Məhkəmə qərarları › İş №1(012)-206/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-206/2020

10.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-206/2020 10.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1968-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2014-cü il tarixli əmrlə Abşeron rayonu, Aşağı Güzdək bələdiyyəsində yerli sosial və büdcə komissiyasının sədri vəzifəsində işləyərkən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2014-cü ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Aşağı Güzdək bələdiyyəsinin mülkiyyətində olan 0,6 ha torpaq sahəsini özünə məxsus olduğunu bildirərək həmin torpaq sahəsini X6 adına sənədləşdirib 15.000 manata Zərərçəkmiş şəxs satacağını vəd edib inandıraraq aldatmış, 2014-cü ilin dekabr ayının ortalarında Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Abşeron rayon məhkəməsinin inzibati binasının qarşısında 1000 manat məbləğində, 2015-ci ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən «Qəbələ» kafesində 400 manat məbləğində, 2015-ci ilin yanvar ayının sonları həmin kafedə 500 manat məbləğində, 2015-ci ilin fevral ayının ortalarında Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində 710 manat məbləğində, 2015-ci ilin iyun ayında Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Samsung” mağazasının yaxınlığında 2500 manat məbləğində, ümumilikdə 5110 manat manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsd ilə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, hadisə baş verən ərəfədə Abşeron rayon Aşağı Güzdək qəsəbəsi bələdiyyəsində işləməmiş, 2015-ci ilin yanvar ayında bələdiyyədən işdən çıxmış, həmin dövrə kimi isə bələdiyyə qulluqçusu vəzifəsində işləmiş, lakin işdən çıxdıqdan sonrada bəzi vaxtlar bələdiyyənin inzibati binasına gedib gəlmiş, X6 adına verilmiş sxem-xəritə ilə əlaqədar Hüseyn Sadıqovun, Natiq Hüseynovun və Şahid1 onun qohumu olduğunu bildirmiş, o, Şahid2la birlikdə Güzdək qəsəbəsində olduğu zaman Temur ona qeyd olunan ərazidən ev almaq istədiyini bildirmiş, o, Temura Vahid adlı şəxsin özünə məxsus 6 sot torpaq sahəsini satmaq istədiyini, lakin qeyd olunan torpağın çökəklik sahədə yerləşdiyini və həmin torpaq sahəsini normal hala salmaq üçün müəyyən məbləğdə pul lazım olduğunu demiş, bu səbəbdən həmin torpağın qiymətinin nisbətən baha başa gələcəyini bildirmişdir. O, Temura həmin torpaq sahəsini 15.000 manata almaq mümkün olacağını demiş, Temur həmin torpaq sahəsinə baxmış və torpaq sahəsini bəyəndiyi üçün almaq istədiyini demiş, bir neçə gün sonra Temur ona zəng vurmuş və bir nəfər şəxslə həmin torpaq sahəsinə baxmağa getdiyini demiş, o, kənarda olduğunu deyərək gələ bilməyəcəyini bildirmiş, bundan sonra ona Temurun Şöhlət ilə birlikdə qeyd olunan torpaq sahəsinə baxmağa getdiyi məlum oluş, o, Temur və Şöhlət ilə birlikdə 2014-cü ilin dekabr ayında Abşeron rayon məhkməsinin qarşısında görüşdükdə Şöhlət torpağa görə 1000 manat pulu ona vermiş, həmin zaman Şöhlətin Temura pul verməsini görməmiş, həmin gündən bir neçə gün sonra Şöhlət ona Hüseyn Sadıqovun vəsiqəsinin surətini vermiş, o da həmin sənədi qeyd olunan torpaq sahəsinə sxem hazırlaması üçün Bəyağaya vermiş, belə ki, həmin torpaq sahəsinin hər hansı bir sənədi olmamış, o həmin torpaq sahəsini torpaqla doldurub tikinti üçün yararlı hala salmaq istəmiş, o da həmin torpaq sahəsini təxminən 1400 manat pul müqabilində həmin əraziyə xeyli miqdarda torpaq gətizdirmiş, həmin çökəkliyi doldurmuş, həmin ərəfədə o, Şöhlət və Natiqdən də müəyyən məbləğdə pullar almış, bir neçə gün sonra torpağın sxemini alıb İcra Hakimyyətinə təqdim etdikdən sonra orada müəyyən rüsum tələb olunmuş və bu barədə Şöhlətə məlumat vermiş, Şöhlət ona həmin vaxtı Temura 6000 manat pul verdiyini bildirmiş, o, Temura bu barədə məlumat verdikdə sonuncu ona 6000 manat pulu heç kimdən almadığını bildirdmiş, sonra qeyd olunan torpaq sahəsinin sənədləşməsinin qeyri-mümkün olacağını başa düşmüş, Şöhlətə özü istəsə gedib İcra hakiyyətindən tikintiyə icazə alması və torpaq sənədləşməsi və digər prosedurlarının həyata keçirilməsi üçün qeyd olunan torpaq sahəsinin sxemini vermiş, əlavə olaraq o, Vahid adlı şəxsin anket məlumatlarını və hazırda harada olduğunuda bilmədiyini, qeyd olunan torpaq sahəsinin Vahidə aid olması barədə hər hansı bir sənədin olmadığını, Vahidin ona həmin torpağın özünün istifadəsində olduğunu və qeyd olunan ərazidə məcburi köçkünlərə ev tikmək üçün icra başçısı tərəfindən torpaq verildiyini bildirdiyini demişdir. O, Şöhlətdən təxminən 1800 manat pul almış və həmin pulu qeyd olunan ərazinin tikitiyə yararlı hala salmaq üçün torpaq gətizdirməsinə sərf etmişdir. Sonda o, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X2 onun yeznəsidir. Fərhad adlı şəxsi isə qiyabi olaraq tanıyır, Şahid2 isə Natiqə borcu olan Fərhada görə, Xəyyam adlı şəxsi isə torpaq alqı-satıqısı ilə məşğul olan bir şəxs kimi tanımış, lakin sonuncu ilə əvvəllər heç bir münasibəti olmamışdır. O, Abşeron rayonu ərazisində torpaq sahəsi almaq üçün bir neçə dəfə dayısı Şöhlətə müraciət etmiş, 2014-cü ilin dekabr ayının əvvəllərində Natiq Hüseynxanov dayısı Şöhlətə tanışının torpaq sahəsi satdığını bildirdikdə dayısı ona məlumat vermiş, o isə dayısına torpaq sahəsini almaq barədə razılıq vermiş, sonra satılan torpağın sahibi Temur adlı şəxslə birlikdə gedib torpağa baxmış, ertəsi günü isə Natiqlə birlikdə Masazır dairəsinin yaxınlığında görüşmüş və torpaq sahəsinə baxmaq üçün oraya getmişlər. Onlar Müşviq qəsəbəsində yerləşən həmin torpaq sahəsinə baxmış, torpaq sahənin yerini bəyəndiyi üçün torpaq sahibi ilə görüşmək qərarına gəlmiş, bundan sonra o, dayısı Şöhlət ilə birlikdə həmin torpaq sahəsinə baxmış, Natiq həmin vaxt ona torpaq sahəsinin sahibinin dostu Fərhadın ona 6000 manat borcu olduğunu və torpaq sahəsini alsalar, borcu qaytarılacağını bildirmiş, 2014-cü ilin dekabr ayında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron rayon Məhkəməsinin inzibati binasının qarşısında adının Şahid2 olduğunu bildiyi şəxslə görüşmüş, onlar oraya çatdıqda Temur və onun yanında olan sonradan torpaq alqısatqısı ilə məşğul olduğunu öyrəndiyi Xəyyam da orada olmuş, birlikdə görüşüb haləhval tutduqdan sonra Temur onlara həmin torpaq sahəsinin ona məxsus olduğunu demiş, dayısı Şöhlət isə torpaq sahəsinin sənədləri ilə bağlı problemin olub-olmadığını soruşmuş, cavab olaraq Temur həkim torpağın sənədləri ilə bağlı hər hansı bir problemin olmadığını və sənədlərin qaydasında olduğunu bildirmiş, sonuncunun bu sözündən sonra dayısı ondan 6000 manat nağd pul alıb Temur həkimə vermiş, sonra Temur həkim isə həmin pulu Fərhadın borcunu qaytarmaq məqsədi ilə Natiqə vermiş, belə ki, Temur dostu Fərhadın Natiqə olan 6000 manat nağd pul borcunu ödəməyi öz üzərinə götürmüş, sonra Temur Xəyyama torpaq sənədlərinin alınması üçün 700 manat pul verməli olduğunu demiş, Şöhlət isə Temur həkimə cavab olaraq Xəyyama nə verirsə, elə bil ona verdiyini və verəcəyi puldan çıxacağını demiş, bundan sonra Şöhlət 1000 manat pulu ondan alıb Xəyyama vermiş, Temur onlarla razılaşmış və qalıq torpaq sahəsinə görə razılaşdıqları 15 000 manat puldan 8000 manat borcunun olduğunu onlara demişdir. Sonra onlar oradan uzaqlaşıb getmiş, razilaşmadan sonra 2016-cı ilin yanvar ayının əvvəllərində Binəqədi rayonu ərazisində yerləşən “ Qəbələ” kafesində Xəyyam adlı şəxs Natiqdən 400 manat və yanvar ayının sonunda 500 manat olmaqla, ümumilikdə 900 manat, 2016-cı ilin fevral ayının əvvəllərində dayısı Şöhlətdən Masazır qəsəbəsində 710 manat, qalan yekun pulu isə 2016-cı ilin iyun ayında Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Samsung” mağazasının yaxınlığında ondan sənəd üçün 2500 manat pul almışdır. Xəyyam ona torpağın təyinatını dəyişəcəyini və həmin torpaq sahəsində evdən əlavə mağazada tikə biləcəyini bildirmiş, Şöhlətin və Natiqin Xəyyama verdiyi pullar ona məxsus olmuş, belə ki, o, rayonda olduğu zaman Xəyyam təcili sənəd üçün pul lazım olduğunu bildirdikdə Şöhlət və Natiq Xəyyama pul vermişlər. O, sonradan həmin pulu Şöhlətə və Natiqə qaytarmış, Xəyyam ümumilikdə ondan 5110 manat pul, Temur adlı şəxs isə 6000 manat pul almış, həmin pulların alınmasına baxmayaraq, hər hansı bir sənəd düzəldilməmiş, yalnız Xəyyam bir dəfə dayısı Şöhlətə torpaq sənədi adı ilə bir bələdiyyə sənədi vermiş, sonradan isə dayısı öyrənmişdir ki, həmin sənədin hər hansı bir qüvvəsi yoxdur. Təxminən 2 il ərzində Temur həkimə və Xəyyama dəfələrlə zəng etsə də, onun zənglərinə cavab verilməmiş, əlavə olaraq o, ilkin olaraq razılaşmanın Abşeron rayon məhkəməsinin qarşısında olduğunu və orada Şöhlətin ondan 7000 manat pul alıb 6000 manatını Temur həkimə, qalan 1000 manatını isə Xəyyama sənəd üçün verdiyini, yerdə qalan 4110 manat pulun bir hissəsini isə ayrı-ayrı vaxtlarda iki dəfəyə Natiqdən Binəqədi rayonunda yerləşən “Qəbələ” kafesində, bir dəfə Abşeron rayonu ərazisində dayısı Şöhlətdən 710 manat və 2500 manat pulu isə Abşeron rayonu Xırdalan şəhərində yerləşən Samsung mağazasının qarşısında Xəyyam adlı şəxsin ondan aldığını və həmin pulların bütünlüklə ona məxsus olduğunu bildirdi. Sonda o, məhkəyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, sonuncuya qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 öz ifadəsində göstərdi ki, fərdi olaraq Binəqədi rayonu ərazisində yerləşən Qəbələ kafesini icarayə götürüb işlətmiş, Şöhlətin qaynanasının qardaşıdır. Fərhad adlı şəxsi isə təxminən 3 il olarki kafe sahibi Oqtay adlı şəxsin bacısı oğlu kimi tanımış, həmin kafeni də icarəyə götürməkdə sonuncu ona köməklik etmiş, X5 isə Fərhadla birlikdə ağartı məhsulları sexi işlətdiyi üçün Fərhad vasitəsilə tanımışdır. Fərhad onun işlətdiyi restorana donuz əti və ağartı məhsulları satmaqla məşğul olmuşdur. Xəyyam adlı şəxsi isəTemur həkim vasitəsilə torpaq alqısatıqısı ilə məşğul olan biri kimi tanımış, Fərhad adlı şəxsin ona 6000 manat nağd pul borcu olduğu üçün 2014-cü ilin dekabr ayının əvvəllərində Temur həkim ona yaxınlaşmış və Fərhadın borcunu özünə məxsus torpaq sahəsini ona verməklə ödəyəcəyini bildirmiş, həmçinin torpaq sahəsi satıldıqdan sonra isə artıq qalan pulu ona verməsini xahiş etdiyini bildirmiş, o isə Temurun təklifi ilə razılaşmış, həmin zaman Şöhlətə və Xaliqə torpaq sahəsi satılması barədə məlumat vermiş, sonra o, Temur və Xəyyamla birlikdə satılan torpağa baxmağa getmiş və Temur guya özünə məxsus torpaq sahəsini ona göstərmiş, təxminən bir neçə gün sonra Xaliqlə birlikdə Masazır dairəsindən Şöhləti götürüb torpaq sahəsinə baxmağa getmiş, torpaq sahəsi onların xoşuna gəlmiş və ona torpaq sahəsini almaq istədiklərini bildirdikləri üçün o, Temurla danışmış və Abşeron rayon Məhkəməsinin qarşısında onlarla görüşmək qərarına gəlmiş, gələrkən yolboyu Xaliqə və Şöhlətə Temurun dostu Fərhadın ona 6000 manat borcu olduğunu, torpaq sahəsi satıldıqdan sonra Temurun həmin pulu ona verəcəyini demiş, məhkəmənin inzibati binasının qarşısında Temurla görüşən zaman Xəyyam da onun yanında olmuş, onlarla salamlaşdıqda Şöhlət Xəyyamı tanıdığı üçün səmimi görüşmüş, sonra Temur həkim torpaq sahəsinin özünün olduğunu, sənədləri ilə bağlı heç bir problemin olmadığını və həmin 6 sot torpaq sahəsini 15.000 manat müqabilində satacağını bildirmiş, Şöhlət və Xaliq isə onunla razılaşmış, Şöhlət həmin vaxtı Xaliqdən 6000 manat pulu alıb Temur həkimə vermiş, Temur həkim isə onların yanında 6000 manatı ona verib Fərhadın borcunu qaytardığını demiş, Temur həkim həmin günü Xəyyama sənədlər düzəltmək üçün 1000 manat lazım olduğunu dedikdə Şöhlət 1000 manat da Xəyyama vermiş, bundan bir müddət sonra X16 bələdiyyəsindən 6 sot torpaq sahəsinin Hüseyn Sadıqovun adına keçirilməsi barədə sxemi Quşçuluq massivində Xəyyam Şöhlətə vermişdir. Xəyyam 2015-ci ilin yanvar ayının əvvəlində və axırında iki dəfəyə ondan 900 manat Qəbələ kafesində, bir dəfə isə Xaliqdən Masazır kəndində yolun kənarında 710 manat pul almış, daha sonra Xaliqin özündən isə 2500 manat pul alınmış, onlar Xəyyama ümumilikdə torpağın sənədi üçün 5110 manat pul vermişlər, sonuncu dəfə Xəyyama pulu Xaliq Xırdalan şəhərində vermiş, həmin pulu aldıqdan sonra Xəyyam zənglərə bir daha cavab verməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X1 Fərhad vasitəsi ilə tanımış, Fərhad adlı şəxsi dostu Əlibaba vasitəsilə uzun müddətdir tanıyır, Xəyyamla Əlibala dost olmuşlar. Sonrakı dövrlərdə X14 bələdiyyəsinin işçisi kimi tanımış və qardaşı Pərviz isə onun klinikasında həkim kimi işləmiş, Şöhlət və Xaliqlə isə Natiq vasitəsilə tanış olmuş, Natiq sonuncuları özünün qohumları kimi təqdim etmiş,. Xəyyamın ona təxminən 7000-8000 manat pul borcu olmuş, Xəyyam isə Müşviq qəsəbəsində yerləşən torpaq sahəsinin satılacağı təqdirdə həmin pulu ödəyəcəyini bildirmişdir. 2015-ci ildə o, Natiqin işlətdiyi “Qəbələ” kafesində Fərhadla çay içən zaman Natiq də yanlarında olmuş, bu zaman Fərhad ona Natiqə pul borcu olduğunu və Natiq ondan təkidlə borcunu istədiyini demiş, o, isə Natiqə dostu Xəyyamın torpaq sahəsi olduğunu, əgər o torpaq sahəsi satılarsa, Fərhadın ona olan 4000 manat borcunu geri qaytaracağını demiş, söhbət zamanı Natiq torpaq sahəsini alacaq qohumunun olduğunu bildirmiş, 2014-cü ilin dekabr ayında Abşeron rayon Məhkəməsinin qarşısına getmiş, Natiq, Xaliq və Şöhlət də danışıq üzrə oraya gəlmiş, Xəyyamda həmçinin həmin yerə gəlmiş, Şöhlətlə Xəyyam torpaq sahəsi ilə bağlı danışıq aparmış, həmin torpaq sahəsini bir neçə gün əvvəl onunla birlikdə Natiqə Xəyyam göstərmiş, razılıq əldə olunduqdan sonra Şöhlət Xəyyama torpağın mülkiyyət hüququna dair sənədləri düzəltməsi üçün 1000 manat pul vermiş, Xəyyam orada torpağın sənədlərini düzəltmək məqsədi ilə 1000 manat pulu Şöhlətdən almış, əvvəlki izahatına açıqlama verən Fərhadın ona 4500 manat borcu olduğunu, 1500 manat isə torpağın satışından makler pulu kimi ona çatası pul olduğunu və bu səbəbdən də Natiqin 6000 manat pulu haqsız olaraq ondan tələb etdiyini göstərmiş, halbuki, heç bir torpaq sahəsi satılmamış və Xəyyam ona olan borcunu verməmiş, Natiq onunla telefon vasitəsi ilə əlaqə saxlayan zaman onun artıq qohumundan 10.000 manat pul aldığını, torpağın sənədi hazır olduqdan sonra pulu necə verəcəyindən narahat olmuş, sonuncu isə ona alqı-satqıdan sonra pulu götürməli olduğunu, Xəyyam ona olan borcu qaytardıqdan sonra o, Fərhadın borcunu qaytaracağını bildirmiş, əlavə olaraq o, Şöhlətin ona pul vermədiyini, sonuncunun onun yanında 1000 manat pulu satdığı torpağın sənədlərini düzəltmək üçün Xəyyama verdiyini bildirmiş, həmin torpaq sahəsini Xəyyam satmış, o, heç kimə həmin torpaq sahəsini satdığını bildirməmiş, Natiq və Şöhrət ona bir neçə dəfə zəng vuraraq Xəyyamın onlardan torpağa görə pul istəməsi barədə məlumat vermiş, sonunculara həmin məsələyə qarışmadığını bildirmiş, konkret olaraq 1000 manatdan əlavə Xəyyama hansı məbləğdə pul verilməsini bilməmişdir. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş Şahid1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, X2 bacısı Ülkər Quliyevanın kürəkənidir. Fərhad adlı şəxsi qiyabi olaraq tanıyır. X5 isə Natiqə borcu olan Fərhada görə tanımış, Xəyyam adlı şəxsi isə torpaq alqı-satıqısı ilə məşğul olan biri kimi tanıyır, lakin onunla da hər hansı bir münasibəti olmamış, bacısı oğlu Xaliq torpaq sahəsi almaq üçün ona bir neçə dəfə müraciət etmiş, 2014-cü ilin dekabr ayının əvvəllərində Natiq Hüseynxanov ona zəng edərək tanışının Abşeron rayon Müşviq qəsəbəsində torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini satdığını bildirmiş, o, isə həmin vaxt torpaq sahəsi barədə Xaliqə məlumat vermiş və razılıq aldığı üçün Natiqə bu barədə məlumat vermiş, ertəsi günü isə Natiq və Xaliqlə birlikdə Masazır dairəsinin yaxınlığında görüşmüş və onu həmin torpaq sahəsinə baxmaq üçün aparmışlar, o, Müşviq qəsəbəsində yerləşən həmin torpaq sahəsinə baxmış, torpaq sahəsinin yeri xoşuna gəldiyi üçün torpaq sahibi ilə görüşmək qərarına gəlmiş, Natiq isə həmin vaxt ona torpaq sahəsinin sahibinin dostu Fərhadın ona 6000 manat borcu olduğunu və torpaq sahəsini alsa, onun borcunun qaytarılacağını demiş, 2014-cü ilin dekabr ayının ortaları Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Abşeron rayon Məhkəməsinin inzibati binasının qarşısında sonradan adının Şahid2 olduğu şəxslə görüşmüş, onlar oraya çatdıqda Temur və onun yanında olan torpaq alqı-satqısı ilə məşğul olduğunu bildiyi Xəyyam da orada olmuş, o Xəyyamı görüncə onunla səmimi salamlaşmış və hal-əhvalını soruşduqdan sonra Temur ona həmin torpaq sahəsinin ona məxsus olduğunu bidlirmiş, o, isə torpaq sahəsinin sənədləri ilə bağlı problemin olubolmadığını soruşmuş, cavab olaraq Temurgil ona torpağın sənədləri ilə bağlı hər hansı bir problemin olmadığını və sənədlərin qaydasında olduğunu demiş, o, isə sonuncunun bu sözündən sonra bacısı oğlu Xaliqdən 6000 manat nağd pul alıb Temur həkimə vermiş, Temur həkim isə həmin pulu Natiqə vermiş, belə ki, Temurun dostu Fərhadın 6000 manat nağd pul borcunu ödəməyi Temur öz üzərinə götürmüş, bundan sonra Temur ona Xəyyama torpaq sənədlərinin alınması üçün 1000 manat pul verməli olduğunu demiş, o isə Teymur həkimə cavab olaraq “ Xəyyama nə verirəmsə elə bil sənə verirəm və verəcəyim puldan çıxacam” demiş, Temur isə onun bu sözü ilə razılaşmış və qalıq 8000 manat borcunun olduğunu ona demiş, belə ki, torpaq sahəsini 15.000 manat müqabilində almağı barədə şifahi olaraq Temurla razılaşmış, həmin zaman Xaliqdən 1000 manat pul alıb Xəyyama vermiş, sonra oradan uzaqlaşıb getdikdən bir müddət sonra Xəyyam ona zəng vurmuş və torpağın sənədləri üçün əlavə pul lazım olduğunu bildirmiş, belə olduqda Natiq Xəyyamla 2015-ci ilin yanvar ayının əvvəllərində Binəqədi rayonu ərazisində yerləşən “Qəbələ” kafesində görüşərək əvvəlcə 400 manat, yanvar ayının axırında isə 500 manat pul vermiş, bundan sonra fevral ayının əvvəllərində Masazır kəndində yolun kənarında onunla Xəyyam görüşdükdə sonuncuya 710 manat pul vermiş, 2015-ci ilin iyun ayının ortalarında Xaliq tərəfindən Xəyyama Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Samsung” mağazasının yaxınlığında 2500 manat pul verilmişdir. Təxminən 2015-ci ilin may ayında Xəyyam ona üzərində Güzdək bələdiyyəsinin möhürü olan bir sənəd vermiş və həmin sənədin torpağa aid olduğunu bildirmiş, Xəyyam ona qalan sənədləri də bir müddət sonra verəcəyini bildirmiş, sonunucu dəfə Xəyyama pulu Xaliq Xırdalan şəhərində yerləşən “Samsung” mağazasının yanında vermiş, ümumilikdə Xəyyama sənəd üçün 5110 manat pul verilmiş, təxminən 2 il ərzində Temur həkimə və Xəyyama dəfələrlə zənglər etsələr də, sonuncular onların zənglərinə cavab verməmiş, o, bundan sonra Xəyyamın ona verdiyi üzərində Güzdək bələdiyyəsinin möhürü olan sənədi götürüb Güzdək bələdiyyəsinə getmiş, orada qeyd olunan sənədin əsassız olduğunu, belə bir sənədin mövcud olmadığı bildirilmiş, belə olduqda o, aldanıldığını başa düşmüşdür. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş Şahid4 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2015-ci ilin may ayında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi bələdiyyəsində sədr kimi fəaliyyət göstərmiş və həmin ilin təxminən oktyabr ayında işdən öz ərizəsi ilə azad olunmuş, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu ilə birlikdə bələdiyyədə işləmiş, o, Aşağı Güzdək bələdiyyəsinin sədri olduğu dövrdə Xəyyamda həmin bələdiyyədə bələdiyyə qulluqçusu olmuş, münasibətləri yaxşı olmuş, təqdim edilmiş sxemi-xəritə ilə bağlı qeyd olunan sənəddə göstərilən imza və möhürün ona məxsus olduğunu bildirmiş, həmin sənəd Abşeron RİH-nin memarlıq şöbəsinə təqdim olunması üçün tərtib olunmuş, sənəd Abşeron RİH tərəfindən təsdiqləndikdən sonra tikintiyə icazə verilmiş və bundan sonra müvafiq sənədləşmə aparılmış, lakin həmin sənəd təstiqlənməmişdir, qeyd olunan sənədlə alqısatqı aparılması mümkün olmamış, həmin torpaq sahəsinin satılması barədə onun məlumatı olmamış, Təqsirləndirilən şəxs ona Hüseyn Sadıqovun vəsiqəsini təqdim etmiş, bundan sonrakı prosesdurları Xəyyam özü tək etmiş, Xəyyam həmin ərəfədə Bələddiyə qulluqçusu işləmiş, Xəyyam qeyd olunan sənədi onun yanına gətirmiş və həmin sənəddə göstərilən sxem düzgün olduğu üçün imza və möhürlə təstiqlənmişdir. Bundan sonra Xəyyam həmin sənədi məktubla birlikdə Abşeron Rayon İcra hakimyyətinə təqdim etmək üçün götürmüş, İcra hakimyyəti tərəfindən qeyd olunan sənəd yoxlanılmalı və məqsədə müvafiq olduqda təsdiqlənməli, əks halda təqstiqlənməyərək müvafiq məktubla geri qaytarılmalı olmuş, Xəyyam həmin ərəfədə bələdiyyədə işlədiyi üçün həmin sənədi Xəyyama vermiş, Hüseyn adlı şəxsin şəxsiyyət vəsiqəsini də ona Təqsirləndirilən şəxs təqdim etmiş, o, həmin şəxsin Xəyyamın tanışı və ya qohumu olduğunu zənn etmiş və sadəcə olaraq torpaq sənədləşmə prosedurunu tezləşdirmək istədiyini başa düşmüş, qeyd olunan sənəd sadəcə təklif olmuş, sənəd hüquq verən sənəd olmadığı üçün həmin sənədlə alqı-satqı mümkün deyildir. Təqsirləndirilən şəxs qeyd olunan torpaq sahəsini satması barədə onun məumatı olmamışdır. Qeyd olunan torpaq sahəsinə dair sənədlər təstiqləndikdən sonra müvafiq sənədləşmə aparılmalı, bundan sonra isə torpaq hərraca çıxarılmalı və alqı-satıqı həyata keçirilməli idi, əks halda Təqsirləndirilən şəxs həmin torpağı satmağa heç bir səlahiyyəti olmamışdır. X12 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X12 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai və məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 7 №-li Qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Məhkəmələrə izah edilsin ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Şəxs, heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vazifəli şəxsə çatdırmaq niyyətində olmayaraq ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4 -ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4 ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə göstərdikləri məhkəmə tərəfindən onun məsuliyyətini yüngülləşdirmək məqsədilə verilmiş özünümüdafiə xarakteri daşıyan qeyri-səmimi ifadə kimi qiymətləndirilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxsə vurulmuş ziyanın tam ödənilməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında olan hissəsini dövlət büdcəsinə ödəniş etmədiyi üçün o, cinayət məsuliyyətindən azad edilə bilməz. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3 maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2.-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq onun dövlət və yerliözünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutma hüququnun saxlanılmasını qeyrimümkün hesab edir və onu müəyyən müddətə dövlət və özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum etməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3.-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, daha sonra o, məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə axtarış elan edilmiş və o, xx.xx.2020-ci il tarixdə tutularaq həbsə alınmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olduğu cəmi 01 (bir) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə olduğu bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni qeydiyyatda olduğu Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində, məhkəmə baxışı zamanı 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir və o, məhkəmə zalında dərhal həbsdən azad olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından həbsdə olduğu 01 (bir) ay 25 (iyirmi beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki günü bərabər tutulmaqla təyin edilmiş cəzadan 03 ay 20 gün çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən 01 (bir) il 06 (ay) müddətə müəyyən vəzifə tutma hüququndan məhrum edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində, məhkəmə baxışı zamanı 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar