Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-205/2022 06.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2ının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1975-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncunun həyat yoldaşı olan Şahid1 4000 manat müqabilində ikinci qrup əlillik dərəcəsi düzəldəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanında 1000 manat, xx.xx.2020-ci il tarixdə ünvan 3əşən X14 Filialı vasitəsi ilə Zərərçəkmiş şəxs2 adından göndərilmiş 2150 manat, xx.xx.2020-ci il tarixdə X14 Filialı vasitəsi ilə Zərərçəkmiş şəxs2 adından göndərilmiş 500 manat, xx.xx.2020-ci il tarixdə X14 Filialı vasitəsi ilə X5 adından göndərilmiş 500 manat, xx.xx.2020-ci il tarixdə X14 Filialı vasitəsi ilə X1 adından göndərilmiş 300 manat, xx.xx.2020-ci il tarixdə ünvan 5 ünvanında istintaqla şəxsiyyəti müəyyən edilməsi mümkün olmayan «Pərviz» adlı şəxsin vasitəsi ilə 2300 manat, xx.xx.2020ci il tarixdə saat 11:12-də Yevlax şəhəri, H.Əliyev prospektində yerləşən «3 Qardaş» mağazasındakı “MilliÖn” aparatından Şahid8 adına olan “Kapital bank” hesab kartına göndərilmiş 2551 manat, xx.xx.2021-ci il tarixdə saat 17:39-da həmin “MilliÖn” aparatından Şahid8 adına olan “Kapital bank” hesab kartına göndərilmiş 450 manat, 2020-ci ilin iyun ayının ortalarında X1 vasitəsi ilə 1600 manat, 2020-ci ilin iyun ayının sonlarında şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan taksi sürücüsünün vasitəsi ilə 172 manat və 2020-ci ilin iyul ayında ünvan 5 ünvanında Zərərçəkmiş şəxs2 300 manat almaqla, sonuncunun ümumilikdə 11823 (on bir min səkkiz yüz iyirmi üç) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, ona Mənzil İnşaat Dövlət Agentliyinin Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa etdiyi yaşayış evlərindən güzəştli şərtlərlə 73000 manat dəyərində 3 otaqlı mənzili ilkin ödəniş 10000 manat olmaqla, 15 il ərzində aylıq 256 manat ödəmək şərti ilə almasına köməklik edəcəyinə dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2020-ci il tarixdə ünvan 6 ünvanında 5000 manat, xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən Abşeron rayonu 1 saylı notariat ofisində 2500 manat və xx.xx.2020-ci il tarixdə həmin ünvanda, yəni ünvan 9 min) manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Yevlax şəhərində yaşayan Zərərçəkmiş şəxs2 2019-cu ilin noyabr ayında tanımışdır. Onun Pərvinlə qohumluğu yoxdur, aralarında ədavət, düşmənçilik olmamışdır. O, Pərvini Bərdə rayonunda yaşayan Şahid7 və Şahid4 vasitəsi ilə tanımışdır. 2019-cu ilin noyabr ayında Bəkir və Əli Bakı şəhərinə gələrək onunla görüşmüşlər. Bəkir ona bacısı oğlu Cavidin 2016-cı ilin aprel ayında hərbiçi olanda döyüş zamanı bədən xəsarəti aldığını, arvadı Pərvinin Cavidi xəsarəti ilə bağlı təqaüdə çıxarmaq istədiyini demiş və ondan kömək etməsini xahiş etmişdir. O, Bəkirdən Cavidin xəsarət alması ilə bağlı sənədlərinin olub-olmadığını soruşmuşdur. Bəkir Cavidin sənədlərinin olduğunu demiş və o, həmin sənədləri gətirməsini demişdir. 2019-cu ilin dekabr ayının sonlarında Əli, Bəkir, Pərvin və Cavid Bakı şəhərinə gəlmiş və onlar Əliyə məxsus ofisdə görüşmüşlər. Pərvin Cavidin sənədlərini ona vermişdir. Pərvin Cavidin ehtiyatsızlıqdan xəsarət aldığını, bu səbəbdən Cavidə əlillik dərəcəsinin verilmədiyini demişdir. O, Cavidin sənədlərinə baxmış və həqiqətən döyüş zamanı xəsarət aldığına görə ona əlillik təqaüdü verilməli olduğunu görüb, Pərvinin pulunu aldadaraq ələ keçirməyi düşünüb, sonunculara “bu hazır işdir, iki vur ikidir” sözlərini demiş, Cavidə bir həftə müddətində İİ qrup əlillik dərəcəsi düzəldəcəyini bildirmiş və buna görə Pərvindən 5000 manat pul istəmişdir. Bu zaman Əli ona “pul məndədir, sən Cavidin işini düzəlt, pulu sonra məndən al” sözlərini demişdir. O, Əli ilə razılaşmmış, pulun əvvəlcə verilməli olduğunu demişdir. Pərvin 5000 manatın çox olduğunu demişdir. Həmin vaxtı o, guya Cavidin təqaüd almaq işini həll etdiyi adamla danışır kimi özünü göstərib, mobil telefonunu götürüb bir az kənara çəkilmiş və təxminən bir dəqiqə danışıb, iş görən adamın 1000 manat aşağı düşdüyünü deyib, 4000 manat pul istəmişdir. Pərvin də Cavidin təqaüd işi ilə bağlı ona 4000 manat pul verməyə razı olmuşdur. Bundan sonra o, Cavidin sənədlərinin surətini çıxarıb götürmüşdür. Pərvin ona 1000 manat pul vermiş və həmin pulu verməsini mobil telefonu vasitəsi ilə video çəkiliş etmişdir. Əli də ona “elə bil qalan 3000 manat da məndədir, sən işi düzəlt, sonra pulu məndən götür” sözlərini demişdir. O, da razılaşmış və bir həftə müddətində Cavidə İİ qrup əlillik təqaüdü düzəldəcəyini deyib, onlardan ayrılıb getmişdir. Əldə etdiyi həmin 1000 manat pulu müalicəsi üçün dərman almağa və digər şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra dərman almağa və xərcləməyə pulu olmadığına görə 28 dekabr 2019-cu ildə mobil telefonu ilə Pərvinə zəng edib, Cavidin təqaüd alması üçün ona vercəyi qalan 3000 manat pulu dərhal göndərməsini söyləyib, əks halda Cavidin işinin alınmayacağını bildirmişdir. Pərvin də Cavidə İİ qrup əlillik dərəcəsi verildikdən sonra 3000 manat pulu göndərəcəyini deyib, pul göndərməmişdir. O, bir müddət başqa yerdən pul əldə etməyə çalışsa da tapa bilməyib, 2020-ci ilin yanvar ayının əvvəlində yenidən Pərvinə zəng edib “qadan alın, başına dönüm, pul ödənməlidir, ödənməsə iş alınmır” sözlərini deyərək, Pərvindən pulu göndərməsini xahiş etmiş və bir təhər onu razı salmışdır. O, da 13 yanvar 2020-ci il tarixdə poçt vasitəsi ilə 2150 manat pul göndərmişdir. O, Pərivnə zəng edib həmin məbləğdə pulu poçtdan götürdüyünü, qalan pulu da göndərməsini söyləmişdir. 16 yanvar 2020-ci il tarixdə Pərvin yenə ona zəng edib poçt vasitəsi ilə 500 manat pul göndərdiyini bildirmişdir. O, da 500 manat pulu götürüb Pərvinə zəng edib, qalan 350 manatı da göndərməsini xahiş etmişdir. Bundan sonra Pərvin sonradan xalası oğlu Fərid kimi tanıdığı cavan oğlanla poçt vasitəsi ilə ona 300 manat pul göndərmişdir. Pərvindən aldığı pulları öz ehtiyaclarına xərcləyib qurtardıqdan sonra, yenidən pul əldə etmək məqsədi ilə 24 yanvar 2021-ci il tarixdə Pərvinə zəng edib Cavidin təqaüd işi ilə bağlı bəzi sənədlərin alınmalı olduğunu, bunun üçün əlavə 500 manat pul lazım olduğunu deyib, ona həmin məbləğdə pulu göndərməsini söyləmişdir. Pərvin də ona Cavidin təqaüd məsələsini 4000 manata düzəltməyə söz verdiyini xatırlatmış və nə səbəbə əlavə pul istədiyini soruşmuşdur. O, Cavidin təqaüd almaq işinin yarımçıq qaldığını, işin düzəlməsi üçün əlavə 500 manat pul lazım olduğunu söyləmişdir. Pərvin pulu vermək istəməsə də o, bir təhər Pərvini inandırıb 500 manat pulu göndərməsinə razı salmışdır. 25 yanvar 2020-ci il tarixdə Pərvin poçt vasitəsi iləona 500 manat pul göndərmişdir. O, həmin pulu da alıbPərvinə zəng edib bu barədə bildirmiş və Cavidin əlilliyə görə təqaüd almaq işinin yaxın günlərdə həll olunacağını söyləmişdir. Pərvindən aldığı həmin 500 manatı dabir neçə günəşəxsi ehtuyaclarına xərcləmişdir. 17 fevral 2020-ci il tarixdə Pərvin Bakıya onun yanına gəlmişdir. Onlar Bakı şəhəri, Nərimanov rayonu ərazisindəki parkda görüşmüşlər. Həmin vaxtı Pərvin özlərinin göndərdikləri sənədlər əsasında həyat yoldaşı Cavidə Dövlət tərəfindən İİİ qrup əlillik dərəcəsi verildiyini bildirib, buna görə ona verdiyi 4450 manat pulu qaytarmasını tələb etmişdir. O, da aprel ayının sonunadək həmin pulun müqabilində Cavidin əlilliyini İİ qrup edəcəyinə söz verib, ondan vaxt istəmişdir. Pərvin artıq ona inanmadığını bildirib, dediklərimi əlyazma formasında kağıza yazıb verməyini tələb etmişdir. O, da Pərivnin dediyi kimi qəbz yazıb Pərvinə vermişdir. Pərvin də 2020-ci ilin aprel ayınadək gözləyəcəyini bildirib çıxıb getmişdir. Pərvindən aldığı vaxt bitdikdən sonra sonuncu ona zəng edib, verdiyi söz barədə soruşurmuş o, da işi həll edəcəyini deyib yenə Pərvindən vaxt verməsini xahiş etmişdir. Həmin ərəfədə xərcləməyə pulu olmadığına görə o, 06 aprel 2020-ci il tarixdə Pərvinə zəng edib Cavidin təqaüd işi ilə bağlı 2500 manat pul lazım olduğunu, əks halda bu işin düzəlməyəcəyini bildirib, ona həmin məbləğdə pulu göndərməsini xahiş etmişdir. Pərvin əvvəl pulu göndərməyə razılaşmasa da o, Pərvini Cavidin İİ qrup əlillik dərəcəsi almasına nail olacağına inandırıb, ona 2500 manat pul göndərməsini söyləmişdir. Pərvin də 2300 manat pulu olduğunu söyləmiş və ona həmin məbləğdə pul verə biləcəyini bildirmişdir. Bundan az sonra elə həmin günü o, Yevlax şəhərindəki tanışını Pərvinin yaşadığı ünvana göndərib, telefonla Pərvinə zəng edib, 2300 manatı həmin adama verməsini xahiş etmişdir. Pərvin də pulu həmin adam vasitəsi ilə ona göndərmişdir. O, Pərvinə zəng edib, 2300 manatı aldığını və Cavidin İİ qrup əlillik dərəcəsi almasını bir neçə günə həll edəcəyini söyləmişdir. Pərvindən aldığı pulları xərcləyib qurtardıqdan sonra yenidən sonuncudan əlavə pul almaq məqsədi ilə 19 may 2020-ci il tarixdə Pərvinə zəng edib, Cavidin təqaüd işinin sistemə vurulduğunu deyib, Bakı şəhərində yaşayan və Tibbi SosialEkspert Komissiyasında işləyən bir nəfər tanışının işin sistemdən çıxması üçün əlavə 3000 manat pul istədiyini bildirib, Pərvindən əlavə pul verməsini xahiş etmişdir. Pərvin də pulunun olmadığını söyləmişdir. O, 3000 manat pulun son pul olduğunu, bundan əlavə pul istəməyəcəyini deyib, işin həll olması üçün həmin məbləğdə pulun tez bir zamanda verilməsinin vacib olduğunu söyləmişdir. Pərvin də pulunun olmadığı bildirib, kredit götürüb ona pul göndərə biləcəyini söyləmiş və 22 may 2020-ci il tarixdə MilliÖn aparatından ona 2951 manat pul göndərmişdir. O, həmin pulu alıb, Pərvinə zəng edib bildirmişdir. 2020-ci ilin iyun ayında Pərvin ona zəng edib, verdiyi sözə əməl etmədiyini deyib, yaxın günlərdə gəlib, verdiyi pulları geri alacağını bildirmişdir. O, işin bir neçə günə həll olunacağını söyləyib, Pərivndən vaxt istəmişdir. Pərvin isə razılaşmayıb bir neçə günə pulunu hazırlamasını tələb etmişdir. Bundan bir neçə gün sonra Pərvin xalası oğlu Fəridlə birlikdə Bakı şəhərinə onun yanına gəlib, verdiyi pulları geri istəmişdir. O, Pərivni inadırmaq üçün özü ilə Quran kitabı götürüb, əlini həmin kitaba qoyub Cavidin İİ qrup əlillik dərəcəsi almasını düzəldəcəyinə, iş alınmasa Pərvinə pulunu qaytaracağına and içmiş və Pərvinə iş adamı kimi bankdan bir milyon kredit götürəcəyini deyib, Pərvindən vaxt verməsini xahiş etmişdir. Pərvin də onun andına inanıb Yevlax şəhərinə qayıtmışdır. Bundan sonra Pərvin yenə bir neçə dəfə ona zəng edib Cavidin İİ qrup əllik dərəcəsi almasının nə yerdə olduğunu soruşmuşdur. O, da işin düzəlmək ərəfəsində olduğunu deyib, gözləməsini xahiş etmişdir. 2020-ciilin iyun ayının sonlarında müalicəsi üçün dərmanlarını almağa pulu olmadığına görə Pərvinə zəng edib Cavidin təqaüd işinin alınması üçün əlavə 2000 manat pul lazım olduğunu deyib, sonuncudan həmin məbləğdə pulu təcili ona çatdırmasını xahiş etdmişdir. Pərvin də pulu olmadığını deyib, ona verdiyi pulları geri qaytarmasını tələb etmişdir. O, yalvar-yaxar edərək, işin alınmadığı halda verdiyi pulları artıqlaması ilə qaytarcağına and içmiş və Pərivni inandırmışdır. Bundan sonra Pərvin taksi ilə ona 1600 manat pul göndərmişdir. O, həmin məbləğdə pulu alıb Pərvinə zəng edib, az müddətdə Cavidin İİ qrup əllik məsələsinin həll olunacağını bildirmişdir. Pərvindən aldığı həmin pulu da bir neçə günə şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra Pərvinlə telefonla danışarkən sonuncudan yenə əlavə pul almaq qərarına gəlib, Cavidin işi ilə bağlı “Papanin” hospitalından sənəd ala bilmədiyini, həmin sənədi alacağı halda Cavidin işinin tam həll olunacağını deyib, Pərvindən 500 manat pul istəmişdir. Pərvin də 500 manatı pulun olmadığını, evində 172 manat pulunun olduğunu söyləmişdir. O, həmin pulu təcili göndərməsini xahiş etmişdir. Pərivn də Bakı şəhərinə gələn tanımadığı taksi sürücüsü ilə ona 172 manat pul göndərmişdir. O, həmin puluda alıb pərvinə zəng edib, qalan pulu da yaxın günlərdə göndərməsini xahiş etmişdir. 2020-ci ilin iyul ayında xatırlamadığı gündə o, Bərdə rayonunda yaşayan tanışı Seyidəlinin yanından qayıdarkən yolüstü Yevlax şəhərində Pərvinə zəng edib sonuncunu yaşadığı evinə getmiş və Cavidin İİ qrup əllilik dərəcəsi almaq işi ilə bağlı sonuncu 300 manatı Pərvindən alıb, işin bir neçə günə işinin mütləq həll olunacağını deyib, Bakıya qayıtmışdır. Pərvindən aldığı həmin 300 manatı da əvvəl aldığı pullar kimi bir neçə günə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Pərvinin zənglərinə cavab verməmişdir. O, Zərərçəkmiş şəxs2 həyat yoldaşı Şahid1 İİ qrup əllilik təqaüdü düzəldəcəyini vəd verib, inandlraraq sonuncudan bir neçə dəfəyə olmaqla cəmi 11.823 manat pul almış, həmin puldan da heç kimə verməmişdir Bundan başqa, Şahid9 2016-cı ildən tanıyır. Sonuncu ilə köhnə tanışı Seyidəlinin vasitəsi ilə tanış olmuşdur. Bundan sonra aralarında normal tanışlıq münasibətləri yaranmışdır. O, Xırdalan şəhərinə gələndə Xəqani ilə görüşüb hal-əhval tuturmuş. Heydərlə də 2018-ci ildə o, bankdan kredit götürmək istəyən zaman tanış olmuş, həmin vaxtı sonuncu Bakı şəhərində yerləşən bankda işləyirmiş. Heydərlə tanış olduqdan sonra, sonuncu ilə əlaqələri davam etmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı gündə o, Heydərə zəng edib, Xırdalan şəhərinə parka çağırıb, Xırdalandakı çoxmərtəbəli yaşayış binasının alt mərtəbəsindəki qeyri-yaşayış hissəsinin satldığını bildirmiş və həmin yeri girov qoyub sələmi ilə pul götürməyi təklif etmişdir. Heydər də bunun mümkün olmayacağını deyib onunla razılaşmamışdır. Elə həmin vaxtı Heydərin Bakış əhərində ev alveri ilə məşğul olan tanışlarından biri kimsə sonuncuya zəng edib, Bakı şəhəri, Yasamal rayonu ərazisindəki MİDA-nın, yəni güzəştli şərtlərlə ipoteka krediti əsasında verilmiş 2 otaqlı mənzilin ilkin 8000 manat pulunu ödəmək şərti ilə satıldığını bildirib, həmin mənzilin satılmasında qazanc olacağını söyləmişdir. O, bunu eşitdiyinə görə Heydər ondan həmin mənzilə müştəri tapmasına köməklik etməyi xahiş etmiş və həmin mənzili 9000 manata satdıqları halda hərəsinə 500 manat zəhmət haqqı pulu qalacağını bildirmişdir. O, da razılaşmış və müştəri olduğu halda dərhal deyəcəyini söyləmişdir. Bundan təxminən 2 gün sonra o, Xəqaniyə zəng edib bu barədə sonuncuya məlumat vermişdir. Bir gün sonra o, Xırdalan şəhərınə gedib parkda Xəqani ilə görüşmüş və mənzilin 9000 manata satıldığını söyləmişdir. Həmin vaxtı Xəqani Xırdalan şəhərində yaşıyan Kəlbəcər rayonundan olan həmyerlisi Zamingilin ev almaq istədiklərini bildirib, sonuncularla danışdıqdan sonra ona bu barədə dəqiq bir söz deyəcəyini bildirmişdir. O, həmin ərəfədə müalicəsinə pul lazım olduğuna görə Xəqaniyə həmin mənizili alan adamlara mənzilin 10000 manata satıldığını deməsini xahiş etmiş və alınan puldan sonuncuya da verəcəyini bildirmişdir. Xəqani də onun xəstəliyinin müalicəsinə çox pul xərclədiyini bildiyinə görə özünə heçbir pul lazım olmadığını söyləyib, Zamingilə həmin mənzilin 10000 manata satıldığını deyəcəyini bildirmiş və ondan həmin alverin real olubolmadığını birdə soruşmuşdur. Xəqani ertəsi günü nahar vaxtı ona zəng edib mənzil alan adamların onunla görüşmək istədiklərini söyləmişdir. O, tək getməmək üçün Xəqanidən onunla həmin mənzil almaq istəyən şəxslərin yanına getməsini xahiş etmişdir. Həmin günü axaşam o, Xəqani ilə birlikdə mənzili almaq istəyən Zamingilin Xırdalan şəhərində yaşadıqları evə getmişdir. Zamingilə həmin mənzilin 73.000 manat olduğunu bildirib, ilkin olaraq həmin mənzilə görə 10000 manat verib, qalan məbləği də 15 il ərzində hər ay 256 manat ödəməklə ala biləcəklərini söyləmiş və Zamingil onun dedikləri ilə razılaşmışdır. Bundan sonra mənzili almaq istəyən Zaminin və onun həyat yoldaşı Təranə Sadıqovanın şəxsiyyət vəsiqəsinin surətlərini alıb, sənədləşmənin aparılması üçün notariat kontoruna verəcəyini bildirib, sənədləşmə işinə başlamaq üçün ilkin olaraq 5000 manat pul istəmişdir. Zamingildə də razılaşıb, həmin məbləğdə pulu sayıb onun yanında Xəqaniyə vermişlər. Xəqani də həmin pulun verilməsini rəsmiləşdirmək üçün birlikdə notoriat kontoruna getməyi təklif etmişdir. O, razılaşıb, Xəqani, Zamin və sonuncunun həyat yoldaşı Təranə ilə birlikdə Xırdalan şəhəri 1 saylı notariat kontoruna getmişlər. Lakin həmin vaxtı onun şəxsiyyət vəsiqəsi üstündə olmadığına görə sənədləşmə işi alınmadan, geriyə Zamingilə qayıtmaq qərarına gəlmişlər. Həmin vaxtı Xəqani Zamindən aldığı 5000 manat pulu sonuncuya qaytarıb, harasa öz işinin dalınca getmişdir. O, Zaminlə və sonuncunun həyat yoldaşı ilə birlikdə Zamingilə getmiş və orada işin tez həll olmasıüçün 5000 manatı verməsini söyləmişdir. Zamin Xəqaniyə zəng edib həmin məbləğdə pulu ona heç bir sənədləşmə olmadan vermək istəmədiyini söyləmişdir. Bundan az sonra Xəqani yenidən Zamingilə gəlmiş və Zamində Xəqaniyə inandığını söylədikdən sonra Xəqani həmin 5000 manat pulu Zamindən alıb ona vermişdir. O, həmin məbləğdə pulu mənzili satan adama beh olaraq verəcəyini söyləmiş və qalan 5000 manatı da 2021-ci ilin yanvar ayının 10-na kimi hazır etməsini deyib getmişdir. Təxminən 2 gün sonra Heydərlə telefon əlaqəsi saxlayıb, Bakı şəhərində Hərbi Hospitalın yaxınlığında Heydərlə görüşüb mənzili almaq istəyən şəxslərin, yəni Zamingilin sənədlərini ona vermiş və sonunculara həmin məzilin 10000 manata satıldığını söylədiyini bildirib, pulun hələ tam hazır olmadığını söyləmişdir. Heydər də sənədləri ondan alıb Zamingilin güzəştli şərtlərlə mənzil ala bilib-bilməmələrini yoxlatdıracağını söyləyib çıxıb getmişdir. Bundan sonra o, Zamigildən aldığı 5000 manatı müalicə üçün dərman almağa xərcləmişdir. Təxminən bir həftə sonra Heydər ona zəng edib Zaminin həyat yoldaşı Təranənin yaş həddinə görə həmin mənzili almaq hüququ olduğunu bildirib, ilkin ödəniş etmək üçün pulu gətirməsini xahiş etmişdir. Bundan dərhal sonra o, Zaminə zəng edib alacaqları mənzilin sahibinin xəstəsinin vəziyyətinin pis olduğuna görə təcili pul lazım olduğunu, qalan 5000 manatı da təcili istədiyini söyləmiş və həmin pulu 2020-ci ilin dekabr ayının 15-dək vermək lazım olduğunu bildirmişdir. xx.xx.2020-ci il tarixdə Zaminlə telefon əlaqəsi saxladıqdan sonra sonuncuların yaşadıqları evə getmişdir. Zamin də bankdan 2500 manat kredit götürdüyü pulu ona vermək istədiyini bildirib, Xəqaniyə zəng edib bu barədə söyləmişdir. Xəqani də Zaminə notariat kontorunda sənədləşmə apardıqdan sonra pulu ona verməyi məsləhət gördükdən sonra, Zaminlə Xırdalan şəhərindəki notariat kontoruna gedib kredit müqaviləsi bağlamışdar. Bundan sonra Zamin 2500 manat pulu ona vermiş və bu barədə Xəqaniyə telefonla məlumat vermişdir. Bundan sonra Zamin qohumlarının bankdan 2500 manat kredit götürüb borc kimi ona verəcəyini bildirib, qalan pulun dalınca xx.xx.2020-ci ildə gəlməsini söyləmişdir. Bundan az sonra Xəqani ona zəng edib, Heydərin ona zəng edərək Zamingilə ev almaq üçün vəd verdiyi pulu vermədiyini dediyini bildirmişdir. O da Zamindən aldığı əvvəlki 5000 manatı müalicəsinə xərclədiyini söyləmişdir. Xəqani bunu eşidən kimi onunla görüşmək istədiyini bildirmişdir. Bir neçə dəqiqədən sonra onlar Xırdalan şəhərindəki parkda görüşmüşlər. Xəqani Zamindən aldığı 2500 manatı da öz ehtiyaclarına xərcələyəcəyindən qorxub həmin pulu Heydərə özü verəcəyini deyib, 2500 manat pulu ondan almışdır. 18 dekabr 2020-ci il tarixdə Zamin ona zəng edib qalan 2500 manatı vermək istədiyini bildirmişdir. Bundan az sonra Xırdalanda yenə həmin notariat kontorunda görüşmüş, müqavilə bağladıqdan sonra Zamin 2500 manat pulu ona vermişdir. O, həmin məbləğdə pulu alıb, mənzili satan makler Heydərin 2021-ci ilin yanvar ayının 20-də onunla görüşüb onları alacaqları mənzilə baxmağa aparacaqlarını və bundan sonra da sənədləşmə işlərinə başlayacağını söyləyib, Zamindən ayrılmışdır. Bundan 2-3 dəqiqə sonra Xəqani ona zəng edib, görüşmək istədiyini bildirmişdir. Az sonra onlar yenə Xırdalan şəhərindəki parkda görüşmüşlər. Xəqani yenə Zamindən aldığı 2500 manatıondan istəmiş və o, dərmanlarını almaq və müayinələrdən keçmək üçün pul lazım olduğunu deyib, həmin pulun 800 manatını bir həftə sonra bankdan kredit götürüb əvvəl aldığı 5000 manatla birlikdə qaytarmaq şərti ilə götürüb, 1700 manatını Xəqaniyə vermişdir. Xəqani buna etiraz edib, pulları Heydərə çatdıracağını deyib, həmin 800 manatı da ondan tələb etsə də o, yalvar-yaxar edib bir həftə sonra qaytaracağını deyib, Xəqanidən ayrılıb yaşadığı evə getmiş və həmin 800 manatı da bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. 2021-ci ilin yanvar ayının axırlarında Heydər mənzili satan adamların xəstələndiyini və xəstəxanada olduğunu söyləmişdir. O, da bu barədə Zamingilə məlumat verib, alacqları mənzilə baxmalarının hələki mümkün olmadığını söyləyib gözləmələrini xahiş etmişdir. Bundan bir neçə gün sonra Zamingil ona zəng edib Heydərlə görüşdürməyi tələb etməyə başlamışdır. O, Zamingildən aldığı pulun 5800 manatını xərclədiyinə görə Heydərin bunu bilməməsi üçün, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Bundan təxminən 2 ay sonra Heydər Zamingillə görüşüb onun sonunculardan aldığı pulun 5800 manatını öz ehtiyaclarına xərclədiyini bilmişlər. Bundan sonra Xəqani ona zəng edib 5800 manatı təcili tapıb qaytarmasını tələb etmişdir. O, yaxın günlərdə qaytaracağını söyləsə də qaytara bilməmişdir. Bundan bir müddət sonra Xəqani onu Zamingilə çağırıb sonuncuların ona verdikləri pulları qaytarmasını tələb etmişdir. O, pulu qaytaracağına söz versə də, pulu qaytara bilməmişdir. O, Zamindən sonuncuya mənzil almaq üçün köməklik edəcəyini vəd verərkən niyyəti Zamingilin 10000 manat pulunu aldadaraq ələ keçirmək olsa da, Xəqani buna mane olub həmin pulun 4200 manatını ondan alıb özü Heydərə göndərəcəyini bildirmişdir. Ona görə də o, Zaminin verdiyi pulun cəmi 5800 manatını öz ehtiyaclarına xərcləmişdir. Qalan 4200 manatı Xəqani Heydərə vermək adı ilə ondan almışdır. Sonda o, vurulmuş ziyanın qismən ödənilməsini, törətdiyi əməldən peşman olmasını nəzərə alıb yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2011-ci il tarixdə Yevlax şəhər sakini Şahid1 ilə birlikdə rəsmi nikahla ailə qurmuşdur. Onun Cavidlə birgə nikahlarından iki oğlan övldları vardır. X9 11 yaşı, Fariz Qulizadənin isə 9 yaşı vardır. Həyat yoldaşı Cavid 2013-cü il tarixdə Müdafiə Nazirliyinin Yevlax rayonu Malbinəsi kəndində yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət aparmış və avtomobil sürücüsüvəzifəsində işləmişdir. 2016-cı ilin aprel ayında Qarabağda baş vermiş döyüş zamanı Cavid başından xəsarət aldığına görəəvvəlcə Ağcabədi rayonu, Sarıcalı kəndində yerləşən hərbi hospitalda, sonra isə Bakışəhərində yerləşən “Papanin” adlı hərbi hospitalda 90 gün müddətində stasionar şəkildə müalicə olunmuşdur. Bədən xəsarətləri sağalsa da, hərbi xidmətə yararsız olduğuna görə işdən çıxarılmışdır. Hərbi hospitalda müalicə aldığı vaxtı orada işləyən tanımadığı bir həkim ona Cavidə xəsarətlə bağlı təqaüd pulunun düşdüyünü dediyinə görə, sənədlərini toplayıb müvafiq orqanlara müraciət etməyi məsləhət görmüşdür. Onlar həmin sənədləri düzəldib, Cavidin təqaüd almağı ilə bağlı müvafiq orqanlara göndərmişlər. Az sonra Cavidin təqaüd almağı ilə bağlı göndərdikləri sənədlərinə imtina cavabı gəlmişdir. 17 dekabr 2019-cu il tarixdə Cavidin Bərdə rayonu, Cicimli kəndində yaşayan dayısı Şahid4 yaşadıqları evə qonaq gəlmişdir. Onlar Cavidin təqaüd məsələsi ilə bağlı söhbət edərkən, Bəkir onlara “bir yaxın adam var, belə işlərlə məşğuldur, qoy mən onunla danışım, sizə bir söz deyim” sözlərini demişdir. 21 dekabr 2019-cu il tarixdə Bəkir ona zəng edərək, Cavidin təqaüd almaq məsələsi ilə bağlı onları evinə dəvət etmişdir. Bu təklifdən sonra Cavidlə o, xalası oğlu Fəridin idarə etdiyi avtomobillə Bərdə rayonu, Cicimli kəndinə, Bəkirin yaşadığı evə getmişlər. Bəkirin evində əvvəllər Seyidəli ağa kimi tanıdığı, Şahid7 da gəlmişdir. Bəkir onları Şahid7la tanış etmişdir. Bundan sonra Bəkir onlara “Seyidəli ağanın Bakıda adamı var, gedək ora, həmin adam Cavidin işini düzəldəcək” sözlərini demişdir. Əli də onalara Bakı şəhərində bir xanımın təqaüd işləri ilə məşğul olduğunu, dəqiq insan olduğunu bildirmişdir. Bundan sonra 24 dekabr 2019-cu il tarixdə saat 05 radələrində o, Cavid, Fərid, Bəkir və Əli ilə birlikdə Fəridin idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Bakı şəhərinə getmişlər. Saat 09 radələrində onlar Əlinin Bakı şəhəri, Tbilisi prospekti ev 57-də yerləşən ofisinə getmişlər. Əli mobil telefonla bir nəfər şəxsə zəng edib danışdıqdan sonra, saat 11 radələrində ofisə sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi bir qadın gəlmişdir. Əli həmin qadınla görüşüb onları tanış etmiş və Fəxriyyənin Cavidin təqaüd işinə kömək edəcəyini bildirmişdir. X10 müharibə vaxtı başından xəsarət aldığını, sənədlərinin toplanıb təqaüd alınması üçün bir dəfə sistemə vurulduğunu, lakin əlillik dərəcəsinin verilmədiyini demiş və Fəxriyyə, Cavidin sənədlərini ondan istəmişdir. O, sənədləri Fəxriyyə vermiş, sonuncu həmin sənədlərə baxaraq “bu hazır işdir, iki vur ikidir” sözlərini demişdir. Fəxriyyə Bakı şəhərində yerləşən Tibbi Sosial Ekspert Komissiyasında yaxın tanışının olduğunu, həmin tanışının vasitəsi ilə Cavidə əlillik dərəcəsi düzəldəcəyini bildirmişdir. O, isə Fəxriyyəyə həkimlərin Cavidə İİİ qrup əlillik dərəcəsinin veriləcəyini dediklərini bildirmişdir. Fəxriyyə Cavidə İİİ qrup deyil, İİ qrup əlillik dərəcəsi düzəldəcəyini və bunu bir həftə müddətində edəcəyini deyib, bunun müqabilində onlardan 5000 manat pul istəmişdir. Əli Fəxriyyəyə “pul məndədir, sən Cavidin işini düzəlt, pulu sonra məndən al” sözlərini demişdir. Fəxriyyə Əli ilə razılaşmamış, pulun əvvəlcə verilməli olduğunu demişdr. Onlar Fəxriyyəyə 5000 manatın çox olduğunu dedikdən sonra, sonuncu mobil telefonla kiminləsə danışmış və sonra 1000 manat aşağı düşdüyünü demişdir. O, Fəxriyyənin kiminlə və nə danışdığını bilməmişdir. Fəxriyyə onlardan 4000 manat pul istəmiş və o, Cavidin təqaüd işi ilə bağlı Fəxriyyəyə 4000 manat pul verməyə razı olduğunu bildirmişdir. Fəxriyyə Cavidin sənədlərinin surətini çıxarıb götürmüş, o, isə Fəxriyyəyə 1000 manat pul vermiş və bu pulu verərkən mobil telefon vasitəsi ilə Fəxriyyəni video çəkilişlə qeydə almışdır. Əli də Fəxriyyəyə “elə bil 3000 manat da məndədir, sən işi düzəlt, sonra pulu məndən götür” sözlərini demişdir. Daha sonra həmin gün Yevlax şəhərinə qayıtmışlar. Təxminən 28 dekabr 2019-cu il tarixdə Fəxriyyə mobil telefonla ona zəng edib, qalan 3000 manat pulu dərhal göndərməsini, əks təqdirdə Cavidin işinin alınmayacağını bildirmişdir. O, da 3000 manat pulu Cavidə İİ qrup əlillik dərəcəsi verildikdən sonra göndərəcəyimi söyləmiş və bundan sonra Fəxriyyəyə pul göndərməmişdir. 2020-ci ilin yanvar ayının əvvəlində Fəxriyyə mobil telefonla yenə ona zəng edib “qadan alın, başına dönüm, pul ödənməlidir, ödənməsə iş alınmır” sözlərini deyərək, ondan pulu göndərməsini xahiş etmişdir. Fəxriyənin təkidli xahişindən sonra o, 13 yanvar 2020-ci il tarixdə Yevlax şəhər mərkəzi poçtundan Bakı şəhərinə Təqsirləndirilən şəxs adına 2150 manat pul göndərmiş və zəng edərək, Fəxriyyəyə bu barədə bildirmişdir. Sonra Fəxriyyə ona zəng edərək, 2150 manat pulu poçtdan götürdüyünü, qalan pulu da göndərməsini demişdir. 16 yanvar 2020-ci il tarixdə o, yenidən Yevlax şəhər mərkəzi poçtundan Təqsirləndirilən şəxs adına 500 manat pul göndərmiş və zəng edib bu barədə Fəriyyəyə bildirmişdir. Fəxriyyə də zəng edərək, 500 manat pulu götürdüyünü, qalan 350 manat pulu da göndərməsini xahiş etmişdir. Bundan sonra o, xalası oğlu Fəridə 300 manat pul verərək, həmin pulu poçt vasitəsi ilə Fəxriyyəyə göndərməsini xahiş etmiş, Fərid də Yevlax şəhər mərkəzi poçtundan Fəxriyyənin adına 300 manat pul göndərmişdir. Bundan az sonra Fəxriyyəyə ona zəng edib, 300 manatı pulu götürdüyünü bildirmişdir. Təxminən xx.xx.2020-ci il tarixdə o, Cavidlə birlikdə yol avtomobili ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində Əlinin ofisinin yaxınlığındakı «Araz» marketdə Fəxriyyə ilə görüşmüş və sonuncun yanında bir nəfər şəxs olmuş, Fəxriyyə həmin şəxsin Vaqif olduğunu bildirib, Cavidin işini Vaqif vasitəsi ilə gördüyünü bildirmişdir. Vaqif ona «Cavidin işini görən mənəm, puldan çatışmayan pul var» sözlərini demişdir. Bundan sonra Vaqif ona bu işin həlli üçün 5000 manat pul lazım olduğunu bildirmiş, lakin o, həmin şəxsə pul verməmiş və yenidən Yevlax şəhərinə qayıtmışdır. 24 yanvar 2020-ci il tarixdə Fəxriyyə ona zəng edərək, Cavidin təqaüd işi ilə bağlı bəzi sənədlərin alınmalı olduğunu, bunun üçün 500 manat pul lazım olduğunu demiş və ona həmin məbləğdə pul göndərmək lazım olduğunu söyləmişdir. O, Fəxriyyəyə Cavidin təqaüd məsələsini 4000 manata düzəltməyə söz verdiyini xatırlatmış və nə səbəbə əlavə pul istədiyini soruşmuşdur. Fəxriyyə Cavidin təqaüd almaq işinin yarımçıq qaldığını, işin düzəlməsi üçün 500 manat pul lazım olduğunu söyləmişdir. 25 yanvar 2020-ci il tarixdə o, 500 manat pulu Yevlax şəhər mərkəzi poçtundan X5 vasitəsi ilə Fəxriyəyə göndərmişdir. Bundan az sonra Fəxriyyə zəng edib, həmin pulu götürdüyünü bildirmişdir. 2020-ci ilin fevral ayında onun mobil telefonuna Cavidin İİİ qrup əlillik dərəcəsi verilməsi barədə sms gəlmişdir. Cavidə həmin əlillik dərəcəsini onların özlərinin göndərdikləri sənədlər əsasında verildiyini bilmişdir. Bundan sonra Fəxriyyəyə verdiyi 4450 manat pulu geri almaq qərarına gəlmişdir. 17 fevral 2020-ci il tarixdə o, Bakı şəhərinə gedib, Nərimanov parkında Fəxriyyə ilə görüşmüş və Cavidə Dövlət tərəfindən İİİ qrup əlillik dərəcəsi verildiyini bildirib, 4450 manat pulu qaytarmasını demişdir. Fəxriyyə də aprel ayının sonunadək həmin pulun müqabilində Cavidin əlilliyini İİ qrup edəcəyinə söz verib, vaxt istəmiş və qələmlə əlyazma formasında kağıza bu barədə qeyd edib ona vermişdir. O, 2020-ci ilin aprel ayınadək gözləmiş, lakin Cavidin İİ qrup əlillik dərəcəsini düzəltməmişdir. O, Fəxriyyəyə zəng edib bu barədə soruşurmuş, Fəxriyyə hər dəfə ondan vaxt istəyib, gözləməsini xahiş edirmiş. 06 aprel 2020-ci il tarixdə Fəxriyyə ona zəng edərək, Cavidin təqaüd işi ilə bağlı 2500 manat pul istəmişdir. Həmin vaxt o, 2300 manat məbləğində pulun olduğunu söyləyib, sonuncuya həmin məbləğdə pul verə biləcəyini söyləmişdir. Fəxriyyə də tanışı tanışı «Pərvizi» onların yaşadıqları ünvana göndərib, telefonla həmin 2300 manatı həmin şəxsə verməsini xahiş etmiş və o, həmin pulu Fəxriyyənin göndərdiyi adama xx.xx.2020-ci il tarixdə vermişdir. Fəxriyyə sonra ona zəng edərək, göndərdiyi 2300 manat pulu aldığını demişdir. 19 may 2020-ci il tarixdə Fəxriyyə ona zəng edərək, Cavidin təqaüd işinin sistemə vurulduğunu deyib, Bakı şəhərində yaşayan və Tibbi Sosial Ekspert Komissiyasında işləyən bir nəfər tanışının işin sistemdən çıxması üçün əlavə 3000 manat pul istədiyini bildirmiş, o, pululunun olmadığını söyləmiş, lakin Fəxriyyə 3000 manat pulun son pul olduğunu, bundan əlavə pul istəməyəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə o, bakı şəhərinə gedib Fəxriyyə ilə görüşmüş, Fəxriyyə həmin qadının Tibbi Sosial Ekspert Komisiyasında işləyən və Cavidin təqüd işini görən Vaqif müəllimin saxladığı Aytən adlı qadın olduğunu bildirmişdir. Aytən adlı qadın Cavidini işi ilə bağlı ondan 3000 manat pul istəmiş, lakin onun olmadığı üçün kredit pul götürmək qərarına gəlib, 22 may 2020-ci il tarixdə Yevlax şəhərindəki “Kredit Evi”nə gedib, bir neçə ədəd qızılları həmin kredit evinə girov qoyub oradan 3151 manat məbləğində kredit pul götüb, Fəxriyyəyə zəng edib bu barədə söyləmişdir. Fəxriyyə də ona plastik kart şəkili göndərib, 3000 manat pulu həmin karta vurmasını söyləmşdir. O, 22 may 2020-ci il tarixdə Yevlax şəhərində yerləşən “Üç qardaş” mağazasındakı MilliÖn aparatından 2951 manat pulu Şahid8o oğlunun kart hesabına köçürmüşdür. Az sonra Fəxriyyə ona zəng edərək, pulun karta oturduğunu və pulu kartdan çıxarıb Aytənə verəcəyini söyləmişdir. 2020-ci ilin iyun ayında o, Fəxriyyənin Cavidin işi ilə məşğul olmadığını görüb, ona verdiyi pulları geri almaq qərarına gəlmiş və Fəridlə birlikdə Bakış əhərinə gedib Fəxriyyə ilə görüşmüşdür. Həmin vaxtı Fəxriyyə özü ilə Quran kitabı gətirib vəəlini Quran kitabına qoyaraq “bu Quran haqqı Cavidin işini düzəldəcəm, iş alınmasa pulunu qaytaracam” sözlərini deyib, iş adamı olduğunu, bir milyon kredit götürdüyünü və onlardan bir az vaxt istəmişdir. O, Fəxriyyənin andına inanıb Yevlax şəhərinə qayıtmışdır. Bundan sonra o, yenə də mobil telefon vasitəsi ilə Fəxriyyə ilə danışıb Cavidin işi barədə soruşmuş, Fəxriyyə hər dəfə müxtəlif bəhanələr gətirib, aldadırmış. Həmin ərəfədə Fəxriyyə ona Cavidin işinin Firudun adlı şəxsin gördüyünü, sonuncunun qohumunun yüksək fəzifələrdə işlədiyini və sonuncunun ona zəng edəcəyini bildirmişdir. Firudun Fəxriyyənin telefon nömrəsi ilə ona zəng edərək, Cavidin işini həll edəcəyini, işin hazır olduğunu, iş düzəlmədikdə Fəxriyyənin onun pulunu qaytaracağını söyləmişdir. 2020-ci ilin iyun ayının sonlarında Fəxriyyə ona Cavidin təqaüd işinin alınması üçün əlavə 2000 manat pul lazım olduğunu deyib, ondan həmin məbləğdə pulu təcili çatdırmaq lazım olduğunu söyləmişdir. O, isə pulun olmadığını deyib, Fəxriyyədən verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Fəxriyyə isə yalvar-yaxar edərək, onu inandırıb, işin alınmadığı halda verdiyi pulları artıqlaması ilə qaytarcağına and içmişdir. Bundan sonra o, evdə olan 1600 manat pulu xalası oğlu Fəridə verib taksi ilə Bakı şəhərinə Fəxriyyəyə çatdırmasını xahiş etmişdir. Fərid də həmin məbləğdə pulu tanımadığı taksi ilə Fəxriyyəyə göndərmişdir. Bundan az sonra Fəxriyyə ona zəng edib həmin pulu aldığını və az müddətdə Cavidin İİ qrup əllik məsələsinin həll olunacağını bildirmişdir. Bundan bir neçə gün sonra Fəxriyyə onunla danışarkən Cavidin işi ilə bağlı “Papanin” hospitalından sənəd ala bilmədiyini, həmin sənədi alacağı halda Cavidin işinin həll olunacağını deyib, ondan 500 manat pul istəmişdir. O, Fəxriyyəyə 500 manat pulun olmadığını, 172 manat pulunun olduğunu demişdir. Bundan sonra Cavidə həmin pulu verib Fəriyyəyə göndərməsini xahiş etmişdir. Cavid də tanımadığı taksi avtomobili ilə Fəxriyyəyə 172 manat pul göndərmişdir. Fəxriyyə həmin pulu götürdüyünü ona zəng edib bildirmişdir. 2020-ci ilin iyul ayında xatırlamadığı gündə saat 14 radələrində Fəxriyyəonun yaşadığı evə gəlib, Vergilər İdarəsində işi olduğu üçün Yevlax rayonuna gəldiyini bildirmiş və Cavidin İİ qrup əllilik almaq işi ilə bağlıondanəlavə 300 manat pul istəmişdir. O, Cavidin yanında Fəxriyyəyə 300 manat pul vermişdir. Fəxriyyəonun işinin mütləq həll olunacağını deyib getmiş, lakin verdiyi vədinəəməl etməyib, onun 11.823 manat pulunu aldadaraq dələduzluq yolu iləələ keçirmişdir. O, Fəxriyyə verdiyi pulları kredit formasında götürdüyüüçün həmin pullara görə banklara əlavə olaraq 4500 manat pul ödəmişdir. Fəxriyyə ona ümumilikdə 15.000 manat məbləğində ziyan vurmuşdur. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, 2019-ci ilin noyabr ayında Abşeron rayonu, Xırdalan şəhərində təsadüfən həmyerlisi Şahid9 ilə tanış olmuşdur. Bundan sonra onların münasibətləri daha da yaxınlaşmışdır. Tez-tez telefonla əlaqə saxlayıb görüşüb hal-əhval tutmuşlar. 2020-ci ilin dekabr ayının 5-də Xəqani ona zəng edib Bakışəhəri, Yasamal rayonu ərazisindəki MİDA yaşayış kmpleksində bir nəfərin 3 otaqlı mənzilini güzəştli şərtlərlə satmaq istədiyini bildirib ona həmin mənzili almağı məsləhət görmüşdür. O, Xəqanini evlərinə dəvət edib, məsələni ailəüzvüləri ilə müzakirə etdikdən sonra razılaşmışlar. Bundan sonra Xəqani Fəxriyyə adlı tanışına zəng edib evəçağırmış və həmin mənzilin alınmasında onlara köməklik edəcəyini söyləmişdir. Fəxriyyə də 3 otaqlı həmin mənzilin 73.000 manat olduğunu bildirib, ilkin olaraq həmin mənzilə görə 10.000 manat verib, qalan məbləği də 15 il ərzində hər ay 256 manat ödəməklə ala biləcəklərini söyləmiş və onlar sonuncu ilə razılaşmışlar. Bundan sonra Fəxriyyə onun vəhəyat yoldaşı Təranə Sadıqovanın şəxsiyyət vəsiqəsinin surətlərini alıb, sənədləşmənin aparılmasıüçün notariat kontoruna verəcəyini bildirib, sənədləşmə işinə başlamaq üçün ilkin olaraq 5000 manat pul istəmişdir. O, da həmin məbləğdə pulu sayıb Xırdalan şəhərindəki evində Xəqaniyə vermişdir. Sonucu da həmin pulun verilməsini rəsmiləşdirmək üçün natoriat kontoruna getməyi təklif etmişdir. Xəqaninin sözündən sonra onlar, yəni Xəqani, özü və həyat yoldaşı birlikdə Xırdalan şəhəri 1 saylı notariat kontoruna getmişlər. Lakin, həmin vaxtı Fəxriyyənin şəxsiyyət vəsiqəsi üstündə olmadığına görəonlar sənədləşmə işi edə bilməyib, geriyəyaşadıqları evə qayıtmışlar. Həmin vaxtı Xəqani ondan aldığı 5000 manat pulu özünə qaytarıb, harasa öz işinin dalınca getmişdir. O, həyat yoldaşıvə Fəxriyyə ilə birlikdə yaşadığım evə qayıdan zaman, Fəxriyyə 5000 manatı ona verməsini söyləyəndəo, Xəqaniyə zəng edib həmin məbləğdə pulu Fəxriyyəyə heç bir sənədləşmə olmadan vermək istəmədiyini bildirmişdir. Onun bu sözündən sonra Xəqani yenidən onlara gəlmiş və ona inanıb-inanmadığını soruşmuşdur. O, Xəqaniyə inandığını söylədikdən sonra, Xəqani həmin 5000 manat pulu ondan alıb onların yanında Fəxriyyəyə vermişdir. Fəxriyyə dəhəmin pulu, alacaqları evin sahibinə beh olaraq verəcəyini söyləmiş və qalan 5000 manatı da 2021-ci ilin yanvar ayının 10-na kimi hazır etmək lazım olduğunu ideyib çıxıb getmişdir. Bundan bir neçə gün sonra Fəxriyyəona zəng edib alacağı evin sahibinin xəstəsinin vəziyyətinin pis olduğuna görə,sonuncuya təcili pul lazım olduğunu bildirib, qalan 5000 manatı da təcili istədiyini söyləyib həmin pulu 2020-ci ilin dekabr ayının 15-dək vermək lazım olduğunu bildirmişdir. Bundan sonra anası Aybəniz «Kapital banka» gedib 2500 manat kredit pul götürmüşdür. xx.xx.2020-ci il tarixdə Fəxriyyəonunla telefon əlaqəsi saxladıqdan sonra yaşadıqları evə gəlmişdir. O, Xəqaniyə zəng edib bu barədə söyləmiş, sonuncu da Fəxriyyəyə notariat kontorunda sənədləşmə apardıqdan sonra pulu verməsini məsləhət görmüşdür. O, Xəqaninin dediyi kimi Fəxriyyə ilə Xırdalan şəhərindəki həmin notariat kontoruna gedib kredit müqaviləsi bağladıqdan sonra 2500 manat pulu Fəxriyyəyə vermiş və bu bardə Xəqaniyə telefonla məlumat vermişdir. Xəqani də qalan 2500 manatı da notariat kontoru vasitəsi ilə verməsini məsləhət görmüşdür. O, xalasının baldızının bankdan 2500 manat kredit götürüb borc kimi onlara verəcəyinəəmin olduğu üçün Fəxriyyəyə qalan pulun dalınca xx.xx.2020-ci ildə gəlməsini söyləmişdir. Fəxriyyə də həmin günü gəlmiş vəo, yenə notariat kontaorunda müqavilə bağladıqdan sonra 2500 manat pulu sonuncuya vermişdir. Fəxriyyə də pulu alıb evi satan makler Heydərin 2021-ci ilin yanvar ayının 20-də sonuncu ilə görüşüb onları alacaqları mənzilə baxmağa aparacağını və bundan sonra da sənədləşmə işlərinə başlayacağını söyləyib getmişdir. Fəxriyənin dediyi müddət başa çatdıqdan sonra o, Fəxriyyənin onlarlaəlaqə saxlamadığını görüb sonuncuya zəng etmişdir. Fəxriyyə Heydərin xəstələndiyini və xəstəxanada olduğunu söyləmişdir. O, Fəxriyyədən onu Heydərlə görüşdürməsini tələb etməyə başlamış, lakin Fəxriyyə müxtəlif bəhanələrləonu Heydərlə görüşdürməkdən boyun qaçırmışdır. Bundan təxminən 2 ay sonra həmin Heydər Xəqaniyə zəng etdikdən sonra,onların yaşadığı evə gəlib Xəqaninin ona cəmi 4200 manat pul verdiyini deyib, qalan 5800 manatı nə vaxt verəcəklərini soruşmuşdur. O, da həmin mənzili almaq üçün Fəxriyyəyə 3 dəfəyə olmaqla 10.000 manat pul verdiyimi söyləmiş və bunun ardınca Xəqaniyə zəng edib bu barədə soruşmuşdur. Xəqani dəona narahat olmamağı tövsiyə edib, 2-3 günə bu məsələni həll edəcəyini bildirmiş,lakin, həll edə bilməmişdir. Bundan bir müddət sonra Xəqani Fəxriyyəni onların evinə gətirmişdir. Fəxriyyə dəaldığı 10.000 manatı 2-3 günə qaytarcağına söz vermiş, lakin qaytarmamışdır. Onlar da aldandıqlarını başa düşüb, bu barədə Abşeron RPİ-nə şikayət ərizəsi yazmışlar. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, şahid qismində dindirilən Şahid1 həyat yoldaşı Zərərçəkmiş şəxs2 ifadəsində dediklərini təsdiq edərək, istintaqa analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Bakı şəhərində yerləşən “Ulu Zirvə” qəzetinin təsisçisi və baş redaktoru işləyir. Bundan başqa o, Türkiyə Azərbaycan qardaşlıq partiyasının təsisçisi X17 Ağa MMC-nin baş direktoru işləyir. Adı Əlidir, lakin, hamı onu Seyid Əli və ya X18 Qarabağlı kimi tanıyır. Yevlax şəhərində yaşayan Zərərçəkmiş şəxs2o, əvvəllər tanımamışdır. Onun Pərvinlə qohumluğu yoxdur, aralarında ədavət, düşmənçilik olmamışdır. 2019-cu ilin dekabr ayında xatırlamadığı gündə Bərdə rayonu Cicimli kəndində yaşayan Şahid4 evinə qonaq getmişdir. Evdə Bəkir ailə üzvləri ilə birlikdə olmuşdur. O, Bəkirlə görüşüb hal-əhvalını tutmuş və həmin vaxt Bəkirin evinə bacısı oğlu Cavid arvadı Pərvinlə birlikdə gəlmişlər. Bəkir onu Cavid və Pərvinlə tanış etmişdir. Bəkir söhbət edərək, Cavidin əvvəllər hərbiçi işlədiyini, 2016-cı ilin aprel ayında döyüş vaxtı yaralandığını, Cavidə əllilik dərəcəsinin verilmədiyini, Pərvinin Cavidə əlillik dərəcəsi almaq üçün çalışdığını demişdir. Bəkir ondan Cavidin işinə kömək etməsini xahiş etmişdir. O, Bəkirə Cavidin xəsarət aldığı halda müvafiq orqanlara müraciət etməsini, Cavidə əlillik dərəcəsinin düşdüyü halda həmin orqanların ona əlillik dərəcəsi verəcəyini demişdir. Bəkir ona Pərvinin Cavidə əlillik dərəcəsi düzəltmək üçün sənədləri toplayıb sistemə vurduqlarını, lakin, Cavidə əllilik dərəcəsi verilmədiyini demişdir. Bundan başqa o, 2014-cü il tarixdə Bakı şəhərində Dini Araşdırmalar mərkəzində işləyən zaman, Təqsirləndirilən şəxs da həmin mərkəzdə işləmişdir. Həmin vaxtdan onun Fəxriyyə ilə münasibəti yaranmışdır. Fəxriyyə ona ehtiyac olduqda yaxın adamlarını xəstəliklə əlaqədar olaraq pulsuz təqaüdə çıxara biləcəyini demişdir. Bu səbəbdən o, Cavidə əlillik dərəcəsi verilməsinə kömək etməsi üçün Fəxriyyəyə müraciət etmək qərarına gəlmişdir. Bu səbəbdən o, Bəkirə, Cavidə və Pərvinə Fəxriyyə haqqında məlumat vermişdir. O, Bakı şəhərində yaşayan Fəxriyyə adlı qadın tanışının olduğunu, Fəxriyyənin ona təqaüd işləri görə bildiyini demişdir. Bir neçə gün sonra o, Bəkir, Pərvin, Cavid və Fərid sonuncunun idarə etdiyi avtomobillə Bakı şəhərinə getmişlər. Onlar Bakışəhəri Tbilisi prospektində yerləşən özünə məxsus ofisə getmişlər. Həmin vaxt o, istifadə etdiyi mobil telefonla Fəxriyyəyə zəng edərək, sonuncunu ofisə çağırmışdır. Fəxriyyə ofisə gəldikdən sonra o, Cavidi və Pərvini Fəxriyyə ilə tanış etmişdir. O, Fəxriyyəyə Cavidin hərbiçi işlədiyi vaxt xəsarət aldığını, Cavidə İİ qrup əlillik dərəcəsi düzəltməyə kömək etməsini demişdir. Fəxriyyə Cavidin sənədlərinə baxaraq ona İİ qrup əlillik dərəcəsi düzəldə biləcəyini, həmin işin onun əlində asan bir iş olduğunu demişdir. Cavidə İİ qrup əlillik dərəcəsi düzəltmək üçün Fəxriyyə Pərvindən 5000 manat pul istəmişdir. Pərvin Fəxriyyəyə 5000 manat pulunun olmadığını, Cavidin işinə görə çox pul istədiyini demişdir. Fəxriyyəyə Cavidin işini 4000 manat pula düzəldəcəyini demişdir. Pərvin Cavidin işinə görə 4000 manat pul verməyə razı olmuşdur. O, Fəxriyyəyə 4000 manat pulu Cavidin işini düzəltdikdən sonra Pərvindən almasını demişdir. O, Fəxriyyəyə 4000 manat pulun onda olduğunu, Cavidin işini tam qurtardıqdan sonra həmin pulu Fəxriyyəyə verəcəyini demişdir. Fəxriyyə onunla razılaşmış, lakin, Cavidin işini düzəltməyə başlamaq üçün ilkin olaraq 1000 manat pul istəmişdir. O, Pərvinlə birlikdə digər otağa keçmiş və Fəxriyyəyə pulu yalnız Cavidin işi düzəldikdən sonra verməsini demişdir. Pərvin isəona Fəxriyyəyə 1000 manat pul vermək istədiyini demişdir. O, razı olmasa da Pərvin ona məhəl qoymamış, Fəxriyyəyə 1000 manat pul verəcəyini demişdir. Onun, Bəkirin, Cavidin yanında Pərvin Fəxriyyə 1000 manat məbləğində pul vermişdir. Həmin vaxt Pərvin mobil telefon vasitəsi ilə Fəxriyyəni video çəkilişlə qeydə almışdır. Fəxriyyə Cavidin işini düzəltməyəcəyi halda Pərvinə 6000 manat pul ödəyəcəyini demişdir. Bəkir isə bu barədə Fəxriyyədən iltizam almışdır. Fəxriyyə kağıza əlyazma formasında vəd yazmış və onlar həmin sənədə imza atmışlar. Bundan sonra onlar Bakı şəhərindən geri qayıtmış o, mobil telefonla Pərvinə zəng edərək, Cavidin işinin hansı yerdə olduğunu, Fəxriyyənin Cavidə əlillik dərəcəsi düzəldib-düzəltmədiyini soruşurmuşdur. Pərvin əvvəllər ona Fəxriyyənin Cavidin işini düzəltməyə çalışdığını dediyini bildirsə də, sonralar Pərvin ona Fəxriyyə tərəfindən aldadıldığını bildirmişdir. O, Fəxriyyəyə zəng edərək nə səbəbə Cavidə əlillik dərəcəsini düzəltmədiyini soruşurmuş, Fəxriyyə isə hər dəfə ona “Ağa Allah haqqı düzəldəcəm” sözlərini deyirmiş. 2020-ci ilin iyul ayında onun yeznəsi Xəyal vəfat etmiş və Pərvin Bəkirlə birlikdə gələrək yas mərasimində iştirak etmişlər. Həmin vaxt Pərvin ona Cavidin təqaüd işi ilə bağlı Fəxriyyəyə 15000 manat pul verdiyini, Fəxriyyənin onu aldatdığını, Cavidin təqaüd işini düzəltmədiyini, pulunu isə qaytarmadığını bildirmişdir. Bundan sonra o, mobil telefon vasitəsi ilə Fəxriyyə ilə danışmış, Fəxriyyədən nə səbəbə Pərvindən 15000 manat pul aldığını, söz verdiyi işi yerinə yetirmədiyini soruşmuşdur. Fəxriyyə ona Pərvindən 15000 manat deyil, 10000 manat pul aldığını, Cavidə əlillik dərəcəsi düzətmək üçün çalışdığını, lakin, Cavidin işini düzəldə bilmədiyini, Pərvinin 10000 manat pulunu qaytaracağını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, təxminən 10 ildir ki o, Bərdə rayonu, Cicimli kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün idarə etdiyi traktorla kənd təsərrüfatı sahələrində iş görür. Yevlax şəhərində yaşayan Zərərçəkmiş şəxs2 onun bacısı İradənin gəlinidir. Bacısı oğlu Şahid1 2013-2016-cı illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yevlax rayonu Malbinəsi kəndində yerləşən N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu işləmişdir. Hərbi xidmət zamanı Cavid başından xəsarət almış və tərxis edilmişdir. 2019-cu ilin dekabr ayının sonlarında o, yaşadığı evdə olan zaman Zərərçəkmiş şəxs2 mobil telefonla ona zəng edərək, Cavidi xəstəliyi ilə əlaqədar təqaüdə çıxarmaq üçün sənədlərini topladığını demiş və Cavidin təqaüdə çıxarılmasına kömək etməsini xahiş etmişdir. Həmin vaxt əvvəllər tanıdığı Seyid Əli adı ilə tanıdığı Şahid7 yaşadığı evdə qonaq olmuşdur. O, Əliyə bacısı oğlu Cavidin hərbi xidmət zamanı bədən xəsarəti aldığını, sənədlərinin toplandığını, Cavidin təqaüdə çıxarılmasına kömək etməsini demişdir. Əli ona Bakı şəhərində yaşayan bir nəfər qadın tanışının olduğunu, həmin qadının Təqsirləndirilən şəxs olduğunu demişdir. Əli ona “Fəxriyyənin əli hər yerə girir, ancaq əvvəlcədən ona pul vermək olmaz, işi görsün, sonda pulu verərik” sözlərini demişdir. O, Cavidin işi ilə bağlı Əli ilə söhbət etdikdən sonra bu barədə telefon vasitəsi ilə Pərvinə məlumat vermişdir. Həmin gün Pərvin əri Cavid və xalası oğlu Fəridlə birlikdə yaşadığı evə gəlmişlər. Pərvin Cavidin təqaüdə çıxarılması üçün topladığı sənədlər barədə Əliyə məlumat vermişdir. Əli mobil telefonla tanışı Fəxriyyəyə zəng edib Cavidin təqaüdə çıxarılması ilə bağlı danışıq aparmışdır. X11 sənədlərini Bakı şəhərinə gətirməsini demiş, Əli ilə Bakı şəhərində görüşəcəkləri tarixi və məkanı müəyyən etmişlər. Bir gün sonra o, Əli, Pərvin və Cavid Fəridin idarə etdiyi avtomobillə Bakı şəhərinə Əlinin ofisinə getmişlər. Bir neçə dəqiqə sonra ofisə tanımadığı bir nəfər qadın daxil olmuşdur. Əli həmin qadını onlarla tanış etmiş və qeyd etdiyi Fəxriyyə adlı qadın olduğunu demişdir. Pərvin Cavidin sənədlərini Fəxriyyəyə təqdim etmişdir. Fəxriyyə Cavidin sənədlərini bir nəfər tanışına göstərəcəyini demişdir. Bundan sonra Fəxriyyə, Pərvin, Cavid və Pərvin ofisdən çıxıb getmişlər. O, isə Əli ilə birlikdə ofisdə qalmış, bir neçə saat sonra Pərvingil ofisə qayıtmışlıar. O, Pərvindən Cavidin təqaüd işinin düzəlib-düzəlmədiyini soruşmuşdur. Pərvin ona Fəxriyyənin onları bir nəfər şəxsin yanına apardığını, həmin şəxsi tanıdığını, həmin şəxsin Cavidin sənədlərinə baxdığını, hansısa sənədlərin birinin təzələnməli olduğunu dediyini bildirmişdir. Fəxriyyə Cavidin çatışmayan sənədlərini hazırlayacağını və Cavidin təqaüdə çıxarılmasına nail olacağını bildirmişdir. Həmin vaxt Fəxriyyə Pərvindən 1000 manat pul istəmişdir. O və Əli, Pərvinə Fəxriyyəyə əvvəlcədən pul verməməsini, pulu Cavidin təqaüd işi düzəldikdən sonra verməsini demişlər. Lakin, Pərvin ona və Əliyə məhəl qoymamış və Fəxriyyəyə pul verəcəyini demişdir. O, Pərvinə Fəxriyyəyə pul verərkən mobil telefon vasitəsi ilə video çəkiliş aparmasını demişdir. Bundan sonra Pərvin onların yanında Fəxriyyəyə 1000 manat pul vermişdir. Pərvin mobil telefonla Fəxriyyəni video çəkilişlə qeydə almışdır. Fəxriyyə 1000 manat pulu Pərvindən götürüb Cavidin təqaüd işini düzəldəcəyini, düzəldə bilməyəcəyi halda ona 6000 manat pul qaytaracağına söz vermişdir. Fəxriyyə ona 6000 manat pul qaytaracağı barədə qələmlə kağızda qeydiyyat aparmış və həmin kağızı ona vermişdir. Bundan sonra onlar Bakı şəhərindən Yevlax rayonuna qayıtmış o, yaşadığı evə getmişdir. Bir neçə ay sonra, 2020-ci ilin əvvəlində Pərvin mobil telefonla ona zəng edərək, Fəxriyyənin onu aldatdığını, Cavidə İİ qrup əlillik dərəcəsi düzəltmədiyini, Fəxriyyəyə 5000 manat pul verdiyini, Fəxriyyədən pulunu alacağını demişdir. O, Pərvinə Fəxriyyəyə əvvəlcədən pul verməməyi onun və Əlinin tapşırdığını, lakin, onlara məhəl qoymadığını, 1000 manatdan əlavə Fəxriyyəyə pul verdiyinin şahidi olmadığını demişdir. Bir neçə ay sonra Əli ona Fəxriyyənin Yevlax şəhərinə gəldiyini, Pərvin və Fəxriyyə ilə görüşüb Cavidin təqaüd işinin hansı yerdə olduğunu öyrənmək lazım olduğunu demişdir. O, Əli ilə birlikdə Pərvinin yaşadığı evə gəlmiş, həmin vaxt Fəxriyyə Pərvinin evinə gəlmişdir. Pərvin və Fəxriyyə evin mətbəxində söhbət edirmiş, lakin, o, sonucuların nə danışdığını eşitməmişdir. O, Pərvinin evindən çıxarkən sonuncuya “Pərvin birdən Fəxriyyəyə pul verərsən, ona pul vermə” sözlərini demişdir. Pərvin ona “mən uşaq deyiləm” sözlərini demişdir. X11 sənədlərini sistemə vuracağını, Cavidə İİ qrup əlillik dərəcəsinin veriləcəyini demişdir. Bundan sonra o, Əli ilə birlikdə yaşadığı evə qayıtmışdır. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid9 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 5-6 il olar ki, tanıyır. Sonuncu ilə Kəlbəcər rayonundan olan həmyerlisi Asifin tanıdığı Seyidəli adlışəxsin vasitəsi ilə tanış olmuşdur. Fəxiyyəni ev və obyekt alveri ilə məşğul olan adam kimi tanımışdır. Bundan sonra aralarında normal münasibətlər yaranmışdır. Fəxriyyə Xırdalan şəhərinə gələndə onunla görüşüb hal-əhval tuturmuş. 2019-ci ilin noyabr ayında Xırdalan şəhərində təsadüfən həmyerlisi Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Bundan sonra onların münasibətləri daha da yaxınlaşmışdır. Tez-tez telefonla əlaqə saxlayıb görüşüb hal-əhval tuturmuşlar. 2020-ci ilin noyabr ayının axırlarında Zaminlə söhbət zamanı, sonuncu kirayədə yaşadqlarını deyb, ev almaq istədiyini söyləmiş və bu işdə həmyerli kimi ona köməklik etməsini xahiş etmişdir. Bundan sonra o, Zaminə Abşeron rayonu, Xırdalan şəhərində satılan bir neçə ev göstərmişdir. Lakin, Zaminin pulu az olduğundan o, ilkin ödəniş edib qalan pulu hissə-hissə vermək istədiyinə görə həmin evlərdən ala bilməmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində Xırdalan şəhərində parkdakı çayxanada olduğu zaman, Fəxriyyənin yaxınlıqdan keçdiyini görüb onu çağırıb, hal-əhval tutduqdan sonra həmyerlisi Zaminin ev almaq istədiyini söyləyib, bu işdə ona köməklik etmək lazım olduğunu bildirmişdir. Fəxriyyə də tanıdığı maklerin ona Bakı şəhəri, Yasamal rayonu ərazisindəki MİDA yaşayış kompleksində bir nəfərin 2 otaqlı mənzilini güzəştli şərtlərlə satmaq istədiyini bildirmişdir. Bundan sonra o, Zaminlə görüşüb həmin mənzili almasını məsləhət görmüşdür. Zamin razılaşıb Fəxriyyə ilə görüşmək istədiyini bildirmiş, bu məsələni Zamingildə ailə üzvüləri ilə müzakirə etmişlər. Bundan sonra o, Fəriyyəyə zəng edib, sonuncunu Zamingilə çağırmışdır. Fəxriyyə onlara 2 otaqlı həmin mənzilin 73.000 manat olduğunu bildirib, ilkin olaraq həmin mənzilə görə 10.000 manat verib, qalan məbləği də 15 il ərzində hər ay 256 manat ödəməklə ala biləcəklərini söyləmişdir. Zamingil də onun dedikləri ilə razılaşmışlar. Bundan sonra Fəxriyyə Zaminin və onun həyat yoldaşı Təranə Sadıqovanın şəxsiyyət vəsiqəsinin surətlərini alıb, sənədləşmənin aparılması üçün natoriat kontoruna verəcəyini bildirib, sənədləşmə işinə başlamaq üçün ilkin olaraq 5000 manat pul istəmişdir. Zamin də həmin məbləğdə pulu sayıb, Xırdalan şəhərində kirayədə yaşadığı evdə ona vermişdir. O, həmin pulun Fəxriyyəyə verilməsini rəsmiləşdirmək üçün notoriat kontoruna getməyini təklif etmişdir. Bundan sonra onlar, yəni o, Fəxriyyə, Zaminvə sonuncunun həyat yoldaşı ilə birlikdə Xırdalan şəhəri 1 saylı notariat kontoruna getmişlər. Lakin həmin vaxtı Fəxriyyənin şəxsiyyət vəsiqəsi üstündə olmadığına görə onlar sənədləşmə işi edə bilməyib, geriyə Zamingilə qayıtmaq qərarına gəlmişlər. Həmin vaxtıonun vacib işi çıxdığına görə, Zaminin ona verdiyi 5000 manat pulu Zaminə qaytarıb, öz işinin dalınca getmişdir. Zamingil də Fəxriyyə ilə birlikdə yaşadıqları evə qayıtmışlar. Bundan az sonra Zamin ona zəng edib, Fəxriyyənin 5000 manatı istədiyini, lakin heç bir sənədləşmə olmadan həmin məbləğdə pulu Fəxriyyəyə vermək istəmədiyini bildirmişdir. Zaminin bu sözündən sonra o, işini qurtarıb, yenidən Zamingilə getmiş və Zaminin ona inanıb-inanmadığını soruşmuşdur. Zamin də ona inandığını söylədikdən sonra o, həmin 5000 manat pulu Zamindən alıb onların yanında Fəxriyyəyə vermişdir. Fəxriyyə də həmin pulu Zamingilin alacağı evin sahibinə beh olaraq verəcəyini söyləmiş və qalan 5000 manatı da 2021-ci ilin yanvar ayının 10-na kimi hazır etmələrini deyib getmişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2020-ci il tarixdə Zamin ona zəng edib Fəxriyyənin ona zəng edib, alacaqları evin sahibinin xəstəsinin vəziyyətinin pis olduğuna görə qalan 5000 manatı da təcili istədiyini, bundan sonra onun da «Kapital» bankdan 2500 manat kredit pul götürdüyünü və həmin pulu Fəxriyyəyə vermək istədiyini bildirmişdir. Zaminin sözündən sonra o, Fəxriyyəyə pulu notariat kontorunda sənədləşmə apardıqdan sonra verməsini Zaminə məsləhət görmüşdür. Bundan bir neçə dəqiqə sonra Heydər adlı həmyerlisi onun mobil telefonuna zəng edib, Fəxriyyəni tanıyıb tanımadığını soruşduqdan sonra, sonuncunun vasitəsi ilə Kəlbəcər rayonundan olan Zamin adlı şəxsə mənzil almaqda köməklik etdiyini söyləmiş və mənzilin ilkin ödənişi üçün Fəxriyyənin ona pul verməli olduğunu deyib, Zamingildən pul alıb almadığını öyrənməsini xahiş etmişdir. O, bu işə görə Fəxriyyəni Zaminlə tanış etdiyini və Fəxriyyənin mənzilin ilkin ödənişi üçün Zamindən 5000 manat aldığını, qalan pulun 2500 manatı da az sonra alacağını söyləmişdir. Heydər onun bu sözünü eşidən kimi Fəxriyyənin ona bir manat da pul vermədiyini, bu günə kimi Zamingilin pulu düzəldə bilmədiyini dediyini bildirmişdir. O, bunu eşidən kimi tez Fəxriyyəyə zəng edib harada olduğunu soruşmuşdur. O, da Zamindən 2500 manat pulu alıb notariat kontorundan çıxdığını və Xırdalan şəhərində olduğunu söyləmişdir. O, Fəxriyyəni tapıb Heydərlə danışdığını və Zamingildən aldığı 5000 manatı Heydərə verib-vermədiyini söruşmuşdur. Fəxriyyə də həmin pulu Heydərə vermədiyini və müalicəsinə xərclədiyini söyləyib, yaxın günlərdə həmin pulun əvəzinə bankdan kredit götürüb Heydərə verəcəyini bildirmişdir. O, Fəxriyyəinin aldığı əlavə 2500 manatı da Heydərə verməyib özü xərcləyəcəyindən ehtiyat edib, həmin 2500 manatı sonuncudan alıb, özü Heydərə göndərəcəyini bildirmişdir. Fəxriyyə pulu ona verib çıxıb getmişdir. xx.xx.2020-ci ildə Zamin yenidən ona zəng edib, qalan 2500 manatı da dazəltdiyini və həmin pulu da Fəxriyyəyə vermək istədiyini söyləmişdir. O, Zaminə yenə notariat kontaorunda müqavilə bağladıqdan sonra 2500 manat pulu Fəxriyyəyə verməsini söyləmiş və pulu verdikdən dərhal sonra ona bu barədə deməsini xahiş etmişdir. Bundan təxminən 1 saat sonra Zamnin ona zəng edib qalan 2500 manatı da Xırdalan şəhərindəki notariat kontorunda müqavilə bağladıqdan sonra Fəxriyyəyə verdiyini, Fəxriyyənin də pulu aldıqdan sonra evi satan makler Heydərin 2021-ci ilin yanvar ayının 20-də onunla görüşüb, onları alacaqları mənzilə baxmağa aparacağını və bundan sonra da sənədləşmə işlərinə başlayacağını söyləyib getdiyini bildirmişdir. O, bunu bilən kimi tez Fəxriyyəyə zəng edib Xırdalan şəhərində onunla görüşmüş və Zamindən aldığı 2500 manatı da Heydərə çatdırmaq üçün ona verməsini söyləmişdir. Fəxriyyə də həmin puldan 800 manat götürüb 1700 manatıona vermişdir. O, həmin 800 manatı da Fəxriyyədən istəsə də, sonuncu həmin 800 manatı da xərclədiyi 5000 manatla birlikdə bir həftəyə qaytaracağını deyib çıxıb getmişdir. Bundan az sonra elə həmin günü o, Heydərə zəng edib sonuncu ilə Xırdalan şəhərində görüşüb, Fəxriyyədən aldığı 4200 manat pulu vermiş və qalan pulu da Fəxriyyənin bir həftəyə ona veriləcəyini söyləmişdir. 7-8 gündən sonra Zamin ona zəng edib, Heydərin onlara gəldiyini və Fəxriyyənin ondan aldığı 10.000 manat pulun 4200 manatının ona verildiyini, qalan pulun hələ də ona verilmədiyini bildirmişdir. O, 2-3 günə bu məsələni həll edəcəyini bildirib, Zaminə narahat olmamağı tövsiyə etmiş və zəng edib bu barədə Fəxriyyəyə söyləyib Zamindən aldığı pulun qalan 5800 manatını tez tapıb verməsini söyləmişdir. Fəxriyyə də yaxın günlərdə pulu tapıb qaytaracağını söyləsə də vədinə əməl etməmişdir. Heydər də ona zəng edib, mənzili satan adamların artıq gözləyə bilmədiklərini bildirib, qalan pulu tez vermək lazım olduğunu söyləmişdir. O, bu barədə Fəxriyyəyə deyib, ondan pulu tez tapıb verməsini tələb etmişdir. Sonuncu da 2-3 günə pulu tapıb verəcəyini söyləmişdir. Lakin, Fəxriyyə pulu tapıb qaytara bilmədiyindən Zamingil polisə şikayət etmişlər. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid6 ifadəsindən görünür ki, 2019-cu ilin yaz aylarında Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu zaman maşınına minmişərəb millətindən olan turistlərə almaq üçün ev axtardığı vaxtı təsadüfən ev alveri ilə məşğul olan dəllal kimi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtdan sonra Fəxriyyə ilə münasibəti yaranmış, sonuncu bir neçə dəfəona zəng edib, ev və obyektlərin satılmasında ona köməklik etməsini xahiş etmişdir. 2020-ci ilin dekabr ayının əvvəllərində tarixini dəqiq xatırlamadığı gündə Fəxriyyəona zəng edib Xırdalan şəhərinə çağıraraq oradakı çoxmərtəbəli yaşayış binasının alt mərtəbəsindəki qeyri-yaşayış hissəsinin satldığını bildirmiş və həmin yeri girov qoyub sələm ilə pul götürməsini ona təklif etmişdir. O, bunun mümkünsüz olduğunu deyib razılaşmamışdır. Bu zaman Bakı şəhərində ev alveri ilə məşğul olan tanışlarından biri onazəng edib Bakışəhəri, Yasamal rayonu ərazisindəki MİDA-nın, yəni güzəştli şərtlərlə ipoteka krediti əsasında verilmiş 2 otaqlı mənzilin ilkin 8000 manat pulunu ödəmək şərti ilə satıldığını bildirib, həmin mənzilin satılmasında qazancı olacağını söyləyib, ondan müstəri tapmağını xahiş etmişdir. Həmin vaxtı Fəxriyyəonun telefonla danışığını eşitdiyinə görə sonucuya həmin mənzilə müştəri tapmasını söyləmiş və müştəri taparsa hərəsinə 500 manat zəhmət haqqı pul qalacağını bildirmişdir. Bundan təxminən bir həftə sonra Fəxriyyə ona zəng edib dediyi mənzilə müştəri olduğunu bildirmişdir. O, da həmin mənzilin artıq satıldığını bildiyi üçün Fəxriyyəyə bu barədə bildirmiş və ev almaq istəyən həmin şəxsin güzəştli şərtlərlə ev ala bilməsini yoxlamaq üçün sənədlərinin surətini alıb verməsini söyləmişdir. Fəxriyyə razılaşıb, 2-3 gün sonra həmin sənədləri ona vermişdir. Təxminən 3 gün sonra o, Fəxriyyənin ona verdiyi Zərərçəkmiş şəxs1 və arvadının sənədlərini yoxlatdırmışdır. Həmin vaxtı Zaminin yaşının 35-dən yuxarı olması səbəbindən sonuncuya güzəştli şərtlərlə mənzil almaq mümkün olmasa da arvadının almasının mümkün olduğu məlum olmuşdur. Fəxriyyə də ev almaq istəyən şəxslə söhbət edib ona deyəcəyini söyləmişdir. O, da kreditlə satışda olan ev axtarmağa başlamışdır. Həmin vaxtı yenə Yasamal rayonu ərazisindəki MİDA-nın binalarından 3 otaqlı mənzilin 8000 manat ilkin ödəniş etməklə güzəştli şərtlə satlması barədə ona bildirmişlər. O, bu barədə Fəxriyyəyə deyib, ev almaq istəyən şəxsi çağırıb evə baxdıqdan sonra sənədlərini hazırlamağa göndərmək lazım olduğunu söyləmişdir. Fəxriyyə ev almaq istəyən şəxsin Kəlbəcərli Xəqaninin qohumları olduğunu və həmin şəxsin Rusiyada olduğunu yaxın günlərdə gələcəyini bildirib ondan gələnə kimi sənədləri hazırlanması üçün verməsini söyləmişdir. O, Xəqanini həmyerlisi kimi 2003-cü ildən tanıdığı üçün Fəxriyyədən Zərərçəkmiş şəxs1 ailə üzvülərinin sənədlərinin surətlərini almışdır. Bundan sonra bir neçə dəfə Fəxriyyəyə zəng edib ev alan şəxsi onunla görüşdürməsini söyləmişdir. Fəxriyyəonu müxtəlif bəhanələrlə yola verib sənədləri hazırlamağı demişdir. O, sənədi hazırlamaq üçün pul lazım olduğunu söyləmişdir. Fəxriyyə də həmin adamın pulu düzəldəcəyini deyib, yenə ondan sənəd məsələsini həll etməsini xahiş etmişdir. O, Fəxriyyənin onu aldatdığını hiss edib ev almaq istəyən şəxslərdən pul aldığı üçün həmin şəxsləri onunla görüşdürmək istəmədiyini yəqin edib Xəqaninin telefon nömrəsini tapıb sonuncuya bu barədə söyləmişdir. Xəqani də həmin mənzili almaq üçün Zərərçəkmiş şəxs1 anası Aybənizin Fəxriyyəyə 10000 manat pul verdiyini bildirmişdir. O, Fəxriyyənin ona pul vermədiyini söyləmişdir Həmin vaxtı Xəqani ondan evin satılmasına imkan verməməsini, həmin evi Aybənizgilə almaqda köməklik etməsini xahiş edib, evin pulunu Fəxriyyədən alıb verəcəyini söyləmişdir. O, əlindən gələni edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Xırdalan şəhəri, H.Əliyev parkında Xəqani ilə görüşmüşdür. Xəqani ona 4200 manat pul verib qalanını da bir ay ərzində verəcəyini bildirmiş və həmin müddətə kimi onu gözləməsini xahiş etmişdir. O, Xəqanidən aldığı pulun 4000 manatını həmin evi satan dəllala verib qalan pulu vermək üçün bir ay gözləməsini xahiş etmişdir. Bir ay müddət keçsə də Xəqani nə qalan 4000 manat pulu verə bilməmiş, nə də evi almaq istəyən adamları onunla görüşdürməmişdir. Bundan sonra o, vaxt alacağını xahiş etmək adı ilə Fəxriyyəni ev almaq istəyən Aybənizgilə göndərmiş və oradan onunla telefon əlaqəsi saxlamasını söyləmişdir. Fəxriyyə Aybənizgilə gedib öz telefonu iləonu Aybənizlə danışdırmışdır. Həmin vaxtı o, Aybənizdən onun telefon nömrəsini Fəxriyyədən alıb sonra onunla danışmasını xahiş etmişdir. Bundan sonra Aybəniz ona zəng etmiş və o, Fəxriyyənin aldığı pulu ona vermədiyini bildirmiş və satılan mənzil əldən çıxmaması üçün həmin pulu Fəxriyyədən sakit formada almalarını, ya da başqa yerdən əlavə 4000 manat pul tapıb mənzilin 8000 manat ödənişini etmələrini və yaxud da həmin mənzilə görə ev sahibinə verdiyi 4000 manatı geri almasına icazə vermələrini xahiş etmişdir. Həmin vaxtı Aybəniz də həmyerli olduğunu deyib ondan evi satılmağa qoymamasını xahiş edib pul tapıb düzəldəcəklərini söyləmişdir. O evi satan şəxsə yalan söyləməklə təxminən 2 ay müddət əldə etmiş, lakin buna baxmayaraq Aybənizgil pulu düzəldə bilməmişlər. Bundant sonra o, Xəqani ilə görüşüb Aybənizgilə gedib onlara ya evi satıb verdiyi 4000 manatı qaytaracağını, ya da həmin pulun batacağını söyləmişdir. Xəqani də onunla razılaşmayıb onları evi satan şəxslə görüşdürməsini xahiş etmişdir. O, evi satan şəxsləhəmin şəxsləri görüşdürdükdən sonra onun bu alverdə olmadığını bildirmiş və həmin şəxslə alverləri alınmadığı halda ondan 4000 manatı tələb etməmlərini söyləmişdir. Onun bu sözündən sonra Aybənizgil evi satıb 4000 manat pulu geri alıb qaytarmamasını söyləmişlər. O, bunun bir az müddət aparacağını bildirmiş, Aybəniz də razılaşmış və Fəxriyyədən şikayət edəcəyini bildirmişdir. Həmin vaxtdan bir neçə gün sonra Aybənizin Fəxriyyədən polisə şikayət etdiyini eşitmiş, bundan təxminən 20 gün sonra o, həmin evi başqa bir şəxsə satıb Aybənizgildən aldığı 4200 manatı geri qaytarmışdır. X2 aldadıb pullarını ələ keçirmək niyyətinin olduğundan xəbəri olmamışdır. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2 il əvvəldən Samir adlı tanışının vasitəsi ilə tanımış, sonuncu Təqsirləndirilən şəxs işgüzar qadın olduğunu söyləyib, ona Fəxriyyə ilə birlikdə işləməsini məsləhət görmüş, həmin ərəfədə Fəxriyyə ona sənədlər göstərib, Abşeron rayonu Qobu qəsəbəsində daş sexinin olduğunu söyləmiş və oradakı maşın-mexanizmləri idarə etməsi üçün ona hər ay müəyyən məbləğdə əmək haqqı verəcəyini, bunun üçün bankdan kredit pul götürəcəyini, daş karxanasında olan kombayınları yenisi ilə əvəz edəcəyini, bundan sonra işiin normal gedəcəyini, bildirmiş, o da Fəxriyyə ilə razılaşaraq öz mobil telefon nömrəsini Fəxriyyəyə deyib, sonuncunun mobil telefon nömrəsini öyrənmiş, həmin vaxtdan sonra Fəxriyyə mobil telefon vasitəsi ilə bir neçə dəfə onunla əlaqə saxlayıb, karxananın sənədləri ilə məşğul olduğunu və kredit pul götürməyə çalışdığını deyib, bir neçə dəfə ona zəng edərək, çayxanaya çağırmış, o da həmin çayxanaya əvvəllər onunla eyni həbsxanada cəza çəkmiş tanışı Şahid2la getmiş, həmin vaxt Fəxriyyə yenə də karxananın işindən söhbət etmişdir. Həmin ərəfədə, yəni 2020-ci ilin təxminən yanvar-fevral aylarında tarixini xatırlamadığı gündə Fəxriyyə Bakı şəhərində onunla görüşərək Yevlax şəhərində yaşayan Pərvin adlı qadın rəfiqəsinin əri Cavidin hərbi qulluqda olarkən yaralandığını, Pərvinin Cavidi xəstəliyi ilə əlaqədar təqaüdə çıxarmaq istədiyini, Pərvin qadın olduğu üçün Bakı şəhərinə gəlib-getməkdə çətinlik çəkdiyini, kömək məqsədi ilə Cavidin sənədlərini VTEK-ə, yəni Tibbi Sosial Ekspert Komissiyasına təqdim etməsini xahiş etmiş, o da razılaşmış, bundan bir neçə gün sonra Fəxriyyə ona zəng edərək Pərvinin gəldiyini bildirmiş, bundan sonra o, Bakı şəhərində hazırda xatırlamadığı ünvanda Fəxriyyə ilə görüşmüş, az sonra Pərvin əri Cavidlə birlikdə onların yanına gəlmiş, görüş zamanı Fəxriyyə ondan Cavidin təqaüd almaq üçün topladığı sənədləri sənədləri VTEK-ə aparıb verməsini xahiş etmiş, o da həmin sənədləri götürüb Tibbi Sosial Ekspert Komissiyasına gedib, sənədləri qəbul şöbəsinə təqdim etmiş, komissiyanın tanımadığı işçi həkimi Cavidin sənədlərini yoxlamış və sənədlərdə çatışmazlıq olduğunu, bəzi sənədlərin köhnə olduğunu, Cavidin yenidən xəstəxanada stosionar müalicə almalı olduğunu, bundan sonra xəstəxanadan yenidən sənəd alınmalı olduğunu bildirmiş və həmin sənədlərin adını Cavidin sənədlərinin üstünə yazmışdır. O da həmin sənədləri Fəxriyyəyə qaytarmış, 10-15 gün sonra Fəxriyyə yenə ona zəng edərək Pərvinin Cavidin sənədlərini gətirdiyini deyib, ondan 20 Yanvar metrosunun yaxınlığına gəlməsini xahiş etmiş, o da həmin yerə gedib çayxanada Fəxriyyə, Pərvin və Cavidlə görüşmüş, Pərvin Cavidin sənədlərini ona vermiş və həmin sənədləri Tibbi Sosial Ekspert Komissiyasına verməsini xahiş etmiş, o da sənədləri alıb səhəri gün verəcəyini bildirmiş və ertəsi günü Bakı şəhəri 4-cü mikrorayonda yerləşən Tibbi Sosial Ekspert Komissiyasına gedib Cavidin sənədlərini qəbul şöbəsinə vermişdir. Təxminən 15 gün sonra o, Fəxriyyənin xahişi ilə yenidən Tibbi Sosial Ekspert Komissiyasına gedib Cavidin sənədləri barədə soruşmuş, həmin vaxtı ona Cavidə İİİ qrup əlillik dərəcəsi verildiyini bildirmişlər. O da Fəxriyyəyə zəng edərək bu barədə söyləmiş, bundan sonra nə Fəxriyyə ilə, nə də Pərvinlə görüşməmiş, 2020-ci ilin yay fəslində tanışı Firudin ona zəng edərək Fəxriyyənin Pərvini əri Cavidə əlilliyə görə təqaüd düzəltmək adı ilə aldadıb təxminən 10 min manat pulunu aldığını, Pərvinin Fəxriyyədən pulunu geri istədiyini, sonuncunun pulu vermədiyınə görə Pərvinin 2021-ci il tarixdə Fəxriyyənin barəsində şikayət etdiyini söyləmiş, o da X3 aldatdığından xəbərinin olmadığını bildirmişdir. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs xahişi ilə sonuncunun rəfiqəsi kimi təqdim etdiyi Zərərçəkmiş şəxs2 əri Cavidin əlilliyə görə təqaüd alması üçün topladığı sənədləri Bakı şəhəri 4-cü mikrorayonda yerləşən Tibbi Sosial Ekspert Komissiyasına aparıb versə də Pərvinə Cavidin təqaüd işlərini düzəldəcəyini, Cavidin yüksək məbləğdə təqaüd alacağını deməmiş, bununla bağlı nə Zərərçəkmiş şəxs2, nə də başqasından pul istəməmiş və pul almamış, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs2 əri Cavidə ikinci qrup əlillik dərəcəsi düzəltməyə söz verdiyini, buna görə Pərvini aldadaraq ondan pul aldığını bilməmiş, Fəxriyyə Pərvindən aldığı puldan ona verməmişdir. Şahid1 sənədlərini Tibbi Sosial Ekspert Komissiyasına tanışı Təqsirləndirilən şəxs xahiş etdiyi üçün və Cavidin hərbiçi olduğunu nəzərə alıb, arvadı Pərvinə kömək etmək üçün aparmış, buna görə maddi qazanc əldə etmək niyyəti olmamışdır. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2020-ci ilin əvvəlindən tanıyır, sonuncu ilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan tanışı Şahid3 vasitəsi ilə sənəd işlərini yaxşı icra edən qadın kimi tanımış və bundan sonra Vaqif və Fəxriyyə ilə tez-tez görüşüb söhbət etmişlər. Həmin müddət ərzində Fəxriyyənin əlində həmişə ayrı-ayrı şəxslərə məxsus sənədlər olduğunu, həmçinin sənəd işləri ilə bağlı müxtəlif şəxslərlə telefon vasitəsi ilə danışıq apardığını görmüş və buna görə də Fəxriyyənin ona müraciət edən şəxslərin sənəd işlərini düzəltdiyini düşünmüş, onun həmin şəxsləri aldatdığını güman etməmişdir. 2020-ci ilin yay fəslində xatırlamadığı ayda və gündə mən “Facebook” sosial şəbəkəsində Zərərçəkmiş şəxs2 adlı bir qadınla tanış olduqdan sonra sonuncu ona internet saytındakı dostluğunda Fəxriyyə adlı qadının olduğunu və Fəxriyyənin onun əri Cavidə əlillik dərəcəsi düzəltməyə söz verib 10500 manat pulunu aldadaraq ələ keçirdiyini söyləmiş, o da Fəxriyyənin belə bir hərəkət etməsinə inanmadığını bildirmiş, bundan sonra Pərvin onun mobil telefonunun WhatsApp bölməsinə Fəxriyyəyə göndərdiyi pulların çeklərinin şəklini və Fəxriyyəyə pul verməsinin video çəkilişini göndərmiş, o da şəkillərə və videogörüntüyə baxdıqdan sonra doğru danışdığını bilmiş, həmin vaxtı Pərvin ondan Fəxriyyə ilə bu barədə danışmasını xahiş etmiş, o da Fəxriyyə ilə danışacağını bildirmiş və bir neçə gün sonra Fəxriyyə ilə görüşən zaman sonuncuya Pərvinin göndərdiyi şəkilləri və videogörüntünü göstərmiş, Fəxriyyə də ona Pərvindən müəyyən məbləğdə pul aldığını etiraf etmiş və həmin pulları qaytaracağını söyləmişdir. Bundan sonra o da mobil telefon vasitəsi ilə Pərvinlə danışarkən Fəxriyyənin ondan pul aldığını etiraf etdiyini və pulu qaytarmağa söz verdiyini bildirmiş, bundan sonra Pərvinlə danışmamış, amma 2021-ci il tarixdə Fəxriyyə ona pulu qaytarmadığına Pərvinin ondan şikayət etdiyini söyləmişdir. Furudin Məmmədov həmçinin ifadəsində göstərmişdir ki, 22 may 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Seyid adlı tanışının ona pul göndərəcəyini, lakin həmin pulu almaq üçün bank kartının olmadığını, pulun göndərilməsi üçün ona bank kartı tapıb verməsini xahiş etmiş, bundan sonra o da qaynı Şahid8la danışaraq sonuncunun bank kartının fotoşəklini mobil telefon vasitəsi ilə Fəxriyyəyə göndərmiş, həmin gün Fəxriyyə onun yanına gəlib, Firuzun kartına 450 manat və 2551 manat pulun göndərildiyini bildirmiş, bundan sonra o, Firuzla birlikdə 3001 manat pulu bankomatdan çıxarmış və az sonra özü tək Fəxriyyə ilə görüşüb 3001 manatı sonuncuya vermiş, həmin pulu Pərvinin göndərdiyini bilməmiş, Fəxriyyənin Pərvinin əri Cavidə ikinci qrup əlillik dərəcəsi düzəltməyə söz verdiyini, ondan pul aldığını Pərvin ona dedikdən sonra bilmiş, Fəxriyyənin Pərvini aldatmasında iştirak etməmiş, Fəxriyyə Pərvindən aldığı puldan ona verməmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid8 Əliabas oğlu oğlunun ifadəsindən görünür ki, o, qohumu Firudinun xahişi ilə 22 may 2020-ci il tarixdə ona məxsus Kapital banka aid plastik karta göndərilmiş 450 manat və 2551 manat pulu elə həmin günü Bakı şəhərindəki bankomatların birindən çıxarıb Firudinə vermiş, sonuncu həmin pulları tanışına verəcəyini söyləsə də verib-vermədiyini bilməmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 tanımır, həmin vaxtı plastik kartına göndərilən 3001 manat pulun Zərərçəkmiş şəxs2 tərəfindən Təqsirləndirilən şəxs göndərildiyini, həmçinin hansı məqsədlə göndərildiyini bilməmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid10 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır, sonuncunu ona hazırda xatırlamadığı tanışlarından kimsə iş görən qadın kimi təqdim etmişdir. Fəxriyyə ona şirkətə işə düzəlməsinə və bankdan 8000 manat kredit görütməsinə köməklik edəcəyin söz vermiş, lakin vədinə əməl etməmişdir. 2020-ci ilin may ayının son günlərində o, Fəxriyyə ilə birlikdə Bakı şəhəri Nərimanov rayonunda olarkən əvvəllər tanımadığı, sonradan adının Pərvin olduğunu bildiyi Yevlax şəhərində yaşayan qadın onların yanına gəlib Fəxriyyə ilə söhbət etmiş, bundan əvvəl Fəxriyyə ona Pərvinlə iş gördüyünü, sonuncunun ərinə əlilliyə görə təqaüd düzəltdiyini və həmin işin tam hazır olduğunu, lakin Pərvinin 3000 manat pulu vermədiyini, pulun verildiyi halda təqaüd işinin sistemə oturacağını söyləmişdir. O, Pərvinin əvvəllər Fəxriyyəyə bu işə görə pul verdiyini bilməmiş, sonuncu bu barədə ona heç nə deməmişdir. Birlikdə olduqları zaman Fəxriyyə Pərvindən ərinin təqaüd işinin həll olunması üçün 3000 manat pulu verməsini xahiş etmiş, lakin Pərvin bu işin alınmadığını deyib, pulu vermək istəməmiş, amma Fəxriyyənin təkidli yalvarışlarından sonra 3000 manatı verməyə razı olmuş və Yevlax şəhərinə qayıdan kimi həmin məbləğdə pulu Fəxriyyəyə göndərcəyini deyib getmişdir. Bundan sonra o, Fəxriyyəni və Pərvini görməmişdir. Birlikdə olduqları vaxt Fəxriyyə onu Pərvinə əri Cavidin təqaüd işini həll edən adam kimi təqdim etməmiş, təqaüd sənədlərinin sistemdən çıxaması üçün 3000 manat pulun ona veriləcəyini deməmiş, onun tanışı Vaqiflə yaxın münasibəti olan qadın olduğunu deməmişdir. O, Vaqif adlı şəxsi tanımır, Fəxriyyənin Pərvinə əri Cavidə əlilliyə görə təqaüd düzəldəcəyini yalan vəd verib aldatdığını bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İş materiallarında olan borc müqavilələrin surətlərindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında iki dəfəyə ümumilikdə 5000 manat məbləğində vəsaitə dair borc müqaviləsi bağlanılmışdır. Qeyd olunan xüsusat Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirməsini bir daha təsdiq edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, təqsirləndirilən şəxs X6 cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs1 dəymiş 10000 manat maddi ziyanın 4200 manatı ödənilmişdir. Beləliklə, məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə cəmi 21823 manat dəyən maddi ziyandan 4 200 manat maddi ziyan ödənilmiş, qalan 17 623 manat maddi ziyan isə ödənilməmiş qalmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 27 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.2.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasına növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Abşeron rayon prokurorunun təqdimatı əsasında xx.xx.2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə də öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Cəlilabad şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Bakı şəhəri, Cəlilabad şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş və ödənilməmiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil Bürosunun vəkili X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-205/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-205/2022
06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver