Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-208/2021 12.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nəmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Babışov Emil Adil oğlunun iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Göygöl rayonu, Üç-Təpə kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Beyləqan rayon məhkəməsinin 1(020)-13/2021 saylı xx.xx.2021-ci il tarixli hökmüylə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməklə 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Abşeron Rayon Məhkəməsinin xx xxx 2021-ci il tarixli qərarı ilə hazırda Bakı İstintaq Təcridxanasına etap olunan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində qaynanası Şahid yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Y.Məmmədəliyev küçəsi, dalan 4, 2 saylı evində olarkən həyat yoldaşı Zərərçəkmiş şəxs yaşadıqları Göygöl rayonuna getməyi və orada uşaqlarının müalicəsini davam etdirməyi tələb edərkən, sonuncunun buna etiraz etməsindən əsəbiləşmiş və aralarında bu zəmində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir dəfə yumruqla qəsdən vuraraq, ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaları-sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyədə əhatə olmaqla qançırşişkinliyi, sağ göz almasının kontuziyası (əziyi) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X10 ilə 2 ildən artıq müddətdir ki, 2004-cü ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş və onların birgə nigahdan 4 övladları doğulmuşdur. Ailə qurduqdan sonra Günay ilə aralarında münasibətləri normal olsa da, son vaxtlar aralarında ailə məişət zəminində mübahisələr baş vermişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə yoldaşı Günay uşaqları ilə birlikdə qaynanasının yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evinə gəlmiş və orada bir neçə gün qalmışlar. xx xxxxxxxx 2020-ci il tarixdə qaynanasının evində olarkən gecə saat 01 radələrində Günay ilə arasında mübahisə düşmüş, mübahisəyə səbəb Günayın uşaqları həkimə aparması üçün evdə pulunun olmaması olmuş, Günaya yaşadıqları Göyçay rayonuna getməyi və orada uşaqları müalicə etdirməyi bildirmiş, lakin mübahisə zamanı Günay rayona getməyəcəyini dedikdə əsəbiləşmiş və əli ilə sonuncunun sağ göz nahiyəsindən, eləcədə bədəninin müxtəlif nahiyələrindən vurmuş, yaranmış mübahisə 5- 10 dəqiqə davam etmiş, həmin vaxtı qaynanası Raidə də onların yanında olmuşdur. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdiyi ifadəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə anası Raidənin yaşadığı Abşeron rayonu, Xırdalan şəhərindəki evinə yoldaşı və uşaqları ilə birlikdə gəlmişdir. X1 ürək xəstəsidir və qızı 200 manat sosial maddi yardım alır. X7 həmçinin 200 maddi sosial maddi yardım alır. Təxminən 10-15 gün anasının yaşadığı evdə qaldıqdan sonra yoldaşı Bayram ilə arasında mübahisə yaranmış, mübahisənin səbəbi evdə pulun olmaması olmuş, belə ki, Bayram ona Göygöl rayonu, Üç-təpə kəndinə qayıtmalı olduqlarını demiş, o, isə ona pulun olmadığını və uşaqlarının müalicə aldığını demiş, Bayram isə ona qarşılığında “gedək rayona orada müalicə edərik” bildirmişdir. O, isə bunun mümkün olmadığını demiş, həmin vaxt Bayram bir qədər içkili olmuş, evdə aralararında bu zəmində mübahisələri düşmüş və yoldaşı Bayram əsəbiləşərək onun sağ gözünə sağ yumruqla vurmuş, o, gözündən zərbə aldığı üçün ağlamış, bundan sonra Bayram ona yenidən “gedəcəksən” demişdir. Belə olduqda anası Raidə onun döyüldüyünü görüb baş vermiş hadisə ilə bağlı DİN 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş, bir qədər sonra evə polis əməkdaşları gəlmiş və onlar polis idarəsinə gələrək izahat yazmış və evlərinə qayıtmışlar. Səhəri günü Bayram ona evdə sonuncu dəfə “gedirsən?” deyə sual vermiş, o, isə qarşılığında “Yox” dedikdə Bayram evdən çıxıb getmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır və Təqsirləndirilən şəxs isə onun kürəkənidir. xx xxxxxxxx 2020-ci il tarixdə gecə radələrində kürəkəni Bayram onun evinə gəlmiş, gecə saat 00:10 radələrində Bayramın onun qızı Günay ilə arasında mübahisə düşmüş, mübahisəyə səbəb pullarının olmaması və Bayramın Günayı rayona aparmaq istəməsi olmuş, qızı Günay rayona getmək istəmədikdə Bayram sonuncunun sağ göz nahiyəsindən bir dəfə yurmuqla vuraraq xəsarət yetirmiş, qızı Günay zərbənin təsirindən ağladığı üçün o, DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və Tədris Birliyinin MTE və PA ETT Birliyinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1808 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gözətrafı yumşaq toxumaları - sağ üst və alt göz qapaqlarının sağ gözaltı nahiyədə əhatə olmaqla qançır-şişkinliyi, sağ göz almasının kontuziyası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə dava dalaş nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona görə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə rayonu, Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmiş və 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırlımışdır. xx.xx.2020-ci il tarixdə axtarışda olan şəxs Təqsirləndirilən şəxs tutulmuşdur. xx.xx.2020-ci il tarixli barəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin 1(020)-13/2021 saylı xx.xx.2021-ci il tarixli hökmüylə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinməklə 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin hökmü ilə 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini nəzərə alır və qeyd edir ki, barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri qüvvədən düşmüş hesab edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Məhkəmə Təqsirləndirilən şəxs Beyləqan rayon məhkəməsinin hökmü ilə 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini nəzərə alır və barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbiri qüvvədən düşmüş hesab edir. Təqsirləndirilən şəxs istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Babışov Emil Adil oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-208/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-208/2021
12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver