Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-209/2022 11.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğıunun iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmаmış, orta təhsilli, subay, fərdi əməklə məşğul оlаn, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 25.01.2022-ci il tarixdə, saat 22 radələrində, ünvan 2 ünvanında, barışıq təklifini rədd etdiyinə görə аrаlаrındа yaranmış mübahisə zamanı keçmiş arvadı Zərərçəkmiş şəxs sifət və qulaq nahiyəsindən sillə ilə qəsdən vuraraq, оnа sağ qulağın təbil pərdəsinin travmatik perforasiyası (cırılması) ilə müşayiət оlunаn sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun keçmiş arvadıdır. Onlar 2016-cı ildə ailə həyatı qurmuş və bu nigahdan 1 övladları vardır. Ailədaxili münasibətləri həmişə yaxşı olmuşdur. Lakin Lalənin valideynləri onların ailə işinə müdaxilə etmiş, bu səbəbdən onlar 2021-ci ilin iyun ayında Binəqədi rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi şəkildə boşanmışlar. Boşandıqdan sonra Lalə Xırdalan şəhərində yaşamağa başlamış, o da övladını görmək üçün bir neçə dəfə Lalənin yaşadığı evə gedib-gəlmişdir. Sonuncu dəfə 25.01.2022-ci il tarixdə saat 15 radələrində Laləni iş yerindən götürüb yaşadığı evə gətirmiş, övladı evdə olmadığı üçün oradan çıxıb getmiş və saat 20 radələrində yenidən Lalənin yaşadığı evə gəlmiş, evdə olan zaman Laləyə barışmalarını təklif etmiş, Lalə isə alimenti ödəmədiyini əsas gətirərək barışıq təklifindən imtina etmiş, o, Laləyə burda olmadığı üçün alimenti ödəyə bilmədiyini, növbəti gün ödəyəcəyini demiş, Lalə həmçinin ona hər ay 300 manat ödəməsə övladını onunla görüşdürməyəcəyini demiş, o isə alimentin məhkəmə qərarına əsasən 175 manat olduğunu və həmin məbləği də ödədiyini bildirmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbiləşərək sillə ilə bir dəfə Lalənin qulaq nahiyəsindən zərbə vurmuş, daha sonra isə oradan çıxıb getmiş, sonradan Lalənin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. 25.01.2022-ci il tarixdə saat 22 radələrində Lalənin Xırdalan şəhərində yerləşən yaşadığı evin içərisində mübahisə zamanı sillə ilə bir dəfə Lalənin qulaq nahiyəsindən zərbə vurmuş, aralarındakı mübahisə təxminən 5 dəqiqə davam etmiş, həmin zaman orada başqa heç kəsin olmamış, mübahisənin yaranma səbəbi Lalənin heç bir əsaslı səbəb gətirmədən onun barışıq təklifindən imtina etməsi, eləcə də ödədiyi alimentdən əlavə pul ödəməsə övladını onunla görüşdürməyəcəyini deməsi olmuşdur. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. Onlar 2016-cı ildə ailə həyatı qurmuş və bu nigahdan 1 övladları vardır. Ailədaxili münasibətləri yaxşı olmadığından, yəni Xəyyam heç bir səbəb olmadan onunla mübahisələr etdiyindən boşanma barədə məhkəməyə müraciət etmiş və onlar 2021 -ci ilin iyun ayında Binəqədi rayon Məhkəməsinin qətnaməsinə əsasən rəsmi şəkildə boşanmışlar. O, boşandıqdan sonra övladı ilə birlikdə Xırdalan şəhərində yaşamağa başlamış, Xəyyam da övladını görmək bəhanəsilə bir neçə dəfə onun yaşadığı evə gəlmişdir. Sonuncu dəfə 25.01.2022ci il tarixdə saat 22 radələrində Xəyyam yenə də yaşadığı evə gəlmiş, evdə olan zaman Xəyyam barışmalarını təklif etmiş, Xəyyamın bu təklifindən imtina etmiş, Xəyyam isə onu guya başqa şəxslə evlənməkdə ittiham etmiş, o, belə bir şey olmadığını bildirmiş, Xəyyam isə ona inanmayaraq mübahisə etməyə başlamış, mübahisə zamanı sillə ilə bir neçə dəfə baş, sifət və qulaq nahiyəsinə zərbələr vurmuş, daha sonra isə evdən çıxıb getmiş, o da sonradan bu barədə şikayət etmək qərarına gəlmişdir. Xəyyamla 25.01.2022-ci il tarixdə saat 22 radələrində yaşadığı evin içərisində mübahisə zamanı sillə ilə bir neçə dəfə baş, sifət və qulaq nahiyəsinə zərbələr vurmaqla onu döymüş, mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin zaman yaşadığı evin içərisində başqa heç kəsin olmamış, mübahisənin yaranma səbəbi Xəyyamın onunla yenidən barışmaq istəməsi, onun Xəyyamın bu təklifindən imtina etməsi, həmçinin Xəyyamın onu guya başqa şəxslə evlənməkdə ittiham etməsi olmuş, mübahisə zamanı səs-küy yaranmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyi" X3 Abşeron rayon şöbəsinin 28.01.2022-ci il tarixli 152 nömrəli rəyindən görünür ki: Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarət - sağ qulağın təbii pərdəsinin travmatik perforasiyası (cırılması) küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətin qərarda göstərilən 25.01.2022-ci ci il tarixdə yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əllə sağ qulaq seyvanına zərbə vurulan zərbənin təsirindən əmələ gələ bilərdi. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 14.02.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən 11.03.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-209/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-209/2022
11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver