Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-206/2024 23.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 2003-cü ildə Abşeron rayonu, Novxanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, lakin ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə binaya qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 iyun 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3ndə yerləşən ərzaq mağazasına plastik qapını zərblə itələyib açmaqla qanunsuz daxil olaraq, həmin mağazadan 01 qutusunun qiyməti 40 manat olmaqla 400 manat dəyərində 10 qutu “Sobraniye” markalı siqaret, 01 qutusunun qiyməti 39 manat olmaqla 390 manat dəyərində 10 qutu “Kent” markalı siqaret, 01 qutusunun qiyməti 37 manat olmaqla 370 manat dəyərində 10 qutu “LD” markalı siqaret, 01 qutusunun qiyməti 37 manat olmaqla 370 manat dəyərində 10 qutu “Davidoff” markalı siqaret olmaqla ümumilikdə 1530 manat dəyərində tütün məmulatları, Azercell Telecom-a aid 10 ədəd 1 manatlıq, 10 ədəd 2 manatlıq, 10 ədəd 3 manatlıq 10 ədəd 5 manatlıq və 5 ədəd 10 manatlıq, Bakcell Telecom-a aid 10 ədəd 1 manatlıq, 05 ədəd 2 manatlıq, 10 ədəd 3 manatlıq 10 ədəd 5 manatlıq və 5 ədəd 10 manatlıq, Nar Mobile-a aid 20 ədəd 2 manatlıq, 10 ədəd 5 manatlıq kontur kartları olmaqla ümumilikdə 400 manat dəyərində kontur kartları və 900 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 2800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 05 iyun 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixə keçən gecə saat 03 radələrində o, yaşadığı evin yaxınlığında küçədə siqaret çəkirmiş. Maddi sıxıntıları olduğu üçün pula ehtiyacı olmuşdur. O, düşünmüşdür ki, oğurluq edib oğurladığı əşyaları satıb pul əldə edər. O, ətrafa göz gəzdirmiş və gözünə məhəllədə olan mağaza sataşmışdır. Həmin vaxt o mağazadan oğurluq etmək qərarına gəlmişdir. Elə bu məqsədlə də həmin mağazanın arxa qapısı tərəfə keçmişdir. Bundan öncə o, yaşadığı evin həyətində bir ədəd idman çantasını da özü ilə götürmüşdür ki, oğurladığı əşyaları çantaya yığsın. Mağazanın arxa qapısı plastikdən olduğundan öz bədəni ilə həmin plastik qapını zərbə ilə itələyib açıb mağazaya daxil olmuşdur. Həmin mağazanın vitrinindən sayı yadında qalmayan siqaret qutularını, daha sonra kassadan sayı yadında qalmayan qəpik və kağız pulları və kassanın yanında sayı yadında qalmayan kontur kartları götürmüşdür. Kontur kartlarının bir hissəsini və siqaret qutularını özü ilə gətirdiyi idman çantasına yığmışdır. Pulları və Bakcell-ə aid kontur kartlarını isə cibinə qoymuşdur. Daha sonra isə mağazaya daxil olduğu arxa qapıdan çıxmışdır. Mağazadan təxminən 100-150 metrə uzaqlaşmışdır ki, uzaqdan PPX avtomobilin gəldiyini görmüşdür. O, oğurluğunun üstünün açılmağından ehtiyat edib oğurladığı siqaretlər və konturları yığdığı idman çantasını boş sahəliyə tullamışdır ki, əlində heç nə görünməsin. Yerdə qalan oğurladığı pul və kontur kartları isə cibində olduğu üçün tullamamışdır. O, oğurladığı pulları öz şəxsi ehtiyacları üçün xərcləmiş, cibində qalan konturlar isə Bakcell üçün olduğuna görə onun da nömrəsi Nar olduğu üçün istifadə edə bilməyərək, həmin konturların bir hissəsini tanımadığı şəxslərə satmışdır. Konturları satanda da satdığı şəxslərə konturların oğurluq olduğunu deməmişdir. Satdığı konturların bir qismini satsa da, bir qismi onda qalmışdır. Həmin oğurluq hadisəsini tök törətmiş, ona heç kim kömək etməmişdir. O, oğurluq edən zaman da ona köməklik edən olmamışdır. O qeyd etdiyi cinayət əməlindən başqa ayrı oğurluq etməmişdir. Hazırda əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ərzaq mağazası vardır. Həmin dükanı təxminən 2-3 ay olar ki, işlədir. Əsasən dükanda ərzaq malları satır. Hər gün səhər sat 08 radələrində dükanı açır və gecə saat 00 radələrinədək həmin dükanı işlədir. Gecə də dükandan çıxanda mağazanın qapıları kilidlə bağlayır. Sonuncu dəfə o, 05 iyun 2023-cü il tarixdə gecə saat 23 radələrində mağazanı bağlayıb evə getmişdir. Səhəri gün, yəni ki, 06 iyun 2023-cü il tarixdə səhər saat 09 radələrində həmişəki kimi mağazaya gəlmiş, mağazanın qabaq qapısını açıb mağazaya daxil olmuşdur. Mağazaya girəndə mağazanın arxasında saxlanc yeri kimi istifadə etdiyi qapısının açıq olduğunu görmüşdür. Mağazanın içərisində gəzişib fikir vermişdir ki, siqaretlər olan piştaxta dağınız vəziyyətdədir və bir neçə siqaret yerə düşüb. O başa düşmüşdür ki, mağazadan oğurluq olmuşdur. Çünki piştaxtada siqaretlərin sayı gözünə az dəymişdir. Daha sonra mağazanın kassasına göz gəzdirmişdir. Kassada olan pul da və kassanın yanında olan kontur kartlarının da yerində olmadığını müəyyən etmişdir. Mağazada qalıb oğurlanmış əmlakları saymağa başlamış və müəyyən etmişdir ki, təxminən 01 qutusunun qiyməti 40 manat olmaqla 400 manat dəyərində 10 qutu Sobraniye markalı siqaret, 01 qutusunun qiyməti 39 manat olmaqla 390 manat dəyərində 10 qutu Kent markalı siqaret, 01 qutusunun qiyməti 37 manat olmaqla 370 manat dəyərində 10 qutu LD markalı siqaret, 01 qutusunun qiyməti 37 manat olmaqla 370 manat dəyərində 10 qutu Davidoff markalı siqaret olmaqla ümumilikdə 1530 manat dəyərində tütün məmulatları, bundan başqa Azercell Telecom-a aid 10 ədəd 1 manatlıq, 10 ədəd 2 manatlıq, 10 ədəd 3 manatlıq 10 ədəd 5 manatlıq və 5 ədəd 10 manatlıq, Bakcell Telecom-a aid 10 ədəd 1 manatlıq, 05 ədəd 2 manatlıq, 10 ədəd 3 manatlıq 10 ədəd 5 manatlıq və 5 ədəd 10 manatlıq, Nar Mobile-a aid 20 ədəd 2 manatlıq, 10 ədəd 5 manatlıq kontur kartları olmaqla ümumilikdə 400 manat dəyərində kontur kartları, bundan başqa kassaya baxanda müəyyən etdim ki, kassadan da 900 manat nağd pul oğurlanmışdır. Bununla da ona ümumilikdə 2800 manat dəyərində maddi ziyan dəymişdir. O, dərhal zəng edib oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirib foto şəkillər çəkmişlər.Şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 06 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasıdır. Baxış zamanı qeyd olunan mağazadan Zərərçəkmiş şəxs məxsus 1500 manata yaxın dəyərdə tütün məmulatlarının, 900 manat nağd pulun və 400 manatlıq danışıq kartlarının yerində olmaması müəyyən olunmuşdur. İfadəsinin yerində yoxlanılması haqqında 20 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 05 iyun 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixə keçən gecə saat 03 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus ərzaq mağazasına plastik qapını zərblə itələyib açmaqla daxil olub həmin mağazadan Zərərçəkmiş şəxs məxsus tütün məhsullarını, danışıq kartlarını və kassadan nağd pulları oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib barəsində araşdırması aparılan cinayət işi xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya şöbəsinin verilən sorğuya cavabından görünür ki, Abşeron rayon məhkəməsinin 1(012)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmış və xx.xx.2024-cü il tarixədək qeyd edilən cəzanın 05 (beş) ay 29 (iyirmi doqquz) gün hissəsini çəkmişdir. Cəzanın çəkilməmiş hissəsi 02 (iki) il 06 (altı) ay 01 (bir) gün təşkil edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona elan edilmiş ittihamda göstərilən cinayət əməlinin törədilməsi onun özünün etirafedici ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, hadisə yerinə baxış, ifadənin yerində yoxlaması və digər istintaq hərəkəti protokolları və istintaq zamanı toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu, hazırda azadlığın məhdudlaşdırılması cəzasını çəkməsini və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla yanaşı məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, CMin 68.1.1-1 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)-292/2023 nömrəli hökmü ilə məhkum olunduğu 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hazırda baxılan iş üzrə törətmiş olduğu cinayət əməlini Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 292/2023 nömrəli hökmünün qanuni qüvvəsini almazdan əvvəl törətməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(012)- 292/2023 nömrəli hökmü ilə məhkum olunduğu 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılma yolu ilə ona qəti cəza təyin olunmalı və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanılmalıdır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, həmçinin Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə çəkilmiş 05 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CPM-in 155.3.3-cü maddəsinə əsasən həbs qətimkan tədbiri əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə tətbiq oluna bilər. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs tərəfindən 10 iyun 2023-cü il tarixdə təqdim olunmuş Bakcell mobil operatoruna məxsus olan 5 AZN dəyərində **********06468 və **********43028 nömrəli, 3 AZN dəyərində isə **********22484, **********92135, **********92136, **********92137, **********92138 və **********92139 nömrəli kontur kartları Zərərçəkmiş şəxs geri qaytarılmış hesab olunmalıdır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödəniməsini tələb etmək hüququ izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron rayon məhkəməsinin 1(012)-292/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-in 68.1.1-1ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs qəti olaraq, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, həmçinin Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə çəkilmiş 05 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, məhkəmə zalından dərhal həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs tərəfindən 10 iyun 2023-cü il tarixdə təqdim olunmuş Bakcell mobil operatoruna məxsus olan 5 AZN dəyərində **********06468 və **********43028 nömrəli, 3 AZN dəyərində isə **********22484, **********92135, **********92136, **********92137, **********92138 və **********92139 nömrəli kontur kartları Zərərçəkmiş şəxs geri qaytarılmış hesab olunsun. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödəniməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-206/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-206/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver