı ilə sındıraraq onu da götürüb həyətdən çıxmış, əldə etdiyi elektirik naqillərini və su sayğacını 14 sentyabr 2022-ci il tarixdə səhər saat 11 radələrində Sabunçu rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsinə apararaq 40 manata satmış, əldə etdiyi həmin pulu ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Bu zaman Abşeron rayonu Mehdiabad qəsəbəsi P.Musayev küçəsində bir evin tikilməkdə olduğunu və evin qapı və pəncərəsinin yerində olmadığını görmüşdür. O, evdə təmir işləri gedə biləcəyini evdə usta işləyə biləcəyindən ehtiyat edib bir müddət kənarda dayanıb evi müşahidə etmişdir. Evdə heç kimin olmadığından tam əmin olduqdan sonra evin həyətinə daxil olmuş, evə daxil olan zaman evin içərisində qapı və pəncərəsinin olmadığlı evdə dəyərli heç nə olmadığını görmüşdür. Evdən çıxıb getmək istəyən zaman evin zirzəmisinə baxmaq ağlına gəlmiş və geri qayıtmışdır. Evin zirzəmisinə plastik kiçik qapı qoyulmuş, həmin qapını açaraq zirzəmiyə daxil olmuşdur. Bundan sonra zirzəmidən 03 top elektrik naqilinin, 03 ədəd qapı kilidini, 50 ədəd elektrik yuvalarmı(razetka), 01 ədəd hamam aksessuarmı, 01 ədəd uzitazm su baçokunu, 06 ədəd su krantlarını, 01 ədəd kondisioner motorunu götürmüşdür. Həmin əşyaları zirzəmidən tapdığı torbaya yığmış və gəldiyi yolla mənzildən çıxmışdır. Mənzildən çıxdıqdan sonra həmin əşyaları satmaq üçün yer axtaran zaman dövlət qeydiyyat nişanını xatırlamadığı qəhvəyi rəngli “QAZ 24” markalı metal qəbulu ilə məşğul olan avtomobili görmüşdür. Həmin şəxslərə yaxınlaşaraq 3 top elektrik naqili olduğunu və satdığını bildirmiş, həmin şəxslər onun əlindəki torbaya baxıb içindəki digər təmir tikinti avadanlıqlarının da olduğunu görmüş, ondan bu əşyaları haradan əldə etdiyini soruşmuş, o da sonunculara imkanlı bir şəxsin evində fəhlə işlədiyini və təmir yekunlaşdıqdan sonra artıq qalan əşyalar olduğunu bildirmişdir. Bundan sonra həmin şəxslər elektrik naqillərindən başqa digər əşyaları da satıbsatmadığını soruşmuş, o da sonunculara istədikləri təqdirdə verə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxslər bütün əşyalar üçün ona 100 manat pul verəcəyini bildirmiş, o da pula ehtiyacı olduğu üçün bununla razılaşmış və bütün əşyaları birlikdə həmin şəxsə cəmi 100 manat pul müqabilində satmış, əldə etdiyi pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə təxminən saat 15 radələrində Abşeron rayonu Məmmədli kəndində gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamış, bu zaman Abşeron rayonu Məmmədli kəndi ərazisində bir evin qapı və pəncərəsinin bağlı olduğunu və evdə işıq yanmadığını görüb evdə heç kimin olmadığını düşünmüşdür. Bir müddət evin yaxınlığında dayanıb evi müşahidə etmiş, sonra tam əmin olmaq üçün qapıya yaxınlaşıb qapını döyməyə başlamışdır. Qapını müəyyən aralıqlarla təxminən 10-15 dəqiqə döydükdən sonra evdə heç kimin olmadığından tam əmin olmuş və hasardan aşaraq evin həyətinə daxil olmuşdur. Evin plastik pəncərəsini sıxıb açaraq evə daxil olmuş, evə daxil olan kimi mənzilində olan qadın çantasını görmüş, çantanın içərisinə baxan zaman içərisində 1200 manat nağd pul olduğunu görmüş və həmin pulu götürüb cibinə qoymuşdur. Bundan sonra yataq otağında olan güzgülü dolabın siyirməsindən 01 ədəd qızıl qadın üzüyünü, 01 ədəd qızıl qadın boyunbağısını və bundan başqa bir ədəd qızıl boyunbağıdan və qolbaqdan ibarət dəsti götürüb digər cibinə qoymuşdur. Mənzildən çıxmaq istəyərkən qonaq otağına daxil olmuş və oradaki televizoru görmüşdür. Həmin televizoru da götürmək qərarına gəlmiş, sonra televizoru da götürüb mənzildən çıxımışdıı. Həmin televizoru təcili olaraq satmaq qərarına gəlmişdir. Bunun üçün boz rəngli “Toyota Prius” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə əyləşərək Abşeron Gənclər şəhərciyi kompleksinə getmişdir. Həmin yerdə onu heç kim tanımadığı üçün orada həmin televizoru daha rahat sata biləcəyini düşünmüşdür. Əyləşdiyi taksidə söhbət əsnasında televizoru hara apardığını soruşmuş, o da həmin şəxsə ovladının xəstə olduğunu təcili olaraq əməliyyata ehtiyyacı olduğu üçün evin televizorunu və həyat yoldaşının qızıllarını təcili olaraq satdığını bildirmişdir. Həmin şəxs qızıllara baxmaq istədiyini bildirdikdə cibindən qızılları çıxarıb həmin şəxsə göstərmiş, həmin şəxs qızılları neçəyə satdığını ondan soruşmuşdur. O, qızılların dəyərini bilmədiyi üçün təxmini olaraq 900 manata satdığını bildirmiş, həmin şəxs üstündə o qədər pulunun olmadığını bildirmiş və ona 400 manat pul təklif etmişdir. O, həmin qızılları aparıb qızıl-alışı satışı məntəqəsinə satacağı təqdirdə ondan şəxsiyyət vəsiqəsi tələb edəcəklərini bildiyi üçün və şəxsiyyət vəsiqəsini təqdim edərsə tutulacağını yəqin etdiyi üçün qızılları alış-satış məntəqələrinə deyil, kənar təsadüfi şəxslərə satmağa çalışmışdır. Bunun üçün həmin şəxsin dediyi məbləğlə razılaşmış və qızılların hamısını həmin şəxsə 400 manat pul müqabilində satmışdır. Bundan sonra həmin şəxs onu “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində düşürmüş və götürdüyü televizoru da orada 22 saylı binanın qarşısında tanımadığı şəxsə 150 manat pul müqabilində satıb yaşadığı Məmmədli kəndinə qayıtmış, əldə etdiyi pulları isə öz şəxsi ehtiyyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat təxminən 10 radələrində yaşadığı evdən bir qədər aralıda yerləşən, hazırda yaşayış olmayan evə yaxınlaşaraq ətrafda və həmin evdə heç kimin olmadığına tam əmin olduqdan sonra hasarın üstündən keçməklə evin həyətinə daxil olmuşdur. Bundan sonra həmin evin həyətindən götürdüyü dəmir parçası ilə evin yan tərəf pəncərəsinin dəmir barmağlığını sındırmış və plastik materialdan olan pəncərəni sıxıb açmaqla evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra otaqlara nəzər yetirdikdən sonra otaqların birində yerdə tikinti alətləri olduğunu görmüş, sonra həmin tikinti alətlərini, yəni 2 ədəd direli, 2 ədəd laqondanı və 1 ədəd taxta kəsən lobziki oğurlayaraq həmiin yerdən götürdüyü sellofan torbaya yığmış və hadisə yerindən uzaqlaşaraq yaşadığı evə getmişdir. Oğurladığı həmin tikinti alətlərini yaşadığı evin həyətinə münasib bir vaxtda aparıb satmaq üçün yığmışdır. Bundan bir neçə dəqiqə sonra onunla eyni ünvanda yaşayan qardaşı Şahid həmin tikinti alətlərini haradan aldığını soruşduqda ona yalan danışaraq həmin alətlərin ustaya məxsus olduğunu bildirmişdir. Bu zaman qardaşı İlham ona yalan danışdığını hiss edib həmin əşyaları haradan oğurlamışsa aparıb sahibinə təhvil verməyini bildirmiş və DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, həmçinin əşyalarını oğurladığı ev sahibinin də həmin gün DİN-in “102” xidmətinə bu barədə müraciəti əsasında polis əməkdaşları araşdırma aparmış və o, Mehdiabad PB-nə dəvət olunaraq izahatı alınmışdır. O da Mehdiabad PB-də izahat verərkən qonşuluğunda yaşayan, sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxsin evindən oğurluq hadisəsinin onun tərəfindən törədildiyini bildirib oğurladığı 2 ədəd direli, 2 ədəd laqondanı və 1 ədəd taxta kəsən lobziki polis əməkdaşlarına təhvil vermişdir. Sonda o, etdiyi əməldən peşman olması və zərərçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödənilməsini əsas gətirərək barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, o, fərdi sahibkarlıqla məşğuldur və Abşeron rayonu, Məmmədli kəndində mebel sexi vardır. Həmin mebel sexi yaşadığı evdən təxminən 20- 30 metr aralıda yerləşir. 17 sentyabr 2022-ci il tarixdə təxminən saat 11-12 radələrində müştərinin sifarişi ilə bağlı sexi bağlayıb ünvana getmiş, həmin günü saat 15 radələrində sexə qayıtdıqda sexin pəncərəsinin üzərində olan dəmir barmaqlığın sındırıldığını görmüşdür. Belə olduqda sexə naməlum şəxslərin daxil olduğunu başa düşmüş, sonra ora daxil olmuşdur. Sexə daxil olduqda sexin divarına çəkilmiş bütün mis naqillərin kəsilərək oğurlandığının şahidi olmuş, həmin naqillər mebel hazırlanmasında istifadə edilən cihazların işləməsi üçün nəzərdə tutulmuş bahalı elektrik naqilləri olmuşdur. Həmin elektrik naqillərinin oğurlanması nətiəcəsində ona 600 manat məbləğində maddi ziyan dəymişdir. Belə olduqda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Mebel sexinə pəncərə üzərindəki dəmir barmaqlığı sındırma yolu ilə daxil olunmuş və sexin divarına çəkilmiş elektrik naqilləri kəsilərək oğurlanmışdır. Belə ki, həmin elektrik naqillərinin hər topunun dəyəri 300 manat olmaqla 2 top elektrik naqili olmuş və baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 600 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş zərərəkmiş şəxs Zərərçəkmiş şəxs1 ərizəsində təqsirləndirilən şəxsin qardaşının X3 iştirakçısı və qazi olduğu üçün təqsirləndirilən şəxsi bağışladığını, sonuncudan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, təxminən 3 il əvvəl Abşeron rayonu, Məmmədli kəndi, Cavad Xan küçəsində 6 sot torpaq sahəsində inşa edilmiş 1 mərtəbədən ibarət ev almış, hazırda da həmin evdə təmir işləri apardığı üçün orada yaşayış yoxdur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində həmin evinə gəlib baxan zaman evin yan tərəf pəncərəsinin dəmir barmaqlığının sındırılmış vəziyyətdə olduğunu görmüş, həmin vaxt evindən oğurluq olmasını ehtimal etdiyi üçün DİN-in “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə gələn polis əmıəkdaşları ilə birlikdə evə daxil olub baxış keçirdiyi zaman evində olan dəhlizdə saxladığı 1 ədəd kiçik ölçülü “Hotech” markalı laqondanın, 1 ədəd kiçik ölçülü “Bort” markalı laqondanın, 1 ədəd markasını bilmədiyi drelin, 1 ədəd “Meakida” markalı taxta kəsən lobzikin və 1 ədəd “Startech” markalı perfaratorun yerində olmadığını görmüşdür. Bundan sonra ona həmin tikinti alətlərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı məlum olmuşdur. İş materiallarına əlavə olunmuş zərərəkmiş şəxs Zərərçəkmiş şəxs3 ərizəsində təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyini və buna görə də sonuncudan şikayətçi olmadığını göstərmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 elan olun ifadəsindən görünür ki, o, Abşeron rayonu, Məmmədli kəndində özünə məxsus olan torpaq sahəsində birmərtəbəli fərdi ev inşa etdirmiş,lakin evin təmir işləri başa çatmadığı üçün orada yaşayış yoxdur. Özünə məxsus həmin fərdi evində sonuncu dəfə 12 sentyabr 2022-ci il tarixdə olmuş, həmin vaxt evində hər hansı hadisə baş verməmişdir. Növbəti dəfə, yəni 14 sentyabr 2022-ci il tarixdə evinə baxmağa gəldikdə qapının içəridən bağlı olduğunu görmüş, evin yan pəncərəsi açıq vəziyyətdə olmuş, evinə daxil olduqda divara çəkilmiş elektrik naqillərinin, tikinti alətlərinin və su sayğacının oğurlandığının görmüşdür. Evindən ümumilikdə 1600 manat dəyərində şəxsi əmlakı oğurlanmış və ona həmin məbləğdə maddi ziyan dəymişdir. Belə olduqda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. O, fərdi həyət evinə pəncərəni açma yolu ilə daxil olunduğunu və evin divarına çəkilmiş elektrik naqilləri kəsilərək oğurlandığını, həmçinin evindən bir ədəd 50 manat dəyərində su sayğacı, hər topunun dəyəri 250 manat olan ümumi 1500 manat dəyərində 6 top elektrik naqili və bir ədəd 50 manat dəyərində plastmas truba yapışdıran ütü oğurlandığını bildirmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1600 manat dəyərində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Digah qəsəbəsində özünə məxsus olan torpaq sahəsində birmərtəbəli fərdi ev inşa etdirir, lakin evin təmir işləri başa çatmadığı üçün orada yaşayış yoxdur. Özünə məxsus həmin fərdi evində sonuncu dəfə hadisədən 20 gün əvvəl, yəni 20 may 2022-ci il tarixdə olmuş, həmin vaxt evində hər hansı hadisə baş verməmişdir. Növbəti dəfə, yəni 11 iyun 2022-ci il tarixdə təxminən saat 15 radələrində Digah qəsəbəsində yerləşən evinə baxmağa gəldikdə qapının açıq vəziyyətdə olduğunu görmüş, evinə daxil olduqda divara çəkilmiş 5 top elektrik naqillərinin, tikinti alətlərinin oğurlandığının və bir ədəd samovarının və bir ədəd blenderinin qırılaraq yararsız hala salındığının şahidi olmuşdur. Evindən ümumilikdə 600 manat dəyərində şəxsi əmlakı oğurlanmış və əmlakının sındırılması ilə bağlı ona 200 manat dəyərində maddi ziyan dəymişdir. Belə olduqda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Fərdi həyət evinə giriş qapısından daxil olunduğunu və evin divarına çəkilmiş elektrik naqillərinin kəsilərək oğurlandığını göstərmişdir. Belə ki, evindən bir ədəd 60 manat dəyərində laqonda və bir ədəd 40 manat dəyərində drel, hər topunun dəyəri 100 manat olan ümumi 500 manat dəyərində 5 top elektrik naqil oğurlanmış, baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 600 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş zərərəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu Mehdiabad qəsəbəsində fərdi ev tikdirir və evin tikintisi hələ də yekunlaşmamışdır. O, mütəmadi olaraq həmin evə gedib baş çəkir, sonuncu dəfə xx.xx.2022ci il tarixdə həmin evə baş çəkmişdir. xx.xx.2022-ci il tarixədək yenidən həmin evə baş çəkən zaman evin zirzəmisinin plastik qapısının sındırıldığını aşkar etmiş, zirzəmiyə baxan zaman zirzəmidən 03 top hər biri 70 manat dəyərində elektrik naqilinin, 03 ədəd hər biri 30 manat dəyərində qapı kilidləri,50 ədəd hər biri 6 manat dəyərində 300 manat məbləğində elektrik yuvaları, 01 ədəd 30 manat dəyərində hamam aksessuarı, 01 ədəd 40 manat dəyərində uzitazm su baçoku, 06 ədəd hər biri 20 manat dəyərində su krantları, 01 ədəd 210 manat dəyərində kondisioner motorunun oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona 1000 manat məbləğində maddi ziyan dəymişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 09 radələrində 22 radələrinədək evdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən fərdi həyət evinə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq mənzilin dəhlizində olan qadın çantasının içərisindən 1200 manat nağd pulu, mənzilin qonaq otağında olan 01 ədəd “Samsung” markalı 700 manat dəyərində televizoru, 01 ədəd 200 manat dəyərində qızıl qadın üzüyü, 01 ədəd 200 manat dəyərində qızıl qadın boyunbağı və 1700 manat dəyərində qadın üçün bir ədəd qızıl boyunbağıdan və bir ədəd qızıl qolbaqdan ibarət dəsti oğurlamışdır. Hadisə nəticəsində ona ümumilikdə 4000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində yaşadığı evdən həyətə çıxarkən həyətdə onlara aid olmayan tikinti alətlərinin, yəni iki ədəd laqondanın, bir ədəd drelin, bir ədəd taxta kəsən lobzikin və bir ədəd perefaratorun olduğunu görmüşdür. Belə olduqda həmin alətlərlə bağlı qardaşı İlqardan maraqlandıqda sonuncu həmin alətlərin ustaya aid olduğunu bildirmiş, lakin o, qardaşının sözlərinə inanmamış və əgər həmin alətləri oğurlamışdırsa, aparıb təhvil verməsini bildirmişdir. Qardaşı İlqar onun sözlərinə əhəmiyyət vermədiyindən bu barədə DİN-nin 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-dən alınmış xx.xx.2022-ci il tarixli, 9/6441 nömrə rəyi ilə müəyyən edilmişdir ki, 2022-ci ilin avqust aymabir ədəd kiçik ölçülü “Hotech” markalı, S1M-115 modelli laqonda 30 manat, bir ədəd kiçik ölçülü “Bort” markalı, BWS -600N modelli laqonda 40 manat, bir ədəd üzərində markalanma göstəriciləri olmayan, orta ölçülü, qara rəngli drel 40 manat, bir ədəd “Meakida” markalı, MD65-2 modelli taxta kəsən lobzik 25 manat, bir ədəd “Startech” markalı, HD 24 modelli perfarator 60 manat müəyyən edilir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd kiçik ölçülü “Hotech” markalı, S1M-115 modelli laqondanın, bir ədəd kiçik ölçülü “Bort” markalı, BWS -600N modelli laqondanın, bir ədəd üzərində markalanma göstəriciləri olmayan, orta ölçülü, qara rəngli drel, bir ədəd “Meakida” markalı, MD65-2 modelli taxta kəsən lobzikin və bir ədəd “Startech” markalı, HD 24 modelli perforatorun saxlanılması üçün sahibinə qaytarılmışdır.. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxslərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Təqsirləndirilən şəxs məhkumluğuna dair Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmiş və o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslərə dəymiş ziyanın qismən ödəməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat, məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 420 (dörd yüz iyirmi) manat, məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-203/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-203/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver