Məhkəmə qərarları › İş №1(012)-21/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-21/2021

16.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-21/2021 16.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X6 iştirakı ilə, xx xxx 1963-cü il tarixdə Füzuli şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsili, məhkumluğu olmayan, Füzuli şəhəri, Ə.Məmmədov küçəsi ev 24-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “xxxx” MMC-nin elektrik-çilingəri kimi, xx xxxxxx 2019-cu il tarixdə saat 13:15 radələrində, «xxxx» MMC ilə Abşeron rayonunun Xırdalan şəhərində, Bakı- Sumqayıt yolunun 16-cı kilometrliyində yerləşən «Piramida» restoranı arasında bağlanmış müqavilə əsasında restoranın həyətində inşa edilmiş elektrik yarımstansiyasında həmin MMC tərəfindən quraşdırılmış 0,4 kv-luq kabel xətlərində qızma vəziyyətini yoxlayarkən, «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.1.4, 3.1.11, 5.1.1-ci bəndlərinin və «Elektrik avadanlıqlarında işlərin təhlükəsiz görülməsinə dair təlimat»ın 13-cü bəndinin tələblərini pozaraq, diqqətsizlik və etinasızlıq göstərərək texniki müayinənin aparılması ilə əlaqədar yarımstansiyanın giriş qapısının qarşısına təhlükəsizlik lövhələri asmadan və yarımstansiyanın qapısını açıq qoyaraq kənar şəxslərin yarımstansiyaya daxil olmaması üçün təhlükəsizlik tədbirləri görmədən yarımstansiyadan çıxıb həyətdə alətlərinin gətirilməsini gözləyərkən, onunla birlikdə həmin yerə gələn tanışı - xx xxxx 1986-cı il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində doğulmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsi ev 6, mənzil 9-da yaşayan X9 yarımstansiyaya daxil olmasını diqqətindən yayındırmış və bundan sonra Elyar Əhmədov içəri daxil olaraq öz fərdi təhlükəsizliyini qorumamaqla gərginlik altında olan avadanlıqlara toxunduğundan həyat üçün təhlükəli olan və ölümə səbəb olan «sağ əlin ovuc səthinin, sol əlin birinci barmağının və sol əlin ovuc səthinin elektrik nişanələri» xəsarətini alaraq elektrik cərəyanının təsirindən baş vermiş elektrik vurma səbəbindən ehtiyatsızlıqdan X11 öldürmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, bunu da “xxxx” MMC-də rəsmi carı ilin avqust ayının 1-dən elektrikçilingər vəzifəsində çalışmış, bildiyinə görə işlədiyi MMC-nin rəhbəri Şahid1 «Nadir oğlu MMC» ilə elektrik xidmətlərinin göstərilməsi üçün müqavilə bağlamışdır. Şahid1 onu xx xxxxxx 2019-cu il tarixdə saat 10 radələrində həmin MMC»-nə məxsus «Piramida» və «Royal Castle» (Qəsr) restoranlarının yerləşdiyi Sumqayıt-Bakı yolunun 16-cı km-də əraziyə gedib sifarişçinin kabeldə qızma olmasını dediyi üçün gedib yoxlamağı və kabelin qızmasının səbəbini aşkar etməyi tapşırmış, həmin vaxt qarajda yanına dostu Şakir Əhmədovun oğlu mərhum Elyar Əhmədov gəlmiş və onun iş dalınca getdiyini bilib onu da götürməyi xahiş etmişdir. Elyar hər bir şeylə maraqlanan olmuş, ona görə də onu özü ilə götürmüş və onlar həmin əraziyə saat 12:30 radələrində oğlu Rəşad Yusifzadənin “Opel Astra” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişlər. Onları əraziyə baxan, sahibin nümayəndəsi olan Şahin adlı şəxs qarşılayıb əraziyə buraxmış və sonra Şahin ərazidə olan yarımstansiyanın giriş qapısının açarını vermiş və o, da həmin qapını özü açıb yarımstansiyanın 0,4 kv-luq kamerasına tək daxil olmuşdur. Həmin vaxt o, Elyara ora daxil olmağın qadağan olunduğunu deyib ona bayırda gözləməsini tapşırmışdır. Kameranı vizual müayinə etdikdən sonra qapını açıq qoyub həyətə çıxıb Şahindən avtomobilinin baqajindan amper-kleş adlanan cərəyanı göstərən cihazı gətirməsini xahiş etmiş, özü isə siqaret çəkmək üçün yarımstansiyanın girişi ilə üzbəüz yerləşən skameyka tərəfə getmişdir. Həmin vaxt Elyar yarımstansiyanın giriş hissəsində qalmış, siqaret çəkmək istəyəndə arxadan möhkəm qışqırıq səsi eşidib arxaya baxanda kameranın içindən Elyarın səsini eşitmiş və dərhal kameranın içinə baxanda Elyarı beli üstə yerdə uzanmış vəziyyətdə görmüşdür. Həmin vaxt Elyar dartılmış, Elyara ilkin tibbi yardım göstərmək məqsədi ilə Elyarın güclə ağzını açmış və boğazından hava keçməsi üçün bir barmağını onun ağzına salıb dilini aşağıya sıxandan sonra ona süni nəfəs vermiş, 3 süni nəfəs, sonra 3 dəfə ürək masaji verəndən sonra yerdən təxmini 20-30 sm qalxıb sonra yenə uzanmışdır. Ona yorulana kimi masaj etməyə davam etmiş, yorulandan sonra orada olanlardan da masaj etməyi davam etmələrini xahiş etmiş, sonradan onun nəbzini yoxlayanda isə artıq öldüyünü başa düşmüşdür. Təcili tibbi yardım gələndən sonra çölə çıxıb Vidadiyə zəng edib hadisə barədə ona demiş, Vidadi də ora gələcəyini bildirəndən sonra Elyarın atası Şakirə də zəng edib onunla danışaraq Elyarı cərəyan vurduğunu demişdir. Həmin obyektdə olarkən o, Elyara hər hansı işi görməyi tapşırmamışdır, Elyar isə onun sözünə məhəl qoymayıb yarımstansiyaya daxil olmuş və orada yəqin ki, elektrik cərəyanı keçən naqillərdən birinə toxunması nəticəsində cərəyan onu vurmuş və o, ölmüşdür. Elyarı hər şeyi öyrənməyə can atan, bir qədər də dikbaş biri kimi tanımış, Elyarın atası Şakir maşın ustası olmuş və Elyar özü də maşın təmirini bacarmışdır. Onu özü ilə həmin obyektə gətirməməli olduğunu və gətirdiyi halda da ona nəzarət etməli olduğunu başa düşmüş, siqaret çəkməyə gedəndə ona nəzarət etmədiyi üçün o, yarımstansiyaya girmiş və Elyarın ondan icazəsiz yarımstansiyaya daxil olacağı ağlına gəlməmişdir. Sonda ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsindən görünür ki, oğlu Elyar Əhmədov Bakı X8 bitirmiş, ixtisası isə yükdaşımanın təşkili və istismarı üzrə olmuş və müxtəlif yerlərdə çalışmış, sonuncu iş yeri «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində olmuş və orada oğlu fəhlə kimi çalışmış və bildiyi qədər gərginlik işinə baxmamışdır. Oğlu Elyar həmin şirkətdə təxminən 2,5-3 il ərzində qeyri-rəsmi çalışmış, yəni həmin MMC-nin direktoru Şahid1 oğlu ilə heç bir əmək müqaviləsi bağlamamış, Elyarın həmin şirkətdə çalışan zaman digər heç bir işçilərlə problemi olmamışdır. Hadisə baş verən gün, yəni çox yaxın dostu həmin MMC-də çilingər işləyən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə mobil telefonuna zəng edib onunla birlikdə Abşeron rayonu, Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində yerləşən “Piramida” restoranının həyətində inşa edilmiş elektrik yarımstansiyasında işləyən zaman oğlu Elyarın elektrik cərəyanı vurması nəticəsində hadisə yerində ölməsi barədə məlumat vermişdir. Sonra o, Şahid1 oğlu Turala zəng edib nə baş verdiyini soruşanda Tural da hadisəni danışandan sonra o, öz avtomobili ilə onu və həyat yoldaşını evdən götürüb onları hadisə yerinə aparmışdır. O bildirmişdir ki, Şahid1 mərhum oğlu Elyar Əhmədovu rəsmi işə götürməsə də, ona dəstək olmaq üçün arada bir xırda işlər olanda, məsələn nəyisə harasa götürüb aparmaq, nəyisə rəngləmək və sair lazım olanda Vidadi ona həmin işləri buyurub görülən işə görə pul vermişdir. Hadisə günü də, yəni xx xxxxxx 2019-cu il tarixdə oğlu Elyar Təqsirləndirilən şəxslə dost olmağından istifadə edib icazəsiz və Şahid1 demədən Elbrusla birlikdə yoxlama işləri aparılması üçün gedib Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində yerləşən “xxxx” MMCyə məxsus “Piramida” restoranına və orada yerləşən yarımstansiyaya icazəsiz daxil olub əlini yüksək gərginlik altında kabelə vurması səbəbindən elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətdən hadisə yerində ölmüş, oğlu Elyar həmin vaxt əlini vurduğu yerdə yüksək cərəyan olmasını bilməmiş, ehtimal etməmiş və belə bir fəsadın olmasını qabaqcadan görməmiş, lakin Təqsirləndirilən şəxs nəzarəti daha da güclü etməli və oğlunun həmin yarimstansiyanın içinə daxil olmasının qarşısını almalı olduğu halda, bunu etməmiş və nəticədə bu bədbəxt hadisə baş vermişdir. Şahid1 hadisə baş verən gündən onun və mərhum oğlunun ailəsinə maddi və mənəvi dəstək olmuş, Şahid1 və Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi olmamışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib direktoru özü olmuş, MMC-də ondan başqa, oğlu Şahid2 elektrik kimi, X12, X13, Şahid5 və Təqsirləndirilən şəxs elektrik-çilingər kimi işləmiş və MMC-nin başqa işçisi olmamışdır. 2019-cu ilin iyun ayının ortalarında Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində yerləşən «Piramida» retoranını işlədən Şahid6 onunla əlaqə saxlayıb işlətdiyi obyektdə kabellərdə qızma olduğunu və dəyişmək lazım olduğunu demişdir. Bundan sonra xx xxxx 2019-cu il tarixdə «xxxx» MMC-nin direktoru olaraq vətəndaş Şahid6 ilə iş və ya xidmət göstərilməsinə dair müqavilə bağlamış, həmin müqaviləyə əsasən icraçı kimi onlar Bakı- Sumqayıt şosesinin 16-cı km ünvanda yerləşən obyektdə 0,4 kv-luq kabelin quraşdırılması işlərini öhdəliklərinə götürmüşlər. Avqust ayının 2-si isə o və Təqsirləndirilən şəxs yenidən həmin yerə gedib qoşulmanı, yəni çəkdikləri yeni kabelin transformatora və köhnə baş paylayıcı şitdə qoşulmasını təmin etmişlər. Avqustun 9-u Əli yenidən ona zəng edib avqustun 10-u toy məclisi olacağından kabellərin yoxlanmasını istəmiş, o, da həmin əraziyə Təqsirləndirilən şəxs göndərib ona sadəcə yüklənməni yoxlamasını tapşırmış, avqust ayının 10-u saat 12-13 radələrində Təqsirləndirilən şəxs ona zəng edib onunla həmin yerə gedən X11 yarımstansiyanın elektrik cərəyanı vurduğunu, ona ilkin tibbi yardım göstərildiyini demiş, amma ölməsi barədə bir söz deməmişdir. Ona dərhal təcili tibbi yardıma zəng etməyi tapşırıb özü də tez hadisə yerinə getmiş, yolda olanda Təqsirləndirilən şəxs yenidən zəng edib Elyara süni nəfəs vermələrinə və ürək masajı etmələrinə baxmayaraq, təcili tibbi yardım gələnə qədər artıq Elyarın öldüyünü demişdir. Hadisədən sonra X25 rayonunda dəfn edilmiş və o, onun ailəsinə yasla bağlı hər bir köməklik göstərmiş və hazırda da köməklik edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, Bakı- Sumqayıt yolunun 16-cı km-də yolun kənarında yerləşən qohumuna məxsus «Piramida» və «Royal Castle» (Qəsr) restoranlarında onun nümayəndəsi kimi etibarnamə əsasında orada nəzarəti həyata keçirmişdir. «Piramida» restoranının sol tərəfində həyətdə obyektin elektrik təchizatı üçün 5 ildən çox olar qurulmuş yarımelektrik stansiya olmuş, amma ərazidə köhnə transformator olduğu üçün həmin yeni stansiya inşa edildikdən sonra fəaliyyət göstərməmiş, 2018-ci ildə «Royal Castle» restoranı açıldıqdan sonra enerji tələbatı artdığı və köhnə transformator çatdırmadığı üçün yeni yarıstansiyadan enerji götürülməsi qərara alınmışdır. Bu səbəbdən 2019-cu ilin iyun ayında “xxxx” MMC ilə əlaqə saxlanılaraq yerlər göstərilmiş və işlər izah olunmuş, sonra xx xxxx 2019-cu il tarixdə onunla həmin MMC-nin direktoru Şahid1la müqavilə bağlanılmış və onlar işlərə başlamış, onlar təxminən 10 gün işləyib yeni yarımstansiyadan köhnəyə yeni xətt çəkmiş, köhnə transformatora gələn xəttin ayırmasını və yeni yarımstansiyada olan transformatora ana xəttdən enerjinin verilməsini “xxxx” ASC həyata keçirmişdir. “xxxx” MMC-nin əsas müqavilə üzrə vəzifəsi yeni yarımstansiyadan yeni xəttin çəkilməsini təmin etmək olmuş, xətt çəkiləndən sonra müqavilədə nəzərdə tutulmuş miqdarda ödənişi etmişlər. Bir neçə gün əvvəl müqavilə bağladıqları şirkətin nümayəndəsi Şahid1 gəlib xəttin çəkilmə vəziyyətinə baxıb həmin vaxt xəttlərdə qızma olduğunu müəyyən etmiş, hadisə baş verən gün, yəni xx xxxxxx 2019-cu il tarixdə Şahid1 xəttin qızma səbəblərini müəyyən etmək üçün obyektə işçi göndərmiş və həmin gün təxminən saat 13:15 radələrində köməkçisi Şahin mobil telefonuna zəng edib «təcili bura gəl, işçini tok vurub» deyə bildirmişdir. Həmin vaxt restoranın ərazisində olmuş, kimdənsə təcili tibbi yardımla əlavə saxlanılıb-saxlanılmaması barədə maraqlananda ona təcili tibbi yardımın çağırıldığı və yolda olduğu deyilmiş, bundan sonra o, hadisə yerinə yaxınlaşmamış və təcili tibbi yardım gələndən sonra ona cərəyan vuran adamın öldüyü məlum olmuşdur. Həmin ölən şəxsi, yəni Elyar Əhmədovu tanımamış, bildiyinə görə o, ora “xxxx” MMC-nin Elbrus adlı işçisi ilə gəlmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, atası Şahid1 rəhbərlik etdiyi «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətində elektrik işləmiş, MMC-də ondan başqa atası Şahid1 direktor kimi, Şahid3, X12, X13, Şahid5, Təqsirləndirilən şəxs elektrik-çilingər kimi işləmiş və başqa işçi olmamışdır. Bildiyi qədər MMC 2019-cu ilin iyun ayının ortalarında Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində yerləşən «Piramida» restoranını işlədən Şahid6 atası ilə əlaqə saxlayıb işlətdiyi obyektdə kabellərdə qızma olduğunu və dəyişmək lazım olduğunu demiş və onlar aralarında xidmətin göstərilməsi ilə bağlı rəsmi müqavilə bağlanmışdır. xx xxxxxx 2019-cu il tarixdə həmin ərazidə yerləşən elektrik yarimstansiyasında qızma olduğundan atası Şahid1 həmin yerə Təqsirləndirilən şəxs yoxlama aparılması üçün göndərmiş, sonradan eşitdiyinə görə Elbrus ora tək getməmiş, tanıdığı Elyar Əhmədov adlı şəxs də onunla birlikdə özbaşına getmiş, yəni Elbrus atasının tapşırığı əsasında Bakı-Sumqayıt yolunun 16-cı kilometrliyində yerləşən «Piramida» restoranına sifarişə yoxlamağa gedərkən atası Vidadiyə xəbər vermədən yanında yol yoldaşı kimi dostu X7 öz yanında aparmışdır. Atasından sonradan aldığı məlumata əsasən, həmin günü saat 12-13 radələrində Təqsirləndirilən şəxs ona zəng edib onunla həmin yerə gedən X11 yarımstansiyanın elektrik cərəyanı vurmasını və ona ilkin tibbi yardım göstərildiyini demiş, atası ona dərhal təcili tibbi yardım çağırmağı tapşırıb özü də tez hadisə yerinə yola düşmüş, atası yolda olanda Təqsirləndirilən şəxs yenidən ona zəng edib ona süni nəfəs vermələrinə, ürək masajı etmələrinə baxmayaraq, təcili tibbi yardım gələnə qədər artıq Elyarın öldüyünü demişdir. Elyarı tanıdığı dövrdə o, problemli, nadinc, hər yerə burnunu soxan adam olmuş, onu hadisə yerində elektrik cərəyanı vurması da məhz onun bu dəcəlliyindən, sözə baxmamasından, qadağa ediləni əksinə etməyindən və özbaşınalığı ucbatından olmuş, Elbrusla söhbət zamanı o, Elyara qəti surətdə elektrik olan yerlərə daxil olmaması, əl vurmaması və sair tapşırıqları verdiyini desə də, Elyarın onun sözlərinə məhəl qoymayaraq kabellərin qızmasını yoxlamaq məqsədilə əlini kabelə vurduğunu və nəticədə onu elektrik cərəyanı vurduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsinə uyğun eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid7 məhkəməyə teleqram ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid7 ifadəsindən görünür ki, 2017-ci ildən «Royal Castle» (Qəsr) restoranlarında mühafizəçi işləməyə başlamış, xx xxxxxx 2019-cu il tarixdə işdə olmuş və təxminən saat 12 radələrində Elbrus adlı usta yanında tanımadığı və əvvəllər görmədiyi bir şəxslə işlədiyi restorana gələrək transformatorun açarını götürərək həmin əraziyə getmişlər. Elbrus adlı şəxs bir neçə dəfə öz müdiri olan Vidadi ilə həmin transformator olan ərazidə olmuş və təmir işləri aparmışlar. Bir müddət keçdikdən sonra, yani nahar vasiləsindən sonra əraziyə təcili tibbi yardım stansiyasının işçiləri gəlmiş, həmin an heç bir məlumatı olmasa da, orada danışıqları eşıtdikdə cavan oğlanı elektik cərəyanı vurduğunu və həkimlərin onun öldüyünü dediklərini eşitmişdir. Məhkəmə istintaqında mühəndis-texniki ekspertizalar şöbəsinin eksperti X10 ekspert rəyi ilə eyni məzmunlu izahat verdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli 70 nömrəli rəyindən görünür ki, X3 bədəni üzərində aşkar edilmiş «sağ əlin ovuc səthinin, sol əlin birinci barmağının və sol əlin ovuc səthinin elektrik nişanələri» xəsarətləri bədənin yüksək gərginlikli elektrik cərəyanına malik olan naqillə kontaktından əmələ gəlmişlər, həyatidirlər, qərarda qeyd olunan müddətdə, yəni xx xxxxxx 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb - elektrik cərəyanının təsirindən baş vermiş elektrik vurma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən E.Ş.Əhmədovun ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (xx xxxxxx 2019-cu il, saat 17:00) təxminən 2-4 saat əvvəl baş vermişdir. Mərhum E.Ş.Əhmədovun meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir İş üzrə keçirilmiş məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 25866 №-li rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.1.4, 3.1.11, 3.2.7, 5.1.1-ci bəndlərinin, «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrnin mühafizəsi qaydaları»nın 14-cü bəndinin və «Elektrik avadanlıqlarında işlərin təhlükəsiz görülməsinə dair təlimat»ın 13-cü bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin səbəbi olmuşdur. 04 kv-luq yarımstansiyanın kabel xətlərində texniki müayinənin aparılması ilə əlaqədar yarımstansiyanın giriş qapısının qarşısına təhlükəsizlik lövhələri asmadığına, yarımstansiyanın qapısını açıq qoyaraq kənar şəxslərin yarımstansiyaya daxil olmaması üçün təhlükəsizlik tədbirləri görmədiyinə görə, «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.1.4, 3.1.11, 5.1.1-ci bəndlərinin və «Elektrik avadanlıqlarında işlərin təhlükəsiz görülməsinə dair təlimat»ın 13-cü bəndinin tələbləri iş üzrə təlimatlandırılmış «xxxx» MMC-nin elektrik çilingəri Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Zərərçəkmiş şəxs X18 elektrik mühafizə vasitələrindən istifadə etmədən özbaşına olaraq 04 kv-luq yarımstansiyaya daxil olmaqla gərginlik altında olan avadanlıqlara toxunduğuna və bununla da öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları»nın 3.2.7-ci bəndinin və «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları»nın 14-cü bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. Müdafiə tərəfinin vəsatəti əsasında təkrar məhkəmə mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 10/2302 saylı rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar: “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.1.4, 3.1.11, 3.2.7, 5.1.1 bəndlərinin “Gərginliyi 1000 voltadək olan elektirk şəbəkələrinin mühafizəsi qaydaları”nın 6-cı bəndinin və “Elektrik avadanlıqlarında işlərin təhlükəsiz görülməsinə dair təlimat”ın 13-cü bəndinin tələbləri pozulmuşdur. Həmin tələblərin pozulması hadisənin baş verməsinin səbəbi olmuşdur. 0.4 kv-luq yarımstansiyanın kabel xətlərində texniki müayinələrin aparılması ilə əlaqədar yarımstansiyanın giriş qapısının qarşısına təhlükəsizlik lövhələri asmadığına, yarımstansiyanın qapısını açıq qoyaraq kənar şəxslərin yarımstansiyaya daxil olmaması üçün təhlükəsizlik tədbirləri görmədiyinə görə, Elektrik qurğularının istismarında təhlükəsizlik tədbirləri görmədiyinə görə “Elektrik qurğularının istismarında təhlükəsizlik qaydaları”nın 3.1.4, 3.1.11, 5.1.11 bəndlərinin və “Elektrik avandanlıqlarında işlərin təhlükəsiz görülməsinə dair təlimat”ın 13-cü bəndinin tələbləri təlimatlandırma keçmiş “xxxx” MMC-nin elektrik çilingəri Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. X1 elektrik mühafizə vasitələrindən istifadə etmədən özbaşına olaraq 0.4 kv-luq yarımstansiyaya daxil olmaqla gərginlik altında olan avadanlıqlara toxunduğuna və bununla da öz təhlükəsizliyini qorumadığına görə “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nın 3.2.7 bəndinin və “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”nın 6-cı bəndinin tələbləri onun özü tərəfindən pozulmuşdur. İş materiallarında olan iş və ya xidmət göstərilməsinə dair xx xxxx 2019-cu il tarixli 01 №-li müqavilədən görünür ki, icraçı olan «xxxx» MMC-nin direktoru Şahid1 ilə sifarişçi olan Şahid6 arasında bağlanmış müqaviləyə əsasən, sifarişçinin tapşırığı əsasında icraçı Bakı-Sumqayıt şosesi 16-cı km ünvanda 0,4 kV-luq kabelin quraşdarılması işlərini öz öhdəliyinə götürmüşdür. İş materiallarında olan «xxxx» MMC-nin direktorunun xx xxxxxx 2019-cu il tarixli 06 №-li əmri ilə Təqsirləndirilən şəxs həmin tarixdən elektrik-çilingər vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan «xxxx» MMC-nin Texniki təhlükəsizlik təlimatının qeydiyyatı jurnalının surətindən görünür ki, elektrik-çilingər Təqsirləndirilən şəxs işə qəbul olunduğu xx xxxxxx 2019-cu il tarixindən etibarən texniki-təhlükəsizlik qaydaları ilə tanış olmuş və müvafiq jurnala bununla bağlı imza atmışdır. İş materiallarında olan «xxxx» MMC-nin «Elektrik avadanlıqlarında işlərin təhlükəsiz görülməsinə dair təlimat»ın, «Elektrik avadanlıqlarında təmir və ölçmə işləri görən elektrik montyorunun Əməyin Mühafizəsi təlimatı»nın surətlərindən görünür ki, elektrik avadanlıqlarında işləyən zaman gərginlik açılmayıbsa elektrik təmirçisi yaxınlıqda olan elektrik keçirici xətlərə təsadüfi toxunmadan qorunmaq üçün iş yerini çəpərləməyə borcludur və təmir və sazlama işlərinin yerinə yetirərkən elektrik montyoru «Elektrik qurğularının istismarının təhlükəsizlik texnikası qaydalarına» riayət etməlidir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin xx xxxxxxxx 2019-cu il tarixli **********0 №-li məktubundan görünür ki, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemindən X14 yalnız «xxxx» MMC arasında xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək əmək müqaviləsinin bağlanmasına dair qeydiyyat mövcuddur. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2020-ci il tarixli, xx/xx-1559 nömrəli Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ünvanlanmış məktubdan görünür ki, qanunvericilik baş idarəsinin kitabxanasında mövcud olan normativ hüquqi aktların nəzarət nüsxələri sırasında 1985-ci il 10 sentyabr tarixli Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları adlı sənəd olmadığından məsələyə münasibət bildirilməsi mümkün deyildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 01/xx-xx/1006 nömrəli xxxx ASC-nin məhkəməyə ünvanlanmış sorğuya cavabından görünür ki, Kommunal-Məişət və X16 X4 Mərkəzi Komitəsinin xx xxxxxx 1985-ci il tarixli, 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları” hal-hazırda tətbiq edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2019cu il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx xxxx 2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx xxxxxx 2001-ci il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad olunmuş, X18 barəsində Bakı şəhəri Sabunçu RPİ-də Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi istintaq olunmuş və xx xxxxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. İş materillarında olan “xxxx” MMC-nin direktoru tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il avqust ayının 01-dən xxxx» MMC-yə elektrik çilingəri vəzifəsinə işə qəbul olunub. Füzuli rayonundan məcburi köçkündür. İşlədiyi yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qərarla Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi X6 iş üzrə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri özünü təqsirli bilməsə də toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmədə verdiyi ifadələri, eləcə də digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CM-nin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs oğlunun şəxsiyyətini, yəni yaşadığı yer üzrə onun müsbət xarakterizə olduğunu, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin cinayəti törətməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsin ailə üzvlərinə maddi və mənəvi köməklik göstərməklə barışıq əldə etdiyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə 204 (iki yüz dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Bakı şəhəri, Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın icrasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 204 (iki yüz dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Bakı şəhəri, Xəzər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar