Məhkəmə qərarları › İş №1(012)-204/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-204/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-204/2023 18.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X1 iştirakı ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7, X4 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinə üzrə Abşeron rayon məhkəməsinin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5, X4 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayəti ilə məhkəməyə müraciət edərək X5, X3 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılmasını və həmin şəxslərə həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X5 və X3 barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət təqibinə başlayıb, onlara həmin maddədə nəzərdə tutulmuş cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmənin ilkin hazırlıq iclasından sonra barəsində xüsusi ittiham qaydasmda şikayət verilmiş şəxs X11 «Birlik Nitq və X10»nin Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Azadlıq filialına müraciət edərək özünün və ərinin törətdikləri əməldən səmimi peşmançılıq hissi keçirdiklərini, etdikləri hərəkətlərin düzgün olmadığını, «İnstagram» sosial şəbəkəsində yazdıqları yazının həqiqəti əks etdirmədiyini, bir daha bu cür hallara yol verilməyəcəyini bildirmiş və dəymiş ziyanı ödəmişdir. O, X11 və X9 ilə barışdığı üçün xüsusi ittiham qaydasında cinayət təqibindən imtina etdiyini və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7, X4 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin, 302-ci və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X7, X4 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar