Məhkəmə qərarları › İş №1(012)-207/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-207/2021

20.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-207/2021 20.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun və onun vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Yataqxana 2, H.Əliyev küçəsi, məhəllə 18, ev 32-də qeydiyyatda olan və yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-1, 177.2.4-cü və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixində gecə saat 02:20-də Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətinin hasarının çöl tərəfində saxladığı “Mersedes Benz E190“ markalı **-TC-*** dövlət qeydiyyat nişanlı avtomaşınının qabaq sol qapısının şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq salona daxil olub, oradan 200 manat nəğd pulunu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs1 məxsus mühüm şəxsi sənəd hesab edilən xx.xx.2018-ci ildə verilmiş, AE 966211 nömrəli, «B» kateqoriyalı sürücülük vəsiqəsini, xx.xx.2011-ci ildə verilmiş, AZE№ 0******* nömrəli şəxsiyyət vəsiqəsini və «xxxx» tərəfindən verilmiş “Bir kart“ını talamışdır. Bunban başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixində gecə saat 02:40-da Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Şahverdiyev küçəsindəki fərdi həyət evinin qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus “Nissan Sunny“ markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol qapısının şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq salona daxil olub, oradan bir ədəd 250 manat dəyərində “İPHONE “ markalı mobil telefonunu, içərisində 10 manat nəğd pul olan 10 manat dəyərində pulqabısını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 cəmi 270 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs2 məxsus mühüm şəxsi sənəd hesab edilən xx.xx.2012-ci ildə verilmiş, AB 745578 nömrəli, «B» kateqoriyalı sürücülük vəsiqəsini, “Nissan Sunny“ markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomaşının AB 719373 nömrəli qeydiyyat şəhadətnaməsini və əmək haqqı kartını talamış, bundan sonra elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus əmək haqqı kartını həmin tarixdə saat 06:23-də Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən “xxxx”ın bankomatına daxil etməklə hesabdakı pulu çıxarmağa yönəldilmiş qəsdən edilən hərəkəti iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmayaraq cinayət törətməyə cəhd etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu Mehdiabad qəsəbəsində fərdi evin qarşısında saxlanılmış “Hunday Granduer“ markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sol qapısının şüşəsini yerdən götürdüyü daş parçası ilə sındıraraq salona daxil olub, oradan Zərərçəkmiş şəxs3 məxsus 35 manat dəyərində sənəd qabını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmiş, həmçinin Zərərçəkmiş şəxs3 məxsus mühüm şəxsi sənəd hesab edilən xx.xx.2017-ci il tarixdə verilmiş, “BC” kateqoriyalı, AC 726303 nömrəli sürücülük vəsiqəsini və “Yeni Azərbaycan Partiyası”nın üzvlük vəsiqəsini talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 03:40 radələrindən saat 09:00-dək olan müddət ərzində Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi evinin həyətinə hasardan aşma yolu ilə qanunsuz daxil olmuş, oradan evin yataq otağının pəncərəsini sındıraraq yaşayış sahəsinə, yəni mənzilə qanunsuz daxil olaraq otaqdakı dolabda olan ümumi 3100 manat dəyərində 21,5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan, boyunbağı, qolbağ və sırğadan ibarət 2 ədəd qızıl dəstini, hər biri 6 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan, ümumi 1350 manat dəyərində 3 ədəd qadın qızıl üzüklərini, bir ədəd 500 manat dəyərində 5 qram çəkidə, 585 əyarlı Rusiya istehsalı olan kişi qızıl üzüyünü, bir ədəd 900 manat dəyərində 12 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan kişi qızıl boyunbağını, bir ədəd 550 manat dəyərində 7,5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan qadın qızıl bilərziyini, bir ədəd 600 manat dəyərində 8 qram çəkidə, 585 əyarlı Rusiya istehsalı olan bir cüt qızıl sırğanı, yəni ümumilikdə 7000 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cəmaləddin oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Rauf adlı şəxsi tanıyır, belə ki, sonuncu onunla eyni məhəllədə yaşayır və onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Raufun özünə məxsus VAZ 2106 markalı ağ rəngli avtomaşını vardır, həmin avtomaşınla ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. O da mütəmadi olaraq harasa gedərsə, ona taksi lazım olduqda Raufa zəng edib sonuncu ilə gedib gəlir. Bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə gecə saat təxminən 23:30 radələrində Raufa zəng edib onu Bakı şəhərinə aparıb gətirməsini bildirmiş, sonuncu da ona «puluna minnət, pulunu ver aparım gətirim» demişdir. Həmin günü gecə saat təxminən 23:50 radələrində Raufun avtomaşını ilə Sumqayıt şəhərindən Abşeron rayonu Mehdiabad qəsəbəsinə tərəf gəlmiş, həmin vaxtı saat təxminən 02:40 radələrində Mehdiabad qəsəbəsində küçələrin birində olan zaman Raufa maşını saxlamasını, işi olduğunu və düşüb qayıdacağını bildirmiş, Rauf maşını saxladığı yerdən təxminən 100 metr arxaya məhlənin arasına girmiş, həmin vaxtı yolun kənarında evin həyətinin çöl tərəfdən qarşısında dayanmış Nissan Centra markalı ağ rəngli avtomaşını görüb ona tərəf getmiş, maşina yaxınlaşıb ətrafa baxıb heç kəsin olmadığını dəqiqləşdirdikdən sonra oğurluq məqsədi ilə avtomaşının şüşəsindən içəri baxmış, ötrücünün yanında qəpiklər və manat əskinazı görmüş, sonra yerdən götürdüyü daş parçası ilə avtomaşının qabaq sağ tərəfdəki qapısının şüşəsini sındırıb pəncərədən içəri daxil olub oradan ötürücünün yanında olan qəpikləri və 1 ədəd manatlıq əskinazı götürmüş, həmin vaxtı ötürücünün yanında qara rəngli pul qabı görmüş, onun içərisində pul olduğunu güman etdiyi üçün götürmüş, hadisə yerindən uzaqlaşıb Raufun avtomaşınına tərəf getmiş, yolda gedən zaman pul qabının içərisinə baxdıqda pul qabının içərisində pul deyil, bir neçə sənəd olduğunu görmüş, bundan sonra həmin piyada gəldiyi yolda həmin pul qabının içərisində olan sənədləri pul qabı ilə birlikdə yolun kənarına tullayıb Raufun maşınının yanına gedib maşına minmiş, həmin vaxtı maşından götürdüyü maaş kartını Sumqayıt şəhəri 4-cü MR-da Hərbi Komisarlığın yaxınlığında xxxxa məxsus bankamata salıb pulun olub olmamasını yoxlamış, lakin, kartda pul olmadığı üçün kartı çıxarmış və Sumqayıt şəhərində əli ilə həmin plastik materialdan olan maaş kartını qatlayıb sındıraraq yerə tullayıb çıxıb getmişdir. Göstərmişdir ki, maşından 10 manat pul, İPHONE markalı mobil telefon oğurlamamış, həmin maşından oğurladığı pulların cəmisi 2 manat yetmiş qəpik təşkil etmiş, sonra avtomaşını Digah qəsəbəsinə tərəf sürdürmüşdür. O, ilkin olaraq saat təxminən 02:20 dəqiqəsində Digah qəsəbəsinə daxil olduqda Raufa demişdir ki, «maşınını yolda saxla mən 10 dəqiqəyə gəlirəm», o, maşından düşdükdən təxminən 50 metr qarşıya gedib məhlələrin arasına keçmiş, evin çöl tərəfdən qarşısında hasarın çöl tərəfində saxlanılmış tünd boz rəngli Mersedes markalı avtomaşını görmüş, ətrafa baxdıqdan sonra maşına yaxınlaşıb sürücü tərəfdən qabaq qapısının şüşəsini yerdən götürdüyü daşla sındırıb pəncərədən maşının içərsinə daxil olub maşının bardaçokuna baxmış, orada təxminən 3 manat dəyərində qəpiklər görüb götürmüş, sonra həmin avtomaşında heç nə tapmadığı üçün çıxıb getmişdir. Piyada tək Raufun maşınını saxladığı yerə gedib onun avtomaşınına minmiş və oradançıxıb getmişdir, Həmin maşında 200 manat pul görməmiş, nə də ki, oğurlamamış, pul qabının içərisində olan sürücülük vəsiqəsi və kartı isə pul qabı qarışıq piyada maşına minməyə gələn zaman yolda tullamışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə keçən gecə saat təxminən 03 radələrində Mehdiabad qəsəbəsinə daxil olduqda Raufa yenə demişdir ki, «maşınını yolda saxla mən 10 dəqiqəyə gəlirəm». O, maşından düşdükdən təxminən 50 metr qarşıya gedib məhlələrin arasına keçmiş, evin çöl tərəfdən qarşısında hasarın çöl tərəfində saxlanılmış ağ rəngli HUNDAY GRANDEUR markalı avtomaşını görmüş, ətrafa baxdıqdan sonra maşına yaxınlaşıb maşının sürücü tərəfdən qabaq qapısının şüşəsini yerdən götürdüyü daşla sındırıb pəncərədən maşının içərsinə daxil olub maşının bardaçokuna baxmış, orada sənəd qabını görüb içərisində pul olduğunu fikirləşib onu götürmüş, sonra həmin avtomaşında heç nə tapmadığı üçün çıxıb getmişdir. Yolda gedərkən həmin sənəd qabının içərisinə baxmış, orada pul aşkar etməmiş, həmin pul qabının içərisində sürücülük vəsiqəsi və əlavə bir ədəd sənəd olduğunu görmüş, sonra isə həmin içərisində sənədlər olan sənəd qabını yolun kənarında yerə atmüş, piyada tək Raufun maşınını saxladığı yerə gedib onun avtomaşınına minmişdir. Göstərmişdir ki, Raufun onun oğurluq etməsindən heç bir məlumatı olmamış və o da bu barədə sonuncuya heç nə deməmiş, sadəcə olaraq Rauf taksi kimi gəlib getmiş, o da əvəzində Raufa xidmət haqqı vermişdir. Haditsə vaxtı əlində İPHONE markalı mobil telefon olmamış, onun İPHONE markalı mobil telefonu yoxdur. Onun qara rəngli Samsung markalı mobil telefonu vardır, ola bilsin ki, Rauf həmin telefonu İPHONE markalı mobil telefona oxşatmışdır. Göstərmişdir ki, oğurluq hadisələrini isə tək törətmiş, hazirda isə əməlindən peşmandır. Ona görə də məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, özünə məxsus MERSEDES 190 markalı **-TC-*** DNN-lı avtomaşını vardır. Həmin avtomobili mütəmadi olaraq yaşadığı evin həyətinin çöl tərəfdən qarşısında saxlayır. Sonuncu dəfə həmişə olduğu kimi xx.xx.2020-ci il tarixdə axşam saatlarında işdən gəlib maşınını həyətin çöl tərəfində saxlayıb evinə getmiş, səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 07:30 radəsində həyətə düşüb işə getmək üçün maşınına tərəf getdikdə avtomobilin qabaq sol qapısının şüşəsinin sındırıldığının şahidi olmuşdur. O, avtomobilin içərisinə baxdıqda isə avtomobildə ötürücünün yanında içərisində özünə məxsus hesabında 600 manat pul olan «bir kart»ın, şəxsiyyət vəsiqəsinin, sürücülük vəsiqəsinin, avtomobilin texniki pasportunun və 200 manat pul olan tünd qırmızı rəngdə olan pul qabısının yerində olmadığını aşkar etmiş, bundan sonra həmin əşyaların oğurlanmasını başa düşüb bu barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Göstərmişdir ki, avtomobildən içərisində özünə məxsus içərisində 600 manat pul olan «bir kart», şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu və 200 manat pul olan 5 manat dəyərində tünd qırmızı rəngdə olan pul qabından başqa heç nə oğurlanmamış, oğurluq nəticəsində isə mənə təxminən 205 manat ziyan dəymişdir. Maşının şüşəsinin sındırılması nəticəsində isə ona təxminən 300 manat ziyan dəymiş, «Bir kart»ın içərisində 600 manat pul olsa da, dərhal oğurluqdan sonra həmin günü səhər tezdən «xxxx»a zəng vurub kartı bağlatdırmış və onun kart hesabından pul çıxarılmamışdır. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Nissan markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində idarə etdiyi Nissan markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili Mehdiabad qəsəbəsində yaşadığı evin qarşısındakı küçədə saxlamış və evinə getmiş, xx xxxxxxxx 2020-ci il tarixdə saat 08 radələrində küçəyə çıxmış və avtomobilinə yaxınlaşan zaman sol qabaq qapısının üzərindəki şüşənin sındırıldığının şahidi olmuş, avtomobilinin salonuna baxdıqda orada saxladığı bir ədəd İphone markalı 250 manat dəyərində mobil telefonunun, sürücülük vəsiqəsinin, 10 manat nəğd pulunun, avtomobilin texniki şəhadətnaməsinin, köhnə əmək haqqı kartının və 10 manat dəyərində pulqabısının oğurlandığının şahidi olmuş, baş vermiş oğurluq hadisəsi ilə bağlı DİNnin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsindən görünür ki, təxminən 7 ildir ki, Tofiq Səmədov adlı şəxsin ailə sürücüsü işləyir. Tofiq Səmədov isə ona özünə məxsus “ HUNDAY GRANDEUR “ markalı **-ST-*** DNN-lı avtomaşınını vermişdir ki, həmin avtomobil ilə sonuncunun ailəvi sürücüsü işləsin. O da həmin avtomobil ilə mütəmadi olaraq işə gedib gəlir, axşamlar isə maşını Tofiq Səmədovun yaşadığı Mehdiabad qəsəbəsindəki, evinin həyətinin çöl tərəfdən qarşısında saxlayıb açarını isə Tofiqə verib yaşadığı Fatmayi kəndindəki evinə gedir. Həmişə olduğu kimi sonuncu dəfə xx.xx.2020-ci il tarixdə axşam saat təxminən 21 radələrində maşını Tofiqin yaşadığı Mehdiabad qəsəbəsindəki evinin çöl tərəfdən qarşısında saxlayıb qapılarını isə bağlayıb açarını sonuncuya verib evinə getmişdir. Səhəri günü, yəni xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 09 radələrində gəlib maşını götürmək istəyən zaman görmüşdür ki, maşının qabaq sol qapısının şüşəsi sındırılmışdır. İçərisinə baxdıqda isə bardoçokda saxladığı içərisində sürücülük vəsiqəsinin və YAP partiyası vəsiqəsi olan qara rəngli 35 manat dəyərində pul qabısının oğurlandığının şahidi olmuş, bundan sonra baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə gecə saat 03:40 radələrində həyat yoldaşının səhhətində problemlər yarandığı üçün evdən çıxaraq xəstəxanaya getmiş və evdə heç kəs qalmamışdır. Təxminən saat 09:00 radələrində qardaşı Tural Nuruyev onlara gəlmiş və evin dağınıq olduğunu görüb ona zəng edərək bu barədə məlumat vermişdir. O, dərhal yaşadığı evə qayıtmış və məlum olmuşdur ki, naməlum şəxs onlar evdə olmadığı müddətdə hasardan aşaraq həyətə daxil olmuş, evin yataq otağının pəncərə şüşəsini sındıraraq içəri girmiş və orada olan dolabın üst gözündə saxladığı 2019-cu ilin noyabr ayında aldığı 21,5 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan 2500 manat dəyərində boyunbağı, qolbağ və sırğadan ibarət 2 dəst qızıl komplektləri, hər birinin çəkisi 6 qram olan, 585 əyarlı, Rusiya istehsalı olan 3 ədəd qadın qızıl üzüklərini, 5 qram çəkidə, 585 əyarlı Rusiya istehsalı olan kişi qızıl üzüyünü, 12 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan kişi qızıl boyunbağını, 7,5 qram çəkidə, 595 əyarlı, Rusiya istehsalı olan qadın qızıl bilərziyini, ümumi çəkisi 8 qram olan 585 əyarlı Rusiya istehsalı olan bir cüt qızıl sırğanı oğurlamış, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7000 manat dəyərində maddi ziyan dəymişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsi ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs4 mülki iddia verməklə həm də məhkəmədən 7000 manat maddi ziyanın ödənilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Şahid elan edilmiş ifadəsindən görünür ki, Elvin Nəsrulayevi tanıyır, belə ki, sonuncu onunla eyni məhlədə yaşayır. Onun özünə məxsus VAZ 2106 markalı ağ rəngli **-FS-*** dövldət qeydiyyat nişanlı avtomaşını vardır, həmin avtomaşınla ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşğul olur. Elvin harasa gedərsə, taksi kimi ona lazım olanda zəng vurur və gediş haqqını ödəyir. xx.xx.2020-ci il tarixdə gecə saatlarında, saatını dəqiq xatırlamır, onunla qonşu yaşayan Elvin adlı şəxs onun mobil telefonuna zəng vuraraq onu Bakı şəhərinə aparıb gətirməsini bildirmiş, o da Elvinə «puluna minnət, pulunu ver, aparım gətirim» dmişdir. Sonra həmin günü gecə saatlarında Elvini Sumqayıt şəhərindən Abşeron rayonu Mehdiabad qəsəbəsinə tərəf gətirmiş, həmin vaxtı o, Mehdiabad qəsəbəsində küçələrin birində olan zaman Elvin ona demişdir ki, «maşını saxla, düşüm gəlirəm, işim var, sən isə sür get zəng edib çağıracam gələrsən». O da həmin vaxtı Elvinin dediyi yerdə sonuncunu düşürüb çıxıb getmiş, Elvin isə maşından düşüb arxaya tərəf getmiş, Elvinin dəqiq olaraq haraya nə məqsədlə getdiyini bilməmiş, Elvini düşürdükdən sonra maşınını yola tərəf sürüb onu gözləmiş, sonuncu isə maşından düşüb getdikdən təxminən 10-15 dəqiqə sonra qayıtmış və gedib gəldiyi yer barəsində ona heç nə deməmişdir. O, Digah qəsəbəsinə daxil olduqda Elvin yenə ona demişdir ki, «maşınını yolda saxla, mən 10 dəqiqəyə gəlirəm». O maşını saxlamış və Digah qəsəbəsində Elvin çıxıb getmiş, təxminən 10-15 dəqiqə sonra gəlmiş və maşina əyləşərək ona maşına əyləşmiş və sürüb getməyi bildirmişdir. O maşını idarə edib Mehdiabad qəsəbəsində Likoyl yanacaq doldurma məntəqəsinə daxil olub avtomobilə yanacaq vurmuş və Elvin isə maşından düşüb üzü məhlələrə tərəf çıxıb getmişdir. Təxminən 15 dəqiqə sonra yola çıxmış və Elvini isə yoldan götürüb Sumqayıt şəhərinə qayıtmışlar. Onlar Sumqayıta daxil olduq Elvini Sumqayıt bazarında düşürmüş və evinə çıxıb getmişdir. Əlavə olaraq göstərmişdir ki, Elvinin oğurluq etməsindən heç bir məlumatı olmamış və bu barədə də ona heç bir söz deməmiş, sadəcə olaraq sonuncunu taksi kimi gətirib aparıb gətirmişdir. Elvinin maşından düşüb gedib yenidən gələn zaman onun əlində heç nə görməmiş, o Sumqayıt şəhərinə daxil olanda Elvini Sumqayıt bazarında düşürən zaman saat təxminən 06 radələri olmuş, Elvini Sumqayıt şəhərində düşürən zaman sonuncunun əlində İPHONE markalı qara rəngli mobil telefon görmüş, lakin telefonun sonuncuya və yaxud digər şəxsə məxsus olub-olmaması barədə heç bir məlumatı yoxdur. O, Elvindən haraya və nə üçün getdiyini soruşduqda sonuncu ona «sür Mehdiabada işim var» demiş, lakin işinin nə olduğunu deməmiş, Elvinin oğurluq etməsindən şübhələnməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə DİN-nin KTİ-dən alınmış xx.xx.2020-ci il tarixli, 20/526R nömrəli rəylə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tiaridə Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan Zərərçəkmiş şəxs4 oğunun yaşadığı fərdi evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 03 ədəd əl-barmaq və 03 ələl ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı əl barmaq izlərindən 02 ədədi xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun sağ əlinin orta barmağı və sağ əlin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə psixiatrik ekspertizası qərarına əsasən ekspertin xx.xx.2020-ci il tarixli, 2534 nömrəli rəyi alınmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunda üzvi (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu formasında psixipatologiya aşkar olunur. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunda qeyd edilən «üzvi şəxsiyyət pozuntusu» öz ifadə dərəcəsinə görə onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinidərk etmək və onları idarə etmək iqtidarından məhrum edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cəmaləddin oğlu ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. E.C. Nəsrullayev hal hazırda öz əməlinin faktiki xarakterini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Bununla yanaşı qeyd olunmalıdır ki, E.C. Nəsrullayevdə müəyyən edilən üzvi şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs Cəmaləddin oğlu hal hazırda anlaqlılığı istisna edilməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş üzrə xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan Zərərçəkmiş şəxs4 oğunun yaşadığı fərdi evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 03 ədəd əl-barmaq və 03 ədəd ovuc izi və “xxxx” ASC-dən xx.xx.2020-ci il tarixli, 157000/2-4638 nömrəli məktubla alınmış bir ədəd CD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş üzrə “xxxx” ASC-dən xx.xx.2020-ci il tarixli, 157000/2-4638 nömrəli məktubla alınmış bir ədəd CD diskinə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan CD diksinə bir ədəd xx.xx.2020-ci il tarixli qovluq köçürülmüş, həmin qovluqda 8 ədəd fotoşəkillə görüntü qeydə alınmışdır. Qeydə alınmış fotoşəkillərdəki görüntülər xx.xx.2020-ci il tarixdə saat 06:23:00-dan 06:23:16 dəqiqəyədək olan müddəti əhatə edir. Həmin görüntülərdə bir nəfər orta bədən quruluşlu, ağzında qoruyucu maska və əynində qara rəngli gödəkçə olan şəxsin bir əlində sənədlərlə bankomat qarşısında dayandığı və “xxxx”a məxsus kartı bankomata daxil edərək əməliyyat etməyə cəhd etdiyi, ekranda çıxan yazıları oxuduğu, daha sonra kartı bankomatdan çıxardığı müəyyən edilmişdir. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs Cəmaləddin oğlu görüntüdə əksi təsvir olunan şəxsin özü olduğu və Zərərçəkmiş şəxs2 məxsus “Nissan“ markalı, **-XC-*** DNN-lı avtomaşından taladığı bankomat kartını bankomata daxil edib şifrəsini yığaraq əməliyyat aparmağa cəhd göstərdiyini, lakin əməliyyatı həyata keçirə bilmədiyini göstərdi. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/3634 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 6 adda qızıl-zinət əşyalarının 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 6445 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2020-cu il tarixli qərarla Təqsirləndirilən şəxs Cəmaləddin oğlu şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-410/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 4(012)-572/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Cəmaləddin oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il t arixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 7 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən – az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cəmaləddin oğlu məhkumluğu ödənilməmiş şəxs hesab edilir. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğlu həqiqətəndə Sumqayı şəhəri, 18 saylı məhəllə, H.Əliyev küçəsi, ev 32-də qeydiyyatdadır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğluna qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğluna qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Cəmaləddin oğluna qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-1, 177.2.4-cü və 326.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun İİ qrup əlil olmasını, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 oğlunun, Zərərçəkmiş şəxs3 ona qarşı şıkayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs Cəmaləddin oğlu məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs Cəmaləddin oğluna oğluna təyin edilmiş cəzaları tam toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Cəmaləddin oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan Zərərçəkmiş şəxs4 oğunun yaşadığı fərdi evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 03 ədəd əl-barmaq və 03 ələl ovuc izi və “xxxx” ASC-dən xx.xx.2020-ci il tarixli, 157000/2-4638 nömrəli məktubla alınmış bir ədəd CD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqında Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia təmin olunmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 xeyrinə 7000 (yeddi min) manat məbləğində pul tutulmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-1, 177.2.4-cü və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-1, 177.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə 03(üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-1, 177.2.4-cü və 326.2-ci maddələrində nəzərdə tutulmuş cəzalar tam toplanmaqla qəti olaraq 03 (üç) il 03(üç) ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Cəmaləddin oğlu cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-c il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Cəmaləddin oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan Zərərçəkmiş şəxs4 oğunun yaşadığı fərdi evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 07 ədəd yapışqanlı lent kəsiklərinin üzərində olan 03 ədəd əl-barmaq və 03 ələl ovuc izi və “xxxx” ASC-dən xx.xx.2020-ci il tarixli, 157000/2-4638 nömrəli məktubla alınmış bir ədəd CD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqında Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia təmin olunsun, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 xeyrinə 7000 (yeddi min) manat məbləğində pul tutulsun. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar