Məhkəmə qərarları › İş №1(012)-211/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-211/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-211/2022 30.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1985-ci il Kürdəmir rayonunda anadan olmuş, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi, ev 45D qeydiyyatda olan, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 02.02.2022-ci il tarixdə, saat 08.30 radələrində ünvan 1 ünvanında yerləşən birgə yaşadıqları evdə X1 ilə arvadı Zərərçəkmiş şəxs arasında sonuncunun əri Təqsirləndirilən şəxs mobil telefonunda başqa qadının şəxsiyyət vəsiqəsinin şəklini görməsi səbəbindən mübahisə olmuşdur. Mübahisə zamanı X1 arvadı Zərərçəkmiş şəxs sızının başına, belinə və ayağına tozsoranın dəmir borusu ilə qəsdən zərbələr vurmaqla sonuncuya; sol ayağın 1-ci barmağının distal falanqa sümüyünün yerdəyişməyən qapalı sınığı, hər iki sarğı nahiyələrini əhatə edən sahənin hematoması, sol çiyin qurşağı nahiyəsinin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən AZ AĞİR zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, arvadı Zərərçəkmiş şəxs onun barəsdə yazdığı şikayətlə tanış olduğunu, Günellə 12 ildir evləndiyini və bu evlilikdən 3 azyaşlı uşaqlarının dünyaya gəldiyini, heç bir yerdə işləməməsi, işləri ilə bağlı qadınlarla telefonda söhbət etməsi səbəbndən aralarında münaqişələr olduğunu bildirmişdir. 01.02.2022-ci il tarixdə saat 23.00 radələrində yenə onun evə gec gəlməsinə görə Günellə aralarında sözlə mübahisə olmuş, 02.02.2022-ci il tarixdə saat 08.30 radələrində o, uşaqları məktəbə qoyub geri qayıdanda Günel ondan axşam onun telefonunda gördüyü qadın şəxsiyyət vəsiqəsinin şəkili ilə bağlı sorğu-sual etməyə başlamışdır. Bu səbəbdən aralarınzda yenidən mübahisə yaranmış, o, Günelə onun işlərinə qarışmamasını desə də Günel onun dediklərinə məhəl qoymayıb səs-küy salmağa davam etmiş, bundan sonra o, yataq otağında olan tozsoranın dəmir borusunu götürüb Günelin sol ayağına, başına və belinə bir neçə dəfə zərbələr vurmaqla Güneli döymüşdür. Sonra o, Günelin saçından tutub onu uzandığı çarpayıdan qaldırmış və Günelə evdən çıxıb atası evinə getməsini demişdir. Günel yerindən qalxdıqdan sonra ayaq barmağında kəskin ağrılar olduğunu bildirsə də o, Günelə inanmamış, Günelə “artistlik etmə” deyib Güneldən ona yemək hazırlamasını istəmişdir. Günel ona yemək hazırlasa da o, əsəbindən yemək yemədən evdən çıxıb getmiş, evdən gedəndən sonra Günelin ayaq barmağımada olan ağrılara görə xəstəxanaya sonra isə polisə müraciət etdiyini bilmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əri olduğunu, əri Cəyirlə 12 il olar ki, evləndiyini və bu evlilikdən üç azyaşlı uşaqlarının dünyaya gəldiyini, Cəyirin heç bir yerdə işləməməsi, ona tez-tez yalan danışması və başqa qadınlarla münasibətdə olması səbəbindən aralarında münaqişələr baş verdiyini bildirmişdir. 01.02.2022-ci il tarixdə saat 23.00 radələrində yenə Cəyirin evə gec gəlməsi səbəbindən aralarında sözlə mübahisə olmuş, 02.02.2022-ci il tarixdə saat 08.30 radələrində Cəyir uşaqları məktəbə qoyub geri qayıdanda o, axşam Cəyirin mobil telefonunda gördüyü qız şəkili ilə bağlı Cəyiri sorğu-sual etməyə başlamış, bu səbəbdən aralarında yenidən mübahisə yaranmışdır. Cəyir ona işlərinə qarışmamasını deyib ondan “atamla birlikdə qələt etmişəm” deməsini tələb etməyə başlamış, o, isə Cəyirə etiraz etmiş, bundan sonra Cəyir yataq otağında olan tozsoranın dəmir borusunu götürüb onun sol ayağına, başına və belinə bir neçə dəfə zərbələr vurmaqla onu döymüşdür. Sonra Cəyir onun saçından tutub onu uzandığı çarpayıdan qaldırmış və ondan evdən çıxıb atası evinə getməsini tələb etmişdir. O, çarpayıdan qalxdıqdan sonra ayaq barmağında kəskin ağrılar hiss etmiş və barmağının sındığından şübhələnmiş, Cəyir isə onun ayağına tərik vuraraq “artistlik etmə” deyib ondan yemək hazırlamasını istəmişdir. O, “ağrıya-ağrıya” Cəyirə yemək hazırlayan zaman da Cəyir mətbəxdə olan ət taxtası ilə bir dəfə onun sol ayağına zərbə vurub onun barmağına heç nə olmadığını bildirmiş, sonra Cəyir yemək yemədən evdən çıxıb getmiş, Cəyir evdən gedəndən sonra o, ayaq barmağınada olan ağrılara dözə bilməyib DİN-in 102 xidmətinə zəng edib şikayət etmiş və xəstəxanaya müraciət etmişdir. O, hadisə zamanı evdə 5 yaşlı qızı Dənizdən başqa heç kimin olmadığını, münaqişənin təxminən 30 dəqiqə davam etdiyini, Cəyirin əvvəllər də bir neçə dəfə onu döydüyünü, göstərilənlərdən başqa aralarında heç nə baş vermədiyini əlavə etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməli özünün etirafından başqa, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi, eləcə də məhkəmə tibbi ekspertiza rəyi ilə tam təsdiqini tapmışdır. İş materiallında olan məhkəmə-tibbi ekspertizasının MTE və PA Birliyinin Abşeron rayon şöbəsindən alınmış 15.02.2022-ci il tarixli, 220 saylırəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər; - sol ayağın 1-ci barmağının distal falanqa sümüyünün yerdəyişməyən qapalı sınığı, hər iki sarğı nahiyələrini əhatə edən sahənin hematoması, solçiyin qurşağı nahiyəsinin qançırı bərk- küt əşya(əşyalar) təsirindən törənmişdir zərərçəkmişin göstərdiyi tarixdə və şəraitdə yəni 02.02.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs tərəfindən metal parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi; ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. İş materiallında olan "xxxx" MTK-dən alınmış arayışa və xasiyyətnaməyə əsasən Nəsibov X2 rayonu, Xırdalan şəhəri, "xxxx" MTK,bina“C”, mənzil 18-də ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır və müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat işində olan digər materiallarla tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən məhkəməyədək sadələşdirilmiş icraa işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tədqiqat zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs oğluna hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs oğluna tədqiqat zamanı30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar