Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-204/2025 08.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Ucar rayonu, Gəraybəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ucar rayonu, Gəraybəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında kirayədə yaşayacağı barədə sonuncunun tanışı Şahid ilə xx.xx.2023-cü il tarixdə razılığa gələrək evin açarlarını ondan almış, həmin evdə bir müddət kirayədə yaşadıqdan sonra xx.xx.2024-cü il tarixdə həmin evdən 600 manat dəyərindəki 01 ədəd televizor, 400 manat dəyərindəki bir ədəd televizor altlığı, 650 manat dəyərindəki 01 ədəd paltaryuyan maşını, 900 manat dəyərindəki 01 ədəd soyuducu, 350 manat dəyərindəki 01 ədəd dairəvi mətbəx masası, 500 manat dəyərindəki 02 ədəd mebel dəsti, ümumi dəyəri 750 manat olan 01 ədəd stol və 06 ədəd stul, 700 manat dəyərindəki 02 ədəd termo, 1000 manat dəyərindəki 01 ədəd künc divan və 1300 manat dəyərindəki 01 ədəd çarpayını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 7450 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona həmin maddə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu, maddi vəziyyəti yaxşı olmadığından oğurladığı əşyaları satdığını, ziyanı ödəmək imkanı olmadığını, himayəsində bir azyaşlı uşağı olduğunu bildirmiş, barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs 2023-cü ilin iyul ayından Cəbrayılov Əmirov vasitəsilə tanıyır. Belə ki, həmin tarixdə o, Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evdə 2024-cü ilin fevral ayının sonlarına kimi kirayə yaşamış və hər ay Zərərçəkmiş şəxs 350 manat pul verirmiş. Həmin evi ona kirayə kimi Şahid təqdim etmişdir. Həmin evdə X6, həyat yoldaşı Səbinə Murtuzova və azyaşlı oğlu Ayxan Gülməmmədovla birlikdə yaşayırmış. Lakin son 2 ay, yəni 2024-cü ilin yanvar və fevral aylarında maddi çətinliklər yaşamış və həmin pulu çatdırıb Sübhana verə bilməmişdir. Maddi ehtiyacı o qədər çoxalmışdır ki, o, evdən çıxmaq və həmin evin əşyalarını satmaq qərarına gəlmişdir. Buna görə qeyri-rəsmi həyat yoldaşı Səbinə Murtuzova və 2 yaşlı oğlu Ayxan Gülməmmədovu qayınatası Namiq Murtuzovun Bakı şəhəri, Nəsimi rayonunda yerləşən evinə aparmışdır. X6 isə Ucar rayonu, Gəraybəyli kəndindəki evinə geri qayıtmışdır. O, özü də ailəsini götürüb Ucar rayonuna gedəcək imiş. Lakin kirayə qaldığı həmin evin əşyalarını oğurlamaq qərarına gəlmişdir. Dəqiq xatırlamamaqla, xx.xx.2024-cü il zənn etdiyi tarixdə saat 07 radələrində “166” yükdaşıma xidməti ilə əlaqə saxlamış və həmin şirkətin göndərdiyi yük maşını və işçiləri vasitəsilə Zərərçəkmiş şəxs qeyd etdiyi mənzilindəki markalarını xatırlamadığı 01 ədəd televizor, 01 ədəd televizor altlığı, 01 ədəd paltaryuyan maşını, 01 ədəd soyuducu, 01 ədəd elekrik piltəsi, 01 ədəd dekorativ ağac, 01 ədəd dairəvi mətbəx masası, 02 ədəd mebel dəsti, 01 ədəd stol, 06 ədəd stul, 02 ədəd termo, 01 ədəd künc divan və 01 ədəd çarpayını tanışı Zülfiyyə Alacovanın Bakı şəhəri, Yasamal rayonundakı küçəni dəqiq xatırlamasa da, Nizami metrostansiyasının yaxınlığında yerləşən yaşadığı ünvana aparmışdır. X8 həmin əşyaların ona məxsus olduğunu və satmaq istədiyini bildirmişdir. Zülfiyyə isə ondan həmin əşyaları almağa razılaşmışdır. Həmin əşyaların bir qismini Zülfiyyənin mənzilinə daşımış, qalanları isə həmin mənzilin məhləsinə düşürmüş və Zülfiyyə Alacovaya təhvil vermişdir. X2 həmin əşyaların bir qismini Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evə daşımağa kömək etməyini istəmiş və o, Zülfiyyə Alacovaya kömək edərək həmin əşyalardan bir qismini fəhlələrin köməyi ilə qeydiyyat nişanını və markasını xatırlamadığı yük maşını vasitəsilə qeyd etdiyi evə daşımışdır. Zülfiyyə Alacova həmin vaxtdan etibarən əşyalara görə ona 4 gün ərzində müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 1000 manat pul vermişdir. Etdiyi bu əməldən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. O, oğurluq hadisəsini törətdiyi həmin ünvanda ailəsilə kirayə yaşasa da, Zərərçəkmiş şəxs ilə arasında müqavilə olmamışdır və şifahi razılıq əsasında o, Zərərçəkmiş şəxs aylıq 350 manat ödəyirmiş. Zülfiyyə Alacovaya təhvil veridiyi evin ünvanını dəqiq bilir. Lakin hansı küçə və hansı nömrəli ev olduğunu bilmir. Həmin ev Bakı şəhəri, Yasamal rayonundakı “Nizami” metrostansiyasının yaxınlığında yerləşir. Lakin sonuncu dəfə eşitmişdir ki, Zülfiyyə Alacova həmin evdən köçüb Zabrat qəsəbəsindəki evə yerləşmişdir. Zülfiyyə Acalovanın Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən evinin ünvanını bilmir. O, əşyaları daşımağa kömək edən zaman yük maşınının arxasında getdiyini və həmin ünvanı dəqiq bilmədiyini bildirmişdir. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram ilə müraciət edərək bildirmişdir ki, istintaqda verdiyi ifadəni təsdiq edir, Təqsirləndirilən şəxs şikayətçidir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə ünvan 6 ünvanında yaşayır. 2023-cü ildən ünvan 7 ünvanında yerləşən ev ona məxsusdur. Lakin Bakı şəhərində yaşadığı üçün həmin evi kirayə vermək qərarına gəlmiş və tanışı Şahid həmin evi kirayə verməyi tapşırmışdır. xx.xx.2023-cü il tarixdə isə Şahid Təqsirləndirilən şəxs həmin evə kirayəçi kimi yerləşdirmiş və o da buna razı olmuşdur. Təqsirləndirilən şəxs ilə arasında kirayə müqaviləsi olmamış və o, həmin evi şifahi razılığa əsasən Təqsirləndirilən şəxs kirayə vermişdir. Həmin tarixdən Qəlbinur orada X6 və arvadı Səbinə Murtuzova ilə birlikdə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs hər ay biraz gecikdirsə də, 350 manat kirayə pulunu ödəyirmiş. Lakin son 2 ayı, yəni 2024-cü ilin yanvar və fevral aylarının pulunu Qəlbinur ödəməmişdir. Bu zaman Şahid Təqsirləndirilən şəxs zəng edəndə Qəlbinur rayonda olduğunu bildirmişdir. Buna görə də xx.xx.2024-cü il tarixdə Şahid həmin evə gedib baxış keçirmiş və aşkar etmişdir ki, evdə heç kim yoxdur və evin əşyaları oğurlanmışdır. Şahid isə bu barədə ona məlumat vermiş və o da Abşeron rayon polis idarəsinə müraciət etmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülsün. Çünki, həmin evin əşyalarını Təqsirləndirilən şəxs oğurlamışdır. Həmin evdən 600 manat dəyərindəki 01 ədəd televizor, 400 manat dəyərindəki bir ədəd televizor altlığı, 650 manat dəyərindəki 01 ədəd paltaryuyan maşını, 900 manat dəyərindəki 01 ədəd soyuducu, 350 manat dəyərindəki 01 ədəd dairəvi mətbəx masası, 500 manat dəyərindəki 02 ədəd mebel dəsti, ümumi dəyəri 750 manat olan 01 ədəd stol və 06 ədəd stul, 700 manat dəyərindəki 02 ədəd termo, 1000 manat dəyərindəki 01 ədəd künc divanı və 1300 manat dəyərindəki 01 ədəd çarpayı Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını və hadisə nəticəsində ümumilikdə ona 7450 manat maddi ziyan dəydiyini bildirmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla ünvan 10 ünvanında yaşayır. Zərərçəkmiş Zərərçəkmiş şəxs dostu Cavid İbrahimovun qayınatasıdır və o, Zərərçəkmiş şəxs dostu vasitəsilə tanımışdır. 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs ünvan 7 ünvanında yerləşən evini kirayə verməyinə köməklik etməyini istəmişdir. Buna görə də o, “Bina.az” elan saytına elan yerləşdirmiş və həmin elandan Təqsirləndirilən şəxs onunla əlaqə saxlamışdır. O, Qəlbinurla görüşüb evin kirayəsi ilə bağlı söhbət etmiş və bundan sonra onlar 350 manat aylıq kirayə verməyə razılaşmışdır. Çünki, Zərərçəkmiş şəxs evi 350 manat kirayəyə verməyə ona razılıq vermişdir. xx.xx.2023-cü il tarixdən isə Təqsirləndirilən şəxs X6 və arvadı Səbinə Murtuzova ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Qəlbinur aylıq ödənişləri gecikdirsə də, ödənişi edirmiş. Lakin 2024-cü ilin yanvar və fevral ayında kirayə ödənişi olunmamışdır. Bundan sonra o, Qəlbinurla telefon əlaqəsi saxlayıb ödənişi etməsini istəsə də, Təqsirləndirilən şəxs rayonda olduğunu bildirmişdir. O isə Təqsirləndirilən şəxs inanmamış və xx.xx.2024-cü il tarixdə həmin evə getmişdir. Bu zaman görmüşdür ki, evdəki bütün əşyalar oğurlanmışdır. Buna görə də dərhal Zərərçəkmiş şəxs bu barədə bildirmişdir. Zərərçəkmiş şəxs da öz növbəsində polisə məlumat vermişdir. O,Təqsirləndirilən şəxs evi təhvil verən zaman heç bir akt və ya sənəd tərtib olunmamışdır. Həmçinin Zərərçəkmiş şəxsla ilə Təqsirləndirilən şəxs arasında kirayə müqaviləsi də olmamışdır. Buna görə də həmin əşyalardan təxmini sadalaya bildiyinin 01 ədəd televizor, bir ədəd televizor altlığı, 01 ədəd paltaryuyan maşını, 01 ədəd soyuducu, 01 ədəd dairəvi mətbəx masası, 02 ədəd mebel dəsti, 01 ədəd stol, 06 ədəd stul, 02 ədəd termo, 01 ədəd künc divanı və 01 ədəd çarpayı olduğunu bildirmişdir. Beləliklə, məhkəmə məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayaraq, xeyli miqdarda ziyan vurmaqla törətmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif olunmasına münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi özünün ifadəsi,zərərçəkmiş şəxsin və şahidin ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, himayəsində xx.xx.2022-ci il təvəllüdlü X3 adlı bir azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs əməlində ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halı cəzasını ağırlaşdıran halın olmamasını, cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4–cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. “İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)- 251/2024 saylı qərarı ilə onun barəsində həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü ildən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-204/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-204/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver