Məhkəmə qərarları › İş №1(012)-211/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-211/2021

23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-211/2021 23.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Fizuli rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Füzuli rayonu, B.Eyvazov küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, ünvan 2l 20-də müvəqqəti yaşayan, “barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə istintaqında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayının ortalarında Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd kibrit qutusunda əldə etdiyi 09 ədəd narkotik tərkibli çətənə bitkisi toxumunu 2020-ci ilin mart axırlarında müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən evin eyvanında özü istifadə etmək məqsədi ilə hər bir plastik vedrədə 03 (üç) ədəd kol olmaqla 03 (üç) ədəd ağ rəngli plastik vedrədə əkmiş və həmin bitki toxumlarından əmələ gəlmiş 09(doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkisi 155.0qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri kolunu qanunsuz kultivasiya etməklə yetişdirərək becərməklə həmin kollardan öz istifadəsi üçün 2.097 qramını yaşadığı evinin eyvanının pəncərəsinin qaşısında ağ kağızda və bir ədəd ağ rəngli sellofan torbanın içərisində 10 qram çəkidə narkotik təbiətli çətənə (kannabis) bitkisini qurudaraq saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşlarınn keçirdikləri tədbirlər zamanı Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi evinin eyvanına baxış keçirərkən həmin sonuncuya məxsus, evinin eyvanının pəncərəsinin qaşısında dəmir qabda və bir ədəd ağ rəngli kağızda ümumi 2.097 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd ağ rəngli sellofan torbanın içərisində 10 qram çəkidə quru halda narkotik təbiətli çətənə (kannabis) bitkisi və 03 (üç) ədəd ağ rəngli plastik vedrələrdə qanunsuz olaraq kultivasiya edilməklə əkib becərdiyi 3 ədəd 90 sm, 2 ədəd 60 sm, 1 ədəd 55 sm, 1 ədəd 45 sm, 1 ədəd 1 m və 1 ədəd (quru kök) 10 sm) uzunluqda olmaqla 09 ədəd yaş vəziyyətdə ümumi xalis çəkisi 155,0 qram əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları tərəfindən aşkar edilərək götürlmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında müvəqqəti yaşayır. Bildirmişdir ki, xx.xx.1989-cu il tarixdə Səfərbərlik Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin Füzuli rayon şöbəsindən həqiqi hərbi xidmətə çağrılmış və 2001-ci il tarixdə N nömrəli hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilmişdir. 2019-cu ilin avqust ayında hərbi xidmətini başa vurub həmin hərbi hissədən ehtiyata buraxılmışdır. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində təxminən 2016-cı ildən ünvan 5 ünvanında xidməti mənzillə təmin olunmuş və bugünə kimi həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin mart ayının ortalarında arvadı və uşaqlarını Fizuli rayonunda yaşayan valideynlərinin evinə göndərmişdir. Özü isə bu səbəbdən evdə tək yaşamışdır. Bildirmişdir ki, bir neçə ay olarki, narkorik vasitə hesab olunan qurudulmuş marixuanadan siqaretin içrisinə doldurmaq vasitəsi ilə qəbul etmişdir. Təxminən bir neçə ay bundan qabaq yəni 2020-cu ilin mart ayının ortalarında o, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində gedərkən küçədə açıq vəziyyətdə olan kibrit qutusu görüb həmin qutunu yerdən götürmüşdür. Kibrit qutusunun içrisinə baxarkən görmüşdür ki, çətənə bitkisi toxumudur. O, həmin toxumları götürərək yaşadığı evə gətirmiş və bir neçə vaxtdan sonra yəni 2020-ci ilin mart ayının axırlarında həmin 09 ədəd toxumu ailə-uşağı evdə olmadığı üçün 3 ədəd ağ rəngli plastik emusiyya vedrələrində əkərək şəxsi istifadəsi üçün kustar üsulla becərməyə başlamışdır. O, üç ədəd plastik vedrəyə hərəsində üç ədəd olmaqla toxum əkmiş və marixuana kolu yetişdirməyə başlamışdır. Həmin kollar inkişaf etdikcə kolların yarpaqlarını qıraraq evdə qurudub siqaretə dolduraraq çəkmişdir. xx xxxxxx 2020-ci ildə saat təxminən 17 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları yaşadığı ünvan 6 ünvanına gəlib evdə narkotik tərkibli çətənə kolları olması barədə məlumatları olduğunu bildirmişlər və evə baxış keçirəcəklərtini söyləmişlər. O da Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşlarının əkib becərdiyi həmin 09 ədəd çətənə kollarını tapacaqlarını bilib, baxış keçirilməsinə razılıq verib ərizə yazmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşlarını həmin kolları əkdiyi yerə aparmışdır. Bundan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları hal şahidlərinin iştirakı ilə həmin kolları əkdiyi yerdən çıxarıb sonra seloffan torbaya qoyaraq qablaşdırıb götürmüşlər. Həmin vaxtı bu barədə protokol tərtib olunmuş, doğru olduğuna görə o da həmin protokolu imzalamışdır. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mustafayev Nofəl İsrafil oğlunun ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə, ev 2, mənzi 32-də yaşayır. 1977-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı İnstitutunun meyvə tərəvəz üzümçülük fakultəsini bitirmiş, alim aqranom ixtisası almışdır. 2000-ci il tarixdən bu günə kimi “xxxx” MMC-də bağban vəzifəsində işləyir. xx xxxxxx 2020ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları tərəfindən aşkar olunmuş yerə yəni ünvan 3 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin eyvanına baxış keçirməyə dəvət etmişlər. Həmin evə daxil olduqda evin sahibi olan bir nəfər 45-50 yaşlarında olan kişi onların qarşısına çıxmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları ev sahibi olan Təqsirləndirilən şəxs evinin eyvanına baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi ona məxsus olan olan evinin eyvanına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. O, mütəxəssis aqranom kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərəfindən aşkar olunmuş yerə yəni ünvan 3 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin eyvanına baxış keçirmiş və baxış zamanı evin eyvanında 3 ədəd ağ rəngli plastik vedrədə əkilmiş 3 ədəd 90 sm, 2 ədəd 60 sm, 1 ədəd 55 sm, 1 ədəd 45 sm, 1 ədəd 1 m və 1 ədəd (quru kök) 10 sm uzunluqda çətənə bitkilərinin kökündən ibarət 09 ədəd çətənə kolları aşkar edilmişdir. O, ümumilikdə 09 ədəd çətənə bitkisinə bənzər təxminən 45 sm-dən 1 metr uzunluğunda olan kollara baxaraq müəyyən etmişdir ki, həmin kollara mütəmadi su verilərək aqrotexniki qaydada qulluq olunmuşdur. Bir mütəxəssis kimi demişdir ki, həmin bitki kollara narkotik tərkibli bitki növlərinə aiddir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinin eyvanında pəncərənin qarşısında dəmir qabda ağ kağız üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada qurudulmuş çətənə kolu aşkar olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin 09 ədəd çətənə bitkisinə bənzər kolları nə məqsədlə əkib becərməsini, eyvanda plastik pəncərənin kənarında dəmir qabda ağ kağız üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada qurudulmuş çətənə kolunu haradan əldən etməsini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, “yaşadığı evinin eyvanının pəncərənin kənarında dəmir qabda ağ kağız üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada qurudulmuş çətənə koludur, 09 ədəd kol isə marixuana kollarıdıdır, bir neçə ay olarki, narkorik vasitə hesab olunan qurudulmuş marixuanadan siqaretin içrisinə doldurmaq vasitəsi ilə qəbul edir. Təxminən 2020-ci ilin mart ayının ortalarında tarixi dəqiq yadında olmadığı tarixdən o, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində gedərkən küçədə açıq vəziyyətdə olan kibrit qutusu görüb həmin qutunu yerdən götürmüş, kibrit qutusunun içrisinə baxarkən görmüşdür ki, çətənə bitkisi toxumudur. O, həmin toxumları götürərək yaşadığı evə gətirmiş və bir neçə vaxtdan sonra yəni 2020-ci ilin mart ayının axırlarında 3 ədəd ağ rəngli plastik emusiyya vedrələrində əkərək şəxsi istifadəsi üçün kustar üsulla becərməyə başlamış və üç ədəd plastik vedrəyə hərəsində üç ədəd olmaqla toxum əkərək yetişdirməyə başlamışdır. Həmin kollar inkişaf etdikcə kolların yarpaqlarını qıraraq evdə qurudub və özü siqaretə dolduraraq çəkmişdir, yaşadığı evinin eyvanının pəncərəsinin kənarında dəmir qabda ağ kağız üzərində olan qurudulmuş marixuana və ağ rəngli sellofan torbada olan isə qurudulmuş çətənə koludur”. Bundan sonra həmin çətənə kolları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları tərəfindən dibçəkdən çıxarılıb sonra kisənin içərisinə yığılaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evinin eyvanında pəncərənin kənarında dəmir qabda ağ kağız üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada qurudulmuş çətənə kolu zərfə qoyularaq qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş o da həmin protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, o, ailə üzvləri ilə birlikdə Beyləqan rayonu, Milli qəsəbəsində yerləşən fərdi evdə yaşayır. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları ona ünvan 3 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin eyvanına baxış keçirilməsində hal şahidi kimi iştirak etməyi təklif etmişlər. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşlarının dəvəti ilə baxışda hal şahidi qismində iştirak etməyə razılığını vermişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları ondan başqa sonradan adının Mais olduğunu bildiyim hal şahidini və baxışda mütəxəssis kimi iştirak edən Şahid1 bildiyi bir nəfər şəxsi də baxışda iştirak etməyə dəvət etmişlər. Bundan sonra ona, Mais adlı bir nəfər hal şahidinə və mütəxəssisə hüquq və vəzifələri izah etmişlər. Hüquqları izah edildikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşlarının dediyi Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana getmişlər. Həmin evə daxil olduqda evin sahibi 45-50 yaşlarında olan kişi onların qarşısına çıxmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları ev sahibi olan Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi ona məxsus olan evə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları tərəfindən baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onun, Mais adlı digər hal şahidinin, Nofəl adlı mütəxəssisin və orada olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs evinə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həmin evin eyvanında 3 ədəd ağ rəngli plstik vedrədə 9 ədəd kol aşkar edilmişdir. Baxışda mütəxəssis kimi iştirak edən onlara Şahid1 kimi təqdim olunan şəxs bildirmişdir ki, əkilmiş kollardan 3 ədəd 90 sm, 2 ədəd 60 sm, 1 ədəd 55 sm, 1 ədəd 45 sm, 1 ədəd 1 m və 1 ədəd (quru kök) 10 sm uzunluqda çətənə bitkilərinin kökündən ibarət 09 ədəd çətənə kolları bitkisidir və onlara xüsusi qaydada qulluq olaraq yetişdirilmişdir”. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinin eyvanında dəmir qabda içərisində ağ kağız üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada qurudulmuş çətənə kolu aşkar olunmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin 09 ədəd çətənə bitkisinə bənzər kolları nə məqsədlə əkib becərməsini, eyvanda plastik pəncərənin kənarında dəmir qabda içərisində ağ kağız üzərində qurudulmuş marixuananı və ağ rəngli sellofan torbada qurudulmuş çətənə kolunu haradan əldən etməsini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, “yaşadığı evinin eyvanının pəncərənin kənarında dəmir qabda içərisində ağ kağız üzərində qurudulmuş marixuanadır və ağ rəngli sellofan torbada qurudulmuş çətənə koludur, 09 ədəd kol isə marixuana kollarıdıdır, bir neçə ay olarki, narkorik vasitə hesab olunan qurudulmuş marixuanadan siqaretin içrisinə doldurmaq vasitəsi ilə qəbul etmişdir. Təxminən 2020-ci ilin mart ayının ortalarında tarixi dəqiq yadında olmadığı tarixdən o, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində gedərkən küçədə açıq vəziyyətdə olan kibrit qutusu görüb həmin qutunu yerdən götürmüş, kibrit qutusunun içrisinə baxarkən görmüşdür ki, çətənə bitkisi toxumudur. O, həmin toxumları götürərək yaşadığı evə gətirmiş və bir neçə vaxtdan sonra yəni 2020-ci ilin mart ayının axırlarında 3 ədəd ağ rəngli plastik emusiyya vedrələrində əkərək şəxsi istifadəsi üçün kustar üsulla becərməyə başlamış və üç ədəd plastik vedrəyə hərəsində üç ədəd olmaqla toxum əkərək yetişdirməyə başlamışdır. Həmin kollar inkişaf etdikcə kolların yarpaqlarını qıraraq evdə qurudub və özü siqaretə dolduraraq çəkmiş, yaşadığı evinin eyvanının pəncərənin kənarında dəmir qabda içərisində ağ kağız üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada qurudulmuş çətənə kolu isə həmin kollardan dərib qurutduğu qurudulmuş marixuanadır”. Bundan sonra həmin çətənə kolları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşları tərəfindən dibçəkdən çıxarılıb sonra kisənin içərisinə yığılaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evinin eyvanında pəncərənin kənarında dəmir qabda içərisində ağ kağız üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada qurudulmuş çətənə kolu zərfə qoyularaq qablaşdırlmışdır. Bu barədə protokol tərtib edilmiş o da həmin protokolu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə müavini vəzifəsində işləyir, polkovnik-leytenant rütbəsi daşıyır. Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yaşayır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 061 saylı hirbi hissədə xidmət apararaq 2019cu il tarixdə ehtiyyata buraxılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 061 saylı hirbi hissədə xidmət aparan zaman müvəqqəti yaşamaq üçün ünvan 3 ünvanında yerləşən mənzil verilmişdir. Təqsirləndirilən şəxs ehtiyyata buraxıldıqdan sonra da həmin mənzildə yaşamışdır. xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən mənzilində çətənə tərkibli kollar əkməsi barədə daxil olmuş materialı yoxlanılması üçün hərbi hissə rəhbərliyinə məruzə olunaraq müvafiq icazə verildikdən sonra o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin təhqiqatçısı ədliyyə mayoru X3 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hüquqşünası polkovnik-leytenant Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna Abşeron rayonu, Xırdalan şəhəri, “xxxx”MMC-də bağban vəzifəsində işləyən Mustafayev Nofəl İsrafil oğlu mütəxəssis kimi dəvət olunmuşdur. Sonra onlar hal şahidləri dəvət edərək mütəxəssisə və hal şahidlərinə hüquq və vəzifələrini izah etdikdən sonra xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin təhqiqatçısı ədliyyə mayoru X6, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hüquqşünası polkovnik-leytenan Şahid2, mütəxəssis və hal şahidləri ilə birlikdə ünvan 3 ünvanında yerləşən mənzildə yaşayan Təqsirləndirilən şəxs evinə getmişlər. Onlar ev sahibi olan Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi ilə bağlı bildirdikdə ev sahibi ona məxsus olan həyətyanı sahəsinə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşlarının baxış keçirməsinə etirazı olmadığını bildirmişdir. Həmin vaxt hal şahidlərinə Azərbaycan Respublikası CPM-nin 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra hal şahidlərinin, mütəxəssis aqranomun və ev sahibi Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı evinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin eyvanında 3 ədəd ağ rəngli plastik vedrədə 9 ədəd kol aşkar edilmişdir. Baxışda mütəxəssis kimi iştirak edən Şahid1 bildirmişdir ki, əkilmiş kollardan 3 ədəd 90 sm, 2 ədəd 60 sm, 1 ədəd 55 sm, 1 ədəd 45 sm, 1 ədəd 1 m və 1 ədəd (quru kök) 10 sm uzunluqda çətənə bitkilərinin kökündən ibarət 09 ədəd çətənə kolları bitkisidir və onlara xüsusi qaydada qulluq olaraq yetişdirilmişdir”. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evinin eyvanında dəmir qabda ağ rəngli kağızın üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada qurudulmuş çətənə kolu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin 09 ədəd çətənə bitkisinə bənzər kolları nə məqsədlə əkib becərməsini, eyvanda plastik pəncərənin kənarında dəmir qabda ağ rəngli kağızın üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada olan qurudulmuş çətənə kolunu haradan əldən etməsini tərəfimizdən soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, “yaşadığı evinin eyvanının pəncərənin kənarında dəmir qabda ağ rəngli kağızın üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada olan qurudulmuş marixuana koludur, 09 ədəd kol isə marixuana kollarıdıdır, bir neçə ay olarki, narkorik vasitə hesab olunan qurudulmuş marixuanadan siqaretin içrisinə doldurmaq vasitəsi ilə qəbul edir. Təxminən 2020-ci ilin mart ayının ortalarında tarixi dəqiq yadında olmadığı tarixdən o, Abşeron rayonu Pirəkəşkül qəsəbəsində gedərkən küçədə açıq vəziyyətdə olan kibrit qutusu görüb həmin qutunu yerdən götürmüş, kibrit qutusunun içrisinə baxarkən görmüşdür ki, çətənə bitkisi toxumudur. O, həmin toxumları götürərək yaşadığı evə gətirmiş və bir neçə vaxtdan sonra yəni 2020-ci ilin mart ayının axırlarında 3 ədəd ağ rəngli plastik emusiyya vedrələrində əkərək şəxsi istifadəsi üçün kustar üsulla becərməyə başlamış və üç ədəd plastik vedrəyə hərəsində üç ədəd olmaqla toxum əkərək yetişdirməyə başlamışdır. Həmin kollar inkişaf etdikcə kolların yarpaqlarını qıraraq evdə qurudub və özü siqaretə dolduraraq çəkmişdir, yaşadığı evinin eyvanının pəncərənin kənarında dəmir qabda ağ rəngli kağızın üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada olan qurudulmuş marixuana koludur”. Bundan sonra həmin çətənə kolları onların tərəfindən dibçəkdən çıxarılıb sonra kisənin içərisinə yığılaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evinin eyvanında pəncərənin kənarında dəmir qabda ağ rəngli kağızın üzərində qurudulmuş marixuana və ağ rəngli sellofan torbada olan qurudulmuş çətənə kolu zərfə qoyularaq qablaşdırlmışdır. Bu barədə protokol tərtib edilib iştirakçılar, mütəxəssis və hal şahidləri tərəfindən imzalanmışdır. Baxışda iştirak edən ev sahibi Təqsirləndirilən şəxs da həmin protokola imza atmışdı, sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Məhkəmə istintaqında ifadəsi elan edilmiş ibtidai istintaqda şahid qismində dindirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əməkdaşı Şahid2 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 29 avqust 2020-ci il tarixli 7/575 saylı rəyindən görünür ki, 1. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs..” yazıları və imzalar olan birinci kağız zırfdə bir ədəd kağız bükülüdə təmiz çəkisi 0.233 qram və üzərində Təqdim etdi Təqsirləndirilən şəxs imza... sözləri yazılmış ikinci kağız zərfdə bir ədəd şəffav sellofan torbada təmiz çəkisi 1.864 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindənkustar esulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Ümumi çəkis 2.097 qramdır.

2. Tədqiqata təqdim edilmiş üzərində "Təqdim etdi Təqsirləndirilən şəxs imza..." sözləri yazılmış kağız paketdə sellofanda bir ədəd quru vəziyyətdə təmiz çəkisi 10 qram olan bitki hissəsi narkotik təbiətli çətənə (kannabis) bitkisinin hissəsidir.

3. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində Təqdim etdi Təqsirləndirilən şəxs imza... sözləri yazılmış sintetik torbada 09 ədəd yaş vəziyyətdə ümumi çəkisi 155 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Qeyd: 1) marixuananın ümumi çəkisi-2,097 qram, tədqiqata sərf edildi-0.04 qram, qalıq- 2,057 qram. 2) çətənə (kannabis) bitkilərinin ümumi çəkisi-155,0 qram, tədqiqata sərf edildi-0,18 qram, qalıq-154,82 qram. 3) çətənə (kannabis) bitki hissəsinin təmiz çəkisi -10.0 qram, tədqiqata sərf edildi-0.03 qram, qalıq-9,97 qram. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3366 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda Çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqiq münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Lökbatan-2” MKİS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli rayonundan məcburi köçkündür və Qaradağ rayonu, Lökbatan-2 yaşayış kompleksində bina 36, mənzil 91-də müvəqqəti məskunlaşmışdır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində” polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə video çəkliş ilə baxış Təqsirləndirilən şəxs oğlunun yaşadığı evə baxış keçirilən zaman götürülmüş və ekspertizadan sonra 154.82 qram qalmış yaş halda narkotik tərkibli çətənə (kannabis) bitkisi, 2.057 narkotik vasitə qurudulmuş marixuana və 9.97 qram quru halda narkotik tərkibli çətənə (kannabis) bitkisi, maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertizadan sonra 154.82 qram qalmış yaş halda narkotik tərkibli çətənə (kannabis) bitkisi, 2.057 narkotik vasitə qurudulmuş marixuana və 9.97 qram quru halda narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilməlidir. İş üzrə 89 (səksən doqquz) manat məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq

HÖKM ETDİ :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək Bakı və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Abşeron rayon X2 Poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut tədqiqatdan sonra 154.82 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi, 2.057 narkotik vasitə qurudulmuş marixuana və 9.97 qram narkotik tərkibli çətənə (kannabis) bitkisi məhv edilsin. İş üzrə 89 (səksən doqquz) manat məhkəmə ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə istintaqı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.

Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar