Məhkəmə qərarları › İş №1(012)-205/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-205/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-205/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızının iştirakları ilə xx.xx.1996-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında kirayədə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla, seksual xarakterli digər hərəktlər etmə cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2019-cu il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 265 saylı binanın blokunda olan 11-ci mərtəbə ilə 12-ci mərtəbə arasındakı pilləkəndə on altı yaşına çatmayan xx.xx.2005-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs ilə könüllü surətdə öz razılığı ilə gərginləşmiş cinsiyyət orqanını arxa keçəcək dəliyinə yeridərək cinsi ehtirasını təmin etməklə qeyri-təbii yolla cinsi əlaqədə olaraq aşkar surətdə on altı yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmə cinayət əməlini törətmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2019-cu ilin sentyabr ayının ikinci on günlüyündə Xırdalan şəhərində yerləşən “Qocalar” parkı deyilən yerdə olarkən, sonradan adının Bəsti olduğunu bildiyi qız ona yaxınlaşaraq kənarda dayanmış sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi qızı göstərib həmin qızın ondan xoşu gəldiyini və onunla danışmaq üçün telefon nömrəsini istədiyni bildirmişdir. O, buna etiraz etməyərək, həmin vaxt istifadəsində olan ***-***-**-** GSM nömrəsini Bəstiyə vermiş, həmin gün Fidan onunla “WhatsApp” sosial şəbəkə vasitəsi ilə yazışarkən ondan xoşu gəldiyini deyib sevgili olmaq istədiyini bildirmişdir. O, Fidana bu işlə bağlı telefonda razılıq verə bilməyəcəyini, sonuncu ilə görüşüb bu barədə söhbət etməsini təklif etmişdir. Fidan da onu yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 265 nömrəli binanın qarşısına dəvət etmişdir. O, həmin günün səhəri, yəni 20.09.2019-cu il tarixdə saat 14 radələrində Fidanın yaşadığı binanın qarşısına gəlmiş, binanın mühafizə postunun yanındakı blokdan 11-ci mərətəbəyə qalxmış, orada Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Həmin vaxt ətrafda heç kim olmamış, Fidan onunla sevgili olmaq istədiyini bildirmişdir. O, da Fidandan xoşu gəldiyini və sevgili ola biləcəyini deyib sonuncudan yaşını soruşduqda Fidan da ona 2005ci il təvəllüdlü, yəni 15 yaşı olduğunu bildirmişdir. O, Fidanın 15 yaşı olduğunu biləndən sonra ondan yaşca çox balaca olduğunu deyib Fidanla sevgili ola bilməyəcəyini bildirmiş, Fidan da onunla razılaşmış və sonuncu ilə sağollaşıb çıxıb gemişdir. Həmin vaxtdan sonra Zərərçəkmiş şəxs ilə aralarında heç bir münasibət, həmçinin sonuncu ilə heç bir təbii və qeyri-təbii yolla cinsi əlaqə olmamışdır. Sonda o, təqsirinin olmamasını əsas gətirərək iş üzrə ona bəraət verilməsini xahiş etdi Məhkəmə baxış iclasında Qanuni nümayəndə iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2019-cu ilin sentyabr ayının ikinci on günlüyündə o, Xırdalan şəhərində yerləşən “Qocalar parkı» deyilən yerdə sonradan adının Kamran olduğunu bildiyi oğlanı görmüşdür. Həmin oğlandan xoşu gəldiyi üçün sonuncu ilə dost olmaq istəmişdir. Bu fikri həmin vaxt yanında olan sinif yoldaşı Bəsti Ələsgərovaya deyən zaman Bəsti həmin oğlana bu barədə deyib nömrəsini ala biləcəyini ona bildirmişdir. O, Bəstiyə razılıq verdikdən sonra sonuncu Kamrana yaxınlaşaraq, Kamranın mobil nömrəsini alıb ona vermiş və həmin gün o, Kamranla “WhatsApp” sosial şəbəkə vasitəsi ilə yazışmağa başlamış və həmin vaxtdan Kamran onu sevdiyini və fikrinin ciddi olduğunu ona bildirmişdir. Səhəri gün, yəni 20.09.2019-cu il tarixdə saat 14 radələrində o, Kamrana inandığından onu yaşadığı binanın qarşısına çağırmış, oradan o, Kamranla yaşadığı binanın üçüncü mərtəbəsinin dəhlizinə keçib söhbət etdikdən sonra, həmin binanın sonuncu, yəni 12-ci mərtəbəsi ilə 11ci mərtəbə arasında olan pilləkənə gəlmişlər. Həmin yerdə heç kim olmadığı üçün rahat söhbət etməyə başlamış, daha sonra Kamran onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, Kamrana inandığı üçün sonuncuya razılıq vermiş, bundan sonra həmin yerdə o, əynindəki qara rəngli donu yuxarı çəkərək, əlllərini divara söykəyib, arxasını Kamrana tərəf çevirmişdir. Kamran da öz gərginləşmiş cinsiyyət orqanını onun arxa dəliyinə salaraq, təxminən 5-6 dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra Kamran onunla sağollaşıb oradan çıxıb getmişdir. Həmin hadisədən təxminən 2-3 gün sonra Kamranın onun rəfiqəsi və sinif yoldaşı olan Bəsti ilə sevgili olduğunu bilmiş və bu səbəbdən Kamran ilə həmin vaxtdan əlaqəsini kəsmişdir. 2019-cu ilin dekabr ayının ilk on günlüyündə o, məktəbdən evə gedərkən sonradan adının Bəxtiyar olduğunu bildiyi şəxs ona yaxınlaşaraq, ondan xoşu gəldiyini və onunla sevgili olmaq istədiyini bildirmişdir. Əvvəlcə o, Bəxtiyara rədd cavabı vermiş, lakin səhəri gün məktəbdən evə gələrkən, Bəxtiyarın onun arxası ilə gəldiyini, yenidən ona sevgi münasibətləri təklif etdiyini eşitdikdə Bəxtiyara inanmışdır. Bundan sonra təxminən 5-6 gün ərzində o, hazırlığa gedibgələrkən, Bəxtiyar ilə söhbət etmişlər. O, Bəxtiyar ilə tanış olduğu vaxtdan təxminən 6 gün sonra, yəni 14.12.2019-cu il tarixdə saat 17 radələrində Bəxtiyar onun yaşadığı binaya gəlmişdir. O, Bəxtiyara aşağı düşməyəcəyini yaşadığı binanın 9-cu mərtəbəsinə qalxmağı təklif etmişdir. Binanın 9-cu mərtəbəsində Bəxtiyar ilə görüşüb söhbət edərkən Bəxtiyar onunla cinsi əlaqədə olmaq istədiyini deyən zaman, Bəxtiyarın onu sevdiyinə inanıb sonuncuya razılıq vermişdir. Bəxtiyar şalvarını dizinə kimi aşağı çəkmiş, o, əynindəki qara rəngli cins şalvarını aşağı çəkmiş, Bəxtiyar da öz gərginləşmiş cinsiyyət orqanını onun arxa nahiyəsinə salıb təxminən 2-3 dəqiqə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub öz ehtirasını bitirmişdir. Daha sonra Bəxtyar onunla sağollaşıb getmişdir. Növbəti dəfə 17 dekabr 2019-cu il tarixdə saat 16 radələrində o, yaşadığı binanın 9-cu mərtəbəsində Bəxtiyar ilə görüşüb söhbət etdikdən sonra o, Bəxtiyar yenidən onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. O, Bəxtiyara razılıq verdikdən sonra həmin yerdə Bəxtiyar öz gərginləşmiş cinsiyyət orqanını onun arxa nahiyəsinə salaraq təxminən 2-3 dəqiqə onunla cinsi əlaqədə olduqdan sonra öz ehtirasını təmin edib arxa keçəcəyinə boşaltmışdır. Bundan sonra Bəxtiyar onunla sağollaşıb getmiş, o, da evinə gedib hamamda yuyunmuşdur. Təxminən 2-3 gün keçdikdən sonra o, həyətə düşən zaman Bəxtiyarı görmüş, Bəxtiyar ona əgər onunla tez-tez görüşsə, ona pul verəcəyini deyəndən sonra o, Bəxtiyara pula ehtiyacı olmadığını və onu sevmədiyini başa düşdüyünü demiş və Bəxtiyar ilə əlaqəni kəsmişdir. Həmin vaxtdan sonra özünə gələ bilməmiş və etdiyi əməldən peşman olmuş, buna görə də heç kimlə münasibət qurmaq istəməməmişdir. 2020-ci ilin mart aynın 3-də sinif yoldaşı Bəstinin vasitəsi ilə sonradan adını X10 bildiyi şəxslə tanış olmuş və sonuncunu sevməyə başlamışdır. 08.03.2020-ci il tarixdə saat 17 radələrində Gündüz ilə Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal Abşeron -1” kompleksinin həyətindəki parkın yuxarı hissəsində yerləşən ağ-göy rəngli hündürmərtəbəli binanın ən yuxarı mərtəbəsinə çıxıb orada Gündüz ilə öz istəyi ilə dodaq-dodağa öpüşmyə başlamışlar. Daha sonra Gündüz onu qucaqlayaraq, boyun nahiyəsindən öpməyə başlamışdır. Lakin, onunla Gündüz arasında cinsi əlaqə olmamışdır. Həmin vaxtdan təxminən iki gün sonra o, Gündüzün başqa sevgilisi olduğunu eşitmişdir. Buna görə də artıq Gündüzlə görüşmək istəməmiş, həm də artıq etdiyi hərəkətlərdən bezmişdir. 11 mart 2020-ci il tarixdə saat 22:30 radələrində rəfiqəsi Bəsti onlara qonaq gəlmiş, anası Ceyran Bəstidən nə baş verdiyini soruşduqda sonuncu anasının telefonu əlindən aldığı üçün əsəbiləşib evdən çıxdığını bildirmişdir. X11 anasına zəng etmək istəyən zaman Bəsti zəng etməməsini və gecəni qalıb səhər evə gedəcəyini onun anasına bildirmişdir. Bundan sonra anası yatmağa getmiş, o, isə Bəsti ilə söhbət edən zaman evdən qaçmaq qərarına gəlmişlər. Buna görə də o, evdən 60 manat pul götürmüş, Bəstinin də üzərində 125 manat pul olmuşdur. Onlar birlikdə valideyinləri yatdıqdan sonra 12 mart 2020-ci il tarixdə saat 02:15-də evdən çıxaraq piyada Xırdalan şəhərində yerləşən “Bravo” marketin qarşısına gəlmişlər. Orada, Bəsti onun mobil telefonu ilə *8844 nömrəsinə zəng edərək Xırdalan şəhərindən metronun M.Əcəmi stansiyasına getmək üçün taksi sifariş etmiş, təxminən 5-10 dəqiqə sonra sifariş əsasında sonradan adının X3 olduğunu bildiyi şəxsin idarə etdiyi «Mersedes» markalı ** CE *** nömrə nişanlı avtomobillə onların yanına gəlmişdir. Onlar avtomobilə əyləşdikdən sonra avtomobilə hərəkətə başlamış, yolda onlar fikirlərini dəyişərək taksi sürücüsü Rövşənə avtovağzala sürməsini deyən zaman sonuncu onların problemlərinin olmasından şübhələnmişdir. Bundan sonra Rövşən onlardan nə baş verdiyini soruşduqda onlar hadisəni Rövşənə danışmışlar. Rövşən də onları öz evinə dəvət edərək, gecəni evində qalmağı təklif etmiş, onlar Rövşənlə razılaşaraq, sonuncu ilə Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi “Çiçək” yaşayış massivində yerləşən fərdi evinə getmişlər. Evdə həmin vaxt Rövşənin adını xatırlamadığı həyat yoldaşı və uşaqları olmuşdur. Rövşənin arvadı onlara çay verdikdən sonra, başqa otaqda ona və Bəstiyə və öz qızı Səidəyə yer salmışdır. Həmin gün saat 13 radələrində onlar Rövşənin evində olarkən sonuncunun bibisi qızı kimi tanıdıqları Gülnarə adlı qadın evə gəlib onlardan valideyinlərinin nömrəsini istəmiş, əks halda polisə məlumat verəcəyini bildirmişdir. Daha sonra onlar oradan çıxıb Bakı şəhərində yerləşən “28 Mall” ticarət mərkəzinə getmişlər. Orada Bəsti ilə özlərinə geyim əşyaları alıb yemək yemiş və Gündüzə zəng edərək onu ”20 Yanvar” stansiyasının qarşısına dəvət etmişlər. Həmin gün saat 16 radələrində onlar Gündüzlə görüşmək istəyərkən, valideyinləri onları Gündüzün vasitəsi ilə tapmışlar. Hazırda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayətçi olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Göyçay şəhəri, M.Hüseynzadaə küçəsi ev 35-də qeydiyyatda olmaqla, ünvan 2-də ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Şahid1 onun həyat yoldaşıdır, sonuncu ilə 1987-ci ildə rəsmi olaraq ailə həyatı qurmuş, həmin nikahdan üçü qız, ikisi oğlan olmaqla, beş övladları vardır. Təqsirləndirilən şəxs beş övladının dördüncüsüdür. O, xx xxx 1996-cı ildə Göyçay şəhərində anadan olmuşdur. Onun 16 yaşına çatmamış Fidanla qeyri təbii yolla cinsi əlaqədə olması barədə məlumatı olmamışdır. İş materiallarında olan Abşeron rayonu, Xırdalan şəhəri 3 saylı tam orta məktəbin müəllimi X4 izahatından görünür ki, cinayət işi üzrə istintaq zamanı müstəntiq Yasin İbrahimli tərəfindən mütəxəssis kimi dəvət olunmuş, şöbədə olan üzləşmə zamanı o, müstəntiq, Kamran, Fidan və anası iştirak etmişdir. Dindirmə zamanı Fidan müstəntiqin suallarına ziddiyyətli cavablar vermiş, hadisənin gah 7-ci mərtəbədə, gah da 10-cu mərtəbədə baş verdiyini bildirmiş, anası qızının izahatına müdaxilə edirmiş. Üzləşdrmə 20 dəqiqə davam etmiş və çəkiliş yox imiş. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə baxışında və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan və və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasına dair 18.03.2020-ci il tarixli, 157 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdur. Qızlıq pərdəsinin anatomik quruluşu, tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla arxa keçəcək dəliyi vasitəsi ilə cinsi əlaqədə olmağa dəlalət edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 hüquqi şəxsin 28.07.2020-ci i ltarixli, 1406 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intelektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təfəkkürü praktik yönümlüdür, analizetmə, ümumiləşdirmə kimi keyfiyyətləri normaya uyğundur. Nitqi ardıcıl, mühakimələri məntiqlidir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Baş vermiş hadisə ilə əlaqədar onun emosional sferasında, hərəkət və davranışını iradi olaraqtənzimləməsində hər hansı bir dəyişiklik müəyyən edilmir. Zərərçəkmiş şəxs əqli intelektual imkanları, psixi inkişafı normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Ünsiyyətçilik, aktivlik, emosionallıq, hər kəslə yola getmək kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İntelektualmnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya təsvir edə və bu barədə məlumat verə bilər. Əqli inkişaf və fərdi psixi xüsusiyyətlərinə görə Zərərçəkmiş şəxs öz hərəkətlərini adekvat olaraq qavramaq və mahiyyətini anlamaq qabiliyyətinə malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 hüquqi şəxsin 28.12.2020-ci i ltarixli, 2523 saylı məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan hadisəni törədərkən öz hərəkətlərinin faktiki xarkterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarına malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik keçirməmişdir, halhazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükə kəsb etmir. İş materiallarında olan və və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloj Anatomiya ETT Birliyinin canlı şəxsin ekspertizasına dair 08.01.2021-ci il tarixli, 626 saylı ekspert rəyindən görünür ki, 1996-cı təvəllüdlü Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək har hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxs X5 ilə barışmış və ona qarşı şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08.01.2021-ci il tarixli məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Abşeron rayon İH başçısının 4 saylı MTİİTS-i tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, V.Xəlilov küçəsində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi və hazırda zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin kokret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla cəza təyin edilməsi məsələsinin müzakirə edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cii maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanım yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini səciyyələndirilən müsbət hallar kimi, zərərçəkmiş şəxslə barışmasını əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülbşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı heç bir tələb və şikayətinin olmamasını, məhkumun yaşayış yerindən müsbət xarakterizə olunmasını nəzərə almaqla Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-eii il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə fərdi qaydada məhz hansı cəzanın təyin edilməsini müzakirə edərkən, cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini cəzanın məqsədinə müvafiq hesab edir. Qeyd edilən əsaslar həmçinin Azərbaycan Respublikası Prezidentinin "Penitenısiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017cı nil tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. İş materiallarından görünür ki, ibtidai istintaqın zamanı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pulAzərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 1 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul və məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pulAzərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar