Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-207/2022 14.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1963-cü ildə Ermənistan Respublikasının Exeknadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, 4cü mikrorayon, ev 16/25, mənzil 27-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 10.02.2022-ci il tarixdə saat 19 radələrində, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray MTKU yaşayış kompleksinin yaxınlığında görüşərək ortaq tanışları olan Şahid4 yol vərəqəsi əsasında idarə etdiyi, İsuzu markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusunun salonunda, oğlu Şahid3 borclu olduğu pulu istəmək məqsədilə sonuncunun yaşadığı mənzilə dəfələrlə gəlməsinə aydıqlıq gətirərəkən, onunla kobud danışdığına görə aralarında yaranmış mübahisə zamanı bir neçə dəfə sillə və bir dəfə diz ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən vuraraq, ona burunun küt travması - burun üstü nahiyənin şişkinlik halında qançırı, burun sümüyünün qapalı, yerdəyişən sınığı, burun tənəffüsün pozulması ilə sağ əlin 2-ci barmağının sıyrığı, sağ əlin 5-ci barmağının qançırından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə tanışlığı olsa da aralarında əvvəllər heç bir xoşagəlməz hadisə yaşanmamışdır. Belə ki, Zərərçəkmiş şəxs onun övladı Şahid3 ilə əvvəllər iş yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs həmin zamandan tanıyır. 10.02.2022-ci il tarixdə günün birinci yarısında Bakı şəhərində olan zaman ailə üzvləri ona zəng edib bir nəfər naməlum şəxsin yaşadıqları ünvana gələrək Şahid3 ilə maraqlandığını demişdir. Həmin şəxs bir neçə saat sonra təkrar onun yaşadığı ünvana gələrək övladı ilə yenidən maraqlanmışdır. Ona bu barədə məlumat verildikdə o, həmin şəxsin övladının dostu olan Zərərçəkmiş şəxs olduğunu təxmin etmişdir. Lakin sonradan həmin şəxsin Zərərçəkmiş şəxs olduğu ona dəqiq məlum olmuşdur. 10.02.2022-ci il tarixdə saat 17 radələrində tanımadığı bir mobil nömrədən ona zəng edən Zərərçəkmiş şəxs onunla üzbəüz söhbət etmək istədiyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs onu Saray qəsəbəsinə dəvət etmişdir. 10.02.2022-ci il tarixdə saat 19 radələrində tanışı Vahid adlı şəxs ilə Saray qəsəbəsində yerləşən Saray MTK yaşayış kompleksinin yaxınlığına getmişdir. Həmin ünvanda yol kənarında dayanmış sərnişin avtobusunun içərisində tanışı İsmayılı görüb avtobusun salonuna daxil olmuşdur. Həmin zaman avtobusda İsmayıldan əlavə Zərərçəkmiş şəxs və Xəyal adlı şəxsin də olduğu ona məlum olmuşdur. Həmin zaman Zərərçəkmiş şəxs onunla aqressiv danışaraq övladı Ceyhunun özünün tanışı olan bir nəfər qadına 2500 manat borcu olduğunu, Ceyhunun həmin borcu ödəməkdən yayındığını və onun həmin borcun 1500 manat hissəsini tez bir zamanda ödəməyini tələb etmişdir. Məsələnin nə yerdə olduğunu aydınlaşdırmağa çalışan zaman Zərərçəkmiş şəxs onunla yüksək səs tonu ilə danışdığı üçün o əsəbiləşmiş və hislərinə hakim ola bilməyərək yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə vurnmuşdur. Daha sonra isə dizi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə də zərbə endirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs avtobusdan aşağı enərək bir qədər uzaqlaşmışdır. Əsəbi olduğu üçün mübahisənin daha da böyüməməsi məqsədilə hadisə yerini tərk etmişdir. Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi ilə vuraraq və bir dəfə diz nahiyəsi ilə zərbə endirərək döymüşdür. Həmin zaman Zərərçəkmiş şəxs sifət nahiyəsindən xəsarət almış, mübahisəyə səbəbin Zərərçəkmiş şəxs onun övladı Şahid3 tanışına olan borcu ödəməməsini ona aqressiv qaydada bildirməsi olmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə havanın qaranlıq vaxtında tanışı Xəyal adlı şəxsin idarə etdiyi sərnişin avtobusunun salonunda baş vermişdir. Həmin zaman avtobusda Fuad, İsmayıl, Vahid, Xəyal və ondan başqa heç kimin olmamışdır. Avtobusun qapıları bağlı və yan şüşələrində isə pərdələrin olmuş, mübahisəni kənardan heç kimin görməmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10.02.2022-ci il tarixdə tanımışdır. Belə ki, X2 İsmayılov bir müddət öncə onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yaymışdır. Bu səbəbdən o, Şahid3 ilə sonuncunun yaşadığı ünvanda görüşərək bu barədə maraqlandıqda Şahid3 onun barəsində heç kimə heç bir məlumat vermədiyini demişdir. Bundan sonra o, Nəcibə kimi tanıdığı şəxs ilə Ceyhunu üzləşdirməyə çalışsa da Ceyhun bundan imtina etmişdir. 10.02.2022-ci il tarixdə o, yaşadığı evdə olan zaman tanışı İsmayıl adlı şəxs onunla əlaqə saxlayaraq onu Saray qəsəbəsinə dəvət etmişdir. Bundan sonra o, Saray qəsəbəsində yerləşən Saray MTK-nin yaşayış kompleksinin yaxınlığına getmişdir. Həmin ünvanda Xəyal adlı digər tanışı . idarə etdiyi sərnişin avtobusunu kənarda saxlamışdır. Xəyal ilə söhbət edən zaman oraya İsmayıl ilə Həbib də gəlmişdir. Bundan sonra onlar avtobusun salonuna daxil olmuşdur. Orada təxminən 30 dəqiqə müddətində onlar normal qaydada söhbət etmişlər. Həmin zaman avtobusda olan şəxslər Ceyhunun onun barəsində doğru olmayan məlumatlar yaymasını müzakirə etmiş və məsələyə aydınlıq gətirmək istəmişlər. Bir qədər sonra Həbib anidən ayağa qalxaraq yumruq zərbəsi ilə onun sifət nahiyəsindən 3-4 zərbə endirmişdir. Mübahisənin daha ağır nəticələrə səbəb olmaması üçün avtobusdan aşağı enərək qaçıb oranı tərk etmiş və 102 xidmətinə zəng edərək hadisə barəsində məlumat vermişdir. Təqsirləndirilən şəxs mübahisə zamanı yumruq zərbəsi ilə onun sifət və baş nahiyəsindən bir neçə dəfə vuraraq xəsarət yetirmiş, mübahisəyə səbəbin Təqsirləndirilən şəxs övladı olan Şahid3 onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayması ilə bağlı onun Təqsirləndirilən şəxs xəbərdarlıq etməsi olmuş, həmin zaman Təqsirləndirilən şəxs anidən onu döymüş, həmin zaman Təqsirləndirilən şəxs söyməmiş, mübahisəyə səbəb olacaq hər hansı bir hərəkət etməmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və sonuncuya heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə tanışı Xəyal adlı şəxsin idarə etdiyi sərnişin avtobusunun salonunda baş vermişdir. Həmin zaman avtobusun salonunda Təqsirləndirilən şəxs və ondan başqa tanışı İsmayıl, Xəyal və adını bilmədiyi bir nəfər şəxs də olmuşdur. Avtobusda onlardan başqa kənar şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə onun arasında 30 ilə yaxın müddətdir ki, dostluq münasibətləri vardır. Zərərçəkmiş şəxs ilə isə onun bir neçə ildir ki tanışlıq münasibətləri yaranmışdır. 10.02.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs ilə bir yerdə olan zaman sonuncu, Zərərçəkmiş şəxs bir neçə dəfə özünün yaşadığı ünvana gələrək ailəsini narahat etdiyini və övladı Şahid3 borcu olduğunu iddia etdiyini ona bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq bu barədə söhbət edib məsələyə aydınlıq gətirməyi sonuncuya təklif edərək Saray qəsəbəsinə dəvət etmişdir. Saray qəsəbəsində, yaşadığı Saray MTK yaşayış kompleksinin yaxınlığında o, Zərərçəkmiş şəxs ilə görüşmüşdür. Həmin zaman Xəyal kimi tanıdığı şəxs də orada olmuşdur və onlar Xəyalın idarə etdiyi sərnişin avtobusunda əyləşmişdir. Təqsirləndirilən şəxs tanışı Vahid adlı şəxs ilə oraya gəldikdən sonra onlar avtobusda bu barədə söhbət etməyə başlamışdır. Həmin zaman Zərərçəkmiş şəxs Şahid3 tanışı olan bir nəfər qadına 2500 manat borcu olduğunu bir qədər kobud qaydada bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəbərdarlıq edərək sözlərinə diqqət etməsini desə də sonuncu danışıq tərzində dəyişiklik etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs anidən yumruq zərbələri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsindən zərbə endirmişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə də dizi ilə zərbə endirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs avtobusdan aşağı enərək uzaqlaşmışdır. Təqsirləndirilən şəxs isə mübahisənin daha da böyüməməsi üçün hadisə yerini tərk edib getmişdir. Mübahisəyə səbəb Zərərçəkmiş şəxs Şahid3 borclu olduğunu Təqsirləndirilən şəxs aqressiv qaydada bildirməsi olmuş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu cür danışıq qaydasından əsəbiləşib sonuncunu döymüşdür. Mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir müqavimət göstərməmiş və sonuncuya xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə tanışı Xəyal adlı şəxsin idarə etdiyi sərnişin avtobusunun salonunda baş vermişdir. Həmin zaman avtobusun salonunda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs başqa Xəyal və Vahid adlı şəxslər də olmuşdur. Avtobusda onlardan başqa kənar şəxsin olmamış, avtobus hərəkətsiz vəziyyətdə olmuş, mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid3 və məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, 10.02.2022-ci il tarixdə mübahisəyə səbəb Zərərçəkmiş şəxs Şahid3 borclu olduğunu Təqsirləndirilən şəxs aqressiv qaydada bildirməsinin olduğunu. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bu cür danışıq qaydasından əsəbləşib sonuncunu döydüyünü, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədiyini və sonuncuya xəsarət yetirmədiyini, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisənin tanışı Xəyal adlı şəxsin idarə etdiyi sərnişin avtobusunun salonunda baş verdiyini, həmin zaman avtobusun salonunda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs başqa Xəyal və Vahid adlı şəxslərin də olduğunu, avtobusda onlardan başqa kənar şəxsin olmadığını, avtobusun hərəkətsiz vəziyyətdə olduğunu, mübahisənin təxminən 2-3 dəqiqə davam etdiyini bildirmişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 17.02.2022-ci il tarixli 285 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - burunun küt travması - burun üstü nahiyənin şişkinlik halında qançırı, burun sümüyünün qapalı, yerdəyişən sınığı, burun tənəffüsün pozulması ilə sağ əlin 2-ci barmağının sıyrığı, sağ əlin 5-ci barmağının qançırı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 10.02.2022-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 19.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barışdıqlarına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən hadisənin baş verməsindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmişlə barışdığını, buna görə də barəsində olan cinayət işinə xitam verilməsinə xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-207/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-207/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver