Məhkəmə qərarları › İş №1(012)-206/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-206/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-206/2022 22.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Əlvənd kəndində daimi qeydiyyatda olan, Abşeron rayonu, Digah qəsəbəsində fərdi evdə yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 21 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 (iyirmi) manat müqabilində 1(bir) ədəd siqaretin gümüşü kağızına bükülmüş təmiz çəkisi 0,260 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamış, 24.11.2021-ci il tarixdə saat 12 radələrində, Pirişağa qəsəbəsində, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Mehdiabad polis bölməsinə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cıbındən 1 (bir) ədəd siqaretin gümüşü kağız parçasına bükülü, həmin ümumi təmiz çəkisi 0,260 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3-4 ay olar ki, patı, yəni metamfetamindən istifadə edir. 21.11.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 20 (iyirmi) manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin almış və həmin 20 manat müqabilində aldığı bir büküm metamfetamini əynində olan cins şalvarımını qabaq sağ cibinə qoymuşdur. O, həmin bir büküm metamfetamini cibinə qoyub saxlamaqda məqsədi, ürəyi istədikdə özü istifadə etmək omluşdur. Həmin vaxtda 20 manata aldığı bir bükümdə olan metamfetamin onun əynində olan cins şalvarının cibində qalmışdır. 24.11.2021-ci il tarixdə səhər saat 11 radələrində Abşeron rayonu, Digah qəsəbə sakini kimi tanıdığı Şahid3 ilə yaşadığı Digah kəndində görüşmüş, Şahid3 ona Pirşağı qəsəbəsində bağlarında olan tikinti materiallarına fəhlə kimi pul müqabilində ona kömək edib avtomobilə yükləməkdə ona kömək etməsini xahiş etmiş, o da Şahid3lə razılaşmış və sonuncunun idarə etdiyi Hunday markalı avtomobilə əyləşərək, onunla birlikdə Pirişağa qəsəbəsinə bağa getmişdir. Həmin tikinti materiallarına baxandan sonra Cahandarla həmin tikinti materiallarını avtomobilə yükləmək üçün ondan 40 manat pul alacağını bildirmiş, onlar öz aralarında razılaşdıqdan sonra, həmin tikinti materiallarını yükləmək üçün Pirişağı yoluna çıxıb yük avtomobili axtarmağ üçün geri qayıtmış, Pirşağı yolunda bir nəfər polis geyimində, bir nəfər isə mülkü geyimdə olan şəxslər, bizə yaxınlaşıb özlərini Abşeron RPİ-nin Mehdiabad polis bölməsinin əməkdaşları kimi təqdim edəndən sonra, onlarla birlikdə Mehdiabad polis bölməsinə getməyimizi xahiş etmişlər. Cahandar və o həmin polis əməkdaşları ilə birlikdə Mehdiabad polis bölməsinə getmiş, Mehdiabad polis bölməsində polis əməkdaşları Digah qəsəbəsində oğurluq hadisəsi baş verib, həmin oğurluqla əlaqədar Cahandardan şübhələndiklərini bildirmiş, onlar bir yerdə olduqları üçün onları birlikdə polis bölməsinə dəvət etmişlər. O, həmin oğurluqdan, yəni Cahandarın oğurluq etməsindən xəbəri olmadığını bildirmiş, Mehdiabad polis bölməsində polis əməkdaşları ondan üzərində hər hansı bir qanunla qadağan edilmiş əşya, predmet və narkotik vasitə, psixotrop maddə olduğunu soruşduqda, o, əynində olan şalvarının sağ yan cibində bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, bundan sonra Mehdiabad polis bölməsində onu xidməti otaqlardan birinə dəvət edib, video çəklişlə müdafiəçinin və orada olan polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, onun üzərində şəxsi axtarış aparılmamışdan əvvəl hüquq və vəzifələri izah edilmiş və ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş narkotik vasitə və psixotrop maddə varsa təqdim etsin. O da əynində olan şalvarımın qabaq sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü kağızına bükülmüş psixotrop maddə olan metafetamini çıxarıb təqdim etmiş və bildirmişdir ki, həmin bir ədəd bükümdə olan metamfetamini 21.11.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı bir nəfər təxminən 25-30 yaşlarında olan cavan oğlandan 20 manat müqabilində özü istifadə etmək üçün almışdır. Onun üzərində şəxsi axtarış keçirildikdən sonra, üzərindən aşkar edilərək götürülmüş cəmisi 1 (bir) ədəd bükümü kağız zərfə qablaşdırdıqdan sonra, həmin zərfin ağzı bizim iştirakımızla bağlanandan sonra üzərinə iştirakçılar və onun tərəfindən imzalanmış, sonra bu barədə protokol tərtib edilərək ucadan oxunmuş, heç bir şikayət, ərizə və vəsatət daxil olmamış və protokol imzalarla təstiq edilmişdir. Əlavə olaraq göstərmişdir ki, üzərindən aşkar olunmuş psixotrop madədə olan metamfetamini 21.11.2021-ci il tarixdə saat 12 radələrində, Bakı şəhəri, Binəqədi rayonu ərazisində özüm istifadə etmək üçün tanımadığı şəxsdən 20 (iyirmi) manata almış, həmin psixotrop maddə olan metamfetamini özü istifadə etmək üçün üzərində, yəni şalvarının qabaq sağ cibində saxlamış, Cahandarın onun üzərində metamfetamin olmasından xəbəri olmamışdır. Psixotrop maddə metamfetamini aldığı şəxsi tanımamış, onunla təsadüfən tanış olmuş, həmin şəxsdən birinci dəfə idi metamfetamin almış, həmin şəxsin ünvanını və anket məlumatlarını bilmir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin Mehdiabad PB-də əməliyyat əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis kapitanıdır. Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Şahid1la birlikdə xidməti ərazidə baş vermiş oğurluq hadisəsində şübhəli bilinin Abşeron rayonu Digah qəsəbəsində yaşayan X3 24.11.2021-ci il tarixdə saxlanılaraq Mehdiabad PB-nə gətirildikdə həmin vaxtı onunla birlikdə olmuş Abşeron rayonu Digah qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs da polis bölməsinə gətirilmiş, polis bölməsində sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirdiyi üçün polis bölməsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı hər hansı əşyası vardırsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü kağızına bükülü kütləni çıxarıb təqdim etmiş, həmin büküm açıldıqda onun içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni 21.11.2021-ci il tarixdə günorta radələrində Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan yerdə tanımadığı şəxsdən 20 manat müqabilində öz istifadəsi üçün alaraq öz üzərində saxladığını və psixotrop maddə aldığı şəxsin əlamətlərini xatırlamadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunsuz saxladığı əşya və ya predmet aşkar olunmamış, sonra təqdim edilmiş kütlə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mehdiabad PB-nin sahə rəisi, polis kapitanı Şahid1 ifadəsində əməliyyat müvəkkili, polis kapitanı Şahid2 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının axırlarında qaynatası Elşad Poladovla birlikdə Digah kəndində torpaq almaq üçün Hidayət adlı şəxslə məxsus Digah kəndində olan torpaq sahəsinə getmişlər. Onlar Hidayətə məxsus 06 ha torpaq sahəsinə baxdıqda, həmin torpaq sahəsinin mişar daşından hasarlansada, lakin giriş darvazası qoyulmadığını, yəni Hidayət həyətinə girişin açıq olduğunu görmüşdür. Həmçinin həyətə baxdıqda Hidayət kişi hardansa sökülüb istifadə olunmuş tikinti materialları olan taxtaları, azbes şiferlərini, armatuqları və bir ədəd dəmir darvazanı gətirib hasarın yaxınlığına yığıldığını görmüşdür. O, həmin köhnə işlənmiş tikinti materiallarını gördükdən sonra, pula ehtiyacı olduğu üçün həmin tikinti materiallarını oğurlamaq qərarına gəlmiş, buna görə də 23.11.2021-ci il tarixdə saat 09 radələrində Hidayət kişinin Digah qəsəbəsində olan torpaq sahəsinə getmişdir. Həmin torpaq sahəsində olan tikinti materiallarını, yəni taxtaları, armaturları, dam örtüyü olan azbes şiferləri, dəmir boruları və bir ədəd dəmir darvazanı özüm ilə gətirdiyi «Ateko» markalı yük avtomobilinə yükləyərək Sabunçu rayonu, Pirişağa qəsəbəsində babamdan qalma bağa yığmışdır. Həmin günü günorta vaxtı etdiyi əməldən peşman olduğu üçün, bu barədə Hidayətə xəbər göndərmiş və sonuncuya həmin tikinti materiallarını gətirilib yerinə qoyulacağı bildirimşdir. Həmin günü maşın tapa bilmədiy üçün həmin əşyadarı aparıb yerinə qoya bilməmiş, 24.11.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı Digah kəndinə çıxmış, tanışı və həmkəndlisi olan Zamin adlı şəxslə rastlaşmış, Zamin fəhləlik etdiyi üçün ona bildirmişdir ki, Pirişağa qəsəbəsində köhnə tikinti materialları vardır və həmin tikinti materiallarını yük avtomobilinə yükləyib Digaha gətirmək lazımdır. Zamində onunla razılaşmış və ikisi birlikdə Pirşağaya getmişlər, Zamin həmin əşyalara baxandan sonra, ona demişdir ki, «20 manat verərsən və özündə kömək edərsən həmin yükü avtomobilə yükləməyə sənə köməklik edərəm». Onlar öz aralarında razılaşdıqdan sonra, birlikdə onun idarə etdiyi avtomobil ilə Pirişağa qəsəbəsində, Pirişağa avtomobil yoluna çıxmış ki, yük maşını saxlayıb, həmin tikinti materiallarını yükləyib Digaha gətirsinlər. Zamin həmin tikinti materiallarının oğurluq olmasını bilməmiş və sonuncuya bu barədə heç nə deməmişdir. Onlar Pirşağa yolunda yük avtomobili gözləyərkən, bir nəfər mülkü və bir nəfər polisi formasında onlara yaxınlaşmış, onların hər ikisini Mehdiabad polis bölməsinə dəvət etmişlər. Mehdiabad polis bölməsində ona oğurluq edildiyi deyilmiş, polis əməkdaşları Zamini onun yanında gördükdə əvvəlcə elə bilmişlər ki, Zamin də onunla birlikdə oğurluq etmişdir, lakin bütun olanları polis əməkdaşlarına olduğu kimi danışmış, həmin tikinti materiallarının oğurluq olmasından Zaminin xəbərinin olmadığını demiş, həmin tkinti materiallarını Hidayətin qapısından «Oteko» markalı avtomobilə başqa bir fəhləyə 20 manat verib yüklətdirdiyini, həmin fəhləyə həmin materialların özünün olduğunu, yəni aldığını demişdim. Həmin fəhlələr və avtomobilin sahibi onun oğurluq etdiyini bilməmiş, belə ki, həmin tikinti materiallarını Hidayətin həyətindən günün günorta vaxtı «Oteko» markalı avtomobilə yükləmiş, bu səbəbdən də heç kim onun hərəkətlərindən şübhələnməmişdir. O, Mehdiabad polis bölməsində bütün baş verənləri olduğu kimi etiraf etdikdən sonra, Zamində həmin oğurluqdan xəbərinin olmadığını, lakin əynində olan şalvarının cibində narkotik vasitə olduğunu polis əməkdaşlarına demiş, bundan sonra polis əməkdaşları Zamini otaqlardan birinə dəvət edərək, müdafiəçinin iştirakı ilə Zaminin üzərinə şəxsi axtarış keçirmişlər. O, axtarışda iştirak etməsə də, sonradan eşitmişdir ki, Zaminin üzərindən, yəni cibindən narkotik vasitə aşkar edilmişdir. Onun Zaminin üzərindən narkotik vasitə aşkar edilməsi ilə əlaqədar başqa məlumatı olmamış, sonradan onun başəsində toplanmış materiallar Abşeron RPİ-yə göndərilmiş və o da polis idarəsinin istintaq şöbəsində törətdiyi hadisəni etiraf etmiş və oğurladığı tikinti əşyalarını Hidayətin özünə qaytardığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 25.11.2021-ci il tarixli 6/5225 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs….» sözləri qeyd olunan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,260 (qalıq 0,210) qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr”in siyahısına (Siyahı 1) daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «10» noyabr 2021-ci il tarixli 5009 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Lakin hal–hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertiza tədqiqatına tədqiq olunmuş metamfetaminin ümumi çəkisi 0,260 qram, tədqiqata sərf olunan miqdar 0.050 qram, qalıq 0,210 qram təşkil edir. Odur ki, iş üzrə ümumi çəkisi 0,260 qram olan psixotrop maddə metamfetamin və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və ekspert tədqiqatından qalıq qalmış 0,210 qram psixatrop maddə metamfetamin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilməsi, bir ədəd DVD diski saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 26.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Abşeron rayon polis idarəsinin 24 noyabr 2021-ci il tarixdə Kərimov X4 rayon Pİ-nin TŞ-nin təhqiqatçısı Aslan Allahverdiyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Toplanmış kifayət qədər sübutlar əsasında, 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddə ilə ittiham elan edilmiş, 26.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Abşeron rayon prokuroru qarşısında vəsatət qaldırılmış, lakin qaldırılmiış vəsatət təmin edilməmiş və təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi məqsədə müvafiq hesab edilmişdir. Odur ki, 26 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs saxlandığı Abşeron rayon Pİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxışı iclasında 24.11.2021-ci il tarixdə saat 21:55 radələrindən saat 22:20 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdə saat 12 radələrində, Pirşağı qəsəbəsində, Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Mehdiabad polis bölməsinə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cıbındən 1 (bir) ədəd siqaretin gümüşü kağız parçasına bükülü ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən 24.11.2021-ci il tarixdə saat 12 radələrində, Pirşağı qəsəbəsində polis əməkdaşları tərəfindən saxlanılıb Mehdiabad polis bölməsinə gətirilmiş və orada xidməti otaqda üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarının sağ yan cıbındən 1 (bir) ədəd siqaretin gümüşü kağız parçasına bükülü psixotrop maddə-metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs 14.02.2015-ci il təvəllüdlü Amin Kərimli adlı bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdən 26.11.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,210 qram narkotik vasitə olan metamfetamin məhv edilməlidir. İş üzrə 81 manat 82 qəpik məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24.11.2021-ci il tarixdən 26.11.2021-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Kərimov X4 rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq 0,210 qram narkotik vasitə olan metamfetamin məhv edilsin. İş üzrə 81 manat 82 qəpik qəpik məhkəmə-bioloji ekspertizasının xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat pul Xırdalan vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar