Məhkəmə qərarları › İş №1(012)-210/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-210/2021

19.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-210/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Azadlıq prospekti 60 ünvanında qeydiyyatda olan, ünvan 2də yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs və bacısı X4 Azərbaycan Respublikası Dövlət Sosial Fondundan təqaüd düzəldəcəyi adı ilə bu məqsədlə 20 iyun 2018-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında Zərərçəkmiş şəxs 7000 manat məbləğində pulunu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Şahid2 onun əmisi oğludur. 2018-cu ilin iyun ayında Cahangir onun yaşadığı ünvan 4 ünvanına gələrək orada onu Gülsəba adlı qadınla tanış etmiş və həmin şəxsə təqaüd düzəltməkdə köməklik etməsini xahiş etmişdir. Gülsəba Babayeva ilə danışmış, aralarında olan razılaşmaya görə həm Gülsəbaya və həm də sonuncunun bacısı Zərərçəkmiş şəxs təqaüd düzəltməlidir. Danışıqlar zamanı iki nəfər şəxsin təqaüdünün düzəldilməsi üçün 7000 manat pul lazım olduğunu bildirdikdə, sonuncular da onunla razılaşmış, söhbət zamanı aldığı pulla Hüseyn adlı tanışının vasitəsi ilə təqaüd işini həll edəcəyini Gülsəba və onun bacısı Qureyişə söz vermişdir. 20 iyun 2018-ci il tarixdə Gülsəba, Cahangir və bacısı Qureyiş onun yaşadığı ünvana gəlmiş, Qureyişə məxsus 7000 manat pulu sonuncuların iştirakı ilə Gülsəbadan yaşadığı ünvanda almışdır. Bundan sonra dəfələrlə Gülsəba onunla telefon əlaqəsi saxlamış və işin düzəlməsi ilə maraqlandıqda, pulu işin düzəlməsi üçün Hüseyn adlı şəxsə verdiyini bildirmiş, lakin əsl həqiqətdə pulu heç kəsə verməmiş, özünün ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra Gülsəba və onun bacısı Qureyiş onun yaşadığı ünvana gəlmiş və ona iş görməsi üçün verdikləri 7000 manat pula görə qəbz yazıb vermiş və pulu aldığını təsdiqləyərək qaytaracağını bildirmiş, həmçinin öz əmlakına dair sərəncam verməsi üçün etibarnamə də vermişdir. Zərərçəkmiş şəxs yaşadığı ünvanda 7000 manat pulu bacısı Gülsəvanın vasitəsi ilə almış və hər ikisinə təqaüd dlüzəldəcəyini vəd etmiş, lakin vədinə əməl etməmiş və pulu tələbatı üçün xərcləmişdir. Həmin puldan əvvəl 200 manat, sonra isə 400 manat olmaqla cəmi 600 manat Zərərçəkmiş şəxs qaytarmışdır. Qalan 6400 manat pulu isə gələcəkdə pulu olduca hissə-hissə qaytaracaqdır. Aldığı pulu hər hansı vəzifəli şəxsə verəcəyini vəd etməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, bacısı Şahid1 ilə eyni ünvanda yaşayır. Onlarla qonşuluqda yaşayan Cahangir adlı şəxsin yaxın qohumu vəfat etdiyi üçün həmin mərasimdə bacısı Şahid1 birlikdə iştirak etmiş, həmin mərasimdə söhbət olmuşdur ki, Cahangirin qohumu Əjdər pensiya düzəldə bilər. Bu səbəbdən bir neçə gün sonra Cahangirlə görüşüb bu barədə söhbət etmiş, Cahangirə pensiya almaq istədiklərini bildirmiş, Cahangir də söz vermişdir ki, onları əmisi qızının əri Əjdərlə görüşdürüb, tanış edəcəkdir. 20.06.2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti dalan- 1, ev-1 də görüşmüş, həmin vaxtı bacısı Gülsabah və qonşuluqda yaşayan Cahangir də onların yanında olmuş, o, Əjdərlə söhbət etdikdə, özünə, bacısı Gülsabaha və bacısının azyaşlı uşağı Sadiqə pensiya kartı düzəltdirmək istədiyini demiş, Əjdərdə onlarla razılaşmış, sonuncu onlardan həmin pensiya kartlarını düzəltmək üçün 7000 manat pul istəmiş, onlar evə gedib bu barədə məsləhətləşmişlər. Birlikdə razılığa gəldikdən sonra, həmin günü, yəni 20.06.2018-ci ildə bacısı Gülsabah, qonşu Cahangir və o, yenidən Abşeron rayonunda Əjdərin yaşadığı evdə onunla görüşmüş, o, özünə məxsus olan 7000 (yeddi min) manat pulu bacısı Gülsabahın vasitəsi ilə Təqsirləndirilən şəxs vermiş, buna səbəb kimi, bacısı Gülsabah ondan əvvəl Cahangirin vasitəsi ilə Əjdərlə tanış olması olmuşdur. Bu səbəbdən də Əjdər pulu Gülsabahdan aldığını deyir. Lakin həmin 7000 (yeddi min) manat pul şəxsən ona məxsus puldur. Bacısı Gülsabahla birlikdə bir evdə bir ailə kimi yaşadığı üçün, həmin pulu vermişdir ki, onlara da pensiya kartı düzəldilsin. Təqsirləndirilən şəxs ondan 7000 manat pul alsa da, ondan bir xəbər çıxmamış, Əjdər onların hər üçünün sənədini almışdır ki, həkimə verəcəkdir, onlara isə demişdir ki, bu işin düzəlməsi üçün hələ 6 (altı) ay müddət lazımdır. Lakin 6 aydan sonra o, yenidən Əjdərin evinə gəlib onunla evində görüşmüş, Əjdər onlara bildirmişdir ki, «gələn ay sizin işiniz düzələcək», onlar hər dəfə Əjdərlə görüşdükdə onlara demişdir ki, «gələn ay sizin işiniz düzələcək». Bu münvanla iki ilə yaxın müddət ərzində Əjdər onları aldatmış, bu səbəbdən də məcbur olub şikayət etmişdir. Əlavə olaraq göstərmişdir ki, ilkin olaraq Təqsirləndirilən şəxs ilə onun evində görüşüb söhbət edərkən ona üç ədəd pensiya kartı sifariş etmiş, yəni özünə, bacısı Gülsabaha və bacısının 9 yaşlı azyaşlı oğlu Sadiq üçün pensiya kartı sifariş etmiş, lakin sonradan görmüşlər ki, bu iş nəsə düzəlmir, bu səbəbdən də məcbur olub Əjdərə demişdir ki, həmin 7000 manat pula iki ədəd pensiya kartı düzəltsin, yəni bacısı Gülsabah və onun üçün, Əjdərdə onunla razılaşmış, hətta Əjdərə demişdir ki, heç olmasa bir ədəd, yəni heç olmasa onun üçün bir ədəd pensiya kartı düzəltsin, lakin Əjdər onu da düzəltməmişdir. Onun əsil adı Qureyiş olsada ona uşaq vaxtı yaxınları İradə demişlər, bu səbəbdən də onun yaxınları və qohumları adının Qureyiş olduğunu bilməmiş, İradə kimi tanımışlar. Təqsirləndirilən şəxs onun və Cahangirin yanında bacısı Şahid1 7000 (yeddi min) manat pul almış, həmin 7000 manat pul ona məxsusdur, o, həmin pulu vermişdir ki, bacısına və ona pensiya kartı düzəlsin. Bacısı Gülsabahla onun arasında pul söhbəti yoxdur, belə ki, onlar bir evdə bir ailə kimi yaşayırlar. Həmin 7000 manat pul isə ona məxsus olmuş, həmin puldan Əjdər bir dəfə ona 200 manat, bir dəfə də 400 manat pul qaytarmış, qalan pulu isə qaytarmamışdır. Təqsirləndirilən şəxs 7000 manat pulu rüşvət kimi deyil, ona və bacısına pensiya kartı düzəltməsi üçün vermişdir. Təqsirləndirilən şəxs aldığı pulu indiyənədək qaytarmdığına görə ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, bacı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Onlarla qonşuluqda yaşayan Cahangir adlı şəxsin yaxın qohumu vəfat etdiyi üçün həmin mərasimdə o və bacısı Qureyişlə birlikdə iştirak etmiş, həmin mərasimdə söhbət olmuşdur ki, Cahangirin qohumu Əjdər pensiya düzəldir. Bu səbəbdən bir neçə gün sonra Cahangirlə görüşüb bu barədə söhbət etmiş, Cahangirə pensiya almaq istədiklərini demişlər. Cahangir də söz vermişdir ki, onları əmisi qızı Günayın əri Əjdərlə görüşdürüb, tanış edəcəkdir. 20.06.2018-ci il tarixdə Təqsirləndirilən şəxs ilə, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti dalan-1, ev-1 də görüşmüş, həmin vaxtı bacısı Qureyiş və qonşuluqda yaşayan Cahangirdə onların yanında olmuş, onlar Əjdərlə söhbət etdikdə, özünə, bacısı Qureyişə və onun azyaşlı oğlu Sadiqə pensiya kartı düzəltdirmək istədiyini demiş, Əjdərdə onlarla razılaşmış, onlardan həmin pensiya kartlarını düzəltmək üçün 7000 manat pul istəmiş, onlar evə gedib bu barədə məsləhətləşmişlər. Birlikdə razılığa gəldikdən sonra, həmin günü, yəni 20.06.2018-ci ildə bacısı Qureyiş, qonşu Cahangir və o, yenidən Abşeron rayonunda Əjdərin yaşadığı evdə onunla görüşmüş, bacısı Qureyiş özünə məxsus olan 7000 (yeddi min) manat pulu onun vasitəsi ilə Təqsirləndirilən şəxs vermiş, buna səbəb kimi, onun bacısı Qureyişdən əvvəl Cahangirin vasitəsi ilə Əjdərlə tanış olması olmuşdur. Bu səbəbdən də Əjdər pulu ondan aldığını demişdir. Lakin həmin 7000 (yeddi min) manat pul şəxsən bacısı Qureyişə məxsus puldur. Bacısı Qureyiş onunla bir evdə bir ailə kimi yaşadığı üçün, həmin pulu vermişdir ki, hər ikisinə pensiya kartı düzəldilsin. Təqsirləndirilən şəxs bacısı Qureyişin 7000 manat pulunu alsa da, ondan bir xəbər çıxmamış, Əjdər onların hər üçünün sənədini almışdır ki, həkimə verəcəkdir, onlara isə demişdir ki, bu işin düzəlməsi üçün hələ 6 (altı) ay müddət lazımdır. Lakin 6 aydan sonra o, yenidən Əjdərin evinə gəlib onunla evində görüşmüş, Əjdər onlara bildirmişdir ki, «gələn ay sizin işiniz düzələcək», onlar hər dəfə Əjdərlə görüşdükdə onlara demişdir ki, «gələn ay sizin işiniz düzələcək». Bu münvanla iki ilə yaxın müddət ərzində Əjdər onları aldatmış, bu səbəbdən də bacısı Qureyiş məcbur olub şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, belə ki, sonuncu onun yaşadığı Biləcəri qəsəbəsində onunla qonşuluqda yaşayır. Təqsirləndirilən şəxs həyat yoldaşı Günay onun əmisi qızıdır. 2018-ci ildə mənim atası rəhmətə getmiş, həmin hüzür məslisində qonşusu Zərərçəkmiş şəxs ilə əmisi qızı Günay tanış olmuş, söhbət əsnasında Zərərçəkmiş şəxs xəstə olduğu üçün özünə pensiya düzəltdirmək istəmiş, həmin vaxtı Günay əri Təqsirləndirilən şəxs bu işlərdən başı çıxdığını demişdir. Həmin hüzür mərasimindən sonra qonşusu Qureyiş Həydərova bu barədə ondan soruşmuh, yəni özünə pensiya düzəltdirməsi barədə demiş və Əjdərin yaşadığı evə gedib pul vermək istədiyini, onun da həmin prosesdə iştirak etməsini xahiş etmiş, o da Zərərçəkmiş şəxs və bacısı Gülsaba ilə birlikdə, Abşeron rayonu Xırdalan şəhərində yaşayan qohumu Təqsirləndirilən şəxs evinə gəlmiş, onun yanında Zərərçəkmiş şəxs ona və bacısına pensiya düzəltmək üçün Əjdər Mənafzadəyə 7000 ( yeddi min) manat pul vermişdir. O, sonradan eşitmişdir ki, Əjdər həmin şəxslərin işlərini düzəltmir. Hətta bir dəfə Əjdərə demişdir ki, ayıbdır, həmin şəxslər onun qonşusudur, onların ya işlərini düzəlt, yada pullarını qaytar. Lakin sonradan eşitmişdir ki, Əjdər onlara 600 manat pul qaytarsa da, qalan pulu qaytarmamışdır. Əlavə olaraq göstərmişdir ki, Qureyiş, bacısı Gülsəba işin düzəlməsi ilə bağlı özüləri Əjdərlə danışıb razılaşmış, o, yalnız sonuncuya pul verildiyi prosesin şahidi olmuş, bundan başqa heç bir məlumatı olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxs Zərərçəkmiş şəxs 7000 manat pul aldığını etiraf edir və aldığı pulu 18 aprel 2019-cu il tarixdə qaytaracağına söz verir. Onlar arasında baş vermiş anlaşma 03 aprel 2019-cu il tarixdə baş verir və həmin tarixdə yazılı şəkildə qeyd aparılır. Kağızda aparılan qeydi oxuyan Təqsirləndirilən şəxs kimi özünü təqdim edən şəxs həmin kağızda “mən Təqsirləndirilən şəxs X2 aldığım 7000 manat pulu 18 aprel 2019-cu il tarixdə qaytaracağam” kimi oxuyur. DVD diskinə baxışda iştirak edən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs həmin görüntüdə əksləri təsvir olunan şəxslərin özləri olduqlarını etiraf edirlər və Təqsirləndirilən şəxs həqiqətən Zərərçəkmiş şəxs 7000 manat pulu aldığını etiraf edir, eyni zamanda sonuncu da həmin məbləğdə pulu təqaüd düzəltməsi üçün Təqsirləndirilən şəxs verdiyini bildirir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 28.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin və şahidin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hər tərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə düzgün tövsif olunmuşdur. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı 19.04.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X5 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir İş üzrə mülki iddia yoxdur. Dəymiş zərərin ödənilməsi ilə bağlı Mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ zərərçəkmiş Zərərçəkmiş şəxs izah edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 19.04.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərəçəkmiş şəxs X10 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X5 göstərdiyi 40 saat hüquqi yardıma görə 240 manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Dəymiş zərərin ödənilməsi ilə bağlı Mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ zərərçəkmiş Zərərçəkmiş şəxs izah edilsin. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar