Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-208/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Goranboy rayonu, Dəliməmmədli şəhəri, Sarovlu kəndində qeydiyytda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ünvan 3 ünvanında qeyri-rəsmi nikahda yaşadığı X5 onun zənglərinə cavab verməməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı zorakılıq göstərərək, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, masanın üzərində olan şüşə materialından hazırlanmış stəkanı götürüb Zərərçəkmiş şəxs sifət və baş nahiyələrinə üç dəfə qəsdən vurmaqla, sonuncuya başın sol alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, burunun sol hissəsinin, sağ əlin sıyırıqları, burun sümüyünün qapalı yerdəyişməyən sınığı kimi dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığına yüngül, həmçinin xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində həmin ünvanda yerləşən yaşayış binasının qarşısında Zərərçəkmiş şəxs onu söyməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı təkrar zorakılıq göstərərək, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, Zərərçəkmiş şəxs saçlarından tutub yerə yıxaraq, təpiklə baş nahiyəsinə zərbə endirməklə, sonuncuya sol almacıq gicgah nahiyəsinin qançırı kimi sağlamlığa zərərvurmayan, eləcədə xx.xx.2024-cü il tarixdə saat 00:15 radələrində eyni ünvanda, yəni Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanında, sonuncunun onun barəsində yuxarıda göstərilmiş cinayət əməllərinə görə polisə şikayət etməsi ilə əlaqədar təkrar zorakılıq göstərərək, törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini dərk edərək, ictimai təhlükəli nəticələrin baş verəcəyini qabaqcadan görərək və belə nəticələrin baş verməsini arzulayaraq, üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş iti kənarlı əşya ilə (ülgüclə) Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq, sonuncuya sol yanaq nahiyəsinin kəsilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməklə, Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə Zərərçəkmiş şəxs ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar sonuncuya fiziki ağrı və psixi iztirablar vermişdir. Buna görə də ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.5-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.5-ci maddəsi ilə ona elan edilmiş ittihamda təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir ildir tanıyır, sonuncu ilə qeyri-rəsmi ailə münasibətində yaşamışlar. Sonuncu ilə birlikdə yaşadıqları müddət ərzində dəfələrlə aralarında mübahisələri olmuşdur. xx.xx.2023-cü il tarixdə Könüllə aralarında yaranan mübahisə zamanı, sonuncunu döyərək xəsarət yetirmişdir. Belə ki, həmin gündən təxminən bir gün əvvəl Könül ona Quba rayonuna gedəcəyini demiş və sonuncu ilə nə qədər əlaqə saxlamaq istəsə də, zənglərinə cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə Könül yaşadıqları evə gəlmiş və o, sonuncudan harada olmasını, nə üçün zənglərinə cavab vermədiyini soruşmuşdur. Könül isə ona kobud formada cavab verərək, ünvanına nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən də o, masanın üzərində olan stəkanı götürüb Zərərçəkmiş şəxs başına vurduqdan sonra təcili tibbi yardım çağırmış və sonuncuya ilkin tibbi yardım göstərmişdir. Könül ona «sən ged ola bilsin polis gələr nəsə problem olar» sözlərini dedikdən sonra o, həmin evdən çıxıb getmişdir. Bundan sonra Könülün onun barəsində polisə şikayət etməsini bilmişdir. Mübahisələrin səbəbi də Könülün onu təhqir etməsi olmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixdə Könül ilə birlikdə yaşadıqları ünvan 4 ünvanında yerləşən evə getmiş və təxminən saat 00:20 radələrində yaşadıqları binanın qarşısında Könül onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün, sonuncunun sifət nahiyəsinə bir dəfə şillə ilə vurmuş və Könül yerə yıxıldıqdan sonra bir dəfə də təpiklə baş nahiyəsinə vurmuşdur. Daha sonra o, həmin yerdən uzaqlaşaraq, çıxıb getmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, Könülün dəvəti ilə sonuncunun yaşadığı ünvan 4 ünvanında yerləşən evinə tort alıb getmişdir. Eyni zamanda Könülgildə sonuncunun qohumu Günay adlı şəxsdə olmuşdur. Onlar evdə olduqları zaman Könül, onun əmisi oğlu İmanı da evinə dəvət etmiş və onlar birlikdə yeib içməyə başlamışlar. Bir qədər yeyib içdikdən sonra Könül, əsassız yerə onunla mübahisə etməyə başlamış və ünvanına nalayiq ifadələr işlətmişdir. Bunu görüb və eşitdikdən sonra o, İmanla birlikdə evdən çıxmış, Könül isə qapının qarşısında ona «özümə xəsarət yetirəcəm və səni ömürlük tutacaqlar» sözlərini demişdir. Oradan uzaqlaşdıqdan sonra ona məlum olmuş ki, Könül özünə xəsarət yetirmişdir. Könülün kim tərəfdən xəsarət almasından onun heç bir məlumatı yoxdur. Əməlindən peşmançılıq çəkir, xahiş edir əməlinə düzgün qiymət verilsin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, ifadəsində göstərmişdir ki, 2006-cı ildən 2012-ci ilədək olan müddət ərzində X3 ilə qeyrirəsmi ailə münasibətində yaşamışlar. Həmin dövrdə onların iki qızı övladları dünyaya gəlmiş, hazırda onunla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, bina 23A, mənzil 23-də yaşayırlar. Onun soyadı əvvəllər «Vəlizadə» olmuş, lakin 2013-cü ildə Orxan Əliyev adlı şəxslə (atasının adı yadında qalmayıb) rəsmi olaraq ailə həyatı qurmuş və Oxzan Əliyevin soyadını qəbul etmiş, lakin sonuncu ilə o, birlikdə cəmi altı ay yaşamışdır. Hal-hazırda Orxan Əliyevlə o, rəsmi qaydada boşanmışdır. Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır və sonuncu ilə qeyri-rəsmi ailə münasibəti olmuşdur. Təqsirləndirilən şəxs onunla tanış olduğu dövrdən onlar arasında mütəmadi olaraq münaqişələr baş verirmiş. Bu münaqişələrlə bağlı o, bir neçə dəfə Şahindən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdə olarkən, Şahin onun başında bir neçə şüşə qablar sındıraraq, ona xəsarət yetirmişdir, bu barədə o, polis orqanlarına şikayət etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində Şahin yenidən yaşadıqları binanın qarşısında, qabağını kəsib küçədə onu döyərək, baş və sifət nahiyələrimə xəsarət yetirmişdir. Bu barədə qızı Münəvvər həmin gecə DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, məlumat vermişdir. Həmin gündən etibarən Şahin onun barəsində təkrar şikayət etdiyi halda, onu öldürəcəyi ilə hədələyirmiş. O, isə hər gün qorxu və həyacan içində yaşayırmış, evdən çölə çıxa bilmirmiş. Lakin, Şahin ondan əl çəkməyib, müxtəlif mobil nömrələrdən zənglər edərək, onu narahat edirmiş. Bundan sonra 2024-cü ilin yanvar ayının 09-dan 10-na keçən gecə, Şahin zəng vuraraq, onu ad günü münasibətilə təbrik etmək istədiyni bildirmişdir. O, Şahinə icazə vermiş ki, sonuncu gəlib təbrik edib və çıxıb getsin. xx.xx.2024-cü il tarixdə təxminən saat 00:15 radələrində Şahin əmisi oğlu İmanla birlikdə onların evinə gəlmiş, Şahin əlində olan tortu ona verib tualetə girdikdən sonra, çıxıb gedəcəyini bildirmişdir. İman adlı şəxs isə ayaqqabılarını çıxarmadan mənzilin giriş hissəsində qapı qarşısında Şahini gözləyirmiş. Şahin tualetdən çıxdıqdan sonra, anidən əlində olan ülgüclə onun sifətinin sol nahiyəsinə xəsarət yetirib, dərhal İman adlı şəxslə evdən çıxıb getmişlər. Bundan sonra o, bu barədə polisə məlumat vermiş, daha sonra isə Mərkəzi Respublika xəstəxanasına getdim və orada mənim sifət nahiyəsinə tikiş qoyulmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid2 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs, atası isə X2r. özü və bacısı Şahid3, anası ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, bina 23A, mənzil 23-də yaşayırlar. Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır, belə ki, sonuncunun anası ilə dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs anası ilə tanış olduğu dövrdən onlar arasında mütəmadi olaraq münaqişələr baş verirmişdir. Bu münaqişələrlə bağlı anası bir neçə dəfə Şahindən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadıqları evdə olarkən, Şahin anasının başında bir neçə şüşə qablar sındıraraq, anasına xəsarət yetirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində Şahin yenidən yaşadıqları binanın qarşısında anasının qabağını kəsib küçədə döyərək, anasına xəsarət yetirmişdir. Bu barədə özü, həmin gecə DİN-nin 102 zəng xidmətinə zəng vuraraq, məlumat vermişdir. Həmin gündən etibarən Şahin ansının barəsində təkrar şikayət etdiyi halda, anasını öldürəcəyi ilə hədələmişdir. Bundan sonra 2024-cü ilin yanvar ayının 09dan 10-na keçən gecə, xx.xx.2024-cü il tarixdə anasının doğum günündə, evdə olduqları zaman, gecə saatlarında Şahin əmisi oğlu İman adlı şəxslə onlara qonaq gəlmişlər. Həmin gecə, təxminən saat 00:15 radələrində Şahin əlində olan tortu anasına verib tualetə girdikdən sonra, çıxıb gedəcəyini bildirmişdir. İman adlı şəxs isə ayaqqabılarını çıxarmadan qapının qarşısında Şahini gözləmiş, Şahinin tualetdən çıxdıqdan sonra, anidən əlində olan alətlə anasının sifətinin sol nahiyəsinə xəsarət yetirib, dərhal İman adlı şəxslə evdən çıxıb getmişlər. Əlində nə olduğunu dəqiq xatırlamır. Bundan sonra anası bu barədə polisə məlumat vermiş, daha sonra onlar analarını həkimə aparmış və xəstəxanada anasının sifət nahiyəsinə tikiş qoyulmuşdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid3 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs, atası isə X2r. özü və bacısı Şahid2, anası ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri 27-ci məhəllə, bina 23A, mənzil 23-də yaşayırlar. Təqsirləndirilən şəxs təxminən bir ildir tanıyır, belə ki, sonuncunun anası ilə dostluq münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə Şahin əmisi oğlu ilə birlikdə onlara gəlmişdir. Bir az oturduqdan sonra Şahin gedəndə anası qapını bağlamağa getmiş, qayıdanda anasının üzünün qan içidə olduğunu görmüşdür. Daha sonra Şahin qaçıb getmişdir. Şahinin əlində nə olduğunu görməmişdir. Daha sonra polisə və təcili tibbi yardıma müraciətlər etmişlər. Dəfələrlə Şahin anasını məhlədə döymüş, hədə qorxu gəlmiş, bununla bağlı polisə şikayətlər olunmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayından Könül ilə Şahinin qeyri-rəsmi ailə münasibətləri olmuşdur. Sonuncular tanış olduqları vaxtdan, Şahin mütəmadi olaraq Könülü döyərək, ona xəsarət yetirirmiş. Lakin, əvvəllər Könül, Şahinin barəsində şikayət etməmişdir. Könüldən ona məlum olmuş ki, xx.xx.2023-cü il tarixdə Şahin stəkanla başına xəsarət yetirmişdir. O, həmin vaxtı hadisə yerində olmasa da, Könülgilə gəldikdən sonra Könülün başında tikiş izlərinin olmasını görmüş və Könül bununla əlaqədar Şahin barəsində polisə şikayət etmişdir. Bundan sonra Şahin Könülü daha da incitməyə, psixi iztirablar verməyə başlamışdır. Belə ki, 12 sentyabr 2023-cü il tarixdə Könül evdən saat 01 radələrində çıxmaq istəyərkən, Şahin onu qəflətən blokun qabağında tutmuş, o, Könülün qızları Şahid2 və X4 ilə birlikdə evdə olduqdarı zaman, Könülün qışqırıq səsinə pəncərəyə çıxmışlar. Münəvvərin qışqırığından sonra Şahin qaçıb getmiş, Könül isə evə gəlmiş və evdə Könülün bədənində xəsarətlərin olduğunu görmüşlər. Bundan sonra Könül yenidən Şahinin barəsində polis orqanlarına şikayət etmiş, lakin, Şahin yenə də Könüldən əl çəkmirmiş, bunun nəticəsində Könül günlərlə depressiyaya düşmüş. O, Könülilə birlikdə qaldıqları evdə olduğu zaman, digər otaqda Şahinin, Könülü döyməsi və təhqir etməsi səslərini dəfələrlə eşitmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə Könülün ad günü olmuş və Şahin ona mesaj yazaraq, ad günü münasibətilə Könülə tort aldığını və həmin tortu sonuncuya vermək istədiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 00:15-də Şahin və əmisi oğlu İman onların yaşadıqları evə gəlmişlər. Şahin əlində olan tortu Könülə verib tualetə girdikdən sonra, çıxıb gedəcəyini bildirmişdir. İman adlı şəxs isə ayaqqabılarını çıxarmadan mənzilin giriş hissəsində qapı qarşısında Şahini gözləyirmiş. Şahin tualetdən çıxdıqdan sonra, anidən əlində olan ülgüclə Könülün sifətinin sol nahiyəsinə xəsarət yetirib, dərhal İman adlı şəxslə evdən çıxıb getmişlər. Bundan sonra Könül bu barədə polisə məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, belə ki sonuncu onun əmisi oğlu Təqsirləndirilən şəxsla qeyri-rəsmi ailə münasibətində olmuşlar. Zərərçəkmiş şəxs o, əmisi oğlu Şahin vasitəsi ilə tanımış, onun mobil telefon nömrəsi Könüldə, sonuncunun mobil telefon nömrəsi isə özündə olmuşdur. Hətta onlar bir neçə dəfə birlikdə yeyib içmişlər. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olduğu zaman, Könül onun mobil telfonuna zəng edərək, doğum günü olduğunu, özünə doğum günü qeyd etmə tədbiri keçirdiyini və onu da həmin tədbirə dəvət etdiyini bildirmişdir. Könülün dəvətindən sonra o, yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsindən çıxaraq axşam saatlarında təxminən 22 radələrində Xırdalan şəhərinə, Könülün yaşadığı ünvana getmişdir. Könül onu çağırarkən, evdə kimlərin olduğunu deməmişdir. O, evə getdikdə evdə adını bilmədiyi bir nəfər qadın, Şahin və Könül olmuşdur. Evdə digər otaqda isə Könülün yetkinlik yaşına çatmayan qızları olmuşdur. Könülgildə yeyib içdikdən sonra, xx.xx.2024-cü il tarixdə təxminən saat 00:15 radələrində Şahinlə birlikdə evdən çıxıb getmək məqsədi ilə əynini geyinib evdən çölə çıxmış, Şahin isə ardınca qaçaraq, tez oradan uzaqlaşmaq lazım olduğunu ona bildirmişdir. O, Şahinlə birlikdə Könülgildə olsa da, evdən bayıra çıxdığına görə evin daxilində nə baş verməsindən məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 32Ə saylı rəyində göstərilmişdir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər – başın sol alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, burunun sol hissəsinin sağ əlin sıyrıqları, burun sümüyünün qapalı yerdəyişməyən sınığı küt əşya (əşyalar)təsirindən törənmişdir, qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı əl zərbələri ilə vurma nətcəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ayrı-ayrılıqda eləcədə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1964 saylı rəyində göstərilmişdir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət –sol almacıq gicgah nahiyəsinin qançırı küt əşya təsirindən törənmişdir. Qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə dava-dalaş zamanı əl zərbəsi təsirindən əmələ gələ bilərdi, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 13Ə saylı rəyində göstərilmişdir ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs səthində aşkar edilmiş xəsarət – sol yanaq nahiyəsinin kəsilmiş yarası iti kənarlı əşyanın təsirindən törənmişdir, qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə ülgücün təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünürki, Zeynalov X6 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il müddətinə azaldılmışdır. Goranboy rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan, Goranboy Rayon Məhkəməsinin 1(045)- 17/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü ilə xx.xx.1987-ci ildə Goranboy rayonu Sarovlu kəndində qeydiyyatda olan Goranboy rayonu Təqsirləndirilən şəxs 02 il 03 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarına əsasən Zeynalov X6 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı ilə cəzası 01 il azaldılmış, qalan cəzasını isə xx.xx.2021-ci il tarixdə çəkib qurtarmışdır. Abşeron RPİ-in xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ibtidai istintaqdan yayındığına görə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq, Abşeron RPİnin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq, Abşeron RPİnin MSY-nə təhvil verilmiş və cinayət işi üzrə icraat təzələnmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, sübutlar hərtərəfli, tam və obyektiv araşdırmaya əsaslanmaqla daxili inam görə qiymətləndirilməlidir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə bütün toplanmış sübutların məcmusuna görə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərdən qiymət verilməlidir. Sübutların yoxlanılmasında məqsəd onların mötəbərliyinin, yəni onlarda olan məlumatların cinayət işinin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktlara və hallara uyğun gəlibgəlməməsinin müəyyən edilməsindən ibarətdir. Sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə tamamlanmalıdır. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Lakin bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.5-ci maddəsi ilə, yəni zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədməklə əzab vermə əməli kimi tövsif olunmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 133.2.5-ci maddəsindən, Azərbaycan Respublikası CM-in 133.1-cü maddəsinə tövsif edilməli və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə” cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 133.2.5-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı əzab verməklə törədildikdə əməl həmin maddə ilə tövsif edilir. İttiham aktında isə təqsirləndirilən şəxsin əməli zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı əzab verilməklə törədilməsi öz əksini tapmamışdır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən Təqsirləndirilən şəxs əməlini əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.5-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı əzab verməklə törətməsi iş materiallarında sübut olunmur. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.5-ci maddəsindən CM-nin 133.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.2-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.5-ci maddəsindən CM-nin 133.1-ci maddəsinə tövsif edilməli və Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdə həbsdə saxlanıldığı 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.5-cü maddəsindən, həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdə həbsdə saxlanıldığı 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 07 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-208/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-208/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver