Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-206/2021 17.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1968-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, orta təhsilli, işləməyən, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmasına səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs minik avtomobilini idarə etmək hüququ olmadan xx.xx.2020ci il tarixdə saat 20:45 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Vaz-21074” markalı, ** NG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi ilə Bakı Dövlət İqtisadiyyat və Humanitar kolleci istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan avtomobil idarə etməklə sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunları etməyərək yolu sağdan sola piyada keçən Zərərçəkmiş şəxs vuraraq yolnəqliyyat hadisəsi törətmiş, onun bu ehtiyatsızlığı nəticədə piyada Zərərçəkmiş şəxs burunla tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, burun nahiyəsinin şişkinlik halında qançırı, hər iki gözətrafı yumşaq toxumaların hematomaları, alın nahiyəsinin orta hissəsinin, sağ əlin arxa səthinin, sol əlin arxa səthinin, qarın nahiyəsinin sol yarısının və sağ aşıq-baldır oynağı nahiyəsinin iç səthinin sıyrıqları, sol bud və sol diz oynağı nahiyələrinin qançır-şişkinlik halında əzilməsi, sol diz oynağında hərəkət məhdudluğundan ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarətləri almasına səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 4 aydır sürücülük hüququ olmadan özünə məxsus olan “VAZ-21074” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2020-ci il tarixdə saat 20:45 radələrində idarə etdiyi VAZ-21074” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi ilə Xırdalan şəhəri, “Texnikom” istiqamətində saatda 40-50 km sürətlə hərəkətdə olan zaman yolu sağdan sola doğru keçən, sonradan adını bildiyi piyada Zərərçəkmiş şəxs 5 metrdən məsafədən görmüş, onu vurmamaq üçün əks hərəkət zolağına çıxıb əyləcdən istifadə etmişdir. Buna baxmayaraq piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Nəticədə piyada Zərərçəkmiş şəxs yerə yıxılıb xəsarət aldığını görmüşdür. Həmin vaxtı avtomobili saxlayıb piyada Zərərçəkmiş şəxs köməklik göstərmiş, təcili tibbi yardıma aparmışdır. O, avtomobili idarə edən zaman spirtli içki qəbul etmədiyini, həmin vaxt avtomobilinin saz və yüksüz vəziyyətdə olduğunu qeyd etmişdir. Sonda o, etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirərək məhkəmədən bunları nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 20:45 radələrində piyada Abşeron rayonu Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, yəni “Sultan” şadlıq evi yaxınlığında “Ləziz tam” dönərçisi tərəfdə yolun sağ tərəfindən sola doğru keçən zaman sol tərəfindən, yəni “Sultan” şadlıq evi istiqəmətindən M.Hüseynzadə küçəsi istiqamətində hərəkətdə olan “VAZ-21074” markalı, **- NG-*** nömrə nişanlı avtomobilin anidən sürətlə hərəkət edib, piyada yolunu keçən zaman yolun orta hissəsindən əks hərəkət yoluna çıxıb avtomobilin qabaq hissəsi ona toxunmuş, nəticədə o, yerə yıxılıb xəsarət almışdır. Sonradan onu vuran avtomobilin sürücüsü avtomobili saxlamış, onu təcili tibbi yardıma aparmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında qızı Zərərçəkmiş şəxs telefonuna pul köçürmək üçün maqazinə getmiş və bundan bir neçə saat sonra Nigar ona zəng edib avtomobillə vurulduğunu və hazırda Bakı şəhərində xəstəxanada olduğunu bildirmişdir. Nigar gecə yarısı sifəti qançır vəziyyətdə evə gəlmiş, yaşadıqları Xırdalan şəhəri Nizami Gəncəvi küçəsində yolu piyada keçən zaman ağ rəngli Vaz 21074 markalı avtomobilin onu vurduğunu və bundan sonra xəstəxanaya apardığını bildirmişdir. İş üzrə şahid X2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. X7 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X7 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X1 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbi yoxdur və yüngül cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin sağlamlığa zərər vurmanın təyininə dair xx.xx.2020-ci il tarixli, 2107 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – burunla tənəffüsün pozulması ilə müşayiət olunan burun sümüyünün orta 1/3-nin qapalı, qəlpəli, yerdəyişən sınığı, burun nahiyəsinin şişkinlik halında qançırı, hər iki gözətrafı yumşaq toxumaların hematomaları, alın nahiyəsinin orta hissəsinin, sağ əlin arxa səthinin, sol əlin arxa səthinin, qarın nahiyəsinin sol yarısının və sağ aşıq-baldır oynağı nahiyəsinin iç səthinin sıyrıqları, sol bud və sol diz oynağı nahiyələrinin qançır-şişkinlik halında əzilməsi, sol diz oynağında hərəkət məhdudluğu ilə - bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 8/1775 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilən məlumatlara əsasən VAZ - 21074 markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “sərxoşluq vəziyyətinin təyininə dair” xx xxxxxxx 2020-cı il tarixli, 5610 saylı protokoldan görünür ki, məlum yolnəqliyyat hadisəsi zamanı sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “AD” seriyalı, 789790 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ -21074 markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, HK-6747 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə kimi Abşeron rayon Məhkəməsinin 3(012)-502/2019 saylı qərarına əsaəsn məhdudlaşdırılmış, sürücülük vəsqiqəsi vətəndaş Təqsirləndirilən şəxs tərəfindən aidiyyatı üzrə saxlanılması üçün DİN BDYPİ-nin X3-İmtahan və texniki baxış şöbəsinə təqdim edilmədiyindən sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı hesablanmamışdır. Bu Baxımdan xx.xx.2020-cı il tarixdə vətəndaş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ olmamışdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilir. O, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx xxxxxxx 2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Qeyd olunan Məcəllənin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li qərarının 4-cü bəndində nəzərdə tutulmuş tövsiyyələrdən görünür ki, CPM-nin 351.2-ci maddəsinə əsasən ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra, mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya idarəsinin məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-147/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək və əmlakı müsadirə olunmaqla 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Odur ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 2(012)-147/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmü ilə məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş AR Abşeron RİH başçısının 3 saylı MTİİS TS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 5/61 ünvanında qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, əməlindən peşmançılıq hissi keçirməsi, zərəçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmiş, bu peşmançılığını zərərçəkmiş şəxsə göstərdiyi mənəvi dəstəkdə bir daha ifadə etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanunun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalar təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 40 (qırx) saat ibtidai istintaq zamanı dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X8 həvalə edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X8 həvalə edilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-206/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-206/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver