Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-209/2021 24.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısıoğlunun və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Təqsirləndirilən şəxs2 iştirakı ilə xx xxxxx 1983-cü il tarixdə Xaçmaz rayonu, Qoçaqlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik üzrə meneceri vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1981-ci il tarixdə Şamaxı rayonu, Həmyəli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş tökücü ustası vəzifəsində olmaqla CCM sahə rəisi vəzifəsini icra edən, Şamaxı rayonu, Həmyəli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində nömrəsiz fərdi evdə kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Təqsirləndirilən şəxs1 09 oktyabr 2018-ci il tarixdən “xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Təhlükəsizlik üzrə meneceri vəzifəsində işləyib, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmasına baxmayaraq, Abşeron rayonu Güzdək qəsəbəsində qeyd olunan MMC-yə məxsus CCM (fasiləsiz töküm dəzgahı) sexində işçilərə xüsusi (odadavamlı) geyim formasının verilməsinə nəzarət etməməklə «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 1.1, 2.7.1, 2.9.1 bəndlərinin tələblərini, yəni istehsalat proseslərinin təhlükəsizliyini, işçilərin mühafizə vasitələri və təhlükəsizliyini təmin edən vasitələrin tətbiqinin təmin edilməsini, qəbul edilmiş iş şəraitindən asılı olaraq işçilərin təhlükəli istehsalat faktorlarından qorunmasını təmin etməli olduğu və daşıdığı Təhlükəsizlik şöbəsinin menecerinin vəzifə təlimatının 6, 7 bəndlərinin tələblərinə əsasən “Sətəmm üzrə düzəldici və ya qabaqlayıcı tədbirlər görməli və işçilərin fərdi mühafizə vasitələrinin vaxtlı-vaxtında verilməsinə nəzarət etməli” olmasına baxmayaraq, bu normativ sənədlərin tələblərini öz işinə etinasız yanaşaraq pozması səbəbindən, onun əməlləri istehsal prosesi zamanı ehtiyatsızlıqdan 18 may 2019-cu il tarixdə saat 20 radələrində CCM (fasiləsiz töküm dəzgahı) sexdində ərimiş metalın tökülməsi üçün klapanın altına oksigen ötürülməsinə baxmayaraq kovuşda (potada) yığılan qazın partlayaraq ərimiş metalın ətrafa və işçilərin üzərinə tökülməsi nəticəsində tökücü Zərərçəkmiş şəxs1 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan üz nahiyyəsinin, hər iki bazunun, gövdənin arxa səthinin, hər iki budun və baldırın İİ-İİİ dərəcəli, ümumi bədən səthinin 58-60% sahəsini əhatə edən termiki yanığı», tökücü usta Zərərçəkmiş şəxs2 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «ümumi bədən səthinin 25-30% sahəsini əhatə edən sağ dirsək oynağı nahiyəsinin, hər iki said, hər iki sağrı, hər iki bud və hər iki baldır nahiyələrinin İİ-İİİ dərəcəli, termiki yanığı» xəsarətlərini almışlar. Təqsirləndirilən şəxs2 08.05.2019-cu tarixdən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Poladəritmə sexinin CCM-nin (fasiləsiz töküm dəzgahı) sahə rəisi vəzifəsini icra etmiş, texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olmasına baxmayaraq, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeyd olunan MMC-yə məxsus CCM-nin (fasiləsiz töküm dəzgahı) sexində «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 1.1, 2.7.1, 2.9.1 bəndlərinin tələblərini, yəni istehsalat proseslərinin təhlükəsizliyi, işçilərin mühafizə vasitələri və təhlükəsizliyini təmin edən vasitələrin tədqiqi təmin edilməsini; qəbul edilmiş iş şəraitindən asılı olaraq işçilərin təhlükəli istehsalat faktorlarından qorunmasını təmin etməli olduğu, həmçinin «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»-nin 1.2, 1.4 bəndlərinin, yəni istehsalat avadanlığının təhlükəsizliyi təmin edilməsini, hər bir texnoloji kompleks və ayrılıqda istifadə olunan istehsalat avadanlığı, onun quraşdırılmasında, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirilməsi tələblərini və daşıdığı Poladəritmə sexinin CCMsahə rəisinin vəzifə təlimatının 1-ci bəndinin tələblərinə əsasən «məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarət etməli» olmasına baxmayaraq, həmin MMC-yə məxsus CCM-nin (fasiləsiz töküm dəzgahı) sexin daxilində quraşdırılmış metal əritmə sobasının, o cümlədən töküm sahəsində olan avadanlığın konstruktiv xüsusiyyətlərini bildirən texniki sənədlər olmadan istehsalçı müəssisənin müəyyən etdiyi qaydada istismarının həyata keçirilməsi müəyyənləşdirilmədən, yüksək temperaturlu maye metal ilə dolu olan kovuşdan yolverilməz qaydada, yəni kovuşdan maye metalın ətrafa tökülməsinin qarşısının alınması üçün kovuşun qapağının olmadan istifadə edildiyinə, bununla da istehsalat prosesi zamanı təhlükəsizlik tədbirləri təmin olunmadığına və istehsalat tapşırıqlarının yerinə yetirilməsinə, məhsulun müəyyən olunmuş texnologiya əsasında yüksək keyfiyyətdə istehsalına nəzarət etmədiyinə görə, qeyd olunan normativ sənədlərin tələblərinin öz işinə etinasız yanaşaraq pozması səbəbindən, onun əməlləri istehsal prosesi zamanı ehtiyatsızlıqdan 18 may 2019-cu il tarixdə saat 20 radələrində CCM-nin (fasiləsiz töküm dəzgahı) sexində ərimiş metalın tökülməsi üçün klapanın altına oskigen ötürülməsinə baxmayaraq kovuşda (potada) yığılan qaz partlayaraq ərimiş metalın ətrafa və işçilərin üzərinə tökülməsi nəticəsində tökücü Zərərçəkmiş şəxs1 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «ağır dərəcəli yanıq şoku ilə müşayiət olunan üz nahiyyəsinin, hər iki bazunun, gövdənin arxa səthinin, hər iki budun və baldırın İİ-İİİ dərəcəli, ümumi bədən səthinin 58-60% sahəsini əhatə edən termiki yanığı», tökücü usta Zərərçəkmiş şəxs2 dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid «ümumi bədən səthinin 25-30% sahəsini əhatə edən sağ dirsək oynağı nahiyəsinin, hər iki said, hər iki sağrı, hər iki bud və hər iki baldır nahiyələrinin İİ-İİİ dərəcəli, termiki yanığı» xəsarətlərini almalarına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 09 oktyabr 2018-ci ildən hal-hazıradək “xxxx” MMC-də təhlükəsizlik üzrə menecer vəzifəsində çalışmış, Zərərçəkmiş şəxs1 “xxxx” MMC-də 10 may 2019-cu ildən rəsmi işə qəbul olunmuş və Zərərçəkmiş şəxs1 vəzifəsi hazır ərimiş metalı kranla gətiriləndə həmin metalı formalara tökməkdən ibarət olmuşdur. 18 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 səhər növbəsində, yəni 08:00-dan 20:00 dək işdə olmuş, həmin gün onunla növbədə digər tökücü Şahid5, növbə rəisi, tökücü-usta işləyən Zərərçəkmiş şəxs2, iki baş tökücü X2 və Şahid4 olmuşlar. Həmin gün gündüz işdə olub həmişəki kimi işçiləri təlimatlandırmış, axşam vaxtı ona məlum olmuşdur ki, təxminən 20:30 radələrində qeyd etdiyi növbədəki işçilər çalışan zaman sonuncu partiyanın birinci ərimiş metal tökümü kran vasitəsi ilə gətirilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aşağıda olmuş, yuxarıda olan Elqədər və Əfqan içində ərimiş metal olan potanın altındakı klapanı açsalar da, metalın altında olan qara qum tökülməmiş, potalara və onların vəziyyətinə həmin vaxt şirkətdə çalışan Vüqar adlı şəxs cavabdeh olmuşdur. Daxili araşdırmadan sonra məlum olmuşdur ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 potadan ərimiş metalın tökülməməsi səbəbindən həmin potanın altında olan klapanın altına sexdə olan şlanqla gələn təmiz oksigen verilməsi səbəbindən potada partlayış baş vermiş və ərimiş metal onların üstünə tökülmüş, nəticədə Zərərçəkmiş şəxs2 ayaqlarının arxa tərəfindən, Zərərçəkmiş şəxs1 isə bel nahiyəsindən yanıq xəsarətləri almış, tibbi yardım göstərilərək onlar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə aparılmış, Zərərçəkmiş şəxs1 reanimasiyada 15- 20 gün qalandan sonra palataya köçürülmüş və 20 iyun 2019-cu il tarixdə həmin xəstəxanadan evə buraxılmış, bildiyi qədər şirkət rəhbərliyi və personal Zərərçəkmiş şəxs1 lazım olan bütün köməkliklər, müalicədə dəstək göstərmiş, xərclər və digər tələbatlar ödənilmiş, daha sonra Zərərçəkmiş şəxs1 yeni təyin olunmuş direktor Şahid2la yola getmədiyindən ərizəsini yazıb işdən çıxmışdır. İşə başlamazdan əvvəl işçiləri təhlükəsizliklə bağlı şifahi təlimatlandırmış, şirkətin hər bir işçisi texniki təhlükəsizlik qaydaları və digər təlimatlarla tanış olmuş, təlimatları şəxsən özü həyata keçirmiş, zavodun hər bir işçisi xüsusi yanğına dözümlü sukon materialdan olan geyimlə və dəbilqə ilə təmin olunmuşlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 08 may 2019-cu il tarixdən “xxxx” MMC ilə əmək müqaviləsi əsasında tökücü baş usta vəzifəsində işə başlamış və işə başlayandan sonra CCM-nin (fasiləsiz töküm dəzgahı) sahə rəisi vəzifəsi müvəqqəti olaraq ona həvalə edilmişdir. Zərərçəkmiş şəxs1 “xxxx” MMC-də 10 may 2019-cu ildən rəsmi işə qəbul olunaraq vəzifəsi hazır ərimiş metalı kranla gətiriləndə həmin metalı formalara tökməkdən ibarət olmuş, onun vəzifələri təlimata uyğun həyata keçirilmişdir. 18 may 2019-cu il tarixdə axşam saat 20:30 radələrində poladəritmə sexində olduğu vaxt birdən səs-küy eşidib səs gələn tərəfə baxanda sexin yuxarı hissəsində olan potada metal axdığını və orada olan işçilər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üzərinə töküldüyünü görmüş və tez yuxarı qalxıb digər işçilərlə birlikdə onların həmin yerdən götürüb aşağı düşürvüşlər. Aşağıda ərimiş metalın üzərlərinə tökülməsi nəticəsində Raufun əsasən bel nahiyəsində ciddi xəsarətlər aldığını, Rəşidin ayaqlarında da yanıq xəsarətləri olduğunu görmüş, işçilər onların əynində olan paltarları cırıb çıxardandan sonra şçilərin avtomobilləri ilə Rəşid və Rauf 5 saylı xəstəxananın yanıq şöbəsinə aparılmışdır. Sonradan onlar orada müalicə alan vaxtlarda da mütəmadi olaraq onlara baş çəkməyə getmiş, bir iş yoldaşı kimi onlara əlindən gələn köməyi göstərmiş, bildiyi qədər şirkət rəhbərliyi və personal Zərərçəkmiş şəxs1 lazım olan bütün köməkliklər, müalicədə dəstək, xərclərini və digər tələbatlarını ödəmiş, dDaha sonra Zərərçəkmiş şəxs1 yeni təyin olunmuş direktor Şahid2la yola getmədiyindən ərizəsini yazıb işdən çıxmışdır. Hadisənin necə baş verməsi ilə maraqlananda ona məlum olmuşdur ki, 18 may 2019-cu il tarixdə təxminən saat 20:30 radələrində sonuncu partiyanın birinci ərimiş metal tökümü kran vasitəsi ilə gətirilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aşağıda olmuş, yuxarıda olanlar Elqədər və Əfqan içində ərimiş metal olan potanın altındakı klapanı açmış, lakın metalın altında olan qara qum tökülməmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 potadan ərimiş metalın tökülməməsi səbəbindən həmin potanın altında olan klapanın altına sexdə olan şlanqla gələn təmiz oksigen verməsi səbəbindən potada vulkan formalı partlayış baş vermiş və ərimiş metal onların üstünə tökülmüş, nəticədə Zərərçəkmiş şəxs2 ayaqlarının arxa tərəfi yanmış, Zərərçəkmiş şəxs1 isə bel nahiyəsinin yanıq xəsarətlərini almışdır. İşçilər sukon materialdan, yəni bir qədər qalın parça materialdan hazırlanmış xüsusi geyimlərdən, kaskadan, əlcəkdən və sair qoruyucu vasitələrdən istifadə etmiş, lakin hadisə vaxtı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hadisə yerindən aşağı düşürdəndə əyinlərində həmin xüsusi geyim olmamış, sadəcə uniforma kimi ümumi geyindikləri forma olmuşdur. Özü işdə mümkün qədər təlimatların tələblərinə riayət edib işçiləri təlimatlandırmış, onlara iş prosesində odadavamlı xüsusi geyim vasitələrindən istifadə etmələrini dəfələrlə tapşırmış, amma bəzən işçilərin elə özləri səhlənkarlıq edib havanın isti olmasına, ərimiş metal ilə dolu kovuşdan gələn hərarəti nəzərə alaraq və sair səbəblərə görə xüsusi geyim vasitələrini çıxarıb adi uniforma geyimində olmuşlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 24 yanvar 2019-cu il tarixdən “xxxx” MMC-yə məxsus Abşeron rayon ərazisində metaləritmə zavodunda tökücü vəzifəsinə işə qəbul olunmuş və vəzifəsi hazır ərimiş metalı kranla gətiriləndə həmin metalı formalara tökməkdən ibarət olmuşdur. 18 may 2019-cu il tarixdə təxminən saat 20:30 radələrində sonuncu partiyanın birinci ərimiş metal tökümü kran vasitəsi ilə gətirilmiş, o, Zərərçəkmiş şəxs2la birlikdə aşağıda olmuş, birinci yuxarıda olanlar Elqədər və Əfqan içində ərimiş metal olan potanın altındakı klapanı açsalar da, metalın altında olan qara qum tökülməmiş, belə ki, potanın içinə daim isti metal töküləndə potanın içi əriyib nazikləşmiş, bunun qarşısını almaq üçün yeyilən yerə şamot deyilən mayə tökülmüş, həmin maye 1-2 saat quruyandan sonra istifadə etmək mümkün olmuş, potalara və onların vəziyyətinə həmin vaxt şirkətdə çalışan Vüqar adlı şəxs cavabdeh olmuşdur. Ərimiş metalı potanın içinə tökülməmişdən əvvəl klapanın üstünə qara qum tökülmüş və onlar klapanı açdıqda əvvəl həmin qum, sonra isə ərimiş formalara metal tökülməli olmuşdur. Ərimiş metal tökülən şamot tam qurumadığından və qara qumla qarışıb bərkləşdiyindən onlar klapanı açdıqda heç nə tökülmədiyi üçün o və Rəşid klapanın altına sexdə olan şlanqla gələn təmiz oksigen ötürmüş, yəni həmin oksigen məhz belə hallar üçün nəzərə alınmışdır. Bundan sonra 3-4 saniyə qum tökülsə də, yenidən dayanmış və potada yığılan qaz vulkan kimi başlarının üstündə barıtlaşaraq ərimiş metalı ətrafa tökmüşdür. Rəşid ondan tez reaksiya verib uzaqlaşdığına görə onun üzərinə tökülən ərimiş metal ayaqlarının arxa tərəfini yandırmış, o, isə gec reaksiya verdiyindən ərimiş metal onun bel nahiyəsinə töküldüyü üçün yanıq xəsarətləri almış və ərimiş metal əllərini və ayaqlarını da yandırmışdır. Həmin vaxt metal əridən sobanın işçiləri onlara ilkin yardım göstərmiş, bundan sonra zavodun adını xatırlamadığı qadın həkimi gəlib ağrıkəsici və zəhərlənməyə qarşı iynə vurmuş və onları 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə aparmışlar. Yanıqları çox olduğundan o, reanimasiya şöbəsinə, Rəşid isə palataya yerləşdirilmiş, reanimasiyada 15-20 gün qalandan sonra o, da palataya köçürülmüş və 20 iyun 2019-cu il tarixdə evə buraxılmışdır. “xxxx” MMC-nin direktoru Rauf və həkim ondan hüquq-mühafizə orqanlarına məlumat verməməyi xahiş edib evdə su qızdırıcısı titanın partlaması nəticəsində yanıq xəsarətləri almasını deməyi təklif edib bunun müqabilində onun tam müalicəsini öz üzərlərinə götürəcəklərinə söz vermişlər. Rauf müalicədə həqiqətən də köməklik göstərmiş, sonradan işləyəndə də ağrıları olanda evə buraxmış, lakin sonra “xxxx” MMC-nin direktoru dəyişilərək Abdulla olmuş, təzə rəhbərlik gələndə əvvəlki direktorun vəd etdiyini yerinə yetirmək istəməyib ya işə çıxıb işləməyi, ya da işdən çıxmağı təklif etmiş, yəni onu ağrılarına görə evə buraxmamışdır. Sonuncu dəfə 2020-ci ilin mart ayının 28-də işdə olmuş, sonra da karantinə görə zavodda iş dayanmış, zavod fəaliyyətə başlayanda isə təzədən may ayında işə çıxıb 7 gün işləmiş, may ayında hardasa 2 həftə ağrılarına görə Respublika xəstəxanasında müalicə aldığından iki həftə işə getməyib bu barədə şirkətə şifahi telefonla məlumat vermiş, müalicəsinə nəzarət və ödənişləri MMC-nin həkimi etdiyindən onun da bu barədə məlumatı olmuş, çünki etmişdir. May ayının sonu yeni direktorun ona aldığı 3-cü dərəcəli yanıq xəsarəti ilə onu təqaüdə göndərməyi təklif etməsi onun xoşuna gəlməmiş, sonra da ona mühafizəçi işi və aylıq 400 manat maaşlı iş təklif etmiş, lakin “xxxx” MMC-nin onun müalicəsini maliyyələşdirmək istəmədiyini anlayıb oradan getmişdir. Bundan başqa, işlədiyi vaxta təlimatlandırmalar təhlükəsizlik üzrə menecer Təqsirləndirilən şəxs1 tərəfindən aparılsa da, formal xarakter daşımış və yalnız kitaba imza etdirilməklə kifəyətlənilmiş, həmçinin istehsalat prosesində o və digər işçilər dəbilqə, eynək, əlcəkdən istifadə etsələr də, onlara odadavamlı və sukon materialdan olan xüsusi geyimlər verilməmiş, həmişə geyindikləri adi parçadan olan uniforma geyimindən istifadə etmişlər. Təqsirləndirilən şəxslərin həbs olunmasnı istəmirəm, lakin mənə dəymiş maddi və mənəvi ziyanın tələb edirəm. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəlindən hal-hazıradək “xxxx” MMC-də tökücü ustası vəzifəsində çalışmış, vəzifəsi növbədə olan işçilərin işə başlamazdan əvvəl səhhəti ilə maraqlanmaq, gündəlik texniki təhlükəsizlik, avadanlıqla davranış və s. qaydaları ilə tanış etmək, texniki-təhlükəsizlik qaydaları ilə tanış etdikdən sonra jurnala imza atılmasına nəzarət etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs1 “xxxx” MMC-də tökücü vəzifəsində işləmiş, Zərərçəkmiş şəxs1 vəzifəsi hazır ərimiş metalı kranla gətiriləndə həmin metalı formalara tökməkdən ibarət olmuşdur. Zavod 24 saat fasiləsiz-pəstah tökmə sexi üç növbədə işləmiş, hər növbə 8 saat davam etmiş, və 1 saat nahar vaxtı ayrılmış və özü daim səhər növbəsində, yəni saat 09:00-dan 18:00-dək işləmişdir. 18 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 səhər növbəsində olmuş, əldə olan işi bitirib yeni növbəyə təhvil vermək üçün Zərərçəkmiş şəxs1 kömək etməyə başlamış və onlar sonuncu tökümü etmişlər. Həmin gün saat 19:30 radələrində sonuncu partiyanın birinci ərimiş metal tökümü kran vasitəsi ilə gətirilmiş, o və Rauf aşağıda olmuş, birinci yuxarıda olanlar Elqədər və Əfqan içində ərimiş metal olan potanın altındakı klapanı açsalar da, metalın altında olan qara qum tökülməmiş, ərimiş metal potanın içinə tökülməmişdən əvvəl klapanın üstünə xüsusi qara qum tökülmüş və onlar klapanı açdıqda əvvəl həmin qum, sonra isə ərimiş formalara metal tökülməli olsa da, həmin vaxt qum tökülmədiyindən onlar klapanı açdıqda heç nə tökülməmişdir. Bunu aradan qaldırmaq üçün o və Zərərçəkmiş şəxs1 klapanın altına sexdə olan şlanqla gələn təmiz oksigen ötürmüş, yəni həmin oksigen məhz belə hallar üçün nəzərə alınmış, 3-4 saniyə qum tökülsə də, yenidən dayanmış və potada yığılan qaz vulkan kimi başlarının üstündə barıtlamış və alovu ətrafa tökmüşdür. Raufdan tez reaksiya verib uzaqlaşdığına görə üzərinə tökülən ərimiş metal ayaqlarının arxa tərəfini yandırmış, Rauf isə gec reaksiya verdiyindən ərimiş metal onun bel nahiyəsinə tökülmüş və onlar yanıq xəsarətləri almışlar. Həmin vaxt metal əridən sobanın işçiləri onlara ilkin yardım göstərmiş, sonra da zavodun adını xatırlamadığı qadın həkimi gəlib ağrıkəsici və zəhərlənməyə qarşı iynə vurmuş və onları 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə aparmışlar. Yanıqları çox olduğundan Rauf reanimasiya şöbəsinə, o isə palataya yerləşdirilmiş, reanimasiyada təxminən 20- 22 gün qalandan sonra xəstəxanadan evə buraxılmış, 5 saylı şəhər klinik xəstəxanasında evdə su qızdırıcısı titanın partlaması nəticəsində yanıq xəsarətləri aldığını və heç bir yerdə işləmədiyini qeyd etmiş, şirkət onun tam müalicəsini təmin etmiş, müalicədə həqiqətən də ikisinə də köməklik göstərilmiş və müalicəsi bitdikdən sonra Rauf da işə çıxmış, lakin aradabir müalicəsi ilə bağlı işdən icazə almışdır. Təxminən 2019-cu ilin mart ayında “xxxx” MMC-nin direktoru dəyişilərək Abdulla olmuş, daha sonra daxili araşdırma aparılmış, həmin hadisə onun və Zərərçəkmiş şəxs1 səhvindən, yəni oksigendən ötürən cihazdan müəyyən edilmiş normadan artıq vurulmasına qadağa qoyulmasına baxmayaraq, potadan ərimiş metalın tökülməməsi səbəbindən həmin potanın altında olan klapanın altına sexdə olan şlanqla gələn təmiz oksigenin normadan artıq verilməsi səbəbindən potada partlayış baş vermiş və ərimiş metal onların üstünə tökülmüşdür. Hər gün işə başlamazdan əvvəl o və ayda bir dəfə də Təqsirləndirilən şəxs1 işçiləri təhlükəsizliklə bağlı şifahi təlimatlandırmış, həmçinin şirkətin hər bir işçisi texniki təhlükəsizlik qaydaları və digər təlimatlarla da tanış olmuş, zavodun hər bir işçisi xüsusi yanğına dözümlü geyimlə və dəbilqə ilə təmin olunmuşlar. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə ibtidai İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2018-ci il tarixdən 13 mart 2020-ci tarixədək “xxxx” MMC-də icraçı direktor olmuş, qeyd olunan tarixdən hal-hazıradək İstehsalın planlaması üzrə menecer vəzifəsində çalışmış, onun yerinə həmin vaxtdan “xxxx” MMC-yə Şahid2 direktor təyin olunmuşdur. Zərərçəkmiş şəxs1 “xxxx” MMC-də 10 may 2019-cu ildən rəsmi işə qəbul olunmuş, onun vəzifəsi hazır ərimiş metalı kranla gətiriləndə həmin metalı formalara tökməkdən ibarət olmuşdur. Hadisə baş verən 18 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 səhər növbəsində, yəni 08:00-dan 20:00 -dək işdə olmuş, həmin gün onunla növbədə digər tökücü Şahid5, növbə rəisi, tökücü-usta işləyən Zərərçəkmiş şəxs2, iki baş tökücü X2 və Şahid4 olmuşlar. Həmin gün o, gündüz işdə olmamış, axşam vaxtı ona əritmə sexində bədbəxt hadisə baş verdiyi deyildiyindən dərhal zavoda qayıdanda ona məlum olmuşdur ki, 18 may 2019-cu il tarixdə təxminən saat 20:30 radələrində qeyd etdiyi növbədəki işçilər çalışan zaman sonuncu partiyanın birinci ərimiş metal tökümü kran vasitəsi ilə gətirilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 aşağıda olmuş, yuxarıda olan Elqədər və Əfqan içində ərimiş metal olan potanın altındakı klapanı açmış, lakın metalın altında olan qara qum tökülməmişdir. Potalara və onların vəziyyətinə həmin vaxt şirkətdə çalışan Vüqar adlı şəxs cavabdeh olmuş, daxili araşdırmadan sonra məlum olmuşdur ki, işçilərin səhvindən, yəni oksigen ötürülən cihazdan müəyyən edilmiş normadan artıq vurulmasına qadağa qoyulmasına baxmayaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 potadan ərimiş metalın tökülməməsi səbəbindən həmin potanın altında olan klapanın altına sexdə olan şlanqla gələn təmiz oksigenin normadan artıq verilməsi səbəbindən potada partlayış baş vermiş və ərimiş metal onların üstünə tökülmüş, nəticədə Zərərçəkmiş şəxs2 ayaqlarından, Zərərçəkmiş şəxs1 isə bel nahiyəsindən yanıq xəsarətləri almışdır. Həmin vaxt metal əridən sobanın işçiləri və həkim onlara ilkin yardım göstərmiş, onlar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə aparıldıqdan sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 reanimasiyada 15-20 gün qalmış, daha sonra da palataya köçürülmüş və 20 iyun 2019-cu il tarixdə həmin xəstəxanadan evə buraxılmışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müalicəsi zamanı, yəni xəsarət aldıqdan sonra 10 may 2020-ci il tarixə qədər onlara lazım olan bütün köməkliklər, müalicədə dəstək göstərilmiş, xərcləri və digər tələbatları ödənilmiş, yəni evində ona qulluq edən işçi bazarlığını, dərmanlarını, hətta hadisə zamanı Raufun telefonu da yandığından ona təzə telefon da alınıb verilmiş, həmin ərəfədə də işə gəlməsə də, ona tam maaş ödənilmiş, buna baxmayaraq Zərərçəkmiş şəxs1 yeni direktorun ona işə çıxması, ağrısı olduğu halda daha yüngül vəzifəyə keçməsi təklifi edilməsinə baxmayaraq onunla mübahisə edib ərizəsini yaxıb işdən çıxmışdır. İşə başlamazdan əvvəl o və Təqsirləndirilən şəxs1 işçiləri təhlükəsizliklə bağlı şifahi təlimatlandırmış, həmçinin şirkətin hər bir işçisi texniki təhlükəsizlik qaydaları və digər təlimatlarla tanış olmuş, zavodun hər bir işçisi xüsusi yanğına dözümlü geyimlə və dəbilqə ilə təmin olunmuşlar. Hadisə ilə bağlı heç bir aidiyyəti qurumlara, həmçinin hüquq-mühafizə orqanlarına məlumat verilməmiş, bunun səbəbi də hadisənin şok təsiri, daha sonra da xəsarət alan işçilərin müalicəsi ilə bağlı başın qarışıq olmasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci ilin mart ayının ortalarından “xxxx” MMC-yə direktor vəzifəsinə təyin olunmuş və ondan qabaq zavodun əvvəlki direktoru Şahid1 olmuşdur. Həmin şirkətə direktor təyin olunanda tökücü Zərərçəkmiş şəxs1 müalicə aldığından bir ilə yaxın işə gəlmədiyini, lakin onun maaşının tam ödənildiyini müəyyən etmiş və həmin işçini tapıb işə dəvət etdib onunla fərdi söhbət aparanda ona məlum olmuşdur ki, o, ondan əvvəl 2019-cu ilin may ayında işləyərkən ərimiş metalın partlaması nəticəsində yanıq xəsarətləri almış və bununla bağlı bir ilə yaxın müalicə almışdır. İşçi qüvvəsini düzgün nizamlamaq üçün ona işə çıxmağı və ya maaşı saxlamaq şərti ilə digər daha yüngül vəzifəyə keçməyi ona təklif etsə də, Zərərçəkmiş şəxs1 bu təklifdən imtina etmişdir. Sonradan adını xatırlamadığı 5 saylı Bakı Klinik Xəstəxanasının onu müalicə edən həkimi ilə əlaqə saxlayanda həkim ona Zərərçəkmiş şəxs1 tam sağaldığını, hətta taksi fəaliyyəti ilə məşcul olduğunu və tam öz işinin öhdəsindən gələ biləcəyini demişdir. Sonra Zərərçəkmiş şəxs1 ona şərt qoyaraq bədənində olan yanıq hissələrini estetik əməliyyatının edilməsini tələb etmiş, ona bunun onun səlahiyyətləri çərçivəsində olmadığını demişdir. Bundan sonra o hər yerə yazacağını bildirib işdən könüllü çıxmaqla bağlı ərizə vermiş və onun əmək müqaviləsinə 01 iyun 2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2018-ci ilin dekabr ayından hal-hazıradək “xxxx” MMC-də tökücü vəzifəsində çalışmış və vəzifəsi hazır ərimiş metalı kranla gətiriləndə həmin metalı formalara tökməkdən ibarət olmuş və zavod 24 saat 3 növbə ilə işləmişdir. Zərərçəkmiş şəxs1 da onunla eyni işi görmüş, 18 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 səhər növbəsində, yəni yəni 08:00-dan 18:00 dək işdə olmuş, həmin gün onların növbəsi 2 saat artıq olaraq əlavə işləmiş, həmin gün onunla növbədə növbə rəisi, tökücü-usta işləyən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, iki baş tökücü olan Elqədər Rəfiyev və Şahid4 olmuş, həmin gün hüzr tədbiri olduğundan saat 15 radələrində işdən icazə alıb getmiş, sonradan eşitdiyinə görə həmin gün saat 19:30 radələrində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ərimiş metal ilə dolu potanın altından qum tökülmədiyindən vinçester vasitəsi ilə potanın altında olan klapandan oksigen ötürmüş və nəticədə alov onları yandıraraq xəsarətlər almışlar. Ərimiş metal potanın içinə tökülməmişdən əvvəl klapanın üstünə xüsusi qara qum tökülmüş və onlar klapanı açdıqda əvvəl həmin qum, sonra isə ərimiş formalara metal tökülməli olmuş, sonradan bildiyinə görə, həmin vaxt qum tökülmədiyindən onlar klapanı açdıqda heç nə tökülməmiş, bunu aradan qaldırmaq üçün onlar klapanın altına sexdə olan şlanqla gələn təmiz oksigen ötürmüş və potada yığılan qaz vulkan kimi başlarının üstündə barıtlamış və alovu ətrafa tökülmüşdür. Həmin vaxt metal əridən sobanın işçiləri onlara ilkin yardım göstərmiş və onlar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə aparılmış, Zərərçəkmiş şəxs1 reanimasiyada 15-20 gün qalandan sonra palataya köçürülmüş və 20 iyun 2019-cu il tarixdə həmin xəstəxanadan evə buraxılmış, bildiyi qədər şirkət rəhbərliyi və personal Zərərçəkmiş şəxs1 lazım olan bütün köməklikləri, müalicədə dəstək, xərclərini və digər tələbatlarını ödəmiş, daha sonra Zərərçəkmiş şəxs1 ərizəsini yazıb işdən çıxmışdır. İşə başlamazdan əvvəl təhlükəsizlik üzrə menecer Təqsirləndirilən şəxs1 və növbə ustası Zərərçəkmiş şəxs2 ona və digər işçiləri təhlükəsizliklə bağlı təlimatlandırmış, həmçinin şirkətin hər bir işçisi texniki təhlükəsizlik qaydaları və digər təlimatlarla tanış olmuş, əlimatları şəxsən Təqsirləndirilən şəxs1 həyata keçirmiş və zavodun hər bir işçisi xüsusi yanğına dözümlü geyimlə və dəbilqə ilə təmin olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 29 mart 2019-ci ildən hal-hazıradək “xxxx” MMC-də tökücü köməkçisi vəzifəsində çalışmış və vəzifəsi kran vasitəsi ilə gətirilən ərimiş metalı qəbul etməkdən ibarət olmuşdur. Zərərçəkmiş şəxs1 18 may 2019-cu il tarixdə səhər növbəsində olmuş, lakin həmin gün onların növbəsi 2 saat artıq olaraq əlavə işləmiş, həmin gün onunla növbədə digər tökücü Şahid5, növbə rəisi, tökücü-usta işləyən Zərərçəkmiş şəxs2, baş tökücü X2 olmuş, lakin həmin gün Şahid5 tez icazə alıb getmişdir. Saat 19:30 radələrində sonuncu partiyanın birinci ərimiş metal tökümü kran vasitəsi ilə gətirilmiş, Rəşid və Rauf aşağıda, o və Elqədər isə yuxarıda olmuş, Elqədər mühafizə dirəyinin arxasında durmuş, o, isə potanı qəbul edib onu xüsusi yerə oturmasını təmin edərək içində ərimiş metal olan potanın altındakı klapanı açıb od-alov tutmaması üçün Elqədər duran mühafizə dirəyinin arxasına çəkilmiş və həmin yerdən artıq heç nə görünməmişdir. Həmin mühafizə dirəyinin arxasında olan zaman xatırlamadığı səsləri eşitsə də, nə baş verdiyini başa düşməmiş və sonradan məlum olmuşdur ki, Rəşid və Rauf potanın altından qum tökülmədiyindən vinçester vasitəsi ilə potanın altında olan klapandan oksigen ötürmüş və nəticədə alov onları yandıraraq xəsarətlər almışlar. Ərimiş metal potanın içinə tökülməmişdən əvvəl klapanın üstünə xüsusi qara qum tökülmüş və onlar klapanı açdıqda əvvəl həmin qum, sonra isə ərimiş formalara metal tökülməli olmuş, sonradan həmin vaxt qum tökülmədiyindən klapanı açılsa da heç nə tökülmədiyi məlum olmuş, bunu aradan qaldırmaq üçün onlar klapanın altına sexdə olan şlanqla gələn təmiz oksigen ötürmüş və potada yığılan qaz vulkan kimi başlarının üstündə barıtlayaraq alov ətrafa tökülmüşdür. Həmin vaxt metal əridən sobanın işçiləri onlara ilkin yardım göstərmiş və onlar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə aparılmış və 20 iyun 2019-cu il tarixdə həmin xəstəxanadan evə buraxılmış, bildiyi qədər şirkət rəhbərliyi və personal Zərərçəkmiş şəxs1 lazım olan bütün köməklikləri və müalicədə dəstəyi göstərmiş, xərclərini və digər tələbatlarını ödəmiş, lakin sonra Zərərçəkmiş şəxs1 ərizəsini yazıb işdən çıxdığını bilmişdir. İşə başlamazdan əvvəl təhlükəsizlik üzrə menecer Təqsirləndirilən şəxs1 və növbə ustası Zərərçəkmiş şəxs2 onu və digər işçiləri təhlükəsizliklə bağlı təlimatlandırmış, təlimatları şəxsən Təqsirləndirilən şəxs1 həyata keçirmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cü ilin əvvəllərindən hal-hazıradək “xxxx” MMC-də tibb bacısı vəzifəsində çalışmış, vəzifəsi işçilərin səhhətində problem olanda ilkin tibbi yardım göstərməkdən ibarət olmuş və iş qrafiki həftə içi bazar ertəsindən şənbə gününədək saat 09:00-dan 18:00-dək olmuşdur. Zərərçəkmiş şəxs1 2019-cu ildən “xxxx” MMC-də tökücü vəzifəsinə işə qəbul olunmuş, 18 may 2019-cu il tarixdə artıq iş günü bitdiyindən evə getmiş və axşam təxminən saat 20 radələrində mühafizədən ona zəng olunaraq işdə fəhlələrin yanıq xəsarətləri aldığı deyilmiş və bundan sonra iş yerinə qayıdıb şirkətin zalında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 görmüşdür. Zərərçəkmiş şəxs1 bel nahiyəsindən, Zərərçəkmiş şəxs2 isə ayaq hissəsindən ağ mələfəyə bürünmüş, onlara dərhal ilkin tibbi yardım göstərib ağrıkəsici iynələr vurmuş və həmin vaxt direktor olmuş Şahid1 onların xəsarətləri ağır olduğundan dərhal 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə aparmaq lazım olduğunu demişdir. Bundan sonra onlar xəstəxanaya aparılmış, həmin fəhlələr orada müalicə almış, Zərərçəkmiş şəxs2 xəsarətləri ciddi olmadığından o, Zərərçəkmiş şəxs1 nisbətən tez sağalıb evə buraxılmış, müalicəsi bitdikdən sonra Zərərçəkmiş şəxs1 uzun müddət Binəqədi rayonunda yerləşən "Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası"-da yanmış dərisinin bərpası və dərialtı piyin yığılması üçün toklarla müalicə almış, Zərərçəkmiş şəxs1 həkimlərdən aldığı reseptlər əsasında onun dərmanlarını o, alıb vermiş, ödənişini isə şirkət aparmışdır. Zərərçəkmiş şəxs1 reanimasiyada 15-20 gün qalandan sonra palataya köçürülmüş və 20 iyun 2019-cu il tarixdə həmin xəstəxanadan evə buraxılmış, bildiyi qədər şirkət rəhbərliyi və personal Zərərçəkmiş şəxs1 lazım olan bütün köməklikləri göstərmiş, müalicədə dəstək, xərcləri və digər tələbatları ödəmiş, daha sonra Zərərçəkmiş şəxs1 yeni təyin olunmuş director Şahid2la yola getmədiyindən ərizəsini yazıb işdən çıxmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 28 iyun 2020-ci il tarixli 1145 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş «ağır dərəcəli yanıqşoku ilə müşayiət olunan üz nahiyyəsinin, hər iki bazunun, gövdənin arxa səthinin, hər iki budun və baldırın İİ-İİİ dərəcəli, ümumi bədən səthinin 58- 60% sahəsini əhatə edən termiki yanığı» xəsarətləri yüksək hərarətin yerli təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 18 may 2019-cu il tarixdə baş vermiş yanğın nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının 28 avqust 2020-ci il tarixli 1740 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş «ümumi bədən səthinin 25-30% sahəsini əhatə edən sağ dirsək oynağı nahiyəsinin, hər iki said, hər iki sağrı, hər iki bud və hər iki baldır nahiyələrinin İİ-İİİ dərəcəli, termiki yanığı» xəsarətləri yüksək hərarətin yerli təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 18 may 2019-cu il tarixdə baş vermiş yanğın nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 01 dekabr 2020-ci il tarixli 10/2328 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «İstehsalat prosesləri» 12.2.003- 91 DST-nin 1.1, 2.7.1, 2.9.1 bəndlərinin; «İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DST»-nin 1.2, 1.4 bəndlərinin; Poladəritmə sexinin CCM-sahə rəisinin vəzifə təlimatının 1 bəndinin və Təhlükəsizlik şöbəsinin menecerinin vəzifə təlimatının 6, 7 bəndlərinin tələbləri pozulmuşdur. «xxxx» MMC-nin ərazisindəki sexin daxilində quraşdırılmış metal əritmə sobasının, o cümlədən töküm sahəsində olan avadanlığın konstruktiv xüsusiyyətlərini bildirən texniki sənədlər olmadan istehsalçı müəssisənin müəyyən etdiyi qaydada istismarının həyata keçirilməsi məlum edilmədən, yüksək temperaturlu maye metal ilə dolu olan kovuşdan yolverilməz qaydada (kovuşdan maye metalın ətrafa tökülməsinin qarşısının alınması üçün kovuşun qapağı olmamışdır) istifadə edildiyi və bununla da istehsalat prosesi zamanı təhlükəsizlik tədbirləri təmin olunmadığı üçün, «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 1.1, 2.7.1, 2.9.1 bəndlərinin və Poladəritmə sexinin CCM-sahə rəisinin vəzifə təlimatının 1-ci bəndinin tələbləri Poladəritmə sexinin CCM-sahə rəisi tərəfindən pozulmuşdur. «xxxx» MMC-nin işçilərinə, o cümlədən Zərərçəkmiş şəxs1 xüsusi (odadavamlı) geyim formasının verilməməsinə nəzarət etmədiyinə görə, «İstehsalat prosesləri» 12.2.003-91 DST-nin 1.1, 2.7.1, 2.9.1 bəndlərinin və Təhlükəsizlik şöbəsinin menecerinin vəzifə təlimatının 6,7 bəndlərinin tələbləri Təhlükəsizlik şöbəsinin meneceri tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda zərərçəkmişin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmədi. Azərbaycan Respublikası Dövlət Əmək Müfəttişliyinin komissiyası tərəfindən «xxxx» MMCnin işçiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 18 may 2019-cu il tarixdə xəsarət almaları ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatına dair tərtib edilmiş rəyə əsasən, Komissiya bədbəxt hadisənin baş verməsində «xxxx» MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş «Poladəritmə sexinin tökücü ustasının vəzifə təlimatı»nın «tökmə prosesində qəza hallarının yaranma səbəblərini, onların qarşısının alınması üsullarını və qəzanın qarşısının alınması planını bilməli» tələblərinə əməl edilməməsində tökücü usta Zərərçəkmiş şəxs2 cavabdehliyini, «Poladəritmə sexinin CCM sahə rəisi vəzifə təlimatı»nın «işçilər tərəfindən istehsal və əmək intizamının pozulmasına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət olunmasına nəzarət etməli» tələblərinə tam əməl edilməməsində sahə rəisi Təqsirləndirilən şəxs2 zəif nəzarətini müəyyən etmişdir. «xxxx» MMC-nin işçiləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xəsarət almaları ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və ucota alınması qaydaları»na müvafiq olaraq İZ formalı aktla rəsmiləşdirilməli və «xxxx» MMC tərəfindən uçota alınmalıdır. «xxxx» MMC-nin 09 oktyabr 2018-ci il tarixli 023 saylı əmrindən görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdən texniki təhlükəsizlik üzrə menecer vəzifəsinə işə qəbul edilmişdir. “xxxx” MMC-nin 09 yanvar 2021-ci il tarixli 005 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 08 may 2019-cu il tarixdən “xxxx” MMC-də tökücü baş ustası vəzifəsinə təyin olunmuş və 15 may 2019-cu il tarixdən ona müvəqqəti olaraq sahə rəisi vəzifəsi həvalə edilmişdir. 10 may 2019-cu il tarixli «xxxx» MMC ilə Zərərçəkmiş şəxs1 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixli 052 saylı əmrlə tökücü vəzifəsinə işə qəbul edilməklə həmin müqaviləyə əsasən işçinin əmək funksiyalarına tökmə sahəsində təhlükəsizlik qaydalarına əmək edilməsi, işin təşkili və potadan tökmə texnologiyalarına nəzarət edilməsi aid olmuş və 01 iyun 2020-ci il tarixli 036 saylı əmrlə həmin tarixdən tökücü Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. «xxxx» MMC ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, 06 may 2019-cu il tarixli Zərərçəkmiş şəxs2 həmin tarixli 049/A saylı əmrlə tökücü ustası vəzifəsinə işə qəbul edilmiş və həmin müqaviləyə əsasən işçinin əmək funksiyalarına tökmə sahəsində təhlükəsizlik qaydalarına əmək edilməsi, işin təşkili və potadan tökmə texnologiyalarına nəzarət edilməsi aid olmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə 09.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 09.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə 09.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 09.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.1-ci maddəsində texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxslər 09.01.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşlar, 09.01.2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxslərə ittiham elan edilsədə, cinayətin törədildiyi gündən iki il keçmişdir, yəni təqsirləndirilən şəxslər həmin cinayəti 18.05.2019-cu il tarixdə törətmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətə görə CM-in 162.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad olunmalı və barələrində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 102 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası CM-in 162.1-ci maddəsi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsinlər və barələrində olan cinayət işi üzrə icraata xitam verilsin. İş üzrə 102 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. İş üzrə maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-209/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-209/2021
24.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver