Məhkəmə qərarları › İş №1(012)-208/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-208/2022

28.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-208/2022 28.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, Abşeron rayonu, Məmmədli kəndi, M.Hüseynov küçəsi, ev 15-də qеydiyyаtdа оlan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04.02.2022-ci il tarixdə, axşam saatlarında, Abşeron rayonu, Məmmədli kəndi, M.Hüseynov küçəsi, 15 saylı evdə, gizlin mobil telefon alaraq, işlətməsinə görə аrаlаrındа yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs baş nahiyəsindən qəsdən yumruq ilə vuraraq, ona təpə və ənsə nahiyələrinin hematomalarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, X3 ilə 2012ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onların 2 övladı olmuşdur. 2021-ci ilin mart ayında o, Naibənin yad kişi ilə danışdığını tutmuş, lakin həmin vaxt onu bağışlamışdır.Buna baxmayaraq Naibənin yenə də kiminləsə danışmasından şübhələndiyi üçün o, mobil telefondan istifadə etməyi Naibəyə qadağan etmişdir. 04.02.2022-ci il tarixdə, axşam saatlarında o, evə gələn zaman pəncərədən içəri baxmış və Naibənin qulağından qulaqcıq, cibində isə mobil telefon olduğunu görüb qapını döymüşdür. Naibə isə onu görən kimi telefonu kreslonun altında gizlətmişdir. Həmin vaxt o, Naibəyə bir söz deməsə də bir qədər keçdikdən sonra kreslonu qaldırmış və oradakı «Samsunq» markalı mobil telefonu götürmüşdür. Bunu gördükdə Naibə ona yalvarmağa başlamış və bu barədə heç kəsə bir söz deməməsini xahiş etmişdir. 05.02.2022-ci il tarixdə, səhər saatlarında o. Naibənin atası Adilə zəng edərək bu barədə məlumat vermiş. Naibə isə qızının hazırlığı üçün bacısından borc alıb telefon aldığını bildirmişdir. Bu zəmində onlar arasında bir qədər mübahisə yaranmışdır. Həmin gün saat 19 radələrində o. Naibədən uşaqlara yemək verməsini, daha sonra isə evdən çıxıb bayırda yatmasını tələb etmişdir. Naibə uşaqların qarşısına yemək qoysa da onlar yemədiklərindən o, Naibədən uşaqları yedizdirməsini istəmişdir. Bu zaman Naibə ona cavab qaytardığından onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Naibə onu vurmaq istədiyindən o, Naibənin saçından tutııb dartmış və onu itələmişdir. Bundan sonra Naibə ayaq yoluna girərək oradakı şüşə bankanı vurub sındırmış və şüşə qıqırlarmı əlinə yığaraq ovuşdurmağa başlamış və əlində olan qırıq banka ilə üzərinə gələrək ona xəsarət yetirəcəyini bildirmişdir. O isə öz növbəsində həmin şüşəni Naibənin əlindən almış və onun baş nahiyəsinə 2 dəfə yumruqla zərbə vurmuşdur. Bu zaman Naibə uşağın oturacaq stolu ilə onun sol qoluna zərbə vurmuşdur. O isə bu dəfə də stolu Naibənin əlindən almış və onun başına bir dəfə də yumruq zərbəsi vurmuşdur. Davamında isə o. ilk əvvəl qayınatası Adilə zəng edərək onu evə dəvət etmiş, daha sonra isə DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Sözügedən münaqişə yaşadıqları evdə başlayıb 5-10 dəqiqə davam etmiş, həmin vaxt azyaşlı qızı Əsmadan başqa evdə heç kimin olmamışdır. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onları 2 övladı olmuşdur.Əvvəllər münasibətləri yaxşı olsa da son 6 aydır ki. Elməddin onu yad kişilərlə danışmaqda günahlandırdığından onlar arasında qısqanclıq zəminində mübahisələr yaranmağa başlamışdır. Bundan sonra Elməddin ona mobil telefondan istifadə etməyi qadağan etmiş, o isə övladı məktəbə getdiyinə görə onunla əlaqə saxlaya bilmək məqsədilə bacısından 30 manat borc pul alıb 1 ədəd işlənmiş telefon almış, lakin nömrə ala bilməmişdir. Telefonu isə yalnız mahnılara qulaq asmaq üçün istifadə etmişdir. 04.02.2022-ci il tarixdə, axşam saatlarında o. Elməddinin evə gəldiyini görüb onu döyəcəyini düşündüyündən aldığı telefonu kreslonun altında gizləşmişdir. Elməddin isə içəri daxil olan kimi telefonu harada gizlətdiyini ondan soruşmuşdur. O. cavabında telefonunun olmadığını dediyində isə Elməddin kreslonun altından telefonu tapmış və kiminlə danışdığını soruşmuşdur. O isə heç kimlə danışmadığını və həmin telefonun üzərində ümumiyyətlə nömrə olmadığını bildirmiş. Elməddin isə telefonun yaddaşını yoxlasa da orada heç nə tapa bilməmişdir. Buna baxmayaraq onlar arasında bir qədər mübahisə yaranmış, lakin daha sonra Elməddin özü sakitləşmişdir. 05.02.2022-ci ıl tarixdə səhər saatlarında Elməddin telefonu ondan alıb həmin telefonun kimin adına olduğunu öyrənəcəyini demiş və evdən çıxıb getmişdir. Həmin gün saat 19 radələrində Elməddin sərxoş vəziyyətdə evə gəlmiş uşaqlara yemək verməsini ona tapşırmış və onu gecə evdən qovacağını bildirmişdir. Bundan sonra o. uşaqlara yemək versə də uşaqlar yemək istəməmişlər. Elməddin isə sanki bunu bəhanə edərək onun saçından yapışaraq yolmuş və baş nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr vurmuşdur. Lakin bununla da sakitləşməyən Elməddin əlinə keçən şüşə bankanı onun başında sındırmışdır. Həmin vaxt o. sınmış bankanın hissələrini Elməddinin əlindən almaq istədiyində isə iti kənarlı şüşə hissələri onun sol əlinin oauc hissəsini və sağ əlinin barmağını kəsmişdir. Bundan sonra Elməddin özü DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək onun özünün özünə xəsarət yetirməsi barədə həqiqətə uyğun olmayan məlumat vermiş, daha sonra isə onun atası Adilə zəng edərək evlərinə dəvət etmişdir. Bir müddətdən sonra atası Adil də onlara gəlmiş və o. Mehdiabad PB-yə şikayət ərizəsi ilə müraciət etmiş, daha sonra isə övladları ilə birlikdə valideyinlərinin evinə getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Nıurbaba oğlu ifadəsində göstərmişdir ki, qızı Naibə Güliimcanova əri X2 ilə birlikdə Məmmədli qəsəbəsində onun onlar üçün inşa etdirdiyi evdə yaşayırlar. Lakin sona vaxtlar qısqanclıq zəminindən onlar arasında mübahisələr yaranmağa başlamışdır. Belə ki. Elməddin Naibəni yad kişilərlə danışmaqda günahlandırır. 05.02.2022-ci il tarixdə, saat 20 radələrində Elməddinin nömrəsindən ona zəng gəlmiş və o. zəngə cavab verdiyindən arayan şəxsin 6 yaşlı nəvəsi Əsna olduğunu görmüş, sonuncu isə alası Elməddinin anası Naibəni döydüyünü ağlayaağlaya ona demişdir. Bu sözlərdən sonra Elməddin telefonu övladının əlindən alıb söndürmüşdür. Buna görə də o, dərhal evdən çıxıb onların ünvanına getmiş və Naibənin başında şişkinliklər olduğunu görüb nə baş verdiyini soruşmuşdur. Naibə isə Elməddin tərəfindən döyüldüyünü bildirmişdir. Həmin vaxt oraya polis əməkdaşları da yaxınlaşmış və onlar birlikdə polis bölməsinə yaxınlaşmışlar. Lakin sonradan ağrılarının olduğunu dediyindən o, Naibəni 16 saylı təcili-tibbi yardım stansiyasına aparmışdır. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin, şahidin ifadələr və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin 12.02.2022-ci il tarixli 248 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - alın, təpə və ənsə nahiyələrinin hematomaları küt əşyanın (əşyaların) təsirindən, hər iki əlin səthi kəsilmiş yaraları isə iti kənara malik əşyanın (əşyaların) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 05.02.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissələrinin (əl, ayaq və sair) həmçinin kənar şəxsin güc tətbiq etməsi nəticəsində sınmış şüşə bankasının parçaları təsirindən yarana bilərdilər; həmin xəsarətlərdən alm, təpə və ənsə nahiyələrinin hematomaları dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər, hər iki əlin səthi kəsilmiş yaraları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarından dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 18.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 28.03.2022-ci il tarixdə məhkəməyə poçt vasitəsi ilə teleqram vuraraq, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar