Məhkəmə qərarları › İş №1(012)-205/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-205/2025

22.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-205/2025 22.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Ucar rayonu, Alpout kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olan və yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarxli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2025-ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, və xx.xx.1996-cı il tarixdə Cəlilabad rayonu, Ləkin kəndində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarxli qərarı ilə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2025ci il tarixdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə qirərək, Abşeron rayonu, Fatmayı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində usta qismində işləyərkən, ev sahibinin evdə olmamasından istifadə edib xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmin evdən çantanın içərisində 04 ədəd başlıqları ilə birlikdə 90 manat dəyərində 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatını, 5 manat dəyərində 01 ədəd metrəni, 70 manat dəyərində 01 ədəd səviyəölçəni, 1 manat dəyərində 01 cüt rezin əlcəkləri, çantanın içərisində 170 manat dəyərində 01 ədəd «Bosch» markalı preforatoru, 85 manat dəyərində 01 ədəd böyük ölçülü laqundanı, 50 manat dəyərində 01 ədəd kiçik ölçülü laqundanı, 450 manat dəyərində 01 ədəd dreli, 150 manat dəyərində 01 ədəd qaynaq aparatını, 125 manat dəyərində 01 ədəd iran istehsallı qaz sobasını və 55 manat dəyərində 01 ədəd elektrik mişarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 846 (səkkiz yüz qırx altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə qirərək, Abşeron rayonu, Fatmayı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində usta qismində işləyərkən, ev sahibinin evdə olmamasından istifadə edib xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmin evdən çantanın içərisində 04 ədəd başlıqları ilə birlikdə 90 manat dəyərində 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatını, 5 manat dəyərində 01 ədəd metrəni, 70 manat dəyərində 01 ədəd səviyəölçəni, 1 manat dəyərində 01 cüt rezin əlcəkləri, çantanın içərisində 170 manat dəyərində 01 ədəd «Bosch» markalı preforatoru, 85 manat dəyərində 01 ədəd böyük ölçülü laqondanı, 50 manat dəyərində 01 ədəd kiçik ölçülü laqondanı, 450 manat dəyərində 01 ədəd dreli, 150 manat dəyərində 01 ədəd qaynaq aparatını, 125 manat dəyərində 01 ədəd iran istehsallı qaz sobasını və 55 manat dəyərində 01 ədəd elektrik mişarı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 846 (səkkiz yüz qırx altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən bir neçə ay bundan öncə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Abşeron rayonu, Fatmayı kəndində, Zərərçəkmiş şəxs məxsus bir mərtəbəli fərdi yaşayış evində təmir işləri görüşmüşlər. Həmin evdə yaşayış olmamışdır. Zərərçəkmiş şəxs evin təmirini onlara həvalə etdiyindən, evinə sərbəst giriş-çıxışına icazə vermişdir. Farizlə birlikdə Zərərçəkmiş şəxs evində təmir işləri gördükləri zaman, maddi vəziyyətləri yaxşı olmadığına görə, evdə olan Zərərçəkmiş şəxs məxsus təmir tikinti alətlərini oğurlayıb sataraq, qazanc əldə etmək qərarına gəlmişlər. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində o, evdə qalmış, Fariz isə qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı yük avtomobilini saxladıb, Zərərçəkmiş şəxs Abşeron rayonu, Fatmayı kəndində yerləşən evinə gəlmiş və o, Farizlə birlikdə Zərərçəkmiş şəxs evindən çantanın içərisində 04 ədəd başlıqları ilə birlikdə 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatını, 01 ədəd metrəni, 01 ədəd səviyəölçəni, 01 cüt rezin əlcəkləri, çantanın içərsində 01 ədəd «Bosch» markalı preforatoru, 01 ədəd böyük ölçülü laqondanı, 01 ədəd kiçik ölçülü laqondanı, 01 ədəd dreli, 01 ədəd qaynaq aparatını, 01 ədəd iran istehsallı qaz sobasını və 01 ədəd elektrik mişarı «Qazel» markalı yük avtomobilinə yükləyib həmin əşyaları yaşadıqları Abşeron rayonu, Novxanı kəndinə aparmışlar. Qeyd olunan əşyaları onlar evdə saxlamışlar ki, Zərərçəkmiş şəxs onlardan şübhələnmədiyi halda, həmin əşyaları sonradan aparıb sataraq, pul əldə etsinlər. Lakin, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs evinə gəldikdə, həmin əşyaların evində olmadığını görüb, əşyaların harada olduğunu onlardan soruşmuşdur. Onlar Zərərçəkmiş şəxs həmin əşyalardan xəbəriləri olmadığını bildirmiş və bundan sonra Zərərçəkmiş şəxs Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə oğurluqla bağlı şikayət ərizəsi yazmışdır. Daha sonra hadisə yerinə polis əmkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmişlər və onlar polis əməkdaşlarına Zərərçəkmiş şəxs evindən oğurluq etdiklərini səmimi etiraf etmişlər. Zərərçəkmiş şəxs evindən oğurladıqları çantanın içərisində 04 ədəd başlıqları ilə birlikdə 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatını, 01 ədəd metrəni, 01 ədəd səviyəölçəni, 01 cüt rezin əlcəkləri, çantanın içərsində 01 ədəd «Bosch» markalı preforatoru, 01 ədəd böyük ölçülü laqondanı, 01 ədəd kiçik ölçülü laqondanı, 01 ədəd dreli, 01 ədəd qaynaq aparatını, 01 ədəd iran istehsallı qaz sobası və 01 ədəd elektrik mişarı könüllü olaraq polis əmkdaşlarına təqdim etmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən bir neçə ay bundan öncə tanışı Təqsirləndirilən şəxs1la birlikdə Abşeron rayonu, Fatmayı kəndində, Zərərçəkmiş şəxs məxsus bir mərtəbəli fərdi yaşayış evində təmir işləri görürmüşlər. Həmin evdə yaşayış olmamışdır. Zərərçəkmiş şəxs evin təmirini onlara həvalə etdiyindən, evinə sərbəst giriş-çıxışına icazə vermişdir. Rəhmanla birlikdə Zərərçəkmiş şəxs evində təmir işləri gördükləri zaman, maddi vəziyyətləri yaxşı olmadığına görə, evdə olan Zərərçəkmiş şəxs məxsus təmir tikinti alətlərini oğurlayıb sataraq, qazanc əldə etmək qərarına gəlmişlər. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Rəhman evdə qalmış o, isə Abşeron rayonu, Fatmayı kəndində yoldan keçən dövlət qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı yük avtomobilini saxladıb, həmin avtomobilin sürücüsünə Fatmayı kəndindən Novxanı kəndinə işlədikləri evə tikinti alətlərini aparmaq lazım olduğunu bildirmişdir. Həmin şəxs ona gediş haqqının 25 manat təşkil edəcəyini bildirmiş və o, həmin sürücü ilə razılaşmışdır. Daha sonra həmin «Qazel» markalı yük avtomobili ilə Zərərçəkmiş şəxs Abşeron rayonu, Fatmayı kəndində yerləşən evinə getmiş və o, Rəhmanla birlikdə Zərərçəkmiş şəxs evindən çantanın içərisində 04 ədəd başlıqları ilə birlikdə 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatını, 01 ədəd metrəni, 01 ədəd səviyəölçəni, 01 cüt rezin əlcəkləri, çantanın içərsində 01 ədəd «Bosch» markalı preforatoru, 01 ədəd böyük ölçülü laqondanı, 01 ədəd kiçik ölçülü laqondanı, 01 ədəd dreli, 01 ədəd qaynaq aparatını, 01 ədəd iran istehsallı qaz sobasını və 01 ədəd elektrik mişarını «Qazel» markalı yük avtomobilinə yükləyib həmin əşyaları yaşadıqları Abşeron rayonu, Novxanı kəndinə aparmışlar. Həmin əşyaları onlar evdə saxlamışlar ki, Zərərçəkmiş şəxs onlardan şübhələnmədiyi halda, həmin əşyaları sonradan aparıb sataraq, pul əldə etsinlər. Lakin, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs evinə gəldikdə, həmin əşyaların evində olmadığını görüb, əşyaların harada olduğunu onlardan soruşmuşdur. Onlar Zərərçəkmiş şəxs həmin əşyalardan xəbərləri olmadıqlarını bildirmişlər və bundan sonra Zərərçəkmiş şəxs Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə oğurluqla bağlı şikayət ərizəsi yazmışdır. Daha sonra hadisə yerinə polis əmkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmişlər və onlar polis əməkdaşlarına Zərərçəkmiş şəxs evindən oğurluq etdiklərini səmimi etiraf etmişlər. Zərərçəkmiş şəxs evindən oğurladıqları çantanın içərisində 04 ədəd başlıqları ilə birlikdə 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatını, 01 ədəd metrəni, 01 ədəd səviyəölçəni, 01 cüt rezin əlcəkləri, çantanın içərsində 01 ədəd «Bosch» markalı preforatoru, 01 ədəd böyük ölçülü laqondanı, 01 ədəd kiçik ölçülü laqondanı, 01 ədəd dreli, 01 ədəd qaynaq aparatını, 01 ədəd iran istehsallı qaz sobası və 01 ədəd elektrik mişarı könüllü olaraq polis əmkdaşlarına təqdim etmişlər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Fatmayı kəndində 0,03 ha torpaq sahəsində özünə divar daşlarından bir mərtəbəli ev tikdirmiş, həmin ev üç otaq və mətbəxdən ibarətdir. Evin pəncərələrində dəmir barmaqlıqlar qoyulmuşdır. Sözügedən ev dörd tərəfdən divar daşları ilə hasra alınıb, həyətə giriş dəmir darvazadan, evə giriş isə dəmir qapıdan mümkündür. Qeyd olunan evdə təmir işləri gedir və evi təmir etmək üçün əvvəllər usta kimi tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dəvət etmişdir. Sonuncular onun evində 2023-cü ilin dekabr ayından təmir işləri görməyə başlamışlar. O, isə demək olar ki, həftədə bir və ya iki dəfə gedib sonuncuların gördükləri işə nəzarət edirmiş. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə evə gəldikdə, evdə olan çantanın içərisində 04 ədəd başlıqları ilə birlikdə 90 manat dəyərində 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatının, 5 manat dəyərində 01 ədəd metrənin, 70 manat dəyərində 01 ədəd səviyəölçənin, 1 manat dəyərində 01 cüt rezin əlcəklərin, 1701 manat dəyərində çantanın içərisində 01 ədəd «Bosch» markalı preforatorun, 85 manat dəyərində 01 ədəd böyük ölçülü laqondanın, 50 manat dəyərində 01 ədəd kiçik ölçülü laqundanın, 45 manat dəyərində 01 ədəd drelin, 150 manat dəyərində 01 ədəd qaynaq aparatının, 125 manat dəyərində 01 ədəd iran istehsallı qaz sobasının və 55 manat dəyərində 01 ədəd elektrik mişarın evdə olmadığını aşkar etmişdir. Bu barədə o, Fariz və Rəhmandan soruşduqda, sonuncular həmin əşyaların harada olmasını bilmədiklərini demişlər. Bundan sonra o, Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə oğurluqla bağlı şikayət ərizəsi yazmışdır. Hadisə yerinə polis əmkdaşları gəlmiş, hadisə yerinə baxış keçirmişlər və Farizlə Rəhman, polis əməkdaşlarına onun evindən oğurluq etdiklərini səmimi olaraq etiraf etmişlər. Baş vermiş oğurluq hadisəsi nətcəsində ona ümumilikdə 846 manat məbəlğində maddi ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının icrası ilə əlaqədar X1 alınmış xx.xx.2024cü il tarixli, 72 №-li rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ekspertiza tədqiqatına təqdim edilən çantanın içərisində 04 ədəd başlıqları ilə birlikdə 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatının xx.xx.2024-cü il tarixə olan təqribi orta bazar qiyməti 90,00 anat, 01 ədəd metrənin qiyməti 5,00 manat, 01 ədəd səviyəölçənin qiyməti 70,00 manat, 01 cüt rezin əlcəklərin qiyməti 1,00 manat, çantanın içərsində 01 ədəd «Bosch» markalı preforatorun qiyməti 170,00 manat, 01 ədəd böyük ölçülü laqondanın qiyməti 85,00 manat, 01 ədəd kiçik ölçülü laqondanın qyiməti 50 manat, 01 ədəd drelin qiyməti 45,00 manat, 01 ədəd qaynaq aparatının qiyməti 150,00 manat, 01 ədəd iran istehsallı qaz sobasının qiyməti 125,00 manat, 01 ədəd elektrik mişarın qiyməti isə 55,00 manat olmaqla, həmin əşyaların ümumilikdə dəyəri 846,00 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Subutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış 04 ədəd başlıqları ilə birlikdə 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatı, 01 ədəd metrə, 01 ədəd səviyəölçən, 01 cüt rezin əlcəklər, çantanın içərsində 01 ədəd «Bosch» markalı preforator, 01 ədəd böyük ölçülü laqonda, 01 ədəd kiçik ölçülü laqonda, 01 ədəd drel, 01 ədəd qaynaq aparatı, 01 ədəd iran istehsallı qaz sobası və 01 ədəd elektrik mişar ibtidai istintaq zamanı saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ibtidai istintaqından yayındığına görə Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş, barələrində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə tutularaq Abşeron RPİ-in MYS-nə təhvil verilmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixdə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə tutularaq Abşeron RPİ-in MYS-nə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslə barışıq etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, o cümlədən vətən müharibəsi iştirakçısı olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 18 gün müddət nəzərə alınsın, həbsdə saxlamanın 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 20 gün müddət nəzərə alınsın, həbsdə saxlamanın 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 04 ədəd başlıqları ilə birlikdə 01 ədəd «Candan» markalı plastik boru qaynaq aparatı, 01 ədəd metrə, 01 ədəd səviyəölçən, 01 cüt rezin əlcəklər, çantanın içərsində 01 ədəd «Bosch» markalı preforator, 01 ədəd böyük ölçülü laqonda, 01 ədəd kiçik ölçülü laqonda, 01 ədəd drel, 01 ədəd qaynaq aparatı, 01 ədəd iran istehsallı qaz sobası və 01 ədəd elektrik mişar ibtidai istintaq zamanı saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalı, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci müştərək qaydada təqsirləndirilən şəxslərdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 və vəkil Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Ucar rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 18 gün müddət nəzərə alınsın, həbsdə saxlamanın 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 02 il 24 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ucar rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 20 gün müddət nəzərə alınsın, həbsdə saxlamanın 1 (bir) gününü azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü hesabı ilə hesablamaqla, qəti olaraq üzərində 01 il 07 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs1 münasibətdə Ucar rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs2 münasibətdə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar